Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Draqoman
Draqoman — türk, ərəb və fars dilli dövlətlərin, eləcə də Orta Şərq və Avropa ölkələrinin səfirlik, diplomatik və konsul missiyaları yanında rəsmi tərcüməçi. Draqoman ərəb, fars, türk və Avropa dillərini bilməlidir. == Etimologiyası == Ərəb dilində draqoman ترجمان (tərcüman), türk dilində isə tercüman kimi işlənir. Sami dilindəki t-r-g-m kökündən götürülən bu söz akkad dilində targumannu, geez dilində (klassik Efiopiya dili) t-r-gw-m, arami dilində isə targemana'dır. İvrit dilində מתרגם (metargem) — tərcüməçi və מתורגמן (meturgeman) — sinxron tərcüməçi anlayışları fərqləndirilir. Sonuncu yuxarıda sadalanan dillərə daha çox bənzəyir, baxmayaraq ki, hər iki söz eyniköklü olub sami dilindən alınmadır. Terminin xet mənşəli olması ilə bağlı fərziyyələr də mövcuddur (Salonen, səh. 12; Rabin, səh. 134–136). Bu söz Avropa dillərinə orta əsrlərdə daxil olmuşdur: orta ingilis dilində dragman, qədim fransız dilində drugeman, orta əsrlərdə latın dilində dragumannus, orta əsrlərdə yunan dilində isə δραγομάνος, dragoumanos kimi lüğətə daxil edilmişdir.
Dragon Ball
Dragon Ball (yap. ドラゴンボール) — Akira Toriyamanın manqası və onun əsasında yaradılmış eyni adlı anime. == Xarici keçidlər == Dragon Ball — Internet Movie Database saytında.
Draqan Naçevski
Draqan Naçevski (Makedonca:Драган Начевски) - Makedoniyalı futbolçu. == Həyatı == Draqan Naçevski 1980-ci il yanvarın 27-də anadan olmuşdur.
Draqan Nikoliç
Draqan Nikoliç (serb. Драгослав (Драган) Николић; 20 iyul 1943 və ya 20 avqust 1943, Belqrad, Serbiyada Almaniya Hərbi İdarəsi[d], Üçüncü Reyx – 11 mart 2016, Belqrad) — Serbiya teatr və kino aktyoru. == Həyatı == Belqarad İncəsənət Universitetinin Drama Sənəti fakültəsini bitirmişdir. Filmlərdə çəkilməyi 1964-cü ildən başlamışdır. Jivoin Pavloviçin "Ölü və ağ olduğum zaman" (1967) adlı kinosunda rolu ona şöhrət gətirmişdir. 1969-cu ildə Atelye 212 teatr truppasına üzv oldu. Master və Margarita, Dib və digər tamaşalarda baş rollarda oynamışdır. Rejissor və ssenarist Jivko Nikoliç onun böyük qardaşıdır. Aktrisa Milena Draviç həyat yoldaşı idi.
G-Dragon
Kvon Ci Yon (təxəllüsü: G-Dragon; kor. 권지용; 18 avqust 1988, Seul) — Koreya müğənnisi, repçisi, bəstəkarı, söz yazıçısı, musiqi prodüseri, modeli, BIGBANG qrupunun lideri. Ləqəbi K-Pop kralıdır. G-Dragon, 2006 -cı ildə, dünyanın ən məşhur qruplarından biri olan hip hop qrupu The Big Bang-in lideri olaraq cənubi Koreya əyləncə şirkəti YG Entertainment-da 6 il işlədi. İlk solo albomu Heartbreaker ve 2009'da satışa çıxan eyni adı ilə satışlar yaxşı getdi; həmin ərəfədə Koreyalı bir solist tərəfındən ən çox satılan album oldu və o "2009 Mnet Asiya Musiqi Mükafatları"nda İlin Albomunu qazandı. G-Dragon, 2010-cu ildə GD & TOP albomunu satışa vermək üçün Big Bang qrupundan dostu TOP ilə birlikdə işlədi. İlk EP One of the Kind (2012) çox bəyənildi və üç single qazandı: "One of a Kind", "Crayon", "This XX". EP, 2013 Seoul Music Awards-da İlın Rekordu'nu Qazandı. 2013 -cü ildə, dünya səviyyəsində ilk turuna solist olaraq başladı . G-Dragon, ikinci albomu Coup d'Etat'ın (2013) müvəffəqiyyəti ilə 2013 Mnet Asian Music Awards-da İlin Sənətkarı mükafatını qazandı.
Draqan Çoviç
Draqan Coviç (xorv. Dragan Čović; 20 avqust 1956, Mostar) — xorvat əsilli Bosniya və Herseqovina biznesmeni və siyasətçisi. Bosniya və Herseqovina Xorvatiya Demokratik Birliyinin lideri. == Həyatı == 1998-ci ildən maliyyə naziri və ölkə hökumətinin baş nazirinin müavini vəzifələrində çalışmışdır. 5 oktyabr 2002-ci ildə üçüncü etnik qrup olan xorvatların nümayəndəsi kimi Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü seçilmişdir. O, 2003-cü ilin iyunundan 2004-cü ilin fevralına qədər xorvat icmasından Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri vəzifəsində çalışmışdır. 29 mart 2005-ci ildə Ali Nümayəndə Peddi Eşdovn tərəfindən maliyyə cinayətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə tutduğu vəzifədən uzaqlaşdırılmışdır. OŞ Bosniya və Herseqovina Dövlət Məhkəməsinin qərarı ilə istintaq tədbirləri müddətində, istefasından sonra bir müddət həbsdə qalmışdır. Sonradan ittihamlar aradan qaldırılmışdır. O, 2014-cü il prezident seçkilərində səslərin çoxunu qazanmışdır.
Monthly Dragon Age
Monthly Dragon Age (月刊ドラゴンエイジ, Gekkan Doragon Eiji) — Fujimi Shobo nəşriyyatı tərəfindən nəşr olunan aylıq şonen manqası jurnalı. Jurnal Fujimi Shobo tərəfindən nəşr olunmuş iki jurnalın — "Monthly Comic Dragon" və "Monthly Dragon Junior" jurnallarının birləşməsindən sonra fəaliyyətə başlamışdır. İlk sayı 2003-cü ilin aprelində işıq üzü görmüşdür. Jurnal hər ayın 9-da çıxır. Jurnal "New Age Standard Comic" başlığına malikdir. Jurnalın "Dragon Age Pure" adlı xüsusi versiyası 2006-cı ilin yanvarından 2009-cu ilin fevralına kimi nəşr olunmuşdur.
Qrin-Draqon meyxanası
Qrin-Draqon meyxanası (ing. Green Dragon Tavern) — Bostonda Yunyon-Strit üzərində yerləşən pab. Həm masonlar, həm də "Azadlıq oğulları" üçün məşhur görüş olmuşdur. 1832-ci ildə sökülmüşdür. == Struktur == Qrin-Draqon meyxanası Bostonun şimal ucunda yerləşən Qrin-Draqon-Leyndə (indiki Yunyon-Strit) yerləşirdi. 0.75 acre (0.30 ha) ölçüsünə görə Bostondakı ən böyük tikililərdən biri idi. Əsasən kərpicdən ibarət olan bina arxa tərəfdə üç, qabaqda iki mərtəbədən ibarət idi. Qonaqları qarşılayan dəmir kranın üzərinə qoyulmuş mis əjdaha idi.
Dracula 3: The Path of the Dragon
Dracula 3: The Path of the Dragon - "Kheops Studio" oyun şirkəti tərəfindən 2008-ci ildə "Microsoft Windows" platforması üçün yaradılan, macəra oyunudur.
Year of the Dragon (Modern Talking albomu)
Year of the Dragon (azərb. Əjdaha ili‎) - 2000-ci ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur.