Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Drake
Emmanuel Dreyk del Kastillo (fr. Emmanuel Drake del Castillo, 1855 — 1904) — ispan mənşəli fransız botaniki.
Drone metal
Drone metal — (digər adı ilə drone doom, vəya power ambient) üslubu doom metalın alt növlərindən biridir. Drone Doom isə tamamilə Noise və Ambient təsirli və minimalist bir növdür. Olduqca statik və təkrarlanan səslərin istifadə edilməsiylə meydana gəlir, dinlənilməsi isə həddindən artıq çətin və yorucudur. Uzun mahnılar təkrar edən quruluşda ağır irəliləyir, vokallar əsasən dərindən qışqırıq tərzində olur və ya 30 dq-lik mahnı sadəcə musiqidən ibarət ola bilir(vokalsız). Musiqi boşluq hissi verir, ritm və tempdən məhrumdur. Təmsilciləri Sunn O))), Earth və Boris (qrup) qruplarıdır.
Purple drank
Bənövşəyi içki (ing. Purple drank) — öskürək şərbətinin xüsusi alkoqolsuz içki və mentollu konfetlərin birləşdirilməsi ilə hazıranan rekreativ kokteyl. Kokteyl, Texasın Hyuston şəhərində meydana gəlmişdir. Hip-hop subkulturasına aid olan və ya ABŞ-nin cənubunda yaşayan insanlar arasında olduqca məşhurdur. Kokteyl, istehlakçıya yuxu və bədənin keyləşməsi ilə müşayiət eyforik yan təsirlər göstərir. Kokteylin yaradıcısı Leyns Skott Uolker, bu qarışımın ağız hissiyatını azaltması və dadın uzun müddət ağızda qalmasını təmin etdiyini söyləmişdir. Bənövşəyi içki kokteyli istehlakçıya kəskin şəkildə yorğunluq və bədən keyləşməsi ilə müşayiət olunan eyforik yan təsirlər göstərir. Kokteylin yaradıcısı Leyns Skott Uolker, kokteyl dadının ağızda uzun müddət qaldığını da bildirmişdir. Los Angeles Times, repçi Lil Ueynin həddindən artıq bənövşəyi içki istifadə etməsi ilə əlaqədar olaraq xəstəxanaya yerləşdirilməsindən sonra bir məqalədə həkim və xəstəxana doktoru Corc Fallieras ilə qarışıqların zərərləri barədə danışmışdır. Fallieras, reportaj zamanı "dərmandakı kodein ağrı kəsici kimi xidmət edir və insanı boğmağa başlayır." kimi fikirlər irəli sürmüşdür.
İrane-nou
"İrane-nou" (fars. ایران نو‎ — Yeni İran) — Qacar İranında dərc olunmuş gündəlik qəzet. 1909-cu ilin avqustun 24-də fəaliyyətə başlayan gündəlik və müstəqil "İrane-nou" qəzeti 2–3 min nüsxə ilə İranın ən böyük qəzeti oldu. Qəzetin redaktoru Məhəmməd Əmin Rəsulzadə idi. O, bu qəzet vasitəsilə İran Demokratik Firqəsinin fikirlərini yayırdı, yaradıcı heyəti də Azərbaycan türklərindən ibarət idi. Qəzetdə Məhəmməd Əmin Rəsulzadənin çoxlu məqalələri, şeir və publisistik yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalistika sənətinin əsasını qoymuşdur. Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın rus işğalından qurtulması və İranın Rusiyanın təsirindən uzaqlaşması ilə bağlı sərt yazılar yazırdı. Qəzetdə Məhəmməd Əmin Rəsulzadə bəzən Niş təxəlüsü ilə çıxış edirdi. Sonralar Seyid Həsən Tağızadə, Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda belə yazmışdır: 1910-cu ilin yayında bağlansa da, elə həmin ilin payızında – oktyabrın 26-da artıq İran Demokrat Partiyasının orqanı kimi fəaliyyətini bərpa etdi.
İranə Qasımova
İranə Tağızadə
İranə Tofiq qızı Tağızadə (7 may 1957, Bakı – 9 aprel 2023, Bakı) — Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru. İranə Tağızadə 7 may 1957-ci ildə Bakı şəhərində anadan olub. 1976–1981-ci illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram rejissoru fakültəsində təhsil alıb. İranə Tağızadə 1984-cü ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışıb. 9 aprel 2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. 10 aprel 2023-cü ildə Ümumşəhər qəbiristanlığında dəfn olunmuşdur. Tofiq Tağızadənin qızıdır. Firdovsi Atakişiyevin həyat yoldaşıdır. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında F. Dostoyevskinin "Karamazov qardaşları", U. Şekspirin "On ikinci gecə", T. Uilyamsın "Arzu tramvayı", Elçinin "Artistin taleyi", "Teleskop, ya yuxuda və reallıqda uçuşlar", M. Kamolettinin "Ah, bu Anna", A. Puşkinin "Çar Soltanın nağılı", R. Şartın "Mənim arvadımın adı Morisdir" və s. bu kimi tamaşalara quruluş verib.
Morten Trane Brünnix
Morten Trane Brünnix (dan. Morten Thrane Brünnich30 sentyabr 1737, Kopenhagen – 19 sentyabr 1827, Kopenhagen) — Danimarka zooloqu və mineraloqu. Prodromus insectologiæ Siælandicæ. Kopenhagen 1761. Die natürliche Historie des Eider-Vogels. Kopenhagen 1763. Eder-Fuglens Beskrivelse. Kopenhagen 1763. Tillæg til Eder-Fuglens Beskrivelse. Kopenhagen 1763.
Dranq nax Osten
Dranq nax Osten (alm. Drang nach Osten‎ — "Şərqə basqın") — XIX əsrin ortalarında meydana çıxan və əsrin ikinci yarısında millətçi diskussiyalarda işlənmiş ifadə. Bu termin XIX əsrdə kayzer Almaniyasında və daha sonra nasist təbliğatında Almaniyanın şərqə doğru ekspansiyasına istinad etmək üçün istifadə edilmiş və almanların digər xalqlarla rəqabətdə "yaşayış sahəsini" genişləndirmək üçün şərqdə alman müstəmləkəçiliyinin strateji əhəmiyyətini vurğulamışdır.XX əsrdə bu termin Sovet və Polşa tarixçiləri tərəfindən alman ekspansiyasını təsvir etmək üçün istifadə edilmişdir. "Drang nach Osten" doktrinasının ideoloji əsası " Ostforschung " alman elmi tədqiqat istiqaməti çərçivəsində yaradılmışdır.
Rah Danə (Sulduz)
Rah Danə (fars. اهدانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 681 nəfər yaşayır (177 ailə). Qacarlar və Pəhləvilər dövründə bu bölgənin sahibi və hökmdarı Heydər xan nəslindən olan Əhməd Əli Zeynali (Əhməd bəy) olmuşdur. Qara-Papaq türklərindən Əhməd bəy Zeynali ən böyük Böyük Sulduz idi.
Emmanuel Drake del Castillo
Emmanuel Dreyk del Kastillo (fr. Emmanuel Drake del Castillo, 1855 — 1904) — ispan mənşəli fransız botaniki.
Uncharted: Drake’s Fortune
Uncharted: Drake’s Fortune — Naughty Dog tərəfindən hazırlanan və PlayStation 3 üçün Sony Computer Entertainment tərəfindən nəşr olunan 2007 aksiyon-macəra platforma videooyunu. Uncharted seriyasının ilk oyunudur. Döyüş-macəra və platforma elementlərini üçüncü-şəxs dünyagörüşüylə birləşdirən oyun, Ser Fransis Dreykin nəvəsi olduğunu iddia edən baş qəhrəmanın, yəni Neytan Dreykin, Eldoradonun itkin xəzinəsini jurnalist Elena Fişerin və ağıl müəllimi Viktor Sullivanın köməyiylə tapmağa çalışdığını göstərir. Başlanğıcda E3 2006-cı ildə elan edilən oyun, hazırlanmağa başlanmasından təxminən iki il sonra, 2007-ci ilin axırlarında satışa çıxarıldı. 2007-ci ilin bayram mövsümündə PlayStation 3 üçün açar bir oyun olaraq görülən oyun tənqidçilər tərəfindən yaxşı qarşılandı. Bir çox insan oyunun Qrafiki nailiyyət, səs əvəzi, obrazları, hekayəsi, atmosferi, musiqisi və başqa elementləri, hər il yayda çıxarılan blokbaster filmlərinə bənzədiyini dedi, ancaq qrafiki yanlışlıqları, maşın hissələri, uzunluğu və çətinlik səviyəsi bir çox insan təfırindən yaxşı qarşılandı. Uncharted 2: Among Thieves başlıqlı bir ard oyun 2009-cu ildə satışa çıxarıldı, ondan sonra 2011-ci ildə Uncharted 3: Drake’s Deception satışa çıxarıldı. Uncharted 4: A Thief’s End adlı dördüncü və ən son oyun 2016-cı ilin May ayının 10-da satışa çıxarıldı. Dreykin Talehi PlayStation 4-də yenidən satışa 2015-ci ildə Uncharted: Neytan Dreykin Kolleksiyası'nın bir parçası olaraq yenidən satışa çıxarıldı. "Uncharted: Neytan Dreykin Kolleksiyası"nda Uncharted 2: Among Thieves və Uncharted 3: Drake’s Deception-da "Uncharted: Neytan Dreykin Kolleksiyası"nda yerləşirdi.
Ya-Dranq vadisi döyüşü
Ya-Dranq vadisi döyüşü və ya Dranq çayı vadisi döyüşü — 1965-ci ildə Vyetnam müharibəsinin əvvəllərində Çu-Ponq massivinin şərq ətəyində aparılan Pleyku kampaniyası çərçivəsində ABŞ ordusu və Vyetnam Respublikası Ordusu (VRO) ilə Vyetnam Xalq Ordusu (VXO) arasında ilk böyükmiqyaslı döyüş. Ya-Dranq vadisi döyüşü iki vertolyot eniş meydançasında (EM) mərkəzləşdirilmiş iki əsas tapşırıqdan ibarət idi. Onlardan birincisi İks-Rey EM-si kimi tanınan, ardınca isə Ya-Dranq vadisindən daha şimalda yerləşən Albani EM-si idi. Bu, Vyetnam müharibəsinin ən şiddətli, qanlı və tez-tez xatırlanan döyüşlərindən biridir. Bu, ilk dəfə irimiqyaslı vertolyot ilə hava hücumu və həmçinin "Boeing B-52 Stratofortress" strateji bombardmançılarının taktiki dəstək rolunda istifadə edilməsi ilə tanınır. Bu döyüş Vyetnam müharibəsinin planını təyin etmişdi. ABŞ tərəfi hava hərəkətliliyinə, artilleriya atəşinə və yaxın hava dəstəyinə güvənirdi, VXO isə Amerika qüvvələri ilə çox yaxın məsafədən tez bir zamanda münaqişəyə girərək bu atəş gücünü zərərsizləşdirirdi. Birinci tapşırıq 14–16 noyabr tarixlərində İks-Rey EM-sində baş tutmuşdur. Mühasirəyə alınan və sayca üstün bir qüvvənin şiddətli atəşi altında qalan Amerika qüvvələri Şimali Vyetnam qüvvələrini üç gün ərzində, əsasən, hava qüvvələrinin dəstəyi və ağır artilleriya bombardmanı sayəsində geri çəkə bilmişdi. Amerikalılar 10:1 öldürmə nisbətinə istinad edərək İks-Rey EM-sini taktiki qələbə kimi qəbul etmişdilər.
Uncharted 3: Drake’s Deception
Uncharted 3: Drake’s Deception — Naughty Dog tərəfindən hazırlanıb Sony Computer Entertainment tərəfindən nəşr edilən, döyüş-macəra, platforma və üçüncü şəxs atıcı növlərindəki, yalnız PlayStation 3 üçün hazırlanan videooyunu. Uncharted seriyasının Uncharted 2: Quldurlar Arasında'dan sonra çıxan üçüncü oyun. Şimali Amerikada 2011-ci ilin Noyabrın 1-də, Avropada 2011-ci ilin Noyabrın 2-də, Avstraliyada isə 2011-ci ilin Noyabrın 3-də satışa çıxarılmışdır. Bəzi əlavələ məzmunlar ehtiva edən "İlin Oyunu" versiyası isə Şimali Amerikada 2012-ci ilin Avqustun 28-də, Avropada isə 2012-ci ilin Sentyabrın 21-də satışa çıxarılmışdır. Uncharted 3 qəhrəmanı Neytan Dreyk'in və ağıl müəllimi Viktor Sullivan'ın əfsanəvi itkin şəhər olan Quranda bəhs edilən sütunlar İramını axtaran Rub əl-Xali səhrası kimi yerlərə dünya səviyyəsində səyahət etdiyini görür. Elena Fişer və Kloyi Freyzer də Uncharted 3-də geri dönürlər. Sujet, Tomas Edvard Lourensin arxeologiya günlərindən qaynaqlanmaqdadır. Naughty Dog'un ictimaiyyət strateqi Arne Meyer, "Uncharted 3'ün əsas mövzusunun 'yolu tapmaq'" olduğunu ifadə etdi. Uncharted 3: Drake’s Deception tənqidçilər tərəfindən bəyənildi, baxılış ümumi veb saytında Metacritici %92-ə çatdı və 2011-ci ilin ən yaxşı videooyunlarından biri halına gəldi. Uncharted 3', rəy verənlər ssenari aktyorluq, qrafik, kino kimi sahələri çox sevdiklrəinə görə oyun "İlin Oyunu" mükafatı aldı, ancaq oyun texniki problemlərə, tək-oyuncu əlavələrinin qıtlığına və başqa səbəblərə görə tənqid olundu.
Arame
Arame və ya Aramu (e.ə 858–844-cü illər), Urartunun ilk tanınmış kralı idi.
Arank
Arank - türk və tatar mifologiyasında su cini. Arang və ya Anank (Anang) olaraq da deyilir. "Aranklar" şəklində çoxluq olaraq xatırlanarlar. Sayları çoxdur. Suyun içində olduğu qədər su xaricində də yaşayırlar və hər tərəf onlarla doludur. Suların axışına hökm edərlər. Yaxşı davranan varlıqlardır, nadir olaraq pis davranarlar. İnsanları qoruyarlar. Bəzi müqəddəs insanlar onları hegemonluğu altına ala bilərlər. Səhrada susuz qalıb ölmə nöqtəsinə gələn kəslərə kömək edərlər.
Aranq
Arank - türk və tatar mifologiyasında su cini. Arang və ya Anank (Anang) olaraq da deyilir. "Aranklar" şəklində çoxluq olaraq xatırlanarlar. Sayları çoxdur. Suyun içində olduğu qədər su xaricində də yaşayırlar və hər tərəf onlarla doludur. Suların axışına hökm edərlər. Yaxşı davranan varlıqlardır, nadir olaraq pis davranarlar. İnsanları qoruyarlar. Bəzi müqəddəs insanlar onları hegemonluğu altına ala bilərlər. Səhrada susuz qalıb ölmə nöqtəsinə gələn kəslərə kömək edərlər.
Berane
Berane (mont. Беране/Berane) — Monteneqroda şəhər. Monteneqroda şəhər. Eyniadlı bələdiyyənin mərkəzidir. Əhalisi 11.776 nəfərdir.
Branq
Branq (fr. Brangues) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38055. Kommunanın 1999-cu il üçün əhalisi 469 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 225 ilə 315 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 50 km şərqdə, Qrenobldan 60 km şimalda yerləşir.
Brene
Brene (fr. Bresnay) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Suvinyi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03039. 2008-ci ildə əhalinin sayı 394 nəfər təşkil edirdi. İqtisadiyyatın əsasını üzümçülük təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 238 nəfərdən (15–64 yaş) 187 nəfəri iqtisadi cəhətdən fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,6%, 1999-cu ildə 68,4%). Fəal 187 nəfərdən 176 nəfəri (90 kişi və 86 qadın) işləyir, 11 nəfər işsizdir (5 kişi və 6 qadın).
Danae
Danaya bu mənaları ifadə edə bilər:
Dante
Dante Aligyeri (əsl adı it. Durante di Alighiero degli Alighieri; təq. 1265, Florensiya, Florensiya Respublikası[…] – 14 sentyabr 1321, Ravenna, Papa dövləti[…]) — italyan şairi, italyan ədəbi dilinin banisi. Qədim zadəgan nəslindəndir. Bolonya Universitetində təhsil almış, hüquq və fəlsəfəni öyrənmişdir. Gənc yaşlarından Florensiyanın ictimai həyatında fəal iştirak etmiş, "ağ" qvelflər partiyasına qoşulmuşdur. "Qara" qvelflərin qələbəsindən sonra qiyabi olaraq yandırılmağa məhkum edilmişdir (1302). Didərgin həyat sürmüş, 1315-ci ildə ikinci dəfə ölümə məhkum olunmuşdur (həmin hökm 1966-cı ildə ləğv edilmişdir). Ömrünün son 6 ilini Ravennada yaşamışdır. Yaradıcılığının ilk dövründə Beatriçe adlı gənc bir qızı vəsf etmiş, onun vaxtsız ölümündən doğan kədər və hüzn dolu şerlər yaratmışdır ("Yeni həyat" kitabı, 1292).
Daran
Daran — İranın İsfahan ostanının şəhərlərindən və Fəridən şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,930 nəfər və 4,763 ailədən ibarət idi. Əhalisi ustaclılar, qaşqaylar, bəxtiyarilər, gürcülər və ermənilərdən ibarətdir, fars dili, azərbaycan dili, gürcü dili, erməni dili, qaşqay dili və bəxtiyari dialekti bu şəhərdə danışılır. Əhalisinin əksəriyyəti şiə müsəlmandır,ermənilər xristiandırlar.
Decne.
Jozef Deken (fr. Joseph Decaisne, 7 mart 1807[…], Brüssel[d] və ya Brüssel – 8 fevral 1882[…], Paris) — Belçika mənşəli fransız botaniki. Maison rustique du XIX siècle. Encyclopédie d’horticulture pratique, cours de jardinage, rédigé sous la direction de M. Decaisne (1836). Recherches anatomiques et physiologiques sur la garance, sur le développement de la matière colorante dans cette plante, sur sa culture et sa préparation, suivies de l’examen botanique du genre Rubia et de ses espèces (1837). Histoire de la maladie des pommes de terre en 1845 (1846). Flore élémentaire des jardins et des champs, accompagnée de clefs analytiques et d’un vocabulaire des termes techniques, par Emmanuel Le Maout et J. Decaisne (2 volumes, 1855). Le Jardin fruitier du Muséum, ou Iconographie de toutes les espèces et variétés d’arbres fruitiers cultivés dans cet établissement avec leur description, leur histoire, leur synonymie (9 volumes, 1858–1875). Manuel de l’amateur des jardins, traité général d’horticulture, par MM. Jh Decaisne, Ch. Naudin (4 volumes, 1862–1871).
Diana
Diana — qadın adı. Diana, Uels şahzadəsi — Uels şahzadəsi, Şahzadə Çarlzın birinci həyat yoldaşı. Diana Dadaşova — Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat katibi Diana Hacıyeva — azərbaycanlı caz musiqiçisi, müğənni Diana Doman — Azərbaycanın bədii gimnastı.
Dirayə
Dirayə hədisin sənədi, mətni, təriqi - istər səhih ola istərsədə əlil və həmçinin məqbulu mərduddan ayırmaq üçün ehtiyac duyulanlardan bəhs edən elmdir. Şeyx Bəhauddin Amili "əl-Vəcizə" kitabında dirayə elminə bu cür tərif vermişdir: "Dirayə hədisin sənədi, mətni, necə təhəmmül olunması və nəql olunma ədəblərindən bəhs edən elmdir. Ayətullah Cəfər Subhani Dirayə elmini bu cür tərif etmişdir: Dirayə hədisə sənəd və ya mətn baxımından ariz olan hallardan bəhs edən elmdir. Sənəd dedikdə ayrı-ayrı ravilər deyil, hədisin tam təriqi (ravilər məcmusu) nəzərdə tutulur. Raviləri ayrı-ayrıliqda, məfəssəl şəkildə araşdırmaq isə "rical" elminin öhdəsinə düşür. Yuxarıda deyilənlərə aydınlıq gətirək: Hədisin təriqinə ariz olan hallara nümunə: Əgər deyilsə ki, hədisin raviləri siqa və imamilərdir hədis səhihdir. Hədisin ravilərinin hamısı siqa lakin qeyri-imamilər olarsa və yaxud yalnız biri qeyri-imami olarsa hədis müvəssəq hesab olunur. Ravilər imami məmduh olarlarsa həsən, olmazlarsa hədis zəif hesab olunur. Buradan da rical elmi ilə dirayə elminin fərqi aydın olur. Rical elmində hədisin raviləri ayrılıqda, müfəssəl şəkildə, dirayə elmində isə hədisin sənədi bütövlükdə nəzərdən keçirilir.
Dəfnə
Dəfnə (lat. Laurus) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. Həmişəyaşıl ağaclardırdır. Arxeoloji qazıntılardan məlum olur ki, dəfnə ağacı əvvəllər Aralıq dənizi ətrafında və Afrikanın şimalında mövcud olmuşdur. Hazırda Aralıq dənizi ətrafında, Kanar adalarında və Cənubi Qafqazın qərbində rast gəlinir. Adaphus Neck. Appella Adans.
Dəhnə
Dəhnə (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd. Dəhnə (Quba) — Azərbaycanın Quba rayonunda kənd. Dəhnə (coğrafiya) — çayın dənizə tərəf geniş açılmış qıfabənzər mənsəbi.
DBase
dBase kompüterlər üçün verilənlər bazası ehtiyaclarını ödəmək üçün Ashton Tate tərəfindən buraxılmış inteqrasiya olunmuş verilənlər bazası meneceri olan 4-cü nəsil proqramlaşdırma dili və proqram təminatıdır. Orijinal dBase Wayne Ratliff tərəfindən hazırlanmışdır. 1978-ci ildə Reaktiv Sürmə Laboratoriyasında işləyərkən Ratliff CP/M montaj proqramlaşdırma dili ilə kompüterdə istifadə üçün verilənlər bazası yaratdı. Onun burada məqsədi futbol komandalarının matç nəticələrini izləmək olub. O, daha sonra iş yerində biznes proqramı hazırlayıb və onu "Vulcan" adlandırıb. 1980-ci ilin əvvəlində Ashton-Tate-nin müdiri Corc Tate və Ratliff ilə kommersiya müqaviləsi imzaladı. Vulkanın adı "dBase" olaraq dəyişdirildi və proqram çox qısa müddətdə böyük uğur qazandı. Proqram təminatında böyük və kiçik hərflər arasında heç bir fərq yoxdur və əmrlərin/funksiyaların ilk dörd hərfini yazmaq kifayətdir. Dəyişənlər on hərfdən çox ola bilməz, lakin istəsən daha uzun yazıla bilər; tərtibçi yalnız ilk on hərfi nəzərə alır. dBase güclü tipli bir dil deyil.
Brave (brauzer)
Brave — Chromium brauzeri koduna əsaslanan Brave şirkəti tərəfindən hazırlanmış pulsuz və açıq mənbəli veb brauzerdir. Bir çox digər brauzerlər də Chromium koduna əsaslanır,Microsoft Edge və Opera bunlardan bir neçəsidir. Reklamları və veb sayt izləyicilərini bloklamağı ilə fərqlənir. 2019-cu ildən etibarən Brave Windows, macOS, Linux, Android və iOS üçün buraxılıb. Hazırkı versiyada partnyoru DuckDuckGo da daxil olmaqla bir qayda olaraq beş axtarış motoru mövcuddur.