Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rovnı adası
Rovnı adası — Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən ada. Oxot dənizinə daxil olan (Şelixov körfəzi) Penjin körfəzinin şərqində, Putnaya çayının mənsəbinə yaxın, Pekinniki çayının mənsəbindən isə qərbdə, Kamçatka yarımadasının qərb sahillərinin şimalında yerləşir. İnzibati baxımından Kamçatka diyarı Karaqin rayonu ərazisinə daxildir. Adanın uzunluğu 2,2 km, eni 1,4 km-dir. Maksimal hündürlüyü 208 metrdir. Regional bioloji təbiət abidəsidir. Ada 50 min cüt quşun yuvaladığı bir məkandır. Ümumilikdə burada 10 növ quş yuva qurur. Adi ağkəkil kamçatka dioyarının qırmızı kitabına daxil edilmişdir. Ada ləkəli suiti, adi saqqallı suiti və halqaşəkilli suitilərin yatağını təşkil edir.
Dortnı
Dortnı (hal-hazırda: Antaraşat erm. Անտառաշատ) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində yerləşən kənd və kənd icması. Qafan şəhərindən 7 km şimalda yerləşən kənd 1930-1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil idi. == Adı == Toponim qıpçaq mənşəli «durt» (>dort) etnonimi əsasında yaranmışdır. F.Kırzıoğluya görə, 1588-cı ildə qışı Gəncə sancağında, yayı Zəngəzurda keçirən bir el «dördnu» adlanırdı. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 29 iyun 1949-cu il tarixli fərmanı ilə dəyişdirilərək Antaraşat (erm. Անտառաշատ) edilib.
Qroznı
Qroznı (çeç. Соьлжа-ГӀала, qum. Süyünç-Qala, qaraç.-balk. Süyünç-Qala) — Şimali Qafqazda şəhərdir, Rusiyanın cənubunda, Çeçenistan Respublikasının paytaxtı, Qroznu rayonunun mərkəzidir. Şimali Qafqazın ən böyük şəhərlərindən biridir, ərazisinə görə ikinci, əhalisinin sayına görə üçüncü böyük şəhərdir. Şəhər Sevinc çayının (qum. Süyünç, qaraç.-balk. Süyünç, çeç. Sölƶa) qırağında yarandığına görə yerli türklər ona Sevinc-Qala (qum. Süyünç-Qala, qaraç.-balk.
Dzoni
Dzoni (yapon. 雑煮 dzo ni) - yapon mətbəxinə daxildir. Supun əsas tərkibini düyü təşkil edir. Yaponiyada bu yemək yeni il yeməyi kimi tanıyır. == Tərkibi == Dzonini bişirmək üçün tərəvəz, balıq, toyuq, göyərti və s. istifadə olunur. Ancaq bu yeməyin bişirilməsi zamanı müxtəlif qaydalardan istifadə olunur. == Tarixi == Belə deyillər ki, bu yeməyi ilk dəfə samuraylar tərəfindən hazırlanmışdır. Onlar bu yeməyi bişirmək üçün düyü xəmirindən, tərəvəz və hərbiçilər üçün ərzaqlardan istifadə ediblər. Sonradan bu yemək artıq samurayların yeməyindən çıxıb bütün yapon xalqının yeməyi olur.
Rovno
Rovno və ya Rivne, (ukr. Рівне, Riwne) — Ukraynada, Rovno vilayətinin mərkəzi şəhəri. Ustye çayının sahilində yerləşir. Yaroslav Yevdokimov (Євдокимов Ярослав Олександрович (uk.) — müğənni, bariton. Gród Rovno, Ukrayna 22.11.1946.
Devid Duxovni
Devid Uilyam Duxovni və ya Duxovnıy (ing. David Duchovny; 7 avqust 1960[…], Nyu-York, Nyu-York ştatı) — ABŞ aktyorudur. == Həyatı == Devid Uilyam Duxovni 7 avqust 1960-cı ildə ABŞ-nin Nyu-York şəhərində doğulmuşdur. Anası şotland əsilli, atası Amram Duxovni (1927–2003) isə rus yəhudilərindən biri olub, bir çox ktabların müəllifidir. Amram Duxovni əvvəllər soyadındakı "x" hərfini "k" kimi yazılmasını demişdi. Lakin sonralar soyadı əvvəlki kimi yazılmağa başlandı. Oğlunun adı "David" isə yəhudi peyğəmbəri Davud peyğəmbərin sözündən götürülmüşdü. Devid Duxovn məktəbdə yaxşı oxumuş və Prinston Universitetinin pedaqoq fakultəsində təhsil almışdı. Daha sonra Yel Universitetinin aspiranturasında təhsilini davam etdrmiş və ingilis ədəbiyyat üzrə magistrliyi oxumuşdu. İlk dəfə 1987-ci ildə televiziyada yayımlanan "Löwenbräu" pivə reklamında peyda olur və cazibədarlığı sayəsində filmlərə çəkilməyə başlayır.
Qroznı-Citi
«Qroznı-Citi» — Qroznı şəhərinin mərkəzində, Əhməd Kadırov prospekti boyunca, Sunja çayının sdahilində yerləşən çoxmərtəbəli binalar kompleksi. Kompleksin ümumi sahəsi 4,5 hektardır. Yeddi çoxmərtəbəli bina (yaşayış binaları, otel, ofis və iş mərkəzi) var: biri 40 mərtəbəli, biri 30 mərtəbəli, üçü 28 mərtəbəli və ikisi 18 mərtəbəli. Yaşayış binalarındakı mənzillərin ümumi sayı 700-dür. Bir mənzilin faydalılıq sahəsi 68 ilə 280 m² arasındadır. Fenix yaşayış binasının ilk iki mərtəbəsində ticarət mərkəzi yerləşir. Yaşayış binalarının yanında, 303 otaqlı 28 mərtəbəli beşulduzlu otel və ümumi sahəsi 34.000 m² olan 30 mərtəbəli ofis və iş mərkəzi tikilmişdir. Otelin damında vertolyot meydançasıvardır. Oteldə bir üzgüçülük hovuzu, spa mərkəzi, idman zalı, 3 restoran, 32-ci mərtəbədəki şəffaf günbəzin altındakı kafe və ticarət köşkləri yer alır. Göydələnlərin hər birinin altında ümumi tutumu təxminən 3000 maşın olan iki yeraltı dayanacaqlar var.
Qroznı Fəhləsi
Qroznı fəhləsi — Çeçenistan Respublikasının tarixi, elmi və təhsilli, mədəni və maarifləndirici rusdilli qəzeti. 1917-ci ilin mart ayından Qroznıda nəşr olunur. Bölgədəki ən qədim çap nəşri sayılır. Qəzetin ilk sayı 1917-ci ilin martında "Yoldaş" adı ilə nəşr olunub. 1918-ci ildə qəzet "Qroznı Dairəsi Fəhlə və Hərbi Deputatlar Şurasının İzvestiyası" adlandırılıb. 1920-ci illərin əvvəllərində qəzetə "Qırmızı üsyançı" adı verilib. 1921-ci ildə Qroznının əsas qəzeti yenidən adını dəyişib, o vaxtdan etibarən "Qırmızı Əmək" adını alıb. Bu zaman nəşr zəhmətkeşlərin gündəlik qəzeti olaraq ad qazanmışdı.. Daha sonra qəzet, Qroznı Şəhər İcraiyyə Komitəsinin və Qafqaztrudarmiya Siyasi İdarəsinin gündəlik orqanı oldu. Sonradan qəzet Qroznı Şəhər İcraiyyə Komitəsinin və Süvari Ordusunun Siyasi İdarəsinin gündəlik orqanı və Qrozni Şəhər İcraiyyə Komitəsi və Süvari İdarəsinin gündəlik qəzeti kimi dərc edildi.
Qroznı döyüşü
Qroznı döyüşü — 1996-cı ilin avqustunda baş vermiş döyüş. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının bölmələri və şəhərdə yerləşən Çeçen milisləri şəhərin böyük hissəsinə nəzarəti itirir. Bundan sonra Rusiya Federasiyası ilə tanınmayan Çeçen İçkeriya Respublikasının nümayəndələri arasında Xasavyurt müqaviləsi bağlanır. Bu Birinci Çeçenistan müharibəsinə son qoyur. Əməliyyatın əvvəlində ayrı-ayrı qruplarda Qroznıya sızan üsyançıların sayı təxminən 1,5—2 min nəfər olur. Döyüşlər zamanı şəhərə yerli sakinlərin qayıtması və əvvəllər federal qoşunların tərəfində olanların üsyançıların tərəfinə keçməsi ilə onların sayı tədricən artır. Nəticədə Aslan Masxadovun Qroznıda nəzarət etdiyi çeçen birləşmələrinin sayı avqustun ikinci yarısına qədər 6-7 min nəfərə çatır. Ümumi rəhbərliyi həyata keçirən Aslan Masxadov bu əməliyyatın "bütün dünyaya və hər şeydən əvvəl Rusiyaya separatçıların döyüş potensialını göstərmək üçün" edildiyini bildirir. Xəttab dəstəsi ilə birlikdə hücumda iştirak etdi. Rusiya tərəfi say üstünlüyünə (daxili qoşunların 6 min hərbçisi), zirehli texnika və artilleriya üstünlüyünə və mütləq hava üstünlüyünə malik olur.
Qroznı rayonu
Qroznı rayonu (çeç. Соьлжа-ГӀалин кӀошт) — Rusiya Federasiyası, Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Qroznı şəhəridir (bununla belə rayonun tərkibinə daxil deyildir). Qroznı rayonunun rəhbərliyi Tolstoy-Yurt kəndində yerləşir. Rayon Çeçenistan Respublikasının mərkəzi hissəsində yerləşir. Şimalda Naurski və Şelkovski rayonları, şərqdə — Qudermes rayonu, cənub-şərqdə — Şali rayonu, cənubda — Urus-Martan rayonu ilə həmsərhəddir. Cənub-qərbdə Axçoy-Martano və Sunjenski rayonları, şimal-qərbdən Nadterek rayonu ilə sərhədə sahibdir. Rayonun mərkəzində onun tərkib hissəsi olmayan Qroznı şəhər rayonu yerləşir. Rayon şərqdə Arqun şəhəri ilə həmsərhəddir. Çeçen düzünliyində yerləşir.
Qroznı İES
Qroznı İES — Çeçenistan Respublikasının Qroznı şəhərində inşa edilmiş istilik elektrik stansiyasıdır. Enerjinni verilməsi üçün tikinti müqavilələr proqramı əsasında gerçəkləşdirildi. Qroznı İES-in tikintisi PJSC OGK-2 (Qazprom Energoholding Group) şirkəti tərəfindən həyata keçirilib. Daima böyüyən Çeçenistan iqtisadiyyatı özünü təmin edəcək enerji resurslarına malik olmaq və Rusiyanın qonşu bölgələrindən enerji asıllığını azaltmaq üçün yeni elektrik stansiyasına ehtiyac duyurdu. Bu səbəbdən Çeçenistan höküməti paytaxt Qroznıda yeni İES-nın tikintisinə qərar verdi. 2015-ci ilin fevral ayında isə Qroznıda investitorların investisiyalarının geri qaytarılmasına zəmanət verə biləcək enerji təchizatı müqavilələlərinə uyğun olaraq ümumi gücü 360 MVt olan iki qaz turbin qurğusunun tikintisi qurğuların siyahısına daxil edilərək həyata keçirildi. Enerji təchizatı müqaviləsi qurğularının əksəriyyətindən fərqli olaraq, yeni elektrik stansiyası orijinal siyahıya daxil edilməmişdir. Belə ki, ərazi Krasnodar vilayətində uğursuz İES tikinti layihəsi olan Kudepstinskaya İES-dən köçürüldü.. İnvestorlar — Qazprom Energoholding MMC, müştəri-tərtibatçı — GEH Engineering MMC, dizayner — Mosenergoproekt MMC, baş podratçı — TEK Mosenergo JSC şirkətləri idi. İnşaat işlərinə 2017-ci ilin fevral ayında başlandı və 19 dekabr 2018-ci ildə İES hərtərəfli sınaqlardan uğurla keçdikdən sonra Qroznı İES-in ilk enerji bloku istismara verildi.
İvan Qroznı
İohann IV Vasilyeviç və ya İvan Qroznı (25 avqust 1530[…] və ya 15 avqust 1530, Kolomenskoye[d], Böyük Moskva Knyazlığı – 18 (28) mart 1584[…], Moskva, Çar Rusiyası) — Moskva və 1533-cü ildən bütöv Rusiyanın böyük knyazı, Rusiyanın ilk çarı (1547-ci ildən; yalnız 1575-1576-cı illərdə "bütöv Rusiyanın böyük knyazı" nominal olaraq Simeon Bekbulatoviç olmuşdur). Moskva böyük knyazı III Vasili və Yelena Qlinskayanın böyük oğlu. Mənşəcə atası tərəfindən o, Rüriklər sülaləsinin Moskva budağına aid olunurdu, anası tərəfindən isə Qlinski Litva knyazlarının banisi hesab edilən Mamay xanın nəslinə. Ata tərəfindən nənəsi bizans imperatorların sülaləsindən gələn Sofiya Paleoloq idi. Nominal olaraq İvan 3 yaşından hökmdar oldu. 1547-ci ildəki Moskva üsyanından sonra "İzbrannaya rada" ("Seçilmiş rada") yaradaraq, o, yaxın hesab etdiyi şəxslərin iştirakı ilə hökümdarlıq eləməyə başladı. Hərbi xidməti, məhkəmə sistemi və dövlətin idarə edilməsində islahatlar aparmışdır. Qazan və Həştərxan xanlığları fəth edilmişdir, Qərbi Sibir, Don Qoşunlarının Vilayəti, Başqırdıstan və Noqay Ordasının torpağları Rusiyaya birləşdirilmişdir. Beləliklə, IV İvanın hakimiyyəti dövründə Rusiyanın ərazi artımı təxminən 100% təşkil etdi (2,8 milyon km²-dən 5,4 miyon km²-ə çatdı), çarlığının son illərində Rus dövləti ərazisinə görə bütöv Avropadan böyük oldu. 1560-cı ildə Seçilmiş rada ləğv olundu, onun əsas xadimləri çarın etibarını itirdilər, və İvan Qroznı Rusiyanı tam müstəqil idarə etməyə başladı.
Dron
Pilotsuz uçuş aparatı (PUA) (ing. unmanned aerial vehicle - insansız hava apparatı), çox vaxt qısaca dron (ing. drone) kimi qeyd edilir — bortunda pilotu, heyəti və ya sərnişini olmayan uçuş aparatıdır. PUA-lara avtopilot sistemi, bort kompüteri, kommunikasiya sistemi, mürəkkəb sensor kompleksi və müxtəlif növ faydalı yüklər quraşdırılır. Eyni zamanda bəzi PUA modelləri silahla təmin olunur. Əksər PUA-lar kəşfiyyat, müşahidə və digər hərbi məqsədlər daşısa da, açıq mənbəli avtopilot sistemlərinin inkişafı PUA-ların şirkətlər və həvəskarlar tərəfindən istifadəsinə mühit yaradıb. == Etimologiya == İngilis dilində işlənən Unmanned Aerial Vehicle hərfi tərcümədə İnsansız Hava Apparatı deməkdir. Lakin, Azərbaycan dilində daha çox işlənən Pilotsuz Uçuş Aparatı ifadəsi Rus dilindəki Беспилотный Летательный Аппарат termininin hərfi tərcüməsidir. == Təsnifat == PUA-ları gövdə-motor konfiqurasiyasına və faydalı yükünə görə müxtəlif qruplara ayırmaq olar.
Dolnı Kubin
Dolnı Kubin (slovak. Dolný Kubín, alm. Unterkubin‎, mac. Alsókubin) — Slovakiyanın şimalında şəhər. Orava çayının sahilində, Mala Fatra, Oravska Maqura və Xoçske Vrhi dağ massivlərinin yamaclarında yerləşir. Əhalisi 19 min nəfərdir.
Drone metal
Drone metal — (digər adı ilə drone doom, vəya power ambient) üslubu doom metalın alt növlərindən biridir. Drone Doom isə tamamilə Noise və Ambient təsirli və minimalist bir növdür. Olduqca statik və təkrarlanan səslərin istifadə edilməsiylə meydana gəlir, dinlənilməsi isə həddindən artıq çətin və yorucudur. Uzun mahnılar təkrar edən quruluşda ağır irəliləyir, vokallar əsasən dərindən qışqırıq tərzində olur və ya 30 dq-lik mahnı sadəcə musiqidən ibarət ola bilir(vokalsız). Musiqi boşluq hissi verir, ritm və tempdən məhrumdur. Təmsilciləri Sunn O))), Earth və Boris (qrup) qruplarıdır.
Luis Dioni
Luis Dioni (20 dekabr 1992-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Sent-Etyen klubunda hücumçu kimi çıxış edən Fransalı peşəkar futbolçudur. Dioni həmçinin Martinika vətəndaşıdır. == Klub karyerası == Dioni öz peşəkar karyerasında debütünü Nant klubu ilə 2012-ci ilin noyabr ayında Niort klubuna qarşı oyunda etmiş və həmin görüşdə komandası 0-0 hesabı ilə bərabərə qalmışdır. Dioni altı ay doğma şəhərini təmsil edən, dördüncü diviziya təmsilçisi olan Stad Mantois klubunda çıxış etmişdir. 2014-cü ilin yanvar ayında o, Dijon klubuna transfer olmuşdur. === Bristol Siti === 25 yanvar 2018-ci ildə Luis Dioni Çempionşip təmsilçilərindən olan Bristol Siti klubuna bu mövsümün sonuna qədər icarəyə verilmişdir. O, klubda əsl əfsanəyə çevrilmişdir.
Mit Romni
Mit Romni (ing. Willard Mitt Romney; 12 mart 1947) — 2003–2007-ci illərdə Massaçusets ştatının qubernatoru olmuşdur. 2012-ci il ABŞ Prezident Seçkisində ABŞ Respublikaçılar Partiyasının əsas namizədlərindən hesab olunur. Uillard Mitt Romni 1947-ci il martın 12-də Miçiqan ştatının Detroyt şəhərində, "American Motors" korporasiyasının baş direktoru Corc Romninin ailəsində anadan olub. Üç dönəm Miçiqan şatının qubernatoru vəzifəsinə seçilmiş Corc Romni prezident Riçard Niksonun administrasiyasında şəhər inkişafı və tikinti naziri postunu tutub. Mitt Romni özü də karyerasına biznes sektorundan başlayıb, "Bain Capital" investisiya şirkətinin qurucusu və rəhbəri olub (1984–2001). Dini inancı mormonizm olan, mormonların Brihem Yanq (Brigham Young University) və Harvard universitetlərindəki təhsilini humanitar elmlər bakalavrı, hüquq doktoru və işgüzar idarəçilik magistiri dərəcələri ilə bitirmiş Mitt Romni Son Günlərin Müqəddəsləri Kilsəsinin dini məhəllələr birliyinə də rəhbərlik edib. Mitt Romni siyasətə 1994-cü ildə qatılıb – Massaçusets ştatının Senatına seçkilərdə iştirak edib və 7 milyon dollardan çox vəsait xərclədiyi bu kampaniyada rəqibi Ted Kennediyə məğlub olub. 2002-ci ildəki qubernator seçkisi isə ona qələbə gətirib və beləliklə, Mitt Romni 2003–2007-ci illərdə Massaçusets ştatının qubernatoru vəzifəsində çalışıb. 2008-ci ildə keçirilmiş prezident seçkisində respublikaçıların namizədi olmaq uğrunda mübarizə aparıb, sonra mübarizədən çəkilərək Con Makkeynin namizədliyini dəstəkləyib.
Rodni Uilyams
Rodni Erray Lourens Vilyams (ing. Sir Rodney Errey Lawrence Williams; 2 noyabr 1947, Svites[d], Sent Pol səmti[d]) — Antiqua və Barbudanın 4-cü general-qubernatoru. Rodni Sent Pol bölgəsinə təyin edilmiş Antiqua İşçi Partiyasının sabiq üzvü Ernest Emmanüel Vilyams və məktəb müəllimi olan İrina Vilyamsın oğludur. Vilyams Sent Consda yerləşən "Antigua Grammar School"-da orta təhsilini aldı. Sonra elə həmin məktəbdə bir il müəllim kimi dərs verdi. Daha sonra Monadakı "West Indian University" şəhərciyində tibb təhsili aldı. İxtisasca həkimdir. Tibb və Cərrahiyyə ixtisasını 1976-cı ildə Qərb Hindlər Universitetində almışdır. 1978-ci ildən Barbadosdakı Kraliça Elizabet Xəstəxanasında təcrübə keçdikdən sonra Antiqua və Barbudada tibb təcrübəsini davam etdirmişdir. Rodni 1984-cü ildə siyasətə atasının da təmsil etdiyi Sent Pol bölgəsindən parlament üzvü olaraq başlamışdır.
Rodni Vilyams
Rodni Erray Lourens Vilyams (ing. Sir Rodney Errey Lawrence Williams; 2 noyabr 1947, Svites[d], Sent Pol səmti[d]) — Antiqua və Barbudanın 4-cü general-qubernatoru. Rodni Sent Pol bölgəsinə təyin edilmiş Antiqua İşçi Partiyasının sabiq üzvü Ernest Emmanüel Vilyams və məktəb müəllimi olan İrina Vilyamsın oğludur. Vilyams Sent Consda yerləşən "Antigua Grammar School"-da orta təhsilini aldı. Sonra elə həmin məktəbdə bir il müəllim kimi dərs verdi. Daha sonra Monadakı "West Indian University" şəhərciyində tibb təhsili aldı. İxtisasca həkimdir. Tibb və Cərrahiyyə ixtisasını 1976-cı ildə Qərb Hindlər Universitetində almışdır. 1978-ci ildən Barbadosdakı Kraliça Elizabet Xəstəxanasında təcrübə keçdikdən sonra Antiqua və Barbudada tibb təcrübəsini davam etdirmişdir. Rodni 1984-cü ildə siyasətə atasının da təmsil etdiyi Sent Pol bölgəsindən parlament üzvü olaraq başlamışdır.
Ronni Koleman
Ronald Din Koleman (və ya Koulman, ing. Ronald Dean Coleman) — peşəkar bodibilder, bir çox reytinqli yarışların və Mister Olimpiya müsabiqəsinin səkkizqat qalibi. Bütün zamanların ən məşhur bodibilderlərindən biri hesab olunur. Ronald Din Koleman 13 may 1964-cü ildə Luiziana ştatının Monro şəhərində anadan olmuşdur. Daha sonra ailəsi qonşu Bastrop şəhərinə köçmüşdür. Ronninin anası Cessi Benton fiziki cəhətdən çox zəif qadın idi və Ronnini dünyaya gətirən zaman ölüm təhlükəsini belə yaşamışdır. Yeni dünyaya gəlmiş Ronninin ölçüləri həkimləri belə qorxuya salmışdır. Ronni 12 yaşında olan zaman artıq onun fenomen genetik quruluşu diqqəti cəlb edirdi: boy — 180 sm, çəki — 80 kq. Koleman 1986-cı ildə Qremblinq Dövlət Universitetini (GSU) bitirmiş və mühasibat uçotu ixtisasına yiyələnmişdir. Ronni iki il fastfud restoran şəbəkələrində mühasib işləmişdir.
Rovno vilayəti
Rovne vilayəti (ukr. Рівненська область) — Ukraynanın şərq qərbində yerləşən vilayət.
Trevor Brovn
Trevor Brovn (12 iyun 1979, Melburn) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Trevor Brovn Avstraliyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Typhlodromus drori
Typhlodromus drori (lat. Typhlodromus drori) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus drori Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Xroni burnu
Xroni burnu (ukr. Хроні, krımtat. Hroni) — Kerç yarımadasının ucqar şimal-şərqində, Leninski rayonu ərazisində yerləşir. Osovinı kəndindən 0,5 km şimalda qərarlaşır. Qərb sahillərini Bulanak buxtası, şərq sahillərini isə Kerç boğazının suları yuyur.
Roini İsmayılov
Roini Arzuman oğlu İsmayılov (13 dekabr 1994) — Azərbaycan futbolçusu, Azərbaycan İkinci Liqasında çıxış edən "Zaqatala" PFK-nin yarımmüdafiəçisi. Roini Arzuman oğlu İsmayılov 13 dekabr 1994-cü ildə anadan olmuşdur. Əslən ingiloydur. Roini İsmayılov 2004-cü ildə, Gürcüstanda yaşadığı dövrdə ölkədə keçirilən futbol turnirlərinə qoşulmuşdur. O, 2008-ci ildə "Simurq" PİK-nin uşaq qruplarında fəaliyyətini davam etdirmişdir. Roini İsmayılov 2011-ci ildə "Simurq"un əvəzedicilərinə cəlb olunmuş və peşəkar futbol karyerasına başlamışdır. O, 2012-də zədələnmiş və 8 ay futboldan uzaqlaşmışdır. Azərbaycan Topaz Premyer Liqasının 2013/2014 mövsümünün 5-ci turunun oyunlarında Roini İsmayılov iki dəfə xəbərdarlıq alaraq meydandan kənarlaşdırıldığı üçün AFFA klubu 100 manat cərimələmişdir. 2014-cü ildə "Rəvan" FK-yə transfer olmuşdur, 6 aydan sonra "Neftçala"ya keçmişdir. İsmayılov komanda ilə ilk dəfə 2014/2015-ci illər mövsümündə Kamal Quliyevin başçılığı altında I Divizionda çempion olmuşdur.