Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Drozd
Drozd (ing. Drozd, rus. Дрозд), ən tanınmış aktiv müdafiə sistemlərindən biridir. Rusiya tərəfindən hazırlanmış və Əfqanıstan müharibəsində ilk dəfə istifadə edilmişdir. Əfqanıstan müharibəsi gedişatında 1983-cü ildə T-55A tanklarına quraşdırılmış bu sistemlər Əfqan mücahidlərinin idarəolunan tank əleyhinə raketlərinə və raket buraxıcı qurğularına qarşı müqavimət göstərə bilmək məqsədilə yaradılmışdır. Sistem 1977–78-ci illərdə A. Şipunovaya bağlı bir KBP dizayn bürosu olan Kompleks 1030M-01 tərəfindən kəşf edilmişdir. Drozd radarı 24,5 GHz Doppler radar siqnalları göndərərək tanka 70 ilə 700 m/s arasında bir sürətlə yaxınlaşan bir obyekt (raket və ya döyüş raketi) aşkar edə bilər. Daha sonra kompüter 107 mm diametrli bir raketi atışa hazırlayır. Tanka yaxınlaşan raket tankdan 7 metrlik məsafəyə gəldikdə, bu raket partlayır, parçalanma effekti ilə böyük qəlbələr atır və gələn raketi və ya idarə olunan raketi havada partladır. Əvvəlcə ön tərəfi 60° bucaq altında müdafiə edən sistem daha sonra inkişaf etdirildi və 120°-lik müdafiə təmin etdi.
Droid 3
Motorola Droid 3 — Motorola korporasiyası tərəfindən istehsal olunan mobil telefon. == Xarakteristika == Motorola Milestone 3/XT883 QWERTY klaviatura ilə slayder form-faktorunda hazırlanıb. Smartfon 4 düym diaqonallı və 540х960 piksel kəskinlikli ekrana, 16 QB birləşdirilmiş yaddaşa, microSDHC slotuna, video zənglər üçün ön kameraya, əsas 8 meqapiksel kameraya və videonu 1080p formatında yazmaq imkanına malikdir. Droid 3 1 QHz tezlikli ikinüvəli TI OMAP 4430 prosessoru əsasında hazırlanıb, Wi-Fi, GPS və Bluetooth modulları ilə təchiz edilib. Motorola Milestone 3 Android 2.3 əməliyyat sisteminin nəzarəti altında işləyir.
Droid (Ulduz müharibələri)
Droid — "Ulduz müharibələri" elmi fantastik franşizasından müəyyən dərəcədə süni intellektə malik uydurma robot. Termin "android" sözünün qısaldılmış formasıdır və əvvəlcə insan kimi görünmək və hərəkət etmək üçün nəzərdə tutulmuş robotlara istinad edirdi. "Android" sözünün özü qədim yunanca "insan kimi" mənasını verən "androīdēs" sözündəndir.Yazıçı və rejissor Corc Lukas orijinal "Ulduz müharibələri" filminin 28 yanvar 1975-ci ildə tamamlanan ssenarisinin ikinci layihəsində "droid" terminindən istifadə etmişdir. Bu sözün presedenti var – Mari Vulf adlı yazıçı bu sözü 1952-ci ildə "Dünyanın robotları! Qalxın!" hekayəsində işlətmişdir. Lukasın "Ulduz müharibələri" filminin ssenarisini yazarkən bu məlumatdan xəbəri olub-olmadığı, yoxsa bu termini özünün uydurduğu məlum deyil. == İstinadlar == == Xarici keçidlər == Astromech droid — Vukipediya saytında.
Dorud
Dürud – İranın Luristan ostanının şəhərlərindən və Dürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 100,528 nəfər və 23,596 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində və bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Druid
Druid (vall .derwydd, irl. druí, şot.kelt Draoidh) — Qərb xalqlarında yəni keltlərdə(Qədim İspaniya, Fransa, İngiltərə, Uels, İrlandiya, Belçika və İtaliya xalqları) din xadimi, ruhani. == Etimologiya == Druid kəlməsi çox ehtimal ki, Keltlərin ağac cadusu vaxtından əvvəlki zamana gedib çatır."Deru" kəlməsi "sabit olmaq,bərk qalmaq" deməkdir.
Rozid
Rozidlər (lat. Rosidae) — i̇kiləpəlilər sinfinə aid bitki yarımsinfi.
DMOZ
Open Directory Project, ODP və ya Açıq Kataloq (ODP), həmçinin öz domen adı ilə – "dmoz" (dmoz.org) kimi tanınır və bu domen adı, onun ilk və indi də işlək olan directory.mozilla.org domen adının qısaldılmış formasıdır. Açıq Kataloq dünyanın müxtəlif yerlərindəki könüllü redaktorlar tərəfindən onlayn idarə edilən, çoxdilli, beynəlxalq bir saytlar kataloqudur. == Tarixi == Açıq Kataloq Riçard Skrentoy və Bob Truel tərəfindən yaradılmış və 5 iyun 1998 -ci il tarixdə rəsmən, fəaliyyətə başlamışdır. İlk mərhələdə bu layihə GnuHoo, NewHoo, yaxud ZURL kimi tanınırdı. Kataloqun 1998 il noyabr ayının 17-si Netscape korporasiyası tərəfindən 40 050 000 dollar müqabilində satın alınması (əslində alqı-satqı oktyabr ayında artıq baş tutmuşdu) haqqında elandan sonra adı dəyişdirildi və indiki adını aldı. == Ümumi məlumat == Dmoz onlarla internet kataloqun, o cümlədən Alexa Internet kataloqunun və Google axtarış sisteminin əsas bazasıdır. Amma Alexa Internet kataloqu ən yaxşı halda bir neçə gündən bir yenilənirsə, Dmoz – Açıq Kataloq, hər saniyə yenilənir və hər gün bura ictimai redaktorlar yüzlərlə yeni sayt daxil edirlər və xaric edirlər. 29 dekabr 2010-cu il tarixdə Dmoz – Açıq Kataloq, 4 778 462 saytdan ibarət idi. Redaktorlar könüllülük prinsipi ilə işləyirlər. Açıq Kataloqun məsələn, Abşeron rayonu kateqoriyasının redaktoru olmaq üçün, sadəcə, həmin kateqoriya səhifəsindəki "Açıq Kataloq Proyektində Redaktor ol" düyməsini basmaq, tələb olunan "Açıq Kataloq Proyektinə Redaktor Aplikasiyası"nı doldurmaq və redaktorluğa qəbul-edilib edilməyəcəyin barədə cavabı gözləmək lazımdır.
Diod
Yarımkeçirici diod (yun. δις - iki, od ὁδός - yol) — bir p-n keçidə malik olan və iki elektrik çıxışı olan cihaz. Yarımkeçirici diodun bu gün ən ümumi tipi iki elektrik terminalı üçün əlaqələnmiş p-n keçidli yarımkeçiricinin kristallik hissəsidir. Vakuum boru diodu iki elektroda malikdir: anod və qızdırılmış katod. Yarımkeçirici diodlar birinci yarımkeçirici elektron qurğusudur. Birinci yarımkeçirici diodlar kristal detektor adlandırıldı. Bu gün diodların çoxu silisiumdan hazırlanır, ancaq bəzən selen və germanium kimi başqa yarımkeçiricilərdən də istifadə edilir. == Əsas funksiyaları == Diodun ən ümumi funksiyası əks istiqamətdə cərəyan maneəyə rast gələrkən, bir istiqamətdə elektrik cərəyanın keçməsini təmin etməkdir. Başqa funksiyasıda dəyişən cərəyanı sabit cərəyana çevirməkdir. Həmçinin radioda radio siqnalların amplitud modulyasiya hasilatını o cümlədən qəbul edilən siqnalların düzləndirməsidir.
Drom
Drom (departament)
Dron
Pilotsuz uçuş aparatı (PUA) (ing. unmanned aerial vehicle - insansız hava apparatı), çox vaxt qısaca dron (ing. drone) kimi qeyd edilir — bortunda pilot olmayan uçuş aparatıdır. PUA-lara mürəkkəb sensor, avtopilot, nəzarət, müşahidə və nəzarət kompleks sistemləri quraşdırılır. PUA-lar vasitəsilə kəşfiyyat və ya müşahidə aparmaq, pilotlu təyyarələrlə müqayisədə daha asandır. Eyni zamanda bəzi PUA modelləri silahla təmin olunur. == Etimologiya == İngilis dilində işlənən Unmanned Aerial Vehicle hərfi tərcümədə İnsansız Hava Apparatı deməkdir. Lakin, Azərbaycan dilində daha çox işlənən Pilotsuz Uçuş Aparatı ifadəsi Rus dilindəki Беспилотный Летательный Аппарат termininin hərfi tərcüməsidir.
Dörd
Dörd — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Üçdən sonra, beşdən əvvəl gəlir.
Kröz
Kröz (fr. Creuse, oks. Cruesa) — Fransa mərkəzində yerləşən , Yeni Akvitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 23. İnzibati mərkəzi — Qere. Əhalisi — 127 919 nəfərdir (departamentlər arasında 100-cü yer, 2010-cu ilin məlumatları). == Coğrafiya == Ərazisi 5565 km²dir. Departament vasitəsilə Kröz çayı və onun bir neçə qolu axır. Departamentə 2 rayon, 27 kanton və 260 kommun daxildir. == Tarixi == Kröz — 1790-cı ilin martında Böyük Fransız İnqilabı zamanı meydana çıxan ilk 83 departamentdən biridir.
Rozo
Rozo — Dominikanın paytaxtı, əhalisi — 14 847 nəfər (2001). Karib dənizi, Rozo çayı və meşə ilə örtülmüş Morn Bryus (Morne Bruce) dağı ilə əhatə edilib. Qədim hindu yaşayış məskəni olan Sairinin yerində salınıb, adanın ən qədim və ən əhəmiyyətli yaşayış məskənidir . == Şəhər həyatı == Dominika adasının qərb sahilində yerləşir, özündə müstəmləkə (Fransa) və müasir arxitekturanı birləşdirir. 30 hektarı əhatə edən 80 kvartala bölünür. Layma, layma şirəsi, tropik meyvələr və ədavalar ixrac edir. Şəhərin mərkəzində evlər azdır. Orada yaşayış azdır, insanlar ora daha çox işləməyə gəlirlər. Şəhər mərkəzindəki küçələr hərəkət xəttindən daha çox bağ, idman meydançası, kütləvi tədbirlər yeridir. Mərkəzdəki botanika bağları əhalinin, daha çox uşaqların istirahət yeri kimi istifadə edilir.
Aleksandr Drozdov
Aleksandr Aleksandroviç Drozdov (rus. Александр Александрович Дроздов; 30 may (11 iyun) 1892, Omsk – 15 avqust 1968, Bakı) — sovet opera müğənnisi (lirik-dramatik tenor), Azərbaycan SSR xalq artisti (1940), RSFSR əməkdar artisti. == Həyatı == Aleksandr Drozdov 30 may (11 iyun) 1892-ci ildə Akmola vilayətinin Omsk şəhərində anadan olmuşdur. Mixail Medvedevdən dərs almış, 1918-ci ildə Saratov opera studiyasını (professor N. İ. Speranskinin sinfi) bitirərək orada səhnə fəaliyyətinə başlamışdır. Müxtəlif illərdə SSRİ-nin Tiflis, Leninqrad, Odessa və başqa şəhərlərinin opera teatrlarında çıxış etmişdir. 1935–1959-cu illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur.Aleksandr Drozdov teatrda işləməklə yanaşı, 1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının vokal sinfində pedaqoji fəaliyyət də göstərmişdir. O, 15 avqust 1968-ci ildə Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Broud-Pik
Broud-Pik (urdu بروڈ پیک ) — Pakistan ilə Çinin sərhəddində yerləşən, Himalayda dağ. Dəniz səviyyəsindən 8,047 metr (26,401 ft) hündürlüyü ilə dünyanın ən hündür 12-ci dağıdır. İlk dəfə 1957-ci ilin iyun ayında Fritz Vintersteller, Markus Schmak, Kurt Diemberqer və Avstriya ekspedisiyasından Hermann Buhl tərəfindən fəth edilmişdir. == Coğrafiyası == Broud-Pik, Pakistan və Çin sərhədindəki Baltistan regionundakı Gaşerbrum massivinin bir hissəsidir. Dağ Karakoram dağ silsiləsində, Çoqoridən təxminən 8 kilometr (5.0 mil) yuxarıda yerləşir. 1.5 kilometr (0.93 mil) uzunluğunda bir zirvəyə sahib olduğu üçün ingilizcə "enli, geniş zirvə" mənasını verən "Broad Peak" ifadəsi ilə adlandırılmışdır.Dağın beş zirvəsi var: Broud-Pik (8051 m), Qayalı zirvə (8028 m), Mərkəzi Broud-Pik (8011 m), Şimali Broud-Pik (7490 m) və Xarut Kangri (6942 m). == Etimologiyası == "Geniş zirvə" ifadəsinin hərfi tərcüməsi olan Falchan Kangri Balti xalqı arasında istifadə edilmir. İngiliscə adı İngilis tədqiqatçı Martin Konvey tərəfindən 1892-ci ildə təqdim edilmişdir. == Tarixi == Boroud-Pikə ilk yüksəliş 8-9 iyun 1957-ci ildə Fritz Vintersteller, MarKus Schmak, Kurt Diemberqer və Markus Schmakın başçılıq etdiyi Avstriya ekspedisiyasından Hermann Buhl tərəfindən edildi. Komanda tərəfindən ilk cəhd mayın 29-da edildi.
Dorud şəhristanı
Dürud şəhristanı— İranın Luristan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Dürud şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 159,026 nəfər və 36,687 ailədən ibarət idi.
Drone metal
Drone metal — (digər adı ilə drone doom, vəya power ambient) üslubu doom metalın alt növlərindən biridir. Drone Doom isə tamamilə Noise və Ambient təsirli və minimalist bir növdür. Olduqca statik və təkrarlanan səslərin istifadə edilməsiylə meydana gəlir, dinlənilməsi isə həddindən artıq çətin və yorucudur. Uzun mahnılar təkrar edən quruluşda ağır irəliləyir, vokallar əsasən dərindən qışqırıq tərzində olur və ya 30 dq-lik mahnı sadəcə musiqidən ibarət ola bilir(vokalsız). Musiqi boşluq hissi verir, ritm və tempdən məhrumdur.Təmsilciləri Sunn O))), Earth və Boris (qrup) qruplarıdır.
Dropa daşları
Dropa daşları və ya Dropa diskləri – Çində tapılan və 12.000 il əvvəl Yer planetinə qəza etmiş dropalılar tərəfindən yaradıldığı iddia edilən daşlar. == Tarixçə == === Kəşf olunması === 1938-ci ildə Pekin Universitetinin professoru Çi Pu Tenin başçılıq etdiyi arxeoloji ekspedisiya Bayan-Kara-Ula dağlarında tədqiqat aparırdı. Bu zaman qrup qəribə kəşf etdi. Dağ mağaralarının birində məzarlar və məzarların içində çox qırılqan, 130 sm uzunluğunda, kəllə sümükləri geniş insanabənzər skeletlər aşkar olundu. Mağaraların divarlarında isə günəş, ay, Yer, ulduz təsvirləri tapıldı. Sonra təsadüf nəticəsində qəribə daş disklər tapıldı. Onlar dairəvi idilər, ortalarında diametri 2 sm olan yumru dəlik vardı və bu dəliklərdən kənara incə spiral xəttlər çıxırdı. Bu disklərin sayı 716 ədəd idi. Onların yaşı 10–12 min il idi. Hər biri 2 sm qalınlığına və 25 sm diametrinə malik idi.
Dropa diskləri
Dropa daşları və ya Dropa diskləri – Çində tapılan və 12.000 il əvvəl Yer planetinə qəza etmiş dropalılar tərəfindən yaradıldığı iddia edilən daşlar. == Tarixçə == === Kəşf olunması === 1938-ci ildə Pekin Universitetinin professoru Çi Pu Tenin başçılıq etdiyi arxeoloji ekspedisiya Bayan-Kara-Ula dağlarında tədqiqat aparırdı. Bu zaman qrup qəribə kəşf etdi. Dağ mağaralarının birində məzarlar və məzarların içində çox qırılqan, 130 sm uzunluğunda, kəllə sümükləri geniş insanabənzər skeletlər aşkar olundu. Mağaraların divarlarında isə günəş, ay, Yer, ulduz təsvirləri tapıldı. Sonra təsadüf nəticəsində qəribə daş disklər tapıldı. Onlar dairəvi idilər, ortalarında diametri 2 sm olan yumru dəlik vardı və bu dəliklərdən kənara incə spiral xəttlər çıxırdı. Bu disklərin sayı 716 ədəd idi. Onların yaşı 10–12 min il idi. Hər biri 2 sm qalınlığına və 25 sm diametrinə malik idi.
Dyörd Beşşeney
Dyörd Beşşeney (mac. Bessenyei György; 1747[…] – 24 fevral 1811 və ya 1811) — Macarıstanın dram yazıçısı və şair.
Dyörd Karpati
Dyörd Karpati (mac. György Kárpáti; 23 iyun 1935, Budapeşt – 17 iyun 2020, Budapeşt) — 1952, 1956, 1960 və 1964 Yay Olimpiya Oyunlarında iştirak Macarıstan su poloçusu. Su polosu üzrə dörd və ya daha çox olimpiya medalı qazanan səkkiz kişi idmançıdan biridir və su polosu üzrə üç olimpiya qızıl medal qazanan on kişi idmançıdan biridir. == Karyerası == Budapeştdə anadan olub və 1952-ci il Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Macarıstan komandasının üzvü idi. O, beş matç keçirdi və dörd qol vurdu. Dörd il sonra o, yenidən 1956 Olimpiya turnirində qızıl medal qazanan Macarıstan komandasının üzvü idi. O, iştirak etdiyi altı qarşılaşmada ən azı altı qol vurdu (qol vuranların hamısı məlum deyil). 1960 Olimpiya Oyunlarında Macarıstan komandası ilə bürünc medal qazandı. Keçirdiyi dörd matçda beş dəfə fərqləndi. Çıxış etdiyi son Olimpiya yarışı 1964-cü ildə Tokio şəhərində keçrilən turnirə təsadüf etdi.
Dyörd Sabad
Dyörd Sabad (mac. Szabad György; 4 avqust 1924, Arad – 3 iyul 2015, Budapeşt) — Macar siyasi xadimi və tarixçisi, Macarıstan Demokratik Formunun yaradıcısı və üzvü. Dyörd Sabad 1990–1994-cü illərdə Macarıstan Milli Məclisinə sədrlik etmişdir. O, "Batyani Professorlar Cəmiyyəti"nin üzvlərindən biri olmuşdur. Dyörd Sabad 2015-ci ildə 90 yaşında vəfat etmişdir. == Əsərləri == A tatai és gesztesi Esterházy-uradalom (1957) Forradalom és kiegyezés válaszútján 1860–61 (1967) Hungarian Political Trends… 1849–1867 (1977) Kossuth politikai pályája (1977) Az önkényuralom kora 1849–1867 (1979) Miért halt meg Teleki László?
Dyörd Tsifra
Dyörd Tsifra (mac. Cziffra György; 5 noyabr 1921 — 17 yanvar 1994) — macar və fransız pianoçu və bəstəkar. == Bioqrafiyası == Dyörd Tsifra Budapeştdə kasıb macar qaraçı ailəsində dünyaya gəldi. Atası 1910-cu ildə Parisin kabare salonlarında və restoranlarında pianoda ifa edirdi. Birinci Dünya müharibəsinin başlanğıcından etibarən düşmən dövlətin vətəndaşı kimi həbs edilib və həyat yoldaşı və iki qızı Macarıstana beş kiloqramlıq baqaj ilə deportasiya edilib. Ailəsi yalnız müharibədən sonra bir araya gəldilər. Tsifranın oğlu Jorj Tsifra professional dirijor idi və atası ilə bir neçə konsert və yazılarda iştirak etdi. Ancaq 1981-ci ildə çıxan yanğında onun perspektivli karyerası ölümündən sonra kəsildi. Chiffre heç bir zaman orkestr ilə çıxış etməmiş və ya qeyd etməmişdi və bəzi tənqidçilər güclü duyğular təsirinin oyun keyfiyyətinə təsir etdiyini qeyd etdilər. Tsifra, 72 yaşındakı Longpont sur Orge, Essonne, Fransada, ağciyər xərçəngi ilə əlaqədar bir sıra komplikasyonlara səbəb olan bir infarkt nəticəsində vəfat etdi.
Dyörd Şarkozi
Dyörd Şarkozi (mac. Sárközi György; 22 yanvar 1899, Budapeşt – 8 mart 1945) — yəhudi əsilli macar şairi, tərcüməçisi və yazıçısı. == Həyatı == Nyuqat, Pandora (1927), Valas (1935-1938) və Kelet Nepe (1939) jurnalları ilə əməkdaşlıq edirdi. 1944-cü ildə Balfdakı işçi düşərgəsinə deportasiya edildi və orada vəfat etdi.
Kamel Daoud
Kamel Daoud (17 iyun 1970[…], Mostaqanem, Mostaqanem vilayəti[d]) — Əlcəzair yazıçısı. == Həyatı == Kamel Daoud 17 iyun 1970-ci ildə Əlcəzairin Mostaqanem şəhərində anadan olub. Onun "Merso, istintaq" romanı fransız yazıçısı Albert Camus-nun "Yad" romanının təsiri ilə yazılıb. "Yad"da baş qəhrəman Merso bir ərəbi öldürür. Əlcəzairli yazıçının romanı həmin ərəbin qardaşının dilindən nəql edilir. Ötən il Daoud başqa bir nüfuzlu mükafatı — Franois Mauriac ödülünü də qazanmışdı. Daoud Əlcəzairin Oran şəhərində yaşayır. 44 yaşı var. Jurnalistdir. Əlcəzair prezidenti Abdelaziz Bouteflikanı sərt tənqid edən yazarlardandır.