Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Duran Duran
Duran Duran — 1978-ci ildə İngiltərənin Birminhem şəhərində qurulmuş İngilis New Wave musiqi qrupudur. Albomları dünya miqyasında 85 milyondan artıq satılmışdır. Qrupun qurucuları sintizatorda Nik Rodes, bas gitarada Con Teylor, barabanda Rocer Teylor, gitarada Endi Teylor və vokalda Saymon Le Bon'dur. Qrup heçvaxt dağılmamıştır. 1989–2001-ci illər arasında Uoren Kukkurulo grupa qoşulmuş, 1989–1991-ci illər arasında Sterlinq Kempbell barabançı olaraq qrupa daxil olmuştur.
Aran
Aran bölgəsi — Azərbaycanda coğrafi bölgə. Aran (Yevlax) — Azərbaycanın Yevlax rayonunda qəsəbə. Aran (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Aran (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Aran (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Aran (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Aran (Qırxbulaq) — Azərbaycanın Qırxbulaq nahiyəsində kənd. Aran iqtisadi rayonu — Azərbaycan Respublikasının şərti iqtisadi rayonlarından biri. == Həmçinin bax == Aranlı Arançı Aranilər Arran Arran – Qafqaz Albaniyasının yarıəfsanəvi hökmdarı.
Daran
Daran — İranın İsfahan ostanının şəhərlərindən və Fəridən şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,930 nəfər və 4,763 ailədən ibarət idi. Əhalisi ustaclılar, qaşqaylar, bəxtiyarilər, gürcülər və ermənilərdən ibarətdir, fars dili, azərbaycan dili, gürcü dili, erməni dili, qaşqay dili və bəxtiyari dialekti bu şəhərdə danışılır. Əhalisinin əksəriyyəti şiə müsəlmandır,ermənilər xristiandırlar.
Dian
Dian - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km cənub-şərqdə, Alagöz dağının cənub-qərb ətəyində yerləşir. Fikrimizcə, Dian toponimi Diau adlı sülalənin adı əsasında yaranmışdır. Patronim toponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 32 nəfər, 1873 - cü ildə 216 nəfər, 1886-cı ildə 242 nəfər, 1897-ci ildə 304 nəfər, 1904 - cü ildə 272 nəfər, 1914 - cü ildə 290 nəfər, 1916-cı ildə 380 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kənd 1919 - cu ildə erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Kəndə Türkiyənin Taron və Muş vilayətlərindən köçürülən ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
Dram
Dram (yun. δρᾶμα, translit. drama; "hərəkət") — mətnlərdə təyin olunmuş rollar üçün ümumi termindir. Epik və lirik ilə yanaşı, 3 əsas ədəbi növdən biridir. Bundan əlavə müsbət qüvvələrin, mütərəqqi ideyaların qələbəsi ilə nəticələnən dram əsərinə də dram deyilir. Dram janrından bədii əsərlərdə və kinoda çox geniş istifadə olunur. Dramatik yaradıcılığın spesifik problemlərinə müraciət edərək, hər şeydən əvvəl, "dram" terminin əsas mənasını müəyyənləşdirməliyik. Bildiyimiz kimi, "dram" sözünün müxtəlif anlamları vardır. Gerçəklik hadisələrin müəyyən bir dairəsini, məsələn, həyatın dramını, ədəbiyyatın dramatik növünün janrlarından birini (XYIII əsrin meşşan draması)və səhnə sənətinin aparıcı növü olan dramatik teatrı da drama adlandırırıq. == Dram nəzəriyyəsi == Hər bir elmin, predmetin iki tərəfi, iki cəhəti vardır.
Dren
Dron
Pilotsuz uçuş aparatı (PUA) (ing. unmanned aerial vehicle - insansız hava apparatı), çox vaxt qısaca dron (ing. drone) kimi qeyd edilir — bortunda pilotu, heyəti və ya sərnişini olmayan uçuş aparatıdır. PUA-lara avtopilot sistemi, bort kompüteri, kommunikasiya sistemi, mürəkkəb sensor kompleksi və müxtəlif növ faydalı yüklər quraşdırılır. Eyni zamanda bəzi PUA modelləri silahla təmin olunur. Əksər PUA-lar kəşfiyyat, müşahidə və digər hərbi məqsədlər daşısa da, açıq mənbəli avtopilot sistemlərinin inkişafı PUA-ların şirkətlər və həvəskarlar tərəfindən istifadəsinə mühit yaradıb. == Etimologiya == İngilis dilində işlənən Unmanned Aerial Vehicle hərfi tərcümədə İnsansız Hava Apparatı deməkdir. Lakin, Azərbaycan dilində daha çox işlənən Pilotsuz Uçuş Aparatı ifadəsi Rus dilindəki Беспилотный Летательный Аппарат termininin hərfi tərcüməsidir. == Təsnifat == PUA-ları gövdə-motor konfiqurasiyasına və faydalı yükünə görə müxtəlif qruplara ayırmaq olar.
Fran
Fran (fr. Frans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Trevu kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01166. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 370 km cənub-şərqində, Lion şəhərindən 27 km şimal və Burk-an-Bres şəhərindən 45 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 1984 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 1360 nəfər (15–64 yaş) arasında 1008 nəfər iqtisadi fəal, 352 nəfər hərəkətsiz (fəaliyyət göstərici 74,1%, 1999-cu ildə 73,8%) olmuşdur. 1008 fəal sakindən 944 nəfər (507 kişi və 437 qadın) işləyir, 64 nəfər işsizdir (34 kişi və 30 qadın).
Iran
İran (fars. ایران) və ya rəsmi adı ilə İran İslam Respublikası (fars. جمهوری اسلامی ایران) — Qərbi Asiyada dövlət. İran şimal-qərbdən Azərbaycan və Ermənistan, şimaldan Xəzər dənizi, şimal-şərqdən Türkmənistan, şərqdən Əfqanıstan və Pakistan, cənubdan Fars körfəzi və Oman körfəzi, qərbdən Türkiyə və İraqla əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Tehran , ümumi sahəsi 1,648,195 kvadrat kilometr, əhalisinin sayı 83 milyon nəfərdən çoxdur. İran ərazi böyüklüyünə görə Yaxın Şərq regionunda ikinci, dünya ölkələri arasında on yeddinci, əhalisinin sayına görə isə on səkkizinci ölkəsidir. Ölkənin Avrasiyanın mərkəzində və Qərbi Asiyada yerləşməsi, həmçinin Hörmüz boğazına yaxınlığı ona geostrateji əhəmiyyət qazandırmışdır İran dünyanın ən qədim sivilizasiyalarından birinə ev sahibliyi edir. Hələ eramızdan əvvəl dördüncü minillikdə bu ərazidə Elam krallığı mövcud olmuşdur. Bu dövlət eramızdan əvvəl 7-ci əsrdə Madaylar tərəfindən işğal olunmuşdur. Eramızdan əvvəl 6-cı əsrdə isə Əhəmənilər İmperiyasının banisi olan II Kirin hakimiyyəti illərində bu imperiyanın ərazisi Şərqi Avropadan (yəni indiki Türkiyə əraziləri daxil olmaqla Bolqarıstan, Albaniya, Ukrayna, Krım, şimali və cənubi Qafqazdan) Hind çayına qədər uzanırdı ki, bu da həmin imperiyanı tarixin ən böyük dövlətlərindən birinə çevirmişdi.
Kran
Kran (qurğu)
Oran
Vəhran (ərəb. وهران‎ Wahrān) və ya Oran — Əlcəzairin ikinci iri şəhəri. Aralıq dənizinin sahilində yerləşir. Vəhran vilayətinin inzibati mərkəzidir. 2008-ci ilin məlumatına görə əhalisi 609.940 nəfərdən ibarət olmuşdur.
Pran
Pran (tam adı: Pran Krişan Sikand; 12 fevral 1920, Yeni Dehli – 12 iyul 2013) — hind aktyoru. Pran Bollivudun tanınmış aktyorlarından olub. 70 illik karyerasında o, yüzlərlə kinofilmə çəkilib. Həm mənfi, həm də müsbət rolları oynayıb. 1960–1980-ci illərdə Pran demək olar ki, Bollivudun bütün iri həcmli filmlərində baş rol alıb. Karyerası boyu çoxsaylı mükafatlara layiq görülüb. Kino sahəsində fəaliyyətinə görə Hindistanın dövlət mükafatını da alıb. Pran Krişan Sikand 93 yaşında Mumbayda vəfat edib.
Uran
Uran (planet) — Günəş sistemində 7-ci planet. Xaric planetdir. Uran (element) — D.İ.Mendeleyevin elementlərin dövri sistemində 92-ci element. Uran (mifologiya) — Qədim yunan mifologiyasında dünyanı ilk idarə edən səma tanrısı Uran (repçi) — azərbaycanlı repçi. Urançay — Oğuz rayonu ərazisində çay. Ağçayın qoludur.
Dan
Dan — ad. Dan (kral) — danlar və Danimarkanın birinci əfsanəvi kralı. Dan Vilson (musiqiçi) — amerikalı musiqi ifaçısı, produseri, söz yazarı. Dan-Aksel Zaqadu — Fransa futbolçusu. Dan Anderson — İsveç yazıçısı və şairi. Dan Stav — İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku — Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Soyad Sun Dan — Çini təmsil edən bədii gimnast. Digər Dan dili — Danimarkanın dövlət dili.
Dra-dra göycəqarğa
Dra-dra göycəqarğa (lat. Coracias garrulus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin əsl rakşilər fəsiləsinin göycəqarğa cinsinə aid heyvan növü. == Genefond əhəmiyyəti == Azərbaycan faunasında fəsilənin tək növüdür. == Qısa təsviri == Sığırçından iridir. Ümumi rəngi yaşıl-göydür. Bel tərəfi qəhvəyi gil rənginə çalır. Quyruğu və qanadları üzərində tünd göy rənglər var. Boğazı ağdır. Adi səsi kəskin cırıltıdır "rak-rak", lakin reproduksiya dövrünün əvvəlində tez-tez "kra-kra-kra-kra" edir. Qarğa kimi ləng uçur.
Ran Ran Şou
Ran Ran Şou və ya Şao Jenlen (d. 19 noyabr, 1907, Tsin imperiyası – ö. 7 yanvar, 2014, Honkonq, Çin) — Honkonq mediamaqnatı, milyarder, mesenat, Ran Ran Şou mükafatının təsisçisi. 19 noyabr 1907-ci ildə anadan olub. Şou adlı qardaşı ilə Shaw Organisation adlı beynəlxalq media şirkətini təsis edib və 1958-ci ildə onu Shaw Brothers adlı aparıcı Asiya kinostudiyasına çevirib. 1967-ci ildə dünyada ən iri teleşirkət olan TVB-ni yaradıb. Mesenatlıqla məşğul olmuş, xeyriyyə, tibbi və təhsil təşkilatlarına kömək etmişdir. 2002-ci ildə öz adına təsis etdiyi nüfuzlu elmi mükafatı "Asiyanın Nobel mükafatı" da adlandırırlar. Mükafatın həcmi bir milyon dollardır və riyaziyyat, astronomiya və tibb sahəsi üzrə verilir.
Gran Turisme
Gran Turisme (İt: Gran Turismo) və ya qısaca GT ― uzun məsafəli sürüşlər üçün dizayn edilmiş yüksək performanslı bir avtomobildir. Hər hansı bir vasitə Gran Turisme kateqoriyasında adlandırıla bilər, lakin ümumi qəbul edilmiş olan qaydalara görə iki qapılı kupe gövdə və ya 2+2 oturacaqlı, 1991/1995 OBDI standartlarına görə 260Hp, 1996/1999 OBDII standartlarına görə 310Hp, 2004/2011 EOBD&HDOBD (OBD:On-board diagnostics) standartlarına görə 430Hp (HP: At gücü) olaraq qəbul edilir.
Gran Via
Gran Via — İspaniyanın Madrid şəhərində yerləşən bir küçə. == Tarixi == 19-cu əsrin ortalarında Madrid şəhər planlaşdırıcıları, Calle de Alcalanı Plaza de España ilə birləşdirən Haussmann'ın Paris təmirinə bənzər bir yeni bir yol çəkilməsinin lazım olduğunu təyin etdi. Layihə, "xəritədə bir balta zərbəsi" adını qazanaraq şəhərin mərkəzindəki bir çox binanın sökülməsinə çağırdı. İlk planlar ortaya çıxdıqdan onilliklər sonra, təməlqoyma və tikinti medianın bu layihəni lağ etməsinə səbəb oldu və bunu "Qran Vía" ya da "Böyük Yol" və ya "Böyük Yol" adlandırdı. Nəhayət 1904-cü ildə təsdiqləndi və 1910-cu ildə inşasına başlanıldı. Küçənin son hissəsi 1929-cu ildə tamamlandı. 2018-ci ilin Mart ayının sonunda Madrid şəhər bələdiyyəsi genişləndirmək planında hər istiqamətdə bir zolaq piyada yürüşünə başladı. səkilər və küçədəki bəzi meydançaları təmir edin. Bu, daha sonra 2018-ci ildə Yaşayış prioritet bölgəsi olan Madrid Mərkəzinin istifadəyə verilməsi ilə əlaqəli idi. Adlar Madridin Gran Vía'nın həm rəsmi, həm də rəsmi olmayan bir çox tarixi adı var.
Gürgan (İran)
Gürgan və ya Qorqan — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 269,226 nəfər və 73,702 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar. Mazandaranlılardan əlavə türkmənlər və s...də az sayda bu şəhərdə yaşayırlar. Bu şəhərin keçmiş adı Astrabad idi.
Herat (İran)
Herat-İranın Yəzd ostanının şəhərlərindən və Xatəm şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,795 nəfər və 2,751 ailədən ibarət idi.
Heşi (İran)
Heşi (fars. هشي‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 146 nəfər yaşayır (41 ailə).
Heşin (İran)
Heşin (fars. هشين‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 137 nəfər yaşayır (538 ailə).
Kaşan (İran)
Kaşan — İranın İsfahan ostanının şəhərlərindən və Kaşan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 248,789 nəfər və 67,464 ailədən ibarət idi.
Keçəl (İran)
Keçəl (fars. كجل‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 460 nəfər yaşayır (127 ailə).
Komediya-dram
Komediya-dram — komediya və dram elementlərini birləşdirən dramatik əsərlər janrı. == Tarixi == Qədim yunanlarla başlayan ənənəvi şərq teatrı Sock və Buskin, yəni komediya və faciə olaraq ikiyə bölünürdü. Faciə adətən uydurma və ya tarixi qəhrəmanın ölümü ilə başa çatsa da, komediya orta səviyyəli personajların həyatına diqqət yetirir və onların nailiyyətləri ilə başa çatır. "Dram" termini tamaşanın bütün hərəkətlərini təsvir etmək üçün istifadə edilmişdir. 19-cu əsrdən başlayaraq Anton Çexov, Corc Bernard Şou və Henrik İbsen kimi yazıçılar komediya ilə dram arasındakı sərhədləri bulandırdılar. Radio teatrının, kinonun və xüsusən də televiziyanın meydana çıxması ilə komediya və ya dram kimi bir məhsulu aydın şəkildə müəyyən etmək üçün marketinqdə böyük təzyiqə səbəb oldu. Kütləvi informasiya vasitələrində komediya və dram açıq-aydın bir-birindən ayrılırdı, baxmayaraq ki, canlı teatrda fərq daha az əhəmiyyətli idi.