Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Duran Duran
Duran Duran — 1978-ci ildə İngiltərənin Birminhem şəhərində qurulmuş İngilis New Wave musiqi qrupudur. Albomları dünya miqyasında 85 milyondan artıq satılmışdır. Qrupun qurucuları sintizatorda Nik Rodes, bas gitarada Con Teylor, barabanda Rocer Teylor, gitarada Endi Teylor və vokalda Saymon Le Bon'dur. Qrup heçvaxt dağılmamıştır. 1989–2001-ci illər arasında Uoren Kukkurulo grupa qoşulmuş, 1989–1991-ci illər arasında Sterlinq Kempbell barabançı olaraq qrupa daxil olmuştur.
Duvan rayonu
Duvan rayonu (başq. Дыуан районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Mesyaqutovo kəndidir. Ufa şəhəhərindən 233 km məsafədə yerləşir. == Coğrafi yerləşməsi == Başqırdıstanın şimal-qərbində yerləşir. Rayonun ərazisi 3243 km² təşkil edir. Rayonun qərb və mərkəzi hissəsini Ufa platosu tutur. Burada hündürlük 517 metrə çatır. Ətəklər iynəyarpaqlı meşələrlə örtülüdür. Rayonun şərq hissəsində isə ağcaqayın meşələri yayılmışdır.
Divan
Divan (mebel)
Duman
Duman, çən və ya sis — havada xırda su buxarı hissəciklərinin kondensasiya məhsullarının toplanması, daha doğrusu su buxarının Yer səthinə yaxın hava qatında kondensasiya və ya sublimasiyaya uğraması ilə meydana çıxan atmosfer hadisəsi. Atmosferin Yer səthinə yaxın hava qatında mikroskopik su damlalarının və ya buz kristallarının toplanması ilə müşayiət olunur. Havanın temperaturu −10°-dən yüksək olduqda xırda su damlaları, -10…-15°-də su damlalarının və buz kristallarının qarışığı, −15°-dən aşağı temperaturda işıq şüaları altında parlayan buz kristalları şəklində müşahidə olunur.
Dəvan
Dəvan (fars. دوان) — İranın Fars ostanının Kazerun şəhristanında kənd. 2006–cı il siyahıyaalınmasına əsasən əhalisi 178 ailədə 601 nəfər idi. Əhalisi Dəvani dialektində danışır.
Advektiv duman
Advektiv duman – ilıq və rütubətli havanın soyumuş Yer səthi üzərində hərəkəti nəticəsində əmələ gələn dumandır. Advektiv duman okeanlarda isti cərəyanın soyuq cərəyanla qarşılaşdığı yerlərdə daha çox müşahidə olunur..
Anri Dünan
Henri Dünan (fr. Jean-Henry Dunant, Henri Dunant; 8 may 1828[…], Cenevrə və ya İsveçrə – 30 oktyabr 1910[…]) — dünya şöhrətli isveçrəli xeyriyyəçi, iş adamı, ilk Nobel mükafatçısı, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının qurucusudur. == Həyatı == Henri Dünan Cenevrə şəhərində adi tacir olmuşdur. O, böyük bir gölün kənarında yerləşmiş bu şəhərdə dinc şəraitdə işləyir və müharibənin törətdiyi bəlalardan xəbərsiz yaşayırdı. Çünki, onun vətəni İsveçrə 1815-ci ildən bəri Avropa dövlətlərinin razılığı ilə neytral siyasət yürüdür və dövlətlərarası müharibələrdə iştirak etmirdi. 1859-cu ildə Henri Dünan İtaliyanın şimalına, italyanların və fransızların avstriyalılara qarşı vuruşduğu yerlərə işgüzar bir səfər edir. Həmin yerlərdən keçərkən Dünan təsadüfən Solferino döyüşündə yaralanmış əsgərlərin arasına düşür və gördükləri onu dəhşətə gətirir. 1862-ci ildə yazdığı "Solferino xatirələri" adlı kitabında o, gördüklərini belə təsvir edir: "Gecənin sakitliyini yaralıların iniltisi və qüssədən çəkilən ahlar, adamın ürəyini deşən imdad çağırışları pozur. Bu dəhşətli gecəni olduğu kimi təsvir etmək heç cür mümkün deyil. İyunun iyirmi beşində doğan günəş təsəvvürə gətirilməsi mümkün olmayan bir mənzərəni işıqlandırır.
Böyük duman
London sakinləri üçün ən dəhşətli duman 1952-ci ilin dekabrında baş vermişdi. Dumanda mədənlərdən çıxan turş kömür hisi qarışmışdı. Hava bozarırdı, görüntü get-gedə pisləşirdi. Gözlənilmədən, yüzlərlə insan zəhərlənmişdi. Xəstəxanalar dolurdu, lakin qurbanları sayı bitmək bilmirdi. Ən qəribəsi isə o idi ki, həkimlər xəstələrə demək olar ki, heç nə ilə kömək edə bilmirdilər. 8 Dekabrda dumanın qurbanı olan körpə uşaqlar, qocalar və nəfəs xəstəliklərindən əziyyət çəkənlərin sayı dörd minə çatdı. Yüz mindən çox insan xəstələnmişdi. Son araşdırmalar göstərir ki, ümumi dünyasını dəyişənlərin sayı 12.000dən artıq idi Duman o qədər qatı idi ki, avtomobillər hərəkət edə bilmirdi, evlərindən çıxan insanlar geri dönə bilmirdilər. İnsanlar yalnız yaxın evlərdən tutaraq hərəkət edirdilər.
Divan (idarə)
Divan (fars. دیوان‎) — bir sıra tarixi İslam dövlətlərində icra və qanunvericilik hakimiyyətinin ali orqanı, habelə bu orqanın rəhbərinin adı. == Tarixi == "Divan" İslam mədəniyyətində müxtəlif mənalı söz olmuşdur. Bu, əvvəlcə ərəb istilalarıın ilk dövründə xəlifə Ömərdən başlayaraq dövlət gəlirlərinin qeydə alındığı, siyahıların saxlanıldığı yer idi. Bundan sonra, Əməvilər və Abbasilər dövründə vergilər və maliyyə işləri ilə məşğul olan dövlət idarəsi idi. "Divan" termini digər hökumət idarələrində də tətbiq edilirdi. Osmanlı imperiyasında böyük vəzirdən, müftidən və başqa vəkillərdənn ibarət dövlət şurası olmuşdur. Dunay knyazlıqları Moldaviya və Valaxiyada dövlət şurası, ali məsləhətçi və icraçı orqan idi. Rumıniya 1859-cu ildə yarananadək Buxarestdə, Krayovada və Yassıda ali məhkəmə orqanları da divan adlandırılırdı. Divan idarə sistemi erkən orta əsrlərdən Azərbaycanda da mövcud olmuşdur.
Divan (mebel)
Divan — oturmaq və ya uzanmaq üçün uzun, yumşaq taxt. "Divan" sözü ən azı XVI əsrdən fars dilində deyilib. Türk və ərəb dilində əvvəlcə "yazılı vərəq kağızı" və "siyahi" mənalarında işlənmişdir. Daha sonra bu sözləri hesabat kitablarında, dəftərxanalarda daha sonralar oturmaq üçün yumşaq mebelləri adlandırdılar.
Divan (ədəbiyyat)
Divan (fars. ديوان‎ — "hesab kitabı", "kontor") — Yaxın və Orta Şərq ədəbiyyatında bir şairin qısa lirik şeirlər toplusu. Şeirlər qafiyələrinin əlifba sırası ilə düzülür. == Etimologiya == "Divan" sözü fars mənşəlidir, reyestr, xüsusən də vergi cədvəli, ümumiyyətlə dövlət işləri üzrə hesabların siyahıları, həmçinin bu hesabların aparıldığı yer mənasını verirdi. Fars dilindəki söz özü həmin dildəki "yazıçı" və ya "xəttat" mənasını verən "dibir" sözündən götürülmüşdür. "Divan" sözü sonradan Azərbaycan, erməni, gürcü, urdu və türk dillərinə keçmişdir."Divan" İslam mədəniyyətində müxtəlif mənalı söz olmuşdur. Bu, əvvəlcə ərəb istilalarının ilk dövründə xəlifə Ömərdən başlayaraq dövlət gəlirlərinin qeydə alındığı, siyahıların saxlanıldığı yer idi. Bundan sonra, Əməvilər və Abbasilər dövründə vergilər və maliyyə işləri ilə məşğul olan dövlət idarəsi idi. "Divan" termini digər hökumət idarələrində də tətbiq edilirdi. Bu söz sonradan bir müəllifə məxsus şeirlər toplusuna çevrilmişdir."Divan" termini 1697-ci ildən fransız dilində poetik əsərlərin adlarında istifadə olunmuşdur.
Duran Alfonso
Duran Çetin
Duran Çətin
Duxan Surəsi
44-cü surə əd-Duxan (Duman) surəsi (Məkkədə nazil olmuşdur, 59 ayədir) Surənin adı 10-cu ayədə çəkilən "duxan", yəni duman sözündən götürülüb.
Duşan Vlahoviç
Duşan Vlahoviç (28 yanvar 2000, Belqrad) – Serbiyalı futbolçu. İtaliya A Seriyasında çıxış edən Yuventusun və futbol üzrə Serbiya milli komandasının hücumçusu. == Karyerası == === Partizan === Partizanda ilk matçına 21 fevral 2016-cı ildə keçirilən Belqrad-Partizan matçının 70-ci dəqiqəsində çıxıb. Matç Belqradın 2–1 hesablı qələbəsi ilə başa çatıb.Partizanda ilk qolunu isə 2 aprel 2016-cı ildə keçirilən Partizan-Radnik matçında vurub. Matça 46-cı dəqiqədə daxil olmasına baxmayaraq 54-cü dəqiqədə fərqlənməyi bacarıb.Eyni zamanda matçın 83-cü dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.Matç Partizanın 3–2 hesablı qələbəsi ilə başa çatıb. === Fiorentina === Fiorentinada ilk matçına 25 sentyabr 2018-ci ildə keçirilən İnter-Fiorentina matçının 84-cü dəqiqəsində çıxıb. Matç İnterin 2–1 hesablı qələbəsi ilə başa çatıb. Fiorentinada ilk qolunu isə 25 iyul 2019-cu ildə keçirilən Fiorentina-Benfika matçının 29-cu dəqiqəsində vurub.Matça start heyətdə başlayan Vlahoviç 68-ci dəqiqədə əvəzlənib.Matç Benfikanın 1–2 hesablı qələbəsi ilə başa çatıb. 28 yanvar 2022-ci ildə Fiorentinadan ayrıldı. === Yuventus === 28 yanvar 2022-ci ildə Yuventusa transfer olundu.Yuventusda ilk matçına 6 fevral 2022-ci ildə keçirilən Yuventus-Verona matçında çıxıb.
Düzan (Çaypara)
Düzan (fars. دوزن‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 32 nəfər yaşayır (9 ailə).
Düşvan (Salmas)
Deşvan (fars. دشوان‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 269 nəfər yaşayır (49 ailə).
Gülər ​​Duman
Gülər ​​Duman (30 iyun 1967, İstanbul) — Türkiyə xalq musiqisi sənətkarı. Müğənni, mahnı yazarı, bəstəkar, teleaparıcı və musiqi müəllimi. İlk albomunu 1980-ci ildə buraxdı. 1980-ci illərdə doqquz albom buraxdı. Öz albomlarından başqa kollektiv albomlarda da meydana çıxdı. 1990-cı illərin əvvəllərində dörd albom çıxdı. İlk musiqi videosunu 1991-ci ildə yayımladı. 1994-cü ildə ən çox satılan albomlarından biri olan Gülər ​​Duman'94'ü buraxdı. 1995-ci ildə Bu Devran albomunu buraxdı. 1997-ci ildə Öl Deseydin Ölmez miydim?
Marsel Düşan
Marsel Düşan (fr. Marcel Duchamp; 28 iyul 1887 – 2 oktyabr 1968) — fransız-amerikan rəssam, heykəltaraş. Kubizm, konseptualizm, dadaizmlə bağlı bir neçə əsər müəllifidir. Düşanın adı Pablo Pikasso və Anri Matiss kimi sənətçilərlə birlikdə XX əsrin ilk onilliklərində plastik incəsənətdə inqilabi inkişafı müdafiə edən üç sənətçidən biri kimi hörmətlə anılıb. Onun XX və XXI əsr incəsənətinə böyük təsiri olub. == Uşaqlığı və təhsili == Marsel Düşan 28 iyul 1887-ci ildə Fransanın şimalındakı Yuxarı Normandiya regionunun Blenvil-Krevon kommunasında anadan olub və mədəni fəaliyyəti olan ailədə böyüyüb. Ana babası Emil Frederik Nikol rəssam və nəqqaş idi. Ailənin digər üzvləri isə şahmat oynayır, kitab oxuyur, rəsm çəkir və musiqi bəstələyirdilər. Yucin və Lüsi Düşanların 7 övladı olub; onlardan biri körpə ikən ölüb, dördü isə uğurlu sənətçi olub. Marsel Düşan aşağıdakıların qardaşıdır: Jak Viyon (1875-1963) - rəssam, tipoqraf Raymon Düşan-Viyon (1876-1918) - heykəltaraş Syuzan Düşan (1889-1963) - rəssamBöyük qardaşları Ruan şəhərində məktəb oxuduqlarına görə, Marsel, bacısı Syuzan ilə daha yaxın olub.
Meydanda dükan
Meydanda dükan (slovak. Obchod na korze; 1965) — İkinci Dünya müharibəsi illərində Slovakiyada aparılan ariizasiya proqramı haqqında Çexoslovakiya filmi. Filmin rejissorları slovak Yan Kadar və çex Elmar Klosdur, ssenarist slovak Ladislav Qrosmandır. Çəkilişlər Praqada yerləşən "Filmové Studio Barrandov" adlı studioda aparılırdı, açıq hava çəkilişləri isə Slovakiyanın şimal-şərqindəki Sabinov şəhərində baş tutmuşdur. Filmdə əsas rolları Yozef Kroner (dülgər Tono Brtko) və Polşa aktrisası İda Kaminska (qoca dul yəhudi Rozaliya Lautmann) oynuyurlar. 1965-ci ildə film "Ən yaxşı xarici dildə film" nominasiyasında Oskar qazandı və bir il sonra İda Kaminska "Ən yaxşı ikinci plan aktrisası" nominasiyasında Akademiya mükafatına namizəd oldu. Film eyni zamanda Qızıl Qlobus mükafatını aldı və Kann Film Festivalında xüsusi mükafata layiq görüldü. == Məzmun == İkinci Dünya Müharibəsi illərində, slovak dülgər Tono Brtkoya ariizasiya proqramı çərçivəsində bacanağı (yerli Glinkov partiyasının fəalı) tərəfindən düymə satan qoca dul yəhudi Rozaliya Lautmanna məxsus kiçik dükan verilir. Tononun həyat yoldaşı mağazanın ailələrinə qazanc gətirəcəyini və tezliklə əri ilə zəngin olacağına ümid edir. Tono yaxşı başa düşür ki, bacanağı ona tamamilə yoxsul mağaza dürtüb və ondan heç bir qazanc görə bilməzlər.
Rob Duqan
Rob Dugan (ing. Rob Dougan; mart 1969, Sidney) — müxtəlif musiqi janrlarını sintez edən bəstəkardır. Onun kompozisiyaları özündə orkestr musiqini, trip-hop və ivokal elementlərini əks etdirir, eyni zamanda, qismən elektron musiqiyə aid edilir. 1995-ci ildə buraxılmış və "Matritsa", sonralar isə "Bleyd" treylerində istifadə edilmiş «Clubbed to Death (Kurayamino variation)» sinqlı ilə məşhurlaşmışdır. "Clubbed to Death" 2002-ci ildə işıq üzü görmüş və müəllifin debüt albomu hesab edilən «Furious Angels» albomuna daxil edilmişdir. == Diskoqrafiyası == === Studiya Albomları === 1-CD [RDR Album Volume 1.- Clubbed to Death] (11 kompozisiya, 1995 il). «Furious Angels». 1-CD (14 kompozisiya, 2002 il) baza redaksiyasında. 2-CD (15+10 kompozisiya, 2003 il) təkrar nəşr (ikinci disk birinci diskin instrumental versiyasıdır). === Sinqllar === 1994: «Hard Times».
Teofil Düran
Teofil Aleksi Düran (fr. Théophile Alexis Durand; 4 sentyabr 1855 – 12 yanvar 1912) — İsveçrə əsilli Belçika botanik-təsnifatçısı. == Durandın şərəfinə adlandırılan cinslər == Durandeeldea Kuntze, 1891 [syn. Acidoton Sw., 1788, nom. cons.] Durandia Boeckeler, 1896 [syn. Scleria P.J.Bergius, 1765] == Bəzi elmi işləri == Durand, T.; Pittier, H. (1882—1885). Catalogue de la flore vaudoise. 3 vols. Durand, T. (1887—1888). Index generum phanerogamarum.
Tuvan-Tocinlər
Tuvalar/Tıvalar və ya Tuvalılar/Tıvalılar (tıvaca: Тывалар, Tıvalar) — Cənubi Sibirdə yaşayan türk xalqlarından biri. Tuvalılar türk xalqlarının uyğur qrupuna daxildirlər. Tubalar, tocinlər və urianxaylar tuvaların etnik qruplarıdır. Əsasən Rusiya Federasiyasının bir hissəsi olan Tıva Respublikasında, qismən Monqolustanın şimal-qərb oymaqlarında (Rusiya və Tıvayla olan sərhəd bölgələrində), və az sayda Çinin Şincan Uyğur Muxtar Rayonunun şimal qismində yaşayırlar.
Tuvan - Tocinlər
Tuvalar/Tıvalar və ya Tuvalılar/Tıvalılar (tıvaca: Тывалар, Tıvalar) — Cənubi Sibirdə yaşayan türk xalqlarından biri. Tuvalılar türk xalqlarının uyğur qrupuna daxildirlər. Tubalar, tocinlər və urianxaylar tuvaların etnik qruplarıdır. Əsasən Rusiya Federasiyasının bir hissəsi olan Tıva Respublikasında, qismən Monqolustanın şimal-qərb oymaqlarında (Rusiya və Tıvayla olan sərhəd bölgələrində), və az sayda Çinin Şincan Uyğur Muxtar Rayonunun şimal qismində yaşayırlar.