Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dumort
Şarl Jozef Bartelemi Dümortye — Belçika bitaniki, təbiətşünası və siyasi xadimi, Belçika parlamentinin nümayəndələr palatasının üzvü, Belçikanın Dövlət naziri. == Həyatı == Şarl Jozef Bartelemi Dümortye əvvəlcə Belçikanın florasını öyrənmiş, sonra isə onurğalı və onurğasız heyvanların tədqiqi ilə məşğul olmuşdur. Dümortyenin çoxsaylı elmi işlərində bitkilərin sistematikası və anatomiyasına, bağırsaqboşluqluların anatomiyası və fiziologiyası, molyuskların embriologiyası, insanabənzər meymunlarla delfinlərin müqayisəli anatomiyası yer almışdır. 1832-ci ildə ilk dəfə olaraq yosun hüceyrələrinin bölünməsini təsvir etmişdir. == Çap olunmuş əsərləri == Commentationes botanicae. Observations botaniques. Imprimerie de C. Casterman-Dieu, Tournay, 1823 Observations sur les graminées de la flore de Belgique. J. Casterman aîné, Tournay, 1823 Analyse des familles des plantes, avec l’indication des principaux genres qui s’y rattachent. J. Casterman aîné, Tournay, 1829 Lettres sur le manifeste du Roi et les griefs de la nation, par Belgicus. J. Casterman aîné, Tournay, 1830 Sylloge Jungermannidearum Europae indigenarum, earum genera et species systematice complectens.
Dumort.
Şarl Jozef Bartelemi Dümortye — Belçika bitaniki, təbiətşünası və siyasi xadimi, Belçika parlamentinin nümayəndələr palatasının üzvü, Belçikanın Dövlət naziri. == Həyatı == Şarl Jozef Bartelemi Dümortye əvvəlcə Belçikanın florasını öyrənmiş, sonra isə onurğalı və onurğasız heyvanların tədqiqi ilə məşğul olmuşdur. Dümortyenin çoxsaylı elmi işlərində bitkilərin sistematikası və anatomiyasına, bağırsaqboşluqluların anatomiyası və fiziologiyası, molyuskların embriologiyası, insanabənzər meymunlarla delfinlərin müqayisəli anatomiyası yer almışdır. 1832-ci ildə ilk dəfə olaraq yosun hüceyrələrinin bölünməsini təsvir etmişdir. == Çap olunmuş əsərləri == Commentationes botanicae. Observations botaniques. Imprimerie de C. Casterman-Dieu, Tournay, 1823 Observations sur les graminées de la flore de Belgique. J. Casterman aîné, Tournay, 1823 Analyse des familles des plantes, avec l’indication des principaux genres qui s’y rattachent. J. Casterman aîné, Tournay, 1829 Lettres sur le manifeste du Roi et les griefs de la nation, par Belgicus. J. Casterman aîné, Tournay, 1830 Sylloge Jungermannidearum Europae indigenarum, earum genera et species systematice complectens.
Kurort
Kurort (alm. Kurort‎: kur — müalicə və ort — yer, məkan) — müalicə, tibbi reabilitasiya, xəstəliyin profilaktikası və sağlamlıq məqsədilə qurulmuş və istifadə edilən sahədir. Kurort adətən təbii müalicəvi qaynaqlarla əhatə olunaraq istismar üçün lazım olan tiklilərə və infrastrukturaya malikdir. == Növləri == === Balneoterapia === Latın dilində lat. balneum – vanna, lat. therapia – müalicə deməkdir. Bu tipli kurortlarda müalicə faktoru kimi təbii mineral sulardan istifadə olunur. Su xaricdən (vannada, duşda, qapalı çimərlikdə və s.) qəbul edilməklə, daxildən içməklə müalicə, inhalysaiya və digər proseduralar üçün istifadə olunur.Balneoterapiya kurortları xəstəxanalarla təmin olunur, orada içki qalereyaları, basseynlər mövcuddur. === Palçıq === Əsas və ya müalicə üsullarından biri kimi iqlimlə, təbbi mineral sularla bərabər müalicəvi palçıqlardan da istifadə olunur. === İqlim === Bu cür kurortlarda üstünlük iqlimə verilir.
Turist
Turist — gəzinti, səfər edən şəxs. Turist (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Turist (film, 2010) — rejissor Florian Henkel fon Donnersmarkın filmi. Turist tələsi — Bir çox turisti cəlb edən və mal və xidmətlərin normaldan daha bahalı olan bir yer.
Buros
Buros (Borås) — İsveçin cənub qərbində şəhər. == Əhalisi == Əhalisi 66,3 min (2010) nəfərdir. == Coğrafiyası == Katteqat boğazının 70 km-liyində, Viskan çayı sahilində, Höteborqdan şərqdədir. Nəqliyyat qovşağı. Beynəlxalq aeroport. == Tarixi == 1621-ci ildə salınmışdır. Qəsr (15 əsr), kilsə (1699), Ratuşa (1909–1910, memarlar İ. Tenqbum və E. Torulf) saxlanılmışdır. == Memarlığı == Universitet (1977), Ali memarlıq məktəbi fəaliyyət göstərir. Rəssamlıq, müasir incəsənət, toxuculuq (2000) muzeyləri, açıq səma altında etnoqrafiya muzeyi, yanğınsöndürmə işi muzeyi; şəhər teatrı (1964); zoopark var. Xidmət sferası (o cümlədən internet-ticarət) inkişaf etmişdir.
Artemisia dumosa
Artemisia dumosa (lat. Artemisia dumosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Droste effekti
Droste Effekti — holland terminidir və 1904-cü ildə "Droste" kakao markasının şərəfinə ilk dəfə istifadə olunub. Droste effektli şəkildə həmin şəklin kiçildilmiş variantı yerləşdirilir. Kiçildilmiş şəklin özündə də həmin şəklin özünün daha da kiçildilmiş variantı əks etdirilir. Nəzəri olaraq bu proses sonsuz olaraq davam edə bilər, ancaq praktiki cəhətdən bu proses şəklin imkanları ilə məhdudlaşdırılır.
Durusu gölü
Durusu və ya Terkos (türk. Durusu Gölü; Terkos Gölü) — Türkiyədə, İstanbul şəhərindən 45 km şimal-qərbdə yerləşən su hövzəsi. Gölün maksimal dərinliyi 11 metr, eni 1–2 km, səthinin sahəsi isə 30,4 km²-dir. Göl suyunda 27 balıq növü mövcuddur. == Ümumi məlumat == Gölün sahil xətti son 1000 ildə çox dəyişilmiş və dəyişməyə davam edir. Durusu əvvəlcə Şərqi Frakyada strateji əhəmiyyətli bir yerdə yerləşən körfəz idi. Bu bölgə süquta uğramaqda olan Bizans imperiyasının son məntəqələrindən biri idi. Körfəzdə zaman-zaman Genuya dəniz quldurları sığınırdılar. Yaxınlıqda olan qalanın qalıqları buna sübutdur. Lakin çayın və dəniz axınlarının gətirdiyi allüvial qumun Durusu çayının deltasına toplanmasına səbəb oldu.
Eucalyptus dumosa
Eucalyptus dumosa (lat. Eucalyptus dumosa) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Kevin Durant
Kevin Ueyn Durant (ing. Kevin Wayne Durant; 29 sentyabr 1988) — Amerikalı peşəkar basketbol oyunçusu. Milli Basketbol Asossasiyası komandalarından olan Bruklin Netsdə forma geyir. "Durantula" və "KD" kimi ləqəbləri olan Durant, yaxın hücumçu və uzaq hücumçu mövqelərində oynayır. Karyerası dövründə bir NBA Çempionu, bir NBA Finalları Ən Dəyərli Oyunçu Mükafatı, bir NBA Ən Dəyərli Oyunçu Mükafatı, bir NBA All-Star oyunu Ən Dəyərli Oyunçu Mükafatı, dörd NBA basket sayı Lideri, bir NBA İlin Gənc Oyunçusu və iki "Olimpiya Oyunları qızılı" mükafatları var. Durant həmçinin səkkiz dəfə "All-Star" heyətinə düşüb və bunların yeddisində də NBA İlin ən yaxşı beşliyinə seçilib. Lisey karyerasının ardından Texas Universitetində bir mövsüm forma geyən Durant, buradakı gənclər liqasında "İlin kollec liqası" oyunçusu seçildi. Universitet karyerasının ardından 2007 NBA Seçmələrinə qatıldı və Sietl Supersoniks tərəfindən seçildi. Bundan sonra Durantın komandası olan Supersoniks Oklahoma şəhərinə daşındı və adı Oklahoma-Siti Tander olaraq dəyişdirildi. 2012-ci ildə komandası ilə bərabər karyerasında ilk dəfə NBA Finallarına yüksəldi, ancaq Mayami Hitə beş oyun sonrası 4–1 məğlub oldular.
Kosmik turist
Kosmik turizm (ing. Space tourism) — əyləncə, elmi-tədqiqat və ya biznes məqsədləri ilə kosmik səyahət. == Tarixi == İlk kosmik turist – amerikalı Denis Tito olmuşdur. Belə ki, D. Tito 2001-ci ildə Rusiyaya məxsus olan "Soyuz TM-32" kosmik gəmisində demək olar ki, 8 sutka qalmışdır. Ümumiyyətlə isə, Beynəlxalq Aeronaftika Federasiyasının verdiyi məlumata görə, bütün bəşər tarixi boyu kosmosda dünyanın 37 ölkəsindən 467 nəfər olmuşdur. Azərbaycanda potensialı olmayan hələ ki, kosmik turizmdir. Çünki bu, yeni bir turizm növüdür və ondan yalnız Rusiya yararlanır. Amerika və Böyük Britaniya bu yöndə işlər görürlər, atmosfer qatından yüksəyə qalxa bilən gəmilərin hazırlanması üzərində iş gedir. Bu gün kosmik turizm təxminən 10 milyon dollara başa gəlir. Amma mütəxəssislər hesablayıblar ki, hardasa 200–250 min dollar civarında xərclə bunu təşkil etmək olar.
Kurort gölü
Kurort və ya Dördüncü göl — Kabara-Balkariya Respublikasında, Nalçik şəhərində süni göl. XX əsrin ortalarında Nalçik şəhər parkında süni olaraq yaradılan dört göldən dördüncüsü.. == Coğrafi mövqeyi == Kurort gölü Nalçik şəhərinin cənub hissəsində, Dolinsk kurort rayonu ərazisində yerləşir. Gölün dəniz səviyyəsindən hündürlüyü 577 metrdir. Göl cənubdan və şərqdən Meşəli silsiləsi ilə əhatələnib. == Xarakteriskası == Kurort gölü 1960-cı ildə süni şəkildə yaradılıb. Göl ümumən Böyük Kizilovka dağının şimal ətəklərində yerləşir. Göl Nalçik dağ çayının suyu ilə doldurulur. Çayın gölün cənub-şərqindən axır. Gölün maksimal dərinliyi ilin fəsillərindən asılı olaraq dəyişilir.
Meike Droste
Meike Droste (5 fevral 1980) — alman aktrisa.
Quercus dumosa
Quercus dumosa (lat. Quercus dumosa) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Rosa dumosa
Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. == Yarpaq == Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. == Çiçək == Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
Stradivari Duport
Duport Stradivari, 1711-ci ildə İtaliyanın Kremona şəhərində Antonio Stradivari tərəfindən hazırlanmış violonçeldir.Alət adını 1800-cü illər ərəfəsində yaşamış bəstəkar Jan Lui Duporta görə alıb. == Tarixi == Violençelin 1711-ci ildə Kral XIV Lüdovikin şəxsi həkimi François Chicoyneau-nun istəyi ilə inşa edilməsi güman edilir.Chicoyneau 1752-ci ildə öldükdə, violonçel satılması üçün Parisə göndərildi və açıq hərraca çıxarıldı.Xərrac zamanı Duport violençeli ala bilməsə də,Duport qardaşları daha sonra daha ucuz qiymətə violençeli ala bildilər. 1812-ci ildə Jan Lui Duport Tüiliri sarayında konsert verdiyi zaman Napolyon da alətdə ifa etmişdir.Violençeldə hələ də görünə bilən çuxurun Napolyonun diqqətsizliyi səbəbindən meydana gəldiyi deyilir.
Turist (Xaçmaz)
Turist — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Turist qəsəbəsi düzənlikdədir. Yaşayış məntəqəsi 1965-ci ildə burada turist bazasının yaranması ilə əlaqədar belə adlandırılmışdır.
Turist mehmanxanası
Qarabağ mehmanxanası və ya Turist mehmanxanası — bir vaxtlar Bakıda mövcud olmuş mehmanxana. Şəhərin təpəlik hissəsində yerləşdiyi üçün şəhərin bir çox yerindən görünürdü. == Tarixi == Mehmanxananın binası 1974-cü ildə tikilib. Binanın memarları B. Şulgin və E. Melxisedekov, konstruktorları K. Kərimov, Q. Şamilov idi. Binanın layihəsi Bakı Dövlət Layihə İnstitutunda tərtib edilmişdi. Mehmanxana 1976-cı ildə istismara verilmişdir. 1989-cu ilə qədər "Turist" adını daşıyan mehmanxanaya sonralar "Qarabağ" adı verilmişdi. Qayalı təpənin üzərində tikilmiş "Qarabağ" 1978-ci ildə Nyu-Yorkda nəşr edilmiş "Dünyanın Memarlıq Ensiklopediyasına" daxil olmuşdu. Binanın layihəsi isə 1979-cu ildə "Le Korbyuze" mükafatını almışdı. == Memarlığı == "Qarabağ" mehmanxanası Bakı amfiteatrının daha yüksək hissəsində qayalı təpənin üzərində yerləşirdi və şəhərin bir çox nöqtələrindən aydın görünürdü.
Turist tələsi
Turist tələsi (ing. Tourist trap) — Bir çox turisti cəlb edən və mal və xidmətlərin normaldan daha bahalı olan bir yer.
Uill Dürant
Vill Dürant(5 noyabr 1885 – 7 noyabr 1981)—Amerika yazıçısı, tarixçisi, filosofu. == Həyatı == Vill Dürant (1885–1981) Massaçusetsdə anadan olmuşdur. Valideynləri onu din xadimi olmaq üçün hazırlayırdılar. Onun müəllimələri rahibələr idilər. Vill dini elə bir həvəslə öyrənirdi ki, heç kəs onun ruhani olacağına şübhə etmirdi. 1900-cü ildə o, müqəddəs Pyotr Akademiyasına daxil oldu. Amma Burada Dürant fəlsəfəyə üstünlük verdi. 1917-ci ildə fəlsəfə doktoru adını almaqdan ötrü ilk kitabını yazdı Bu kitab Fəlsəfə və Sosial Problem adlanırdı. O, elmi dərəcəni aldıqdan sonra Kolumbiya Universitetində dərs verməyə başladı. Birinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar olaraq o, nəzakətlə olmuş olsa belə universitetdən uzaqlaşdırıldı.
Vill Dürant
Vill Dürant(5 noyabr 1885 – 7 noyabr 1981)—Amerika yazıçısı, tarixçisi, filosofu. == Həyatı == Vill Dürant (1885–1981) Massaçusetsdə anadan olmuşdur. Valideynləri onu din xadimi olmaq üçün hazırlayırdılar. Onun müəllimələri rahibələr idilər. Vill dini elə bir həvəslə öyrənirdi ki, heç kəs onun ruhani olacağına şübhə etmirdi. 1900-cü ildə o, müqəddəs Pyotr Akademiyasına daxil oldu. Amma Burada Dürant fəlsəfəyə üstünlük verdi. 1917-ci ildə fəlsəfə doktoru adını almaqdan ötrü ilk kitabını yazdı Bu kitab Fəlsəfə və Sosial Problem adlanırdı. O, elmi dərəcəni aldıqdan sonra Kolumbiya Universitetində dərs verməyə başladı. Birinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar olaraq o, nəzakətlə olmuş olsa belə universitetdən uzaqlaşdırıldı.
Xürəşt (Üşnəviyyə)
Xürəşt (fars. خورشت‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 357 nəfər yaşayır (62 ailə).
Yunost (Şaran)
Yunost (başq. Юность, rus. Юность) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 28 km, kənd sovetliyindən (Miçurinsk): 10 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 70 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (74%) üstünlük təşkil edir.
Yunost adası
Yunost adası — çay yatağında yerləşən ada. İrkutsk şəhərinin mərkəzində, Anqara çayının yatağında yerləşir. Adada elədə böyük olmayan meşə massivi yerləşir. Çəşhur istirahət məskənidir. Sahillə körpü vastəsi ilə birləşir. Sahəsi 0,107 km²-dir. == Tarixi == Adada turizm zonası 1960-cı illərdə təşkil olunmuşdur. Burada piyada yolları, çimərliklər meydana gəlir. Ağac və kollar əkilir. Burada uşaq meydançası, yay düşərgəsi, xilasetmə stansiyası və idman meydançası inşa edilir.
Qafqaz bürosu
Qafbüro — Sovet İttifaqı Kommunist Partiyasının Qafqazdakı regional orqanı kimi 1920-ci ilin aprelində bolşeviklər tərəfindən yaradılmış təşkilat. Qafbüro 8 aprel 1920-ci ildə Serqo Orconikidze (sədr) və Sergey Kirovun (sədr müavini) rəhbərliyi ilə yaradılmışdır. Dərhal narahatlıq doğuran məqamlardan biri o idi ki, Qafbüro heç bir müstəqil kommunist partiyasının onların nəzarətindən kənar yaradıldığını görmək istəmirdi. == Qarabağ == Qafbüronun qərarlarından biri Azərbaycan-Ermənistan arasında mübahisəli olan bölgə Qarabağla bağlı idi. Çar hakimiyyəti dövründə ərazi Bakıdan idarə olunurdu. Lakin Rusiya inqilabından sonra baş verən etnik münaqişələr fonunda Qarabağ erməniləri Ermənistana ilhaq etmək istəyirdilər. Bunun qarşısı əvvəlcə Osmanlı imperiyasının, onun süqutundan sonra isə ingilislərin müdaxiləsi ilə alındı. Əvvəlcə 1920-ci ilin aprelində yaradılmış Azərbaycan SSR Qarabağın Ermənistanın bir hissəsi olacağına söz verdi. Bu 1920-ci il iyulun 3-də Qafbüro tərəfindən təsdiq edildi, ancaq iki gün sonra "müsəlmanlar və ermənilər arasında milli harmoniyanın zəruriliyi, yuxarı və aşağı Qarabağ arasında iqtisadi əlaqə və onun Azərbaycanla daimi əlaqələri nəzərə alınaraq" dəyişdirildi. Bəzi erməni tarixçiləri bunu Stalinin və Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun işə qarışması ilə əlaqələndirirlər.