Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Düyüm
Düyüm — maşınqayırmada iki və daha artıq, aşağı səviyyəli maşın hissəsindən ibarət olan, hər hansı bir funksiyanı yerinə yetirən mexanizmdir. Düyüm bir neçə kiçik düyümlərdən və hissələrdən ibarət olub, yığma prosesi nəticəsində hazırlana bilər. Yığma zamanı istifadə olunan hissələr müəyyən cədvəl şəklində verilir. Bu istər texnoloji, istərsə də alqı-satqı məqsədilə işlədilir. Maşınqayırmada düyüm bütöv qurğunun bir hissəsini təşkil edir. Buraya misal kimi ayrıca silindr və ya kompleks mexaniki və elektrik hissələri aid etmək olar. Hissələrin düyüm şəklində hazırlanması konstruksiya və planlama ərəfəsində işlərin qruplaşdırılmasına imkan yaradır. Təmir zamanı sıradan çıxmış hissə aid olduğu düyümlə birlikdə dəyişməklə maşının dayanma vaxtını azaltmaq olur. Bütöv qurğuya nisbətən kiçik düyümlərdə onların funksionallığını təmin etmək daha asandır.
Murom
Murom — Rusiya Federasiyasında yerləşən şəhər Vladimir vilayətinə daxildir.
Drom
Drom (departament)
Dulo
Dulo (Tuğluq)- qədim Hun-Bulqar sülaləsi. Attilanın oğlu Ernaxın nəslindən gəlirlər. Əvvəllər Göytürk xaqanlarına tabe olsalar da sonralar müstəqil olmuşlar. Sülalənin əsasını Kubrat xan qoymuşdur. Sülalə daha sonra kiçik qollara ayrıldı: Batbayan xan— Xəzərlərin hökmdarlığı altında yaşamağa razı olmuş və Xəzərlərə qatılmışlar. Xəzərlərin hakimiyyəti altında yaşamağa razı qalan bolqarlara Quru Bolqarlar deyilir. Kotrak xan — İdil Bulqar dövlətini yaratdı. Altsek xan — Avar xaqanlığına sığınmışdı. Asparux xan — Birinci Bulqar dövlətini yaratmışdı. Kuber xan — Şimali Makedoniya bulqarlarının başçısı idi.
Düym
Düymə — ölçü vahidi. Niderland dilində mənası baş barmaq deməkdir. == Ümumi məlumat == Düymə ("düym" sözündəndir, niderland dilində "duim" — baş barmaq) xalq arasında bu gün də işlənən ölçü vahididir. Əsasən bəzi Avropa ölkələrində qeyri-metrik ölçü sistemində uzunluq vahididir. Tarixən kişi baş barmağının eni kimi götürülmüşdür. Müasir dövrdə "düymə" dedikdə adətən ingilis düyməsi başa düşülür: 1 düymə 25,4 mm-ə və ya 2,54 sm-ə bərabər götürülmüşdür. Düymədən daha çox boruların iç diametrini ölçmək üçün istifadə olunur. Bir düymə borunun daxili diametri 25,4 mm-ə, yarım düymə borunun iç diametri isə 25 mm-in yarısına yox, 15 mm-ə bərabərdir. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə.
Ucom
Ucom — Ermənistanın mobil şəbəkə operatoru və internet provayderi. == Tarixi == Orange Armenia-nı satın aldıqdan sonra mobil telefon bazarında böyüdü.
Aleksandr Dubov
Aleksandr Dubov (1877, Helsinki – 1964, Bakı) ― 1904-cü ildən ömrünün sonuna qədər Bakıda fəaliyyət göstərmiş memar. O, Bakıda bir çox monumental binaların tikintisində iştirak etmiş bəzi binaların o cümlədən də 1918-ci il soyqırımında yandırılmış İsmailiyyə sarayının 1922–1923-cü illərdə bərpasında iştirak etmişdir. == Haqqında == Mülki mühəndis Aleksandr Dubov 1877-ci ildə Helsinkidə anadan olub, orada yaşayıb və təhsil alıb. O dövrdə Finlandiya Rusiya İmperiyasının tərkibində olub.Orta məktəbi bitirdikdən sonra Peterburqda yerləşən tikinti məktəbində təhsil alıb. Sonradan isə təhsilini Finlandiyada yerləşən Texniki Peşə Məktəbində davam etdirib.İlk tikinti fəaliyyətinə Rusiyada 1900-cü ildə başlayıb. Burada o Politexnik İnstitutunun köməkçi binalarının tikintisində iştirak edib. Burada o, Rusiya İmperiyasında dəmir beton konstruksiyaları tətbiq edən fransızlarla əməkdaşlıq edir. Bu əməkdaşlığı nəticəsində bu sahədə böyük təcrübə qazanır. 1902–1904-cü illərdə Qaqrada İmperator II Nikolayın kiçik bacısı Olqa Aleksandrovanın həyat yoldaşı şahzadə Aleksandr Oldenburq üçün saray tikir. Sovet işğalından sonra bu saray "Ritsa" sanatoriyasına çevrilir.
Duhla zirvəsi
Duhla zirvəsi (bolq. връх Духла, ‘Vrah Duhla’ \'vr&h 'duh-la\) — Antarktidanın Qreyam Torpağının II Oskar sahilindən cənub-şərqdə yerləşən, 900 m hündürlüklü qaya zirvəsidir. Zaqreus silsiləsinə daxildir. Hektoriya buzlağından şimal-şərqdə, Paspal buzlağından cənub-qərbdə yerləşmişdir. Zirvə qərbi Bolqarıstanda yerləşən Duhla mağarasının adını daşıyır. == Yerləşməsi == Duhla zirvəsi 64°52′15″ c. e. 61°52′01″ q. u. koordinatlarında yerləşmişdir.
Dulok Krallığı
Dulok Krallığı və ya sadəcə Dulok (ing. Duloc Kingdom) — 2001-ci ildə çəkilmiş "Şrek" animasiya filmində təsvir olunan utopik krallıq. "Şrek" filminin rejissoru Duqlas Rocers və komandası Fransanın Dordon bölgəsində gəzintiyə çıxmış və bölgə Dulok Krallığının yaradılması üçün ilham mənbəyi olmuşdur. == Haqqında == 2001-ci ildə çəkilmiş "Şrek" animasiyasında ilk dəfə görülmüşdür. Kralı monarşist Ford Farquaaddır. Paytaxtı Dulokdur. Dulok şəhər-dövlətdir. Ölkənin əhalisi onun sərhədləri içərisində yaşayanlardan ibarətdir. Krallıqda nağıl qəhrəmanları da yaşayır. == Tarixi == Dulok Krallığının tarixi və əvvəlki kralları bilinmir.
Duomi xaqan
Duomi xaqan (çin. 多彌可汗, Pinyin: Duōmí Kèhán; v. 646) — Seyanto xaqanı. Əsl adı Bacuo olub, tam titulu İl Küllüg Şad Duomi xaqan (頡利俱利薛沙多彌可汗) idi. == İncu xaqan dövründə == Atasının ilk övladı deyildi, lakin bir kəniz yerinə xatundan doğulduğu üçün daha çox hörmət görürdü. 638-ci ildə artıq atası İncu xaqan onu cənub tayfalarının valisi kimi təyin etmişdi. Tan sülaləsinin imperatoru Taiçonq isə onun və qardaşının arasında rəqabət yaratmaq üçün onu hətta kiçik xaqan kimi də tanımışdı. Daha sonra atası onu Si Yabqu titulu ilə qərb hakimi kimi təyin etmişdi. == Hakimiyyəti == Atasının 645-ci ildəki ölümündən sonra böyük qardaşı Yemanq ilə hakimiyyət uğrunda mübarizəyə başladı. Yemanq Bacuo tərəfindən tutularaq həbs edildi.
Durham Hesabatı
Britaniya Şimali Amerikası Problemləri Hesabatı (İngilis dilində: “Report on the Affairs of British North America”) — adətən Durham Hesabatı (“Durham Report”) olaraq bilinir, 1839-cu il tarixli, Quebec, Ontario, Kanada və Britaniya İmperiyası tarixində rol oynamış sənəddir. 1837-1838-ci illərdə Aşağı Kanadada və Yuxarı Kanadada baş verən iğtişaşlardan sonra Whig partiyasına mənsub olan ingilis siyasətçi Durham qrafı John Lambton diktator səlahiyyətləri ilə Kanadanın qubernatoru təyin edildi. Ondan Lambton iğtişaşlarının səbəblərini araşdırması istənildi. Bu dövrdə Kanadadakı rəhbərlik xalq qarşısında cavabdeh deyildi. Lambton, hesabatının birinci səhifəsində ümumi tezisini ümumiləşdirərək, "Mövcud vəziyyətin davam etməsinə icazə verilənə qədər, insanların həyatı və əmlakının təhlükəsizliyi, aktivlərindən istifadəsi və qətiyyətlə işləmələri təmin edilməyəcəkdir” demişdir. Kanadadakı üsyanın səbəblərini idarəetmənin seçilmiş məclisin mövcudluğu ilə xalq qarşısında cavabdeh olmayan hökumətin yaratdığı gərginlik və fransız dilli əhali ilə ingilis dilli əhali arasındakı gərginlik istiqamətində qiymətləndirdi. Buna görə, onun üç əsas tövsiyəsi var idi: Yuxarı Kanada və Aşağı Kanadanın bir koloniyaya birləşdirilməsi, Fransız dilli Kanadalıların mədəni assimilyasiyası və xalq qarşısında hesabat verəcək olan hökumət. Durham, Aşağı Kanadadakı problemlərin etnik baxımdan olduğunu düşünərək tapıntılarını “bir qucaqda mübarizə aparan iki xalq” olaraq təsvir etdi. Kanada Ensiklopediyasının “şovinist” olaraq xarakterizə etdiyi bir yanaşma götürdü; Fransız dilli kanadalıların “ədəbiyyat və tarix çatışmazlığı” olduğunu bildirdi. Aşağı Kanadada əhalinin Yuxarı Kanadadan daha çox olmasına baxmayaraq, qurulacaq yeni əyalətdə iki bölgənin nümayəndəliyinin bərabər olmasının lazım olduğu fikrini müdafiə etdi.
Hordeum durum
Adi arpa (lat. Hordeum vulgare) — qırtıckimilər fəsiləsinin arpa cinsinə aid bitki növü. == Təbii yayılması == Arpanın vətəni Qədim Misir olmuşdur. Eramızdan əvvəl 5 min əvvəl mədəni surətdə misirlilər tərəfindən əkilib becərilirdi. == Botaniki təsviri == == Ekologiyası == == Azərbaycanda yayılması == Naxçıvan Muxtar Respublikasında arpa zəmiləri az yer tutsa da, pivə sənayesində ən vacib xammal kimi istifadə olunur. == İstifadəsi == Arpadan qədim insanlar ev heyvanlarını yemlənməsində istifadə edirlər. Arpa səmənisindən hazırlanan məlhəm və ya mayesi uşaqların qidasında müsbət rol oynayır. Xalq təbabətində qovrulmuş arpa ununun şəkərlə bişirilmişi uşaqlar üçün xeyirlidir. Arpa şirəsi ilə boğazı qarqara etməklə ağrısını və boğazdakı şişləri götürür.
Komla Dumor
Komla Dumor (ing. Komla Afeke Dumor; d. 3 oktyabr 1972, Akkra, Qana – ö. 18 yanvar 2014, London, İngiltərə, Böyük Britaniya) — məşhur afrikalı jurnalist; Böyük Britaniyanın "BBC World News" telekanalında Afrika ilə bağlı xəbərlər proqramının (ing. "Focus on Africa") məşhur aparıcısı. == Həyatı == Komla Dumor 3 oktyabr 1972-ci ildə Qananın paytaxtı Akkrada doğulmuşdur. Atası Ernest Dumor bir sosiologiya professoru və anası Seselya Dumor isə kütləvi kommunikasiya üzrə magistr dərəcəsinə malik idi. Babası Filip Qbeho, Qana himninin bəstəkarı idi. == Ailəsi == Komla Dumor 2001-ci ildə Kvansema Quansah ilə evlənmişdir. Bu evlilikdən onların üç övladı dünyaya gəlmişdir.
Lev Durov
Lev Konstantinoviç Durov (rus. Лев Константинович Дуров; 23 dekabr 1931, Moskva - 20 avqust 2015, Moskva) — Sovet və Rusiya teatr və kino aktyoru, teatr rejissoru, pedaqoq, SSRİ xalq artisti (1990). == Həyatı == == Filmoqrafiya == Qocalar-quldurlar (film, 1971) Baharın on yeddi anı (film, 1973) Al çiçək (film, 1977) Qorxma, mən səninləyəm (film, 1981) Papaq (film, 2007) Qorxma, mən səninləyəm!
Pavel Durov
Pavel Valeryeviç Durov (10 oktyabr 1984, Leninqrad) — VKontakte sosial şəbəkəsinin qurucusu və keçmiş CEO-su, Telegram mesajlaşma servisinin ortaq qurucusu olan rus əsilli sahibkar. == Həyatı == Pavel Durov 10 oktyabr 1984-cü ildə Leninqrad (indiki Sankt Peterburq) şəhərində ziyalı ailədə doğulmuşdur. Riyaziyyatçı və kompüter proqramçısı Nikolay Durovun qardaşıdır. Uşaqlığınının böyük bir hissəsi atası Valeri Durovun işi ilə əlaqədar İtaliyanın Turin şəhərində keçib. Orta məktəbi İtaliyada, universitet təhsilini isə Rusiyada bitirmişdir. 2006-cı ildə Sankt-Peterburq Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. == Karyerası == === VKontakte === 2006-cı ilin əvvəllərində Facebook-dan ilhamlanaraq VKontakte sosial şəbəkəsini qurmuşdur. Pavel Durov və qardaşı vaxtlarının çoxunu VKontakte üçün ayıraraq şirkətin dəyərini 3 milyard dollardan çox artırdılar. 2011-ci ilin dekabrında Rusiya Federal Təhlükəsizlik Xidmətinin təklifini rədd etdiyinə görə Sankt-Peterburq prokurorluğuna izahat vermək üçün çağırıldı. 2013-cü ilin dekabrında VK hissəsinin 12%-ni Rusiyanın əsas internet şirkətinin sahibi olan İvan Tavrinə satması üçün təzyiq altına alındı.
Sonsuz düyüm
Sonsuz düyüm və ya daimi düyüm xüsusilə Tibet, Monqolistan, Tıva, Kalmıkiya, Buryatiya kimi Tibet Buddizminin təsirə malik olduğu ərazilərdə mühüm mədəni simvoldur. == Mənası == Buddizmdə sonsuz düyüm kəsişərək düzbucaqlar əmələ gətirən xətlərdən ibarət qapalı, qrafik ornamentdir. Bu işarənin əvvəli və ya sonunun olmaması Buddanın sonsuz müdrikliyini və mərhəmətini təcəssüm etdirir. Bu simvol əbədiyyəti mövcudluğun əsas reallığı olaraq göstərir. Xətlərin kəsişməsi bütün hadisələrin bir-birləri ilə səbəb və nəticə əlaqəsi kimi güclü bir əlaqə ilə bağlı olmasını təmsil edir. İşarədə heç bir boşluq olmadan bütün kompozisiyanın qapalı olması sadəliyin və tamamilə tarazlaşdırılmış ahəngdarlığının təsviri formasıdır.
Yuray Duçon
Yuray Duçon (5 mart 1995) — Slovakiyalı oxatan. Yuray Duçon Slovakiyanı 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Yuray Duçon birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 180-ci yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Durham Universiteti
Durham Universiteti — 1832-ci ildə Parlament Aktı ilə qurulan və 1837-ci ildə kral nizamnaməsi ilə birləşdirilən İngiltərənin Durham şəhərində ictimai tədqiqat universiteti.
Ruhum qarabağlıdır
Ruhum Qarabağlıdır — Azərbaycan filmi. Film BK-SieN studiyası tərəfindən çəkilmişdir. == Məzmun == Filmin süjet xətti xocavəndli məcburi köçkün, şəhid atası Ağamirzə Həsənovun düşüncələri üzərində qurulub. O, ömrünün ixtiyar çağında məcburi köçkünlük həyatı yaşamaq məcburiyyəti ilə barışmaq zorunda qalan el ağsaqqalının gözləri qarşısından Qarabağın, Şuşanın bəxtəvər günləri, cəh-cəlallı anları bir-bir gəlib keçir. Lakin bütün bunların fonunda onun gözlərindən sezilən doğma yurd həsrəti, torpaq nisgili tam aydınlığı ilə tamaşaçıya çatdırılır. Qarabağın, Şuşanın şeytan xislətli, iblis niyyətli düşmənlərimizin təcavüzü nəticəsində dağıdılaraq viran edilməsi, gündəlik qayğılarla əhatələnən bəxtəvər günlərinin ağır və məşəqqətli köçkünlük həyatı ilə əvəzlənməsinin insan həyatında necə dərin izlər buraxması, xalqımıza qarşı törədilmiş soyqırımı və qətliamlar son dərəcə təsirli kadrların, görüntülərin, eyni zamanda Qənirə Paşayevanın təsirli şeirləri vasitəsi ilə canlandırılır.Filmdə əsas obrazın xəyalında canlanan surətin xalq mahnısı "Sarı gəlin"i ifa etməsi birinci anlamda həmin mahnının Azərbaycan xalqına məxsusluğunu, ikinci baxış bucağında isə Qarabağın, Şuşanın, həqiqətən də, Azərbaycanın musiqi və incəsənət beşiyi olmasını xarakterizə etmişdir. Filmin süjet xətti inkişaf etdikcə qəhrəmanın düşüncələri də reallığa uyğun olaraq dəyişir. Bu gün inkişaf edən, güclənən, qüdrətli orduya malik olan Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa etmək iqtidarında olması filmin qəhrəmanında bir əminlik, sabaha böyük inam hissi yaradır.Filmin sonluğu Prezident İlham Əliyevin böyük qətiyyətlə dediyi bu sözlərlə yekunlaşır: "Azərbaycan dövləti heç vaxt bu vəziyyətlə barışmayacaq. Azərbaycan gəncləri bu vəziyyətlə barışmayacaq. Bakıda, çadır şəhərciyində doğulan, Qarabağdan olan hər bir gənc Qarabağa qayıtmaq arzusu ilə yaşayır.
Anak Bukom adası
Anak Bukom adası (malay Pulau Anak Bukom) — Sinqapur dövlətinin ərazisinə daxil olan təbii ada. Bukom və Bukom Keçil adaları arasında yerləşir. Malay dilindən tərcümədə "Bukomun övladları" mənasını verir. Aada kifayət qədər kiçikdir və sahəsi cəmi 2 hektardır. Sinqapur adasının cənub-qərbində yerləşir.
Dubnitsa nad Vahom
Dubnitsa nad Vahom (slovak. Dubnica nad Váhom, alm. Dubnitz an der Waag‎, mac. Máriatölgyes) — Slovakiyanın şimal-şərqində şəhər. Trençin bölgəsində yerləşir. Əhalisi 25 min nəfərdir. Şəhər Vah çayının sahilində yerləşir.
Durham, Şimali Karolina
Durham ABŞ-nin Şimali Karolina regionuna aid Durham qraflığının paytaxtı olan şəhərdir. Şəhərin əhalisi 2010-cu il statistikasına görə 228,330 nəfərdir.
Durham (Şimali Karolina)
Durham ABŞ-nin Şimali Karolina regionuna aid Durham qraflığının paytaxtı olan şəhərdir. Şəhərin əhalisi 2010-cu il statistikasına görə 228,330 nəfərdir.
Editinq Enn Dunham
Stenli Enn Danhem (29 noyabr 1942, Viçita[d], Kanzas – 7 noyabr 1995, Honolulu) – ABŞ-nin 44-cü prezidenti Barak Obamanın anası. İqtisadi antropologiya və kənd təsərrüfatının inkişafı üzrə ixtisaslaşmışdı. Anna deyə çağrılırdı. Sonradan Doktor Stenli Enn Danhem Soetro kimi tanındı. == Həyatı == Kanzas ştatının Viçita şəhərində anadan olub. Uşaqlıq illərini Kaliforniya, Oklahoma, Texas və Kanzasda keçirib. Yeniyetməlik illərini Vaşinqtonda, dolğun illərini isə Havayda və İndoneziyada keçirib. Danhem Honoluluda, Havay Universitetində təhsil alıb və antropologiya və ya riyaziyyat üzrə bakalavr təhsili alıb. Qadınların kustar sənayesində rolunu araşdıraraq İndoneziyada, Yava adasında qadınların rolunu öyrənir. O ABŞ Beynəlxalq İnkişaf Agentliyinin məsləhətçisi kimi kənd yerlərində kasıblığın qarşısını almaq üçün mikrokredit proqramını təşkil edir.
Stanley Enn Dunham
Stenli Enn Danhem (29 noyabr 1942, Viçita[d], Kanzas – 7 noyabr 1995, Honolulu) – ABŞ-nin 44-cü prezidenti Barak Obamanın anası. İqtisadi antropologiya və kənd təsərrüfatının inkişafı üzrə ixtisaslaşmışdı. Anna deyə çağrılırdı. Sonradan Doktor Stenli Enn Danhem Soetro kimi tanındı. == Həyatı == Kanzas ştatının Viçita şəhərində anadan olub. Uşaqlıq illərini Kaliforniya, Oklahoma, Texas və Kanzasda keçirib. Yeniyetməlik illərini Vaşinqtonda, dolğun illərini isə Havayda və İndoneziyada keçirib. Danhem Honoluluda, Havay Universitetində təhsil alıb və antropologiya və ya riyaziyyat üzrə bakalavr təhsili alıb. Qadınların kustar sənayesində rolunu araşdıraraq İndoneziyada, Yava adasında qadınların rolunu öyrənir. O ABŞ Beynəlxalq İnkişaf Agentliyinin məsləhətçisi kimi kənd yerlərində kasıblığın qarşısını almaq üçün mikrokredit proqramını təşkil edir.