Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Chrysanthemum eginense
Tanacetum eginense (lat. Tanacetum eginense) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chrysanthemum eginense (Hausskn. ex Bornm.) Bornm. Pyrethrum eginense Hausskn. ex Bornm.
Mədinənin mühasirəsi
Mədinənin mühasirəsi (ərəb. حصار المدينة المنورة‎, türk. Medine Kuşatması, ing. Siege of Medina) və ya Mədinənin müdafiəsi (türk. Medine Müdafaası) — 1916-cı ildən 1919-cu ilə qədər dəvam edən, Fəxrəddin paşanın rəhbərlik etdiyi Osmanlı qüvvələri ilə Britaniya-Hicaz qüvvələri arasında baş vermiş döyüş. Mədinənin mühasirəsi Birinci dünya müharibəsi zamanı baş qaldıran Ərəb üsyanının nəticəsi idi. Şərif Hüseynin 1916-cı ildə Britaniyanın dəstəyi ilə başlatdığı mühasirə 2 il 7 ay davam etdi. Mühasirə Mudros müqaviləsinin imzalanmasından sonra VI Mehmedin israrı ilə Fəxrəddin paşanın rəhbərlik etdiyi qarnizon qüvvələrinin təslim olması ilə sona çatdı. Mədinədəki Osmanlı qarnizonu sülh müqaviləsinin şərtlərinə görə təslim olan son Osmanlı hərbi birliyi idi. Münaqişə zamanı mədinəlilərin böyük bir hissəsi şəhəri tərk etmişdi.
Pyrethrum eginense
Tanacetum eginense (lat. Tanacetum eginense) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. Chrysanthemum eginense (Hausskn. ex Bornm.) Bornm. Pyrethrum eginense Hausskn. ex Bornm.
Tanacetum eginense
Tanacetum eginense (lat. Tanacetum eginense) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. Chrysanthemum eginense (Hausskn. ex Bornm.) Bornm. Pyrethrum eginense Hausskn. ex Bornm.
Ədirnənin fəthi
Ədirnənin fəthi — Bizans imperiyasının əlindəki Ədirnə (o zamankı adıyla Hadrianopolis) Osmanlı imperiyasının nəzarətinə keçməsi ilə nəticələnən proses. Müharibənin baş verdiyi il və fəth həyata keçirən adlar, mənbələrə görə 1361-1371-ci illər arasında fərqli göstərilir. Alınmasından bir müddət sonra Osmanlı imperiyasına paytaxt olan şəhər, 1453-cü ildə İstanbulun (o dövrdəki adı Kostantinopolis) ələ keçirilməsindən sonra paytaxt olmasına qədər bu statusunu davam etdirib. Osmanlı dövlətinin Balkanlardakı fəthlərini həyata keçirən qoşunlara, Osmanlı sultanı Orxan Qazinin ən böyük oğlu Süleyman Paşa komandanlıq edirdi. Etdiyi fəthlərdən sonra bölgədə Paşa bəylərbəyliyi qurulmuşdu. Bəylərbəylik qərbdə Keşan ilə İpsala arasında Yayla dağından və Malkara ilə Hayrabolunu ayıran dağlıq ərazidən keçir, Mərmərə dənizi sahillərində Tekfurdağı qəsəbəsi cənubunda Durbinlər təpəsi və Xoraya qədər olan bir ərazini əhatə edirdi. 1357-ci ilin yazında, 11 yaşlı oğlu Xəlilin Foçalı (İzmirin şimalında yer alan bir sahil ilçəsidir) quldurlara əsir düşməsinin ardından Orxan Qazi, oğlunu xilas etmək üçün Bizans imperatoru V Yoannis Paleologosla danışıqlara başladı. İki tərəf arasında aparılan danışıqlar əsasında Osmanlılar Bizans torpaqlarına hücum etməyəcək, Foça göndəriləcək gəmilərin xərclərini üzərinə götürəcək, Bizans imperatorunun keçmiş borclarını bağışlayacaq və Bizans imperatoruna qarşı duran Mateos Kantakuzinosa yardımdan imtina edərək imperatoru dəstəkləyəcəkdir. Müqavilədən əvvəl Mateos Kantakuzinos ilə əməkdaşlıq edən Osmanlılar, bu sayədə Rumelidə yerləşmə imkanı tapmışdı. Digər tərəfdən, Süleyman paşa, Xəlilin əsir düşməsindən bir müddət sonra ölmüş, ən böyük qardaşı Murad, lələ Şahin ilə birlikdə Rumelinin ucqar bölgəsinə göndərilmişdi.
Ədirnənin qurtuluşu
Ədirnə qurtuluşu — iki fərqli tarixi hadisəni ifadə edir. Bunlardan birincisi Osmanlı qüvvələrinin I Balkan müharibəsində Serbiya və Bolqar qüvvələrinə qarşı itirilmiş Ədirnə müharibəsi ilə Osmanlı idarəçiliyindən çıxan və London Konfransı ilə Bolqarıstan Krallığına verilən şəhərin, II Balkan müharibəsi zamanı Ənvər Paşa komandanlığı altındakı Osmanlı ordusu tərəfindən 21 iyul 1913-cü ildə geri alınması hadisəsidir. İkincisi isə I Dünya müharibəsi zamanı Mondros sülhündən sonra Yunan qüvvələri 25 iyul 1920-ci ildə işğal edilən Ədirnə, Mudanya atəşkəsinə əsasən 25 noyabr 1922-ci il tarixində Türkiyə Böyük Millət Məclisinin qüvvələri tərəfindən geri alınmasıdır. Günümüzdə 25 noyabr tarixi "Ədirnə qurtuluşu" kimi qeyd edilir. Birinci Balkan müharibəsindən sonra Bolqarıstanın müttəfiqləri ilə olan anlaşmamazlığı nəticəsində Osmanlı İmperiyası qərargahları tərəfindən Ədirnə və Qərbi Frakiyanın azad edilməsi fikri Padşah V Mehmedə təqdim olundu. Padşah həm Türk imicini düzəltmək, həm də İttihad və Tərəqqi Partiyasının təzyiqindən xilas olmaq üçün planı uyğun bildi və gözlənilmədən hücum edilməsinə qərar verildi. Osmanlı qüvvələri şəhərdə güclü bir müqavimətlə qarşılaşmadan asanlıqla Meriç çayına çatdılar. Amma böyük güclərin təzyiqi nəticəsində dayandılar. Osmanlı dövləti Balkanlarda son qələbəsini qazanıb və I Dünya Müharibəsinə qədər Frakiya sərhədlərində böyük bir torpaq itirmədi. Osmanlı qüvvələrinin 21 İyul günü şəhəri ələ keçirməsinə qarşı Ədirnə yenidən Osmanlı torpaqlarına daxil olması ancaq 29 iyul 1913-cü il Bolqarıstan Krallığı ilə imzalanan İstanbul müqaviləsi ilə rəsmiləşdi.