Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Jizel
Jizel (fr. Giselle, ou les Wilis) — bəstəkar Adolf Adanın iki pərdəli, "fantastik balet"i. Baletin librettosunun müəllifləri Jül-Anri Sen-Jorj, Teofil Qotye və Jan Koralli librettonu Henrix Heyne tərəfindən nəql olunan əfsanə əsasında yazmışlar. Xoreoqrafiya Jül Perronun iştirakı ilə Jan Koralli, dekorasiyalar Pyer Siseri, kostyumlar Pol Lormye tərəfindən hazırlanmışdır.
Jizel Bündhen
Jizel Bündhen (Gisele Bündchen, 20 iyul 1980) — Braziliya supermodeli. == Həyatı == Braziliya əsilli olub dünyanın ən varlı supermodeli kimi tanınan cəlbedici model Gisele Bündchen 13 yaşı olarkən kəşf olunmuşdur. Əslində model olmamışdan öncə Gisele Bündchen peşəkar voleybolçu olmaq istəyirdi. Karyerası boyunca Gisele Bündchen Balenciaga, Celine, Givenchy, Bvlgari, Louis Vuitton və Victoria’s Secret və s. kimi dünya şöhrətli markalar üçün işləmişdir. Bündchen iyul ayının 20-si 1980-ci ildə Tres de Maioda anadan olmuş, Horizontina, Rio Grande do Sulda boya başa çatmışdır. Onun valideynlərinin hər ikisi alman idilər. Anası Vânia Nonnenmacher bank işçisi, atası Valdir Bündchen universitetdə müəllim və yazıçı olmuşdur. Beş bacısı var – Raquel, Graziela, Gabriela, Rafaela və Giseldən beş dəqiqə əvvəl dünyaya gəlmiş əkiz bacısı Patricia. Giselenin əsas ana dili portuqal dilidir, lakin əlavə olaraq o, ispan və ingilis dillərini də bilir.
Jizel Froynd
Jizel Froynd — alman əsilli Fransa fotoqrafı. == Həyatı == Alman əsilli fransız fotoqraf Jizel Froynd 1908-ci ildə Berlin ətrafında yerləşən Şöneberq ərazisində, yəhudi ailəsində doğulub. 20 yaşı olanda yaxşı oxuduğuna görə atası Yulius Froynd ona "Leyka" markalı fotoaparat bağışladı. Frankfurtda universitetdə oxuduğu vaxtlarda Jizel sosialist hərəkatına qoşulur. Foto sənəti isə sosial işin bir parçası idi - fotoaparatdan küçədəki nümayişləri fotolentə almaq üçün istifadə edirdi. 1933-cü il - artıq Hitler hakimiyyətə gəldi. Jizel ölkəni tərk edib, Parisə köçdü. Burada kitab mağazasının sahibəsi Adrienna Monye ilə tanış oldu və onun köməyi ilə foto sənəti haqda dissertasiyasını kitab kimi nəşr etdirdi. Jizelin məşhur yazıçı Ceyms Coysla tanışlığı da həmin il başladı. 1935-ci ildə Jizel Froynd Parisdə mədəniyyətin mühafizəsi məqsədilə keçirilən konqresdə iştirak edir.
Altel
«ALTEL» (qaz. «Алтел» ЖШС) — Qazaxıstanda mobil operator. İlk Qazaxıstan mobil operatoru. Şirkət 2G / GSM (900 MHz), 3G / UMTS (850/900 MHz), 4G/LTE və LTE Advanced (1800 MHz) standartlarında mobil xidmətlər göstərir. 1994-cü ildə Qazax-İngilis ASC Beset International tərəfindən qurulmuşdur. Şirkət Kazakhtelecom SC-yə məxsusdur. 2010-cu ildə ALTEL respublikada ilk dəfə 3G texnologiyasını tətbiq etdi. 2012-ci ilin dekabr ayında Qazaxıstanda ALTEL 4G markası altında 4G texnologiyasının ilk ticari təqdimatı baş tutdu. 3 ildən çoxdur ki, Altel Qazaxıstanda 4G lisenziyalı yeganə operator idi. Qazaxıstan Respublikası Məclisi (parlamenti) millət vəkilləri 4G şəbəkələrində xidmətlərin inhisara alınmasından narahatlıqlarını ifadə etdilər .
CITES
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.
Cibəl
Cibal və ya Cibəl (fars. جبال‎) — şərqdə Dəşti-Kəbir, cənub-şərqdə Fars, qərb və cənub-qərbdə İraqi-Ərəb, şimal-qərbdə Azərbaycan, şimalda Əlbruz dağı ilə dövrələnən bölgə. Cibal sözü ərəb kökənli cəm bir sözdür və "dağlar" anlamına gəlir. Dağlar olaraq da Zaqros dağlarını bildirir. == Tarix == VII əsrdə ərəb yürüşlərindən sonra midiyalıların olmuş olduğu torpaqların bir qismi, Cibal olaraq anılmağa başladı. XII əsrdə Səlcuqlular dönəmində bölgə, İraqi-Əcəm olaraq adlandırılan bölgənin içinə daxil edildi. Cibal adı, Monqol istilasından sonra işlənilməməyə başlandı. Bölgənin bəzən tamamı, bəzən bir qismi; Samanilər, Qaraxanlılar, Buveyhilər sülaləsi, Səlcuqlular, Azərbaycan Atabəyləri və Elxanlılar tərəfindən hökmüranlıq altına alınmışdır.
Cicəl
Cicəl (ərəb. جيجل‎) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərb hissəsində, Aralıq dənizi sahilində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 47 metrdir.Cicəl ölkənin paytaxtı Əlcəzairdən təxminən 240 kilometr şərqdə yerləşir. == Demoqrafiya == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 134,839 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı şəhərdən 5 kilometr şərqdə yerləşir.
Fisel
Fisel (fr. Ficelle)- Bagetə oxşar, lakin çox incə çörək növüdür. Fisel (ficelle) sözü Fransızca "sim" deməkdir. Baget kimi, bu çörək növünündə sərt, qəhvəyi rəngli qabığı və çoxlu hava boşluğu var.
Hotel
Mehmanxana, hotel, otel və ya qonaq evi (fr. hôtel) — Başqa yerdən gələn turistlərin və qonaqların müvəqqəti yaşaması üçün xüsusi təhcizatlı otaqları olan obyekt. == Mehmanxanaların təsnifatlaşdırılması meyarları == Mehmanxanalar müxtəlif meyarlara görə təsnifləşdirilir: 1. Komfort səviyyə; 2. Nömrə fondunun tutumu; 3. Mehmanxanaların funksional təyinatı; 4. Mehmanxananın yerləşdiyi yer; 5. Mehmanxananın işləmə müddəti; 6. Qonaqların yeməklə təminatı; 7. Qonaqların qalma müddəti; 8.
Intel
Intel Corporation (tələffüz edilir: "İntel Karpereyşn") — ABŞ şirkəti. Geniş spektr elektron avadanlıqlar, kompüter komponentləri, mikroprosessorlər, sistem məntiqi qurğuları və s. istehsal edir. Mənzil-qərargahı ABŞ-nin Kaliforniya ştatının Santa-Klara şəhərində yerləşir. == Tarixi == Şirkəti Robert Noys və Qordon Mur Fairchild Semiconductor şirkətindən getdikdən sonra 18 iyul 1968-ci ildə təsis ediblər. Sonradan onlara Endryu Qrouv də şəriklik etdi. Şirkətin biznes-planı Robert Noysun çap maşınında hazırlandı və cəmi bir səhifə təşkil edirdi. Əvvəl Fairchild şirkətinə yardım edən maliyyəçi onlara $2,5 milyon həcmində ilkin kapital verdi. İntel 1971-ci ildə Busicom yapon şirkəti ilə əməkdaşlıq etdikdən sonra ona ilk uğur gəldi. O zaman İntel on iki xüsusi mikrosxemə sifariş aldı, ancaq mühəndis Ted Haffanın təklifi ilə bir ədəd universal Intel 4004 mikpoprosessoru hazırladı.
JITTER
JITTER ~ дрожание ~ titreme ~ titrəmə-televiziya və kompüter disleylərində: siqnalın dayanıqsızlığı (dəyişkənıiyi)səbəbindən görüntünün azacıq titrəməsi və ya flüktüasiyası. Titrəyiş çox zaman displeyin açılma sətri ilə eyni qalınlığa malik olan üfüqi sətirlərdə yaranır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). “İnformatika terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Kisel
Kisel (est. kissell, fin kiisseli, latış. ķīselis‎, lit. kisielius, pol. kisiel, rus. кисель, kisél’, ukr. кисiль) – şirin, jele kimi desert xörəyi. == Hazırlanma qaydası == Kisel hazırlamaq üçün təzə və qurudulmuş meyvə-giləmeyvə, şirə, şərbət, mürəbbə, cem, povidlo, çörək kvası, süd və başqa xammallardan istifadə edilir. Kisel şəkər əlavə etməklə kartof və ya qarğıdalı nişastasından hazırlanır. Meyvə-giləmeyvə nişastasını hazırlamaq üçün kartof nişastasından hazırlamaq lazımdır, çünki qarğıdalı nişastası ilə bulanıq kisel əldə edilir.
Kizel
Kizel — Rusiya Federasiyasında yerləşən şəhər. Perm diyarına daxildir.
Lintel
Lintel — binalardakı qapı və pəncərələr kimi şaquli boşluqlara üfüqi şəkildə yerləşdirilmiş və divarın davam etməsinə imkan verən bir memarlıq blokudur. Lintellər qonşu divarlara oturacaq formasında yerləşdirilmiş daş, beton və ya ağacdan da hazırlana bilər. Dekorativ memarlıq elementi kimi də istifadə olunan lintellərə daha çox portallarda, qapılarda, pəncərələrdə və kaminlərdə rast gəlinir.
Mişel
Mişel — ad. Mişel Yeo — əslən Çinli olan Malayziyada dünyaya gələn Honq Konq aktrisası Mişel Hazanaviçus — Fransa rejissoru, ssenaristi və aktyoru. Mişel Obama — ABŞ-nin 44-cü Prezidenti Barak Obamanın həyat yoldaşı.
Motel
Motel (ing. motor hotel) — Avtoturistlər üçün xidmət göstərən mehmanxana.
Nikel
Nikel (Ni) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 28-ci elementi olub vacib ultramikroelementdir. Bitkilərdə orta hesabla kütləcə 0.00005% nikel olur. Bəzi bitkilər var ki, onlarda nikelin miqdarı kifayət qədər yüksəkdir. Bəzi bitkilər və mikroorqanizmlər nikelin "toplayıcılardır" və ətraf mühitə nəzərən min və hətta yüz min dəfələrlə çox nikelə malikdirlər. Çayda, kakaoda, kökdə, kahıda və s. nikel çox olur. Hələ eramızdan 200 əsr əvvəl nikelin digər metallarla (mis, sink) əmələ gətirdiyi ərintilərdən müxtəlif metal əşyalar, sikkə ərintisi hazırlayırmışlar. Nikel 1751–ci ildə A. Kronsdent tərəfindən alınmışdır. Kimyəvi mexaniki və termik davamlığa malikdir, sənayedə, xüsusən metallurgiyada geniş istifadə olunur. Oksidləşmir, yaxşı cilalanır, bu səbəbdən metal əşyaların nikelləşdirilməsində tətbiq olunur.
Rigel
Riqel ulduzu Beta Orion bürcünün ulduzu kimi təyin olunmuşdur, gecə səmasında 17-ci parlaq ulduzdur və eyni zamanda Orion bürcünün ən parlaq ulduzudur. Görünən ulduz ölçüsü 0.13-dür, parlaq ulduz Yerdən təxminən 863 işıq ili qədər uzaq məsafədədir. Ulduz əslində Yerdən 3 və ya 5 ulduzdan ibarət misilli ulduz sistemi kimi görünür, əsas ulduz Riqel A xüsüsiyyətlərini hesablamaq üçün istifadə olunan üsuldan asılı olaraq hər yerdə 120,000 −279,000 Günəş parlaqlığı dəfə parlaq olan mavi-ağ rəngli ifratnəhəng olduğu hesab edilir. Nüvəsindəki hidrogen tükənmişdi və 79–115 Günəş radiusuna kimi artır. Kvazi-perodikliyə pulsasiya edir və dəyişən Alfa Siqney ulduzuna təsnif edilir. Digər komponenti olan Riqel B-nin parlaqlığl Riqel A-dan 500 dəfə zəifdir və ancaq teleskop vasitəsilə görünür. Riqel B özünü spektroskopik qoşa sistem kimi aparır, 2 əsas ulduzdan spektral sinfi B9V olan kütləsi Günəş kütləsindən 3.9 və 2.9 dəfə böyük açıq mavi ulduzlardan ibarətdir. Riqel Bb özü də qoşa ulduz ola bilər. Riqel B demək olar ki, eyni görünüşdə olan Riqel C-nin çox yaxın qoşa ulduzu kimi görünür. == Terminalogiya == Rigelin ənənəvi adı ilk olaraq 1252 alfonsini hesabatlarında (Alfonsine Tables) yazılmışdır.
Əxtəl
Əbu Malik Qiyas ibn Qaus ət-Təğlibi (640[…], Hiyrə, Nəcəf mühafəzəsi – 710, Cəzirə) – ərəb şairi. Xristian Təğlib qəbiləsinə mənsub olmuşdur. Kəskin həcvlərinə görə müsəlman şair Kәəb ibn Cüeylin ona "sən boşboğaz və səfehin birisən" deməsindən sonra "əxtəl" (səfeh) ləqəbi ilə tanınmışdır. Əxtəl dövrün tanınmış adamlarına, o cümlədən xəlifə Müaviyəyə, Yezidə, Həccac və Ziyada mədhiyyələr qələmə almışdır. Himayəsində olduğu Yezidin istəyi ilə əhli-beyti və ənsarı tənqid edən şeirlər yazmışdır. Mədinə əhlini həcv etdiyinə görə müsəlmanlar tərəfindən lənətlənən Əxtəl xəlifə Əbdülməlik dövründə Dəməşqdə Əməvilər sarayının rəsmi şairi olmuş və xeyli rəğbət qazanmışdı. Əxtəlin Əməvilər dövrünün məşhur şairlərindən olan Cərir ibn Ətiyyə ilə qarşılıqlı atmacaları geniş yayılmışdı (bu mübahisələrdə Fərəzdəq Ə.-in tərəfini tutmuşdur). Əxtəl fəxriyyələr yazmış, lakin bu janra forma və dil baxımından yenilik gətirə bilməmişdir. Xəmriyyələri (şərabı tərənnüm edən şeirlər) məşhurdur. Əxtəlin şeirləri yaşadığı dövrün hadisələrini, siyasi çəkişmələri əks etdirdiyi üçün tarixi dəyərə malikdir.
Alpine Hotel
Alpine Hotel — 1914-cü ildə Britaniyanın çay plantatorların evi kimi tikilmiş və Şri-Lankada yerləşən mehmanxanadır. Sonralar ziyarətçilər üçün otaqları icarəyə götürən Dodampa Qamace ailəsi tərəfindən alınmışdır. Hal-hazırda otel köhnə müstəmləkə gözəlliyini və onun arxitekturasını, keçmiş Britaniya Dövrünün neçə-neçə davamlı dəlillərini özündə saxlayır. Oteldə 30 nömrə, restoran, bilyard zalı, bar və iki istirahət zalı və kofe mağazası fəaliyyət göstərir.2006-ci ildə Alpine Mehmanxanası böyük miqyasda xidmət sahəsinin olmasına görə Mərkəzi Əyalətdə ən yaxşı yerinə yetirən antropometriya olan "Star Mükafatı"na layiq görülmüşdür. == Yerləşməsi == Otel Nuvara Eliya Cıdır Kompleksinin önündə duran və Badulla istiqamətində yerləşən Magistral Yolda olan oteldir. Otel Nuvara Eliya şəhərindən kilometrlərlə uzaqda yerləşmişdir.
Amişa Patel
Amişa Patel (9 iyun 1975, Bombey) — Hindistanın kino aktrisası. == Həyatı == Amişa Patel 9 iyun 1976-cı ildə Hindistanın Mumbay şəhərində anadan olmuşdur. Valideynləri Amit və Aşa Pateldir. Ailədə 2 uşaqdırlar. Bir qardaşı (Aşmit Patel) var.
Bulvar Hotel
"Baku Marriott Hotel Boulevard" — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən beşulduzlu otel. Azərbaycanın ən böyük otelidir. == Ərazisi == Otel Bakı buxtasında, Ağ Şəhərdə yerləşir. == Fəaliyyəti == Bu otel "Absheron Hotel Group"a daxil olan dördüncü oteldir. Otel həm də "Marriott" brendinin xüsusi portfeli sayılan məxsusi otel və kurortların cəmləndiyi "Autograph Collection"un rəsmi üzvüdür. == İnşası == Otel müasir üslubda inşa olunmuşdur. Burada kafe, mağaza, biznes mərkəzi, kitabxana da var."Bulvar Hotel"də müxtəlif beynəlxalq, regional və yerli əhəmiyyətli tədbirlər keçirmək üçün şərait yaradılıb. Kompleksdə 5 iclas otağı var. Bu otaqlarda müxtəlif görüşlər, təlimlər, təqdimatlar təşkil etmək mümkündür.Otelin ziyafət zalında 1000-dən çox qonağın iştirakı ilə müxtəlif formatlı tədbirləri təşkil etmək mümkündür. Ziyafət zalının sahəsi 1300 m²-dir və avadanlıqla təchiz edilmişdir.Otelin sağlamlıq mərkəzi fitnes və SPA xidmətləri təklif edir.
Culi Ertel
Culi Ertel (d. 27 noyabr 1982) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Culi Ertel, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu.
Datura metel
Hindistan dəlibəngi (lat. Datura metel) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü. == Sinonimləri == Brugmansia waymanii Paxton Datura aegyptiaca Vis. Datura alba Rumph. ex Nees Datura alba F.Muell. Datura alba var. africana Mattei Datura bojeri Delile Datura chlorantha Hook. Datura cornucopia Pitcher & Manda Datura dubia Rich. Datura dubia Bianca ex Tod. Datura fastuosa L. Datura fastuosa var.
Dev Patel
Dev Patel (5 dekabr 1990, London) — Böyük Britaniya aktyoru. Gənclik serialı Skins-də Ənvər Xarral rolunu canlandıraraq karyerasına başlayıb. O, "Xarabalıqdan olan milyonçu" filmi ilə şöhrət qazanmışdır, bu filmə görə o BAFTA mükafatına namizəd olub. "Sonuncu hava maqı" filmində Dev Patel Zuko rolunda oynayıb. == Həyatı == Dev Patel 23 aprel 1990-cı ildə Londonda anadan olub. Onun anası Anita qulluqçu, atası Raju isə İT sahəsində işləyib. Patelin valideynlərinin hər ikisi qucarat hindlisidir və gənc yaşlarında Londona köçüblər. Patel qücərat dilində azca da olsa danışa bildiyini bildirir.