Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zaqreb
Zaqreb (xorv. Zagreb) — Xorvatiyanın paytaxtı və ən böyük şəhəri. Zaqrebdə iqtisadiyyatın əsas sənaye sahələri elektrik maşınlarının və aparatlarının istehsalı, kimya sənayesi, əczaçılıq, toxuculuq və qida sənayeləridir. Zaqreb şəhəri beynəlxalq ticarət mərkəzlərindən biri olmaqla yanaşı, həmçinin Mərkəzi və Şərqi Avropa ölkələri arasındakı nəqliyyat yolunun kəsişməsində yerləşir. Zaqreb şəhəri adambaşına düşən Ümumi Daxili Məhsulun miqdarına görə ölkədə birinci yeri tutur. 2005-ci ildə Xorvatiyada adambaşına düşən ÜDM miqdarı 10431 dollar idisə, Zaqrebdə bu göstərici 19132 dollar olub. 2006-cı ilin göstəricilərinə görə şəhərdə işsizlik səviyyəsi 8,6% olub. Xorvatiyadakı şirkətlərin 34%-nin mərkəzi qərargahı Zaqrebdə yerləşir, ölkədəki işçi qüvvəsinin 38,4%-i Zaqrebdə işləyir. Ölkədəki ixracatın 35%-i, idxalın isə 60%-i Zaqrebin payına düşür.
Aqreqat (texnika)
Aqreqat — qarşılıqlı surətdə tam əvəz oluna bilən ayrı-ayrı funksiyaları sərbəst yerinə yetirən birləşdirilmiş və unifikasiya edilmiş maşın (və ya maşın kompleksi) qovşağı. Bunlara elektrik mühərriki, reduktor, nasos və s. aid edilir. Bəzən 2 və daha artıq maşından ibarət qurğuya da aqreqat deyilir. Wilmjakob Herlyn: PPS im Automobilbau – Produktionsprogrammplanung und -steuerung von Fahrzeugen und Aggregaten. Hanser Verlag, München 2012, ISBN 978-3-446-41370-2. T. Pfeifer, P. Lorenzi, R. Schmidt: Betriebsanleitungen modular aufbauen. In: technische kommunikation. 24, H. 2, 2002, S. 19.
Mineral aqreqat
Mineral aqreqatlar — mineral dənə və ya kristallarının təbii minerallaşma prosesi nəticəsində toplanması və bitişməsi. Belə bitişmə bir və ya bir neçə mərhələdə baş verə bilər. Mineral aqreqat mineralogiyanın ilkin anlayışıdır. Paul Kukuk: . Springer, Berlin, Göttingen, Heidelberg 1951, S. 144 ff. Walter Schumann: . 16. überarbeitete Auflage. BLV Verlag, München 2014, ISBN 978-3-8354-1171-5, S. 15. Manual on catalyst characterization (Recommendations 1991) // Pure Appl.
Zaqreb Aeroportu
Franyo Tucman Aeroportu (xorv. Zračna luka „Franjo Tuđman”) — Xorvatiyanın ən böyük və ən aktiv aeroportudur. Hava limanı Xorvatiyanın keçmiş prezidenti Franyo Tucmanın adını daşıyır. Liman həm də Pleso aeroportu kimi də tanınır. Aeroport Velika Goritsada Zaqreb Mərkəzi Vağzalından 10 km cənub-şərqdə yerləşir. Aeroportun ərazisində, "Polkovnik Marko Jivkoviç" baraklarında Xorvatiya Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrinin bazası yerləşir. Həmçinin, aeroportda Xorvatiya Hava Nəqliyyatına Nəzarət İdarəsinin qərargahı var. Aeroport 2015-ci ildə 2 587 798 sərnişinə xidmət edib. Aeroport Xorvatiya hökuməti tərəfindən imzalanan müqaviləyə müvafiq olaraq 30 illik konsessiya əsasında ZAIC konsorsiumuna (Zaqreb Aeroportu Beynəlxalq Şirkəti) verilmişdir. Sərnişin terminalı yeni layihə ilə yenidən qurulub və 2008-ci ildən bəri VIP terminal kimi sərnişinlərə, aeroport ziyarətçilərinə xidmət göstərir.
Zaqreb Universiteti
Zaqreb Universiteti (xorv. Sveučilište u Zagrebu) — Xorvatiyanın paytaxtı Zaqreb şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 23 sentyabr 1669-cu ildə qoyulmuşdur. Bütün Xorvatiya universitetlərində olduğu kimi bu ali məktəb də 2005/2006 tədris ilindən etibarən Bolonya prosesinə qoşulmuşdur.
Zaqreb bankı
Zagrebačka banka (Zaqrebaçka banka, Zaqreb bankı) — Xorvatiyanın ən böyük bankı. UniCredit Maliyyə Korporasiyasının törəmə bankı. 1989-cu ildə tam özəlləşdirilən ilk Xorvatiya bankı və listinqlə birjaya (Zaqreb fond birjası, 1995-ci il) çıxan ilk Xorvatiya bankı. CROBEX adlı Xorvatiyanın əsas fond indeksinə daxil olan 25 şirkətdən biri. Bank 1914-cü ildə Zaqreb hakimiyyəti tərəfindən Gradska štedionica (şəhər əmanət bankı) adı ilə təsis edilmişdir. Bankın əsas vəzifəsi ilk öncə şəhər ictimai müəssisə və təşkilatlarını maliyyələşdirmək idi. Yarandığı gündən iki il sonra bank şəhərdə tramvay şəbəkəsi tikən Zaqreb Tramvay Şirkətini (ZET) maliyyələşdirməyə, eləcə də digər infrastruktur layihələrini kreditlərlə dəstəkləməyə başladı. İkinci Dünya Müharibəsindən sonra bankın adı Gradska štedionica Zagreb (Zaqreb Şəhəri Əmanət Bankı) oldu. 1977-ci ildə bir sıra yenidən qurulmadan sonra bank müəssisələrə kredit verməyə yönəlmiş Zaqrebačka banka və fiziki şəxslərə maliyyə xidmətləri göstərən Gradska štedionica bölündü. 1980-ci ildə onlar yenidən birləşdilər, lakin artıq Zagrebačka banka adı altında.
Zaqreb funikulyoru
Zaqreb funikulyoru (xorv. Zagrebačka uspinjača) — Funikulyor Xorvatiyanın paytaxtı olan Zaqrebdə yerləşir. Funikulyor Tomisa və İlisa küçəsini Ştrosmayer prospekti ilə birləşdirir. Zaqreb funikulyorunun operator funksiyasını Zaqreb tramvay şirkəti (ZET) həyata keçirir. Funikulyorun istifadədə olan uzunluğu cəmi 66 metr təşkil edir. Bu xüsusiyyətinə görə funikulyor dünyanın ən qısa xəttə malik nəqliyyat vastəsidir. Zaqreb funikulyorunun tikintisinə 1890-cı ildən başlanmışdır. Tikinti işləri 1893-cü ilin 23 aprelində başa çatdırılır. İlk əvvəllər buxar mühərriklərindən istifadə edilmişdir. 1934-cü ildə isə buxar mühərrikləri elektrikli mühərriklə əvəzlənmişdir.
Zaqreb kafedralı
Zaqreb kafedralı (xorv. Zagrebačka katedrala) — Xorvatiyanın paytaxtı Zaqrebdə, Kaptolda yerləşən Roman-Katolik kafedralı. Xorvatiyanın ən hündür tikilisidir, Alp dağlarının cənub-şərqində yerləşən qotika üslubunda olan tikililərdən biridir. Kafedral Məryəmin göyə çıxmasına, eləcə də, I İştvan və I Lasloya həsr olunmuşdur. Kafedralda yerləşən sakristiya böyük memarlıq dəyərinə malikdir. Kafedralın gözəçarpan şpilləri görməli yerlərdən biri hesab olunur və şəhərin bir çox yerlərindən şpilləri görmək olar. 1093-cü ildə Kral Laslo (1040-1095) yepiskop kafedrasını Sisak şəhərindən Zaqreb şəhərinə köçürmüşdür və mövcud kilsə kafedral elan edilmişdir. Kafedralın tikintisinə kralın ölümündən qısa müddət sonra başlanılmış və 1217-ci ildə tamamlanaraq Kral II Andraş tərəfindən təqdis olunmuşdur. Tikili 1242-ci ildə monqollar tərəfindən dağıdılmışdır, lakin bir neçə il sonra yepiskop Timotej (1263-1287) tərəfindən bərpa edilmişdir. XVI əsrin sonlarında Xorvatiyanı işğal etmiş Osmanlı imperiyası kafedral ətrafında istehkam divarları tikməyə başlamışdır və divarların bir hissəsi hələ də salamatdır.
Zaqreb məscidi
Zaqreb məscidi (xorv. Zagrebačka džamija) — Zaqreb şəhərində yerləşən Xorvatiyanın ən iri məscidi. Məscidin tikintisinə 1981-ci ildə başlanılmışdır. Məscidin tikintisi üçün Birləşmiş Ərəb Əmirliklərindən Şarja əmiri Sultan bin Məhəmməd Əɬ-Qasimi 2,5 milyon ABŞ dolları ianə etmişdir. O, 1983-cü ildə Zaqrebdə İslam icmasını ziyarət etmişdir. 1987-ci ildə Zaqreb məscidinin tikintisi başa çatmışdır. Zaqreb məscidi Xorvatiyada ən iri məsciddir. Məscidin yaxınlığında Əhməd Smayloviç adına İslam Ali məktəbi və İslam mədəni mərkəzi yerləşir. Məscidin layihəsi bosniyalı memarlar - Camal Seliç və Mirzə Qolosun tərəfindən hazırlanıb. Minarəsinin hündürlüyü 51 metrdir.
Zaqreb tramvayı
Zaqreb tramvayı (xorv. Zagrebački tramvaj) — Zaqreb şəhərində mövcüd olan nəqliyyat növlərindən biri. 1891 ildə şəhərdə ilk dəfə konka, 1910 ildə isə elektrikli tramvay istifadəyə verilmişdir. Sərnişinlərin daşınması üçün 116 km uzunluğa və reylslər arasında məsafəsi 1 metr olan sistemdən ibarətdir. Əvvəllər günorta radələrinə qədər 1-17 maşrut xidmət göstərirdi. Gecə radələrində isə 31-34 maşrut işləyirdi. Maşrutlar arasında interval 5-10 dəqiqə təşkil edir. Gecə radələrində tramvaylar rəsmi göstərilən vaxtlarda dayancaqlada olurlar. Bu zaman interval 40 dəqiqə təşkil edir. Gündüz radələrində də rəsmi dayanacaqlar üzrə vaxtlar təyin edilsələrdə, pik radələrinə təsadüf etdiyindən buna tam riayyət edilmir.
Zaqreb şəhəri
Zaqreb (xorv. Zagreb) — Xorvatiyanın paytaxtı və ən böyük şəhəri. Zaqrebdə iqtisadiyyatın əsas sənaye sahələri elektrik maşınlarının və aparatlarının istehsalı, kimya sənayesi, əczaçılıq, toxuculuq və qida sənayeləridir. Zaqreb şəhəri beynəlxalq ticarət mərkəzlərindən biri olmaqla yanaşı, həmçinin Mərkəzi və Şərqi Avropa ölkələri arasındakı nəqliyyat yolunun kəsişməsində yerləşir. Zaqreb şəhəri adambaşına düşən Ümumi Daxili Məhsulun miqdarına görə ölkədə birinci yeri tutur. 2005-ci ildə Xorvatiyada adambaşına düşən ÜDM miqdarı 10431 dollar idisə, Zaqrebdə bu göstərici 19132 dollar olub. 2006-cı ilin göstəricilərinə görə şəhərdə işsizlik səviyyəsi 8,6% olub. Xorvatiyadakı şirkətlərin 34%-nin mərkəzi qərargahı Zaqrebdə yerləşir, ölkədəki işçi qüvvəsinin 38,4%-i Zaqrebdə işləyir. Ölkədəki ixracatın 35%-i, idxalın isə 60%-i Zaqrebin payına düşür.
Avia-Aqreqat Zavodu
Avia-Aqreqat Zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. Avia-Aqreqat Zavodu 1961-ci ilin yanvar ayında Keşlə Maşınqayıma zavodunun kondisionerlər sexinin bazasında Bakı Klimatik Qurğuları Təcrübə Zavodu adı altında yaradılmışdır. 1961-ci ildə adı dəyişdirilərək Bakı Kondisionerlər Zavodu olmuş və 1965-ci ildən SSRİ Aviasiya Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 1970-ci ilin aprel ayında zavod Buzovna qəsəbəsinin Albalılıq dayanacağında yaradılan yeni istehsalat sahəsinə köçürülmüş və Bakı Maşınqayırma Zavodu adlandırılmışdır. 1978-ci ildə SSRİ aviasiya sənayesi nazirinin əmri ilə Sovet Azərbaycanının 50 illiyi adına Bakı Maşınqayırma Zavodunun adı dəyişdirilərək "İqlim" BAİB-in bazasında Bakı Aqreqat Zavodu yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 yanvar 1993-cü il tarixli 16 nömrəli Qərarı ilə zavodun adı dəyişdirilərək Avia-Aqreqat Zavodu adlandırılmışdır. 1993-cü ildən zavod Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərməyə başlamışdır. 1997-ci ildə zavodun adı yenidən dəyişdirilərək Bakı Avia-Aqreqat İB adlandırılmışdır. 2006-cı ilin sentyabrından Avia-Aqreqat Zavodu adı altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. 2006-ci ildə İSO 9001-2001 sertifikatını almışdır.
Maddələrin aqreqat halı
Maddənin aqreqat halları (lat. aggrego 'toplaşma') — Maddələr əsasən dörd aqreqat halında olur: bərk, maye, qaz və plazma. Maye və bərk hallar həmçinin kondensləşmiş hal adlanır. Bu və ya digər aqreqat halının mövcudluğu maddəni təşkil edən hisəciklərin təbiətindən və onların qarşılıqlı təsir xarakterindən asılıdır.maye öz formasını asanlıqla dəyişir,həcmini isə sabit saxlayır.Qazların xüsusi hecmi yoxdur,verilen bütün həcmi tutur. Bütün maddələr kifayət dərəcədə alçaq temperaturda bərk halda olur. Bərk maddəni təşkil edən hissəciklərin hərəkəti olduqca məhduddur. Buna əsasən hissəciklərin həmin yerlərdə olma ehtimalı maksimuma çatır. Bütün bunların sayəsində bərk maddələr müəyyən forma və həcmə malik olur. Mayedə hissəciklər arasındakı məsafə əksər hallarda bərk maddələrə nisbətən böyük, cazibə qüvvələri isə nisbətən zəif olur. Maye aqreqat halı öz təbiətinə görə müəyyən quruluşa malik olan bərk və heç bir quruluşu olmayıb, nizamsız hərəkətdə olan hissəciklərdən ibarət qaz aqreqat halları arasınd aralıq yer tutur.
Maddənin aqreqat halları
Maddənin aqreqat halları (lat. aggrego 'toplaşma') — Maddələr əsasən dörd aqreqat halında olur: bərk, maye, qaz və plazma. Maye və bərk hallar həmçinin kondensləşmiş hal adlanır. Bu və ya digər aqreqat halının mövcudluğu maddəni təşkil edən hisəciklərin təbiətindən və onların qarşılıqlı təsir xarakterindən asılıdır.maye öz formasını asanlıqla dəyişir,həcmini isə sabit saxlayır.Qazların xüsusi hecmi yoxdur,verilen bütün həcmi tutur. Bütün maddələr kifayət dərəcədə alçaq temperaturda bərk halda olur. Bərk maddəni təşkil edən hissəciklərin hərəkəti olduqca məhduddur. Buna əsasən hissəciklərin həmin yerlərdə olma ehtimalı maksimuma çatır. Bütün bunların sayəsində bərk maddələr müəyyən forma və həcmə malik olur. Mayedə hissəciklər arasındakı məsafə əksər hallarda bərk maddələrə nisbətən böyük, cazibə qüvvələri isə nisbətən zəif olur. Maye aqreqat halı öz təbiətinə görə müəyyən quruluşa malik olan bərk və heç bir quruluşu olmayıb, nizamsız hərəkətdə olan hissəciklərdən ibarət qaz aqreqat halları arasınd aralıq yer tutur.
Dinamo Zaqreb FK
Dinamo Zaqreb FK — komanda ikinci Dünya Müharibəsinin bitdiyi il, 1945-ci ildə qurulub (9 iyun). Klubun tam adı "Noqometniy Klub Dinamo Zaqreb"dir. Ləqəbləri "plavi". Komanda oyunlarını 38 923 nəfərlik Maksimir stadionunda oynayır. Klub qeyd olunan tarixdə Yuqoslaviya Kommunist Partiyasının da dəstəyi ilə Zaqrebin o vaxtki 3 məşhur komadasının — HASK, Qrajdanski, Konkordia — tək ad altında birləşməsindən ortaya çıxıb. Klubun Avropa kuboklarındakı ən uğurlu mövsümü 1997–1998-ci ildə Uefa kubokunda 3-cü mərhələyə qədər gəlməsi olub. Burda isə Atletiko Madridə 1–2 (iki oyun) məğlub olaraq vətənə qayıdıb. Yuqoslaviya çempionluğu 4 dəfə 1948, 1954, 1958, 1982 Yuqoslaviya kuboku : 7 dəfə 1951, 1960, 1963, 1965, 1969, 1980, 1983 Xorvatiya çempionu: 24 dəfə 1993, 1996, 1997, 1998, 1999, 2000, 2003, 2006, 2007, 2008, 2009, 2010, 2011, 2012, 2013, 2014, 2015, 2016, 2018, 2019, 2020, 2021–2022, 2022–23 Xorvatiya kuboku : 11 dəfə 1994, 1996, 1997, 1998, 2001, 2002, 2004, 2007, 2008, 2009, 2011 Xorvatiya superkuboku: 7 dəfə 1996, 1997, 1998, 2002, 2003, 2006, 2007 Köhnə Yuqoslaviya zamanında 1967-ci ildə indiki UEFA kubokunun sələfi olan ICFC (international cities fair cup — Yarmarkalar Kuboku) kubokunu baş üzərinə qaldırıb. 1977-ci ildə isə Slavyan Çempionlar Liqasının (rəsmi olaraq Balkan Kuboku) qalibi olub.