Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zakit Əliyev
Azurit
Azurit Cu2[(OH)2 | CO3] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – intensiv lacivərdi-göydən tünd-göyədək; torpaqvari kütlələri mavidir; Mineralın cizgisinin rəngi – mavi, göy; Parıltı – şüşə; Şəffaflıq – yarımşəffafdan işıqkeçirənədək; Sıxlıq – 3,77-3,83; Sərtlik – 3,5- 4,0; Kövrəkdir; Ayrılma – {011} üzrə mükəmməl, {100} üzrə orta; Sınıqlar – qeyri-hamar, pilləli; Morfologiya – kristallar: kiçikdir; yaxşı ifadə olunmuş sütun- və lövhəvari həbəoxşar, nisbətən az hallarda qısaprizmatik, bəzən izometrik, çox zaman əyriüzlü; Mineral aqreqatları: torpaqvari (mis göylüyü), böyrək- və salxımvarı, radial-şüalı kütlələr, qabıqlar, qaysaqlar, konkresiyalar, druzalar, fırçalar, malaxit üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Mis filizi yataqlarının səciyyəvi törəmə mineralı olub, karbonatların iştirak etdiyi şəraitdə ilkin Cu minerallarının oksidləşməsi hesabına əmələ gəlir. Birlikdə rast gəldiyi minerallar: malaxit, xalkozin, digenit, kovellin, kuprit, bornit, Fe hidroksidləri və b. Mineralın tapıldığı yerlər: Sumeb (Namibiya); Broken-Xill və Burra (Avstraliya); Kelli, Bisbi (ABŞ); Kopiapo (Çili); Kornuoll, Devonşir, Derbişir (Böyük Britaniya); Cezkazqan (Qazaxıstan); və b. Azərbaycanda hər yerdə kəskin üstünlük təşkil edən malaxitlə sıx assosiasiyada rast gələn azuritin kiçik yığınları Gədəbəy rayonunda müşahidə edilir. == Tətbiqi == Bəzən Cu mənbəyi kimi praktik maraq doğurur. Göy boya alınmasında da istifadə edilir. Mineral-indikator kimi mis filizlərinin axtarışında istifadə olunur.
Tikrit
Tikrit (ərəb. ﺗﻜﺮﻳﺖ ‎) — İraqda Bağdadın 140 km şimal-qərbində Dəclə çayı sahilində qurulmuş bir qəsəbədir. Səlahəddin valiliyinin paytaxtı olan qəsəbənin təxmini əhalisi 160 mindir (2012-ci ilin siyahıyaalması). Qəsəbədə yaşayışın mövcudluğu Assuriya dövrünə qədər gedib çıxır. Mənbələrdə şəhərin adı ilk dəfə Babil hökmdarı Nabolpolassarın Assur şəhərinə hücumu dövrü ilə əlaqədar çəkilir. Təxmini 1000 il əvvəl Tikritdə bir qala və böyük xristian monastrının olması haqqında orta əsr müəlliflərinin kitablarında məlumatlar vardır. Orta əsrlərdə qəsəbə tekstil malları istehsal edirdi. Şəhər böyük tarixi əhəmiyyətə malikdir. Azərbaycan dövlətlərindən Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və Əfşarlar İraqı elə keçirərkən Bağdad ətrafındakı bu qəsəbəni də öz hakimiyyətlərinin altına salıblar. Tarixi şəxsiyyətlərdən Səlahəddin Əyyubi və keçmiş İraq prezidenti Səddam Hüseyn də bu şəhərdə doğulmuşdur.
Zabrat
Zabrat — Bakının Sabunçu rayonunda qəsəbə. Abşeron yarımadasının mərkəzində, dəniz səviyyəsindən 20-30 m hündürlükdə yerləşir. Zabrat toponiminin mənasının araşdırmasında AMEA-nın Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d. Abasova Mahirə xanımın tədqiqinə görə yaşlı sakinlərdən topladığı məlumata görə bu kənd qədim -"Zər" kəndinin batdığı yerdə (zəlzələ nəticəsində) salınmışdır. Zər kəndi 5 əsr bundan əvvəl təbii fəlakət nəticəsində dağılmışdır. Həmin kəndin yerində hazırda II Zabrat (ən qədim kənd) və I Zabrat (110-120 il bundan əvvəl salınmışdır) kəndləri yerləşir. Zabrat toponimini İran dillərində "Zab"-qaynaq, çeşmə, bulaq, "at"- çıxarılan yer, bol, çoxlu, yeni neft bulağı" mənasında olmasını qeyd edir. Zabrat toponiminin başqa bir izahı da var: Zər kəndi(Zərkənd)-Zərbat-Zabrat. Zabrat toponiminin digər elmi izahını isə mərhum akademik Məşədi xanım Nemətə görə türk tayfalarından olan sabirlərin adı ilə bağlı olmasıdır. Sabir türklərinin bir qolu Zabrat kəndinin əsasını qoymuşlar.
Zakros
Zakros (yun. Ζάκρος) — Yunanıstanda, Kritin şərq sahilində, Sitiya şəhərindən 38 km şərqdə yerləşən kənd. Krit periferiyasındakı Lasition periferik bölməsinin şərq hissəsindəki Sitiya icmasının (dim) bir hissəsidir. Əhalisi 2011-ci il siyahıyaalınmasına əsasən 640 nəfərdir. Kritin ən mühüm arxeoloji ərazisi olan Zakros Krit saraylarından biri də daxil olmaqla, Minoy sivilizasiyasının binalarının qalıqlarını daşıyır. Ehtimal olunur ki, Zakros qədim Kritin dörd inzibati mərkəzindən biri idi və onun strateji yeri və yaxşı möhkəmləndirilmiş limanı şəhəri Kiçik Asiyaya yönəlmiş mühüm ticarət mərkəzinə çevirmişdir. == Arxeologiyası == Zakrosda işləyən ilk arxeoloq Afinadakı Britaniya Arxeologiya Məktəbi ekspedisiyası ilə Devid Corc Hoqart idi. Ekspedisiya 12 bina aşkar etmişdir. 1961-ci ildə sarayı kəşf edən Nikolaos Platon tərəfindən qazıntılar davam etdirilmişdir. Arxeoloqlar həmçinin Knoss və Fest labirintlərinə bənzər qədim labirint tapmışdılar.
Barit
Barit (ağır şpat) – Ba [SO4] — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Barit ümumiyyətlə ağ və ya rəngsizdir və barium elementinin əsas mənbəyidir. Barit qrupu barit, selestin (stronsium sulfat), bucaqsit (qurğuşun sulfat) və anhidritdən (kalsium sulfat) ibarətdir. Barit və selestin bərk məhlul əmələ gətirir (Ba,Sr)SO4. == Növ müxtəliflikləri == Selestinobarit (bəzən 28,3%-ə qədər SrO), xokutolit (17-22% PbO), radiobarit (Ra–n·10-7 q/t-dək). == Xassələri == Rəng – rəngsiz, qar kimi ağ, sarı, cəhrayı, yaşılımtıl, maviyə çalan, az hallarda qəhvəyi, qırmızı; rəngi çox vaxt zonal olur; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından sədəfiyədək; Şəffaflıq – su kimi şəffafdan yarımşəffafadək; Sıxlıq – 4,3-4,7; Sərtlik – 3,0-3,5; Kövrəkdir; Ayrılma – {001} üzrə mükəmməl, {210} üzrə orta; Sınıqlar – qeyri-hamar; Lüminessensiya – bəzən flüoressensiya, fosforessensiya, termolüminessensiya; Morfologiya – kristallar: yastı, nazik- və qalınlövhəvari; İkiləşmə: nadir rast gəlir, adətən polisintetik; Mineral aqreqatları: dənəvər, sıx, lövhə-, yelpik-, iri vərəq- və torpaqvari ("barit səpələnməsi") kütlələr, kollomorf - zonal əmələgəlmələr, stalaktitlər, druzalar, konkresiyalar, jelvaklar, "qızıl güllər", püruzlar, viterit və kalsit üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Mineralın yataqlarının əksəriyyəti orta- və aşağıtemperaturlu hidrotermal əmələgəlmələrə aid olub, adətən, barit-polimetal, barit-flüorit, barit-kalsit, qızıl-barit, barit-viterit, bəzən, demək olar ki, monomineral barit və s. damarları ilə təmsil olunur. Bəzi əsasi vulkanitlərin badamvari boşluqlarında, sualtı eksqalyasion sulfid əmələgəlmələrində, termal bulaqların çöküntülərində qeyd edilir.
Barıt
Barıt — çoxkomponentli partlayıcı maddə olub, xaricdən oksigen daxil olmadan daxildən yanma və bununla böyük daxili enerjili qaz yaratmaq qabiliyyətinə malikdir. Barıt mərmilərin atılmasında, raketlərin hərəkət etdirilməsində və başqa məqsədlər üçün istifadə edilir. Paralel laylarla yanma zamanı istilik bir laydan başqasına ötürülür. Bununla yanma zamanı qaz əmələ gəlməsini tənzimləmək olur. Bu barıt dənəciyinin ölçüsündən və yanma sürətindən asılı olur. Dənəciyin ölçüsü onun forması, həndəsi ölçüləri ilə təyin olunur. Yanma zamanı bu ölçülər kiçilə və ya böyüyə bilər. Belə yanmaya deqressiv və ya proqressiv deyilir. Qaz əmələgəlməsində müəyyən qanunauyğunluq əldə etmək üçün dənəciklər əlavə yanmayan materialla örtülürlər. Barıtın yanma sürətinə onun tərkibi, başlanğıc temperaturu və təzyiq təsir edir.
Zabit
Zabit (alm. Offizier‎) — əsasən hərbçi məmurlara verilən bir vəzifə növü. Polis və başqa xidmət orqanlarında da istifadə olunur. Zabit vəzifəsi rütbələrinə görə iki yerə bölünür: Kiçik zabit heyəti və Ali zabit heyəti.
Zakir
Zakir — Azərbaycan kişi adı. Qasım bəy Zakir — Azərbaycan şairi. Zakir Məmmədov Zakir Məmmədov (alim) — fəlsəfə elmləri doktoru; professor; AMEA-nın müxbir üzvü. Zakir Məmmədov (professor) — Biologiya elmləri doktoru; professor Zakir Bəhmənov Zakir Rzayev Toponim Zakir (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Zarat
Zarat (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Zarat (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd. Zarat (Dəvəçi) — Azərbaycanın Dəvəçi rayonunda kənd. 30 dekabr 1997-ci ildə ləğv olunub. Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunda kənd. Zaratxeybəri — Azərbaycanın Şamaxı rayonunda kənd. Zarat — Dəvəçi rayonu ərazisində çay.
Zarin
Zarin — adi halda rəngsiz və ya zəif sarı rəngli, iysiz, xüsusi sıxlığı -1,1 q/sm3, qaynama temperaturu 1500 C, donma temperaturu mənfi 1000 C olan mayedir. Su ilə istənilən nisbətdə qarışır, benzin, kerosin və dixloretanda yaxşı həll olur. Həm buxar, həm də maye halda insana təsir göstərir. İnsanın bədəninə tənəffüs orqanları, həzm sistemi və ya dəri səthi vasitəsilə daxil olaraq sinir sistemini zədələyir. Su tutumlarında (çənlərdə) zarin öz təsirini 25 sutkayadək saxlayır. Göz bəbəklərinin daralması, ağız boşluğunda ifrazatın artması, nəfəsalmanın çətinləşməsi, ürəkbulanma, hüşun itirilməsi, qıcolma və s. Ağır zədələnmə hallarında, nəfəs yollarının iflici baş verir və ölümlə nəticələnir. Xlorlu əhəng, qələvilər və ammonyakın suda məhlulu ilə həyata keçirilir. Xlorlu əhəng (CaOCl2) xlor iyi verən ağ və ya sarımtıl rəngdə tozdur. Suda qismən həll olur.
Zarir
Zarir (avest. Zarivari, Zarivaray; q.yun. Zariadr; fars. زرير‎ Zarir) — İran eposunun və "Şahnamə"nin personajı. Cəsarətli döyüşçü olmuşdur, lakin düşmən sehrbazı tərəfindən məğlub edilmişdir. == Mənbələrdə == "Avesta"da onun adı "Ardvisur-yaşta" idi. Viştaspanın şərəfinə adlandırılmışdır. "Cəsur atlı" olan Zarivari Datiya suları yaxınlığında Ardvisureyə 100 at, 1,000 öküz və 10,000 qoyun qurban vermiş, ilahədən devaların nökəri Humayaka və Drucanın xidmətçisi Arecastospa üzərində qələbə istəmişdir. Onun fravaşisi "Fravardin-yaşta" siyahısında adlanır.
Zarı-zarı
Zarı–zarı - Azərbaycan xalqına məxsus bu rəqs Şərur mahalında, xüsusən Havuş və Şahbulaq kəndlərində geniş yayılmışdır. İndi çox az oynanılan "Zarı-zarı" rəqsini toy şənliklərində, xınayaxdı mərasimlərində əsasən qadınlar oynayırlar. Kişi və uşaqların da ifasında təsadüf olunur.
Marina Zablit
Marina Zablit (d. 4 mart 1987) — Braziliyanı təmsil edən su poloçusu. == Karyerası == Marina Zablit, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Maruf Bakhit
Maruf Baxit (ərəb. معروف البخيت‎; 18 mart 1947 – 7 oktyabr 2023, İordaniya) — 1 fevral 2011-ci ildən İordaniya Haşimilər Krallığının baş naziri. O, əvvəlcə 27 noyabr 2005-ci ildən 25 noyabr 2007-ci ilə qədər, sonra isə yenidən 9 fevral 2011-ci ildən 17 oktyabr 2011-ci ilə qədər baş nazir vəzifəsində çalışıb. Baxit həmçinin İordaniyanın İsraildəki səfiri və milli təhlükəsizlik rəisi vəzifələrini icra edib. 2005-ci ildə Amman partlayışlarından üç həftə keçməmiş Kral II Abdullah tərəfindən baş nazir təyin edilən Baxitin əsas prioriteti İordaniyada təhlükəsizliyi və sabitliyi qorumaq idi. O, həftələrlə davam edən etirazlardan sonra 2011-ci il fevralın 1-də kral tərəfindən yenidən baş nazir təyin edilib. Əl-Baxit 2011-ci il oktyabrın 17-də tutduğu vəzifədən istefa verib və oktyabrın 24-də onun yerinə Avn Şövkət Əl-Xəsevnə təyin edilib. Maruf əl-Baxit 7 oktyabr 2023-cü ildə 76 yaşında vəfat edib.
Mattyu Zammit
Mikrit əhəngdaşları
Mikrit əhəngdaşları (mikritlər) - çox incə dənəli (3,5–4) əhəngdaşları. Mikrit əhəngdaşları beş genetik tipə ayrılır (Flugel, 1967): hemogen, biohemogen (yosunların təsiri ilə karbonatlı maddənin iynəvari formalar şəklində biokimyəvi çökməsi), kokkolitli, foraminiferli və qırıntılı (kalsit qabıqların pozulma məhsulu). Əhəngdaşı Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Rene Maqrit
René François Ghislain Magritte (fransız: [magʁit]; 21 noyabr 1898[…], Lessin[d], Eno – 15 avqust 1967[…], Sxarbek[d]) Belçika əsilli sürrealist rəssamdır. O sürrealist üslubda insanları düşünməyə vadar edən ecazkar və sirli rəsmləri ilə məşhurlaşmışdır. René Magritte 1898-ci ildə Belçikanın Lessines şəhərciyində dünyaya göz açmışdır. Atası dərzi, anası isə qadın papaqçısı olan Magrette-in ilk gənclik illəri haqqında çox az məlumat mövcuddur. O ilk rəsm dərslərinə 1910-cu ildə getməyə başlamışdır. 1912-ci ilin mart ayında onun anası özünü çaya ataraq intihar etmişdi. Daha əvvəllər də intihara cəhd edən anasına atas bir neçə dəfə mane olmuş, onu öz otağında günlərlə bağlı saxlamışdı, lakin bir gün o bu bağlı otaqdan çıxa bilir və günlərlə itkin düşür. Sona onun cəsədi çaydan tapılır. Deyilənə görə, 13 yaşlı Magritte anasının cəsədi sudan çıxarılanda orda imiş, lakin daha sonrakı araşdırmalar bu hadisəni inkar edir. Anasının intiharının Rene-nin yaradıcılığına olduqca böyük təsiri olduğu irəli sürülür.
Taksit kartı
Taksit Kart — plastik kartlarla hesablaşma zamanı ödənişi bərabər hissələrlə həyata keçirməyə imkan verən sistemin şərti adıdır. Azərbaycan bankları 2012-ci ildən etibarən taksit kart sistemini tətbiq etməyə başlayıblar. Hal-hazırda 5 bank sistemi tətbiq etməkdədir. 2014-cü ilə qədər sistemi tətbiq edəcək bankların sayının 10 olacağı proqnozlaşdırılır.
Xakriz (Əsədabad)
Xakriz (fars. خاکریز‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 1,089 nəfər yaşayır (316 ailə).
Zabrat bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zakari Teylor
Zakari Teylor (ing. Zachary Taylor; 24 noyabr 1784[…] – 9 iyul 1850[…], Ağ Ev) — Amerika Birləşmiş Ştatlarının 12-ci prezidenti (1849–1850), peşəkar hərbçi. Onu bəzən apolitik (siyasətdən kənar) prezident də adlandırırlar. Doğrudan da C. Vaşinqton və E. Cekson kimi Zakari Teylor da hərbdə qazandığı uğurlardan siyasi karyera qurmaq üçün istifadə etmişdir. Onun şəxsində ilk dəfə olaraq peşəkar əsgər Ağ Evin sahibi olmuşdur. 1846–1848-ci illər ABŞ-Meksika müharibəsində ABŞ ordusuna komandanlıq etmiş və Meksika ordusu üzərində bir neçə əhəmiyyətli qələbə qazanmışdır. 1912-ci ildə Vudro Vilsonun prezident seçilməsinədək cənub ştatlarından seçilən son prezident olmuşdur. Zakari Teylor 1850-ci ildə qastroenteritdən vəfat etmişdir. 1991-ci ildə onun qalıqlarının kimyəvi təhlili zamanı arsenlə zəhərləndiyi barədə iddialar öz təsdiqini tapmamışdır. Zakari Teylor 24 noyabr 1784-cü ildə Virciniya Ştatının Orinc dairəsində anadan olmuşdur.
Zakari Kuinto
Zakari Kuinto (ing. Zachary John Quinto, 2 iyun 1977, Harrisburq, Pensilvaniya) —ABŞ aktyoru. 2003: 24 2006: Qəhrəmanlar (Heroes).
Akri
Akri (port. Acre) — Braziliyanın şimal-qərbində yerləşən ştat. Şimalda Amazonas, şərqdə isə Rondoniya ştatı ilə sərhədlənir. Üstəlik cənub-şərqdən Boliviya, cənub-qərbdən isə Peru ilə sərhədə malikdir. Ştatın inzibati mərkəzi Riu-Brankudur. Ştatın adı Akri çayından götürülmüşdür. Akri Purus çayının əsas qollarındandır. Hindu dilində «Kaymanlar çayı» mənasını verir. == Coğrafiya == Ərazisi bütünlüklə Amazon hövzəsinə daxildir. Qərb sərhədində Serra-fu-Divizor dağı 609 metr hündürlüklə ştatın ın hündür nöqtəsidir.
Krit
Krit (yun. Κρήτη / Kriti) və ya Kirid (osman. گريد / Girid) — Yunanıstanın tərkibində, Aralıq dənizində ada. Sahəsi 8,3 min km², əhalisi 537,2 min nəfərdir. == Tarixi == Krit qədim egey mədəniyyətinin mərkəzlərindən biridir. E.ə. 67-ci ildə Krit Roma tərəfindən işğal edilmişdi. 395–823, 961–1204-cü illərdə Bizansa, 823–961-ci illərdə ərəblərə məxsus idi. 1204-cü ildə səlibçilər Kriti zəbt etmiş və Venetsiyaya satmışdılar. 1715-ci ildən Osmanlı imperiyasının tərkibində idi.