Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zamenis
Dırmanan təlxələr (lat. Zamenis) — Suilanıkimilər fəsiləsinə aid növ.
Bavenit
Bavenit — mineral, Ca4[BeAl2Si9O26(OH)2] == Haqqında == Bavenit - rombik. Habitus iynəvari, lövhəvari. İkiləşmə polisintetik {100} üzrə. Ayrılma: {100} üzrə mükəmməl, {001} üzrə orta. Aqreqat: radial-şüalı, çubuğabənzər, toz şəklində. Rəngi ağ. Parıltı ipəyi. Sərtliyi 5,5. Xüsusi çəkisi 2,74. Kövrək.
Famenin
Faminin və ya Pambıqlı — İranın Həmədan ostanında yerləşən şəhər, Faminin şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 14019 nəfər və 3634 ailədən ibarət idi. Bu şəhərin köhnə adı "Pambıqlı" olub. Əhalisi azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar .
Qalenit
Qalenit (qurğuşun parıltısı) – PbS — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. Selenli qalenit; svinçak – narındənəli bütöv sıx kütlələr. Rəng – qurğuşunu-boz; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – güclü, metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 7,4-7,6; Sərtlik – 2-3; Ayrılma – kub üzrə tam mükəmməl; Sınıqlar – pilləvari; Başqa xassələr – zəif elektrik keçiricisidir; Morfologiya – kristallar: heksaedrik, heksaoktaedrik, hərdənbir oktaedrik, bəzən skelet formalı, İkiləşmə: təmas və qarşılıqlı nüfuzetmə; Mineral aqreqatları: dənəvər kütlələr, druzalar. Skarn yataqlarında, bəzən püruzlar şəklində qələvi süxurlarda və peqmatitlərdə qeyd olunur. Qalenitin mineraloji əhəmiyyət daşıyan aqreqatlarına vulkanik qazlardan əmələ gələn məhsullar içərisində rast gəlinir. Geniş yayıldığı hidrotermal yataqlarda başqa sulfidlərlə birlikdə damarlar, metasomatik filiz cisimləri və püruzlar əmələ gətirir. Mühüm sənaye əhəmiyyətli toplularına polimetal və kolçedan-polimetal yataqlarında rast gəlinir. Sfaleritlə birlikdə karbonat süxurlarında iri filiz cisimləri əmələ gətirir. Nadir hallarda fosforit və pirit konkresiyalarında müşahidə edilir.
İlmenit
İlmenit — mineral, FeTiO3, Mg, Mn qarışıqları olur. İlmenit - triqonal. Kristalları lövhəvari. Rəngi qara. Parıltısı yarımmetallik. Sərtliyi 5-6. Xüsusi çəkisi 4,7. Qabbro, diabaz, piroksenit, siyenit peqmatitlərində və səpintilərdə tapılır. Növ müxtəlifliyi: pikroilmenit, manqanilmenit. Sinonim: Kriçtonit, Titanlı dəmir daşı.
Ramnit
Ramnit, Windows istifadəçilərinə təsir edən kompüter qurdudur . Onun 2011-ci ilin sentyabr-dekabr ayları arasında 800 000 Windows kompüterinə yoluxduğu təxmin edilirdi Ramnit botneti 2015-ci ildə Europol və Symantec tərəfindən söküldü 2015-ci ildə ən yüksək göstərici olaraq Ramnit-in 3.200.000 kompüterə yoluxduğu təxmin edilirdi. Ramnit USB sürücülər kimi çıxarıla bilən mediaya yoluxur və həmçinin özünü əsas yükləmə qeydində gizlədir. Kompüterə yoluxan kimi o, özünü bütün əlavə və çıxarıla bilən disklərə kopyalayır. O, həmçinin .exe, .dll, .htm və .html uzantıları olan faylları axtarır və yoluxdurur.
Zenit
Zenit (ərəbcə səmtürrəs-baş üstdə uca nöqtə) - müşahidəçinin başı üstündə göy sferinin ən yüksək nöqtəsi, başqa sözlə, müşahidəçinin durduğu nöqtədən qaldırılmış şaquli xəttin göy sferində rast gəldiyi xəyali nöqtədir..
Famenin şəhristanı
Faminin şəhristanı (farsca: شهرستان فامنین) — İran İslam Respublikasının Həmədan ostanının şəhristanlarından biridir. Mərkəzi Faminin (Pambıqlı) şəhəridir. == Ərazi == Şəhristan 1362 km² ərazini əhatə edir. == Əhali == 2006-cı ilin siyahıya alınmasına əsasən, Faminin şəhristanının əhalisi toplam 40,541 nəfərdən ibarətdir. === Şəhristanın bəxşlərinin əhalisi === ==== Mərkəzi (Faminin) bəxşi ==== Əhali (toplam): 36,214 nəfər (2006 s.a.) — Şəhər əhalisi (Faminin şəhəri): 14,019 nəfər (2006 s.a.) — Kənd əhalisi : 22,195 nəfər (2006 s.a.) ==== Pişxor bəxşi ==== Əhali (şəhərləri yoxdur, əhalisi tamamiylə kəndlərdə yaşayır): 4,327 nəfər (2006 s.a.) === Milli tərkib === Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Zamanın bölünməsi
İnformasiyanın vaxtında bölüşdürülməsi çoxsaylı işlərin köməyi ilə istifadəçilər arasında resursların paylaşılmasına verilən adadır. 1960-cı illərdə yaranmış və 1970-ci illərdən bəri geniş yayılmış vaxt mübadiləsi bir kompüterdə işləyən istifadəçilərin sayına məhdudiyyət qoymuş və interaktiv proqramları yazmağı asanlaşdırmışdır. Vaxtın mübadiləsi müasir əməliyyat sistemlərinin tərkib hissəsidir.
Zamanın keşikçiləri
Zamanın keşikçiləri (ing. Guardians of Time) — Avstriya heykəltaraşı Manfred Kielnhofer tərəfindən işlənmiş incəsənət layihəsidir. "Zamanın keçikçiləri" incəsənət layihəsi insanlığın qəribə obrazlar tərəfindən izləndiyinə və qorunduğuna inanan heykəltaraş Manfred Kielnhofer tərəfindən yaradılmışdır. Dizayner və fotoqrafı həmişə insanın insanlıq üçün potensial təhlükə mənbəyi olması ideyası maraqlandırmışdı. Zaman keşikçiləri"ni yaratmışdı. Heykəllər rahibləri xatırladır. Sənətkar insan formasını həm kətan üzərində həm də heykəllərdə alət kimi istifadə edir. Növbəti illərdə Kielnhoferin keşikçiləri müxtəlif şəhərlərin tarixi abidələri, qəsrlər, meydanlar və parklarda sərgilənmişdir. Onlar şimal ölkələri boyunca səhayət edərək bir çox sərgilərin tərkib hissəsi olmuşlar. Öz əsərlərində Manfred Kielnhofer insanlığın daimi təhlükəsizlik arzusunu ifadə edir.
Zamanın qumları
Zamanın qumları (ing. The Sands of Time) — Sidni Şeldonun 1988-ci ildə yazdığı romandır. Sidney Sheldon, The Sands of Time, published by Grand Central Publishing (1988) ISBN 978-0-446-35683-1.
Zamanət İbrahimov
Zamanın ruhu
Zeytgeyst (alm. "zeitgeist" — zamanın və ya dövrün ruhu) — müəyyən dövrə məxsus düşüncə tərzini müəyyən edən və standartlaşdıran intellektual moda və ya hegemon düşüncə ənənəsidir. Məsələn, 20-ci əsrin arxitekturasına və digər incəsənət sahələrinə modernizm ideyaları mühüm təsir göstərmişdir. Zeytgeyst termini filosof Hegelin adı ilə əlaqələndirsələr də, o heç vaxt bu termindən istifadə etməmişdir. O tarix üzrə mühazirələrində Geist seiner Zeit (öz dövrünün ruhu) ifadəsini işlətmişdir. O yazırdı ki, heç kim öz dövründən irəliyə düşünə bilməz, çünki həmin dövrün ruhu elə insanın ruhudur. Bu cür ideyaları Qerder, Spenser və Volter kimi filosoflar da səsləndirmişlər.
Zamanın təhrifi
Zamanın təhrifi və ya zamanın distorsiyası (ing. tachypsychia) — zamanın həqiqi ölçüsündən asılı olmayaraq, insan zamanın uzandığını və ya daraldığını hiss edə biləcəyi zaman onun qavrayışındakı dəyişikliyi ifadə edən psixoloji termin. Zaman yavaşladıqda, hərəkət edən obyektlərin bulanıqlaşması kimi optik illüziyalar yarana bilər . Zamanın təhrifi keçmişin və ya gələcəyin təhrif olunmuş qavrayışına səbəb ola bilər. Bəzən bu şüursuz şəkildə baş verir. Qavrayışdakı dəyişikliklərin səbəbi çox vaxt psixoloji travma, fiziki fəaliyyət, psixi vəziyyətə və şüura təsir edən maddələrin istifadəsidir. Zamanın distorsiyasının ayrıca bir fenomen kimi müəyyənləşdirilməsi nisbətən son dövrlərdə başlamışdır. Psixoloq Paul Fress 1978-ci ildə yazırdı ki, stresli vəziyyətdə yaşanan vaxtın həddən artıq qiymətləndirilməsi baş verir və bunda affektiv vəziyyət həlledici rol oynayır . Bəzi psixoloqlar fərdin psixoloji vaxtı kimi kateqoriyanı müəyyən edir , zamanın qavranılmasının subyektivliyini qeyd edirlər. Qeyri-elmi mühitdə, eyni zamanda, vaxtın fərdi olaraq qəbul edildiyi, həmçinin stresli bir vəziyyətdə bir çox insanın təhrif - uzadılmış vaxtı hiss etdiyi barədə ümumi bir fikir var.
Zamanın səhvi
Zamanın səhvi (ing. Time Lapse) — rejissor Bredli Kinqin çəkdiyi elmi fantastika janrında olan filmdir. Filmdə baş rolları Daniel Panabeyker, Metyu O'Liri və Corc Finn canlandırmışdır. Filmin premyerası 18 aprel 2014-cü ildə Brüssel fantastik filmlər festivalında baş tutmuşdur. Filmin Rusiyada premyerası isə 19 sentyabr 2014-cü ildə baş tutmuşdur. == Süjet xətti == Fin, Kelli və Casper yaşayış kompleksinin xudmani mənzilində yaşayan üç dostdur. Fin komendant işləsə də, həyatını rəssamlığa həsr etmək istəyən bir oğlandır. Kelli hekayələr yazsa da, ofisiant işləməyə məcbur olan bir qızdır. Casper isə varlanmaq sevdası ilə mərc oyunlarına aludə olmuş biridir. Dostlar günlərin bir günü müəmmalı şəkildə yoxa çıxmış qonşu professorun mənzilində nəhəng fotoaparat aşkarlayırlar.
Barrikadalar zamanı
Barrikadalar zamanı (lat. Barikāžu laiks) və ya sadəcə Barrikadalar (lat. Barikādes) 1991-ci ilin yanvar ayında əsasən Riqa şəhərində baş tutan 1990-cı ilin mayında Sovet Sosialist Respublikaları İttifaqı ilə ondan müstəqilliyini elan edən Latviya Respublikası arasında qarşıdurmaların seriyası. Hadisələrin adı yerli camaatın təxminən 13 və 27 yanvar arasında müdafiə barrikadaların quraşdırmağından gəlir. == Arxa plan == 1940-cı ildə Latviya, Litva və Estoniya SSRİ tərəfindən işğal olunub. Bunnan təxminən eyni zaman meşə qardaşları adı altında partizanların silahlı müqaviməti başlayıb. 1986-cı ildən başlayaraq, Latviyalılar konkret məqsədlərin ətrafında təşkil olmağa başlayıblar. Latviyadaki bu hadisələr həmçinin Üçüncü oyuanış (lat. Trešā Atmoda) kimi, Baltikyanı üç respublikasında ümumiyyətlə bir yerdə baş verilən bu cərəyan isə Nəğməli inqilab kimi tanınır. Kütləvi etirazlar baş verirdi və 1990-cı ilin martın 18-də müstəqillik tərəfdarları olan Latviya Xalq Cəbhəsi, Yaşıl Partiya və Latviya Milli Müstəqillik Hərəkəti Latviya SSR Ali Sovetinə seçkilərini udub, sovetpərəst Bərabər Hüquqlar bloku isə müxalifət qalıb.
Faxtə Zamani
Faxtə Zəmani — insan hüquqları müdafiəçisi və İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Birliyi (ADAPP)]nin rəhbəri. == Həyatı == Faxtə Zəmani Cənubi Azərbaycanın Təbriz şəhərində dünyaya göz açıb. Təbriz şəhərində orta məktəbi bitirdikdən sonra Kanadaya mühacirət edib. Ottava Universitetində fizika sahəsində təhsil alıb. Fizika üzrə bakalavr pilləsini bitirdikdən sonra elektronika sahəsində Engineering Specialization in Microwave and wireless ixtisası üzrə mühəndislik fakültəsinə daxil olub. Təhsilini başa vurduqdan sonra araşdırıcı mühəndis kimi çoxsaylı tədqiqat mərkəzlərində, o cümlədən Ottava və British Columbia Universitetində çalışıb. Faxtə Zəmani Avropa və Şimali Amerika boyunca müxtəlif forumlarda çıxış edərək, İranda yaşayan 30 milyondan çox Azərbaycan türkünün dil və mədəni hüquqları uğrunda apardığı mübarizə haqqında dünya ictimaiyyətini məlumatlandırmağa çalışır.
Macəra zamanı
Macəra zamanı (ing. Adventure Time) — Pendlton Vord tərəfindən yaradılmış amerikan cizgi serialı. Cizgi serial Finn (Ceremi Şeda) və onun ən yaxşı dostu olan ögey qardaşı Ceykin (Con Di Macio) birlikdə Ooo dünyasındakı sərgüzəştlərindən bəhs edir. Vord ilk dəfə 2007-ci ildə Nicktoons kanalı üçün qısametrajlı animasiya filmi hazırlamışdı. Qısa film yayımlandığı vaxt populyarlıq qazanmış və izləyicilər tərəfindən bəyənilmişdi. İdeyanı bəyənən Cartoon Network rəhbərliyi Nickelodeon kanalının bununla maraqlanmadığını nəzərə alaraq Fred Seibert və Vorddan cizgi serial çəkməyi xahiş etdi. Serialın yaradıcıları şounu inkişaf etdirmək üçün müxtəlif mənbələrdən, xüsusilə stolüstü oyun olan “Dungeons & Dragons”dan ilham alıblar. Bu təsiri serialın uydurma dünyasında, personajlarında, hekayə xəttində və ümumi estetikasında görmək olar. Animasiyasının hər bir kadrı əl ilə çəkməklə hazırlanmışdır. Epizodlar üçün hərəkət və dialoqlar “storyboarding” vasitəsilə əvvəlcədən planlaşdırılmışdır.
Mattyu Zammit
Mustafa Zamani
Mustafa Zamani (fars. مصطفی زمانی‎; 20 iyun 1982, Əmləş, Gilan ostanı) — İran aktyorudur. İlk dəfə filmlərdə tələbəlik illərində — 2005-ci ildə çəkilmişdir. Mustafa Zamani 21 iyun 1982-ci il tarixində İranın Mazandaran vilayətində dünyaya göz açmışdır. Mustafa adı ona anası tərəfindən verilmişdir. O, öz soyadı (Zamani) ilə fəxr edir. Gənc yaşlarından hər kəs onun gözlərinin gözəlliyindən bəhs edərdi. Mustafa Zamani sənaye idarəçiliyi üzrə təhsil almışdır, mühasib vəzifəsində çalışmışdır. Hobbisi atçılıqla məşğul olmaqdır. Kamera qarşısına ilk dəfə 2005-ci ildə, tələbə ikən çıxmışdır.
Plank zamanı
Plank zamanı — Fizikada Plank zamanı ( t P {\displaystyle t_{P}} ) natural vahıdlər sistemində Plank vahidi kimi tanınan zaman vahididir. İşığın bir vakumda bir Plank uzunluğu məsafəni qət ediyi zamandır, təqribən 5 , 39 ⋅ 10 − 44 s {\displaystyle 5,39\cdot 10^{-44}s} Bu vahid onu ilk dəfə istifadə edən alim- Maks Plankın şərəfinə Plank zamanı adlandırılmışdır. Plank zamanı aşağıdakı düsturla hesablanır: t P ≡ ℏ G c 5 {\displaystyle t_{P}\equiv {\sqrt {\hbar G \over c^{5}}}} Burada: ℏ = h ⁡ / 2 ⁡ π {\displaystyle \hbar =\operatorname {h} /\operatorname {2} \pi } Plank sabiti (bəzən bu ifadədə ħ əvəzinə h da istifadə edilir) G- Qravitasiya sabiti c-işığın vakumdakı sürəti S- zamanın BS-dəki vahidi saniyədir. t P ≈ 5 , 39116 ( 13 ) ⋅ 10 − 44 s {\displaystyle t_{P}\approx 5,39116(13)\cdot 10^{-44}s} Mötərizə içərisindəki iki rəqəm təxmini qiymətin standart xətasını ifadə edir. Plank zamanı qravitasiya sabiti G-in, xüsusi relyativistik sabit-işıq sürətini c-in və kvant sabiti-Plank sabiti ħ-ın unikal kombinasıyasından ortaya çıxan sabit bir zaman vahididir. Çünkı Plank zamanı ölçü analizindən irəli gəlir. 1 Plank zamanı işıq sürəti ilə hərəkət edən bir fotonun bir Plank uzunluğundakı məsafəni qət etmə müddətidir. Nəzəri olaraq bu ölçülməsi mümkün olmayan ən kiçik zamandır.
Yuxu zamanı
[mənbə göstərin] Yuxu zamanı – fərqli aləmdə varlığını davam edən, vaxtı ilə mədəni qəhrəman və metafizik varlıqlara ev olmuş fərqli Avstraliya mifologiyalarına xas olan özünəməxsus mifoloji eranın, yaradılış dövrünün təyinatı üçün istifadə edilən termin. 1938-ci ildə antropoloq A.P.Elkin tərəfindən təklif edilib və Uilyam Edvard Henli Stenner tərəfindən məşhurlaşdırılıb. Ehtimal edilirdi ki, əslində “daimi”, “varlıqsız” mənalarını daşıyan aranta dilindəki “alçerinqa” sözünün (alcheringa) yanlış tərcüməsidir. Bəzi ərazilərdə “yuxu zamanı” “Bayame zamanı” (Bayame – ali yaradan-ilah) adlanır. “Yuxu” zamanı mifik qəhrəmanlar öz həyat dövrünü başa vuraraq, insanları, heyvanları və bitkiləri canlandırıb, yerli landşaftı müəyyən və adətləri bərqərar edib. Bu məcrada, ənənəvi olaraq, ingilis dilinə “yuxu” kimi tərcümə edilən söz (aranta – alçera, diyeri – mura-mura, pityantyatyara - tjukurpa) həmçinin bütün ruh varlıqların təyin edilməsi üçün istifadə edilir. “Yuxu zamanı” haqda təsəvvür, demək olar ki, Avstraliyanın bütün aborigen xalqlarında mövcuddur. 1980-ci illərdən başlayaraq “yuxu zamanı” obrazı kütlə mədəniyyəti və müasir (ing. “new age”) populyar mifologiya baxımından yenidən gündəmə gətirilir. Qeyd edilirdi ki, tez-tez bu axınlarda bu anlayışın mənası təhrif olunurdu.
Kitakata rameni
Kitakata rameni (喜多方ラーメン) — əsas üç müxtəlif növ ramen növündən biridir. Bu yemək xüsusi olaraq Kitakataprefektur Fukusima şəhəri üçün hazırlanıb. == Xüsusiyyətlər == Yaponiyada üç ramen növündən biri kimi çox məşhur yeməkdir. Hokkaydo və Hakata rameni kimi məşhurdur. Onlardan əsas fərqi isə gombul, asan ayrılan əriştəsinin və sardin bulyonunun olmasıdır. Bu yeməyin donuz əti ilə bişirilən növü də çox məşhur və dadlıdır. == Maraqlı faktlar == Kitakata şəhəri bütün Yaponiyada ramenə görə çox tanınıb. Bu şəhərin 37 min əhalisi var. Bu əhalinin 120 nəfərini ramenlər təşkil edir. Dünyada ən çox ramenlər yaşayan şəhərdir.
Zamanın idarə olunması
Zamanın idarə edilməsi, vaxtın təşkili, taym-menecment (ing. time management) — vaxtın təşkili və ondan istifadənin səmərəliliyinin artırılması texnologiyasıdır. Zamanın idarə edilməsi — səmərəliliyi və məhsuldarlığı xüsusi olaraq artıran bir şəkildə xüsusi fəaliyyətlərə sərf olunan vaxta şüurlu nəzarəti öyrətmək aktı və ya prosesidir. Zamanın idarə edilməsi xüsusi tapşırıqları, layihələri və məqsədləri yerinə yetirərkən istifadə etmək üçün bir sıra bacarıqlar, alətlər və üsullar əldə etməyə kömək edə bilər. Bu anlayış geniş fəaliyyət spektrini əhatə edir, yəni: planlaşdırma, bölgü, məqsədin təyini, nümayəndə heyəti, vaxtın təhlili, monitorinq, təşkili, siyahıya alınması və prioritetləşdirmə. Əvvəlcə idarəetmə yalnız biznes və ya iş fəaliyyətinə aid edilirdi, lakin zaman keçdikcə bu termin eyni əsasla şəxsi fəaliyyətləri əhatə etməklə genişləndi. Zamanı idarəetmə sistemi proseslərin, alətlərin, texnika və metodların məcmusudur. Ümumiyyətlə, zamanın idarə edilməsi hər hansı bir layihənin inkişafında zəruridir, çünki o, layihənin tamamlanma vaxtını və həcmini müəyyən edir.
2067: Zamanın ilgəyi
2067: Zamanın ilgəyi (ing. 2067 ) — baş rollarda Kodi Smit-Makfi və Rayan Kvantenin oynadığı 2020-ci ildə istehsal edilmiş Avstraliyanın elmi fantastika triller filmidir. Filmin premyerası 2 oktyabr 2020-ci ildə baş tutmuşdur. Film kino tənqidçilərindən mənfi rəylər almışdır.