Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baroy
Baroy (çeç. Бара) — Çeçenistan Qalançoj rayonu, Terloy dərəsində Bara-exk dağ çayının sağ sahilində tikilmiş iri qala kompleksi. Qala kompleksinin tikilmə tarixi XIV əsrə aid edilir. Kompleks iki ayrı istehkamdan - Yuxarı və Aşağı Barodan ibarətdir. == Tarixi == Tanınmış rus arxeoloqu Vsevolod Miller dağ memarlığı abidələrinə çox diqqət yetirirdi. 1886-cı ilin iyununda o, Çeçenistan və İnquşetiyanın bir çox bölgələrini araşdırdı. Tədqiqatları nəticəsində buradakı qala kompleklərinin təsvirləri və çertyojları da daxil olmaqla orta əsr binalarını təsvir edən kitab çapdan çıxarır. Onun izi ilə yerli qədim abidələr (arxeoloqların əsərləri - P.S.Uvarova, V.İ.Dolbejev, N.K.Zeydlitsa, Q.A. Vertepov və s.) haqqında məlumatları özündə əks etdirən bir çox müəlliflərin çoxlu məqalə və kiçik esseləri meydana gəldi. == Təsviri == Qala kompleksinin yrı-ayrılıqda dayanan iki istehkamı - Yuxarı və Aşağı Baroyu təmsil edir. Yuxarı və Aşağı Baroya müdafiə qüllələri (indi dağıdılmış) və onlarla yaşayış binası daxildir.
Hanoy
Hanoy (vyet. Hà Nội, tı-nom 河内, çaylar arası şəhər) — Vyetnamın paytaxtı və ölkənin əhali sayına görə ikinci şəhəri. Vyetnamın əsas siyasi , təhsil və mədəni, ikinci sənaye mərkəzi ( Xoşimindəm sonra). 1902 - 1953-cü illərdə Fransa Hind-Çininin,с 1954 - 1976-ci illərdə — Şimal Vyetnamın paytaxtı. Xonqxa çayı sahilində yerləşir. Coğrafi koordinatları 21°02′ şm. e. 105°51′ ş. u.. Əhalisi — 6 448 837 nəfər (2009-ci il).
Mapay
Mapay (ivr. ‏מִפְלֶגֶת פּוֹעֲלֵי אֶרֶץ יִשְׂרָאֵל‏‎) bəzən İsrail ərazisinin işçi partiyası — İsrailin mərkəzdən sol bir siyasi partiyasıdır.1968-ci ildə müasir İsrail İşçi Partiyasına birləşənə qədər İsrail siyasətində dominant bir qüvvə idi. Mapayın vəzifədə olduğu müddətdə geniş mütərəqqi islahatlar həyata keçirilirdi. Minimum gəlir, təhlükəsizlik və mənzil subsidiyaları, səhiyyə və sosial xidmətlərə pulsuz (və ya demək olar ki, pulsuz) təminat verən bir rifah halının yaradılması ilə xarakterizə olunur.
Papay
Qaboy
Qoboy (alm. Oboe‎, fr. hautbois, hərfi mənası – hündür ağac) — ağac nəfəsli musiqi aləti. Konus formalı alət olub klapanlar sistemi ilə təchiz olunur. Qaboy hələ qədim zamanlardan, e.ə. III minillikdə "memet" adı altında mövcud olmuşdur. Qədim ney alətindən törəmişdir. XVIII əsrin I yarısından peşəkar musiqidə istifadə olunur. Ağacdan düzəldilir. 17-ci əsrin 2-ci yarısında Fransada yaranmışdır.
Qapon
Georgi Apollonoviç Qapon (rus. Гапон; 5 (17) fevral 1870 – 28 mart (10 aprel) 1906) - 1905-ci il Birinci rus inqilabına bəhanə olmuş 9 yanvar "Qanlı Bazar" hadisəsi ilə nəticələnən Qış sarayına dinçi fəhlələrin yürüşünü təşkil edən keşiş.
Satoy
Satoy (v. 399) — Qafqaz Albaniyası çarı. Onun hakimiyyət illərini dürüst demək çətindir lakin çarlar siyahısında olduğu dəqiqdir.
Yapon
Yaponlar (yap. 日本人 nihoncin/nipponzin) — Yaponiya əhalisinin 98 % çoxunu təşkil edirlər. Yaponlar yapon dilində danışırlar. Dünyada sayları 130 milyon nəfər təşkil edir. Bundan 127 milyonu Yaponiya, 1,2 milyonu ABŞ (Kaliforniya və Havay adaları), 1,5 milyonu Braziliya, 99 mini Kanadada yaşayır. Yaponlar Avropa, Asiya, Avstraliya və Amerika ölkələrində belə yaşayırlar. Yaponların böyük əksəriyyəti Yaponiya ərazisində yayılmışlar. Dövlətin keçmiş adı Yaponiya imperiyası ("Day Hippon" yap. 大日本) olmuşdur. Yapon dilindən hərfi mənası "Böyük Yaponiya" adlanır.
Zabor
Zabor adası — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Jiloy yarımadasından 700 metr qərbdə yerləşir. Ətrafında kiçik adalar vardır: Obmannıy adası 4 km cənub-şərqdə, Bazovıy adası 2 km cənub-qərbdə və Kolosov adaları 3 km cənub-qərbdə, Blizkiy adası 4,35 km şimal-şərqdə, Pustoy adası 6,4 km şimalda yerləşir. Qərbdən-şərqə 1,1 km uzunluğa, 450 metr enə malikdir. Hündülüyü böyük deyil. dür. Sahilləri alçaqdır. Ada alcaqboylu otlarla örtülü olur.
Zalov
Zalov — Azərbaycan soyadı. Elçin Zalov (1995—2020) — Vətən müharibəsi şəhidi. Əli Zalov (d. 1966) — Azərbaycan alimi. Fəqan Zalov (1997—2020) — Vətən müharibəsi şəhidi. Oruc Zalov (d. 1952) — dövlət xadimi.
Zavod
Fabrik (latınca mənası istehsal sahəsi) — emalatxanalardan fərqli olaraq çox sayda işçi qüvvəsi və mexanizmi özündə birləşdirən, sifarişlə deyil, şablonla məhsul istehsal edən iri sənaye müəssisəsi. XIX əsrdə müəssisənin fabrik hesab edilməsi üçün Fransada, Avstriyada, Saksoniyada 21, Rusiyada 17 işçisi olmalı idi. Fabrik ilə manufaktura arasındakı fərq ondan ibarətdir ki, manufakturada məhsul istehsalı yalnız bir maşında cəmləşir və onun tətbiqi az baş verir, eyni zamanda işin çoxu əl ilə görülür. Bundan əlavə, manufakturada çalışanlar evdə də iş görə bilirdilər. Fabrikdə isə bunun əksinə olaraq istehsal prosesində bir çox maşınlar tətbiq edilir ki, bu da məhsuldarlığın artmasına gətirib çıxarmışdır. Fabriklərin yaranması və inkişafı əsasən sənaye inqilabından sonraya təsadüf edir.
Şaroy
Şaroy (çeç. Шара) — Çeçenistan Respublikası, Şaroy rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Şaroy rayonunun və Şaroy kənd sovetliyinin mərkəzidir Kənd Şaroarqun çayının sol sahilində, Ximoy kəndindən 8 km cənub-qərbdə terləşir. Ən yaxın yaşayış məntəqələri: cənubda - Şikaroy kəndi, qərbdə - Sesi kəndi, şərqdə - Hakmadoy kəndi, şimalda - Ximoy kəndi. Bir neçə əsrlər boyu Şaroy Şaroyn-Orqa hövzəsində aparıcı siyasi və iqtisadi rol oynamışdır. Üstəlik bölgənin ən qədim yaşayış məskənlərindən biridir Kəndin və etnonimin adı ehtimal ki, шуьйра - geniş və гlо - yamac sözlərinin birləşməsindən meydana gəlmişdir. Yəni geniş yamaca malik ərazi anlamındadır. 1944-cü ildə, Çeçen və İnquşların deportasiyası zamanı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra Şaroy kəndi Vatutinaul olaraq adlandırıldı. Buraya isə Dağıstandan əhali köçürüldü. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası bərpa edildikdən sonra kəndin əvvəlki adı Şaroy ona qaytarıldı.
Tapey
Tapey — Kirti Monastırından olan gənc Tibet rahibi. Onun 27 fevral 2009-cu ildə Sıçuan əyalətinin Nqava şəhərində yerləşən bazarda özünü yandırmağa cəhd etməsi tibetlilərin özünü yandırması dalğasının başlanğıcı olmuşdur.
Aqoy
Aqoy — Krasnodar diyarının Tuapse rayonunda kənd. Nebuq kənd qəsəbəsi icması tərkibinə daxildir. == Coğrafiyası == Kənd Qara dəniz sahilində, eyni adlı Aqoy çayının mənsəbində yerləşir. Tuapsedən 5 km şimal-qərbdə və Krasnodardan 101 km cənubda yerləşir. Qəsəbədən Tuapse-Novorossiysk avtomobil yolu keçir. Kəndin ərazisində, çay vadisində dənizə birbaşa bitişik "Aqoy" hərbi aerodromu yerləşir. Şimal-qərbdən Nebuq, şərqdən Agui-Şapsuq və cənub-şərqdən Tuapse yaşayış məntəqələri ilə həmsərhəddir. Kənd Qara dəniz sahilində, Baş Qafqaz silsiləsinin cənub yamacında yerləşir. Relyefi əsasən dağlıq və təpəlikdir. Sahil hissəsində və Aqoy çayının mənsəbində hündürlüyün dəyişməsi cüzidir.
Azoy
Azoy yaxud Azon — İberiyanın əfsanəvi hökmdarıdır. O əfsanəyə görə Makedoniyalı İsgəndər tərəfindən taxta çıxarılmışdır. O I Parnavaz tərəfindən öldürülmüşdür.
Zaxo
Zaxo (kürd. زاخۆ,süry. ܙܵܟ݂ܘܿ,erm. Զախո,ərəb. زاخو‎) — İraqın şimal bölgəsində iştirak edən Kürdüstan Regional Hökumətinə bağlı şəhər. Dəhuk mühafazasında yerləşir. Zaxo şəhərin əhalisi təxminən 350 min nəfərdir. Əhalinin əksəriyyətini kürdlər təşkil edir. Zaxo Türkiyə sərhədinə ən yaxın İraq şəhəridir. Habur və Mosul yolunun üstündə və bütün ticarət trafiki Zaxodan keçir.
Şapo
Şapo (fr. Chapeau) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Nyoyi-le-Real kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03054. 2008-ci ildə əhalinin sayı 223 nəfər təşkil edirdi. 2007-ci ildə 124 yaşda (15-64 yaş arasında) 97 nəfər iqtisadi cəhətdən, 27 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,2%, 1999-cu ildə 56.1%). Fəal olan 97 nəfərdən 92 nəfər (52 kişi və 40 qadın), 5 nəfər işsiz (1 kişi və 4 qadın) idi. Aktiv olmayan 3 nəfər arasında şagird və ya tələbə, 14 nəfər təqaüdçü, 10 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Elçin Zalov
Fəqan Zalov
Fəqan Amil oğlu Zalov (1 aprel 1997, Qalaqayın, Sabirabad rayonu – 9 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kiçik miçmanı, Aprel döyüşlərinin iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Azərbaycan Ordusunun Artilleriya Qoşunlarının əsgəri olan Fəqan Zalov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində gedən Aprel döyüşlərində vuruşaraq fərqlənmişdir. Sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu matrosu olmuşdur. Azərbaycan Ordusunun Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kiçik miçmanı olan Fəqan Zalov İkinci Qarabağ müharibəsində Cəbrayılın, Füzulinin, Qubadlının, Hadrutun və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 9 noyabr 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasından 6 saat əvvəl Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq həlak olmuşdur. == Həyatı == Fəqan Zalov 1997-ci il aprelin 1-də Amil Zalovun və Səridə Zalovanın ailəsində Sabirabad rayonunun Qalaqayın kəndində qaçqın düşərgəsində anadan olub. Əslən Füzuli rayonunun Aşağı Güzlək kəndindəndir.[mənbə göstərin] === Təhsili === 2003–2007-ci illərdə Füzuli rayon Babı kənd Markıs Hacıyev adına tam orta məktəbində təhsil almışdır. 2010–2014-cü illərdə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Alı Mustafayev adına Zilanlı kənd tam orta məktəbində təhsilini davam etdirmişdir. === Ailəsi === Fəqan Zalov subay idi. Onun ailəsində 3 uşaq olub – özü, qardaşı Nicat və bacısı Gültəkin.
Karoy Kişfaludi
Karoy Kişfaludi (mac. Kisfaludy Károly; 5 fevral 1788[…], Tet[d], Dyör-Moşon-Şopron – 21 noyabr 1830[…], Peşt[d], Peşt medyesi) — Macarıstan dramaturqu və sənətçisi, Şandor Kişfaludinin qardaşıdır. Milli dramın təsisçisi idi. == Həyatı == Karoy ailədə səkkiz övladın ən kiçiyi idi, anası onu dünyaya gətirərkən vəfat etmişdi. Atası ilə münasibətində bir sıra çətinliklər yaşayırdı. 1804-1811-ci illərdə orduda xidmət edərkən poemalar və mahnılar yazmağa başladı. İtaliya, Serbiya və Bavariyada Napoleon müharibələrində xidmət etmişdi. 1810-cu ildə geri döndükdən sonra Katalin Hepper adlı bir xanımla qısa bir münasibət yaşadı, lakin onunla ailə həyatı qurmadı. Ordudan istefa etdikdən sonra atası ilə münasibətləri daha da pisləşdi və Vaş medyesində bacısı Terezin evində yaşamağa məcbur oldu. İncəsənəti oxudu və 1812-ci ildə Vyanaya, 1815-ci ildə isə İtaliyaya səfər etdi, lakin 1819-cu ilin aprel və iyun aylarına kimi nə yazıçılıqda, nə də rəssamlıqda uğur qazanmağı bacarmadı.
Karoy Koş
Karoy Koş (mac. Károly Kós; 16 dekabr 1883[…], Timişoara, Avstriya-Macarıstan – 24 avqust 1977[…], Kluj-Napoka, Rumıniya Sosialist Respublikası) — Transilvaniya macarlarından olan Avstriya-Macarıstan və Rumıniya memarı, yazıçısı, redaktoru, illüstrator, müəllimi, professoru, etnoloqu və siyasətçisi. == Həyatı == Karoy Koş 16 dekabr 1883-cü il tarixində Avstriya-Macarıstanın Temeşvar şəhərində (indiki Rumıniyanın Timişoara şəhəri) anadan olmuşdur. Dörd övladlı bir ailənin yeganə oğlu olan Karoy Koş orta təhsilini Koloşvar şəhərində (indiki Kluj-Napoka) bir kalvinist kollecində, ali təhsilini isə Budapeşt Universitetində mühəndislik üzrə almışdır. Karoy Koş daha sonra memarlıqla maraqlanmış, 1907-ci ildə Budapeşt Memarlıq Məktəbindən məzun olmuşdur. O, təhsil aldığı dövrdə və karyerasının ilk illərində tarixi və ənənəvi xalq memarlığı ilə maraqlanırdı. Buna görə də o, Kalotaseq regionuna və Sekey diyarına tədqiqat məqsədli səyahətlər etmişdir. 1909-cu ildə Karoy Koşun Zebegen qəsəbəsində bir Roma-Katolik kilsəsi, Obudada bir kalvinist kilsəsi, 1910-cu ildə isə Budapeşt Zooparkı layihəsi təsdiq edilmişdir. 1910-cu illərdə o, Koloşvar şəhərində kalvinist kilsəsi və Şepşisentdyörd şəhərində (indiki Sfıntu-George) bir xəstəxana layihələri üzrə işləmişdir. Bu dövrdə onun memarlıq üslubuna Vyana ayrılması və art-nuvo böyük təsir göstərmişdir.
Karoy Lots
Karoy Lots (mac. Lotz Károly; 16 dekabr 1833, Bad-Xomburq — 13 oktyabr 1904, Budapeşt) — alman əsilli macar rəssam. Karoy Lots Qustav valı şahzadənin ailəsindəki ən kiçik uşaq idi. Atasının ölümündən sonra, ailə bir Katolik gimnaziyasında təhsil alan Peşt şəhərinə köçdü. Məktəbdəki müvəffəqiyyəti və kalvinist dininə baxmayaraq, o, gimnaziyada təqaüd aldı. Sonra Lots Venesiya Rəsm Akademiyasında Yakopo Marastoni, sonra Vyana, Macarıstanın tarixi rəsm sənətçisi Henrik Weber və Avstriya rəssamı Karl Rahl ilə oxudu. Tixan abbatlığında adından Lots, orada olan cəbhə kilsəsində divar rəsmlərini edam etdi. Karoy Lots əsərləri Macarıstan Parlamenti, Macarıstan Milli Muzeyi, Etnoqrafiya Muzeyi, Tətbiqi İncəsənət Muzeyi, Macarıstan Dövlət Opera Teatrı, Macarıstanın Gözəl Sənətlər Universiteti, Stefan Bazilikası və Tətbiqi İncəsənət Muzeyi də daxil olmaqla Budapeştdə çoxsaylı binalarla bəzədilmişdir. Tanınma, yalnız Budapeştdə deyil, eyni zamanda Vyana, portret və çılpaqlıqda bacarıq qazanmışdı. Karoy Lots 1828-ci ildə vəfat edən qardaşının dul qadınla yalnız 58 yaşında evləndi.
Kirov zavod
Putilov zavodu, Leninqrad Kirov zavodu və ya Kirov zavodu (ru: Кировский завод) Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən bir maşın zavodudur. == Yaradılması == Zavod top mərmisi istehsal etmək üçün 1800-cü illərdə inşa edilmişdir. 1848-ci ildə Putilov adlı bir sənayeçi tərəfindən satın alındı ​​və adı Putilov zavodu oldu. Bu dövrdə dəmir yolları üçün müxtəlif komponentlər istehsal etmişdir. 1890-cı illərdəki sənayeləşmə dövründə istehsal gücü və işçi sayı artmışdır. 1900-cü ildə fabrikdəki işçi sayı 12 min 400 nəfər idi. == İstehsal == Fabrik Rusiyanın Çar hökumətinin böyük sifarişlərini yerinə yetirmiş və dəmir yolu komponentləri istehsal etmiş və beləliklə də ölkənin ən əhəmiyyətli sənaye müəssisələrindən biri olmuşdur. 1900-cü ildən top mərmisi istehsalını bərpa etmiş və Çar Ordusunun ən vacib sursat tədarükçüsünə çevrilmişdir. 1917-ci ildə, Sankt-Peterburq şəhərindəki ən böyük fabrik kompleksi idi. == 1917-ci il inqilabları == 1917-ci ilin Fevral İnqilabı ilə devrilmiş Çar rejiminin süqutu zamanı Putilov zavodu işçiləri tərəfindən təşkil edilən tətillər və aksiyalar ilə ön plana çıxmışdır.
Mariano Rahoy
Meriano Rahoi Brei (isp. Mariano Rajoy Brey; 27 mart 1955[…], Santiaqo de Kompostela) — İspaniyanın eks Baş Naziri (21 dekabr 2011 – 1 iyun 2018), İspaniya Liberal Demokrat Partiyasının sədri.
Mariano Rajoy
Meriano Rahoi Brei (isp. Mariano Rajoy Brey; 27 mart 1955[…], Santiaqo de Kompostela) — İspaniyanın eks Baş Naziri (21 dekabr 2011 – 1 iyun 2018), İspaniya Liberal Demokrat Partiyasının sədri.