Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Helenit
Helenit — mineral. == Haqqında == Helenit — melilit qrupundan, Ca2Al[(Si,Al)2O7]. Ferrihelenitlə Ca2Fe3+[AlSiO7] tam qarışması mümkündür. Diorit, qabbrolarla kontaktda qatışıqları olan əhəngdaşları hesabına əmələ gəlir. Vezuvian, qrossulyar, larnit, sperritlə assosiasiyadır. Ca-la zəngin olan əsasi qələvi süxurlarda tapılır. Növ müxtəlifliyi: ferrihelenit. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Tüleniy
Tüleniy — Xəzər dənizində Dağıstana məxsus ada. Suyatkin burnundan 30 km şimal-şərqdə yerləşir. Uzunluğu 8 km, eni 6 km təşkil edir. XX əsrin 50-ci illərində ada qəsəbə mövcud olmuşdur. Burada zavod, məktəb və klub binalarının qalıqları hal-hazırda qalır. Əsasən insanlar həyət evlərində yaşayırdılar. İnsanların adanı tərk etməsinin səbəbi hələdə dəqiq məlum deyil. Belə bir rəvayət var ki, 50-ci illərdə ada sahillərində soyuq küləklər baş vermişdir. Bunun nəticəsində isə insanların yaşadığı evləri su basmışdır. Havanın sərt və şaxtalı olması səbəbindən ada sakinlərinə kömək geçikmişdir.
Volodimir Zelenskiy
Volodimir Oleksandroviç Zelenski (və ya Vladimir; ukr. Володимир Олександрович Зеленський; 25 yanvar 1978, Krivoy Roq, SSRİ[…]) — Ukrayna siyasətçisi, şoumeni, aktyoru, rejissoru, ssenaristi, prodüseri və bədii direktoru. 20 may 2019-cu ildən Ukrayna Respublikasının Prezidentidir. Zelenski 2015-ci ildə Xalqın xidmətçisi adlı televiziya serialında Ukrayna Respublikası Prezidenti olaraq yer almışdır. Eyni adlı partiya həmin serialın istehsalçı şirkəti olan Kvartal 95 tərəfindən 2018-ci ildə quruldu. == Həyatı == 25 yanvar 1978-ci ildə Krivoy Roq şəhərində anadan olmuşdur. Atası Oleksandr Semenoviç Zelenski texniki elmlər doktoru, professor, kompüter elmləri şöbəsinin müdiridir.O, anası ilə 4 il Monqolustanın, Erdenet şəhərində yaşamış və orada birinci sinfi bitirmişdir. Daha sonra ingilis dilini dərin öyrənmək üçün Krivoy Roq şəhərinə qayıdaraq buradakı 95 nömrəli məktəbdə təhsil almışdır. == İncəsənət == Zelenski 2015-ci ildə "Xalqın xidmətçisi" adlı televiziya serialında Ukrayna prezidenti rolunu canlandırmışdır. Həmin rol təxmini 30 yaşda olan və paylaşdığı populyar video ilə tanınaraq prezident seçkilərində qələbə qazanan tarix müəllimi idi.
Zelensi qoruğu
Zelensi - Sloveniyanın ucqar şimal-qərbində təbiət qoruğu. Qoruq Kranska Qora şəhəri yaxınlığında yerləşir. Sava çayının (Dunayın qolu) mənbəyi olan bataqlı-göl ərazisi məhs buradadır. Gölün suyu isə Nadiza bulağı (Nadiža, Tamar) ilə qidalanır. Su dərinliyi 2 metr olan göldən keçir. Yaz və yay aylarında ətraf ərizilər yaşıllığa qərq olur. Ona görə də ərazinin adı Zelensi (yaşıllıq) adlandırılmışdır. == Geologiyası == Yuxarı Sava dərəsi buzlaq fəaliyyəti nəticəsində formalaşmışdır. Zelensi ərazisində kütləvi göl çöküntülərinə rast gəlinir. Ehtimal olunur ki, Zelinsi ərazisi qədim Koren gölünün yatağı olmuşdur.
Yeleni Doika
Yeleni Doika (d. 15 noyabr 1995) — Yunanıstanı təmsil edən bədii gimnast. Yeleni Doika, 2012 və 2016-cı ildə Yunanıstanı Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yeleni Doika birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. Birləşmiş Krallığın London şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının təsnifat mərhləsində o, komanda yoldaşları ilə birgə 51.875 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı. Yeleni Doika 2016-cı ildə Yunanıstan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yoanna Anaqnostopoulou, Zoi Kontoqianni, Mixaela Metallidou və Stavroula Samara ilə birgə təsnifat mərhələsində 30.416 xal topladı və 13-cü yeri tutaraq mübarizəni dayandırdı.
Yeleni Xronopoulou
Yeleni Xronopoulou (d. 19 noyabr 1988; Marousi, Yunanıstan) — Yunanıstanı təmsil edən bədii gimnast. Yeleni Xronopoulou 2004-cü ildə Yunanıstanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yeleni Xronopoulou 2004-cü ildə Yunanıstan bayrağı altında elə Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları İlektra Eftimiou, Mariya Kakiou, Liana Xristidou, Varvara Maqnisali və Steriani Pantazi ilə birgə finalda 46.525 xal topladı və 5-ci yeri tutdu.
Eleni Fureyra
Eleni Fureyra (yun. Ελένη Φουρέιρα; d. 7 mart 1987, Fieri, Albaniya) və ya doğum adı ilə Entela Fureray — Yunanıstan müğənnisi, aktrisası, rəqqasəsi və modelyeri. O, öz musiqi karyerasına 2007-ci ildə Mystique qrupunun üzvü olaraq başlamışdır. 2009-cu ildə Fureyra qrupdan ayrılaraq solo karyerasına başlamışdır. Eleni Fureyra 2010-cu ildə Yunanıstanın Universal Music Greece albom şirkəti ilə anlaşma imzalamışdır. Həmin ildə ifaçının öz adını verdiyi debüt albomu işıq üzü görmüşdür. O, daha sonra Minos EMI albom şirkəti ilə yeni anlaşma əldə etmiş və ardınca 2012 və 2014-cü illərdə Fureyranın Ti poniro mou zitas və Anemos agapis studiya albomları satışa buraxılmışdır. Hər iki albom Yunanıstanda və Kiprdə uğur qazanmışdır. 2015-ci ildə Fureyranın Minos EMI şirkəti ilə müqaviləsinin vaxtı sona çatdıqdan sonra ifaçı Panik Records şirkəti ilə anlaşma imzalamışdır.
Oleniy (Kara dənizi)
Oleniy — ada Kara dənizində, Qdansk yarımadasından şimalda yerləşir. Sahəsi 1197 km² təşkil edir. İnzibati cəhətdən Yamalo-Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Böyük arktik qoruğu ərazisini təşkil edir. Materikdən dayaz Oleniy boğazı ilə ayrılır. Boğazın eni 2 km-dir. Adanın relyefi düzənlikdir. Burada göllər vardır. Ada əsasən Mamır, Şibyə və Tundra otları ilə örtülür.
Bolşoy Oleniy (Barens dənizi)
Bolşoy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. 2010-cu ilə olan məlumata görə qəsəbədə cəmi 6 nəfər yaşayır.
Bolşoy Oleniy (Kola körfəzi)
Bolşoy Oleniy — Murmansk vilayətinin Kola rayonu ərazisinə yerləşir. Yaxınlığında Yekaterininski, Srednı Oleniy və Malıe Oleniy vardır. Ada Barens dənizinin Kola körfəzi ərazisində qərarlaşır. Ada ərazisi qoruğa daxildir, bu səbəbdən qorunur. 1910-cu ildə adada mayak quraşdırılmışdır. Adada 1950–2006 illərdə Mayak Bolşoy Oleniy qəsəbəsi mövcud olmuşdur. == İstinadlar == == Mənbə == Клюге Г. А. Письмо в Главнауку о заповедании Большого Оленьего острова. 1928 г. /. // Гос.
Malıy Oleniy (Murmansk vilayəti)
Malıy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. Əvvəllər Blijnı Oleniy və ya Alman Oleniyi adlandırılırdı. == Coğrafiyası == Ada 7 km uzunluğa, 1.5 km enə malikdir. Maksimal hündürlüyü 121,2 metrdir. Materikdən 510 m enə malik eyni adlı boğazla ayrılır. Qərb qutaracağına yaxın Konsevoy adacığı yerləşir. Sahillərində dalğaların hündürlüyü 4 metrə çatır.
Fuego (Eleni Fureyra mahnısı)
Fuego (azərb. Atəş‎) — Kiprin 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Eleni Fureyra "Fuego" mahnısı ilə Kipri Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı İsveç bəstəkarı Aleks Papakonstantinu və eyni zamanda Qeraldo Sandell, Viktor Svensson, Andej Vretov və Didrik tərəfindən bəstələnmişdir. Papakonstantinu daha öncə 2007-ci ildə Yunanıstanın, 2009-cu ildə Azərbaycanın və 2012-ci ildə Kiprin Avroviziya mahnılarını yazmışdır.
Pelenin milli komandada vurduğu qolların siyahısı
Pele bütün zamanların qəbul edilən ən yaxşı oyunçularından biridir. O, 114 matçda Braziliya milli futbol komandasının şərəfini qorumuşdur ki, bunlardan 92 görüş tam bir beynəlxalq matçı idi və millinin tərkibində 95 qola imza atmışdır. O, həmçinin Braziliya milli komandasının bombardiridir. == Tam beynəlxalq matçlarda vurulan qollar == === Bütün beynəlxalq matçlar === Hesablar və nəticələr ilk olaraq Braziliya olaraq göstərilib.