Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zibil maşını
Zibil maşını az miqdarda yığılmış tullantıları yığıb zibil saxlama yerlərinə daşımaq üçün nəzərdə tutulmuş olan yük maşını növüdür. Bu maşınlara texniki cəhətdən “tullantıların yığılması maşını” da deyilir. Zibilin yük maşınına yüklənməsi üsullarına görə onların beş əsas modeli mövcuddur. == Növləri == === Qabaq tərəfdən yükləmə === Qabaq tərəfdən yükləmə üsulundan istifadə edən yük maşınları, ümumiyyətlə, iri sənaye müəssisələrinə xidmət edən qapalı nəqliyyat vasitələridirlər. Yük maşınının sürücüsü avtomobilin qarşısında yerləşən iki qoldan ehtiyatla istifadə edərək zibil qabını avtomobilin üzərinə qaldırır və əksinə çevrilmiş olan konteynerdəki zibilləri maşına tökür. Maşına tökülən zibillər presləmə sistemi ilə sıxılır və beləliklə də yük maşınına daha çox zibil yığmaq imkanı yaradılır. === Arxa tərəfdən yükləmə === Arxa tərəfdən yükləməyə sahib olan yük maşınları zibil yığılan yerlərdə zibil konteynerlərinin yanında dayanır və eyni zamanda da bu maşınlara zibil torbaları da atıla bilər. Zibil qabları (konteyner) maşının arxa tərəfində olan operatorun köməyi ilə maşına tökülür. Yük maşınına atılan zibillər preslə sıxılır və beləliklə də maşında daha az yer tutur. === Yan tərəfdən yükləmə === Tullantılar bu maşınlara ya əllə, ya da xüsusi avadanlığın köməyi ilə atılır.
GIGO (zibil girən zibil çıxar)
GIGO (zibil girən zibil çıxar) - (ingiliscə GIGO (garbage in, garbage out), rusca “мусор на входе, мусор на выходе” – hesablama texnikasında: kompüterin təbiətini və orada yerinə yetirilən prosesləri xarakterizə edən aksiomlardan biri; prosesin girişinə yanlış və ya korlanmış verilənlər daxil olduqda nəticə də yanlış və ya korlanmış alınır. garbage - (rusca мусор) - tullantı – dəyərsiz verilənlər; yanlış və ya korlanmış verilənlər. garbage collection (GC) - rusca сборка мусора - tullantı toplama – yaddaşın istifadə olunmayan bloklarını boşaldan və onları “boş” kimi nişanlayan silmə üsulu. Bütün yaddaş sahəsi boyu səpələnməş “boş” blokların yerdəyişmə yolu ilə iri “boş” blok şəklində bir yerə toplanması da belə adlandırılır. == Microsoft Windows == [1] Zibil qutusu (Корзина, Recycle Bin) İşçi stol üzərindəki hər bir nişan və yarlıq konkret obyekti təmsil edir. Həmin obyekt haqqında informasiya almaq üçün kursoru nişanın üzərinə qoyub siçanın sağ düyməsini sıxmaq, açılmış menyuda Xassə (Свойства, Properties) əmrini yerinə yetirmək lazımdır. Bu zaman açılmış pəncərədə obyektin tipi, həcmi/, yaranma tarixi, harada yerləşməsi və s. atributlar barədə məlumat əldə etmək mümkündür. İşçi stolun üzərindəki nişanı və ya yarlığı ləğv etmək üçün kursoru nişanın üzərində qoyub, siçanın sol düyməsini sıxmaqla onu qeyd etmək, sonra isə klaviaturadan “Delete” düyməsini basmaq lazımdır. Bu zaman onun təmsil etdiyi obyektləri – fayl və ya qovluğu Zibil qutusuna göndərmək haqda pəncərədi açılır.
Simbal
Cimbal üst hissəsi geniş trapez formalı gərilmiş metal qutudan ibarət olan kardafon (chordophone) növüdür. Cimbal 2 döyəcləyici (çubuq) ilə simlərə zərbə endirməklə çalınır. Moravyada bu alət xalq musiqi ansamblı üçün əsas alətlərdən biri kimi istifadə olunur. Cimbalom qrupları günümüzdə ənənəvi musiqi sərgiləyən ən gözlə görülən və ikonik topluluqlar arasındadır. 19-cu əsrdə Moravya musqisinin "kiçik" cimbalom xüsusiyyəti, 20 əsrdə geniş bir istifadə sahəsi tapan olduqca yeni bir musiqi aləti olan "standart" cimbalom ilə dəyişdirildi. Cimbalom qrupunun lideri və ya "şefi" Çexiyada "primáš" olaraq adlandırılan skripkaçıdır (violinist). İkinci violinist- "obligát" isə sıxlıqla düz melodiyanı çalar və "primáš"-ı dəstəkləyər (izləyər). Moravya cimbal qruplarının digər önəmli musiqi alətləri klarnet və kontrabasdır.
Zənbil
Zənbil — Bakı arxipelaqında Azərbaycana məxsus ada. Uzunlugu 0,9 km, eni 0,4 km-dir. Sahildən uzaqlıq 9,5 km təşkil edir. Sahəsi 0.4 Km² təşkil edir. Adından məlum olduğu kimi türk sözüdür, "hörülmüş səbət" deməkdir. Yəqin ki, bu ad adanın uzaqdan çevrilmiş səbətə bənzədilməsindən yaranıb. Duvannıy ismini adaya ruslar verib. Belə bir fərziyə var ki onun adı Stepan Razinlə bağlıdır. X-əsrdə Slavyanların basqınları zamanı onlar adada olmuşlar. == Ekologiyası == Səngəcal neft estakadalarına yaxın olması neft çirklənməsi təhlükəsi yaradır.
Qımıl
Qımıl — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küpçal bələdiyyəsinin tərkibindədir. == Tarixi == Kəndin keçmişi haqqında dəqiq məlumat yoxdur. Bölgənin ən qədim yaşayış mərkəzlərindən biridir. Kəndin əhalisini əsasən ləzgilər təşkil edir(99%). == Toponimikası == Qımıl oyk., sadə. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylasının şm.-ş. ətəyindədir. Kəndin adı Qimil şəklində də işlənir.
Zimmi
Zimmi — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd olmuşdur. == Tarixi == Məngük kəndinin yaxınlığında, Zimmi dərəsində, Yağan dağının ətəyində yerləşirdi. 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Zimmi Vedisi formasında qeyd edilmişdir. Kənddə 1873-cü ildə 184 nəfər, 1886-cı ildə 231 nəfər, 1897-ci ildə 322 nəfər, 1904-cü ildə 259 nəfər, 1914-cü ildə 285 nəfər, 1916-cı ildə 216 nəfər azərbaycanlı yaşamışdır 1918–19-cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılardan sağ qalanı kəndlərinə dönə bilmişlər. 1922-ci ildə 24 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə 31 nəfər azərbaycanlı yaşamışdır 1948–49-cu illərdə kəndin sakinləri SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə tarixi-etnik torpaqlarından deportasiya olunaraq Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir. == Toponimi == Toponim VII əsrdə Arran əhalisinin islam dinini qəbul etməyən hissəsinə xristianlara ərəblərin verdiyi Zimmi sözü əsasında formalaşmışdır. İslamı qəbul edən yerli əhalini ərəblər movla, islamı qəbul etməyənləri Zimmi adlandırmışlar. Quruluşca sadə toponimdir.
Ziyil
Ziyil – insan vücudunun xaricində yaranan xala bənzər lakin xaldan çox-çox fərqli xüsusiyyətlərə malik dəri xəstəliyidir. Ziyilə adətən ən çox əllərdə və barmaqlarda rast gəlinir. == Ziyilin əlamətləri == Ətli xala bənzəyən lakin müxtəlif rəngdə (ağ, qara bəzən isə çəhrayı) əsasən əllərdə, barmaqlarda və dırnaq ətrafında olan nöqtələrdir. Kəsdikdə qanayır lakin ağrısız olur. Əllərlə yanaşı bəzən bədənin digər hissələrində də ziyillərə rast gəlmək mümkündür. Bu hissələrdən aşağı ətraflarda, cinsi orqanlarda bəzən qadınlarda uşaqlıq yolunda, üzdə və.s hissələrdə rast gəlmək olar. Ziyilin yaranma səbəbi HPV (human papilloma virus) virusudur. Bu virusun 100-dən artıq növü mövcuddur. Digər infeksion xəstəliklər kimi ziyillərdə yoluxucudur və bu yolla törəyir.
Zombi
Zombi — filmlərdə, seriallarda və oyunlarda tez-tez görünən məxluq. Onlar insan əti ilə qidalanan yenidən dirilmiş cəsədlərdir. Zombilər yavaş hərəkət edən, ağılsız və vəhşi varlıqlar kimi təsvir edilirlər. Onlar adətən yoluxucu xəstəliklər nəticəsində ortaya çıxırlar. Zombilərin mənşəyi müxtəlif mədəniyyətlərə və onların folkloruna gedib çıxır. Haiti folklorunda zombilərin cadugər tərəfindən sehrli vasitələrlə həyata qaytarılan fərdlər olduğu deyilir. == Vudu Zombiləri == Vudu inancına görə ölü, bir insan və ya mambo tərəfindən yenidən dirildilə bilər. Zombilərin öz şüurları və ya istəkləri olmadığı üçün bokor ya da mambonun idarəsi altındadırlar. Zombi eyni zamanda vudunun ilan tanrısı Niger-Konqonun adıdır. Konqo dilində istifadə edilən və tanrı mənasını verən "nzambi" sözcüyünə bənzəməkdədir.
Georq Zimmel
Georq Zimmel (alm. Georg Simmel‎; 1 mart 1858[…], Berlin – sentyabr 1918, Puerto-Varas) — məşhur alman sosioloqu, filosofu və tənqidçisi, "həyat fəlsəfəsinin" son nəsil nümayəndələrindən. Əsərlərində əsasən mədəniyyət fəlsəfəsi və sosioloji tədqiqatlara yer vermişdir. Çox zaman sosiologiyanın "böyük dördlüyü"nün unudulmuş üzvü kimi təqdim olunur (digər üzvlər Marks, Veber, Dürkheym). Amerika sosioloji dairələrində daha çox "Marks olmayan alman" kimi də tanınmış Zimmelin toplunun fəaliyyətində moda, pul kimi faktorların rolu, şəhər həyatının individual keyfiyyətlərə təsiri və sair bu qismdən maraqlı tədqiqat işləri olmuşdur. == Həyatı == Zimmel çox uşaqlı ailənin sonuncu, yeddinci uşağı kimi dünyaya göz açmışdır. Atası şokolad fabrikinin sahibi olmuşdur və vəfat edərkən övladların kifayət qədər miras qoymuşdur. Buna baxmayaraq, Zimmel üçün əsas miras Beynəlxalq Musiqi Nəşr Evinin yaradıcısı Yulius Fridlander (Julius Friedlände) tərəfindən qalmışdır. O, gənc Georqu öz himayəsinə götürmüş və ona elmlə məşğul ola bilməsi üçün hədsiz böyük məbləğdə vəsait qoymuşdur. Zimmelin ailəsində dini baxışlara münasibət bir qədər mürəkkəb olmuşdur.
Jambıl Kukeyev
Jambıl Kukeyev (qaz. Жамбыл Көкеев; rus. Жамбыл Кукеев; 20 sentyabr 1988) — Qazaxıstan futbolçusu. == Karyerası == === Klub karyerası === Karyerasına Çesna klubunda başlayıb. Daha sonra müxtəlif vaxtlarda Jeleznodorojnik, Astana, Rahat, Almatı klublarında çıxış edib. 2008-ci ildən Lokomotivin şərəfini qoruyur. 2006-cı ildə Qazaxıstan çempionu olub. 2008-ci ildə isə Qazaxıstan çempionatının ən yaxşı gənc futbolçusu adını qazanıb. Kukeyev Lokomotivi tərk etmək istəyir. Çünki gənc futbolçunun komandanın baş məşqçisi Sergey Yuranla münasibətləri istənilən səviyyədə deyil.
Jambıl Kukuyev

Kimbal Mask
Kimbal Mask (ing. Kimbal Musk; 20 sentyabr 1972, Pretoriya, Cənubi Afrika) cənubi afrikalı restoran meneceri, baş aşpaz və sahibkardır. Bir çox filialı olan The Kitchen Restaurant Group-un sahibidir. Qeyri-kommersiya təşkilat olan Big Green-in həmtəsisçisi və prezidentidir. Həmçinin dizayn şirkəti Square Roots-un həmtəsisçisi və prezidentidir. Kimbal hal-hazırda Tesla Motors və SpaceX-in idarə heyətində yer alır. Milyarder sahibkar İlon Maskın kiçik qardaşı və Tesla-nın irihəcmli səhmdarıdır. 1995-ci ildə qardaşı İlon ilə birlikdə Zip2-ni qurmuşdular. == İlk illəri == Kimbal qardaşı İlon, bacısı Toska və bir neçə qohumu ilə birlikdə böyüdü. Anası Mey Mask diyetaloq və model, atası Errol Mask isə mühəndis idi.
Zərbil (Kəleybər)
Zərbil (fars. زربيل‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 243 nəfər yaşayır (57 ailə).
Çoğa Zənbil
Çoğa Zənbil — (farsca: چغازنبيل), Elam dilində "Dur-Untaş", İranın Xuzistan ostanı, Şuş şəhərinin 45 km cənubunda, Şuş-Yəzd yolunun kənarında, tarixi "Yeddi Təpə" məntəqəsinə yaxın bir ərazidə yerləşir. Xüsusən orta Elam dönəminə (e.ə. 1500-1000) aid tarixi yerdir. == Tarixi == Çoğa Zənbil məbədi Dur-Untaş şəhərinin qalıqlarındandır. Bu ibadətgah Elam şahı Untaş Qal(e.ə.1250-ci il) tərəfindən Şuş şəhərinin qoruyucusu olan ilahə İzəd İnşuşinaka ibadət məqsədilə tikilib. Əvvəllər məbədin hündürlüyü 52 metr olub. 5 mərtəbəli olan məbədin günümüzə yalnız iki mərtəbəsi gəlib çatıb və hazırda məbədin hündürlüyü 25 metrdir. Çoğa Zənbil yerli kəlmə olaraq "Çoğa"(lor dilində təpə deməkdir) və "Zənbil"(səbət) kəlmələrinin birləşməsindən yaranıb və məbədin yerləşdiyi təpəyə aid edilir ki, tərsinə çevrilmiş səbəti xatırladır. Bu məkan arxeoloqlar tərəfindən "Dur-Untaş" olaraq adlandırılır və "Dej-Untaş"(Untaş Qalası) mənasındadır. Untaş Qal Elam şahı olub və bu məbədin tikilməsinə o göstəriş verib.
İzmail mühasirəsi
İzmail mühasirəsi 1790-cı ildə Qara dənizdə Rusiya-Osmanlı müharibəsi (1787-1792) dönəmində baş vermiş hərbi mühasirədir. Ruslara Aleksandr Suvorov başçılıq edirdiki məhz onun başçılığı altında onlar Osmanlı ordusunu Kinburn, Oçakov və Fokşani döyüşlərində məğlub etməyi bacarmışdırlar. Qara dənizdə yerləşən gəmilərə ispan admiral Xose de Ribas başçılıq edirdi. 1790-cı ilin martında ruslar 40.000 əsgərin olduğu qarnizon ilə Budayk regionunda (indiki Ukrayna) İzmailin mühasirəsinə başladı. Suvorovun əmrində 31,000 əsgərdən ibarət qoşun var idi və 22 dekabr 1790-cı ilin səhərində ruslar şəhərə hücum etməyə başladı. Onlar səhər saat 3:00 radələrdindən etibarən İzmaili bombalamağa başladılar 5:30-dan etibarən şiddətli hücuma keçdilər. Ruslar şimaldan, şərqdən və qərbdən irəliləyirdilər. Qala divarları digər bölgələrdəkinə nisbətən daha zəif idi. 8:00-dan etibarən ruslar şəhərə daxil oldular. Nəticədə Osmanlı qüvvələrinin 26,000-dən çox əsgəri qətlə yetirildi və beləcə qarnizonda olan əsgərlərin hamısı həlak, oldu yaralandı və ya əsir düşdü.
Əbu-Simbel
Əbu Simbəl (ərəb. أبو سنبل və ya أبو سمبل) – Misir Ərəb Respublikasının cənubunda, Nil çayının qərb sahilində yerləşən və üzərində qədim dünyanın ən möhtəşəm abidələrindən biri, Misir fironu II Ramzesin (e.ə. təxm. 1298–1213) əmrilə yonulmuş 2 məşhur məbəd olan qaya. Asuan şəhərindən 280 km cənubda, Nubiyada yerləşir. Hündürlüyü 100 metr olan xırda dənəvər qumdaşından ibarət bu qaya heroqlif yazılarında "müqəddəs dağ", bu ərazi isə müdafiə qurğuları ilə əhatə olunduğu üçün yunan mənbələrində "Ramessopolis qalası" adlandırılır. Ərazinin indiki adı ərəb dilindəki əbu – "ata" və Simbəl – "sünbül" sözlərindən yaranmışdır. Tərcümədə "sünbül atası" mənasını verir ki, bunun da səbəbi ərəb dənizçilərinin Nil çayı ilə qayanın yaxınlığından keçərkən gördükləri kişi barelyefini sünbülə bənzətmələridir. Lakin, adın yaranmasının digər bir versiyasına görə Əbu Simbəl bu qayanı 1810-cu illərdə qumların altından tapan İsveçrə tədqiqatçısı İohann Lüdviq Burkharta bu yeri göstərən gənc ərəb oğlanın adıdır. == Məbədin daxili quruluşu == Bu məbədləri yaratmaqla II Ramzesin məqsədi Kadeş döyüşündəki qələbəsini əbədiləşdirmək və Nubiya qəbilələrinə Misir fironlarının əzəmət və qüdrətini nümayiş etdirmək idi.
Əbu Simbel

Əbu Simbəl

Ziyabil Məmmədov
Ziyabil Məmmədov (azərb. Məmmədov Ziyabil Ziyad oğlu‎; 19 dekabr 1991, Xanlar) — azərbaycanlı futbolçu. Hücumçu mövqeyində oynamışdır. == Bioqrafiyası == Ziyabil 11 yaşında futbol oynamağa başlamışdır. Gəncənin "Spartak" komandasında məşqçi Əvəz Məmmədovun rəhbərliyi altında bu oyunun əsaslarına yiyələnmişdir. 16 yaşında Rövşən Əhmədov futbolçunun müəllimi olmuşdur. Daha sonra Arzu Mirzəyevin rəhbərliyi altında "Tim Gəncə" (ing. Team Gandja) komandasının tərkibində həvəskarlar liqasında çıxış etməyə başlayıb. == Karyerası == === Çempionat === O, futbolçu karyerasına 2009-cu ildə Bakının ÇSKA-nın əvəzedici komandasında çıxış etməklə başlayıb. Sonra hərbi xidmətlə əlaqədar futbolçunun karyerasında qısamüddətli fasilə yarandı.
Zombie Frontier
Zombie Frontier (ing. Zombie Frontier, azərb. Zombi Sərhəddi‎) — FT Games tərəfindən yaradılmış, Android əməliyyat sistemli mobil telefon və planşet kompyuterlər üçün nəzərdə tutulmuş, hərbi-fantastik janrda olan oyun. Zombie Frontier oyunlar seriasının birincisi, ilkidir. 8 iyun 2013-cü ildə oyunun davamı - Zombie Frontier 2:Survive buraxılmışdır. == Yaradılma == Oyun Zombie Frontier oyunlar seriasının ilk oyunudur. 21 yanvar 2014-cü ildə 1.20 versiyası çıxmışdır. Oyunun tutumu 20 mb-dır. == Süjet == Oyunda hadisələr 2020-ci ildə naməlum bir ölkədə müxtəlif şəhərlərin quduzlaşmış insanlar-zombilər tərəfindən basılmasından bəhs edir. Oyunu oynayan oyunçu bu şəhərləri keçərkən ya verilmiş vaxt ərzində ölməməli ya da tapşırıqda verilən miqdara uyğun zombi öldürməlidir.
Himil xalçaları
Himil xalçaları — Quba xalçaçılıq məktəbinə məxsus xalça.
Himil xalçası
Himil xalçaları — Quba xalçaçılıq məktəbinə məxsus xalça.
Qımıl-qazma
Qımılqazma — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qəçrəş bələdiyyəsinin tərkibindədir. == Tarixi == Buraya XIX əsrin sonları, XX əsrin əvvəllərində Qımıl və keçmiş Orduxan qazmalarından köç etmişlər. Ehtimal edilir ki, burada daha əvvəllər də yaşayış olub. Buna misal kimi kəndin girəcəyində olan, yaşı dəqiq bilinməyən qəbirstanlıqdır. Bu kənd magistiral yol üzərində yerləşir və buna görə də buraya gəliş-gediş asanlaşır. == Toponimikası == Qımılqazma oyk., miir. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylasının şm.-ş. ətəyindədir.
Qımıl xalçaları
Qımıl xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Zabil Azadlı
Zabil Tələt oğlu Azadlı (1 yanvar 1999; Lerik rayonu, Azərbaycan — 30 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zabil Azadlı 1999-cu il yanvarın 1-də Lerik rayonunun Biləvər kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Zabil Azadlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zabil Azadlı oktyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Lerik rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zabil Azadlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.