Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Plato
Plato — dəniz səviyyəsindən xeyli hündürdə yerləşən, səthi hamar və ya dalğalı, ətrafındakı düzənliklərdən dik yamaclarda ayrılmış yüksəklikdir. Məs: Xəzər dənizi ilə Aral gölü arasında yerləşən Üst-Yurt platosu. Plato həm üfüqi yatmış süxur laylarından, həm də çox kəsilib parçalanmış relyefin lava ilə örtülməsindən əmələ gəlmişdir.
Plato departamenti
Plato departamenti — Beninin 12 departamentindən biri. Plato departamentinin ərazisi 3 264 km2-dır. Plato departamentinə 5 şəhər daxilidir. 2013-cü ilə olan məlumatlara əsasən Plato departamentinin əhalisi 624 146 nəfərdir.
Plato ştatı
Plato ştatı (ing. Plateau State) — Nigeriyanın Şimal-mərkəzi geosiyasi zonasında ştat. Ştatın adı onun ərazisində yerləşən Cos dağlıq platosundan (yayladan) gəlir.
Snejnik (plato)
Snejnik (sloven. Snežnik) — Sloveniya ərazisində, Dinar öndağlığı ərazisində yerləşən, təxminən 85 km² ərazini əhatə edən geniş karst yaylası. Snejnik əsasən təbaşir və yura dövründən qalma əhəng daşlarından və yuxarı hissədə az miqdarda dolomitdən ibarətdir. Son buz dövrü zamanı səthi kəskin dəyişmişdir. Relyefi bir qayda olaraq düzdür, lakin çoxsaylı quru dərələrə, 300-ə yaxın mağaraya sahibdir. Səthi əsasən qayalıqdır. Yayla Adriatik dənizindən cəmi 28 km məsafədə olduğundan burada yağıntının miqdarı ildə 3000 millimetrə qədərdir. Qışda qarla örtülüdür. Yaylasın karst təbiətinə görə üzərində səthi su axını yoxdur. Yaylada bir keçid ilə ayrılmış iki zirvə vardsır.
Zlata Filipoviç
Zlata Filipoviç (bosn. Zlata Filipović; 3 dekabr 1980, Sarayevo) — Bosniyalı yazıçı və tərcüməçi. 1991-1993-cü illərdə yazılan və Bosniya müharibəsi hadisələrinin əks olunduğu "Gündəlik" əsəri (1994) ilə məşhurlaşmışdır. Əsər tez-tez Anna Frankın gündəliyi ilə müqayisə olunur. 1993-cü ildə Zlata ailəsi ilə birlikdə Fransaya köçə bildilər. 2001-ci ildə o, humanitar elmlər ixtisası üzrə Oksford Universitetini bitirdi, Dublində yaşayır. Onun redaktorluğu və ön sözü ilə Nyu Yorkda "Kəsilmiş səslər: Birinci Dünya və İraq müharibələrinə qədər yeniyetmə gündəlikləri" toplusu nəşr edildi (2006). Gündəlik təlçə 1994-cü ildə bir neçə dəfə nəşr edildi və sonra 1995, 1998, 2004, 2006-cı illərdə ingilis dilində təkrar nəşr edilmişdir. O, fransız, alman, ispan, niderland, norveç, fin, macar, türk, çin, koreya dillərinə tərcümə edilmişdir. Soyqırıma həsr olunmuş ensiklopediya, müntəxəbat və antologiyalarda yer almışdır.
Zlata Oqneviç
Zlata Oqneviç (Ukraynca: Злата Огневич) 12 Yanvar 1986-cı ildə anadan olan Ukraynalı müğənni. Zlata Oqneviç 2013 Avroviziya Mahnı Müsabiqəsində Ukraynanı "Gravity" mahnısı ilə təmsil edib və Ukraynaya 3-cü yeri qazandırıb.
Zlata Tkaç
Zlata Moizeyevna Tkaç (tam adı: Zlata Tkaç, mold. Zlata Tcaci; idiş זלאַטע טקאַטש‎‎; rus. Злата Моисеевна Ткач; 16 may 1928 və ya 1928 – 1 yanvar 2006 və ya 2006, Kişinyov, Moldova) — Moldova bəstəkarı və musiqi müəllimi. O, Moldovada peşəkar bəstəkar olan ilk qadındır. Zlote Beyriman Lozovonun Bessarabiya kəndində Moizey Bentsiyonoviç Beyriman və onun həyat yoldaşı Frida Mendelevna Koyfmanın ailəsində dünyaya göz açmışdır. Zlata hələ uşaq olarkən ailəsi Kişinyova köçmüşdür. O, burada qızlar üçün rumın ibtidai məktəbinə getmiş, həmçinin atasından skripka dərsləri almışdır. İkinci Dünya müharibəsi zamanı Zlota anası ilə Mərkəzi Asiyaya təxliyə edilmişdir. Lakin səfər zamanı anasından ayrı düşmüş və yatalaq və qarın yatalağı xəstəliyinin yayıldığı Özbəkistanın Nəməngan şəhərinə aparılmışdır. Zlota daha sonra Droqobıç uşaq evində qalmış və orta məktəbə getmişdi.
Zlate Moravtse
Zlate Moravtse (slovak. Zlaté Moravce, alm. Goldmorawitz‎, mac. Aranyosmarót) — Şəhər Slovakiyanın mərkəzində, Poqronski İnovets dağ massivinin yamacında və Jitava çayının sahilində yerləşir. Əhalisi 15 min nəfərə yaxındır. Zlate Moravtse ilk dəfə 1113-cü ildə Morova adı altında qeyd olunmuşdu. 1530 və 1634-cü ildə şəhər türklər tərəfindən iki dəfə yandırılaraq qarət edilmişdi. 1735-ci ildə şəhər Tekova vilayətinin paytaxtına çevrilmişdi. 1894-cü ildən isə Şuranıdan buraya dəmiryolu çəkdirilmişdi. 1919-cu ildə şəhər ətrafında Macar Qızıl ordusu ilə Çexoslovak qoşunları arasında şiddətli döyüşlər gedirdi.
Sensu lato
Sensu stricto ("dar mənada") və sensu lato (geniş mənada) — taksonun nəzərdə tutulan ranqının dəqiqləşdirilməsi üçün onun adına əlavə edilən latınca ifadə.
Gravity (Zlata Oqneviç)
Gravity — (Azərbaycanca: Yer Çəkimi) Ukraynanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Zlata Kolariç-Kişur
Zlata Kolariç-Kişur (xorv. Zlata Kolarić-Kišur; 29 oktyabr 1894, Slаvоnski-Brоd, Transleytaniya – 24 sentyabr 1990, Zaqreb) — Xorvat yazıçısı. Kolariç-Kişur Slavonski Brodda anadan olub. Lakin sonradan ailəsi ilə birlikdə Pojeqaya köçüb. O uşaqlığını "Moja Zlatna Dolina" (Mənim Qızıl vadim) adlı əsərində təsvir edir. O, 1919-cu ildən 1990-cı ilə qədər Zaqrebdə yaşayıb. O Hinko Kolariç Kişur ilə evlənib. 24 sentyabr 1990-cı ildə Zaqrebdə 96 yaşında vəfat edib. Bizim şən dünyamız (1933) Uşaq yalanından (1935) Gülün, uşaqlar!
Plato departamenti (Benin)
Plato departamenti — Beninin 12 departamentindən biri. Plato departamentinin ərazisi 3 264 km2-dır. Plato departamentinə 5 şəhər daxilidir. 2013-cü ilə olan məlumatlara əsasən Plato departamentinin əhalisi 624 146 nəfərdir.
PLATO (kompüter sistemi)
PLATO (ing. Programmed Logic for Automatic Teaching Operations, azərb. Avtomatik Tədris Əməliyyatları üçün Proqramlaşdırılmış Məntiq‎), həmçinin Project Plato və Project PLATO — ilk ümumiləşdirilmiş kompüter dəstəkli təlimat sistemi. 1960-cı ildən başlayaraq İllinoys Universitetinin ILLIAC I kompüterində işləyirdi. 1970-ci illərin sonlarına qədər onlarla müxtəlif şəbəkəli əsas kompüterlərdə işləyən, bütün dünyada paylanmış bir neçə min qrafik terminalı dəstəkləmişdir. Forumlar, mesaj lövhələri, onlayn testlər, e-poçt, söhbət otaqları, şəkil dilləri, ani mesajlaşma, uzaqdan ekran paylaşımı və çoxnəfərli videooyunlar daxil olmaqla, çox istifadəçi hesablamalarında bir çox müasir konsepsiyalar ilk dəfə PLATO-da işlənib hazırlanmışdır. PLATO İllinoys Universiteti tərəfindən dizayn edilmiş və hazırlanmışdır. Bu dörd onillik fəaliyyəti ərzində həmin universitetin tələbələrinə, yerli məktəblərə, həbsxana məhbuslarına və digər universitetlərə kurs işləri təklif etmişdir. Kurslar latın dili, kimya, təhsil, musiqi, esperanto və ibtidai riyaziyyat da daxil olmaqla bir sıra fənlər üzrə tədris olunurdu. Sistem pedaqogika üçün faydalı olan bir sıra funksiyaları, o cümlədən mətnin üst-üstə düşən qrafikasını, açar sözlərin daxil edilməsindən asılı olaraq sərbəst mətnli cavabların kontekstli qiymətləndirilməsini və alternativ cavablara cavab vermək üçün nəzərdə tutulmuş əks əlaqəni özündə əks etdirirdi.
Hutovo Blato Təbiət Parkı
Hutovo Blato — Bosniya və Herseqovinada yerləşən təbiət qoruğu və quş qoruğu. Bura ilk növbədə Krupa çayının yeraltı su sisteminin yaratdığı bataqlıq ərazilərdən ibarətdir. Deransko gölü və Svitavsko gölünü ayıran Ostrvo əhəngdaşı massivindən qidalanır. Qoruq BirdLife İnternational-ın Əhəmiyyətli Quş Bölgələri siyahısındadır. Həm ölçüsü, həm də müxtəlifliyi baxımından bölgədəki ən böyük qoruqdur. Deransko gölünün ətrafındakı Aralıq dənizi bataqlıqları buranı daimi ev halına gətirən 240-dan çox köçəri quş və onlarla insanın yaşadığı yerdir. Köç mövsümündə on minlərlə quş göl və ətrafını doldurur. == Bataqlıq ərazilər == Neretva çayının son 30 km boyunca yerləşən dərə və həmçinin çayın özü möhtəşəm mənzərəni əhatə edir. Qoşqularının, Trebižat və Bregava çaylarının məcrasından aşağıda, dərə 20.000 hektar ərazini əhatə edən bir allüvial əraziyə yayılmışdır. Bosniya və Herseqovinadakı 7.411 hektar ərazidə olan yuxarı vadiyə Hutovo Blato deyilir.
Sensu stricto və sensu lato
Sensu stricto ("dar mənada") və sensu lato (geniş mənada) — taksonun nəzərdə tutulan ranqının dəqiqləşdirilməsi üçün onun adına əlavə edilən latınca ifadə.
Balto
Balto — bir vaxtlar Alyaskada yaşayıb. Balto it olmuşdur. O 1919-cu ildə nomda (alyaskada) doğulmuşdur. O bir çox insanın həyatını xilas edib. == Epidemiya == 1925-ci ildə nomda dəhşətli epidemiya yayıldı. Bu epidemiya bütün şəhəri xəstəliyə yoluxdurmuşdur. Həmin ildə nomdan nenenaya qatar göndərdilər. O qatar qarlı hava üzundən nenenaya çata bilmədi. Reyslər donmuşdu. Oraya it dəstasi göndərdilər.
Erato
Erato (yun. Ἐρᾰτώ, lat.
Palto
Palto — Paltar, kostyum və s. üstündən geyilən uzun üst geyimi.
Platon
Platon (yun. Πλάτων; ən tezi e.ə. 428 və ən geci e.ə. 427[…], Afina – ən tezi e.ə. 348 və ən geci e.ə. 347, Afina), şərq mənbələrində Əflatun — qədim yunan filosofu, Klassik yunan fəlsəfəsinin ikinci nümayəndəsi, Sokratın şagirdi, Aristotelin müəllimi. Platon Afinada aristokrat ailəsində dünyaya gəlmiş, orada yaşayıb yaratmışdır. Platonun atası Ariston (m. ö. 465–424) Attika çarı Kodrunun, anası isə Afinalı islahatçı Solonun nəslindən idilər.
Pluto
Pluton (134340 Pluto; simvolı: , və ya ) — Günəş ətrafında dövr edən ən kiçik cırtdan planetlərdən biri. Kəşf edildiyi 1930-cu ildən 2006-cı ilədək planet kimi qəbul edilən Pluton, hal-hazırda Koyper qurşağında Eridadan sonra ikinci böyük obyekt hesab edilir. 1930-cu ildən 2006-cı ilədək Pluton Günəş sistemində doqquzuncu planet kimi qəbul edilirdi. Ancaq XX əsrin sonları və XXI əsrin əvvəllərində Günəş sistemində plutonsayağı xeyli səma cismi kəşf edildi. Onlardan Erida kütlə baxımından Plutondan 27% böyükdür. 24 avqust 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı özünün XXVI assambleyasında ilk dəfə olaraq "planet" anlayışına tərif verdi. Pluton bu tərifdə deyilən əsaslara uymadığından o planet kateqoriyasından kənarda qaldı. NASA 19 yanvar 2006-cı ildə Plutonun kəşfi üçün "New Horizons" adlı qurğunu kosmosa göndərdi. Həmin qurğu 9 il sonra yəni, 14 iyul 2015-ci ildə Plutona 12000 km yaxınlaşaraq planetin fotosunu çəkib. Xatırladaq ki, Plutonun fotosu dünyadan 5 milyard km uzaqda çəkilib.
Prato
Prato — İtaliyanın Toskana regionunda şəhər. Prato şəhəri Florensiyanın 20 km şimalında yerləşmişdir. 187 000 əhalisi var.
SEATO
Cənub-Şərqi Asiya Müqaviləsi Təşkilatı, qısa adı SEATO, ABŞ-nin rəhbərliyi altında beynəlxalq kollektiv müdafiə üçün yaradılan SEATO Cənub-Şərqi Asiya ölkələri və burada maraqları olan 8 ölkənin iştirakı ilə yaradılmışdır. Məqsəd Cənub-Şərqi Asiyanı kommunizmə qarşı, xüsusən də Çinə qarşı güclü etmək olmuşdur. Təşkilat 1954-cü ilin sentyabr ayında yaradılmışdır. Təşkilata Filippinin paytaxtı olan Manila şəhərində yaradıldığı üçün Manila Təşkilatı da deyilirdi.
Zlango
Zlango dili 2003-cü ildə Zlango Ltd. şirkəti tərəfindən hazırlanıb. "Zlango" ingiliscə "slang" sözünün fərqli tələffüzündən yaranıb. 1. Zlango dilində hərflərin əvəzinə kiçik simvollardan istifadə olunur. 2. İstifadə olunan simvolların ümumi sayı 200-dür. 3. Zlango dilinin sintaksisi çox sadə və asan başadüşüləndir. 4.
Zlanqo
Zlango dili 2003-cü ildə Zlango Ltd. şirkəti tərəfindən hazırlanıb. "Zlango" ingiliscə "slang" sözünün fərqli tələffüzündən yaranıb. 1. Zlango dilində hərflərin əvəzinə kiçik simvollardan istifadə olunur. 2. İstifadə olunan simvolların ümumi sayı 200-dür. 3. Zlango dilinin sintaksisi çox sadə və asan başadüşüləndir. 4.
Gelato
Gelato (it. gelato - dondurma, lat. gelātius - dondurulmuş) - müxtəlif çərəz, şokolad və təzə meyvə əlavə edilməklə təzə inək sudü və şəkərdən hazirlanmiş italyan dondurulmuş desert, dondurma. İngilis dilində bütun italyan mənşəli dondurulmuş desertlərə də aid edilir. Ümumiyyətlə İtaliyada peşəkar şəkildə əl ilə hazirlanan gelatonun tərkibindəki kərə yağı 6-9%-dir ki, bu da digər dondurulmuş desert növlərindən daha aşağıdır. Bu a görə də gelato südlü, plombir və qaymaqlı ola bilər. Gelatonun tərkibində şəkər daha çox olur. Başqa dondurulmuş desertlərdən fərqli olaraq gelatonun tərkibində adətən 35% hava (amerikan stilində hazırlanan dondurmalardan əhəmiyyətli dərəcədə az) və daha çox dadlandırıcıların olması ona sıxlıq və zənginlik verir ki, bu da onu digər dondurma növlərindən fərqləndirir. Əsl gelato sənaye şəklində buraxılmır. Gelato ustaları (gelatyere) onu xüsusi yerlərdə (gelatterriya) hazırlayır və hazır olan kimi süfrəyə təqdim edirlər.
Slate
Slate — cari hadisələri, siyasət və mədəniyyəti əhatə edən ABŞ onlayn nəşri. 1996-cı ildə "The New Republic" nəşrinin keçmiş redaktoru Maykl Kinsli tərəfindən yaradılmışdır. Resurs əvvəlcə "Microsoft"a məxsus idi və MSN-nin bir hissəsi idi. 21 dekabr 2004 cü ildə nəşr "The Washington Post Company" tərəfindən satın alınmış və sonradan adı dəyişdirilərək "Graham Holdings Company" olmuşdur. "Slate" 4 iyun 2008 ci ildə "Graham Holdings Company" tərəfindən təsis edilmiş "The Slate Group" tərəfindən təhvil alınmışdır. "Slate"in baş ofisi Nyu Yorkda yerləşir və həmçinin Vaşinqtonda nümayəndəliyi var.
Acacia alata var. alata
Acacia alata (lat. Acacia alata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia alata var. alata Acacia alata var. genuina Meissner Acacia alata var. glabrata Seem. Acacia uniglandulosa Seem. & J.A.Schmidt Mimosa alata (R.Br.) Poir. Phyllodoce alata (R.Br.) Link == Yarımnövləri == Acacia alata var. alata Acacia alata var.