Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Proprioseiopsis pubes
Proprioseiopsis pubes (lat. Proprioseiopsis pubes) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. Proprioseiopsis pubes Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Zuben Əl-Cənubi
Zuben Əl-Cənubi (α Librae qısası Alpha Lib, α Lib) qoşa ulduzudur və "alfa" təyin edilməsinə baxmayaraq, Tərəzi bürcünün ikinci ən parlaq ulduz sistemidir (və ya ulduzudur). İki komponent α1 Tərəzi və α2 Tərəzi olaraq təyin edilmişdir. Sistem ənənəvi Zubenelgenubi /zuːˌbɛnɛldʒɪˈnuːbi/, adını daşıyırdı, baxmayaraq ki, Beynəlxalq Astronomiya İttifaqı indi bu adı yalnız α2 Tərəziyə şamil edir. Alfa² Tərəzi ekliptikadan 0,33 dərəcə şimalda yerləşir, ona görə də Ay və (çox nadir hallarda) planetlər tərəfindən gizlənə bilər. O, 25 oktyabr 1947-ci ildə Venera tərəfindən gizləndi bir planet tərəfindən növbəti okkultasiya Merkuri tərəfindən 10 noyabr 2052-ci ildə olacaq. Təxminən 7–9 noyabr tarixlərində hər iki komponent günəş tərəfindən tutulur (okkultasiya olunur). Beləliklə, ulduza mayın əvvəlində bütün gecə, səmanı keçərək baxmaq olar. == Nomenlaktura == α Tərəzi (Latın dilində Alpha Librae) sistemin Bayer təyinidir. Zubenelgenubi /ˌzuːbənɛldʒəˈnuːbi/, həmçinin Zuben Elgenubi olaraq tərcümə olunur, ərəbcə ّالزُبَانَى الجَنُوبِي əl-zubānā al-janūbiyy "cənub pəncəsi" sözündən götürülmüşdür. Alternativ ad Kiffa Australis (Elkhiffa Australis) ərəbcə əl-kiffah əl-cənubiyyah الكفة الجنوبية "cənub tavası [tərəzinin]" qismən Latın tərcüməsidir.
Buben
Buben — Musiqi aləti. Buben (rusca Бубен, ukraynca Бубон, slovencə boben, çexcə buben, polyakca bęben) qavala bənzər musiqi alətidir. Buben taxta və ya dəmir halqadan ibarətdir ki bununda tərəflərindən birinin üzərinə sıx şəkildə dəri çəkilmiş olur. (bəzən heçbir dəri olmur). Adətən əldə tutulur və digər ələ vuraraq və ya aləti sarsaraq səs çıxarılır. Bu alətdən adətən xalq musiqisində, orkestrlarda istifadə olunur. Səlib yürüşlərindən bəri Cənubi Avropa musiqisində və 19-cu əsrdən Qərb simfonik və mis musiqisində istifadə edilən qaval Yaxın Şərqdə və Yunan-Roma antik çağında yayılmış qədim zərb alətindən sonra modelləşdirilmişdir (bax: timpan). Toxmaq ilə döyülən oxşar dizaynlı qaval Sibir və Hindistan şamanlarının sehrli aləti kimi xidmət edir.
Güləş
Güləş — iki nəfərin əl-ayaq vasitəsilə digərini arxası üstə yıxmağa cəhd etdiyi idman növü. == Ümumi məlumat == Güləş idmanın ən qədim növlərindən biridir. Hələ eramızdan 2500 il əvvəl Misirdə güləş ilə məşğul olurdular. Qədim yunanlar da idmanın bu növünü sevirdilər. O vaxtlar adətən qumla örtülü meydançada güləşirdilər. İdmançıların çılpaq bədənlərinə qum yapışır və onların bədənləri nisbətən az sürüşkən olurdu; bu zaman idmançılar bir-birindən möhkəm yapışa bilirdilər. Pəhləvanlar meydanda dolaşır, elə bil ki, bir-birini başdan-ayağa süzür və birdən hücuma keçirdilər. Hər güləşçinin sevimli bir fəndi vardır[mənbə göstərin]. Biri öz rəqibinin ayağından tutmağa çalışır, o birisi isə onun başını qoltuğu altında sıxırdı. Rəqibinin çiynini, kürəyini və ya dizini üç dəfə yerə vuran güləşçi qalib sayılırdı.
Günəş
Günəş (simvolu: ) – Günəş sisteminin mərkəzində yerləşən ulduzdur. Günəş orta ölçülü ulduz olmaqla Günəş sisteminin kütləsinin 99,8%-ni təşkil edir. Günəş radiasiyası formasında Günəşdən yayılan enerji Yerdəki həyatın var olmasına və iqlimə əsaslı təsir göstərir. Bizim Qalaktikanın məlum olan təqribən 200 milyard ulduzundan biri olan Günəşin kütləsinin mütləq əksəriyyəti isti qazlardan ibarətdir. Günəş ətrafına istilik və işıq şəklində radiasiya yayır. Yerlə müqayisədə Günəşin diametri 109 dəfə, həcmi 1,3 milyon dəfə, kütləsi isə 333000 dəfə daha çoxdur. Günəşin sıxlığı Yerin sıxlığının 1/4-ü qədərdir. Günəş öz oxu ətrafında saatda 70000 km sürətlə hərəkət edir və bir dövrəsini təqribən 25 gündə tamamlayır. Günəşin səthinin istiliyi 5500 °C, nüvəsinin istiliyi isə 15,6 milyon °C-dir. Günəşdən ayrılan enerjinin 2,2 milyardda biri Yerə çatır.
Hubey
Hubey (çin. 湖北) — mərkəzi Çinin şərqindəki əyalət. Vilayətin hakimiyyət orqanı Uhanda yerləşir.
Həbəş
Həbəş (Meşkinşəhr)
Kubey
Kubey (v. 272) — 260-cı ildən 272-ci ilədək qəbilə başçısı idi. Huçuquanın hakimiyyəti dövründə Sağ Müdrik şahzadə idi. Qardaşı Baonun dövründə isə Sol Müdrik şahzadə oldu. Şərqi Xan imperiyasının dağılmasından sonra Tiefu konfederasiyasını qurdu və müstəqilləşdi. Kubeyin ölümündən sonra Tiefu konfederasiyası qərb və şərq qollarına ayrıldı.
Kukes
Kukes (alb. Kukësi) — Albaniyada şəhər. == Əhalisi == 2011-ci ildə şəhərin əhalisi 16,719 nəfər olmuşdur. == İdman == "Kukesi" futbol klubu bu şəhəri təmsil edir. Klub ev oyunlarını Kukesin 5000 tamaşaçı tutumuna malik "Zekir Emeri" stadionunda keçirir.
Kuleş
Kuleş — əsasə təkibi buğda və sala olan şorbadır. Vilyam Poxlyobnikin kulinariya kitabında kuleş sala ilə bişirilən nadir kaşalardan biridir (Belarusiyanın milli şorbası). Bəzi ölkələrdə bu şorbaya soğan əlavə edilir (Ukrayna və Cənubi Rusiya). == Yayıdlığı regionlar == Kuleş əsasən cənubi Rusiya regionunda xüsusilə Ukrayna-Rusiya sərhəddində, Belqradda, Voronej əyalətində, Rostov əyalətinin qərb hissəsində və Stavropolda, həmçinin Rusiyanın cənub, cənub-şərq hissəsində, Ukraynanın Çernoqoriya və Bryanda yayılmışdır. == Şorbanın adının mənası == Əhalinin əksər hissəsi onu kuleş adlandırır. Ancaq əksər insanlar xüsusilə Ukrayna və Rus dilində onu "pereverteni" adlandırır. Hal-hazırda Ukrayna əhalisi bu sözün mənasını belə bilmir. Əslində bu söz Avstriya mənşəli sözdür. Kyoleş alman dilində "millət" deməkdir. == Ədəbiyyat == Азбука домашнього господарювання.
Kureş
Kureş Tuva Respublikasının ənənəvi güləşidir. Sibirin cənubunda yayılmışdır. Sözün Tuva ilə qardaş olan, yəni eyni olan türk dilləri ilə əlaqələri var, məsələn, bu idman türklərin yağlı güləşi və tatarların koraşı ilə eynidir. (hamısı qədim türk dilindən alınmışdır).
Lübek
Lübek (alm. Lübeck‎ [ˈlyːbɛk]) — Almaniyanın şimalında (Şlezviq-Holşteyn federal torpağının cənub-şərqi) şəhər. Şəhər Şimali Almaniya ovalığında, Baltik dənizi sahilində Travemünde rayonunda axan Trave çayının mənsəbinin yaxınlığında yerləşir. Tarixə Hanza ittifaqının ən böyük mərkəzi kimi düşmüşdür. Əsas abidələri Almaniyada YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısına salınıblar. Lübek şəhəri 10 rayona bölünür. == Əhali == 2015-ci il hesablamalarına görə, şəhərdə 216,253 nəfər əhali yaşayır.
Mureş
Mureş (judets) — Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. Mureş (çay) — Şərqi Avropada 789 kilometr uzunluğunda çay.
Ribes
Qarağat (lat. Ribes) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinə aid bitki cinsi. 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli çoxbudaqlı kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Qarağat mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır.
Rubas
Rubas (keçmişdə Xoşmənzil adlanırdı) – Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. 2002-ci il əhali siyahıyaalınmasına əsasən sakinlərinin sayı 3.326 nəfər olmuşdur. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən tərkib baxımından kənd əhalisini azərbaycanlılar, tabasaranlılar və ləzgilər təşkil edir.
Rubens
Piter Paul Rubens (nid. Pieter Paul Rubens; 28 iyun 1577, Ziqen[…] – 30 may 1640[…], Antverpen, Brabant hersoqluğu[d]) — öz əsərlərində Avropada barokko dövrünün canlılığını və həssaslığını əks etdirmiş flamand rəssamı. Rubensin yaradıcılığı Breygel realizmi ilə Venesiya məktəbinin qarışığından ibarətdir. Mifologiya və din mövzusundakı böyük əsərləri ilə yanaşı, həm də portret və peyzaj ustası kimi də tanınır. 1577-ci ildə Zigendə (Vestfaliya, indiki Almaniya ərazisi) anadan olmuşdur. O, hüquqşunas Yan Rubensin yeddinci övladı idi. Rubenslər ailəsi uzun müddət Antverpendə yaşamış 1568-ci ildə Köln şəhərinə köçmüşdür. Bu müddət ərzində Yan protestantlığa meyil etməyə başlamışdı ki, bu da katolik cəmiyyətinin xoşuna gəlmirdi. Odur ki, Yan Rubens ailəsi ilə İspaniyaya köçdü. Yanın vəfatından sonra həyat yoldaşı Mariya uşaqları ilə birlikdə Antverpenə qayıtır, lakin həmin vaxt Mariyanın cəmi üç uşağı — on üç yaşlı Filip və doqquz yaşlı Piter Paul və onların böyük bacıları Blandina qalmışdı, digərləri hələ uşaq ikən ölmüşdülər.
Rubus
Moruq (lat. Rubus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda həm yabanı, həm də mədəni şəkildə yayılmışdır. Tünd-qırmızı rəngli, turşməzə meyvələri olur. Meyvələri qurudulan zaman bozumtul-qonur rəngə çevrilir. Ən əla keyfiyyətli meşə moruğu hesab olunur. Meşə moruğunun meyvələri xırda olsa da, çox şirəli, şirin və ətirlidir. Meyvələri avqust ayında yetişir. Moruğun meyvələrini günəşli quru havada, tam yetişən dövrdə yığmaq lazımdır. Qurudulması isə o qədər də isti olmayan sobalarda və ya xüsusi quruducularda aparılmalıdır.
Tubus
Tunes
Tunes (lat. Thunnus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin skumbriyakimilər dəstəsinin skumbriyalar fəsiləsinə aid heyvan cinsi. Tunes balıq sənayesində mühüm rol oynayır. Onların çox ovlanması bir neçə tunes tövünün nəsli kəsilmək təhlükəsi yaradıb. Tunesin cinsinə aid bəzi fərdlərin uzunluğu 3,5 metrə çatır. Dünyada qeydə alınan ən böyük kütləyə malik tunesin kütləsi 635 kq olub.
Təbəs
Təbəs-İranın Cənubi Xorasan ostanının şəhərlərindən və Təbəs şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 30,681 nəfər və 7,962 ailədən ibarət idi.
Zaqes
Zaqes (gürc. ზაჰესი ზაჰესი, Zaqsi) — Gürcüstan, Tbilisi şəhərinin inzibati tabeliyindəki şəhər tipli qəsəbə. Qəsəbə Tbilisi bələdiyyəsinin (bölgəsinin) şimalında, Kür çayının sahilində yerləşir. 1967-ci ildən bəri şəhər tipli qəsəbənin statusuna malikdir. 2008-ci ilə qədər Mtsxeta-Mtianeti bölgəsinin Mtsxeta bələdiyyəsinin bir hissəsi idi. 2008-ci ildə Tiflis bölgəsinə daxil edildi. Mövcud statistikada qəsəbə Tbilisi şəhərinin daxilində hesaba alınır. Kənd Zemo-Avçal Su Elektrik Stansiyasında və ya ZASES-də (rusca ZAQES) yaradıldı.
Çubər
Çubər — İranın Gilan ostanında yerləşən şəhər. Çobar əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 1,481 nəfər yaşayır (374 ailə).
Çükəş
Çükəş — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd. Çükəş Astara rayonunun Pəlikəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Talış dilindəki cu (ağac, taxta) və kəş (qoşqu ləvazimatı) sözlərindən düzəlib. Görünür, qoşqu ləvazimatının taxtadan olan hissəsi bu kənddə düzəldiyi üçün kənd belə adlandırılmışdır. Rüstəm Əzizov (1995–2014).
Zabel
İzabella (erm. Զապել; 25 yanvar 1216, 25 yanvar 1217, 1212 və ya 1213, Kozan – 23 yanvar 1252, Kozan, Kilikiya Erməni Çarlığı) — həmçinin İzabel və ya Zabel kimi də tanınır, 1219-cu ildən 1252-ci ildə ölümünə qədər Erməni Kilikiya Çarlığının kraliçası. O, Bağraslı Adəmin hökmdarlığı altında kraliça elan edildi. O, öldürüldükdən sonra Baberonlu Konstantin (Hetumilər sülaləsindən) qəyyum seçildi. Bu məqamda III Rubenin nəvəsi (Zabelin atası Kral I Levonun böyük qardaşı) Raymund-Ruben Kilikiya taxtını özü üçün iddia etməyə cəhd etdi, lakin o, məğlub oldu, əsir düşdü və edam edildi. Baberonlu Konstantin tezliklə Antakya şahzadəsi IV Boemund ilə ittifaq axtarmağa istədi və o, gənc şahzadə ilə IV Boemunun oğlu Filip arasında evlilik təşkil etdi. Filip isə ermənilərin həssaslığını toxundu, hətta kral sarayını qarət edərək kral tacını Antakyaya göndərdi; buna görə də o, Sis (indiki Türkiyənin Kozan şəhəri) həbsxanasına salındı, ehtimal ki, zəhərlənərək öldürüldü. Məyus olmuş gənc Zabel Barbaronun oğlu Hethum Konstantinlə evlənmək məcburiyyətində qaldı. Uzun illər onunla yaşamaqdan imtina etsə də, sonda o, bunu qəbul etdi. Kilikiyanın iki əsas sülalə qüvvələrinin (Rubenilər və Hetumilər) nikahında aşkar birləşməsi bir əsrlik sülalə və ərazi rəqabətinə son qoydu və Hetumiləri Kilikiya Ermənistanında siyasi hökmranlığın ön sırasına gətirdi.
Ruben
Ruben — ad. Ruben Vardanyan — erməni biznesmen. Ruben Stepanyan — erməni sovet bəstəkarı və dirijoru. Ruben Ayrapetyan — Ermənistan parlamentinin deputatı (2007–2012) Ruben Sənəmyan — Ermənistan hərbçisi, kapitan, Ermənistanın Milli Qəhrəmanı. Ruben Orbeli — Sovet arxeoloq, tarixçi və hüquqşünası. Ruben Rubenov — sovet partiya və dövlət xadimi. Ruben Fleyşer — Amerika kinorejisoru, kino prodüseri, televiziya prodüseri Ruben Arado — Kubanı təmsil edən stolüstü tennisçi. Ruben Roka — Kubalı keçmiş üzgüçü. Ruben Madsen — Danimarkanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ruben Berrios — Puerto-Riko siyasətçisi, vəkil Ruben Yanyes — "Real Madrid"" futbol klubunun qapıçısı.
Rubus subg. Rubus
Böyürtkən (lat. Rubus subg. Rubus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. Böyürtkən və moruğun 250-dən çox növü vardır. Yabanı halda Asiya, Avropa və Amerika qitələrində geniş yayılmışdır. Qərbi Sibir, Qazağıstan, Orta Asiya və Qafaqazda yetişir. Azərbaycanın bütün zonalarında böyürtkən kolluqları vardır. Onun Azərbaycanda 15 növü yayılmışdır. Böyürtkən may ayından başlayaraq, avqusta qədər çiçəkləyir. Çiçəkləri ağ və ətirlidir.