Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İqlika boğazı
İqlika boğazı (bolq. проток Иглика, ‘Protok Iglika’ \'pro-tok i-'gli-ka\) — Antarktidanın Cənubi Şetland adalarında, Livinqston adası ilə Zed adaları qrupunun arasında yerləşən boğazdır. Livinqston adasının Varna yarımadasındakı Vilyams zirvəsindən və Lesidren adasından 1.53 km məsafədə yerləşmişdir. Boğaz Bolqarıstanın şimal, şimal-şərq və cənub-şərqində yerləşən İqlika qəsəbələrinin adını daşıyır. İqlika boğazı Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. L.L. Ivanov. Antarctica: Livingston Island and Greenwich, Robert, Snow and Smith Islands. Scale 1:120000 topographic map. Troyan: Manfred Wörner Foundation, 2009. ISBN 978-954-92032-6-4 60° S cənub enliyindəki Antarktida adalarının siyahısı ATEK Bulgarian Antarctic Gazetteer.
IBList
IBList (en. Internet Book List) – İnternetdə ədəbiyyat üzrə verilənlər bazasıdır (VB). 2003-cü ildə Patrik Ros tərəfindən yaradılmışdır. 2007-ci ilin noyabr ayının axırlarına olan məlumata görə IBList onlayn ensiklopediyasında 60 min kitab, 18 min müəllif və 4400 kitab seriyaları haqqında məqalə vardır. Ensiklopediyaya həm də çoxlu sayda müxtəlif hekayələr, kitablar haqqında müxtəlif müəlliflərin fikirləri və s. daxil edilmişdir. Obyektlərin strukturlaşdırılması reytinqə, janra, kitab və ya əsərin adına, müəllifin ad və soyadına görə aparılır. Qeydiyyatdan keçmiş istifadəçilər ensiklopediyada hər hansı əsər haqqında fikirlərini yaza bilərlər. Eyni zamanda IBList-in VB-na yeni kitabların, müəlliflərin və məqalələrin daxil edilməsi haqqında təkliflərini verə bilərlər. Bu təkliflər saytın idarəçiləri tərəfindən öyrənilir.
Lalisa
Lalisa (albom)
Xalisa
Xalisa — Vedibasar mahalının Vedi rayonunda kənd. Xalisa - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 10 km cənub-şərqdə, Vedi çayından ayrılan arxın yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. (Erməni mənbələrində) Erməni əsilli kəndin başqa adının Xalisa Gyuley yurd olduğu göstərilir. Toponim «dövlət torpağı, dövlətə məxsus olan yer» mənasında işlənən ərəb mənşəli xalisə sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. Xalisa kəndindəki 1925-ci ildən fəaliyyətə başlayan ibtidai məktəb 1934-1935-ci tədris ilində yeni istifadəyə verilən məktəb binasında (Köhnə məktəb) yeddiillik məktəbə çevrilmişdir. Yeddiillik məktəb 1963-1964-cü tədris ilində səkkizillik məktəbə çevrilmişdir. Kənddə 1831-ci ildə 149 nəfər, 1873-cü ildə 864 nəfər, 1886-cı ildə 960 nəfər, 1897-ci ildə 1165 nəfər, 1904-cü ildə 957 nəfər, 1914-cü ildə 1053 nəfər, 1916-cı ildə 1159 nəfər azərbaycanlı yaşamışdır.
İqtisad
İqtisadiyyat — istehsal üsullarının fərqləndirilməsi xüsusiyyətləridir. İqtisad elminin adı bu sözdən, termindən alınmışdır. Geniş mənada iqtisadiyyat bütün iqtisadi bilik sahələrinin, eləcə də iqtisadi nəzəriyyənin öyrəndiyi, araşdırdığı obyektdir. Elm tarixində ilk dəfə iqtisadiyyat sözünü, anlayışını qədim yunan alimləri işlətmişlər. O, Ksenofontun (e.ə-430–355) "Ev təsərrüfatı" və ya "Ev iqtisadiyyatı" deyilən əsərinin adından götürülmüş, sonra Aristotel (384–322) tərəfindən geniş şərh edilmişdir. Yunan sözü olan "Oykonomiya" iki sözdən- "oykos" (ev, təsərrüfat) və "nomos" (qayda, qanun) söz birləşmələrindən yaranmışdır. Bu mənada "Ekonomika" antik dövrün qul əməyinə əsaslanan ailə təsərrüfatının, ən çox natural təsərrüfat münasibətlərini ifadə edirdi. Təsərrüfat və onun idarəedilmə qanunları mənasını daşıyan bu anlayış sonralar mürəkkəb və geniş bir fəaliyyət dairəsini, bütövlükdə iqtisadiyyat mənasını ifadə etməyə başlamışdır. Hazırda dünyanın əksər ölkələrində, müxtəlif dillərdə "Ekonomiks" geniş anlamlı bir kateqoriya kimi işlədilməkdədir. Bizim və bir çox islam ölkələri xalqlarının dilində "ekonomika" ərəb dilindən alınmış "iqtisadiyyat", "iqtisad" kimi sözlərlə ifadə olunur.
Oglifa
Filago (lat. Filago) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Dağ tundra iqlimi (iqlim tipləri)
== iqlim tipləri == Planetimizin 11 əsas iqlim tipindən 9 - nə respublikamızda rast gəlinir. İqlim şəraitinin bu cür müxtəlifliyi və zənginliyi Azərbaycanın kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafına əlverişli şərait yaradır. == Dağ tundra iqlimi == Dağ tundra iqlimi. Dəniz səviyyəsindən 2700 m-dən yuxarıda yüksək dağlıq zona üçün səciyyəvidir və Böyük və Kiçik Qafqaz vilayətlərində, qismən Naxçıvan MR-da (3200 m-dən yuxarıda) rast gəlinir; əsasən ifrat rütubətlənmə (Ə=150-200% və daha çox) ilə fərqlənir. Qış və yay sərin olur. 10º-dən yuxarı temperatur cəmi 0-4000, Naxçıvanda isə 0-800º arasında dəyişir.
İblis
İblis — göylərdən qovulmuş və Allahın düşməninə çevrilmiş, dindarları düz yoldan azdıran dindarları düz yoldan azdıran mələk yada cin adıdır. Xristianlardakı satananın sinonimidir. İblisin əsl adı Haris, Halis və ya Həris olmuşdur. İblis isə şeytanın balalarının və köməkçilərinin adıdır. İblis, Allahın yaratdığı ilk insana — Adəmə təzim etmək barədə Onun əmrindən çıxmışdır. Buna görə də o, göylərdən qovulmuş və cəhənnəm əzabına düçar edilmişdir. Lakin iblis Allahdan cəzalandırılması üçün Məhşər (Qiyamət) gününədək möhlət istəmiş və and içmişdir ki, Yer üzərində insanları yollarından azdıracaq. Qurani-Kərimdə səksən səkkiz yerdə şeytan (on biri iblis olmaqla) kəliməsi keçir. Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır .
İlisu
İlisu — Azərbaycan Respublikasının Qax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kənd bir yaşayış məskəni kimi XIII əsrdə yaranmışdır. Ərazidə ilk məskunlaşanlar İlisudan 3 km-lik bir məsafədə vaxtilə mövcud olmuş indi isə Kəndtala (Orta Könə) adlandırılan ərazidə yaşayan insanlar olmuşlar. Daha sonra həm yerli azərbaycanlıların və Dağıstanın Saxur rayonundan köçüb gəlmiş saxurların yerləşməsi nəticəsində formalaşmışdır. Yaşayış məntəqəsi buradakı İlisu bulaqlarının adı ilə adlandırılmışdır. Toponim qıpçaq sözü olan ili (isti) və su sözlərindən düzəlib, "isti su" deməkdir. Türk dillərində "ilisu" həm də "yel suyu" mənasındadır. Kürmük çayının sahilində, Baş Qafqaz silsiləsinin cənub yamacında, Kürmükçay və Ağçayın (Hamamçay) kəsişdiyi yerdə, dörd tərəfdən dağlarla əhatə olunmuş bir çay terrasında yerləşir. Kəndin nadir flora və faunaya malik olmasını nəzərə alaraq, Azərbaycan hökuməti İlisu dövlət qoruğunun yaradılması haqqında qərar qəbul etmiş (20 fevral, 1987-ci il, № 57), sonra qoruğun sahəsi Nazirlər Kabinetinin xüsusi sərəncamı ilə daha da genişləndirilmişdir (31 mart, 2003-cü il, № 48). Kəndin şöhrəti bir sıra amillərlə bağlıdır: füsunkar təbiətə malik olması; kənd əhalisinin qədim türk-oğuz dialektinə məxsus olması; 300 ilə yaxın bir dövrü əhatə edən "İlisu soltanlığının" mərkəzi olması; ən qədim dünyəvi və dini elm-təhsil ocaqları ilə tanınması; bütün dünyaya səpələnmiş alimləri, ictimai-siyasi, mədəniyyət və s.
İqlid
İqlid- İranın Fars ostanının şəhərlərindən və İqlid şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 49,709 nəfər və 1,497 ailədən ibarət idi.
İqlim
İqlim (yun. κλίμα (klimatos) — havanın çoxillik rejimi. Hava şəraitinin bir-birini əvəz edən bütün müxtəlifliklərinin məcmusu. Planetar miqyasda, zonalar daxilində iqlim makroiqlim adlanır. Müəyyən coğrafi landşaft üçün xarakterik olub bir və ya bir neçə meteoroloji stansiyanın məlumatı ilə səciyyələndirilə bilən iqlim -məhəlli iqlim (mezoiqlim də adlanır), kiçik sahələrdə (tarla, yamac, təbii və süni göllər, sahil, şəhər və s.) havanın yer səthinə yaxın təbəqəsinin iqliminə isə mikroiqlim deyilir. İqlimyaradıcı amillər günəş radiasiyası, hava axınları, ərazinin mövqeyi, səth örtüyünün vəziyyəti və sairədir. Əsas iqlimyaradıcı proseslər isə atmosferin ümumi dövranı və rütubət dövranıdır. İqlim təsir göstərən coğrafi amillər-coğrafi en dairələri, relyef, dəniz səviyyəsindən hündürlük, quru və su səthinin paylanması, dəniz və okean axınları, bitki və torpaq örtüyünün xarakteri, qar örtüyü və havanın tərkibidir. İqlimin əsas elementləri: günəş radiasiyası (işıq, istilik), atmosfer çöküntüləri və atmosfer təzyiqi, havanın rütubətliyi, torpağın rütubətliyi, havanın sirkulyasiyası (külək), atmosfer təzyiqi. İqlim amilləri biosenozun inkişafı üçün şərait yaradır.
Alisa
Alisa — ad. Alisa Xalıyeva — Azərbaycanı təmsil edən üzgüçü. Alisa Paqani — İtaliya aktrisası, fotomodeli və yazıçısı.
Dəniz iqlimi
Dəniz iqlimi — okeanın atmosferə təsiri çox olan şəraitdə yaranan iqlim. Dəniz iqlimi kontinental iqlimdən fərqli olaraq havanın gündəlik və illik temperatur fərqlərinin azlığı, yayda nisbi rütubətliyin çoxluğu, çox yağıntılı və buludlu olması ilə fərqlənr. Dəniz iqlimində dəniz tərəfindən əsən küləklər üstünlük təşkil edir Dəniz iqliminin quruya təsiri, əsasən, atmosferin yer səthi boyu dövr etməsi nəticəsində yaranır. Dəniz iqlimi materiklərin içərilərinə doğru hərəkət etdikcə tədricən kontinental iqlimə keçir. Eyni coğrfi enlikdə yerləşən quruya nisbətən okean üzərində havanın rütubətliyi və illik yağıntının miqdarı daha çoxdur.
Estoniyanın iqlimi
Estoniyada mülayim-dəniz iqlimindən mülayim-kontinentala keçid tipi hakimdir. Ölkə ərazisində qış mülayim, yay isə sərin keçir. == Ümumi məlumat == Ölkə ümumən mülayim qurşaqda yerləşir. Şimaldan və qərbdən Baltik dənizinin suları ilə əhatə olunusada, ərazidə iqlimin formalaşmasında atlantik okeanından gələn siklonlar əsas rol oynayır. Dənizə yaxınlığı rütubətlənmə əmsalını yüksək edir. Estoniyada qiş Qolfstrim cərəyanının hesabına daha mülayim keçir, nəyin ki, Avrasiya materikinin daxili rayonlarında. İlin ən isti ayı - iyul, soyuq ay isə - fevraldır. Buludlu və və dumanlı günlər üstünlük təşkil edir. === Havanın temperaturu === 1961-1990-cı illər ərzində aparılmış müşahidələrə əsasən Estoniya ərazisində havanın orta illik temperaturu +4,1 °C-dən +6,3 °C, 1981—2010-cu illər ərzində isə +4,9 °C-dən +7,1 °C olmuşdur. Ən yüksək orta illik temperatura Saaremaa və Hiyumaa (+6...+7), ən aşağı göstərici isə - Lyaene-Virumaa və Yıgevamaa (+4,9...+5,3 °C) rayonları ərazisində qeydə alınmış.
Kosovonun iqlimi
Qismən müstəqilliyi tanınmış Kosovo Respublikası elə də böyük bir sahəyə malik deyildir. Bununla belə qəliz relyef strukturu Kosovonun iqlim rəngarəngliyinə səbəb olur. Kosovo şimal yarımkürrəsinin mərkəzi hissəsinin cənubunda yerləşir. Onun iqliminə Aralıq dənizi iqlimi və kontinemtal iqliminin təsiri böyükdür. İqliminə təsir göstərən digər təsirlər isə onun Avrasiya, Afrika və Atlantik okeana onan məsafənin eyni olmasıdır. Azda olsa relyef, hiqrologiya, düzənliklər və bitki örtüyü onun iqliminə təsir göstərir. == İqlim vilayətləri == İbar çayı regionu kontinental iqlimin təsirinə məruz qalır. Bu səbəbdən burada qışı olduqca sərt keçir. Burada qışın orta aylıq temperatu −10 °C, bəzən isə −26 °C olur. Yayda isə orta aylıq temperatur 20 °C, bəzən isə 37 °C olur.
Lalisa (albom)
Lalisa – Cənubi Koreyanın Blackpink qız qrupunun üzvü olan taylandlı repçi və müğənni Lisanın ilk albomu. YG Entertainment və Interscope Records tərəfindən 10 sentyabr 2021-ci ildə yayımlanmışdır. == Solo çıxışından əvvəl == 19 aprel 2021-ci ildə YG Entertainment-in bir əməkdaşı Cənubi Koreya media orqanı The Korea Herald-a açıqlamasında Lisanın qruplarından üçüncü solist olaraq debüt edəcəyini (qrup yoldaşları Cenni və Roze-dən sonra) və daha sonra rəsmi olaraq təqvimləri elan ediləcəyi bildirdi. 12 İyulda Star News vasitəsilə, etiketində, klipinin çəkilişlərinin davam etdiyi ortaya çıxdı. İyulun 25-də müğənni bir səsyazma studiyasında çəkdiyi iki şəkli İnstagram hekayələrinə yüklədi, burada ekranda iki fərqli səs dalğasının yanında "Mənim adım nədir?" yazısı albomun başlığına işarə etdi. == Buraxılış və tanıtım == 25 avqust 2021-ci ildə YG Entertainment, albomun adı ilə adlandırılan bir tizer posteri yüklədi. 27 Avqustda YG albomun vizual anlayışlarından birini nümayiş etdirən 26 saniyəlik bir tizer buraxdı.30 Avqustda YG tərəfindən albomun baş mahnısının da "Lalisa" adlandırılacağı təsdiqləndi. Tam tracklist 5 sentyabrda yayımlandı. Albom 10 sentyabrda YG və Interscope vasitəsilə eyniadlı sinqlının klipi ilə birlikdə yayımlandı. Solo çıxana qədər Lisa ilə albom və klip haqqında danışmaq üçün sosial media platformalarında V Live və TikTok -da onlayn olaraq geri sayma tədbiri keçirdi.
Lalisa (dəqiqləşdirmə)
Lalisa (albom)
Lalisa (mahnı)
"Lalisa" Cənubi Koreyanın Blackpink qız qrupunun üzvü, taylandlı reper və müğənni Lisanın debüt sinqlidir. 10 sentyabr 2021-ci ildə YG Entertainment tərəfindən eyni adlı debüt sinql albomunun aparıcı sinqlı kimi buraxıldı. Bekuh Boom və "24" ilə birlikdə YG-nin uzun müddətdir əməkdaşlıq etdiyi Teddi Pak tərəfindən yazılan və istehsal olunan "Lalisa" tay mədəniyyətindən təsirlənən dinamik hip hop treki kimi xarakterizə olunur. Mahnı musiqi tənqidçilərindən qarışıq rəylər aldı, onların çoxu Lisanın performansını yüksək qiymətləndirdi, lakin bəziləri mahnının bəstəsini və istehsalını tənqid edirdi. Kommersiya baxımından "Lalisa" ABŞ-nin Billboard Hot 100-ə 84-cü sırada daxil oldu və Billboard Global 200-də 2-ci yerə yüksəldi. Müşayiət edən musiqi videosu sinqlin buraxılması ilə eyni vaxtda Blackpink-in youTube kanalına yükləndi. İlk 24 saat ərzində videoya 73,6 milyon baxış olub, platformada bir solist tərəfindən bir gündə ən çox baxış toplanıb. == Arxa plan və buraxılış == Qrup yoldaşı Roze-nin 2021-ci ilin martında debüt tək albomunun buraxılmasından sonra solo ifaçı kimi debüt edən növbəti üzv kimi Lisaya diqqət yetirildi. Aprelin 19-da The Korea Herald tərəfindən dərc edilən məqalədə YG Entertainment-in nümayəndəsi Lisanın qrupunun üçüncü solisti kimi debüt edəcəyini açıqladı və proqramları ilin sonunda bildirişlə rəsmi olaraq elan ediləcək. İyulun 25-də Lisa studiyada özünü əks etdirən iki şəkli instaqram hekayələrinə "Mənim adım nədir?" başlığı ilə yükləyərək, onun qarşıdan gələn buraxılışının başlığına işarə etdi.Avqustun 25-də YG, solo debüt sinql albomunun adının Lalisa olacağını təsdiqlədi.Daha sonra agentlik albomun trek siyahısını açıqladı və eyni adlı sinqlın başlıq treki kimi xidmət göstərəcəyini açıqladı.Mahnı 10 sentyabr 2021-ci ildə buraxıldı və rəqəmsal yükləmə, yayım üçün əlçatan oldu.
Lalisa Manobal
Lalisa Manobal və ya Lisa (tay ลลิษา มโนบาล; tay ปราณปรียา มโนบาล; 27 mart 1997) — 2016-cı ildə YG Entertainment tərəfindən qurulan Cənubi Koreyalı qız qrupu "Blackpink"-in ana rəqqasəsi, reperi və yaşca ən kiçik üzvüdür. Lisa 2021-ci ilin sentyabrında "Lalisa" adlı tək albomu ilə solo debütü etdi. Albom Cənubi Koreyada satışa çıxarıldığı həftə ərzində 736.000-dən çox nüsxə satdı və o, bunu edən ilk qadın sənətçi oldu. Eyni adlı aparıcı sinqlı üçün klip çəkildi. Yayımlandığı ilk 24 saat ərzində YouTube-da 73,6 milyon baxış oludu və bu solo ifaçı tərəfindən platformada ilk 24 saat ərzində ən çox baxılan musiqi videosu olub. Lisa "Lalisa" sinqlı ilə 2 Ginnes Rekordu qırıb:"24 saat ərzində solo ifaçının YouTube-da ən çox baxılan musiqi videosu" və "Solo K-pop ifaçısının 24 saat ərzində ən çox baxılan YouTube musiqi videosu". Eyni zamanda "Lalisa" musiqisi ilə Lisa "MTV Musiqi Mükafatları"-da "Ən yaxşı K-pop" mükafatını qazanaraq bu mükafata layiq görülən ilk K-pop solo sənətçisi oldu. == Həyatı == === İlk illəri === Pranpriya Manobal 27 mart 1997-ci ildə Taylandda doğulub. Uşaq ikən adı Lalisa olaraq dəyişdirilib. 3 yaşındaykən atası vəfat edib və Banqkoka köçüb.
Lalisa Manoban
Lalisa Manobal və ya Lisa (tay ลลิษา มโนบาล; tay ปราณปรียา มโนบาล; 27 mart 1997) — 2016-cı ildə YG Entertainment tərəfindən qurulan Cənubi Koreyalı qız qrupu "Blackpink"-in ana rəqqasəsi, reperi və yaşca ən kiçik üzvüdür. Lisa 2021-ci ilin sentyabrında "Lalisa" adlı tək albomu ilə solo debütü etdi. Albom Cənubi Koreyada satışa çıxarıldığı həftə ərzində 736.000-dən çox nüsxə satdı və o, bunu edən ilk qadın sənətçi oldu. Eyni adlı aparıcı sinqlı üçün klip çəkildi. Yayımlandığı ilk 24 saat ərzində YouTube-da 73,6 milyon baxış oludu və bu solo ifaçı tərəfindən platformada ilk 24 saat ərzində ən çox baxılan musiqi videosu olub. Lisa "Lalisa" sinqlı ilə 2 Ginnes Rekordu qırıb:"24 saat ərzində solo ifaçının YouTube-da ən çox baxılan musiqi videosu" və "Solo K-pop ifaçısının 24 saat ərzində ən çox baxılan YouTube musiqi videosu". Eyni zamanda "Lalisa" musiqisi ilə Lisa "MTV Musiqi Mükafatları"-da "Ən yaxşı K-pop" mükafatını qazanaraq bu mükafata layiq görülən ilk K-pop solo sənətçisi oldu. == Həyatı == === İlk illəri === Pranpriya Manobal 27 mart 1997-ci ildə Taylandda doğulub. Uşaq ikən adı Lalisa olaraq dəyişdirilib. 3 yaşındaykən atası vəfat edib və Banqkoka köçüb.
Lippia incisa
Phyla nodiflora (lat. Phyla nodiflora) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin phyla cinsinə aid bitki növü. == Sinonimləri == Bertolonia crassifolia Raf. Blairia nodiflora (L.) Gaertn. Diototheca repens (Bertol.) Raf. Lantana larranagae Moldenke Lantana repens Sessé & Moc. Lantana repens Larrañaga Lantana sarmentosa Spreng. ex C.B.Clarke [Spelling variant] Lippia aegyptiaca Carrière Lippia fruticosa (Mill.) K.Kenn. ex R.W.Sanders Lippia incisa (Small) Tidestr. Lippia incisa (Small) E.D. Schulz Lippia litoralis Phil.
Macarıstan iqlimi
Macarıstan iqlimi ölkənin yerləşdiyi coğrafi mövqeyi ilə əlaqədərdır. Macarıstan Mərkəzi Avropanın qərbində yerləşir. Yerləşdiyi mövqeyi ilə istər qütbdən istərsə eyni məsafədə yerləşir. Üstəlik Atlantik okeandan 1000 km uzaqlıqda yerləşir. Macarıstan sərhədindən ən yaxın dənizə olan məsafə 500 kilometrdir. İqlimi qolosen dövründə formalaşmışdır. Macarıstan iqlimi kontinental, okean və aralıqdəniz iqliminin qarışığından formalaşmışdır. Nəticədə burada iqlim olduqca dəyişkəndir. == Təsir göstərici faktorlar == Macarıstan iqliminə təsir göstərən iki faktor vardır. Bunlardan biri ölkənin Aralıq dənizindən olan məsafə və qərb küləklərinin gətirdiyi yağıntılardır.
Maltanın iqlimi
Malta Köppen iqlim sinifləndirməsinə görə olduqca mülayim qışı və isti yayı ilə Aralıq dənizi iqliminə malikdir. Yağınıt əsasən qışda olur, yay isə ümumiyyətlə quru olur. Troll-Paffen iqlim təsnifatına və Sieqmund/ Frankenberq iqlim təsnifatına görə, Malta 35º şimal enliyində olan subtropik zonada yerləşir. == Temperatur == Orta illik temperatur gündüz 23 °C (73 °F) , gecə isə 16 °C (61 °F) ətrafındadır (Avropadakı ən isti temperatur ortalamalarından biridir). Ən soyuq ayda -Yanvarda gündüz maksimum temperatur 12–20 °C (54–68 °F), gecə minimum temperatur isə 6–12 °C (43–54 °F) təşkil edir. Aprel ayı gündüz 17–22 °C (63–72 °F), gecə isə 10–14 °C (50–57 °F) arasında temperatur ilə başlayır. Noyabrda temperatur gündüzlər 17–23 °C (63–73 °F) , gecələr isə 11–18 °C (52–64 °F) olur. Lakin ilin qış aylarında (dekabr, yanvar, fevral) temperatur bəzən 20 °C (68 °F)-ə çatır. Mart ayı keçidlidir, isti isti ilə, gündəlik maksimumlar tez-tez 20 ° C-dən (68 ° F) çox olur. Mart isti temperatur ilə keçid ayıdır və gündəlik tez-tez 20 °C (68 °F)-i keçir.
Mark İnglis
Mark İnglis (27 sentyabr, 1959) — alpinist 1982-ci ildə Yeni Zelandiyada Mount Cook dağına səyahəti zamanı ayaqlarının donması nəticəsində, Mark İnglis, iki ayağını da birdən itirir. Lakin buna baxmayaraq, o 2006-cı ildə planetin ən hündür zirvəsi olan Everestə ayaqsız qalxmağı qət edir. 6400 metr yüksəklikdə Markın bir protezi sınır. Xoşbəxtlikdən o özü ilə ehtiyat hissələrini götürür, beləliklə, sınmış protezi bərpa edir. Bir çox çətinliklərə görə ekspedisiya 40 gün çəkir. Bununla da Everest zirvəsini ayaqsız fəth edən ilk alpinist kimi yadda qalır.
Melisa Makkarti
Melisa Makkarti (ing. Melissa McCarthy; doğ. 26 avqust 1970, İllinoys, ABŞ) — ABŞ aktrisası.