Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İzmir
İzmir — Türkiyənin ən böyük üçüncü şəhəri. İzmir ilinin mərkəzində yerləşir. 2017 TÜİK məlumatlarına görə, İzmirin əhalisi 4.279.677 nəfərdir. Anadolu yarımadasının qərbində, Egey Dənizi bölgəsinin ortasında yer alan və İzmir körfəzi ətrafında yerləşən şəhər, hər il İzmir Beynəlxalq Sərgisini təşkil edən mühüm bir liman şəhəridir. Ərazisi olaraq ölkənin iyirmi üçüncü böyük ilidir. Qərbində Egey dənizi və Egey adaları, cənubunda Aydın, şimalında Balıkəsir, şərqində isə Manisa yerləşmişdir. İzmirin qərbində dənizi, çimərlikləri və termal mərkəzləri ilə məşhur olan Qaraburun yarımadası uzanır. Qədim Dünya dövrünün ən məşhur şəhərləri arasında yerləşən Efes, Roma İmperiyası dövründə dünyanın ən böyük şəhərlərindən biri idi. Bütün İoniya mədəniyyətinin zənginliklərini özündə saxlayan Efes, sıx bədii tədbirlərlə də adını eşitdirirdi. Bu məqsədlə də bu şəhərə "Gözəl İzmir", "Qədim İzmir" və ya "la Perle de l'Ionie" (İoniyanın İncisi) adlanırdı.
İzmit
İzmit ― Türkiyədə şəhər. 2008-ci il məlumatına əsasən əhalisinin sayı 373 034 nəfərdir. Araşdırmalar nəticəsində məlum olub ki, insanlar İzmit və ətraflarında təxminən eramızdan əvvəl 3000-ci ildən bəri yaşayırlar. Qədim dövrlərdə İzmitin yerləşdiyi yer Bitiniya adlanan bölgədə idi. İzmitin eramızdan əvvəl 12-ci əsrə qədərki dövrləri onun qaranlıq dövrləridir. Eramızdan əvvəl 12-ci əsrdə frigiyalılar burada məskun idilər, lakin siyasi təşkilat qura bilmədiklərindən burada uzun müddət hökmranlıq edə bilmədilər. Bitiniya padşahının ölümündən sonra onun yerinə böyük oğlu Nikomed gəldi. Nikomed qarət nəticəsində indiki İzmitin yerləşdiyi bölgədə Astakozla üzbəüz yeni daha təhlükəsiz şəhər qurdu. Nikomedia adlanırdı və Bitiniyanın paytaxtı oldu. Strabonun əsərində ( Coğrafiya , XII, 52-53) Nikomediya kimi qeyd olunan şəhərin adı türk mənbələrində Harizmi Nikumudiya, Şerif el-İdrisi Nikumudiyye və İbnül-İbruziyyə kimi qeyd olunur.
İznav
İznav (fr. Izenave) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Tuasse kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01191. 2010-ci ildə əhalinin sayı 164 nəfər təşkil edirdi.
İznik
İznik — Bursanın ilçəsi. İzniklə bağlı əfsanələrdən ən ünlüsü gözəllər gözəli Nikeya ilə bağlıdır. Əfsanəyə görə, Sakarya çayı ilə Tanrıça Kibelanın qızları olan Nikeya, heç vaxt ərə getməməyə and içir. O, meşədə yaşayır və ov edirmiş. Bir gün Himnes adlı bir çobanla qarşılaşır gözəl Nikeya. Çoban bir könüldən min könülə ona aşiq olur. Fəqət Nikeya çobana üz vermir və onu oxla vuraraq öldürür. Məhəbbət tanrısı Eros bu davranışdan çox məyus olur və Nikeyadan intiqam almaq üçün şərab tanrısı Dionisə müraciət edir. İşə baxın ki, Dionis də gözəl Nikeyanı çayda çimərkən görür və ona aşiq olur. Öz aqibətinin də çoban Himnesinki kimi olacağından qorxan Dionis, Nikeyanın su içdiyi çaya şərab qarışdırır və sərxoş olan Nikeyanı yoldan çıxarır.
Lviv
Lvov (ukr. Львів) — Ukraynanın Lvov vilayətinin inzibati mərkəzi. Ölkənin milli-mədəni və elmi-təhsil mərkəzidir, həmçinin böyük sənaye mərkəzi və nəqliyyat qovşağıdır. Qalitsiyanın və Qərbi Ukraynanın paytaxtı hesab edilir. Lvovun sahəsi təxminən 180 km²-dir. == Adı == Rus mənbələrinə görə Lvov şəhərin adını knyaz Danilo Qalitski öz Lev adlı oğlunun şərəfinə qoyub. Tarix boyu bu şəhər rəsmi olaraq adını dəyişməyib, lakin müxtəlif dillərədə bu şəhərin adı bu cür fərqlənir: ukr. Львів (Lviv), pol. Lwów, rus. Львов (Lvov), alm.
İvik
İvik ( q.yun. Ἴβῠκος, e. ə. VI əsr, Recco Kalabriya, Kalabriya – e. ə. VI əsr, Korinf, Peloponnes) — qədim yunan liriki, Anakreonun böyük müasiri. Ellinistik İsgəndəriyyə alimləri tərəfindən Doqquz lirik kanonik siyahısına daxil edilmişdir. İvikin həyatı haqqında demək olar ki, heç nə məlum deyil. Yunanıstanın Regi koloniyasında anadan olmuşdur. Bildirilir ki, ona Regi tiran ilə bir vəzifə təklif olunmuşdur, lakin İvik siyasi iğtişaşlar səbəbindən şəhəri tərk etmişdir.
Kamalpaşa (İzmir)
Kamalpaşa (türk. Kemalpaşa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 77 km-dir. İlçənin qərbində Bornova və Buca, cənubunda Torbalı və Bayındır ilçələri, şimalında və şərqində isə Manisa ili yerləşir. İlçənin sahəsi 681 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 107,556 nəfərdir.
Karaburun (İzmir)
Qaraburun (türk. Karaburun) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 60 km-dir. İlçənin cənubunda Urla ilçəsi; qərbində, şimalında və şərqində Egey dənizi yerləşir. İlçənin sahəsi 421 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 10,759 nəfərdir.
Kemalpaşa (İzmir)
Kamalpaşa (türk. Kemalpaşa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 77 km-dir. İlçənin qərbində Bornova və Buca, cənubunda Torbalı və Bayındır ilçələri, şimalında və şərqində isə Manisa ili yerləşir. İlçənin sahəsi 681 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 107,556 nəfərdir.
Kiraz (İzmir)
Kiraz (türk. Kiraz) — İzmir ilinin ilçəsi. İzmirin şərqində yer alır. İl mərkəzinə uzaqlığı 142 km-dir. İlçənin qərbində Ödəmiş, cənub-qərbində Bəydağ ilçələri, cənub-şərqində Aydın ili, şərqində və şimalında Manisa ili yerləşir. İlçənin sahəsi 573 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 43,925 nəfərdir.
Konak (İzmir)
Konak (türk. Konak) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimal-şərqində Bayraqlı, şərqində Bornova, cənubunda Buca və Qarabağlar, qərbində Balçova ilçələri, şimalında isə İzmir körfəzi yerləşir. İlçənin sahəsi 24 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 351,572 nəfərdir.
Liza İrvin
Liza Rene İrvin ( ) — Liza Rene İrvin sonra 4 oktyabr 2011-ci ildə səhərin erkən saatlarında Missuri ştatının Kanzas-Siti şəhərindəki evindən itkin düşdüyü aşkar edildikdən sonra bildirildi. == Hadisə == Lizanın anası Debora Bredli Lizanın atası Ceremi İrvinin 4 oktyabr çərşənbə axşamı saat 4 radələrində itkin düşdüyünü öyrəndiyini söylədi. Deboranın sözlərinə görə, Lisa axşam saat 6:40-da və ya 10:40-da onu yoxlayarkən çarpayısında idi. Ceremi çərşənbə axşamı gecə işindən evinə qayıdarkən o, "evin bir çox işıqlarının yandığını, bir pəncərənin açıq olduğunu və ön qapının kilidli olduğunu" gördü. Debbi, həmçinin istintaq dövründə ifadəsini dəfələrlə dəyişdirdi. Daha sonra ailə polisə bir neçə mobil telefonun da itdiyini bildirdi. Növbəti istintaq zamanı küçədə bir kişinin körpə ilə gəzdiyini gördüklərini iddia edən iki şahid tapıldı. Polis bir şahidin təsvirinə uyğun bir adamı tapıb sorğu-sual edə bildi, amma digər şahid fotoşəklin gördükləri adama uyğun olmadığını iddia etdi. 19 oktyabr 2011-ci ildə İrvinin evində axtarış aparıldı və məhkəmə sənədləri göstərdi ki, bir xidməti it anasının yatağının yanında Liza ola biləcək bir cəsəd qoxusunu aşkarladı. Associated Press-ə verdiyi müsahibə zamanı Debora dedi ki, polis onu Lizanın itməsində günahlandıraraq "Sən etdin, sən etdin … və əlimizdə heç bir şey yoxdur" və polis onun yalan aşkarlayıcı testdən kəsildiyini iddia etdi.
Mark İrvin
Mark İrvin (ing. Mark Irwin, 7 avqust 1950, Toronto, Kanada) — Kanada-ABŞ bəstəkarı və operatorudur.
Menderes (İzmir)
Menderes (türk. Menderes) — İzmir ilinin ilçəsi. İzmirin cənubunda yer alır. İl mərkəzinə uzaqlığı 18 km-dir. İlçənin qərbində Səfərihisar, şimalında Qaziemir və Qarabağlar, şimal-şərqində Buca, şərqində Torbalı, cənub-şərqində Səlcuq ilçələri, cənubunda isə Egey dənizi yerləşir. İlçənin sahəsi 777 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 97,123 nəfərdir.
Qarabağlar (İzmir)
Qarabağlar (türk. Karabağlar) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimalında Konak, şərqində Buca və Qaziemir, cənubunda Menderes, qərbində Gözəlbağça və Səfərihisar, şimal-qərbində Balçova və Narlıdərə ilçələri yerləşir. İlçənin sahəsi 89 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 480,925 nəfərdir.
Qaraburun (İzmir)
Qaraburun (türk. Karaburun) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 60 km-dir. İlçənin cənubunda Urla ilçəsi; qərbində, şimalında və şərqində Egey dənizi yerləşir. İlçənin sahəsi 421 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 10,759 nəfərdir.
Qınıq (İzmir)
Qınıq (türk. Kınık) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 77 km-dir. İlçənin qərbində və şimalında Berqama ilçəsi, şərqində və cənubunda isə Manisa ili yerləşir. İlçənin sahəsi 479 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 28,802 nəfərdir.
Səlcuq (İzmir)
Səlcuq (türk. Selçuk) — İzmir ilinin ilçəsi. İzmirin cənubunda yer alır. İl mərkəzinə uzaqlığı 56 km-dir. İlçənin şimalında Menderes və Torbalı, şimal-şərqində Tirə ilçələri, şərqində və cənubunda Aydın ili, qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 317 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 36,824 nəfərdir.
Zivin müharibəsi
Zivin Müharibəsi — 26 iyun 1877-ci il tarixdə Rusiya imperiyası ilə Osmanlı İmperiyası arasında baş verən və Osmanlının qələbəsi ilə nəticələnən müharibədir. Süngüdaşı, ya da köhnə adıyla Zivin, Qars vilayətinin Sarıqamış rayonuna bağlı Sarıqamışdan 39 km məsafədə, 65 hanelik bir kənddir. Bu kəndin şərqində sıldırım qayalar üzərində qurulmuş bir qala olan Zivin qalası və qalanın qurulduğu təpə var. 93 müharibəsində bu region Əhməd Muxtar Paşa tərəfindən ruslara qarşı əhəmiyyətli müdafiə məkanı olaraq görülür çünki Araz vadisi və Ərzuruma nazir yollar bu strateji əhəmiyyətə malik yerdən keçir. Osmanlı ordusu paytaxta yaxın Balkan cəbhəsində böyük Rus hücumları səbəbilə çətin vəziyyətdə olduğundan,ardı ardınca məğlubiyyətlər aldığından qüvvələrin və döyüşlərin çoxunu bu cəbhədə istifadə etməkdə idi bu səbəblə Qafqaz cəbhəsində Osmanlı əsgərlərinin kömək alması çox çətin olu. Osmanlılar bölgədəki yerli xalq və türk və kürd tayfa başçılarının verdiyi qüvvələrlə müdafiə olunmaq məcburiyyətindədydi. Bu bölgədə olan 1-ci diviziya əsgər Əhməd Muxtar Paşa tərəfindən zəruri olaraq sıxılmağa çalışılan Rusların Yerevan (İrəvan) sərnişinlər üçün ayrılmış qüvvələrinin komandanı Arshak Ter-Gukasov ilə mübarizə üçün çəkilmişdir, buna görə yalnız 12 batalyondan ibarət olan bir Osmanlı qoşunu qalanı müdafiə etmək üçün qalmışdır. Yenə bu ittifaqa 4 batalyon hərbdə ehtiyat olaraq ayrılmışdır. Birliyin bundan əlavə, az miqdarda süvari dəstəyi ilə 18 topu vardı bu qüvvələr cəmi 10 km-ə (6 milə) yaxın bir cəbhə xətti üçün kifayət edəcək durumda deyildi. Bununla birlikdə Osmanlı komandanlığı bu bölgənin strateji əhəmiyyəti səbəbindən təcavüzə məruz qalacağını təxmin etdiklərindən hər hansı bir hücum vəziyyətinə qarşı 2 ay boyunca səngər qazmış, istehkamlar qurmuş və təpə möhkəmləndirilmişdi.
Olqa İlkiv
Olqa İlkiv (ukr. Ільків Ольга Фаустинівна; 21 iyun 1920 – 5 dekabr 2021, Lvov) — Ukrayna Üsyan Ordusunda ukraynalı partizan və əlaqələndirici zabiti, daha çox UÜO-nun Ali Baş Komandanı Roman Şuxeviçin əlaqələndiricisi kimi tanınır. İlkiv həm də 14 il sovet həbsxanalarında yatmış siyasi məhbus olmuşdur. 2008-ci ildə 3-cü dərəcəli Şahzadə Olqa ordeni ilə təltif edilmişdir. Olqa İlkiv 21 iyun 1920-ci ildə Varşava Müqaviləsi imzalandıqdan sonra (doğuşundan bir neçə ay əvvəl) İkinci Polşa Respublikasının tərkibinə daxil olan Stryi şəhərində anadan olmuşdur. Valideynləri Faustin İlkiv və Rozalia-Katerina idi. 1934-cü ildə valideynləri boşandıqdan sonra İlkiv anası ilə birlikdə Varşavaya gedir. O, Przemısldakı Ukrayna Qadınlar İnstitutunda oxumuş, burada Ukraynanın "Plast" skaut təşkilatının üzvü olmuşdur. 30 iyun 1941-ci ildə İlkiv Ukrayna Millətçiləri Təşkilatına qoşulur. Almanların Ukraynaya hücumundan sonra İlkiv Jitomirə qaçır və orada dəmir yolunda işə düzəlir.
İzmir bombası
İzmir bombası (İzmir ləhcəsində qısaca bomba) və ya ingilis dilli mənbələrdə pralinli içli qurabiyə (ing. Praline Stuffed Cookies) — adətən şokolad yağı ilə doldurulan türk mətbəxinə aid qurabiyə. Qurabiyənin adı onun İzmir şəhərindən gəldiyini ifadə edir. O, ilk öncə İzmirdə yayımlanıb, halbuki Türkiyənin müxtəlif KİV-lərində onun mənşəyi haqqında fərqli məlumat verilir. Google Trends verdiyi məlumata görə, 2020-ci ildə İzmir bombası resepti Türkiyədə 6-cı ən çox axtarılan resept idi. Şirniyyatın mənşəyi Osmanlı mətbəxində mövcud olan mürəbbəli məcidiyyə adlı ərik mürəbbə ilə doldurulmuş qurabiyədən gəlməsinin deyilir. İzmir bombası sosial şəbəkələrdə geniş şəkildə reklam olduğuna görə yayımlanıb. İzmirin Alsancak məhəlləsində yerləşən "Çelebi Unlu Mamulleri" adlı şirniyyat evi iddia edir ki, qurabiyənin orijinal resepti ona aiddir. Ənənəvi şokoladlı bombasından başqa həmçinin püstəli, kokoslu, karamelli, ağ şokoladlı, albalılı və s. növ bombalar mövcuddur.
Zivin döyüşü
Zivin Müharibəsi — 26 iyun 1877-ci il tarixdə Rusiya imperiyası ilə Osmanlı İmperiyası arasında baş verən və Osmanlının qələbəsi ilə nəticələnən müharibədir. Süngüdaşı, ya da köhnə adıyla Zivin, Qars vilayətinin Sarıqamış rayonuna bağlı Sarıqamışdan 39 km məsafədə, 65 hanelik bir kənddir. Bu kəndin şərqində sıldırım qayalar üzərində qurulmuş bir qala olan Zivin qalası və qalanın qurulduğu təpə var. 93 müharibəsində bu region Əhməd Muxtar Paşa tərəfindən ruslara qarşı əhəmiyyətli müdafiə məkanı olaraq görülür çünki Araz vadisi və Ərzuruma nazir yollar bu strateji əhəmiyyətə malik yerdən keçir. Osmanlı ordusu paytaxta yaxın Balkan cəbhəsində böyük Rus hücumları səbəbilə çətin vəziyyətdə olduğundan,ardı ardınca məğlubiyyətlər aldığından qüvvələrin və döyüşlərin çoxunu bu cəbhədə istifadə etməkdə idi bu səbəblə Qafqaz cəbhəsində Osmanlı əsgərlərinin kömək alması çox çətin olu. Osmanlılar bölgədəki yerli xalq və türk və kürd tayfa başçılarının verdiyi qüvvələrlə müdafiə olunmaq məcburiyyətindədydi. Bu bölgədə olan 1-ci diviziya əsgər Əhməd Muxtar Paşa tərəfindən zəruri olaraq sıxılmağa çalışılan Rusların Yerevan (İrəvan) sərnişinlər üçün ayrılmış qüvvələrinin komandanı Arshak Ter-Gukasov ilə mübarizə üçün çəkilmişdir, buna görə yalnız 12 batalyondan ibarət olan bir Osmanlı qoşunu qalanı müdafiə etmək üçün qalmışdır. Yenə bu ittifaqa 4 batalyon hərbdə ehtiyat olaraq ayrılmışdır. Birliyin bundan əlavə, az miqdarda süvari dəstəyi ilə 18 topu vardı bu qüvvələr cəmi 10 km-ə (6 milə) yaxın bir cəbhə xətti üçün kifayət edəcək durumda deyildi. Bununla birlikdə Osmanlı komandanlığı bu bölgənin strateji əhəmiyyəti səbəbindən təcavüzə məruz qalacağını təxmin etdiklərindən hər hansı bir hücum vəziyyətinə qarşı 2 ay boyunca səngər qazmış, istehkamlar qurmuş və təpə möhkəmləndirilmişdi.
Ayasofiya (İznik)
Ayasofiya (hərf. Müqəddəs hikmət; q.yun. Ἁγία Σοφία, Hagía Sophía; türk. Ayasofya) — Türkiyənin Bursa vilayətinin İznik şəhərində Bizans dövrünə aid bazilika kilsəsi. Osmanlı fəthindən sonra Orxan məscidinə (Orhan Camii) çevrilmiş, 1935-ci ildə muzey olmuşdur. Kilsə indi yenidən məscid olaraq xidmətdədir. İznik şəhərinin mərkəzində, köhnə divarlı ərazidə yerləşir. == Tarixi == Ərazidə tikilmiş ilk kilsə IV əsrə aid edilir. Daha sonra kilsə VI əsrin ortalarında imperator I Yustinianın himayəsi altında yenidən tikilmişdir. Kilsə 787-ci ildə Bizans ikonoborçuluğunun birinci dövrünü rəsmi olaraq sona çatdıran İkinci Nikeya Şurasına ev sahibliyi etmişdir. Yustinian dövrünə aid kilsə XI əsrdə zəlzələ nəticəsində dağıdılmış və indiki tikili təxminən 1065-ci ildə köhnəsinin xarabalıqları üzərində ucaldılmışdır.
Seyithan İzsiz
Seyithan İzsiz (1976, Çatağ[d], Van ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının müstəqil deputatı. Seyithan İzsiz 1976-cı ildə Van ilinin Çatağ ilçəsində anadan olub. İstanbul Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. İstanbul Gelişim Universitetində siyasi elmlər üzrə magistr dərəcəsi alıb. Uzun illər iş adamı olaraq çalışıb. Van Federasiyasının prezidenti, Bəylikdüzüdə Könüllülər Vəqfinin qurucu prezidenti və İstanbul Şərqi — Cənub-Şərqi Üst Çatı Platformasının qurucu üzvü olub. Həmçinin İstanbul Ticarət Palatasının Şura üzvü və Komitə sədrinin müavini vəzifələrində çalışıb. Siyasi fəaliyyəti ərzində AK Partiya və İYİ Partiyanın üzvü olub. 2014-cü ildə İstanbul BB Məclis üzvü seçilib. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
İrvin Rouz
İrvin Rouz – (16 iyul 1926[…], Bruklin, Nyu-York ştatı – 2 iyun 2015[…]) - amerikalı bioloq və biokimyaçı, 2004-cü ildə "Uvikvitinin zülal parçalanmasında vasitəçilik etməsini kəşf etdiklərinə görə" Avram Herşko ilə birlikdə kimya üzrə Nobel mükafatı laureatı adına layiq görülüb. ABŞ Milli Elmlər Akademiyasının üzvüdür (1979-cu ildən). 1926-cı ilin 16 iyulunda parket ustası Harry Royze (əslən Odessadandır) və Macarıstandan olan mühacirlərin qızı Ella Qrinvaldın yəhudi ailəsində anadan olmuşdur. 13 yaşına qədər o, Bruklin 134 saylı orta məktəbində oxumuş və bazar günlərində isə yəhudi məktəbini ziyarət etmişdir. 1939-cu ildə ailəsi ilə birlikdə Spokane şəhərinə köçmüşdürlər. O, Vaşinqton Universitetində oxumuş, 1948-ci ildə isə oranı bitirmişdir (İkinci Dünya müharibəsi zamanı hərbi xidmətə gedərək təhsilinə fasilə vermişdir). Qayıtdıqdan sonra 1952-ci ildə orada namizədlik dissertasiyası müdafiə etmişdir. İ.Rouz Filadelfiyadakı Foks Çeys Xərçəng Mərkəzində proteazomda hüceyrə zülalının parçalanması sistemində uvikvitinin rolunu kəşf edən bir qrupa rəhbərlik etmişdir. Bu kəşfə görə o, Aaron Çexanover və Avram Herşko ilə bərabər 2004-cü ildə kimya üzrə Nobel mükafatını almışdır. İrvin Rouz Kaliforniya Universitetinin Tibb Kollecinin fəxri professoru olmuşdur.