Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İrmena Çiçikova
İrmena Çiçikova (bolq. Ирмена Чичикова; 22 may 1984, Plovdiv) — Bolqarıstan kino və teatr aktrisası. == Uşaqlıq və təhsil == İrmena Çiçikova Bolqarıstanın Plovdiv şəhərində anadan olmuşdur. Təhsilini fransız dilli "Antoine de Saint Exupéry" məktəbində almışdır. 2003-cü ildə isə məktəbi bitirərək Sofiyaya gəlir. Sofiyada təhsilini Teatr və Kinematoqrafiya Milli Akademiyasında Marqarita Mladenova və İvan Dobçevin rəhbərliyi altında davam etdirir. Paralel olaraq yunan dilini də öyrənir. Onun diplom çıxışları Anton Çexovun "Üç baçı" və Joldi Qalseranın "Dakota /Zəncirlərdəki sözlər" pyesi olur. 2008-ci ildə məzun olduqdan sonra, peşəkar sertifikatlaşdırılmış aktrisa olur. == Karyera == 2012-ci ildə "Mən — sən" filminə çəkilir.
Iomega
Iomega – Zip disk qurğusunun və başqa daşınabilən yaddasaxlama qurğularının istehsalçısı olan şirkət. 1980-ci ildə qurulub və 2008-ci ildə EMC şirkətinin tərkibinə daxil olub. 2013-cü ildə EMC şirkəti Lenovo ilə birləşərək LenovoEMC şirkətinə çevrilib. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İzmara
İzmara — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun İzmara kəndi Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Qorğan kəndi olmaqla, Qorğan kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Oykonim ərəb dilindəki izmi (sümüklər) və fars dilindəki ara (sakinləşmək) sözlərindən düzəlib, "sümüklülər sakin olduğu yer" mənasındadır. Sümüklülər və ya üstüxanlılar Azərbaycan ərazisində yayılmış tayfalardan birinin adıdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Arabis armena
Arabis carduchorum (lat. Arabis carduchorum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ərəbotu cinsinə aid bitki növü. == Arealı == Ermənistan və Naxçıvanda (Azərbaycan) rast gəlinən bitki. Orta və yüksək dağlıq ərazilərdə böyüyür.
Bellis armena
Çoxillik qızçiçəyi (lat. Bellis perennis) - qızçiçəyi cinsinə aid bitki növü.Bellis perennis L. == Sinonim == Aster bellis E.H.L.Krause Bellis alpina Hegetschw. Bellis armena Boiss. Bellis croatica Gand. Bellis hortensis Mill. Bellis hybrida Ten. Bellis integrifolia DC. Bellis margaritifolia Huter Bellis minor Garsault [Invalid] Bellis perennis var. caulescens Rochebr. Bellis perennis f. discoidea D.C.McClint.
İzmara (Ərdəbil)
İzmara — Ərdəbil ostanının Germi (Muğan) şəhristanında yerləşən kənd. == Coğrafi mövqeyi == İzmara kəndi Germi şəhərinin doğusunda, 5 kilometr fasilə ilə yerləşir.
Crataegus × armena
Erməni yemişanı (lat. Crataegus × armena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Zaqafqaziyanın cənub rayonlarını (Zəngəzur və Meğri) əhatə edir. == Botaniki təsviri == Endemikdir. Hündürlüyü təxminən 2- 2,5 m olan koldur. Cavan zoğları tükcüklüdür; illik zoğları çılpaq, tünd albalı rəngli; qoca budaqların qabığı boz xallı və ya boz-qonurdur. Qoltuq tikanları azsaylı, uzunluğu 7-15 mm, yarpaq tikanları nazik, azsaylıdır. Çiçəkləyən zoğların aşağı yarpaqları çox vaxt ensiz, ucunda üç pərli və ya üç yerə bölünmüş, itihissəli, iri dişlidir. Yuxarı pərləri bəzən enli, kənarları bütöv və ya ucuna yaxın 1-3 dişlidir. Steril zoğların yarpaqları daha dərin bölünmüş, enli, kəsikli pərlidir.
Pastinaca armena
Erməni cırhavucu (lat. Pastinaca armena) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cır havuc cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, qısa tükcüklü bitkidir. Gövdəsi düz, budaqlanan, hündürlüyü (14) 30–50 sm-dir. Kökətrafı və aşağı gövdə ətrafı yarpaqlar saplaqlı, lələkvari bölümlü, bölümləri enli yumurtavari, iti və ya küt dişli, yuxarı bölüm adətən dərin üçbölümlü; yuxarı yarpaqlar oturaq, bölümləri qismən daha bölümlü, ən yuxarı yarpaqlar sapvari bölümlüdür. Ləçəkləri sarı rənglidir. Meyvələri çılpaq və ya zəif tüklü, enli ovalvari, 5–6 mm uzunluqda, 4–5 mm enindədir. == Yayılması == Böyük Qafqazın qərbində və şərqində, Quba rayonu ərazisində orta dağ qurşağından alp qurşağına kimi yayılmışdır. Çəmənlərdə və dağ meşə kənarında bitir.
Məna
Məna (fəlsəfə) Məna (psixologiya) Məna (dilçilik) - dilçilikdə termindir.
Sezer Özmen
Sezer Özmen (7 iyul 1992, Bakırköy, İstanbul ili və ya İstanbul) — sol müdafiəçi və libero kimi çıxış edən türk futbolçu. O, 2-ci Liqa komandalarından olan “Turqutluspor”da çıxış edir. == Peşəkar karyera == Futbolçu karyerasına 2005-ci ildə "Bakırköyspor"da başlayıb.
İrena Malkieviçz
İrena Malkieviçz (15 Sentyabr 1911 – 23 Yanvar 2004) — Polşalı aktrisa. O, 1936-cı il ilə 1988-ci il arasında 30-dan çox film və televiziya şousunda rol oynamışdır.
İrena Netto
İrena Netto (19 Oktyabr 1899 – 13 Mart 1992) — Polşalı aktrisa. O, 1947-ci il ilə 1969-cu il arasında 34-dən çox film və televiziya şousunda rol oynamışdır.
İrena Sendler
İrena Sendler (pol. Irena Sendlerowa; 15 fevral 1910, Otvotsk, Polşa — 12 may 2008, Varşava, Polşa) — Varşava gettosunda 2500-dən çox yəhudi uşağın həyatını xilas edən polşalı aktivist qadın. == Həyatı == === Uşaqlığı və gəncliyi === O, 1910-cu il 15 fevral tarixində Varşava şəhərinin yaxınlığında yerləşən Otvotsk şəhərində həkim Stanislav Krjijanovskinin ailəsində dünyaya göz açmışdır. Onun atası xəstəxanaya rəhbərlik edən həkim idi. O kasıbları pulsuz müalicə edirdi. Sonra ailə Tarçin adlı balaca bir yerə köçür. İrenanın valideynləri öz qızlarına hələ erkən yaşlarından bütün insanların irqindən, milliyətindən və dinindən asılı olmayaraq pis və yaxşılara bölündüyünü bildirmişdilər. Və qızları bu deyilənləri yaxşı qavramışdı. Krjijanovskilər ailəsi katolik xristian idi. İrenanın 7 yaşı olanda atası dünyasını dəyişir.
İrena Veysayte
İrena Veysayte (lit. Irena Veisaitė; 9 fevral 1928, Kaunas – 11 dekabr 2020, Vilnüs) — Sovet və Litva ədəbiyyatşünası, teatrşünas və teatr tənqidçisi, ictimai xadim; Qərbi Avropa ədəbiyyatı və teatr tarixinə dair əsərlərin müəllifi. == Bioqrafiyası == Kaunasda bir yəhudi ailəsində anadan olmuşdur. 1934–1941-ci illərdə Kaunasdakı Şolom Aleyxem Gimnaziyasında idiş dilində təhsil alır. İkinci Dünya müharibəsi zamanı Kaunas gettosunda valideynlərini itirir. Anası onu Qırmızı Ordunun gəlişinə qədər gizlədən litvalı ailəyə verir. 1947-ci ildə Salome Neris adına Vilnüs orta məktəbini bitirir. 1953-cü ildə Moskva Dövlət Universitetini alman dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir. 1963-cü ildə Leninqrad Dövlət Universitetində filologiya elmləri namizədi dərəcəsi üçün tezisini müdafiə edir. 1953–1997-ci illərdə Vilnüs Pedaqoji İnstitutunda (1992-ci ildə Vilnüs Pedaqoji Universitetinə çevrildi) Qərbi Avropa ədəbiyyatı, Alman ədəbiyyatı, XX əsr teatr tarixi kurslarında dərs demişdir.
İrena Kşivitskaya
İrena Kşivitskaya (pol. Irena Krzywicka) — Polşalı feminist, yazıçı, tərcüməçi, cinsi təhsil, kontrasepsiya və ailə planlamasını təbliğ edən qadın hüquqları müdafiəçisi. == Bioqrafiya == === Şəxsi həyat === İrena Qoldberq ailəsinin (solçu yəhudi ziyalıları, Polşa Sosialist Partiyasının liderləri) Polşadan sürgün edildiyi Sibirin Yeniseysk şəhərində anadan olub. Sürgün zamanı atası vərəm xəstəliyinə tutulmuş və ailə Polşaya qayıtdıqdan üç il sonra vəfat etmişdir. İrena yəhudi sosial demokrat partiyası Bundun əsas simalarından biri olan anası və ögey atası Ekutel Portni tərəfindən tolerantlıq və rasionalizm ruhunda tərbiyə olunub. 1922-ci ildə qız Varşava Universitetinin Polşaşünaslıq fakültəsini bitirir. Universitet illərində o, "Yasəmən budağı" (pol. «Kiść bzu») adlı ilk essesini nəşr etdirir. 1923-cü ildə İrena sosioloq və qadın hüquqları müdafiəçisi Lüdvik Kşivitskinin oğlu Yeji Kşivitski ilə evlənir. Kşivitski ailəsi açıq nikaha daxil olmaq qərarına gəlir və toydan qısa müddət sonra İrena məşhur alman şairi və dramaturqu sevgilisi Valter Hasenklever ilə Korsikaya gedir.
Tomas Frederik Çizmen
Tomas Frederik Çizmen (ing. Thomas Frederic Cheeseman; 8 iyun 1846[…], Kinqston-apon-Hall – 6 oktyabr 1923[…], Oklend) — Böyük Britaniya və Yeni Zelandiya botanik və zooloqu. == Elmi fəaliyyəti == Tomas Frederik Çizmen qıjıkimilər və toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. == Əsərləri == Cheeseman T. F. 1878. Descriptions of three new Species of Opisthobranchiate Mollusca, from New Zealand. Transactions of the Royal Society of New Zealand, volume 11. Cheeseman T. F. 1906. Manual of the New Zealand flora. Cheeseman T. F, Hemsley W. B. & Smith M. 1914. Illustrations of the New Zealand Flora, volume 1, volume 2.
İlmenau Texniki Universiteti
İlmenau Texniki Universiteti (alm. Technische Universität Ilmenau, TU Ilmenau‎) — Almaniyada universitet; texniki sahə üzrə ixtisaslaşan məşhur ali təhsil ocaqlarından biri. == Tarixi == İnformasiya texnologiyaları üzrə ixtisasların üstünlük təşkil etdiyi bu universitetdə texniki təhsil çoxillik və zəngin ənənələrə söykənir. Almaniyanın nüfuzlu ali məktəbi 1894-cü ildə texnikum olaraq fəaliyyətə başlayıb. Təhsil müəssisəsində 1953-cü ildən akademik təhsil sistemi tətbiq olunur. Təhsil ocağı 1963-cü ildə İlmenaunun ən yüksək texniki məktəbi statusunu əldə edir, 1992-ci ildən isə universitet statusu qazanaraq Almaniyanın ən gənc universitetlərindən biri olur. == Tələbə həyatı == Hazırda ali məktəbdə 6500-dən artıq tələbə təhsil alır. Təhsil haqqı ilk semestr üçün 13740, sonrakı semestrlər üçün 12240 avro təşkil edir. Universitetdə tələbələrin yaşayış yeri ilə təmin olunmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə Erenberq ərazisində bir neçə yataqxana inşa edilib.
Qabdrəhim Utız İməni
Qabdrəhim Utız İməni əl-Bulqari (əsl adı — Qabdrəhim Osman; başq. Ğәbdеrəhim әl-Bolğari, tat. Qаbderəhim Qosman uqılı Utız-İməni əl-Bulqari; d.1752 — ö.1836 (bəzi mənbələrə görə 1754–1834) — tatar və başqırd şairi, alim, din xadimi və maarifçi. İslam dünyasında həmçinin qədim Quranın itirilmiş hissələrinin bərpaçısı kimi tanınan alim (Xəlifə Osmanın yazdığı Quranı). == Həyatı == Bioqrafik məlumatlar ziddiyyətlidir. Belə ki, Q. Qaziz, K. Nasıri, Q. Rahim və Q. Saqdinin fikrincə Qabdrəhim Utız İməni 1730-cu ildə anadan olub, və 1815-ci (yaxud 1816-cı) ildə vəfat edib. Lakin ənənəvi versiyalara inansaq Qabdrəhim 1754-cü ildə anadan olub. Atası Osman, onun anadan olmasına qədər vəfat edib və anası Qafifa Qabdrəhimin də anadan olduğu doğma kəndi Utız-İmənə qayıtmağa məcbur olmuşdu. Qabdrəhim in 2–3 yaşı olanda anası da vəfat edir. O, qohumlarının himayəsində böyüyüb başa çatır.
İmeni Aleksandra Kosmodemyanskoqo
İmeni Aleksandra Kosmodemyanskoqo (rus. и́мени Алекса́ндра Космодемья́нского) — Rusiyanın Kalininqrad vilayətinin Kalininqrad şəhərinin Mərkəzi İnzibati Rayonunda mikrorayon. Əvvəllər alman dilində Metqethen adı ilə əvvəlcə şəhər mərkəzindən qərbdə yerləşən Köniqsberqin qəsəbəsi, sonra isə şəhərin əsas hissəsi idi. == Tarixi == Vistula Laqonun (Kalin ipinqrad körfəzi) şimalında,"Kaporner Heath"da yerləşən Metqethen kəndi ilk dəfə 1278-ci ildə Tevtonik ordeni salnamələrində Myntigeite olaraq adı çəkilir. Bu zaman Landmeister Konrad von Terberq əkin sahəsinin bir hissəsini Regune adlı prusslara verdi. "Metgethen" sonuncu ad olaraq öz qızını On üç illik müharibənin komandiri və Erhard Ernst von Röderin əcdadı Kristof fon Röderlə evləndirənə qədər,yəni 1482-ci ilə qədər idi. Onun malikanəsi 1760-cı ildə bir İtalyan memar tərəfindən inşa edilmişdir.Metqethen bir villa ətrafında böyüməyə başladı. Günlük səfərlər üçün məşhur bir yer idi, xüsusən də Vierbrüderkrug mehmanxanası və 13-cü əsrdə Sudovilər tərəfindən öldürülmüş Tevtonik Cəngavərlərin dörd ögey qardaşının əfsanəsinin şərəfinə Vierbrüdersäule abidəsi. Ətraf ərazidə Şərqi Prussiya qadınları üçün məktəb olan Landfrauenschule Metgethen, həmçinin yanğınsöndürmə akademiyası və bədən tərbiyəsi müəllimləri yetişdirmək üçün bir Volkssportschule vardı. Kənd üçün olan kilsə isə tacir Qustav Brun tərəfindən maliyyələşdirilmiş və 1924-1925-ci illərdə Edmund May tərəfindən inşa edilmişdir.
Ana Mena
Ana Mena Rojas (25 fevral 1997, Estepona[d], Əndəlüs) — İspaniya müğənnisi və aktrisası. Karyerasına 2009-cu ildə "Marisol, la película" teleserialı ilə başlamışdır.
Antonela Mena
Antonela Mena (d. 28 fevral 1988; Buenos-Ayres, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Antonela Mena Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Antonella Mena
Antonela Mena (d. 28 fevral 1988; Buenos-Ayres, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Antonela Mena Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Köməkçi məna
Köməkçi məna bir sözün əsas mənası ilə əlaqədar zamanla ortaya çıxan fərqli mənaların hər birisidir. Sözün əsas (birinci) mənasından başqa, ancaq əsas məna ilə çox və ya az yaxınlığı olan yeni məna köməkçi məna adlanır. Yaxınlıq və oxşarlıq ümumiyyətlə bir sözün köməkçi mənasını qazanmasında mühüm rol oynayır. Köməkçi mənalar əsas məna ilə birlikdə həqiqi mənaları təşkil edir. Məsələn, "göz" dedikdə ağla gələn ilk şey sözün əsas mənası olan orqan adıdır. Lakin "iynənin gözü", "çantanın gözü", "masanın gözü" kimi ifadələr bənzətmə ilə əldə edilən yeni mənalardır. Bunlara köməkçi mənalar deyilir.
Mena Məsud
Mena Məsud (ing. Mena Massoud, qibt. Ⲙⲏⲛⲁ Ⲙⲁⲥⲥⲟⲇ, ərəb. مينا مسعود‎) Kanada aktyorudur. O, Disneyin 2019-cu ildə Ələddinin canlı aksiyon versiyasında Ələddin rolunda oynadı. Televiziyada da çalışmışdır; onun rolu 2015-ci ildə Kanadaya aid serial Open Heartda Cared Malik, Amazon Baş seriyalı Cek Rianda isə Tarek Kassar rolu da daxildir. == Erkən həyat və təhsil == Məsud Misirin Qahirə şəhərində qipti pravoslav xristian ailəsində anadan olub. Onun iki böyük bacısı vardır. Gənc ikən Kanadaya köçmüşdür. O, Marxam Ontarioda böyüyüb, burada Müqəddəs Qardaş Andre Katolik Liseyinə qatılıb.
Migel Mena
Migel Mena (7 iyul 1997) — Nikaraqualı üzgüçü. Migel Mena Nikaraquanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Migel Mena birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 53.40 saniyəlik nəticəsi ilə 55-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.