Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şarantonne (Изер)
Şarantonne (fr. Charantonnay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38081. Kommunanın 2012-ci il üçün əhalisi 1870 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 337 ilə 472 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 33 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Dizəvər
Dizəvər — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun faktiki mövcud olan Dizəvər kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Qarabulaq kənd Sovetinin tərkibinə verilmişdir.
İzomer
İzomerlər – molekullarının tərkibi eyni olub, kimyəvi quruluşu və xassələri ilə bir-birindən fərqlənən maddələrə deyilir. Bərabər hissələrdən ibarət, başqa sözlə, eyni brutto formula malik olan deməkdir; tautomeriya – izomerliyin bir növüdür və bu izomerlik zamanı tautomerlərin sürətlə bir-birinə çevrilməsi baş verir. “Tautomeriya” terminini (yunan sözü tautos – “həmin özü”, meros – “hissə”) 1885-ci ildə alman kimyaçısı Konrad Laar (1853-1929) daxil etmişdir. O, sian turşusunun iki formasının prototrop çevrilməsini öyrənmişdir. “Prototrop” sözündə birinci hissə hidrogen atomunun (protonun) miqrasiyasını göstərir, ikinci hissə yunan tropos – “istiqamət, üsul, xarakter” sözündəndir. İzomerləşmə - üzvi birləşmənin tərkib və molekul kütləsi dəyişilmədən başqa quruluşlu birləşməyə çevrilməsidir. İzomerləşmədə molekulun karbon skleti, funksional qrupların xarakteri, yaxud onların molekulda yerləşmə ardıcıllığı dəyişir, bəzən karbon atomları tsikli kiçilir (böyüyür). İzomerlik- bəzi kimyəvi birləşmələrin öz tərkibini və molekul kütləsini dəyişmədən fəza quruluşunu dəyişməsi, nəticədə yeni fiziki-kimyəvi xassələr kəsb etməsi. Alınan birləçşmə izomer adlanır. Sklet izomeri molekulun skletini əmələgətirən karbon atomlarının müxtəlif formalarda birləşməsindən yaranır.
İzübr
İzübr (lat. Cervus canadensis xanthopygus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin əsl maral cinsinin kanada maralı növünə aid heyvan yarımnövü. Yarımnöv ilk dəfə 1869-ci ildə Pekin ətrafında qeydə alınmışdır. Bu yarımnövə əsasən Rusiya (İrkutsk vilayəti, Zabaykal diyarı, Uzaq Şərq), Çin (Şimali Mancuriya) və Koreya ərazisində yayılmışdır.
Akkan Suvər
Akkan Suvər — Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Beynəlxalq Fondunun vitse-prezidenti, Mərmərə Qrupu Fondunun prezidenti, "Tərəqqi" medalı laureatı. == Həyatı == Akkan Suvər 1942-ci il avqustun 8-də İstanbul şəhərində anadan olub. O, 1987-1995-ci illərdə Milliyyətci Hərəkat Partiyasının (MHP) mətbuat katibi, sonralar isə partiya katibinin müavini olub. 1997-ci ildə özünün qərarı ilə tutduğu vəzifədən azad edilib. Aktiv fəaliyyətinə və səylərinə gorə YUNESKO tərəfindən Mərmərə Qrupu Fondu Mədəniyyətlərarası Dialoq Komissiyasına uzv kimi qəbul olunub. 2009-cu il martın 4-də təsis olunmuş Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Beynəlxalq Fondunun vitse-prezidenti və təsisçi üzvüdür. Hazırda Mərmərə Qrupu Fondunun prezidentidir. == Mükafatları == 2006-cı il martın 13-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Herbert Huver
Herbert Klark Huver (ing. Herbert Clark Hoover; 10 avqust 1874, Vest Branç, Ayova, ABŞ — 20 oktyabr 1964, Nyu-York, Nyu-York ştatı, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 31-ci prezidenti (1929–1933). == Həyatı == Alman əsilli ailədə dünyaya gəlmişdir. Atasının ilkin soyadı Huber olmuşdur. 1880-ci ildə, 6 yaşında ikən atasını, 10 yaşında isə anasını itirən Herbert Huver əvvəlcə 18 ay əmisi Allen Huverin, 1885-ci ilin noyabrından isə öz oğlu bir il əvvəl vəfat edən dayısı Con Mintornun yanında yaşayır. 1891-ci ildə o vaxt yeni yaradılmış Stenford Universitetinə qəbul olmuş və 1895-ci ildə geoloq-mühəndis ixtisası üzrə buranı bitirmişdir. Sonralar ixtisası üzrə Avstraliyada və Çində işləmişdir. 1914-cü ildə Birinci dünya müharibəsinin başlaması ilə Londonda 120 000 ABŞ vətəndaşının Avropadan çıxarılmasının təşkili ilə məşğul olur. 1917-ci ildə ABŞ-nin müharibəyə qatılmasından sonra prezident Vudro Vilson tərəfindən ABŞ Ərzaq Xidmətinin rəhbəri təyin olunur. 1928-ci il prezident seçkilərində rəqibi Alfred Smit üzərində kəskin fərqlə qalib gələrək prezident seçildi.
Huver institutu
Huver müharibə, inqilab və sülh institutu (ing. Hoover Institution on War, Revolution, and Peace) — Stenford Universiteti sisteminin bir hissəsi olan ABŞ-də yerləşən siyasi araşdırma mərkəzi. == Tarixi == 1919-cu ildə Bir Dünya müharibəsi kitabxanası olaraq Herbert Huver tərəfindən qurulmuşdur. Huver, XX əsrin əvvəlləri ilə əlaqəli çox sayda material topladı və "müharibə, inqilab və sülh kitabxanası" yaratmaq üçün öz ana vətəni Stanford'a bağışladı. Zaman keçdikcə kitabxana siyasət və iqtisadiyyatda uzunmüddətli analitik proqramlar üçün vacib bir tədqiqat mərkəzinə çevrildi. == Kitabxana == Huver İnstitut Kitabxanası, Birinci Dünya Müharibəsi və Oktyabr İnqilabı dövründə Rusiya tarixindəki ən böyük xarici anbarlardan biridir. Bu sənədlər arasında general Pyotr Vranqel, Aleksandr Kerenski, general Lavr Kornilov, knyaz Qeorqiy Lvov , Vladimir Kokovtsov, Rusiyanın Parisdəki səfiri Vasili Maklakov, rus diplomatı Mixail Qirs, general N. N. Yudenich və başqaları kimi Rusiyanın və ağ hərəkatın görkəmli ictimai və siyasi xadimlərinin şəxsi fondları və fərdi sənədləri yerləşir. Kitabxanada 1895-1917-ci illər arasında çar gizli polisinin Huver Maklakova verilən arxivləri vardır . Əvvəlcə hərbi kitabxana ümumi fondlardan ayrı olaraq Stenford Universitetində yerləşdirildi və 1941-ci ildə Huver Qülləsinə köçdü.
Huver moratoriumu
== Huver moratoriumu və tərksilah məsələsi == 1930-cu illərin əvvəllərində Avropada beynəlxalq münasibətlərdə ön plana çıxan məsələlərdən biri Avstriya-Almaniya gömrük ittifaqının yaradılması oldu. Almaniyanın Versal-Vaşinqton sisteminə əsasən götürdüyü bütün öhdəliklərin əksinə olaraq, Avstriya ilə gömrük ittifaqı bağlaması qalib dövlətlərin etirazına səbəb oldu. Beynəlxalq daimi tribunal bu gömrük ittifaqını ləğv etdi. Buna cavab olaraq, Almaniyada nasional-sosializm, revanşizm və Versal sistemini dağıtmaq meylləri gücləndi. İqtisadi böhranın təsiri nəticəsində Almaniyanın təzminatı ödəməyə gücü çatmadı. Belə olduqda Almaniya prezidenti Hindenburq ABŞ prezidenti Huverdən kömək istədi. Huver isə 1 il müddətində bütün təzminat və istiqrazların ödənilməsinin dayandırılması təklifini irəli sürdü. Bu təklif Huver moratoriumu adını aldı. 1931-ci ildə Londonda iri dövlətlərin baş nazirlərinin keçirdiyi konfransda Almaniyaya uzunmüddətli kredit vermək və ölkənin maliyyə vəziyyətini öyrənmək üçün komissiya yaradıldı. Yaradılmış komissiya vəziyyəti araşdıraraq Almaniyanın təzminatı ödəmək iqtidarında olmadığını bildirdi.
Lu Huver
Lu Huver (ing. Lou Henry Hoover; 29 mart 1874[…] – 7 yanvar 1944[…], Nyu-York, Nyu-York ştatı) — ABŞ-nin Prezidenti Herbert Huverin həyat yoldaşıdır.
Zavər Qafarov
Zavər Qafarov — III dərəcəli dövlət ədliyyə müşaviri, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin beynəlxalq hüquq əməkdaşlığı idarəsinin rəisi. 20 noyabr 2006-cı ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.
Zivər Ağayeva
Zivər Sübhan qızı Ağayeva (1934, Qarasu – 22 iyun 2015, Bakı) — Azərbaycan şairəsi. Zivər Ağayeva 1934-cü ildə Hacıqabul rayonunun Qarasu kəndində dəmiryolçu ailəsində anadan olmuşdur. İbtidai və orta təhsilini Hacıqabulda alıb. Bakı Tibb Texnikumunu və ADPU-nun dil və ədəbiyyat fakültəsini bitirmişdir. "Azərbaycan qadını" jurnalında işləmişdir. Zivər Ağayeva ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir. Dövri mətbuatda şeirləri ilə çıxış edib. Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub. Azərbaycanın bır çox tanınmış müğənniləri onun sözlərinə yazılan mahnılar oxuyublar. Zeynəb Xanlarova və bir sıra digər müğənnilərin ifa etdikləri məşhur "Yaşa mənim xalqım!", "Flora Kərimovanın ifa etdiyi Necə unudum səni?!" mahnılarının sözləri ona aiddir.
Zivər Məmmədova
Zivər Nəcəfqulu qızı Məmmədova (14 iyun 1902, Bakı – 22 aprel 1980, Bakı) — ilk azərbaycanlı heykəltaraş qadın. Azərbaycanın xalq rəssamı, əməkdar incəsənət xadimi, heykəltaraş Tokay Məmmədovun anasıdır. Zivər Məmmədova 1902-ci il iyunun 14-də Bakı şəhərində Nəcəfqulu Tağıyevin ailəsində anadan olub. 1909-cu ildə təhsil almaq üçün “Müqəddəs Nina” qızlar gimnaziyasına daxil olub. Məktəbi bitirdikdən sonra rəssamlıq kursuna daxil olur. Kursu bitirdikdən sonra eyni vaxtda iki ali məktəbə - Azərbaycan Ali Rəssamlıq Məktəbinə və Dövlət Türk Musiqi Məktəbinə daxil olub. 1924-cü ildə Ali Rəssamlıq Məktəbini bitirib. Ali təhsil aldıqdan sonra Stepan Erzya və Pinxos Sabsayın emalatxanasında fəaliyyət göstərib. O, həm də portret ustası kimi tanınıb və zəngin qalereya yaradıb. 1930-1940-cı illər arasında Əzim Əzimzadə, Hüseynqulu Sarabski, Məşədi Əzizbəyov, İdris Süleymanov, Hüseynbala Əliyev, Bəsti Bağırova və digərlərinin portret büstlərini hazırlayıb.
Zumər Surəsi
39-cu surə
Ceremi Zuker
Ceremi Skott Zuker (3 mart 1996, Franklin Lakes[d], Nyu-Cersi) — Amerikalı müğənni və bəstəkar. == Həyatı == Əslən Nyu-Cersi dən olan Zuker valideynləri və iki böyük qardaşı ilə birlikdə musiqili ailədə böyüdü. Ramapo Liseyində tələbə olarkən yataq otağında musiqi hazırlamağa başladı və daha sonra "Foreshadows" adlı qrupa qatıldı. Onun yazdığı ilk mahnı əslində qardaşının hündürlük qorxusu haqqında idi. Orta məktəbi bitirdikdən sonra o, Kolorado Kollecinə getdi və burada 2018-ci ildə molekulyar biologiya dərəcəsi ilə məzun oldu. Öz musiqisini istehsal etməzdən əvvəl ilk işi snoubord təlimatçısı idi. == Diskoqrafiya == === EP === Beach Island (2015) Breathe (2015) Motions (2016–2017) idle (2017) stripped.
Klüver-Büsi sindromu
Klüver-Büsi sindromu – beynin iki gicgah payının ön bölgələrinin daxilində yerləşən badamabənzər cisimlərin dağılması nəticəsində müşahidə olunan bir sıra davranış dəyişiklikləri ilə xarakterizə olunan xəstəlik. Xəstəliyin müşahidə olunduğu heyvanlarda yüksək dərəcəli qorxusuzluq, hər şeyə qarşı maraq, unutqanlıq, hər şeyi ağzına aparma, hətta bərk cisimləri yeməyə çalışma, tez-tez körpə heyvanlarla, hətta fərqli cinsiyyət və növə aid heyvanlarla belə cütləşməyə çalışacaq səviyyədə cinsi impulslar meydana çıxır. Bənzər xəstəlik nadir hallarda insanlarda rast gəlinsə də, simptomlar heyvandakılara oxşar olur. == Səbəblər == Bu xəstəliyin öyrənilməsində meymunların qan qrupları önəmli rol oynayıb. Xəstəlik ilk dəfə insanlarda 1955-ci ildə gicgah lobektomiyası zamanı qeydə alınmışdır. Lakin herpes səbəbli ensefalit və meninqoensefalit zamanı da insanda müşahidə oluna bilər. Həmçinin bir sıra situasiyalar Klüver-Byüsi sindromuna səbəb ola bilər. Məsələn, Pik xəstəliyi, Altshaymer xəstəliyi, işemiya, anoksiya, proqressiv subkortikal qlioz, Rett sindromu, porfiriya və dəm qazı zəhərlənməsi və s. kimi hallar sindorum səbəbkarlarından hesab olunur. == Simptonlar == Sindromun simptomlarını aşağıdakılardır: Xatirələri yada salmaq bacarığının itməsi.
Con Edqar Huver
Con Edqar Huver (ing. John Edgar Hoover, 1 yanvar 1895-ci il, Vaşınqton — 2 may 1972-ci il,Vaşınqton — ABŞ dövlət xadimi, ABŞ-nin Federal Təhqiqat Bürosuna yarım əsr ərzində rəhbərlik edib (1924-ci ildən 1972-ci ildə vəfatına qədər). 1924-cü ildə FTB-in sələfi olan ABŞ Tədqiqatlar Bürosunun direktoru təyin edilib. 1935-ci ildə ABŞ Federal Tədqiqat Bürosunun yaradılmasında böyük rol oynayıb və 1972-ci ildə, 77 yaşında vəfat edənə qədər onun direktoru olub. Quver cinayətkarlıqla mübarizə üzrə federal strukturun yaradılmasında , bir sıra yeni polis tüexnologiyalarının tətbiqində , əl izlərinin mərkəzləşmiş şəkildə toplanması üzrə iş aparılmasında böyük iş görüb. Həyatının sonunda və sonra Quverin müəyyən gizli fəaliyyəti haqqında məlumatların açıqlanmsı onu ziddiyyətli bir fiqur kimi qiymətləndirməyə imkan verdi. Onu FTB-nin səlahiyyətlərinin aşmasında ittiham etməyə başladılar. Оnun FTB vasitəsilə siyasi liderlər haqqında və siyasi fəallar haqqında gizli və qeyri-qanuni metodlarla məlumatlar topladığı məlum oldu. Quver öz əlində çox böyük hakmiyyət və səalhiyyət toplamışdı, hətta prezidentləri qorxuzmaq gücündə idi. ABŞ prezidenti Harri Trumenin sözlərinə görə " Quver FTB-ni şəxsi gizli polisə çevirmişdi… biz gestapo və ya gizli polis istəmirik, ancaq FTB belə meyllik var idi.
Con Edqar Quver
Con Edqar Huver (ing. John Edgar Hoover, 1 yanvar 1895-ci il, Vaşınqton — 2 may 1972-ci il,Vaşınqton — ABŞ dövlət xadimi, ABŞ-nin Federal Təhqiqat Bürosuna yarım əsr ərzində rəhbərlik edib (1924-ci ildən 1972-ci ildə vəfatına qədər). 1924-cü ildə FTB-in sələfi olan ABŞ Tədqiqatlar Bürosunun direktoru təyin edilib. 1935-ci ildə ABŞ Federal Tədqiqat Bürosunun yaradılmasında böyük rol oynayıb və 1972-ci ildə, 77 yaşında vəfat edənə qədər onun direktoru olub. Quver cinayətkarlıqla mübarizə üzrə federal strukturun yaradılmasında , bir sıra yeni polis tüexnologiyalarının tətbiqində , əl izlərinin mərkəzləşmiş şəkildə toplanması üzrə iş aparılmasında böyük iş görüb. Həyatının sonunda və sonra Quverin müəyyən gizli fəaliyyəti haqqında məlumatların açıqlanmsı onu ziddiyyətli bir fiqur kimi qiymətləndirməyə imkan verdi. Onu FTB-nin səlahiyyətlərinin aşmasında ittiham etməyə başladılar. Оnun FTB vasitəsilə siyasi liderlər haqqında və siyasi fəallar haqqında gizli və qeyri-qanuni metodlarla məlumatlar topladığı məlum oldu. Quver öz əlində çox böyük hakmiyyət və səalhiyyət toplamışdı, hətta prezidentləri qorxuzmaq gücündə idi. ABŞ prezidenti Harri Trumenin sözlərinə görə " Quver FTB-ni şəxsi gizli polisə çevirmişdi… biz gestapo və ya gizli polis istəmirik, ancaq FTB belə meyllik var idi.
Zivər bəy Əhmədbəyov
Zivər bəy Gəray bəy oğlu Əhmədbəyov (1873, Şamaxı – 16 fevral 1925, Bakı, Azərbaycan SSR) — ilk ali təhsilli azərbaycanlı memar. Zivər bəy Əhmədbəyov 1873-cü ildə Şamaxı şəhərində doğulub. Orta təhsilini Şamaxıda almışdır. 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. 1910-cu ildən Bakı şəhərində yaşayıb. 1902–1917-ci illərdə Z. Əhmədbəyov Bakı Quberniyasının idarəsində sonra isə Bakı şəhər idarəsində memar işləmişdir. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Bakı şəhərinin baş memarı olub. 1922-ci ilə kimi Bakı şəhərinin baş memarı olmuşdur. Şamaxıda Cümə məscidinin, İmam məscidinin, Bakıda Təzə Pir məscidinin, Göyçayda Əbülfəzlil Əbbas məscidinin (1898–1902), Əmircanda Murtuza Muxtarov məscidinin (1908) (məscidi Kərbəlayi Əhməd tikib) və Vladiqafqazda bir sıra yaşayış, məişət binaları onun layihəsilə tikilmişdir. Əmircanda layihəsini verdiyi məscid isə Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınaraq qorunur.
Səmada kimyəvi izlər
Kimyəvi izlər (ing. chemtrails ) sui-qəsd nəzəriyyəsinin bir hissəsidir və bu anlayışa görə dünyanı gizli idarə edən qüvvələr və ya "işğal hökuməti" gizli şəkildə sərnişin təyyarələrindən müəyyən "kimyəvi maddələr" püskürür. Sui-qəsd nəzəriyyəçiləri iddia edirlər ki, bu cür təyyarələr qeyri-adi kondensasiya izləri qoymaqla seçilir. Lakin realda səma üzərində yaranan bu izlərin həqiqətən kimyəvi olduqlarını isbat edən heç bir sübut yoxdur. Bu konsepsiyanın mənşəyi Amerika Birləşmiş Ştatlarının 1967-1972-ci illərdə Vyetnam ( Vyetnam Müharibəsi ), Kamboca ( Kamboca Kampaniyası ) və Laos ( Laos Vətəndaş Müharibəsi ) üzərində buludlara gümüş yodidi səpdiyi Popay əməliyyatı ilə əlaqələndirilir ki, bu da bu ölkələrin ərazisi üzərində daha çox yağıntıya səbəb olmuşdu. Hava şəraitinin dəyişdirilməsi texnologiyalarının hərbi məqsədlər üçün istifadəsinə qadağa hazırda Ətraf Mühitin Dəyişdirilməsi Vasitələrinin Hərbi və ya Hər hansı digər Düşmən İstifadəsinin Qadağan edilməsi haqqında Konvensiyaya ( ENMOD ) uyğundur. SSRİ-nin təşəbbüsü ilə hazırlanmış bu konvensiya, xüsusən ABŞ, Rusiya və Çin tərəfindən ratifikasiya edilmişdir. 1996-cı ilin avqustunda ABŞ Hərbi Hava Qüvvələri hava silahları üçün ideyalar təklif edən "Hava güc çoxaldıcısı kimi: 2025-ci ildə havaya sahib olmaq" məqaləsini dərc etdi. Bu məqalə kimyəvi izlər ideyası üçün təkan oldu. 2 oktyabr 2001-ci ildə ABŞ Konqresi ekzotik silah sistemlərinin təsnifatının bir hissəsi kimi ilk dəfə olaraq "chemtrails" termininindən istifadə edərək H.R. 2977 aktını qəbul etdi.
Fonten (İzer)
Fonten (fr. Fontaine) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Verkor və Fonten-Sesine kantonlarına daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38169. Kommunanın 2007-ci il üçün əhalisi 22394 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 202 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 4 km qərbdə yerləşir.
Kensyo (İzer)
Kensyö (fr. Quincieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Süd-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38330. Kommunanın 2012-ci il üçün əhalisi 101 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 480 ilə 771 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km qərbdə yerləşir.
Kolomb (İzer)
Kolomb (fr. Colombe) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Qran-Lem kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38118. Kommunanın 1999-cu il üçün əhalisi 1434 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 448 ilə 738 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 32 km şimal-qərbdə yerləşir.
Korp (İzer)
Korp (fr. Corps) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38128. Kommunanın 1999-cu il üçün əhalisi 453 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 639 ilə 1 840 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 140 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Kurtene (İzer)
Kurtene (fr. Courtenay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38135. Kommunanın 1999-cu il üçün əhalisi 739 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 219 ilə 375 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 70 km şimal-qərbdə yerləşir.
Laval (İzer)
Laval (fr. Laval) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38206. Kommunanın 2012-ci il üçün əhalisi 979 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 320 ilə 2600 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Lavar (İzer)
Lavar (fr. Lavars) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Mans kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38208. Kommunanın 1999-cu il üçün əhalisi 1810 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.