Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İfrazat
Maddələr mübadiləsinin son məhsulları ardıcıl olaraq qana, limfaya və toxumalararası mayeyə keçir. Bu maddələr qaz və maye halında olur. Karbon qazı ağciyərlər vasitəsilə bədənimizdən, çıxarıldığı halda, sidik cövhəri, fosfat turşusun duzları, suda həll olmuş xörək duzunun artığı bədənimizdən əsasən böyrəklər vasitəsilə çıxarılır. Bu maddələrin az bir hissəsi isə dəri vasitəsilə bədəndən xaric edilir. Bu maddələr orqanizmdə toplandıqda onu zəhərləyə bilir. Beləliklə, ifrazat prosesi nəticəsində orqanizmin daxili mühiti daima təmiz saxlanılır. Orqanizmdə olan artıq su və onda həll olmuş parçalanma məhsulları, əsasən sidik formasında böyrəklər vasitəsilə xaric olunur. == İfrazat üzvləri == İfrazat üzvlərinə dəri lat. cutis və sidik üzvləri lat. organa uropetica aiddir.
İslahat
İslahat (lat. reformo) — qanun səviyyəsində həyata keçirilən dəyişikliklər. İslahatlar zərurətdən yarandığına görə dövlət hakimiyyəti tərəfindən yuxarıdan başlanır. İslahatların məqsədi cəmiyyətdə qanunların səmərəli işləməsini və həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir. İslahatlar gedişində siyasi sitemin əsasları dəyişilmədən bir hissəsi dəyişdirilir. Bununla belə islahatlar heç də həmişə deyilənlərin tezliklə baş verməsini təmin etmir.
İştaha
İştaha və ya İştah — insanın qida qəbuluna xüsusi emosional halı. İştaha qida maddələrinə tələbatın xoş emosiyaları əsasında baş verir. Həzm sisteminin fəaliyyətində də dəyişiklik olur. Bu zaman tüpürcək və mədə şirəsi ifraz olunur. Həzm orqanlarının fəaliyyətinin artması iştahanı artırır. İştaha, əsasən, həzm mərkəzinin və mərkəzi sinir sisteminin qıcıqlanmasından, habelə orqanizmin ümumi vəziyyətindən asılı olaraq törəyir. Şərti reflekslər iştahanın nizamlanmasında böyük rol oynayır. Normal iştaha üçün qida rejiminin, qidanın keyfiyyəti və miqdarının, həzm sistemi vəziyyətinin böyük əhəmiyyəti var. İştahanı saxlamaq üçün tez-tez və az miqdarda qidalanmaq lazımdır. Şirniyyat iştahanı azaldır.
Aqrar islahat
Aqrar islahat — torpaq sahibliyi və torpaqdan istifadə sisteminin dəyişdirilməsi. == Tarixi == XVII–XIX əsrlərdə Qərbi Avropanın bir sıra ölkəsində burjua inqilabları dövründə aqrar islahatları keçirilmişdir. Burjua inqilabları bəzi ölkələrdə feodal münasibətlərinə güclü zərbə vurmuş (İngiltərə, Fransa) və bununla da kənd təsərrüfatında kapitalist inkişaf yolunu açmışdı. Bu inqilablar Avropanın bir sıra ölkəsində feodal qalıqlarını tam ləğv edə bilməmişdi. Buna görə də bu ölkələrdə kapitalizmin inkişafı prosesində hakim sinfin xeyrinə aqrar islahatları keçirilmişdir (məsələn, Prussiyada 1807–1811 illər islahatı, Rusiyada 1861-ci il kəndli islahatı və Stolıpinin aqrar islahatı (1906–1916), Rumıniyada 1864-cü il islahatı). Aqrar islahatların keçirilməsinin zəruriliyi ölkənin iqtisadi və siyasi tələbatından, kəndlilərin torpaq uğrunda güclü hərəkatından irəli gəlir. Bunların radikal həlli dərəcəli bu və ya digər ölkədə ictimai-iqtisadi şərtlərin məcmusu, sinfi qüvvələrin nisbəti, dövlət hakimiyyətinin xarakteri ilə müəyyən edilir. Vladimir Lenin aqrar inqilabların siyasi hakimiyyət uğrunda mübarizə ilə bilavasitə əlaqəsini qeyd etmişdir: "Əgər aqrar inqilabının qələbəsi hakimiyyətin inqilabçı xalq tərəfindən əldə edilməsini nəzərdə tutmursa, bu inqilab boş bir ibarədir. Həmin şərt olmadan bu inqilab aqrar inqilabı deyil, kəndli qiyamı və ya kadet aqrar islahatı olacaqdır". Çar Rusiyasında kəndlilərin inqilabi çıxışlarının təzyiqi ilə keçirilən aqrar islahatları, Birinci Dünya müharibəsindən sonra isə Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrində (Rumıniya, Çexoslavakiya, Yuqoslaviya, Macarıstan, Polşa.
Istakan-Arıta
Istakan-Arıta — Anabar çayınin yatağında yerləşən elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ada çayın aşağı axarında yerləşir. Uzunsov formaya malikdir. Cənub-qərb sahilləri sıldırımlıdır. Adada 5 metr hündürlüyə malik təpə vardır. Səthi hamardır. Mərkəzi bataqlıqlaşmışdır. Yaxınlığında Sinniqes-Arı adası yerləşir. Ərazisində elədə böyük olmayan gölləri vardır.
İfrazat sistemi
İfrazat sistemi və ya ekskretor sistem — insan və heyvan orqanizmindən suyu və duzları, maddələr mübadiləsinin son məhsullarını, eləcə də orqanizmə daxil edilən, yaxud orqanizmdə əmələ gələn zəhərli maddələri xaric edən orqanların məcmusu. İbtidailərdə tez həll olunan ekskretlər(ammonyak, sidik cövhəri) diffuziya yolu ilə və ya yığılıb-açılan qovuqcuqlar vasitəsilə xaric olunur. İbtidai çohüceyrəlilərdə və az fəal olan dəniz heyvanlarında mübadilə məhsulları bədən səthindən və xarici mühitlə əlaqədar olan boşluqların divarından diffuziya edilir. Təkamül nəticəsində ibtidai qurdlarda və bəzi halqavarı qurdlarda, eləcə də molyuskların sürfələrində xüsusi ifrazat orqanları— protonefridilər — bir ucu dəlik vasitəsilə xaricə açılan, digər (kor) ucu isə daxildə qurtaran borular əmələ gəlmişdir. Halqavarı qurdların əksəriyyətində ifrazat sistemi metanefridilər şəklindədir. Bu boruların bir ucu qıf vasitəsilə selom kisələrinə, digər ucu isə xaricə — sonrakı seqmentin səthinə açılır. Molyusklarda bu qıf ürəkətrafı boşluğa, selom axacağının xarici dəliyi isə manti boşluğuna açılır. Xərçəngkimilərdə ifrazat orqanları kor kisəcik ilə başlayıb, bığların əsasında xaricə açılan qıvrım borulardan ibarətdir. Quru buğumayaqlıları üçün ifrazat funksiyasının bağırsaq divarlarına (bir ucu orta və arxa bağırsağın qovuşduğu yerə açılan, digər ucu isə kor bağırsaq çıxıntıları olan borucuqlar və ya Malpigi damarları topası əmələ gətirir) keçməsi xarakterikdir. İfrazatın xüsusi tipi katabolitlərin çətin həll olunan formaya keçib xüsusi törəmələrdə toplanmasıdır.
May islahat layihəsi
May islahat layihəsi — Avropa dövlətləri tərəfindən təklif edilən, Osmanlı imperiyasında yaşayan ermənilər haqqında 11 may 1895-ci il tarixli islahatlar toplusu. Layihədə ermənilərin yaşadığı altı vilayətdə mərkəzi hakimiyyətin möhkəmləndirilməsi, ictimai həyatın inkişafı, istehsalın və iqtisadiyyatın tənzimlənməsi, habelə xristianların kürd tayfa başçılarının özbaşınalığından qorunması nəzərdə tutulurdu. Layihə 1895-ci ilin oktyabrında imzalanmış və Sultan II Əbdülhəmidə təqdim edilmişdir. Bu layihə heç vaxt həyata keçirilməmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Hovannisian, Richard G. The Republic of Armenia: The first year, 1918–1919. Vol 1. Berkeley: University of California Press. 1971. Nalbandian, Louise. The Armenian revolutionary movement; the development of Armenian political parties through the nineteenth century.
Rus dilinin islahat öncəsi orfoqrafiyası
Rus dilinin islahat öncəsi orfoqrafiyası (inqilabdan əvvəlki orfoqrafiya; nadir hallarda ənənəvi orfoqrafiya) — 1918-ci ildəki islahatından əvvəl qüvvədə olan və sonralar Rusiyadakı ağ hökumətlərin ərazilərində və Ağ mühacirət nəşrlərində qorunan rus dilinin yazılışı. Rus islahatı öncəsi yazımının başlanğıcı I Pyotr dövründə mülki ssenarinin tətbiqi hesab edilə bilər. İslahatqabağı imla qaydasında ümumiyyətlə qəbul edilmiş vahid norma yox idi (1956-cı il Sovet kodeksi kimi). 1917 inqilabından əvvəl (1870-1910) son 50 ildə və ya daha çox yazım, XIX əsrin ilk üçdə birinin və xüsusilə XVIII əsrin yazımından daha çox dərəcədə normallaşdırıldı. Rusların islahat öncəsi yazılışına dair ən nüfuzlu (o vaxt nəşr olunan mətbuatda tam şəkildə müşahidə olunmasa da) dərsliklər və qaydalar dəsti Akademik Yakov Karloviç Qrotun adı ilə əlaqələndirilir. Dəqiq olaraq islahatlardan əvvəl yazımın mövcudluğunun son 50 illik yubileyinə istinad edirlər. == İnqilabdan əvvəlki yazımla müasir yazım arasındakı fərqlər == === Əlifba === İnqilabdan əvvəl rus əlifbası 35 hərfdən ibarət idi. == İstinadlar == == Ədəbiyyat == Григорьева, Татьяна Михайловна. Три века русской орфографии (XVIII—XX вв.) (1000 nüs.). М.: Элпис.