Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Seks işçisi
Seks işçisi — seks sənayesində çalışan bir şəxs. Termin birbaşa cinsi xidmətlər göstərənlər də daxil olmaqla, seks sənayesinin bütün sahələrində işləyən şəxslərə istinad edilir.
Fəxri Mədəniyyət İşçisi
Fəxri Mədəniyyət İşçisi — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dövlət qulluğunda və ya mədəniyyət sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə fərqlənən şəxslərə təqdim olunan döş nişanı. == Tarixi və əsasnaməsi == Döş nişanı ilk dəfə 10 dekabr 2012-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" adı altında təsis edilmişdir. 20 aprel 2018-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ləğv edilməsi səbəbindən döş nişanın təqdim olunması dayandırılmış, əvəzində 3 oktyabr 2018-ci ildə təsdiq edilmiş əsasnamə ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı təsis olunmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı dövlət qulluğunda və ya mədəniyyət sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştirakına görə 10 ildən az iş stajı olmayan mədəniyyət, ədəbiyyat, incəsənət, mədəniyyətşünaslıq və s. sahəsində yüksək bədii estetik dəyərə malik olan ədəbiyyat, musiqi, dram, rəngkarlıq, kino, teatr, ifaçılıq əsərləri yaradan, eyni zamanda mədəniyyət sahəsində elmi-ədəbi araşdırmalara nail olan yaradıcı insanlara, mədəniyyətin inkişafında xüsusi xidmətlərinə görə mədəni-maarif müəssisələrinin qəzet və jurnal redaksiyalarının, nəşriyyatlarının, kitab ticarətinin, poliqrafiya müəssisələrinin, televiziyaların, kinonun, radio verilişlərinin işçilərinə, mədəniyyət sahəsində çalışan, Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında kadrların hazırlanmasında və tərbiyə edilməsində xidməti olan şəxslərə verilir. Döş nişanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kollegiyası tərəfindən Nazirliyin döş nişanlarının verilməsi üzrə Komissiyasının qərarına əsasən verilir. Mükafata layiq görülmüş şəxslərə döş nişanı və vəsiqə təqdim edilir. Döş nişanı təqdim edilmiş təqdimatlara əsasən il ərzində bir neçə dəfə verilir və təltif edilmə haqqında qərar "Mədəniyyət" qəzetində dərc edilərək Nazirliyin saytında yerləşdirilir. Döş nişanından məhrum etmə Nazirliyin Kollegiyasının qərarı əsasında həyata keçirilir.
Ordubad işçisi (qəzet)
El həyatı — Ordubad rayonunda nəşr olunan qəzet. Keçmiş SSRİ-də mahallar ləğv edildikdən sonra ittifaq dövlətinin hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da 1930-cu ildə Ordubad rayonu təşkil olundu. Aqarak qəsəbəsi və bir sıra kəndlər Ordubadın tərkibindən çıxarılaraq Ermənistanın Mehri rayonuna hədiyyə edilməklə Ordubad rayonu formalaşdırıldı. Rayon formalaşdırıldıqdan sonra 1932-ci ilin iyul ayının 24-də bugünkü "El həyatı" qəzetinin sələfi olan "Ordubad fəhləsi" nəşr olundu. Qəzet o dövrlərdə A4 fomatda 2 səhifədən ibarət çıxırdı. Qəzetin ilk redaktoru Abbas Qasımov, məsul katibi isə İsmayıl İsmayılzadə olub. 1935-ci ildən Hüseyn İbrahimov "Ordubad fəhləsi"ndə redaktor, Hüseyn Ağrılı (Talıbov) isə məsul katib işləmişlər. Hüseyn İbrahimov 1936-cı ilin yanvar ayında Ordubad rayon Partiya Komitəsinə katib seçildikdən sonra Nağı Babayev qəzetin redaktoru vəzifəsinə təyin olunmuşdur. 5 il "Ordubad fəhləsi" adı ilə çıxan rayon qəzeti 1937-ci ilin sonundan "Ordubad işçisi" adı ilə nəşr olunub. 1941-ci ildən "Ordubad işçisi" qəzetinə Səhralı Rüstəmov redaktor, Hüseynqulu Əzimov isə məsul katib təyin olunur.
Xüsusi təhlükəsizlik işçisi
Xüsusi təhlükəsizlik işçisi fərdlərin, təşkilatların və ya dəyərli varlıqların qorunması işini görən bir insandır. Xüsusi mühafizəçilər rabitə, yanğın, fəlakətlər, partlayıcı maddələr, şəxslərin qorunması, təhlükəsizlik sistemləri, hadisə yerində tədqiqat, hüquq, ilk tibbi yardım, narkotik maddələr, silahlar, izdiham mövzusunda təlimlər alırlar.
Əməkdar mədəniyyət işçisi
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi — mədəniyyətin inkişafında xüsusi xidmətlərinə görə mədəni-maarif müəssisələrinin, qəzet və jurnal redaksiyalarının, nəşriyyatların, kitab ticarətinin, poliqrafiya müəssisələrinin, televiziyanın, radio verilişlərinin, kinonun, turist-ekskursiya təşkilatlarının, idarələrinin işçilərinə, bədii özfəaliyyət iştirakçılarına və mədəniyyət idarələri və təşkilatları sisteminin digər işçilərinə mədəniyyət sahəsində azı iyirmi il işlədikdə verilən fəxri ad. Fəxri ad Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 22 may 1998-ci ildə təsis olunmuşdur.
Əməkdar tibb işçisi
Azərbaycan Respublikasının əməkdar tibb işçisi — yüksək peşəkarlığına görə müalicə-profilaktika, əczaçılıq, sanitariya, sanatoriya-kurort, elmi-tədqiqat və digər səhiyyə müəssisələrində tibb məntəqəsinin müdiri, tibb bacısı, feldşer, mama, diş texniki, rentgen texniki, laborant, feldşer-laborant, anestezist, instruktor-dezinfektor, sanitar-feldşer, həkim köməkçisi, entomoloq köməkçisi, tibbi statistik, tibb qeydiyyatçısı, müalicə-bədən tərbiyəsi üzrə instruktor və əczaçı vəzifələrində çalışan işçilərə səhiyyə sahəsində azı iyirmi il işlədikdə verilən fəxri ad.
Bayram Heydərov (təhsil işçisi)
Bayram Heydərov (22 mart 1956, Zəngibasar rayonu – 18 avqust 2018, Bakı) — Zəngi Liseyinin qurucusu və ilk direktoru, Fizika-riyaziyyat elmləri doktoru, pedaqoq, "Şöhrət" ordenli (2010), əməkdar müəllim. == Həyatı və təhsili == Bayram Heydərov 1956-cı ildə Qərbi Azərbaycanın Zəngibasar rayonunun Dəmirçi kəndində, ziyalı ailəsində anadan olmuşdur. 1963-cü ildə Dəmirçi kənd tam orta məktəbə daxil olmuş, 1973-cü ildə məzun olmuşdur. 1974-cü ildə Bakı Dövlət Universitetinin "Mexanika-riyaziyyat" fakültəsinə daxil olmuşdur, 1979-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Novosibirsk Dövlət Universitetində aspirantura təhsili almışdır. Bayram Heydərov ötən əsrin 80-ci illərinin sonlarında Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki elmi mərkəzdə 6 ay müddətində, Novosibirsk Dövlət Universitetində iki illik ixtisasartırma kurslarında olmuş, aspiranturanı bitirmiş, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü, akademik M. M. Lavrentyevin rəhbərliyi ilə Novosibirsk Dövlət Universitetində differensial tənliklər ixtisası üzrə müdafiə edərək elmlər namizədi elmi dərəcəsi almışdır. O, 1988-ci ilin yanvar ayında Vətənə dönərək AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyətini davam etdirmişdir. Riyaziyyat və Mexanika İnstitutunun Xüsusi Konstruktor Bürosunda çalışdığı zaman Bayram Heydərov həm də müasir hərbin inkişafında məxsusi yeri olan məsələlərlə məşğul olmuşdur. Həmin illərdə Azərbaycanda tətbiqi elmlərin inkişafına ciddi diqqət yetirilirdi. SSRİ hərbi sənayesinin inkişafı üçün güclü elmi mərkəzlər müəyyən sifarişləri yerinə yetirirdilər.
Fikrət Məmmədov (televiziya işçisi)
Fikrət Məmmədov — Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri. == Həyatı == Fikrət Alı oğlu Məmmədov 25 avqust 1982-ci ildə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin televiziya rejissorlugu fakültəsini bitirib. Azərbaycan Televiziyasının Gənclik redaksiyasında ilk iş fəaliyyətinə başlayıb. 2005-ci ildə müsabiqə yolu ilə İctimai Televiziyaya qəbul olunub. Gənclər və idman redaksiyasında rejissor fəaliyyətinə başlayıb. 2009-cu ildən İctimai Televiziyanın Rusiya nümayəndəliyinə təyin olunub. Bir sıra televiziya verilişlərinin və filmlərinin rejisoru olub.
Əməkdar kənd təsərrüfatı işçisi
Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçisi —
Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi
Fəxri Mədəniyyət İşçisi — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dövlət qulluğunda və ya mədəniyyət sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə fərqlənən şəxslərə təqdim olunan döş nişanı. == Tarixi və əsasnaməsi == Döş nişanı ilk dəfə 10 dekabr 2012-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" adı altında təsis edilmişdir. 20 aprel 2018-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ləğv edilməsi səbəbindən döş nişanın təqdim olunması dayandırılmış, əvəzində 3 oktyabr 2018-ci ildə təsdiq edilmiş əsasnamə ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı təsis olunmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı dövlət qulluğunda və ya mədəniyyət sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştirakına görə 10 ildən az iş stajı olmayan mədəniyyət, ədəbiyyat, incəsənət, mədəniyyətşünaslıq və s. sahəsində yüksək bədii estetik dəyərə malik olan ədəbiyyat, musiqi, dram, rəngkarlıq, kino, teatr, ifaçılıq əsərləri yaradan, eyni zamanda mədəniyyət sahəsində elmi-ədəbi araşdırmalara nail olan yaradıcı insanlara, mədəniyyətin inkişafında xüsusi xidmətlərinə görə mədəni-maarif müəssisələrinin qəzet və jurnal redaksiyalarının, nəşriyyatlarının, kitab ticarətinin, poliqrafiya müəssisələrinin, televiziyaların, kinonun, radio verilişlərinin işçilərinə, mədəniyyət sahəsində çalışan, Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında kadrların hazırlanmasında və tərbiyə edilməsində xidməti olan şəxslərə verilir. Döş nişanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kollegiyası tərəfindən Nazirliyin döş nişanlarının verilməsi üzrə Komissiyasının qərarına əsasən verilir. Mükafata layiq görülmüş şəxslərə döş nişanı və vəsiqə təqdim edilir. Döş nişanı təqdim edilmiş təqdimatlara əsasən il ərzində bir neçə dəfə verilir və təltif edilmə haqqında qərar "Mədəniyyət" qəzetində dərc edilərək Nazirliyin saytında yerləşdirilir. Döş nişanından məhrum etmə Nazirliyin Kollegiyasının qərarı əsasında həyata keçirilir.
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi — mədəniyyətin inkişafında xüsusi xidmətlərinə görə mədəni-maarif müəssisələrinin, qəzet və jurnal redaksiyalarının, nəşriyyatların, kitab ticarətinin, poliqrafiya müəssisələrinin, televiziyanın, radio verilişlərinin, kinonun, turist-ekskursiya təşkilatlarının, idarələrinin işçilərinə, bədii özfəaliyyət iştirakçılarına və mədəniyyət idarələri və təşkilatları sisteminin digər işçilərinə mədəniyyət sahəsində azı iyirmi il işlədikdə verilən fəxri ad. Fəxri ad Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 22 may 1998-ci ildə təsis olunmuşdur.
Azərbaycan Respublikasının əməkdar tibb işçisi
Azərbaycan Respublikasının əməkdar tibb işçisi — yüksək peşəkarlığına görə müalicə-profilaktika, əczaçılıq, sanitariya, sanatoriya-kurort, elmi-tədqiqat və digər səhiyyə müəssisələrində tibb məntəqəsinin müdiri, tibb bacısı, feldşer, mama, diş texniki, rentgen texniki, laborant, feldşer-laborant, anestezist, instruktor-dezinfektor, sanitar-feldşer, həkim köməkçisi, entomoloq köməkçisi, tibbi statistik, tibb qeydiyyatçısı, müalicə-bədən tərbiyəsi üzrə instruktor və əczaçı vəzifələrində çalışan işçilərə səhiyyə sahəsində azı iyirmi il işlədikdə verilən fəxri ad.
Azərbaycan SSR əməkdar mədəniyyət işçisi
== 1960-cı illər == === 1967 === 21 oktyabr 1967-ci ildən: Ağayeva Şəfiqə Əli qızı — "Azərbaycan qadını" jurnalının redaktoru Hacıyeva Teybə Səlim qızı — Kürdəmir rayon kitabxanasının müdiri Dilbazi Mirvarid Paşa qızı — şair Rəfibəyli Nigar Xudadat qızı — şair Rəsulova Tamara Həsən qızı — Sumqayıt Şəhər İcraiyyə Komitəsi mədəniyyət şöbəsinin müdiri Sultanova Hökümə İsmayıl qızı — Azərbaycan KP MK yanında respublika Qadınlar Şurasının sədri, Azərbaycan KP MK Partiya Tarixi İnstitutunun baş elmi əməkdaşı Süleyman Dadaş oğlu Məlikov — jurnalist, tərcüməçi, redaktor.
Azərbaycan SSR əməkdar səhiyyə işçisi
Azərbaycan SSR əməkdar səhiyyə işçisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар сәһијјә ишчиси) — Azərbaycan SSR-də səhiyyə sahəsində fərqlənmiş şəxslərə verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR əməkdar səhiyyə işçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 16 mart 1978-ci il tarixli fərmanı ilə təsis olunmuşdur. Fəxri ad Azərbaycanın SSR-də sanitariya-epidemiologiya xidməti idarələrinin, müalicə-profilaktika, sağlamlıq müəssisələrinin, tibbi ekspertizaların, elmi-tədqiqat institutlarının, laboratoriyaların, apteklərin, əczaçılıq zavodlarının, aptek anbarlarının, səhiyyə orqanlarının bu sistemdə azı 15 il qüsursuz işləyən, xalq səhiyyəsi və respublikanın əhalisinə tibbi xidmət sahəsində böyük müvəffəqiyyətlər qazanan, ictimai həyatda fəal iştirak edən yüksək ixtisaslı işçilərə verilirdi.
Azərbaycan Respublikasının əməkdar sənaye işçisi
Azərbaycan SSR əməkdar sənaye işçisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар сәнаје ишчиси) — Azərbaycan SSR-də sənaye sahəsində fərqlənmiş şəxslərə 1983-cü ildən verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR əməkdar sənaye işçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 avqust 1983-cü il tarixli Fərmanı ilə təsis edilmişdir. Fəxri ad müəssisələrin, birliklərin, elmi-tədqiqat və layihə institutlarının, konstruktor büroları və laboratoriyalarının fəhlələrinə, mühəndis-texnik və digər işçilərinə sənayenin müvafiq sahələrində azı 15 il işlədikdə verilirdi. 5 fevral 1991-ci ildə Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılmasından, daha sonra isə Azərbaycanın müstəqillik əldə etməsindən sonra "Azərbaycan SSR əməkdar sənaye işçisi" fəxri adı heç bir hüquqi sənəd qəbul olunmadan 1993-cü ilədək "Azərbaycan Respublikasının əməkdar sənaye işçisi" adı ilə verilmişdir.
Azərbaycan SSR əməkdar sənaye işçisi

Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi
Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi — Azərbaycan Respublikası Təhsil Nazirliyi "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı və Fəxri Fərman vasitəsilə təhsil sektorunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların çalışanlarına təltif verir. Bu təltiflər aşağıdakı hallarda verilir: Təhsil sahəsində dövlət tapşırıqlarının uğurla yerinə yetirilməsinə görə. Təhsil sistemi və təhsil müəssisələrinin idarə olunmasında yüksək səviyyəli menecment fəaliyyətinə görə. Gənc nəslin təlim-tərbiyəsinə əldə edilmiş yüksək nəticələrə görə. Yüksək ixtisaslı kadrların yetişdirilməsinə və elmi-pedaqoji fəaliyyətinə görə. İxtisaslı fəhlə və orta ixtisas təhsilli kadrların hazırlanmasında nailiyyətlərə görə. Rəhbər və pedaqoji kadrların hazırlanması, tərbiyə edilməsi və təcrübələrin öyrənilməsi sahəsində yüksək nəticələrə görə. Dərsliklərin, tədris-metodiki və əyani vasitələrin hazırlanmasında yüksək nəticələrə görə. Təhsil sahəsində elmi-tədqiqat işlərinin səmərəliyinə görə. Təhsil sisteminin yeniliklərinin həyata keçirilməsi sahəsində əldə edilən yüksək nəticələrə görə.
Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi

Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçisi
Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçisi —
Azərbaycan SSR əməkdar ali məktəb işçisi
Azərbaycan SSR əməkdar ali məktəb işçisi — 20 may 1980-ci ildə təsis edilən fəxri ad. == Məzmun == "Azərbaycan SSR əməkdar ali məktəb işçisi" fəxri adı ali təhsil sahəsində ən azı 15 il işləmiş və təlim-tərbiyə işində, tələbə gənclərin kommunist tərbiyəsi və təlimi işində, xalq təsərrüfatı üçün yüksək ixtisaslı mütəxəssislər hazırlanmasında, elmin inkişafında mühüm xidmətləri olan, ictimai həyatda fəal iştirak edən ali məktəb professorlarına, dosentlərinə, assistentlərinə, müəllimlərinə, elmi əməkdaşlarına, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin inspektorlarına, metodistlərinə və digər yüksək ixtisaslı işçilərinə verilir.
Azərbaycan SSR əməkdar kənd təsərrüfatı işçisi
Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçisi —
Azərbaycan SSR əməkdar balıqçılıq təsərrüfatı işçisi
Azərbaycan SSR əməkdar balıqçılıq təsərrüfatı işçisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар балыгчылыг тәсәррүфаты ишчиси) — Azərbaycan SSR-də balıqçılıq təsərrüfatı sahəsində fərqlənmiş şəxslərə 1983-cü ildən verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR əməkdar balıqçılıq təsərrüfatı işçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 avqust 1983-cü il tarixli Fərmanı ilə təsis edilmişdir. Fəxri ad dövlət və kolxoz balıqçılıq təsərrüfatlarının, əlaqədar elmi-tədqiqat idarələrinin və digər idarələrin bu sahədə azı 10 il işləmiş fəhlələrinə, kolxozçularına, mühəndis-texnik işçilərinə və digər mütəxəssislərə verilirdi. "Azərbaycan SSR əməkdar balıqçılıq təsərrüfatı işçisi" fəxri adının təsis edilməsi ilə mahiyyətcə oxşar olan "Azərbaycan SSR əməkdar balıqçısı" fəxri adı ləğv olunmuşdur.
"Rusiyanın Əməkdar Nəqliyyat İşçisi" döş nişanı
"Rusiyanın Əməkdar Nəqliyyat İşçisi" döş nişanı — Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin idarə mükafatıdır. Nəqliyyat Nazirliyinin 18 oktyabr 2005-ci il tarixli 130 nömrəli "Nəqliyyat Nazirliyinin idarə mükafatları haqqında" əmri ilə təsis edilmişdir. == Mükafat nizamnaməsi == "Rusiyanın Əməkdar Nəqliyyat İşçisi" döş nişanı avtomobil, daxili, su, hava, şəhər elektrik təsərrüfatı (metro daxil olmaqla), dəmir yolu, dəniz (o cümlədən dəniz ticarəti, limanlar) və sənaye nəqliyyatı, yol təsərrüfatı təşkilatlarının rəhbərləri və mütəxəssislərinə verilir. Nazirliyin federal xidmətlərin mərkəzi aparatının və Nazirliyin tabeliyində olan federal qurumların, onların ərazi orqanlarının və digər şəxslərin əməkdaşları: Nəqliyyat və gəmiçilik fəaliyyətinin inkişafı, avtomobil yollarının tikintisi və istismarı, su yollarının və gəmiçilik üçün nəzərdə tutulmuş hidrotexniki avadanlıqların yenidən qurulması və saxlanması, nəqliyyat vasitələrinin təmiri və texniki xidməti sahəsində xidmətlərə görə; Nəqliyyatda iqtisadi islahatların fəal həyata keçirilməsinə görə; Mühüm iqtisadi effekt verən yeni texnika və texnologiyaların işlənib hazırlanması və ya tətbiqi üçün biznesin təşkilinin qabaqcıl forma və üsullarından istifadə edilməsi; Uğurlu və səmərəli elmi, səmərələşdirici və yaradıcı fəaliyyətə görə; Nəqliyyat və avtomobil yolları infrastrukturunda nəzarət və təftiş sahəsində səmərəli fəaliyyətinə görə; Rusiya nəqliyyat kompleksinin fəaliyyəti ilə bağlı qanunvericilik və normativ hüquqi aktların layihələrinin hazırlanması üçün; əməyin mühafizəsi və təhlükəsizlik şəraitinin yaxşılaşdırılması, yol hərəkəti təhlükəsizliyinin və yüklərin təhlükəsizliyinin təmin edilməsi, sosial sahənin inkişafı; Nəqliyyat kompleksi üçün mütəxəssislərin və ixtisaslı işçilərin hazırlanması sahəsində xidmətlərə görə. Aşağıdakı işçilər döş nişanı ilə təltif olunurlar: nəqliyyat sistemində azı 20 il, o cümlədən ən azı üç il bu kollektivdə və iki il hazırkı vəzifədə işləmək; əvvəllər "Qüsursuz əməyə və fərqlənməyə görə" medalı, 1-ci dərəcəli və ya aşağıdakı döş nişanlarından (nişanlardan) biri ilə təltif edilmiş insanlar: "Fəxri avtomobil nəqliyyatı işçisi", "Aeroflotun əlaçısı", "Hava nəqliyyatının əlaçısı", "Fəxri işçi" Rusiya Hava Naviqasiyası", "Fəxri Dəmir Yolu işçisi", "Fəxri Dəmiryolçu", "Şəhər Elektrik Nəqliyyatının Fəxri İşçisi", "Nəqliyyata Dövlət Nəzarətinin Fəxri İşçisi", "Rusiya Nəqliyyat Müfəttişliyinin fəxri işçisi", "Fəxri Yol işçisi", "Rusiyanın fəxri yol işçisi", "Dəniz Donanmasının fəxri işçisi", "Fəxri Dəniz Donanmasının işçisi", "Fəxri Qütb Kəşfiyyatçısı", "Fəxri Qütb Kəşfiyyatçısı", "Çay Donanmasının fəxri işçisi", at mükafatın verilməsindən ən azı beş il keçmək və s.. İş təcrübəsindən asılı olmayaraq işçilər nəqliyyat hadisələrinin qarşısının alınmasında, fövqəladə hallar iştirakçılarının xilas edilməsində, daşımalarda qanunsuz hərəkətlərin qarşısının alınmasında göstərdikləri cəsarət və fədakarlığa görə mükafatlandırılırlar. Nəqliyyat kompleksinin inkişafındakı xüsusi xidmətlərinə, problemlərinin həllində fəal və səmərəli əməkdaşlığa görə federal icra hakimiyyəti orqanlarının, Rusiya Federasiyasının təsis qurumlarının icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının, digər nazirliklərin təşkilatlarının əməkdaşlarına döş nişanı verilə bilər. və şöbələr. == Geyinmə qaydaları == Nişan döş qəfəsinin sağ tərəfində taxılır və digər idarə nişanlarının qarşısında və Rusiya Federasiyası, RSFSR və SSRİ dövlət mükafatlarının altında yerləşir. Nişanın seriya nömrəsi var.
Azərbaycan Respublikasının əməkdar neft və qaz sənayesi işçisi
Azərbaycan SSR əməkdar neft və qaz sənayesi işçisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар нефт вә газ сәнајеси ишчиси) — Azərbaycan SSR-də neft və qaz sənayesi sahəsində fərqlənmiş şəxslərə 1983-cü ildən verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR əməkdar neft və qaz sənayesi işçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 avqust 1983-cü il tarixli Fərmanı ilə təsis edilmişdir. Fəxri ad neft və qaz sənayesi müəssisələrinin, birliklərinin, elmi-tədqiqat və digər idarələrinin bu sahədə azı 10 il işləmiş fəhlələrinə, mühəndis-texnik işçilərinə verilirdi. 5 fevral 1991-ci ildə Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılmasından, daha sonra isə Azərbaycanın müstəqillik əldə etməsindən sonra "Azərbaycan SSR əməkdar neft və qaz sənayesi işçisi" fəxri adı heç bir hüquqi sənəd qəbul olunmadan 1993-cü ilədək "Azərbaycan Respublikasının əməkdar neft və qaz sənayesi işçisi" adı ilə verilmişdir.
Azərbaycan SSR əməkdar neft və qaz sənayesi işçisi