Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İudaizm
İudaizm (q.yun. Ἰουδαϊσμός), yaxud musəvilik və ya yəhudilik — e.ə. I minillikdə Fələstində yaranmış monoteist ibrahimi din. İudaizm qədim yəhudi qəbilələrinin politeizmindən yaranmış, e.ə VII əsrdən başlayaraq moneteist din olmuşdur. Vahid Allah Yəhvaya, Tövratın müqəddəsliyinə etiqad; axirətə, qiyamət gününə, o dünyada əcr veriləcəyinə inam; ölülərin diriləcəyinə və Məsihanın zühr edəcəyinə etiqad; ruhun varlığına və taleyinə inam və s. iudaizmin əsas etiqad ehkamlarıdır. Müqəddəs kitabları Tanax və Talmuddur. Musa peyğəmbərin adıyla bağlı olaraq bu dinə "Musəvilik" də deyilir. Yəhudilər demək olar ki, dünyanın hər yerinə yayılıblar. Dünyanın əksər ölkərində yəhudilər yaşayır.
Azərbaycanda iudaizm
Azərbaycanda iudaizm — Azərbaycanda islam və xristianlıqla yanaşı bir neçə əsas dinlərdən biridir. Uzun illərdir ki, Azərbaycan əhalisi tərəfindən etiqad olunur. == Tarixi == Müasir Azərbaycan ərazisində iudaizmin tarixi təxminən VII əsrə gedib çıxır. İudaizm haqqında ilk qeydlər 1990-cı ildə R. Göyuşovun rəhbərliyi ilə arxeoloqlar tərəfindən Bakı şəhəri ərazisində aparılan qazıntılar zamanı aşkar edilmişdir. Qazıntılar zamanı b.e. VII əsrə aid yəhudi məhəlləsinin və Şabran sinaqoqunun qalıqları aşkar edilmişdir. == Yəhudi icmaları == Azərbaycanda üç yəhudi icması var: dağ yəhudiləri, aşkenazi yəhudiləri və gürcü yəhudilər. Ümumilikdə yəhudilərin sayı 16 min nəfərdir: 11 min-i dağ yəhudisidir, onlardan 6 minə yaxını Bakıda, 4,000-i Quba və Qırmızı Qəsəbədə, minə yaxını isə başqa şəhərlərdə yaşayır; 4,3 min aşkenazi yəhudisi var ki, onların əksəriyyəti Bakıda və Sumqayıtda yaşayır; Azərbaycanda 700-ə yaxın gürcü yəhudi yaşayır. Ən qədimi dağ yəhudilərinin icmasıdır ki, burada əksər tarixçilərin fikrinə görə, V əsrdən əvvəl yaranmışdır. İndiki dövrdə Azərbaycanın bütün yəhudi diasporu arasında dağ yəhudiləri çoxluq təşkil edir.
Ortodoks iudaizm
Ortodoks Yəhudilik, Pravoslav Yəhudilik və ya Ortodoks Musəvilik — Qüdsdəki məbədin dağıdılmasından müasir dövrə kimi gəlmiş rəsmi yəhudi inanc və ənənələrini təmsil edən, hələ də üzvləri ən çox olan İudaizm məzhəbidir. Bu gün İsrail dövlətində də bu məzhəbin tərəfdarları hakimdir. Musanın qanunlarına ciddi şəkildə əməl edən pravoslav yəhudilər, Şabbat (şənbə) günü heç nə etməmək və Kaşrut qaydalarına tabe olmaq mövzusunda digər təriqətlərə nisbətən daha sərt mövqe tuturlar. Pravoslav Yəhudilərə görə, Allah Musaya Tövratı və On əmri vermişdir. Bunlar ilahidir, əbədi davam edəcək və heç bir şəkildə dəyişdirilə bilməz. Yazılmış Tövratdan əlavə, Allah Musaya şifahi şəkillərdə olan əmrlərini də vermişdir ki, bunlar da, nəsillərdən bəri davam edərək müasir dövrümüzə qədər gəlib çatmışdır. Eyni şəkildə, onlarda ilahi və müqəddəs sayılırlar. Bu mövzuda xüsusilə Talmud və Midraşdan əsas götürülür. Alahaya ciddi şəkildə riayət etmək lazımdır.
Serbiyada iudaizm
Serbiyada iudaizm — Serbiya ərazisində yaşayan bir qrup insanın etiqat etdiyi din. İudaizm dinində etiqat edənlərin sayı Serbiyada olduqca azdır. 2002-ci il məlumatına görə Serbiya və Voyevodinada 785 (və ya 0,01 %) nəfər bu dində etiqat edir yaşayır. Serbiyanın nəzarət etmədiyi Kosovoda isə sayları bilinmir. Belqradda ilk yahudilərin yaşaması haqqında məlumat XIII əsrə aiddir. Belqrada gəlmiş yahudilər İtaliya və Dubrovnikdən gəlmişlər. Sonradan ikinci dalğa İspaniya və Macarıstandan gəlir. Yahudilərin gəlməsi isə bölgədə iudaizm dinidə kök salır. Balkanlarda yahudi icması XV və XVI əsrlərdə İspaniya və Portuqaliyada baş qaldırmış inkizisasiya zamanı daha da artmışdır. Osmanlı sultanı II Bəyazid yahudiləri öz ölkərinə dəvət etmişdir.
Xristianlıq və iudaizm
Musəvilik və Xristianlıq İbrahimi dinlərdir oxşar mərkəzə malikdirlər.İnancları,praktikaları,ibadətləri fərqlidir.
İudaizm və xristianlıq
Musəvilik və Xristianlıq İbrahimi dinlərdir oxşar mərkəzə malikdirlər.İnancları,praktikaları,ibadətləri fərqlidir.
Ərəb ölkələrində iudaizm
İudaizm — din, fəlsəfə və yəhudi xalqının yaşam yoludur. Bu təkallahlı dinin əsli Müqəddəs İvrit kitabından gəlir və daha sonra Talmud kimi mənbələrdən də tapılmışdır. İudaizm dini yəhudilər üçün Allahın İsrailin uşaqları ilə yaratdığı dini əlaqənin ifadəsi hesab olunur. Rabbinik İudaizmi qeyd edir ki, Allah öz qanunları və əmrlərini hər iki formada – yazılı və şifahi Tövrat Sina dağında Musaya vermişdir. İudaizm 3000 ildən artıq bir müddətdə tarixi mövcudluğu iddia edir. Dünyanın əksər dinləri kimi, İudaizm də ən qədim təkallahlı dinlərdən biri sayılır. Yəhudilər etnik-dini qrupdur və bura yəhudi kimi doğulanlar və sonradan yəhudiliyə üz tutanlar daxildir. 2010-cu ildə dünya yəhudi əhalisi 13,4 milyon artmış və təxminən ümumi dünya əhalisinin 0,2 % -ni təşkil etmişdir. Ən böyük Yəhudi dini hərəkatları bunlardır: Ortodoks İudaizm (Haredi və Modern), Konservativ İudaizm və Reformist İudaizm. Bu qruplar arasında əsas fərq onların Yəhudi Qanununa olan yanaşmalarındadır.
Buddizm
Buddizm (sanskr. बुद्ध धर्म, buddha dharmaIAST; pali बुद्ध धम्म, buddha dhamma, "Aydın təlim"; çin. 佛教 fójiào) — e.ə. I minilliyin ortalarında Qədim Hindistanda meydana gəlmiş və əsası Siddhartha Qautama tərəfindən qoyulmuş dini-fəlsəfi təlim. Buddizm Brahmanizmin qollarından biridir. Bu din Hindistan sərhədlərini aşaraq bütün şərq regionunu öz çənginə almışdır. Buddizmin zərif irfani düşüncələrə malik olması və dünyanın ən çox əhalisi olan regionunda yayılması səbəbindən bu dinin davamçıları çoxdur. Qeyd etmək lazımdır ki, son zamanlar Avropa və Amerikaya da təsir göstərməyə və adları çəkilən ərazilərdə yayılmağa başlamışdır. == Budda haqqında == Buddizm fərdi mənəvi təkamül və həyatın mahiyyətini dərindən qavrama üsuludur. === Buddizmin yaranma tarixi === Buddizm dünyanın ən qədim dinlərindən biridir.
Cedaizm
Cedaizm (ing. Jedi census phenomenon) — qeyri-ənənəvi inanclardan biri. "Ulduz müharibələri" filminin rejissoru Corc Lukas yəqin ki, onun filmi əsasında yeni bir dinin yaranacağını və həmin dinin ardıcıllarının hansısa ilahi gücün varlığına inanacağını ağlına belə gətirmirdi. Mütəxəssislər haqlı olaraq cedaizmin dindən daha çox, submədəniyyət anlayışına uyğun gəldiyini bildirirlər. Belə ki, onun ardıcılları öz icmalarını yaratmayıblar, heç bir dini binası, ayin və ibadətləri yoxdur. Bilindiyi kimi, filmin müsbət qəhrəmanları hansısa gizli gücə malik, onları qüdrətli döyüşçülərə çevirən "Ceday" ordeni cəngavərləridir. Onlar özləri kimi qüdrətli, qara gücə sahib "sithlər" ilə mübarizə aparırlar. İşıqlı qılınclarla silahlanmış xeyir və şər təmsilçiləri çox uzaq qalaktikada nüfuz əldə etmək uğrunda döyüşürlər. "Ulduz müharibələri" mifologiyasına görə, həmin gizli güc kainatı bir-birinə bəndləyir və bütün maddi varlıqların içindən keçir. Yeni dinin tərəfdarları başlanğıcda güclü təbliğat işlərinə girişdilər.
Dadaizm
Dadaizm (fr. dadisme; dada – mənasız ahəngdarlıq) – Qərbi Avropa ədəbiyyatı və rəssamlığında modernist cərəyan. Birinci dünya müharibəsi illərində İsveçrədə yaranmış, Fransa və Almaniyada geniş yayılmışdı. Dadaistlər burjua ədəbiyyatı və incəsənətinə qarşı çıxsalar da, alogizmi (fikir və forma pərakəndəliyinin yaradıcılıq prosesində əsas götürülməsi) əsas sayır, ideyalılığı, obrazlılığı inkar edirdilər. T. Tsara, R. Gülzenbek, Q. Alp dadaistlərin ən görkəmli nümayəndələridir. XX əsrin 20-ci illərində dadaistlər başqa dekadent cərəyanlara qoşulmağa başladılar. J. Qross və C. Hartfild bu qəbildən olan dadaistlərdən idilər.
Dudeizm
Dudeizm — internetdə yayılmış din. "Böyük Lebovski" filminin baş qəhrəmanı, 1998-ci ildə Koenin qardaşları tərəfindən çəkilmiş, əsas təlimləri fəlsəfəyə və "Oğlanın" uydurulmuş personajının həyat prinsiplərinə uyğundur. Dinin banisi — Tay əsilli Los-Ancelesli jurnalist Oliver Bencamindir.
İnduizm
Hinduizm — Hindistan yarımadasında yaşayan yerli əhalinin mənsub olduğu din. Qərblilər bu xalqın dinini ifadə etmək üçün onların daha çox Hind çayının ətrafında yaşamalarını nəzərə alaraq onlara bu cür müraciət etmişlər. Əslində onlar öz dinlərini "Sanatana Dharma" (əzəli – əbədi – din) deyə adlandırırlar. Ehtimal olunur ki, bu dinin tarixi e.ə. 2000-ci ilə qədər gedib çatır. Bu prosesi beş dövrə ayırmaq olar: Vedalar dövrü (e.ə. 2000-ci il); Upanişadlar dövrü (e.ə. 800-500); Klassik dövr (e.ə. 500 – eramızın 500-cü ili); Orta çağdakı ilahiyyat və fəlsəfənin tərəqqisi dövrü (Vedanta); Müasir dövr. Hinduizm milli dindir.
Nudizm
Nudizm - İnsanların çılpaq formada hərəkət etməsi. Nudizm əsasən Avropa ölkələrində geniş yayılmışdır. Almaniyada və digər ölkələrdə xüsusi nudist çimərlikləri, hotellər, kamplar, saunalar və idman zalları fəaliyyət göstərir ki, burada insanlar tam çılpaq formada gəzir, söhbətləşir və əylənirlər. Ölkələrin mentalitet qaydalarına uyğun olaraq nudizmə münasibət hər bir ölkədə fərqlilik təşkil edir. Almaniyanın çılpaq həqiqəti - nudizm.
Dzen-Buddizm
Zen, zen (yap. 禅; sanskr. ध्यान, dhyana – " dərketmə", çin. 禪chan, kor. 선 yuxu, vyet. thiền thien) Çin və bütün Şərqi Asiya Buddizminin ən mühüm məktəblərindən biridir. Son olaraq 5–6-cı əsrlərdə Çində daosizmin böyük təsiri altında formalaşmışdır. Çin, Vyetnam və Koreyada Mahayana Buddizminin dominant rahiblik formasıdır. Geniş mənada Zen mistik dərketmə məktəbi və ya Buddist mistisizmindən yaranan maarifçilik təlimidir. Dar mənada Zen bəzən Yaponiyada özünəməxsus milli xüsusiyyətə malik və XII əsrin sonlarında Çindən gəlmiş Buddizmin təsirli məktəblərindən biri kimi qəbul edilir.
Dzen buddizm
Zen, zen (yap. 禅; sanskr. ध्यान, dhyana – " dərketmə", çin. 禪chan, kor. 선 yuxu, vyet. thiền thien) Çin və bütün Şərqi Asiya Buddizminin ən mühüm məktəblərindən biridir. Son olaraq 5–6-cı əsrlərdə Çində daosizmin böyük təsiri altında formalaşmışdır. Çin, Vyetnam və Koreyada Mahayana Buddizminin dominant rahiblik formasıdır. Geniş mənada Zen mistik dərketmə məktəbi və ya Buddist mistisizmindən yaranan maarifçilik təlimidir. Dar mənada Zen bəzən Yaponiyada özünəməxsus milli xüsusiyyətə malik və XII əsrin sonlarında Çindən gəlmiş Buddizmin təsirli məktəblərindən biri kimi qəbul edilir.
Lama (buddizm)
Lama (buddizm) - Tibet (Nepal, Hindistan), Monqolustan və Buryatiyada budda rahibi. Termin VIII əsrdə Tibetdə meydana gəlmişdir. İlk vaxtlar yalnız ali kahinləri lama adlandırırdılar. Sonralar həm Tibetdə, həm də Mərkəzi Asiyanın digər rayonlarında rahibliyi qəbul edən hər kəsə lama deməyə başladılar.
Tibetdə buddizm
Tibetdə buddizm mahayana, vacrayana və bon dininin sintezindən ibarətdir. Tibet mütəfəkkirləri fəlsəfə sahəsində, əsasən madhyamikaya, yoqaçara ideyalarına və "Həqiqi mövcudat bətni" (tathaqata-qarbha) haqqında təlimə dayaqlanan mürəkkəb sxolastik doktrinalar yaradırdılar. Hind monastrlarında intişar tapmış və Tibet mühitinə köçürülmüş disput institutunun digər buddist ənənələrində analoqu yox idi. Dini təcrübə sahəsində bu həyatda "aydınlanma"ya yetişmənin (dzoqçen) ezoterik texnikaları inkişaf etdirilirdi.. VII-VIII əsrlərin Tibet çarları üçün hind Buddizminin qəbulu düşünülmüş siyasət idi. Bu siyasət tibetlilərin təhsil almaq üçün Hindistandakı buddist monastırlarına göndərilməsində, görkəmli missionerlərin (Şantarakşita, Padmasambhava, Kamalaşila və b.) ölkəyə dəvət edilməsində, sutraların və buddist traktlarının sanskritcədən Tibet dilinə tərcümə mərkəzlərinin yaradılmasında (Tibet yazısı VII əsrin ortalarında hind yazısı əsasında yaradılmışdır), məbədlərin tikilməsində, bon dinindəki qanlı qurbankəsmə ayinlərinə qadağa qoyulmasında ifadə olunurdu.
Tıvada buddizm
Tıvada buddizm — XVIII-XIX əsrlərdə Tıva ərazisində inkişaf etmiş Tibet buddizminin regional formasıdır. Buddizmin ilk dalğası bu əraziyə 9-cu əsrdə Uyğur xaqanlığı dövründə gəlir. XIII-XIV əsrlərdə Tıva Monqol İmperiyasının tərkibində olarkən ilk buddist məbədləri inşa olunmağa balanılır. Bunu respublikada arxeoloqların aşkar etdiyi ən qədim Buddist məbədləri sübut edir. 18-ci əsrin ikinci yarısında, Cunqar xanlığının Tzin sülaləsi qoşunları tərəfindən məğlub edilməsindən sonra Tıva Manqusun hakimiyyəti altına düşür və eyni zamanda Qeluq məktəbinin nümayəndələri olan monqol lamaları burada fəal missionerlik fəaliyyətinə başlayır. Nyinqma ənənəsi də kök salır. 1770-ci illərdən başlayaraq ilk stasionar Buddist monastırları xureelər meydana gəlir. XIX əsrin ikinci yarısında hər Tıvada kojuun monastırları (xuree) mövcud idi. Onlar iqtisadi baxımdan, yüzlərlə aratın xidmət etdiyi, mal-qaraya sahib olan, ticarətlə məşğul olan böyük təsrrüfatlar idi. Tuva buddizminin başçısı olaraq Çadan xureesinin rəhbəri Kambı Lama adını almışdı.
Yaponiyada buddizm
Yaponiyada buddizm — Yaponiyada ən geniş yayılmış, əhalinin əksər hissəsinin sitayiş etdiyi din. Yaponiyada buddizmin meydana gəlməsini ənənəvi olaraq 552-ci illə bağlasalar da, müasir tədqiqatçılar daha erkən tarixi – 538 -ci ili göstərməyə üstünlük verirlər. Buddizmin əleyhdarları nüfuzlu Nakatomi və Mononobe nəsilləri ilə tərəfdarları – sonda qalib gələn Soqa nəsli arasında gedən mübarizə şəraitində bərqərar olmuşdur. Buddizminin yayılmasında şahzadə Şotoku Tayşi (574–622) böyük rol oynamışdır; o konfusiçi və buddist təlimləri elementləri ilə şinto milli dinini özündə birləşdirən ilk yapon yazılı abidəsi – “17 maddədə nəsihətlər” əsərinin müəllifidir. Üç buddist sutrasının, o cümlədən Lotos sutrasının Yaponiyada ilk şərhinin müəllifliyini də ona aid edirlər. İmperator Şomu (724–749) zamanında buddizm dövlət dini kimi qəbul edildi. Buddizm ilkin olaraq sinto dininin stereotipləri çərçivəsində dövləti müdafiə edən və xəstəliklərdən qoruyan xüsusi magiya forması kimi qavranılırdı. Buddist fəlsəfi fikrinin təşəkkülündə başlanğıc mərhələ olan Nara dövründə (710–794) fəaliyyəti monastır divarları daxilində Buddizmin sxolastik öyrənilməsi ilə məhdudlaşan və yalnız aristokratiya arasında az sayda ardıcılları olan altı məktəb var idi. Yaponiyaya keçən ilk buddist məktəbi Sanron-şu (onun Çin proobrazı – Sanlun-zun) oldu. Hoso-şu məktəbi (yap.
Çində buddizm
Vicdan azadlığı prinsiplərinə ciddi riayət etməklə ÇXR dövləti, hökuməti ölkəyə feodal keçmişdən qalan və indi də milyonlarla çinlinin şüurunu əsir edən müxtəlif növ mövhumat və xürafatdan azad olmaq üçün əhali arasında maarifçilik işləri də aparır. Ənənəvi mövhumatlardan bəzisini və onların müasir Çin xalqının həyatında nə cür məna almasını nəzərdən keçirək. Buddizm Çinə e.ə. I əsrdə daxil olmuşdur. Eramızın IV əsrində bu dinin hər yerdə yayılması başlayır və tezliklə buddizm ölkənin ən nüfuzlu dininə çevrilir. Buddist nəzəriyyəsində üç başlıca istiqamət təşəkkül tapmışdır: çin buddizmi, tibet buddizmi (lamaizm) və pali buddizmi. Hal-hazırda ölkədə rahiblərin sayı təqribən 300 minə qədərdir, 13 mindən çox buddist məbəd və monastırı var, 33 buddist məktəbi fəaliyyət göstərir, təxminən 50 adda dini məzmunlu nəşrlər çap olunur. Tibet buddizmi əsasən Tibet muxtar rayonunda, Daxili Monqolustan muxtar rayonunda, Tsinxay əyalətində və digər ərazilərdə yayılmışdır. Tibetlilər, monqollar, tuylar, uyğurlar, nasilər, pumilər, manbaylar və başqa xalqlar, ümumilikdə təxminən 7 mln. insan ona etiqad edir.
İudaizmdə intihar
İudaizmdə intihar— Yəhudilərin intihara dair fikirləri qarışıqdır. Ortodoksal Yəhudilikdə, intihar Yəhudi qanunları ilə qadağandır və günah kimi qəbul edilir. Yəhudiliyin Qeyri-ortodoksal formaları bu hərəkəti xəstəlik və ya iğtişaş nəticəsində ölümə daha yaxın bir hadisə kimi tanıya bilər (məqsədyönlü köməkçi intihar halları istisna olmaqla). Rabbi alimlər həm ölənlərə, həm də sağ qalanlara şəfqət əmr edir. İntihar etməkdə kömək etmək və bu cür kömək istəmək (bununla da günahkar bir iş yoldaşı yaratmaq) da qadağandır, Levit 19: 14-dəki "Korun qarşısına əngəl qoymayın" minimal bir pozuntusu, ravvinlər bu ayəni əngəl qoymağın hər hansı bir növünü qadağan etməsi kimi şərh etdilər : teoloji (məsələn, insanları saxta doktrinaya inandırmaq), iqtisadi (məsələn, pis maliyyə məsləhətləri vermək) və ya bu vəziyyətdə mənəvi büdrəmələr, habelə fiziki. Intihara qadağa Traktat Bava Kama 91b-dəki Talmudda qeyd edilmişdir. Semahot (Evel Rabbati) 2: 1–5, Yaradılış 9: 5-də bibliya qadağasını əsas gətirən Yaradılış Rabbah 34:13 ilə birlikdə sonrakı yəhudilərin intihar haqqında qanununun əsasını təşkil edir."Və şübhəsiz ki, canlarınızın qanını tələb edirəm." Yəhudi Qanun və Standartları Komitəsinin Mühafizəkar Yəhudilikdəki Yəhudi Qanunları orqanının alimləri "Mühafizəkar Yəhudilik" jurnalının 1998-ci ilin yay sayında, Vol. L, № 4. Bu qadağanı təsdiqləyir, sonra amerikalıların və avropalıların intihar etmək üçün kömək istəməsinin artan tendensiyasına toxunur. Mühafizəkar teshuva qeyd edir ki, bir çox insan tez-tez ölümcül xəstəliklərə tutulsalar da, əksər insanlar özlərini öldürməyə cəhd etmirlər.
Meksikada Buddizm
Buddizm Meksikada 108,701 ardıcıl və ya ümumi Meksika əhalisinin 0,09%-ni təşkil edən azlıq dinidir. == Tarix == Casa Tibet México (qərargahı Mexiko şəhərinin Colonia Romanında yerləşir) yaradılan Tibet Evlərinin üçüncüsü idi. Onun əsası XIV Dalay Lama tərəfindən Meksikaya ilk səfərində qoyulmuşdur. Casa Tibet-in əsas məqsədlərindən biri şərq kosmoqoniyasını əhatə edən ezoterik Yeni Əsr inancları ilə mübarizə aparmaq və əsl Tibet mədəniyyətini və mənəviyyatını yaymaq və qorumaqdır. Cari Direktor, Lama Marko Antonio Karam Dalay Lama tərəfindən Casa Tibet-ə başçılıq etmək üçün seçilmişdir. Casa Tibet-in iştirak etdiyi digər mühüm missiya Hindistanın Dharamşala şəhərində yerləşən tibetli uşaqların sponsorluğudur. Meksikada onlar küçə uşaqlarına, yerli uşaqlara və tək analara kömək ediblər. Casa Tibet prozelitizm etmir, lakin Tibet ideologiyası haqqında öyrənmək istəyən şəxsi rədd etməyəcək.
Zen-buddizm
Zen, zen (yap. 禅; sanskr. ध्यान, dhyana – " dərketmə", çin. 禪chan, kor. 선 yuxu, vyet. thiền thien) Çin və bütün Şərqi Asiya Buddizminin ən mühüm məktəblərindən biridir. Son olaraq 5–6-cı əsrlərdə Çində daosizmin böyük təsiri altında formalaşmışdır. Çin, Vyetnam və Koreyada Mahayana Buddizminin dominant rahiblik formasıdır. Geniş mənada Zen mistik dərketmə məktəbi və ya Buddist mistisizmindən yaranan maarifçilik təlimidir. Dar mənada Zen bəzən Yaponiyada özünəməxsus milli xüsusiyyətə malik və XII əsrin sonlarında Çindən gəlmiş Buddizmin təsirli məktəblərindən biri kimi qəbul edilir.
Cucumis dudaim
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Melo dudaim
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.