BUDDİST
BUDKA
OBASTAN VİKİ
Buddizm
Buddizm (sanskr. बुद्ध धर्म, buddha dharmaIAST; pali बुद्ध धम्म, buddha dhamma, "Aydın təlim"; çin. 佛教 fójiào) — e.ə. I minilliyin ortalarında Qədim Hindistanda meydana gəlmiş və əsası Siddhartha Qautama tərəfindən qoyulmuş dini-fəlsəfi təlim. Buddizm Brahmanizmin qollarından biridir. Bu din Hindistan sərhədlərini aşaraq bütün şərq regionunu öz çənginə almışdır. Buddizmin zərif irfani düşüncələrə malik olması və dünyanın ən çox əhalisi olan regionunda yayılması səbəbindən bu dinin davamçıları çoxdur. Qeyd etmək lazımdır ki, son zamanlar Avropa və Amerikaya da təsir göstərməyə və adları çəkilən ərazilərdə yayılmağa başlamışdır. == Budda haqqında == Buddizm fərdi mənəvi təkamül və həyatın mahiyyətini dərindən qavrama üsuludur. === Buddizmin yaranma tarixi === Buddizm dünyanın ən qədim dinlərindən biridir.
Dzen-Buddizm
Zen, zen (yap. 禅; sanskr. ध्यान, dhyana – " dərketmə", çin. 禪chan, kor. 선 yuxu, vyet. thiền thien) Çin və bütün Şərqi Asiya Buddizminin ən mühüm məktəblərindən biridir. Son olaraq 5–6-cı əsrlərdə Çində daosizmin böyük təsiri altında formalaşmışdır. Çin, Vyetnam və Koreyada Mahayana Buddizminin dominant rahiblik formasıdır. Geniş mənada Zen mistik dərketmə məktəbi və ya Buddist mistisizmindən yaranan maarifçilik təlimidir. Dar mənada Zen bəzən Yaponiyada özünəməxsus milli xüsusiyyətə malik və XII əsrin sonlarında Çindən gəlmiş Buddizmin təsirli məktəblərindən biri kimi qəbul edilir.
Dzen buddizm
Zen, zen (yap. 禅; sanskr. ध्यान, dhyana – " dərketmə", çin. 禪chan, kor. 선 yuxu, vyet. thiền thien) Çin və bütün Şərqi Asiya Buddizminin ən mühüm məktəblərindən biridir. Son olaraq 5–6-cı əsrlərdə Çində daosizmin böyük təsiri altında formalaşmışdır. Çin, Vyetnam və Koreyada Mahayana Buddizminin dominant rahiblik formasıdır. Geniş mənada Zen mistik dərketmə məktəbi və ya Buddist mistisizmindən yaranan maarifçilik təlimidir. Dar mənada Zen bəzən Yaponiyada özünəməxsus milli xüsusiyyətə malik və XII əsrin sonlarında Çindən gəlmiş Buddizmin təsirli məktəblərindən biri kimi qəbul edilir.
Lama (buddizm)
Lama (buddizm) - Tibet (Nepal, Hindistan), Monqolustan və Buryatiyada budda rahibi. Termin VIII əsrdə Tibetdə meydana gəlmişdir. İlk vaxtlar yalnız ali kahinləri lama adlandırırdılar. Sonralar həm Tibetdə, həm də Mərkəzi Asiyanın digər rayonlarında rahibliyi qəbul edən hər kəsə lama deməyə başladılar.
Tibetdə buddizm
Tibetdə buddizm mahayana, vacrayana və bon dininin sintezindən ibarətdir. Tibet mütəfəkkirləri fəlsəfə sahəsində, əsasən madhyamikaya, yoqaçara ideyalarına və "Həqiqi mövcudat bətni" (tathaqata-qarbha) haqqında təlimə dayaqlanan mürəkkəb sxolastik doktrinalar yaradırdılar. Hind monastrlarında intişar tapmış və Tibet mühitinə köçürülmüş disput institutunun digər buddist ənənələrində analoqu yox idi. Dini təcrübə sahəsində bu həyatda "aydınlanma"ya yetişmənin (dzoqçen) ezoterik texnikaları inkişaf etdirilirdi.. VII-VIII əsrlərin Tibet çarları üçün hind Buddizminin qəbulu düşünülmüş siyasət idi. Bu siyasət tibetlilərin təhsil almaq üçün Hindistandakı buddist monastırlarına göndərilməsində, görkəmli missionerlərin (Şantarakşita, Padmasambhava, Kamalaşila və b.) ölkəyə dəvət edilməsində, sutraların və buddist traktlarının sanskritcədən Tibet dilinə tərcümə mərkəzlərinin yaradılmasında (Tibet yazısı VII əsrin ortalarında hind yazısı əsasında yaradılmışdır), məbədlərin tikilməsində, bon dinindəki qanlı qurbankəsmə ayinlərinə qadağa qoyulmasında ifadə olunurdu.
Tıvada buddizm
Tıvada buddizm — XVIII-XIX əsrlərdə Tıva ərazisində inkişaf etmiş Tibet buddizminin regional formasıdır. Buddizmin ilk dalğası bu əraziyə 9-cu əsrdə Uyğur xaqanlığı dövründə gəlir. XIII-XIV əsrlərdə Tıva Monqol İmperiyasının tərkibində olarkən ilk buddist məbədləri inşa olunmağa balanılır. Bunu respublikada arxeoloqların aşkar etdiyi ən qədim Buddist məbədləri sübut edir. 18-ci əsrin ikinci yarısında, Cunqar xanlığının Tzin sülaləsi qoşunları tərəfindən məğlub edilməsindən sonra Tıva Manqusun hakimiyyəti altına düşür və eyni zamanda Qeluq məktəbinin nümayəndələri olan monqol lamaları burada fəal missionerlik fəaliyyətinə başlayır. Nyinqma ənənəsi də kök salır. 1770-ci illərdən başlayaraq ilk stasionar Buddist monastırları xureelər meydana gəlir. XIX əsrin ikinci yarısında hər Tıvada kojuun monastırları (xuree) mövcud idi. Onlar iqtisadi baxımdan, yüzlərlə aratın xidmət etdiyi, mal-qaraya sahib olan, ticarətlə məşğul olan böyük təsrrüfatlar idi. Tuva buddizminin başçısı olaraq Çadan xureesinin rəhbəri Kambı Lama adını almışdı.
Yaponiyada buddizm
Yaponiyada buddizm — Yaponiyada ən geniş yayılmış, əhalinin əksər hissəsinin sitayiş etdiyi din. Yaponiyada buddizmin meydana gəlməsini ənənəvi olaraq 552-ci illə bağlasalar da, müasir tədqiqatçılar daha erkən tarixi – 538 -ci ili göstərməyə üstünlük verirlər. Buddizmin əleyhdarları nüfuzlu Nakatomi və Mononobe nəsilləri ilə tərəfdarları – sonda qalib gələn Soqa nəsli arasında gedən mübarizə şəraitində bərqərar olmuşdur. Buddizminin yayılmasında şahzadə Şotoku Tayşi (574–622) böyük rol oynamışdır; o konfusiçi və buddist təlimləri elementləri ilə şinto milli dinini özündə birləşdirən ilk yapon yazılı abidəsi – “17 maddədə nəsihətlər” əsərinin müəllifidir. Üç buddist sutrasının, o cümlədən Lotos sutrasının Yaponiyada ilk şərhinin müəllifliyini də ona aid edirlər. İmperator Şomu (724–749) zamanında buddizm dövlət dini kimi qəbul edildi. Buddizm ilkin olaraq sinto dininin stereotipləri çərçivəsində dövləti müdafiə edən və xəstəliklərdən qoruyan xüsusi magiya forması kimi qavranılırdı. Buddist fəlsəfi fikrinin təşəkkülündə başlanğıc mərhələ olan Nara dövründə (710–794) fəaliyyəti monastır divarları daxilində Buddizmin sxolastik öyrənilməsi ilə məhdudlaşan və yalnız aristokratiya arasında az sayda ardıcılları olan altı məktəb var idi. Yaponiyaya keçən ilk buddist məktəbi Sanron-şu (onun Çin proobrazı – Sanlun-zun) oldu. Hoso-şu məktəbi (yap.
Çində buddizm
Vicdan azadlığı prinsiplərinə ciddi riayət etməklə ÇXR dövləti, hökuməti ölkəyə feodal keçmişdən qalan və indi də milyonlarla çinlinin şüurunu əsir edən müxtəlif növ mövhumat və xürafatdan azad olmaq üçün əhali arasında maarifçilik işləri də aparır. Ənənəvi mövhumatlardan bəzisini və onların müasir Çin xalqının həyatında nə cür məna almasını nəzərdən keçirək. Buddizm Çinə e.ə. I əsrdə daxil olmuşdur. Eramızın IV əsrində bu dinin hər yerdə yayılması başlayır və tezliklə buddizm ölkənin ən nüfuzlu dininə çevrilir. Buddist nəzəriyyəsində üç başlıca istiqamət təşəkkül tapmışdır: çin buddizmi, tibet buddizmi (lamaizm) və pali buddizmi. Hal-hazırda ölkədə rahiblərin sayı təqribən 300 minə qədərdir, 13 mindən çox buddist məbəd və monastırı var, 33 buddist məktəbi fəaliyyət göstərir, təxminən 50 adda dini məzmunlu nəşrlər çap olunur. Tibet buddizmi əsasən Tibet muxtar rayonunda, Daxili Monqolustan muxtar rayonunda, Tsinxay əyalətində və digər ərazilərdə yayılmışdır. Tibetlilər, monqollar, tuylar, uyğurlar, nasilər, pumilər, manbaylar və başqa xalqlar, ümumilikdə təxminən 7 mln. insan ona etiqad edir.
Meksikada Buddizm
Buddizm Meksikada 108,701 ardıcıl və ya ümumi Meksika əhalisinin 0,09%-ni təşkil edən azlıq dinidir. == Tarix == Casa Tibet México (qərargahı Mexiko şəhərinin Colonia Romanında yerləşir) yaradılan Tibet Evlərinin üçüncüsü idi. Onun əsası XIV Dalay Lama tərəfindən Meksikaya ilk səfərində qoyulmuşdur. Casa Tibet-in əsas məqsədlərindən biri şərq kosmoqoniyasını əhatə edən ezoterik Yeni Əsr inancları ilə mübarizə aparmaq və əsl Tibet mədəniyyətini və mənəviyyatını yaymaq və qorumaqdır. Cari Direktor, Lama Marko Antonio Karam Dalay Lama tərəfindən Casa Tibet-ə başçılıq etmək üçün seçilmişdir. Casa Tibet-in iştirak etdiyi digər mühüm missiya Hindistanın Dharamşala şəhərində yerləşən tibetli uşaqların sponsorluğudur. Meksikada onlar küçə uşaqlarına, yerli uşaqlara və tək analara kömək ediblər. Casa Tibet prozelitizm etmir, lakin Tibet ideologiyası haqqında öyrənmək istəyən şəxsi rədd etməyəcək.
Zen-buddizm
Zen, zen (yap. 禅; sanskr. ध्यान, dhyana – " dərketmə", çin. 禪chan, kor. 선 yuxu, vyet. thiền thien) Çin və bütün Şərqi Asiya Buddizminin ən mühüm məktəblərindən biridir. Son olaraq 5–6-cı əsrlərdə Çində daosizmin böyük təsiri altında formalaşmışdır. Çin, Vyetnam və Koreyada Mahayana Buddizminin dominant rahiblik formasıdır. Geniş mənada Zen mistik dərketmə məktəbi və ya Buddist mistisizmindən yaranan maarifçilik təlimidir. Dar mənada Zen bəzən Yaponiyada özünəməxsus milli xüsusiyyətə malik və XII əsrin sonlarında Çindən gəlmiş Buddizmin təsirli məktəblərindən biri kimi qəbul edilir.
Ərəb ölkələrində buddizm
Buddizm Asiyada meydana gəlmişdir. Dünyada 488 milyon buddist yaşayır. Onlar 2010-cu ildə dünya əhalisinin 7%-ini təşkil edirdilər. Buddizmin 2 qolu vardır – Mahayana və Teravada.Bəzi mənbələr onun 3cü qolunun – tibet- qolunu da qeyd edirlər.Əslində isə Tibet qolu Mahayana-ya daxildir və onun ən inkişaf etmiş formalarından biridir.Sorğu və siyahıya almalarda buddizmin hansı qoluna aid olmaq soruşulmur.Mahayana qoluna inananların sayı daha çoxdur – Çin, Yaponiya, Cənubi Koreya, Vyetnam.Teravadaya Tailand, Myanma, Şri-Lanka, Laos, Kambocada geniş yayılıb . Tibet qolu – Tibet,Nepal, Butan, Monqolustanda yayılıb.2010-cu ilə əsasən Asiya –Sakit okena regionunda 481 milyondan çox buddist yaşayır.Yaxın şərq –şimali afrika regionunda onların sayı təxminən 500000-dir.Ümumiyyətlə buddistlərin təxmini 50%-i Çində yaşayır.Yaxın Şərq və şimali afrika regionunun bir çox ölkələrində buddistlər yaşayır və bəzi buddist icmalarının özlərinin mərkəzləri və ya cəmiyyətləri var. Bəhreyn Meditasiya Mərkəzi buddizmin Teravada qoluna aiddir.Özünü inkişaf mərkəzidir.Qeyri kommerisya təşkilatıdır və burada meditasiya ilə bağlı seminar və mühazirələr təşkil olunur.Bəhreyndə fəaliyyət göstərən digər mərkəz də Teravada qolu ilə bağlıdır. Dubayda fəaliyyət göstərən Zen qrupu Mahayana qoluna inananların əsas icmasıdır.Dubayda yerləşən Beynəlxalq Meditasiya Mərkəzi isə Teravada qoluna sitayiş edənlər üçündür. Livan Buddist Cəmiyyəti proqressiv buddizmin mərkəzlərindın biri sayılır. ABŞ-nin 2007-ci il Beynəlxalq Dini Azadlıq məruzəsində 8 milyon xarici vətəndaşın Sədiyyə Ərəbistanında yaşadığı qeyd olunur.Onların içərisində həm müsəlman, həm də qeyri müsəlmanlar var.Yaxın şərqə əsasən Şərqi Asiyanın Şri-Lanka, Çin, Vyetnam, Tayvan, Nepal kimi ölkələrindən gəlirlər . BƏƏ – 200.000 Küveyt - 100.000 Qətər – 45.000 Bəhreyn – 7000 Livan – 3000-dən çox buddist yaşayır.
Üç meymun (buddizm simvolu)
Üç meymun (yap. 三猿, sandzaru və ya 三匹の猿, sambiki no saru — «üç meymun») — buddizm simvollarını əks etdirən üç meymunun təsviri. «Əgər mən şəri görmürəmsə, onun haqqında eşitmirəmsə və danışmıramsa deməli ondan müdafiə olunmuşam» — Şər haqqında ideya - «görməzlik» (見ざる mi-dzaru), «eşitməzlik» (聞かざる kika-dzaru) və «danışmazlıq» (言わざる iva-dzaru). Bu şəkilli atalar sözünü məhşulaşdıran mənbə Nikko, Yaponiya da məşhur Tōshō-gū məbədinin qapısı üzərində 17-ci əsrdən qalma bir oymadir. Toshogu Məbədi üzərindəki oymalar Hidari Jingoro tərəfindən həkk olunub, və insan ömrünü təsvir etmək üçün meymundan istifadə edərək, Konfutsinin Davranış Kodu ilə əlaqəli olduğu güman edilir. Ümumi 8 panel mövcuddur və 3 ağıllı meymunun təsviri şəkli 2-ci paneldədir. Bununla beləç bu fəlsəfənin, ilk dəfə Yaponiyaya Çindən 8-ci əsrdə (in Nara Dövrü ) Tendai - Buddist əfsanəsi ilə gəldiyi ehtimal edilir. Bu figurların təriqətin 3 prinsipini təmsil etdiyi güman edilir.
Tibet buddizmi
Tibet buddizmi və ya Lamaizm — əsasən Çin Xalq Respublikasında, Monqolustan, qismən Hindistan, Nepal və Butanda, az sayda isə dünyanın bir çox ölkələrində ardıcıllları olan dini təlim, buddizmin qolu.
Təmiz torpağın buddizmi
Təmiz torpağın buddizmi (çin. 净土宗 цзинтуцзун; yap. 浄土宗, дзёдо-сю; vyet. Tịnh Độ Tông, Tin Do Tonq), eləcə də amidaizm, amitoizm — Mahayana buddizmin məktəbi, Uzaq şərq buddizmin qolu. Daosizmin və buddizmin bir sıra ideyalarını özünəməxsus şəkildə sintez edən Daoanın şagirdi Huey-yuan icmanı – «sanqha»nı – hökmdara və hakimiyyətə qarşı qoyaraq və transsendental kontekstdə anlaşılan, yəni dünyanın fövqündə duran şəxsiyyət kimi qəbul edilən Vahid Tanrı – Amitabha – kultunu yaratmaqla dini dünyagörüşün, daha dəqiq deyilərsə, transsendental dinin formalaşma prosesini sona çatdırdı. Amidaizm adlandırılan bu din cəmiyyətdə hakim mövqe tutduqca Çin tarixinin orta əsrçilik dövrü başlayır. Amidaizm Çində buddizmin ilk variasiyası kimi təşəkkül tapdı. Bu, icmaçı variasiya idi. Konfutsiçilik cərəyanına daxil olanlar qeyri-aristokratik mənşəli legist ideyalarla barışdıqları üçün Çinin aristokratik ruhu özünü konfusiçiliyin dilində deyil, daha çox buddizmin dilində anlaya bildi və ifadə etdi. Aristokratik buddizm çan adlandırıldı və özünü icmaçı buddizmə – amidaizmə qarşı qoydu.
Koreya Buddizmi

Значение слова в других словарях