Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hou Yifan
Hou İfan (çin. 侯逸凡; 27 fevral 1994[…]) — çinli şahmatçı. O, şahmat üzrə qadınlar arasında keçmiş dünya çempionu. O, 6 yaşında şahmat oynamağı öyrənmişdi. 10 yaşı olanda onun ailəsi Pekinə köçdü və o burada şahmatla məşğul olmağa başladı. Onun məşqçisi E Tszyançuan idi. Çinin keçmiş şahmat dahisidir. O, iki dəfə Qadınlar arasında Dünya Çempionu, və eləcə də qrosmeyster titulunu qazanmış ən gənc qadın oyunçudur. 12 yaşındaykən, FİDE Qadınlar arasında Dünya Çempionatında (Yekaterinburq 2006-cı il) və Olimpiadada (Torino 2006-cı il) iştirak edən ən gənc oyunçu oldu. 2007-ci ilin iyulunda Çinin Qadınlar arasında ən gənc çempionu oldu.
Bidun
Bidun (Bindu; bilinmir, Soqdiana – 670-ci illər) — Orta çağda Buxaranın hakimi, Buxaraxudat. Bəzi tarixi mənbələrdə Nidun, Sadun və yaxud Bandun kimi də göstərilir. == Həyatı == Türk əsilli xaqandır. Hakim titul olan Tidunla qarışdırılmışdır. Orta əsr tarixçisi Cəfər Narşaxi yazır ki, Çaçın tudunu Buxaraya yardıma gəlmişdi. Paykəndin də tidunu ola bilər. Ciddi tədqiqatçılara görə Qərbi Göytürk xaqanlığı çökəndən sonra Bidun Buxaraya gəlib, burda hakimiyyətə nail olur. Bidun Ramitən, Candar, Xaqan, Babkənd və Qaragöl şəhərlərini ələ keçirir. O, Buxara Ərkini təmir etdirir. Bəzi tarixçilərə görə, Buxara şəhəri ilk dəfə 674-cü ildə Əməvilər dövləti tərəfindən hakimiyət altına alınmağa çalışılmışdır.
Dikun
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər. == Sözün mənşəyi == Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər. Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər. Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər.
Mikun
Mikun — Rusiya Federasiyasında yerləşən şəhər Komi Respublikasına daxildir
Tifus
Tifus, Rickettsia bakteriyasının yaratdığı yoluxucu xəstəlikdir Xəstəliyin törədicisi olan bakteriyalar hüceyrə daxilində yaşayırlar hüceyrədən kənarda uzun müddət yaşaya bilmirlər.
Yıyın
Yıyın — Başqırdların sosial-siyasi həyatında ciddi rol oynamış və tayfa idarəçiliyini həyata keçirilən xalq yığıncağı. XIV əsrə qədər başqırdların həyatında mühüm statusa malik olmuşdur. XIV əsrdən etibarən isə yıyınlar əvvəlki statusunu itirmiş Başqırd tayfalarını Noqay və Sibir (tatar) dövlətlərinin murzaları və tarxanları idarə etməyə başlamışlar. ХIV-ХV əsrlərdə sinfi təbəqələşmə nəticəsində başqırdlarda iri "biy"lər (bəylər) meydana çıxmışdı ki, onlar da Sibir və Noqay xanlarının hakimlərinə qarşı mübarizəyə başlamışdı.
Gifu
Gifu (岐阜市, Gifu-shi) — Gifu prefekturasının inzibati mərkəzidir. Bir şəhər olmaqdan əvvəl, o, keçmiş Atsumi mahalının bir hissəsi idi. Lakin başlanğıcda regionda əsas şəhər sayılırdı. == Tarixi == Şəhərin bütün tarixi Yaponiya mərkəzində yerləşmə yerinin nəticəsidir. Edo dövründə Gifu və qonşu şəhərlər Naqoya limanının yaxınlığında yerləşdiyi üçün çiçəklənməyə başlayırlar. Son zamanlarda, şəhər iqtisadiyyatının ixtisaslaşmada moda sənayesinə dəstək idi, amma indi şəhər sənayesinin inkişafı üçün yollar axtarır. === II Dünya müharibəsi === Müharibə zamanı yaxınlığında yerləşən aviasiya mərkəzi və iri sənaye mərkəzi şəhər ilə birlikdə Kakamigahara bombalanmışdır. Şəhərin əhəmiyyətli hissəsi Kano, qonşu şəhərləri ilə birləşməsi vasitəsilə əldə edilmişdir. Gifunun bu coğrafiya səbəbiylə, şəhər mərkəzində göydələnlər zonası ilə birgə, ətraflarda xurma bağları və Çiyələk sahələri çoxalmışdır. == İqtisadiyyat == Tarixən Gifu'da tekstil inkişaf etmişdir, lakin son illərdə şəhər iqtisadiyyatına sektorun əhəmiyyəti azalmışdır.
İyun
"İyun" ilin 6-cı ayıdır. 30 gündən ibarətdir. == Etimologiyası == Romanın panteon ilahəsi sayılan "Yunona"nın adı ilə bağlıdır. O evlilik və qadınların gözəl rifahı kimi simvolizə edilir.
Birun (Miyanə)
Birun (fars. بيرون‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 61 nəfər yaşayır (20 ailə).
Eicun Kiyokumo
Eicun Kiyokumo (yap. 清雲栄純; 11 sentyabr 1950, Encan[d], Yamanaşi) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 42 oyun keçirib.
Kofun dövrü
Kofun dövrü (yaponca 古墳時代 kofun dziday, hərfən. "kurqanlar dövrü") — Kurqanlar mədəniyyəti ("Kofun") dövrü. 250 (300) — 538-ci illər. Yamato dövrünün ilk yarımdövrü. Bu dövrün əsas xüsusiyyəti kurqanlar mədəniyyətinin Yamato ərazisində meydana çıxmasıdır. == Haqqında == Kofun dövrü (古墳 — qədim kurqan) Yaponiyada 5 əsr ərzində yayılan kurqanlara görə belə adlanır. Bu kurqanların bir neçə tipi var. Kofun kurqanları 400 metr dərinlikdədir. Daş və ağac məzardan ibarətdir. Şaquli (縦穴 — tateana) və ya üfuqi (横穴 — yokoana) vəziyyətdə yerləşirlər.
Lifan 320
Lifan 320 — "Lifan" şirkətinin məhsulu olan xırda sinifli avtomobil markası. Quruluşca Mini Hatch modeli ilə eynilik təşkil edən bu avtomobil 2008-ci ildə Pekində keçirilən avtosərgilərin birində ilk dəfə nümayişə çıxarılmışdır. İqtisadi bazara 320 adı ilə çıxarılan model sonradan Lifan 330 kimi şöhrət qazanmışdır. 2009-cu ilin May ayında Pekində keçirilən Çin–Azərbaycan biznes-forumu çərçivəsində Naxçıvan Avtomobil Zavodu və Çinin "CHONGQING LIFAN INDUSTRY (GROUP) IMP. & EXP. CO., LTD." Avtomobil Korporasiyası arasında əməkdaşlıq sazişi imzalandı. Sazişə əsasən, Naxçıvan şəhərində "LİFAN" markalı minik avtomobillərinin istehsalı təşkil olundu. Hazırda bu maşın Çində, o cümlədən Peru, Rusiya kimi ölkələrin ekspomağaza mərkəzlərində genişmiqyaslı satışa çıxarılmışdır. Lifan 320 Çerkessk şəhərində 2011-ci ildən etibarən Derveys Avtomobil Şirkəti tərəfindən yığılmaqdadır. == Xüsusiyyətləri == Lifan 320 modeli 1.3 litrlik 4 silindirli yanacaq mühərriki və təkmilləşdirilmiş 66 kilovats enerji təminatı ilə təchiz olunmuşdur. Maksimum sürəti saatda 190 km-dir. Sürət yığma tezliyi 14.5 saniyəyə 66 mildir.
Litla-Dimun
Luytla-Duymun (əvvəlki xəritələrdə — Litla-Dimun) (far. Lítla Dímun "Kiçik Duymun") — 18 Farer adasından ən kiçiyi. Şotlandiya və İslandiyanın arasında yerləşir. Sahəsi 0,8 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 414 m olan Ravan dağıdır.
Midun rayonu
Midun rayonu (çin. sadə. 米东区, pinyin: Mǐdōng qū, uyğ. میدونگ رايونى, uyğ. Midong Rayoni) — Çinin Sincan-Uyğur Muxtar Rayonunun Urumçi dairəsində yerləşən şəhər tabeli rayon.
Nadiya Mimun
Nadiya Mimun (28 dekabr 1978) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Nadiya Mimun Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Qalaq (yığın)
Qalaq (heap) – qabaqcadan həcmi məlum olmayan verilənləri yerləşdirmək üçün proqrama ayrılmış yaddaş sahəsidir. Proqram belə verilənləri saxlamaq üçün qalaqdan boş sahə istəyə bilər, bu yaddaşı öz bildiyi kimi istifadə edə, sonra isə boşalda bilər. C və Pascal proqramlaşdırma dillərində qalaqda işləmək üçün funksiyalar və prosedurlar nəzərdə tutulub. Ehtiyat üçün ayrılan digər yaddaş sahəsi stekdən (STACK) fərqli olaraq, proqramın tələbinə uyğun olaraq, müxtəlif ölçülü bloklarla bölüşdürülür; münasib ölçülü blok qalagın hansı yerində tapılırsa, o yer ayrılır. Nəticədə proqram işlədikcə qalağın fraqmentasiyası artır və onun sıxlaşdırılmasına zərurət yaranır; sıxlaşdırmada kiçik bloklar daha iri sahələrdə birləşirlər ki, bu da yaddaşın daha səmərəli istifadəsinə imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Sifon (dəqiqləşdirmə)
Sifon (termin) Sifonoforlar -ərbəst üzən dəniz heyvanları dəstəsi. Sifon (hidrotextika) - avtomatik suötürücü. Sifon (məişət) - içərisində qazlı su hazırlamaq və saxlamaq üçün qab.
Sifon (hidrotextika)
Sifon — əsasən SES su anbarlarından (bəndlərdə), kanal və basqı hovuzlarından izafi suyu kənar etmək üçün tətbiq olunan boruşəkilli avtomatik suötürücü. Giriş hissəsi çox vaxt geniş olur və yuxarı byefin su səviyyəsindən aşağıda yerləşdirilir ki, içərisinə hava, zibil və ya buz girməsin.
Sifon (məişət)
Sifon — içərisində qazlı su hazırlamaq və saxlamaq üçün qab. Avtosifon adlanan növü metal və ya şüşə (metal torla armaturlanmış) balondan ibarətdir: balonun ağzına yivlə burulub bağlanan axıdıcısı və maye karbon qazı baloncuğu üçün dairəvi hissəsi olur. Metal avtosifonlar 1 və 2 litrlik, şüşə avtosifonlar 1 litrlikdir. Doldurulan sifon növünü qalın şüşədən 0,8 və 2 litrlik hazırlayır və xüsusi yerlərdə 6101—8105 N/m² (6—8 am) təzyiq altında doldururlar.
Sifon (termin)
Sifon (rus. сифон, ing. siphon) — yun.siphon-kiçik boru, nasos – geomorfologiyada, yeraltı karst çaylarının kanalının şaquli səthdə dirsəkvari əyilməsi.
Sun Yujun
Sun Yujun (30 yanvar 1987) — Çini təmsil edən su poloçusu. == Karyerası == Sun Yujun, Çin yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə İtaliya yığmasını 10:8 hesabı ilə məğlub edən Çin yığması, XXIX Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra Sun Yujun, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu.
Tifon (mifologiya)
Tifon (yun. Τυφῶν, Τυφωεύς, Τυφάων sözün kökü τύφω feli mənası "tüstülənmək" deməkdir.) yunan mifologiyasında nəhəng yerin alov qüvvəsinin şəxsləşdirilmiş adı, Geyanın Tartardan olan oğlu. == Doğulması == Nəhənglərin məhv edilməsindən sonra hiddətə gələn Geya tanrılardan qisas almaq üçün Tartar ilə cütləşərək Kilikiyada Tifonu dünyaya gətirmiş olur. Bu dəhşətli məxluq Geyanın uşaqlarınin içində ən güclüsü və qadiri sayılırmış. Qurşağa qədər insan, ondan aşağı əjdaha cildli olan, bütün bədəni lələklərlə örtülmüş bu məxluqun çiyinlərindən yüzlərlə ilan başları, ayaqlarından isə gürzələr çıxarmış. Onun başı ulduzlara, bir əli qərbə və digər əli şərqə çatarmış. Tifon öküz kimi böyürər, aslan kimi nərildəyər və it kimi hürərmiş. Doğulmasından sonra tanrılar ondan qorxaraq heyvan cildlərinə girərək Misirdə gizlənirlər. tanrılardan təkcə Zevs və qızı ilahə Afina Tifonu ram etmək qərarına gəlirlər. Zevs uzaqdan Tifona ildrımlarla yaxın məsafədən isə Kronun orağı ilə həmlələr etdikdən sonra onunla əlbəyaxa olur.
Toşiro Mifune
Toşiro Mifune (yap. 三船 敏郎) — Yaponiya aktyoru. Daha çox rejissor Akira Kurosavanın filmlərindəki rolları ilə tanınır. == Həyatı == Toşiro Mifune 1 aprel 1920-ci ildə Çin Respublikasının Sindao şəhərində yapon ailəsində anadan olmuşdur. Onun atası Tokudzo Mifune tacir olmaqla yanaşı, bir fotoatelyenin sahibi idi. Toşiro ailəsinin 1925-ci ildə köçdüyü Dalyan şəhərində böyüyür. Gəncliyində Toşiro öz atasının fotoatelyesində işləyirdi. 20 yaşına qədər Çində yaşamasına baxmayaraq, bir yapon vətəndaşı kimi Yaponiya ordusunda xidmətə çağırılmışdı. 1946-cı ildə Mifune ordudan tərxis edilir və o, Tokioya gəlir. O, operator köməkçisi kimi "Toho" kino şirkətində işə girir.
Yosun fermaları
Yosun fermaları və ya Dəniz fermaları — dəniz məhsullarından daha çox istifadə edən ölkələrdə yaradılır. Onlar dəniz məhsullarını yalnız okeandan ov etməklə deyil, xüsusi fermalardan da əldə edirlər. Belə fermalarda dəniz canlılarından başqa, dəniz bitkiləri də becərilir. Yosun fermalarının geniş inkişaf etdiyi ölkələr Yaponiya, Çin və Koreyadır. Əldə olunan yosunlar əsasən qida məhsulu kimi, həmçinin, iqtisadiyyatın müxtəlif sahələrində istifadə olunur.
Yoğun bağırsaq
Yoğun bağırsaq ya arxa bağırsaq — lat. intestinum crassum 1,5 metr uzunluğunda olub, üç hissəyə bölünür: Kor bağırsaq — lat. cecum (intestinum caecum - BNA); Çənbər bağırsaq — lat. colon; Düz bağırsaq — lat. rectum (intestinum rectum - BNA). Zahiri şəkli uzun konusa bənzəyir və eni yuxarıda 7 və aşağıda 4 sm-ə çatır. Yoğun bağırsaq xaricində olan zolaqlar — lat. teniae coli, çömçələr — lat. haustra coli, köndələn şırımlar — lat. sulci transversi və piy artımları (çıxıntıları) — lat.