Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kaudilo
Kaudilo (isp. caudillo).Kaudilo əsasən Latın Amerikası ölkələrində geniş xalq kütlələrini öz arxasınca aparma bacarığına sahib olma ,diktator olaraq hərbi güclə hakimiyyətə gələrək və hakimiyyəti öz əlində saxlamağı bacaran siyasi dövlət xadimləri.Kaudilo ispaca "öndər", "sərkərdə" mənasını daşıyır.Kaudilo termini iqtidara və ya bəlli bir bölgədə hakimiyyətə gəlmiş xarizmatik ordu liderləri üçün deyilmişdir.Diktatorun şəxsi hakimiyyəti,hərbi gücə,arxalanaraq ölkəni idarə edən şəxs.Kaudilizm xarakteri hüquq və azadlıqların ləğvi,sağ terrorizmi,sürgünlər və siyasi rəqibləri ilə bir başa hesablaşma idi. == Tarixi == Kaudilo əsasən Cənubi Amerika keçmiş İspan koloniya ölkələrində yaranmış hərbi rejim idi. === Argentina === Xuan Manuel Rosas Manuel Dorrego Xuan Bautista === Kolumbiya === Sergio Arbolido Jorge Elieser Gartan Alfonso Lopes Rumorejo Tomas Sipriano de Mosquera Aquilio Porro Gustavo Rojes Pinilla Rafael Uribe Uribe Marceliano Veler === Uruqvay === Manuel Oribe Venansio Flores Leandra Gomes Fructuoso Rivera === Meksika === Miguel Hidalgo Visenta Guerra Xose Maria Morales Alvaro Obregon === Peru === Antonio Xose Fransisko de Sukre Luis Xose de Orbegoso Manuel Meneader === Venesuela === Simon Bolivar Uqo Çaves Santiago Marino Sipriano Karstro === Kuba === Xose Maeti Antonio Maseo === İspaniya === Fransisko Franko === Paraqvay === Fransisko Solano Lopes == Sonucu == Kaudilo öz siyasi simasını və aftoritetini istifadə edərək ,sosial yöndə mövqeyini itirir və axasında əlehinə dasışıqlar, sonda yeni bir siyasi çevrilişin qurbanına çevrilir.
Dayana Kamilo
Dayana Kamilo (15 dekabr 1977) — Braziliyanı təmsil edən bədii gimnast. == Karyerası == Dayana Kamilo Braziliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Yessika Kamilo
Yessika Kamilo (23 fevral 1993) — Dominikan Respublikasını təmsil edən oxatan. Yessika Kamilo Dominikan Respublikasını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Yessika Kamilo birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Cənubi Koreyanın nümayəndəsi Çoi Mi-Sun ilə üz-üzə gəldi. Həmin görüşdə Yessika Kamilo rəqibinə 0:6 hesabı ilə uduzdu.
Kamilo Xose Sela
Kamilo Xose Sela (isp. Camilo José Cela; 11 may 1916[…], İria Flavia[d], Qalisiya – 17 yanvar 2002[…], Madrid) — ispan yazıçı və publisist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1989), İspaniya Kral Elmlər Akademiyasının üzvü (1957), Migel de Servantes mükafatı laureatı (1995). == Həyatı == Yazıçı və dramaturq Kamil Xose Selo XX əsrdə ispan ədəbiyyatı və ədəbi dilin inkişafında böyük rolu olan sənətkarlardan biridir. O, İspaniyanın La Korunya əyalətindəki kiçik Padron şəhərində doğulmuşdu. Atası qalisiyalı ispan, anası isə ingilis idi. Ali təhsilini Madrid universitetinin hüquq fakültəsində alsa da, bu sahədə heç vaxt çalışmamışdı. Erkən yaşlarından ədəbiyyatla maraqlanan Kamilo Xose sənət müəllimləri sırasında, ilk növbədə ispan yazıçıları Migel de Unamuno və Pio Baroxunun adını çəkir. İspan ədəbiyyatının klassiki Servantes, habelə böyük rus yazıçıları Lev Tolstoy və Dostoyevski həyatının müxtəlif çağlarında onun şəxsiyyət və yaradıcılıqlarına dönə-dönə müraciət etdiyi sənətkarlar olmuşdular. İspanlar üçün seçim anı sayılan 1937-ci ildə Kamilo Xose diktator Frankonun tərəfində respublikaçılara qarşı döyüşlərdə iştirak etmişdi. Yaralandığı üçün ordudan tərxis olunmuş, bir sıra inzibati işlərdə çalışmışdı.
Hadılı
Qədili — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd.
Kadilak
Cadillac — amerikan lüks avtomobil istehsalçısıdır və "General Motors" konserninin parçasıdır. Cadillac Amerikada "yüksək keyfiyyət" və "lüks həyatın" simvoludur. 1902-ci ildə Henri Martin Leland tərəfindən qurulan bu şirkət adını Fransız alim, Detroit şəhərinin qurucusu Antoine Laumet də la Mothe, Sieur da Cadillac-dan götürmüşdür. Cadillac lüks avtomobilləri və bunların gözə dəyən dizaynı ilə başda ABŞ olmaqla bütün dünyada böyük prestijə qədər yüksəlmiş bir məktəb marka halına gəlmişdir.
Kadima
Kadima (ivr. קדימה, az. öncül) — İsraildəki siyasi partiyalardan biridir. Mərkəzçi bir partiyadır və liberal görüşə malikdir. Ariel Şaron tərəfindən qurulan partiyanın hazırkı lideri Şaul Mofazdır. Kadima partiyası başqa bir partiya ilə koalisiyaya girmək istəmir. İsrail sistemini gücləndirmək üçün siyasi sistemdə islahatlara ehtiyac olduğunu bildirir. Bundan əlavə, partiyanın fikrincə, Qüds böyük bir yəhudi yaşayış məskəni kimi İsrailin bir hissəsi olaraq qalmalıdır. Partiyanın ümumi prinsiplərində İsraildə yəhudilərin mütləqiyyətinin təmin edilməsinin vacib olduğu bildirilir. Partiya İsrail-Fələstin probleminin həlli olaraq iki dövlətli həll yolunu görür, bunun üçün də, partiya Fələstin sektorunun terrorizmdən təmizlənməsini, Fələstin xalqının əllərindəki silahların toplanılmasını və hücumların bitməsinin vacib olduğunu bildirir.
Kadıköy
Kadıköy — İstanbul ilinin ilçəsi. Kocaeli yarımadasının cənub-qərb hissəsində yerləşən Kadıköy, qərbdə və cənubda Mərmərə dənizi, şimal-qərbdə Üsküdar, şimal-şərqdə Ataşəhər və şərqdə Maltəpə ilə əhatə olunmuşdur. Mərmərə sahilləri boyunca Heydərpaşadan Bostancıya qədər 21 kilometrlik bir sahil xəttinə sahib olan ilçənin şimal sərhədini isə D-100 avtomobil yolu təşkil edir. Kadıköy daimi yaşayış məskəninə İstanbul şəhəri ilə inteqrasiya olunduqdan sonra çevrildiyi üçün şəhərin digər tarixi bölgələrinə nisbətən olduqca gənc bir yaşayış yeri olaraq qəbul edilə bilər. Bununla birlikdə, Anadolu hissəsinin ən qədim yaşayış yerlərindən biri olan Kadıköy, bu gün də sahilin ən işlək nöqtəsidir. Kadıköydə Osmanlı dövrünə aid bir çox abidələrə rast gəlmək mümkündür. Kadıköy ilçəsi şəhər nəqliyyatı baxımından əhəmiyyətli bir mövqeyə sahibdir. İstanbulun müxtəlif bölgələrini birləşdirən əsas nəqliyyat yollarından bir çoxu Kadıköydən keçir. 2015-ci ildə həyata keçirilən "İstanbul Həyat Keyfiyyəti" araşdırmasında bütün ilçələr arasında 2-ci yeri tutmuşdur.
Kaudilyo
Fransisko Paulino Ermenegildo Teodulo Franko Baamonde (isp. Francisco Paulino Hermenegildo Teódulo Franco Bahamonde; 4 dekabr 1892[…] – 20 noyabr 1975[…], Madrid) — İspaniya hərbi və dövlət xadimi, diktator, İspaniya vətəndaş müharibəsi illərində nasionalist hərbi üsyanın rəhbəri, 1939-1975-ci illərdə İspaniya krallığının regenti, kaudilyo (isp. Caudillo de España por la gracia de Dios — Tanrının etimadı ilə İspaniyanın Rəhbəri), İspaniya Nazirlər Şurasının Sədri, generallisimus. 1936-1939-cu illəri əhatə edən vətəndaş müharibəsində qələbə çalaraq hakimiyyəti ələ keçirmişdir. == Gəncliyi == Franko ailəsinin ənənəsinə uyğun olaraq hərbi dənizçi olmaq istəyirdi. Lakin İspaniyanın 1898-ci il İspaniya-Amerika müharibəsində məğlubiyyəti nəticəsində bu sahədəki boş yerlərin sayında həddindən artıq azalma baş verdi. Buna görə də Franko Piyada Qoşun Akademiyasına yazıldı. Onun qardaşı Roman Franko isə məşhur aviator olmuşdur. 1910-cu ildə Toledodakı Piyada Qoşun Akademiyasını bitirdikdən sonra o, 2 il öz doğma El Ferrol şəhərindəki qarnizonda xidmət edir. Lakin ilk imkan düşən kimi Mərakeşə yollanır.
Sedilo
Sedilo (sard: Sèdilo) — Sardiniyanın Oristano əyalətindəki kommuna və kiçik şəhər. Sahəsi 68,45 km²-dir. Kommunanın əhalisi 2122, əhalinin sıxlığı isə bir kvadrat kilometrə 31 nəfərdir.
Şadılı
Şadılı (Goranboy) — Goranboy rayonunda kənd. Şadılı xalçaları — Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçaları. Şadılı tayfası — Xorasanda yaşayan kürd tayfası.
Kabil
Kabil (fars. کابل‎, ing. Kabul) — Əfqanıstanın paytaxtı və ən böyük şəhəri. Kabil çayı sahilində, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, avtomobil yolları ilə Qəznə, Qəndəhar, Herat və Məzari-Şərif şəhərləri ilə birləşən şəhər. == Coğrafi mövqeyi == Kabil Əfqanıstanın ən böyük şəhəridir. Qədim şəhər olan Kabil mühüm nəqliyyat qovşağında yerləşir. Eyniadlı çayın sahilində,1800–1900 metr yüksəklikdə yerləşir. Şəhərin məhəllələri Kabil çayının hər iki sahilini tutur. Şəhərin köhnə hissəsi Kabil çayının sağ sahilindədir və səciyyəvi Şərq simasını saxlamışdır. Çayın sol sahilindəki yeni hissədə keçmiş kral iqamətgahı, Məhəmməd Nadir şahın türbəsi, xarici səfirliklərin binası, parklar, iri yaşayış məhəllələri yerləşir.
Kadis
Kadis (fi. Gadir, yun. Gádeira, la. Gades, ər. کادیس ) — İspaniyanın cənub-qərbində, Əndəlüs bölgəsindəki Kadis əyalətinin paytaxtı, ada üzərində yerləşən şəhər. Madriddən 651 km, Sevilyadan 124 km, Uelvadan 219 km uzaqlıqdadır. Şəhər İspaniya donanmasına ev sahibliyi edir. Eyni zamanda Kadis rayonunun paytaxtıdır. Kadis şəhəri bir çox qədim abidəyə ev sahibliyi etdiyi üçün İspaniyanın əhəmiyyətli turistik şəhərlərindən biridir. == Adı == Kadis sözü finikiya dilində olan Gadir sözündən əmələ gəlmişdir və "divarlar" və ya "divarlarla əhatə olunan müdafiə" deməkdir.
BADIL
Fələstinlilərin Yaşayış və Qaçqınların Hüquqları üzrə BADIL Resurs Mərkəzi — fələstinli qaçqınların və məcburi köçkünlərin hüquqlarını qorumaq, onları təşviq etmək öhdəliyi daşıyan müstəqil, insan hüquqları üzrə qeyri-kommersiya təşkilatı. BADIL 1998-ci ilin yanvarında təsis edilmişdir. İsrailəmeylliü "NGO Monitor" qrupunun məlumatına görə, BADIL İsrail hərbi rəsmilərinə qarşı "qanun"la məşğuldur və həmçinin antisemit karikaturalar dərc etmişdir. BADIL BMT-nin İSŞ yanında xüsusi məsləhətçi statusuna malikdir və eyni zamanda çoxlu sayda Fələstin təşkilatı şəbəkələrinin bir hissəsidir. BADIL fələstinli qaçqınların problemləri ilə bağlı ingilis dilində rüblük nəşr olunan "Al-Majdal" jurnalını dərc edir.
Henri Kavill
Henri Uilyam Delqlayş Kavill (ing. Henry William Dalgliesh Cavill; d:5.5.1983) — Britaniyalı aktyordur. Henri kino karyerasına 2001-ci ildə Laquna filmi ilə başlayıb. 2002-ci ildə Albert Mondeqo rolu ilə Monte Kristonun Hesablaması filmi ilə başlayıb. daha sonra o BBC kanalında yayımlanan İnspektor Linli Misteries, Midsomer Qatilləri və Tudors seriallarında, həmçinin Tristian və İzolde, Ulduz Tozu və Ölümsüzlər kimi filmlərdə çəkildi. == Həyatı == Henri Britaniyanın Kanal Adalarının Cersi adasında dünyaya gəlib. Anası Marianna bankda katib, atası Kolin isə birjaçı idi. Onun dörd qardaşı var. İngiltərədə Stowe School adlı məktəbə başlamazdan əvvəl Cerseydəki St. Michael's Preparatory School məktəbində təhsil alıb.
Kadişa dərəsi
Qadişa vadisi (ərəb. وادي قاديشا‎) — Livanın Şimal mühafəzəsinin Beşarri və Zğarta nahiyələrində yerləşir.
Kadzuo İsiquro
Kazuo İşiquro (ing. Kazuo Ishiguro, yap. かずお・いしぐろ) — yapon əsilli Britaniya nasiri, kinodramaturqu və roman yazıçısı. Yazıçı 2017-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Mükafatlar == 1982: "Təpələrin solğun mənzərəsi" romanına görə "Uinifred Holtbi adına mükafat". 1983: "Qranta" jurnalının "Ən yaxşı gənc britaniyalı romançılar" siyahisına düşüb. 1986: "Üzən dünyanın artisti" əsərinə görə "Unitbred mükafatı". 1989: "Günün qalıqları" romanına görə "Buker mükafatı". 1993: "Qranta" jurnalının "Ən yaxşı gənc britaniyalı romançılar" siyahisına düşüb. 1995: Britaniya İmperiyası Ordeninin Zabiti.
Kamila Batmanqılınc
Kamilə Batmanqılınc (1 yanvar 1963, Tehran – 1 yanvar 2024, London) — əslən azərbaycanlı olan britaniyalı iş adamı, yazıçı və xeyriyyəçi. O, 11 yaşından bəri İngiltərədə yaşayırdı və iki xeyriyyə qurumu təsis etmişdi: The Place2b və Kida Company. == Həyatı == Kamila Batmanqılınc Tehranda dünyaya gəlib. Onun anası Roma Katolik məzhəbli Belçikalı və atası İranlı və müsəlman, yüksək mübahisəli doktor Firidun Batmanqılınc idi. 2006-cı ildə Britaniyada ilin qadını seçilib və adı Britaniyanın 100 ən nüfuzlu qadınları siyahısına düşüb.
Kamila Ferezin
Kamila Ferezin (18 aprel 1977) — Braziliyanı təmsil edən bədii gimnast. == Karyerası == Kamila Ferezin Braziliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Kamila Kabello
Kamila Kabello (3 mart 1997) — Kuba–Meksika əsilli Amerika müğənnisi və aktrisası. O, Fifth Harmony qrupunun üzvü olmuşdur və elə burada da şöhrətə qovuşmuşdur. == Həyatı və karyerası == İlk öncə Fifth Harmony qrupunda çıxış etmişdir. Machine Gun Kelly ilə birlikdə "Bad Things" adlı dueti "Amerika Billboard Hot 100" siyahısında 4-cü pilləyə qədər yüksəlmişdir. 2016-cı ildə Fifth Harmony qrupundan ayılaraq, fəaliyyətini solo olaraq davam etdirir və ilk solo sinqlı olan "Crying in the Club"-u təqdim edir. 2018-ci ildə təqdim etdiyi "Camila" albomu və bu albomdakı "Havana" mahnısı "US Billboaard 200"-də və bir çox ölkələrin hit paradların da birinci olmuşdur.. Hal-hazırda Şon Mendes ilə sevgilidir. == Şəxsi həyat == O, 2019-cu ilin iyulunda kanadalı müğənni Şon Mendes ilə görüşməyə başladı. Münasibət mübahisələrə səbəb oldu, çünki hər ikisi reklam üçün münasibət qurmağa cəhd etməkdə günahlandırılırdı, lakin Mendes bunun "mütləq reklam işi deyil" olduğunu təkid edirdi. Münasibət onların "Señorita" mahnısının buraxılmasından sonra təsdiqləndi.
Kamila Pedrosa
Kamila Pedrosa (d. 12 mart 1975) — Braziliyanı təmsil edən su poloçusu. == Karyerası == Kamila Pedrosa, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Kamila Qutierres
Kamila Qutierres Berner (isp. Camila Gutiérrez Berner; 23 dekabr 1985, Santyaqo) ─ Çili yazıçısı, ssenaristsi və jurnalistidir. O, "Gənc və dəli" (Joven y Alocada) blogunda Çili cəmiyyətinin incil tərəfdarları ailəsində böyüyən biseksual bir qız kimi öz etirafları ilə tanınıb. Bu blog onu kitab və eyniadlı filmin müəllifi olmağa ruhlandırır. == Həyatı == Yeniyetməlik dövründə "Gənc və dəli" (Joven y Alocada) blogunu yazır, burada özünü qeyri-ciddi, satirik və spontan bir tərzdə biseksual elan edərək böyüdüyü incil tərəfdarları olan ailəsi ilə münasibətlərində bəhs edir. Onun etirafları, gənc auditoriya arasında populyarlıq qazanır. Katolik Universitetində jurnalistika üzrə magistr dərəcəsini, Nyu York Universitetində yaradıcı yazı üzrə magistr dərəcəsini oxumuş və Beynəlxalq bədii qısametrajlı film layihəsində münsiflər heyətinin üzvü olmuşdur. Çilidə abort lehinə danışdı. == Yaradıcılıq == Mətnlərində qadın, seksuallıq, ailə, din, işgəncəli və pis rəftar mövzularına tez-tez rast gəlmək olur.
Kamillo Kavur
Kamillo Kavur (10 avqust 1810- 6 iyun 1861, Torino), İtalyan dövlət xadimi, beynəlxalq və inqilabçı hərəkatlardan yararlanaraq Savoyya sülaləsi idarəsində İtaliyanın birliyini yaradan və yeni krallığın ilk baş nazırı olan Piyemontlu mühavizəkar dövlət adamı. == Ailəsi və gənclik dövrü == Köklü bir keçmişi olan Kavurlar nəsli 16-cı əsrdən başlayaraq əsgər və məmur olaraq Savoyya sülaləsinə xidmət etmişdir. Kamillonun Cenevrə doğumlu və Kalvinist olan anası, dövrün bütün siyası, dini və toplumsal cərəyanlarına açıq bir şəhər olan Cenevrənin abu-havasını ailəyə gətirərkən, atası Michele də, köhnə rejimlə əlaqələri ilə əlaqədar Fransız Burjua İnqilabı ilə nüfuzu təhlükə altına girən ailənin Napaleon dövründə yenidən seçkin bir pilləyə gətirmişdi. Kavur, 10 yaşında Turin Hərbi Akademiyasına qəbul oldu. Ailənin kiçik oğlu olaraq miras gözləntisi olmadığından, qarşısındakı tək yol Savoyya və Piyemont şahzadəsi Karl Albertin qoruyuculuğu altında parlaq bir məqama çatmaq idi. Hələ tələbəlik illəri zamanı siyası düşüncələrə maraq hiss etməyə başladı. 1821-ci ildəki məşrutiyyətçi Piyemont inqilabının hərbi tələbələrə qədər yayılan azadlıq və milli yönlərindən təsirləmdi. Ailə içindəki söhbətlər zamanı Burbonlar sülaləsinin yenidən hakimiyyətə keçdiyi Fransadakı daxili siyasi dəyişikliklər, Osmanlı idarəsinə qarşı Yunan üsyanı, Rusiyadakı Dekabrist qiyamı kimi dövrünün mövzularını yaxından izlədi. Bencamin Franklin, Piyemont inqilabının məşjur lideri və uzaq qohumu Santorre de Santarosa kimi insanlara duyduğu simpatiya coşqulu bir şəkildə üzə vurmağa başladı. Özündən üç yaş böyük bir hərbi tələbə olan Baron Severino Kassionun təsiri ilə vətənpərvər və millətçi cərəyanlara yönəldi.
Kamillo Qolci
Kamillo Holci (7 iyul 1843[…] – 21 yanvar 1926[…], Paviya, İtaliya krallığı[…]) — italyan alimi, histoloq, Nobel mükafatı laureatı == Həyatı == Məşhur italyan histoloqu (toxumaları öyrənən elm sahəsi) Kamillo Qolci 1843-cü il iyul ayının 7-də İtalyanın Korteno şəhərində doğulmuşdur. Paviya Universitetində məşhur botanik Eusebio Oelanın rəhbərliyi altında tibb təhsili alan Qolci 1865-ci ildə həmin universiteti bitirərək, Paviyadakı San-Matteo xəstəxanasının psixatriya klinikasında fəaliyyətə başlamışdır. Universitetdə müəllimi Culio Bissoseronun laboratoriyasında isə beyinin quruluşu və sinir sistemi sahəsində tədqiqatlarını davam etdirmişdir. == Tədqiqatı == XIX əsrdə mikroskopun texniki imkanlarının inkişafı ilə əlaqədar alimlərin hüceyrə və toxumalar sahəsindəki nəzəri bilikləri xeyli artmış, 1850-ci ildə alman alimi Rudolf Virxovun çapdan çıxmış "Hüceyrə patologiyası" kitabından sonra isə bu sahədəki tədqiqatlar daha da genişlənmişdir. Digər tərəfdən isə beyin hüceyrələrinin (neyronların) araşdırılması zamanı ənənəvi üsullara müraciət edilməsi düzgün elmi nəticələrin alınmasına çətinlik törədirdi. Kamillo Qolcinin mikroskopik neyroanatomiya sahəsində ilk tədqiqatları 1860-cı illərin sonlarında nəşr olunmuşdur. 1872-ci ildə Abyateqrasso şəhər xəstəxanasının baş sanitar müfəttişi vəzifəsinə təyin edildikdən sonra laboratoriya təcrübələri aparmağa vaxtı və imkanı məhdudlaşdığından tədqiqatlarını evinin mətbəxində davam etdirmiş və neyron toxumalarının azotlu gümüşə batırıldıqda qara rəngə boyandığını aşkar etmişdir. Bu üsul elm aləmində əvvəlcə ehtiyatla qarşılansa da, 1880-ci illərdən etibarən məşhurlaşmağa başlamışdı. Qolci 1898-ci ildə neyronlar üzərində apardığı tədqiqat zamanı onların arasında incə saplarla hörülmüş tor müşahidə etmiş və buna "Holci kompleksi" adını vermişdir. Bu toxumanın öyrənilməsi yalnız elektron mikroskopun kəşfindən sonra mümkün olmuşdur.
Kamilə Babayeva
Kamilə Babayeva (11 avqust 1974, Bakı) — Aktrisa, teleaparıcı == Həyatı == Kamilə Babayeva 11 avqust 1974-cü ildə Bakıda anadan olub.1981-1991-ci illərdə Bakı şəhər 7 saylı Məmməd Rahim adına orta məktəbdə təhsil alıb. 1983-1990-cı illərdə 2 saylı musiqi məktəbində təhsil alıb. 1991-1993-cü illərdə BDU-nun nəzdində qızlar kollecində təhsil alıb, 1994-1998-ci illərdə isə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyat İnstitutunda (indiki Bakı Slavyan Universiteti) təhsil alıb. == Karyerası == 1993-cü ildə ANS TV-də xəbər aparıcısı kimi fəaliyyət göstərib. 1994-cü ildə BMT TV-də diktor kimi fəaliyyət göstərib. 1995-ci ildə Vahid TV-də veriliş aparıcısı olub. == Filmoqrafiya == Bağ mövsümü (film, 1985) – rol: Ağabalanın qızı Acılar bitməz (film, 2009) – rol: Ayla Aramızda qalsın (film, 2011-2013) – rol: Yeganə Vəkil hanı?