Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kaudilo
Kaudilo (isp. caudillo).Kaudilo əsasən Latın Amerikası ölkələrində geniş xalq kütlələrini öz arxasınca aparma bacarığına sahib olma ,diktator olaraq hərbi güclə hakimiyyətə gələrək və hakimiyyəti öz əlində saxlamağı bacaran siyasi dövlət xadimləri.Kaudilo ispaca <<öndər>>,<<sərkərdə>> mənasını daşıyır.Kaudilo termini iktidara və ya bəlli bir bölgədə hakimiyyətə gəlmiş xarizmatik ordu liderləri üçün deyilmişdir.Diktatorun şəxsi hakimiyyəti,hərbi gücə,arxalanaraq ölkəni idarə edən şəxs.Kaudilizm xarakteri hüquq və azadlıqların ləğvi,sağ terrorizmi,sürgünlər və siyasi rəqibləri ilə bir başa hesablaşma idi. == Tarixi == Kaudilo əsasən Cənubi Amerikanın keçmiş İspan koloniya ölkələrində yaranmış hərbi rejim idi. === Argentina === Xuan Manuel Rosas Manuel Dorrego Xuan Bautista === Kolumbiya === Sergio Arbolido Jorge Elieser Gartan Alfonso Lopes Rumorejo Tomas Sipriano de Mosquera Aquilio Porro Gustavo Rojes Pinilla Rafael Uribe UribeMarceliano Veler === Uruqvay === Manuel Oribe Venansio Flores Leandra Gomes Fructuoso Rivera === Meksika === Miguel Hidalgo Visenta Guerra Xose Maria Morales Alvaro Obregon === Peru === Antonio Xose Fransisko de Sukre Luis Xose de Orbegoso Manuel Meneader === Venesuela === Simon Bolivar Uqo Çaves Santiago Marino Sipriano Karstro === Kuba === Xose Maeti Antonio Maseo === İspaniya === Fransisko Franko === Paraqvay === Fransisko Solano Lopes == Sonucu == Kaudilo öz siyasi simasını və aftoritetini istifadə edərək ,sosial yöndə mövqeyini itirir və axasında əlehinə dasışıqlar, sonda yeni bir siyasi çevrilişin qurbanına çevrilir.
Dayana Kamilo
Dayana Kamilo (15 dekabr 1977) — Braziliyanı təmsil edən bədii gimnast. == Karyerası == Dayana Kamilo Braziliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Yessika Kamilo
Yessika Kamilo (23 fevral 1993) — Dominikan Respublikasını təmsil edən oxatan. Yessika Kamilo Dominikan Respublikasını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yessika Kamilo birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Cənubi Koreyanın nümayəndəsi Çoi Mi-Sun ilə üz-üzə gəldi. Həmin görüşdə Yessika Kamilo rəqibinə 0:6 hesabı ilə uduzdu.
Kamilo Xose Sela
Kamilo Xose Sela (isp. Camilo José Cela; 11 may 1916[…], İria Flavia[d] – 17 yanvar 2002[…], Madrid) — ispan yazıçı və publisist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1989), İspaniya Kral Elmlər Akademiyasının üzvü (1957), Migel de Servantes mükafatı laureatı (1995). == Həyatı == Yazıçı və dramaturq Kamil Xose Selo XX əsrdə ispan ədəbiyyatı və ədəbi dilin inkişafında böyük rolu olan sənətkarlardan biridir. O, İspaniyanın La Korunya əyalətindəki kiçik Padron şəhərində doğulmuşdu. Atası qalisiyalı ispan, anası isə ingilis idi. Ali təhsilini Madrid universitetinin hüquq fakültəsində alsa da, bu sahədə heç vaxt çalışmamışdı. Erkən yaşlarından ədəbiyyatla maraqlanan Kamilo Xose sənət müəllimləri sırasında, ilk növbədə ispan yazıçıları Migel de Unamuno və Pio Baroxunun adını çəkir. İspan ədəbiyyatının klassiki Servantes, habelə böyük rus yazıçıları Lev Tolstoy və Dostoyevski həyatının müxtəlif çağlarında onun şəxsiyyət və yaradıcılıqlarına dönə-dönə müraciət etdiyi sənətkarlar olmuşdular. İspanlar üçün seçim anı sayılan 1937-ci ildə Kamilo Xose diktator Frankonun tərəfində respublikaçılara qarşı döyüşlərdə iştirak etmişdi. Yaralandığı üçün ordudan tərxis olunmuş, bir sıra inzibati işlərdə çalışmışdı.
Hadılı
Qədili — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd.
Kadilak
"Cadillac" — Amerikan lüks avtomobil istehsalçısıdır və "General Motors" konserninin parçasıdır. Cadillac Amerikada "yüksək keyfiyyət" və "lüks həyatın" simvoludur. 1902-ci ildə Henri Martin Leland tərəfindən qurulan bu şirkət adını Fransız alim, Detroit şəhərinin qurucusu Antoine Laumet də la Mothe, Sieur da Cadillac-dan götürmüşdür. Cadillac lüks avtomobilləri və bunların gözə dəyən dizaynı ilə başda ABŞ olmaqla bütün dünyada böyük prestijə qədər yüksəlmiş bir məktəb marka halına gəlmişdir.
Kadima
Kadima (ivr. קדימה, az. öncül) — İsraildəki siyasi partiyalardan biridir. Mərkəzçi bir partiyadır və liberal görüşə malikdir. Ariel Şaron tərəfindən qurulan partiyanın hazırkı lideri Şaul Mofazdır. Kadima partiyası başqa bir partiya ilə koalisiyaya girmək istəmir. İsrail sistemini gücləndirmək üçün siyasi sistemdə islahatlara ehtiyac olduğunu bildirir. Bundan əlavə, partiyanın fikrincə, Qüds böyük bir yəhudi yaşayış məskəni kimi İsrailin bir hissəsi olaraq qalmalıdır. Partiyanın ümumi prinsiplərində İsraildə yəhudilərin mütləqiyyətinin təmin edilməsinin vacib olduğu bildirilir. Partiya İsrail-Fələstin probleminin həlli olaraq iki dövlətli həll yolunu görür, bunun üçün də, partiya Fələstin sektorunun terrorizmdən təmizlənməsini, Fələstin xalqının əllərindəki silahların toplanılmasını və hücumların bitməsinin vacib olduğunu bildirir.
Kadıköy
Kadıköy — İstanbul ilinin ilçəsi. Kocaeli yarımadasının cənub-qərb hissəsində yerləşən Kadıköy, qərbdə və cənubda Mərmərə dənizi, şimal-qərbdə Üsküdar, şimal-şərqdə Ataşəhər və şərqdə Maltəpə ilə əhatə olunmuşdur. Mərmərə sahilləri boyunca Heydərpaşadan Bostancıya qədər 21 kilometrlik bir sahil xəttinə sahib olan ilçənin şimal sərhədini isə D-100 avtomobil yolu təşkil edir. Kadıköy daimi yaşayış məskəninə İstanbul şəhəri ilə inteqrasiya olunduqdan sonra çevrildiyi üçün şəhərin digər tarixi bölgələrinə nisbətən olduqca gənc bir yaşayış yeri olaraq qəbul edilə bilər. Bununla birlikdə, Anadolu hissəsinin ən qədim yaşayış yerlərindən biri olan Kadıköy, bu gün də sahilin ən işlək nöqtəsidir. Kadıköydə Osmanlı dövrünə aid bir çox abidələrə rast gəlmək mümkündür. Kadıköy ilçəsi şəhər nəqliyyatı baxımından əhəmiyyətli bir mövqeyə sahibdir. İstanbulun müxtəlif bölgələrini birləşdirən əsas nəqliyyat yollarından bir çoxu Kadıköydən keçir. 2015-ci ildə həyata keçirilən "İstanbul Həyat Keyfiyyəti" araşdırmasında bütün ilçələr arasında 2-ci yeri tutmuşdur.
Kaudilyo
Fransisko Paulino Ermenegildo Teodulo Franko Baamonde (isp. Francisco Paulino Hermenegildo Teódulo Franco Bahamonde; 4 dekabr 1892[…] – 20 noyabr 1975[…], Madrid) — İspaniya hərbi və dövlət xadimi, diktator, İspaniya vətəndaş müharibəsi illərində nasionalist hərbi üsyanın rəhbəri, 1939-1975-ci illərdə İspaniya krallığının regenti, kaudilyo (isp. Caudillo de España por la gracia de Dios — Tanrının etimadı ilə İspaniyanın Rəhbəri), İspaniya Nazirlər Şurasının Sədri, generallisimus. 1936-1939-cu illəri əhatə edən vətəndaş müharibəsində qələbə çalaraq hakimiyyəti ələ keçirmişdir. == Gəncliyi == Franko ailəsinin ənənəsinə uyğun olaraq hərbi dənizçi olmaq istəyirdi. Lakin İspaniyanın 1898-ci il İspaniya-Amerika müharibəsində məğlubiyyəti nəticəsində bu sahədəki boş yerlərin sayında həddindən artıq azalma baş verdi. Buna görə də Franko Piyada Qoşun Akademiyasına yazıldı. Onun qardaşı Roman Franko isə məşhur aviator olmuşdur. 1910-cu ildə Toledodakı Piyada Qoşun Akademiyasını bitirdikdən sonra o, 2 il öz doğma El Ferrol şəhərindəki qarnizonda xidmət edir. Lakin ilk imkan düşən kimi Mərakeşə yollanır.
Sedilo
Sedilo (sard: Sèdilo) — Sardiniyanın Oristano əyalətindəki kommuna və kiçik şəhər. Sahəsi 68,45 km²-dir. Kommunanın əhalisi 2122, əhalinin sıxlığı isə bir kvadrat kilometrə 31 nəfərdir.
Şadılı
Şadılı (Goranboy) — Goranboy rayonunda kənd. Şadılı xalçaları — Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçaları. Şadılı tayfası — Xorasanda yaşayan kürd tayfası.
Kabil
Kabil (fars. کابل‎, ing. Kabul) — Əfqanıstanın paytaxtı və ən böyük şəhəri. Kabil çayı sahilində, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, avtomobil yolları ilə Qəznə, Qəndəhar, Herat və Məzari-Şərif şəhərləri ilə birləşən şəhər. == Coğrafi mövqeyi == Kabil Əfqanıstanın ən böyük şəhəridir. Qədim şəhər olan Kabil mühüm nəqliyyat qovşağında yerləşir. Eyniadlı çayın sahilində,1800–1900 metr yüksəklikdə yerləşir. Şəhərin məhəllələri Kabil çayının hər iki sahilini tutur. Şəhərin köhnə hissəsi Kabil çayının sağ sahilindədir və səciyyəvi Şərq simasını saxlamışdır. Çayın sol sahilindəki yeni hissədə keçmiş kral iqamətgahı, Məhəmməd Nadir şahın türbəsi, xarici səfirliklərin binası, parklar, iri yaşayış məhəllələri yerləşir.
Kadis
Kadis (fi. Gadir, yun. Gádeira, la. Gades, ər. کادیس ) — İspaniyanın cənub-qərbində, Əndəlüs bölgəsindəki Kadis əyalətinin paytaxtı, ada üzərində yerləşən şəhər. Madriddən 651 km, Sevilyadan 124 km, Uelvadan 219 km uzaqlıqdadır. Şəhər İspaniya donanmasına ev sahibliyi edir. Eyni zamanda Kadis rayonunun paytaxtıdır. Kadis şəhəri bir çox qədim abidəyə ev sahibliyi etdiyi üçün İspaniyanın əhəmiyyətli turistik şəhərlərindən biridir. == Adı == Kadis sözü finikiya dilində olan Gadir sözündən əmələ gəlmişdir və "divarlar" və ya "divarlarla əhatə olunan müdafiə" deməkdir.
Kamil
Kamil — Azərbaycanlı kişi adı. Kamil Cəlilov — mahir qaboy ustası, "Şöhrət" ordenli Azərbaycanın xalq artisti. Kamil Jordan — Fransız riyaziyyatçı; Kamil Nəsibov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Kamil Katibli — Azərbaycan Respublikası Nazirlər Kabineti Məxfi şöbənin müdiri Kamil Balakişiyev — Azərbaycan tibb elminin möhkəm dayaqlarından biri sayılan görkəmli alim Kamil Qurbanov — fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Kamil Qubuşov — Aktyor. Film səsləndirənlər. Filmlərdə iştirak edən. Kamil Vəli Nərimanoğlu — filologiya elmləri doktoru, Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri. Kamil Nəcəfzadə — Azərbaycan quruluşçu kino rəssamı. Kamil Zöhrabov — Aktyor. İkinci rejissor.
Alvaro Vadilyo
== İstinadlar ==
Anna Kastilo
Anna Kastilo Ferre (isp. Anna Castillo Ferré; 9 oktyabr 1993, Barselona) — İspaniya aktrisası.
Boytumelo Masilo
Boytumelo Masilo (5 avqust 1995) — Botsvananı 800 m məsafəyə qaçış yarışlarında təmsil edən və orta məsafələrə qaçan yüngül atlet. Boytumelo Masilo Botsvananı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etmişdir. O, 800 metr məsafəyə qaçışda iştirak etmiş və ilk mərhələdəcə məğlub olmuşdur. Onun karyerası boyunca ən yaxşı nəticəsi 2016-cı ildə Kortriykdə əldə etdiyi 1:45.87 saniyəlik nəticəsidir.
Danilo (futbolçu)
Danilo da Silva (15 iyul 1991[…]) — Braziliyalı futbolçu. Yuventus klubunun və Braziliya Milli komandasının sağ cinah müdafiçəsi.
Dhruv Kapila
Dhruv Kapila (1 fevral 2000, Ludhiana, Pəncab ştatı) — Hindistanı təmsil edən qadın badmintonçu.
Hadili (Germi)
Hadili (fars. هديلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 298 nəfər yaşayır (61 ailə).
Henri Kavill
Henri Uilyam Delqlayş Kavill (ing. Henry William Dalgliesh Cavill; d:5.5.1983) — Britaniyalı aktyordur. Henri kino karyerasına 2001-ci ildə Laquna filmi ilə başlayıb. 2002-ci ildə Albert Mondeqo rolu ilə Monte Kristonun Hesablaması filmi ilə başlayıb. daha sonra o BBC kanalında yayımlanan İnspektor Linli Misteries, Midsomer Qatilləri və Tudors seriallarında, həmçinin Tristian və İzolde, Ulduz Tozu və Ölümsüzlər kimi filmlərdə çəkildi. == Həyatı == Henri Britaniyanın Kanal Adalarının Cersi adasında dünyaya gəlib. Anası Marianna bankda katib, atası Kolin isə birjaçı idi. Onun dörd qardaşı var. İngiltərədə Stowe School adlı məktəbə başlamazdan əvvəl Cerseydəki St. Michael's Preparatory School məktəbində təhsil alıb.
Kadişa dərəsi
Qadişa vadisi (ərəb. وادي قاديشا‎) — Livanın Şimal mühafəzəsinin Beşarri və Zğarta nahiyələrində yerləşir.
Kadzuo İsiquro
Kazuo İşiquro (ing. Kazuo Ishiguro, yap. かずお・いしぐろ) — yapon əsilli Britaniya nasiri, kinodramaturqu və roman yazıçısı. Yazıçı 2017-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Mükafatlar == 1982: "Təpələrin solğun mənzərəsi" romanına görə "Uinifred Holtbi adına mükafat". 1983: "Qranta" jurnalının "Ən yaxşı gənc britaniyalı romançılar" siyahisına düşüb. 1986: "Üzən dünyanın artisti" əsərinə görə "Unitbred mükafatı". 1989: "Günün qalıqları" romanına görə "Buker mükafatı". 1993: "Qranta" jurnalının "Ən yaxşı gənc britaniyalı romançılar" siyahisına düşüb. 1995: Britaniya İmperiyası Ordeninin Zabiti.
Kaliko pişiyi
Basqın bir ağ rəngin üstündə sarı və qara rəngli nöqtəciklər və ya desenlerin olduğu pişiklər Calico pişiyi olaraq adlandırılır. Bir pişik cinsini deyil rəng şablonunu təyin. ABŞ-da Calico pişiyi olarakanılan bu cür, İngiltərədə isə "tortoiseshell və ağ" olaraq adlandırılmışdır. CALICO tipində pişiklər əksəriyyətlə dişidir. Çünki pişiklərin rənglərini təyin X xromosomlarının və dişilərdə X xromosomundan iki ədəd var. Kişi pişiklərdə bir ədəd X və Y xromosomu vardır və Y xromosomundan rəng xüsusiyyəti yoxdur. Bunun istisnası xxy kromozomlarına sahib pişiklərdir. Ancaq bu pişiklərin də demək olar ki, hamısı, qısırdır. Başda Van pişiyi və Ankara pişiyi olmaq üzrə 40-a yaxın pişik irqi mənsubları, CALICO pişiyi tipində tük rəng və naxışlarını sahib ola bilməkdədir.
Kamila Batmanqılınc
Kamilə Batmanqılınc (1963, Tehran) — əslən azərbaycanlı, britaniyalı iş adamı, yazıçı və xeyriyyəçi. O, 11 yaşından bəri İngiltərədə yaşayır və iki xeyriyyə qurumu təsis edib: The Place2b və Kida Company. == Bioqrafiyası == Kamila Batmanqılınc Tehranda dünyaya gəlib. Onun anası Roma Katolik məzhəbli Belçikalı və atası İranlı və müsəlman, yüksək mübahisəli doktor Firidun Batmanqılınc idi.