Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İnternet-kazino
İnternet-kazino ( ing. Internet casino ~ ru. Интернет-казино ~ tr. İnternet casino) – İnternet üzərindən qumar oyunları oynamağa imkan verən sayt və ya proqram. Onlayn kazino (ONLINE CASINO), yaxud virtual kazino (VIRTUAL CASINO) da adlandırılan ilk belə kazino 1997-ci ildə ABŞ-də açılıb. Oyunların təşkili üçün iki texnologiya mövcuddur: kazino saytından xüsusi proqram təminatını sərt diskə endirmək, yaxud onlayn texnologiyadan istifadə etmək (daha çox bu texnologiyadan istifadə olunur). Adətən, İnternet-kazinoda istər real pula, istərsə də “fantik”ə (“konfet kağızı”na) oynamaq olar. Pul qoymağı/götürməyi müxtəlif üsullarla etmək olar: kredit kartları, bank köçürmələri, xüsusi kazino kartları, onlayn ödəmə sistemləri (Webmoney, Moneybookers, NETELLER) və s. vasitəsilə. İnternet-kazinodakı oyunlar adi kazinolardakı kimidir: poker, ruletka, bləkcek, oyun avtomatları (videopokerlər və videoslotlar).
Kazinok kağızağacı
Kazinok kağızağacı (lat. Broussonetia kazinoki) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin kağızağac cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Şərqi Çin, Yaponiya, Tayvan və Koreyanı əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 5 m-dək olan, nazik, çılpaq zoğludur. Yarpaqları uzunsov-yumurtavari və ya yumurtavari, uzunluğu 5-20 sm, uzun, ucu biz, bünövrəsi yumru və ya yarımürəkvari, çox vaxt iki-üç pərli, üstü soyulan, alt tərəfi nazik tükcüklü, sonradan çılpaq olur, saplağının uzunluğu 1-2 mm-dir. Erkəkcik sırğaların uzunluğu 1,5 sm-dir. Dişicik başcıqların diametri 1 sm-dir. Çiçəkləri ikievlidir. Erkəkcik çiçəkləri sırğalara yığılmış, çiçək yanlığı dörd bölümlü və dörd erkəkciklidir. Dişicik çiçəkləri şarşəkilli başcıqlardadır, çiçək yanlığı üç-beş dişli və sapvari sütuncuqludur.
Nazino faciəsi
Nazino faciəsi (rus. Назинская трагедия, translit. Nazinskaya Tragediya) - 1933-cü ilin may ayında Sovet İttifaqındakı Nazino adasına 6000 nəfərin kütləvi şəkildə deportasiyası idi. Deportasiya olunanlar, əsasən siyasi məhbuslar və kiçik cinayətkarlardan ibarət idi və onlar "xüsusi bir qəsəbə" tikmək üçün məcburi şəkildə kiçik, təcrid olunmuş, Tomskdan 540 kilometr (340 mil) şimal-qərbdə yerləşən, Qərbi Sibirdəki adaya göndərildi. Köçkünlərə yalnız yemək üçün un, az miqdarda alətlər, geyimlər və ya sığınacaq verilmişdi. Adanı tərk etməyə çalışanlar silahlı mühafizəçilər tərəfindən öldürülürdü. Adanın şəraiti geniş yayılan xəstəliklərə, hakimiyyətdən sui-istifadə, zorakılıq və kannibalizmə səbəb oldu. On üç həftə ərzində Nazino adası ilə əlaqəli deportasiyalarda 4000-dən çoxu insan öldü ya da itkin düşdü. Sağ qalanların əksəriyyətinin səhhətində problem yarandı. Nazino işi 1988-ci ilə qədər, Sovet İttifaqında qlasnost islahatları zamanı, Memorial cəmiyyəti tərəfindən araşdırma başlayanadək demək olar ki, bilinməz olaraq qalırdı.
Tomoyuki Kacino
Tomoyuki Kacino (d. 11 iyul 1960) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 9 oyun keçirib, 1 qol vurub.
El Kamino
El Kamino (ing. El Camino: A Breaking Bad Movie) — 2019-cu il ABŞ istehsalı neo-vestern, cinayət-drama filmi. "Breaking Bad" teleserialının davamı və epiloqudur. Film keçmiş müəllimi Volter Vayt ilə ortaq olub narkotik imperiyası qurmuş Cessi Pinkmanın aqibətindən bəhs edir. Vins Qilliqanın yazıb rejissorluq etdiyi bu filmdə Aaron Pol öz rolunu yenidən ifa edib. "Breaking Bad" serialının aktyorları Cessi Plemons, Kristen Ritter, Çarlz Beyker, Mett Cons, Robert Forster, Conatan Benks və Brayan Krenston filmdə rol alıblar. Robert Forster filmin buraxıldığı gün vəfat edib, bu da onun çəkildiyi son film olub. == İstinadlar == == Xarici keçidlər == El Kamino — Internet Movie Database saytında.
KEiiNO
KEiiNO — saamlı reper və yoyker Fred-Rene Bulyo və norveçli müğənnilər Tom Huqo Hermansen və Aleksandra Rotandan təşkil olunmuş musiqi qrupu. Qrup 2018-ci ilin sonlarında xüsusi ilə Norveçin NRK telekanalının təşkil etdiyi Melodi Grand Prix 2019 yarışması üçün qurulmuşdur. KEiiNO yarışmada "Spirit in the Sky" mahnısı ilə mübarizə apararaq nəticədə qələbə qazanmışdır. Mahnının əsas mövzusu gender bərabərliyi və önmühakimələrdir. Həmin mahnı ilə KEiiNO qrupu Norveçi İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. 2 il sonra şanslarını yoxlayaraq ölkəsinin Melodi Grand Prix 2021 seçim turuna qatılaraq Monuments söylədilər. Finalda qalib gələrək 2021 Avroviziya Mahnı Müsabiqəsində Norveçi təmsil etmək şansı əldə etdilər Uzun məşqlərdən sonra KEiiNO 16 may tarixində baş tutan müsabiqənin yarımfinal mərhələsində 15-ci nömrə altında səhnə almışdır. Nəticədə 210 xalla 7-ci yeri tutaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən qrup 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 331 xal toplayaraq, 6-cı yeri tutmuşdur. KEiiNO finalda SMS səsverməsinə görə birinci yeri tutsa da, münsif səsverməsində on səkkizinci yerdə qərarlaşmışdır.
Kabinə
Kabinə — sərnişinlərin səyahət etdiyi kokpit və yük bölməsindən başqa təyyarələrdəki hissəyə verilən addır. Düz bir uçuş rejimi əsnasında təyyarənin qalxdığı hündürlükdə atmosfer təzyiqi çox aşağı olduğundan, sərnişinlərin oksigen dəstəyi olmadan səfəri davam etdirməsi qeyri-mümkündür. Buna görə kabinələrə süni şəkildə təzyiq edilir. Ticarət məqsədli hava nəqliyyatında kabin bütün təyyarələrdə müəyyən siniflərə bölünür. Xüsusiyyətləri aviaşirkətlərə görə fərqlənən bu səyahət siniflərindən ən çox yayılanları business class (biznes sinfi) və ekonom sinifləridir. Siniflərarası ayrılma bir panel və ya pərdə vasitəsilə həyata keçirilir. Oturma yerləri, istirahət zonaları, xidməti avadanlıqların saxlanıldığı yerlər, (mətbəx) tualetlər də kabinənin bir hissəsi hesab olunur.
Karano
Karano- İtaliyanın şimalında Trentino-Alto Adige/Südtirol regionunda bir bələdiyyə. Trentonun təxminən 35 kilomter şimal-şərqində yerləşir. == Ədəbiyyat == All demographics and other statistics: Italian statistical institute Istat.
Karina
Karina — ad. Karina Kapur — Hindistan kino aktrisası. Karina Lixvar — İsraili təmsil edən bədii gimnast. Karina Lipiarska — Polşalı oxatan. Karina Qarsiya — Boliviyalı atıcı. Karina Qoriçeva — qazax ağır atleti Karina Aznavuryan — Rusiyanı təmsil edən qılıncoynatma idmançısı, ikiqat Olimpiya çempionu (2000, 2004) Karina Maruyama — keçmiş Yaponiya qadın futbolçusu.
Karzin
Karzin və ya Fəthabad — İranın Fars ostanının Qir və Karzin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,953 nəfər və 1,651 ailədən ibarət idi.
Kation
Kation (yun. κατά káta "aşağı" və ἴον ion "gedən") müsbət yüklənmiş iondur. Elektrolizdə müsbət yüklənmiş ionlar həmişə katoda tərəf hərkət etdiyindən, onlara Kation adı verilmişdir. Bu atom və molekulaların elektron verməsi və ya Hidrogen ionu H+ alması nəticəsində yaranır. Duzlar həmişə kation və anionların birləşməsindən ibarətdir. Müxtəlif yüklü kationalar arasında baş verən elektron dəyişməsi Qapon düsturu ilə təsvir olunur. Kationların kimyvi təsdiqi üçün tətbiqi analitikaya aid laboratoriya cihazları, həmçinin sadə kolbalar tətbiq edilirlər. == Birləşmiş kationlar == Birləşmiş kationalar aid misallar: NH4+ (Ammonium]]-Ion) H3O+ (Oksonium]]-Ion) [NO]+ (Nitrosilbrləşməsi-Kation) == Sadə kationların birləşməsi == Na → Na+ + 1e− Natrium atomundan elektron verməsi nəticəsində sadə yüklənmiş Natriumionu yaranır. Tomda mənfi yükün az olması səbəbindən müsbət yüklər üstünlük təşkil edirlər. Mg → Mg2+ + 2e− İki elektronun verməsi nəticəsində maqnezium atomundan iki dəfə müsbət yüklənmiş maqnezium ionu yaranır.
Kaznigo
Kaznigo (it. Casnigo) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 70 kilometr (43 mil) şimal-şərqində və Berqamodan təxminən 20 kilometr (12 mil) şimal-şərqdə yerləşir. Kaznigo, Qandino, Qatsano Sant'Andrea, Vertova, Koltsite, Ponte Nossa, Cene, Qorno, Fyorano al Serio kommunaları ilə qonşudur. Əhalisi 3348 nəfər (2008), əhalinin sıxlığı 248 nəfər/km². Sahəsi 13 km² ərazini tutur. Poçt kodu — 24020. Telefon kodu — 035.
Kazımov
Kazımov — Azərbaycan soyadı. Ağahüseyn Kazımov — həkim. Adil Kazımov — Sədərək rayonu İcra hakimiyyətinin başçısı. Salahəddin Kazımov — Sovet İttifaqı Qəhrəmanı Dadaş Kazımov — Azərbaycan aktyoru. Rüstəm Kazımov — Azərbaycan aktyoru. Məmmədkamal Kazımov — Azərbaycan aktyoru və rejissoru Tofiq Kazımov — Azərbaycanın teatr rejissoru Ağakişi Kazımov — Azərbaycan teatr rejissoru Telman Kazımov — Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri naziri (1982–1988) Telman Kazımov — hərbçi Azay Kazımov — “Azərbaycan bayrağı” ordenli şəhid. Qəzənfər Kazımov — Ədəbiyyatşünas, dilçi, professor. Məhəbbət Kazımov — Azərbaycan müğənnisi Davud Kazımov — Azərbaycan rəssamı Mirkazım Kazımov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. Fəxri Kazımov — Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri.
Komino
Komino (malta Comino, malta Kemmuna) — Malta arxipelaqına daxil olan kiçik ada. Aralıq dənizinin suları ilə əhatələnir. Qozo və Malta adaları arasında qərarlaşır. Ümumi sahəsi 3,5 km²-dir. 2017-ci il məlumatına görə ada əhalisinin sayı 3 nəfərdir. == Tarixi == Adanın adı Maltada geniş yayılmış yaban toxumunun adından gəlir. Roma hakimiyyəti dövründə Kominoda kəndlilər yaşayırdılar, lakin uzun müddət ada zəif məskunlaşmış və ya hətta tərk edilmişdir. Adanın sahilləri əhəng daşları ilə kəsilmiş və orta əsrlərdə quldurlar və qaçaqmalçılar arasında çox populyar olan dərin mağaralarla kəsilmişdir. Daha sonra Malta cəngavərləri bu adadan ov və istirahət üçün istifadə edirdilər. 1285-ci ildən bəri Kominoda yəhudi mistiki və kabbalisti İbrahim Əbulafiyanın evi olmuşdur.
Makino
Tomitaro Makino (牧野 富太郎, Makino Tomitaro, 24 aprel 1862 - 18 yanvar 1957) — yapon botaniki.
Narino
Narino (isp. Nariño) — Kolumbiyanın departamentlərindən biri, ölkənin qərbində yerləşir. Sakit okenanın giriş-çıxış imkanlarına sahibdir. İnzibati mərkəzi Pasto şəhəridir. == İnzibati bölgüsü == Narino departamenti 5 region və 64 bələdiyyəyə bölünür.
Kazuko
Kazuko — ad. Kazuko Şirakava — Yaponiya aktrisası. Kazuko Hironaka — keçmiş Yaponiya qadın futbolçusu.
Camino
Camino — köhnə ödənişsiz, açıq mənbəli GUI və Firefox bünövrəli brauzerdir. O, xüsusi olaraq OS X əməliyyat sistemi üçün nəzərdə tutulub. O, XUL əsaslı istifadəçi interfeysinə malik idi və Mozilla üçün nəzərdə tutulmuş proqramlar işləyəcəkdi. İlk versiyası 2002-ci il fevralın 13-də buraxılan veb-brauzerin inkişafı təəssüf ki, 30 may 2013-cü ildə dayandırılıb. Camino 2.1.2-də holland, alman, fransız, isveçli, italyan, yapon, ingilis, ispan, çin və norveç dili mövcud idi.
Kahinə
Kahinə (ərəb. الكاهنة‎; hərf. qabaqcadan xəbər verən qadın; 575 – 703) və ya Dihyə — Ores padşahlığının bərbər kraliçası, dini və hərbi lider. O, həmin dövrdə Numidiya kimi tanınan Məğribin müsəlmanlar tərəfindən işğalına qarşı yerli müqavimətə rəhbərlik etmiş, xüsusən də Meskiana döyüşündə Əməvi qüvvələrini məğlubiyyətə uğratmışdır. Kahinə döyüşdən bütün Məğribin mübahisəsiz hökmdarı olmuş, bu statusu Təbarka döyüşündə qəti şəkildə məğlub olunana qədər saxlamışdır. == Mənşəyi və dini == Onun şəxsi adı bunlardan biridir: Dəyə, Dəhiya, Dihyə, Dəhyə və ya Dəmyə. Onun titulu ərəbdilli mənbələrdə əl-Kahin' (rahib falçı) kimi qeyd edilmişdir. Bu, gələcəyi qabaqcadan görmək qabiliyyətinə görə onun müsəlman rəqibləri tərəfindən verilən ləqəb idi. O, 7-ci əsrin əvvəllərində Jrāwa Zenata qəbiləsində anadan olub. Beş il Aures dağlarından Qadames vahasına qədər (695-700) azad bir Berber dövlətini idarə etdi. Lakin Musa ibn Nusayrin komandanlığı olan ərəblər güclü bir ordu ilə geri qayıtdılar və onu məğlub etdilər.
Marino
Marino — soyad. Cambattista Marino — İtalyan şair. Valentina Marino — İtaliyanı təmsil edən bədii gimnast. Marino Anelli — İtalyan anarxist, mühacir.
Akif Kazımov
Akif Davud oğlu Kazımov (d. 6 mart 1957) — Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəngkarlıq kafedrasının dosenti, Beynəlxalq Byennal, simpoziumlarda, beynəlxalq qrup sərgilərinin iştirakçısı, Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == Kazımov Akif Davud oğlu 6 mart 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1981-ci ildə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun bitirmişdir. Akif Kazımov 1982-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam 1991-ci ildən N.Tusi adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunda rəngkarlıq kafedrasında baş müəllim işləmişdir. O, 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəngkarlıq kafedrasının dosentidir. Rəssamın 1991 və 1998-ci illərdə iki fərdi yaradıcılıq sərgisi keçirilmişdir. O, Beynəlxalq Byennal, simpoziumlarda, beynəlxalq qrup sərgilərinin iştirakçısıdır. Akif Kazımov əsərləri, Moskva, Gürcüstan, Almaniya, Bolqarıstan, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir.
Al Paçino
Alfredo Ceyms "Al" Paçino (ing. Alfredo James "Al" Pacino; 25 aprel 1940[…], Manhetten, Nyu-York ştatı) — italyan əsilli ABŞ aktyoru, rejissoru, ssenaristi və prodüseri. O, həm də teatr aktyoru kimi tanınır. "Qadın ətri" filmində oynadığı rola görə "Oskar" mükafatına layiq görülüb. == Həyatı == Al Paçino 25 aprel 1940-сı ildə ABŞ-nin Nyu-York şəhərində anadan olub. Ona məşhurluğu Frensis Ford Koppolanın üç hissədən ibarət "Xaç atası" filmində oynadığı rol gətirib. İlk dəfə 1969-cu ildə "Mən, Natali" filmində qısa epizodik rol oynayıb. 1967—1969-cu illərdə Nyu-York polisi (N.Y.P.D) teleserialına çəkilib. Sonralar isə "Nidl Parkda təşviş" (1971) filmində gənc narkoman rolunu oynayıb. Məhz bu roluna görə Frensis Ford Kopollanın diqqətini özünə çəkib və 1972-ci ildə "Xaç atası" filmində Maykl Korleonenin rolunu canlandırıb.
Anna Karina
Anna Karina (fr. Anna Karina; əsl adı Hanna Karin Blarke Bayer; 22 sentyabr 1940, Solbcerq, Danimarka — 14 dekabr 2019, Paris, Fransa) — Danimarka və Fransanın teatr və kino aktrisası, kinorejissor. == Həyatı == Anna Karina Solbcerqdə kapitan ailəsində anadan olmuşdur. Valideynləri ayrılandan sonra nənəsinin, 8 yaşından isə anasının yanında qalmışdır. 14 yaşında o, kabare müğənnisi kimi fəaliyyətə başlamış, radio verilişlərində çıxışlar etmiş və qısametrajlı filmlərdə çəkilmişdir. Onun kinoda ilk əhəmiyyətli rolu "Başmaqlı qız" filmində olmuşdu. Bu film Kann kinofestivalında təqdim olunmuşdu. 1958-ci ildə o Parisə köçür. Orada Pyer Karden və Koko Şanelin məsləhəti ilə Anna Karina təxəllüsünü götürür. 1959-cu ildə rejissor Jan-Lük Qodar reklam rolikinin çəkilişlərində iştirak edən Karinanı görür və onu öz filminə dəvət edir.
Azay Kazımov
== Siyahı ==
Azinko Holding