Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çayf
Çayf ​​(Чайф), 1984-cü ildə Rusiyanın Sverdlovsk (indiki Yekaterinburq) şəhərində Vladimir Şakrin və Vladimir Begunov tərəfindən yaradılan bir rus rok qrupudur. Adları çay mənasını verən çay və kaif (jarqon sözü) mənasını verir. Qrup 1992-ci ildə Ne Speshi (Tələsməyin) və 17 kimi mahnıları ilə milli şöhrət qazandı. 1997-ci ilə qədər rok musiqisinin populyarlığı azaldı və şöhrətlərinin zirvəsindən daha kiçik yerlərdə oynayırdılar. Bir neçə albom buraxdılar və Rusiyada və keçmiş Sovet ölkələrində çox populyardırlar, lakin dünyanın qalan hissəsinə demək olar ki, məlum deyillər. Krımın Rusiya Federasiyası tərəfindən birləşdirilməsindən sonra, Çayf ​​Krım və Sverdlovsk vilayətindən nümayəndə heyətləri arasında keçirilən mədəni görüşdə iştirak etdi. Qrupun aparıcı müğənnisi Vladimir Şaxrin, Andrey Makareviçi Ukraynanın münaqişədə mövqeyini dəstəklədiyinə görə tənqid etdi.
Ahmet Kaya
Əhməd Qaya (türk. Ahmet Kaya; 28 oktyabr 1957, Malatya – 16 noyabr 2000, Paris) — türk sənətçi. == Hayatı == Əhməd Qaya 1957-ci ildə Malatyada kürd əsilli ailənin beşinci uşağı olaraq dünyaya gəlib. Əslən Adıyamanlıdır. İlk evliliyindən Çiğdəm, ikinci evliliyindən isə Melis adlı 2 qızı var. == Ölümü == 11 noyabr 2000-ci ildə Parisdə infakt nəticəsində dünyasını dəyişmişdir.
Bernar Kaye
Bernar Kaye (fr. Bernard Cahier; 20 İyun 1927, Marsel, Fransa – 10 İyul 2008, Evian-le-Ben, Fransa) — Fransız Formula-1 fotojurnalisti. == Bioqrafiya == Bernar Kaye 1927-ci ildə Marseldə hərbçi ailəsində anadan olmuşdur. 17 yaşında İkinci Dünya Müharibəsində Bretan uğrunda döyüşlərdə iştirak etmişdir. Daha sonra o, general Filipp Leklerkin 2-ci zirehli tank diviziyasında Qərbi Fransa və Cənubi Almaniyanın azad edilməsində iştirak etmiş, bundan sonra daha bir il Kamerunda fransız koloniyasında olmuşdur. Müharibədən sonra Kaye Kaliforniya Los-Anceles Universitetində təhsilini davam etdirir. Burada o, gələcək həyat yoldaşı olacaq Coan Aldayk ilə tanış olur. Həmçinin, Kaye ABŞ-də Avropa maşınlarının ən böyük salonlarından biri olan Roger Barlow's International Motors-da işə başlayır. Burada o, F1-in gələcək ulduzları Fil Hill və Riçi Ginterlə tanış olur. Bernar, həmçinin, Barlounun verdiyi MG-də yarışlarda da iştirak edir.
Hazal Kaya
Leyla Hazal Kaya (türk. Leyla Hazal Kaya; d. 1 oktyabr 1990, İstanbul) — Türkiyə aktrisası. == Həyatı və karyerası == Hazal Qaya 1 oktyabr 1990-cı ildə İstanbulda anadan olub. İlk və orta dərəcəli təhsilini Qazi Osman Paşa ibtidai təhsil məktəbində və İstanbul italyan liseyində tamamlayan aktrisa, universitet təhsili üçün İstanbul Məlumat Universiteti səhnə və göstəriş sənətləri idarəsi, performans bölümünü seçmişdir. 2006-cı ildə "Acəmi Cadı" və 2007-ci ildə "Gənco" adlı seriallarda rol aldı, lakin onu məşhur edən Halit Ziya Uşaklıgilin eyni adlı romanının motivləri əsasında çəkilən Aşk-ı Memnu serialı oldu. Bu serialda canlandırdığı Nihal Ziyagil personajı ilə 2008–2010 illəri arasında izləyiciləri ekran başına çəkməyi bacardı. 14 yanvar 2011-ci ildə Show TV'də başlayan "Adını Fəriha qoydum" adlı serialla ekranlara geri qayıtdı. Türk, ingilis, italyan, alman dillərini bilir.
Katrina Kaif
Katrina Kaif — Böyük Britaniyalı Hindistan kino aktrisası və modeli. == Həyatı == 16 iyul 1983–cü ildə Honkonqda anadan olmuşdur, bir müddət Havayda yaşadıqdan sonra Londona köçmüşdür. Atası əslən Kəşmirdən anası isə Böyük Britaniyalıdır. Aktrisanın hər iki valideyni Böyük Britaniya vətəndaşlarıdır.Atası əslən qafqaz kökənlidir.
Kaya (Micikenda)
Kaya (cəmdə Makaya və ya kayas) — Keniyanın sahil vilayətində qədim Micikenda xalqının müqəddəs meşələri. Kaya meşəsi ritual gücün və mədəni şəxsiyyətin mənbəyi hesab olunur; və həmçinin bu etnik qrupun üzvləri üçün dua yeridir. Yaşayış məntəqəsi, ritual mərkəz və meşə ilə əlaqəli möhkəmləndirilmiş korpus da kaya meşəsinin bir hissəsidir. Günümüzdə kaya Micikanda xalqının ənənəvi bir təşkilat vahidi olaraq da xatırlanır. Təxminən 30 ayrı meşənin on biri bir yerə qruplaşdırılmış və Müqəddəs Micikenda Kaya Meşələri olaraq UNECKO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Coğrafiya == Keniyada 50-dən çox kaya müəyyən edilmişdir. Onların hər biri 30 ilə 300 hektar arasında ölçülmüşdür. Bu ərazilər Keniyanın cənub sahili boyu yerləşən düzənliklərdə, Mombasa və Kilifi şəhərləri arasındakı 200 kilometr (120 mil) sahil xəttinə səpələnmişdir. Əksər kaya-lara ziyarətçilərin girməsinə icazə verilməsə də, Diani Çimərliyindəki 30 hektarlıq meşə olan Kaya Kinondoya ziyarətçilərin girməsi mümkündür və buna görə də Kaya Kinondo Ekoturizm Layihəsinin himayəsi altındadır. == Tarix == Bir çox kaya əvvəlcə müxtəlif etnik qrupların istehkam tipli kəndləri idi.
Kaya Kallas
Kaya Kallas (est. Kaja Kallas; 18 iyun 1977, Tallin, Estoniya Sovet Sosialist Respublikası) — Estoniyalı vəkil, siyasətçi və dövlət xadimi. Reform Partiyasının sədri. 26 yanvar 2021-ci ildən bəri Estoniyanın hazırkı baş naziri. Keçmişdə Avropa Liberallar və Demokratlar İttifaqında Avropa Parlamentinin (2014-2018) və Estoniya Parlamentinin (2011-2014, 2019-2021) üzvü. == Bioqrafiyası == 18 iyun 1977-ci ildə Tallində anadan olub. Kaya Kallas Reform Partiyasının keçmiş sədri və Avropa Komissiyasının keçmiş vitse-prezidenti Siim Kallasın qızıdır. 1995-ci ildə Kaya Kallas yetkinlik sertifikatı imtahanından keçir. 1999-cu ildə Tartu Universitetinin Hüquq Fakültəsini Hüquq ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirib, bundan sonra Avropa və Estoniyanın rəqabət hüququ üzrə vəkil işləmişdir (vəkil kimi fəaliyyət hüququ 2011-ci ildə başa çatmışdır). Ayrıca 1996-cı ildən bəri peşəkar bir teatr rejissorunun köməkçisi olaraq çalışır.
Kaya ayıcası
Kaya ayıcası (lat. Arctia caja) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin erebidlər fəsiləsinin ayıca cinsinə aid heyvan növü. == Təsviri == Qanadları açılmış halda 65 – 68 mm-dir. Ön qanadlar tünd qəhvəyi rəngdədir, azacıq qırmızıya çalır. Üzərində sarımtıl-ağ rəngdə zolaqlar var. Qanadın zirvəsinə yaxın eninə yerləşən sarğı enli, ona birləşən və digər ucu qanadın daxiin kənarına doğru uzanan zolaq isə ensizdir. Buradan qanadın əsasına doğru uzanan zolaq qanadın əsasına birləşir və burada bir neçə yerə haçalanır. Arxa qanadlar açıq qırmızı rəngdədir, əsasına yaxın bir böyük qara ləkə, yanlarında isə iki kiçik qara ləkə vardır. Qanadın kənarında 1 kiçik, 2 böyük qara naxış yerləşir. Döşün üzəri ön qanadın rəngində tüklərlə örtülüdür.
Kaya konfederasiyası
Qaya krallığı — Koreyanın cənubunda yerləşmişdir və 42-562-ci illərdə mövcud olmuşdur. == Tarix == Qaya konfederasiyası 391-412-ci illərdə Goguryeo krallığının təsiri altında zəiflədi. Ancaq krallıq 562-ci ildə Şila krallığı tərəfindən işğal edilənə qədər müstəqilliyini saxladı. İşğalın səbəbi Qaya krallığının Şila krallığı əleyhinə Bekçe krallığı ilə ittifaqda olması idi.
Kaya Şkrjek
Kaya Şkrjek (d. 12 noyabr 1998) — Polşalı suya tullanan. Kaya Şkrjek Polşanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Kaya Şkrjek birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 210.25 xal toplayaraq 25-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Kayl Broflovski
Kayl Broflovski (ing. Kyle Broflovski), South Park cizgi serialının 4 əsas personajından biri. Dublaj - Mett Stoun. == Ailəsi == Kayl Broflovski - 4 baş personajlarindan biri. Yəhudi. Ayk Broflovski - Kaylın Kanadadan övladlığa götürülmüş qardaşı. 2-ci sezonun 4-cü seriyadan Yəhudi. Jerald Broflovski - Kaylın atası. Yəhudi. Şeyla Broflovski - Kayın anası.
Kayl Larson
Kyle Miyata Larson (31 iyul 1992, Sakramento) — NASCAR Kuboku Seriyasında karyerası olan bir Amerikalı peşəkar yarışçıdır. Larson, 2014 mövsümündən 2020 mövsümünün əvvəlinə qədər 42 nömrəli avtomobil ilə Chip Ganassi Racing komandasına qatıldı. Bu komandada 9 yarış qələbəsi qazandı. O NASCAR rəsmiləri tərəfindən dayandırılıb və sonra səbəbiylə virtual yarış irqçi sözləri bir hadisə aprel 2020 Ganassi komandasının qovuldu. NASCAR, Larson'un statusunu 2020-ci ilin oktyabrında bərpa etdi. 2021 mövsümündən başlayaraq 5 nömrəli avtomobil ilə Hendrick Motorsports komandasında yarışdı.
Kayl Maksvell
Kayl Maksvell (1 dekabr 1990) — Barbadoslu cüdoçu. Kayl Maksvell Barbadosu 2012-ci ildə XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kayl Maksvell birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında kişilər 73 kq çəkidə, 1/16 final mərhələsində Yaponiyanın nümayəndəsi Riki Nakaya ilə üz-üzə gəldi. Həmin görüşdə Kayl Maksvell rəqibinə 1:100 hesabı ilə uduzdu.
Kayt Sin
Kayt Çin Tin Sin (d. 5 dekabr 1994) — Honkonqlu üzgüçü. Kayt Sin Honkonqu 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Kayt Sin birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 58:21.6 saniyəlik nəticə ilə 49-cu yeri tutdu və yarışı başa vurdu.
Kris Kayl
== İstinadlar ==
Miçiru Kayo
Seylor Neptun (セーラーネプチューン, Sērā Nepuchūn) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Miçiru Kayo (海王 みちる, Kaiō Michiru, ingilis versiyasında Mişel Kayo) olan Seylor Neptun adi yapon yeniyetmə tələbədir. Seylor Neptun Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Hekayənin 3-cü hissəsində peyda olan Seylor Neptun daim partneri və sevgilisi Seylor Uran ilə gəzir. Seylor Uran qadın olsa da, aralarında lezbiyan münasibətlər var. Hekayənin hər iki versiyasında ilk öncə antiqəhrəman kimi göstərilir. Miçiru gözəl, istedadlı, arada qaşqabaqlı olur, bütün vaxtını Seylor döyüşçüsü kimi keçirir. Onun gücləri okean, prekoqnisiya və güzgüsünün verdiyi güclərdən ibarətdir. == Profil == Seylor Neptun ilk dəfə hekayənin 3-cü hissəsində peyda olmuşdur. Bundan əvvəl isə Seylor Uranla birlikdə "Seylor Mun S"-in "qısa reklam filmi" hesab olunan 89-cu seriyasında silueti görünmüşdür.
Şükrü Kaya
Şükrü Kaya (9 mart 1883 – 10 yanvar 1959, İstanbul) — Türk ədibi, görkəmli siyasi xadim. == Həyatı == İstanbulun işğalından sonra Maltaya sürgün edilmiş, sürgündən qaçaraq bir müddət İtaliya və Almaniyada yaşamışdır. Türkiyəyə döndükdən sonra yüksək dövlət vəzifələrində çalışmış, daha çox bədii tərcümə fəaliyyəti ilə məşğul olmuşdur.
Fahri Kaya
Fahri Kaya (15 iyun 1930, Kumanovo – 24 mart 2020) — Yazıçı, jurnalist, içtimai-siyasi xadim, dövlət adamı. == Həyatı == Fahri Kaya 1930-cu ilin iyun 15-də Balkan Türklərindən Mustafa Əfəndinin ailəsində dünyaya gəlib. Mustafa Əfəndi Kumanova kəndində Türkcə "İşıq" adlı ibtidai məktəbi açmış və iki il həmin məktəbə müdirlik etmişdi. Fahri kiçik yaşlarında Muqəddəs Xocanın açdığı məktəbə Quran oxumağı və islamın ilk təməllərini öyrənib.Fahri 1950-ci ildə Üsküp Unversitetinin filologiya fakültəsinə qəbul olunsa da təhsilini Belqrad Unversitetinin Filologiya Fakültəsinin Şərqşünaslıq şöbəsində davam etdirib. Buradakı Ədəbiyatçılar Kulübüna üzv olub. İçtimai fəallığını nəzərə alaraq onu Filologiya Fakültəsinin Tələbələr Birliyinə sədr seçiblər. Fahri Kaya birinci şeirlər kitabını "İlk adımlar’’ adlandırıb. Bu kitab, İkinci Dünya Savaşından sonra Yuqoslaviyada Türk dilində uşaqlar üçün yazılmış və çap olunmuş ilk kitab olub. Müəllifin "Köyden sesler’’ (1958), "Hoşça kalın" (1965) ve "Çocuk rüyaları" (1991) şeir kitabları uşaqların dünygörüşünün formalaşmasına, onların estetik tərbiyəsinə nə dərəcədə təsir göstəribsə, "Güle güle" (1978) və "Küçük hanım" (1997) və b. heykayələr kitabları da dillərini zənginləşməsinə, vətənsevər və hümanist ruhda böyümələrinə bir o qədər təsir göstərib.
Semih Kaya
Semih Kaya (24 fevral 1991, Berqama, İzmir ili) — keçmiş türkiyəli futbolçu.12 avqust 2022-ci ildə karyerasını başa vurduğunu açıqladı. == Klub karyerası == === Erkən illər === Babası İzmir'ə Makedoniya'dan gəlmiş və iki uşaq olan ailənin üçüncü uşağı olaraq 24 fevral 1991-ci ildə doğulub. Kaya, atasının da keçmiş qapıçı olması səbəbindən kiçik yaşlarından futbola maraq göstərdi. 10 yaşına qədər məhlə futbolu oynayan Semih, 2001-ci ildə keçmiş qapıçı Rıfat Boza'nın məşqçilik etdiyi Petkimspor'da futbola ilk addımlarını atdı. Qardaşının sınaq üçün göndərilməsinə baxmayaraq Boza'nın ailənin kiçik uşağı olan Semih'i bəyənməsinə görə həmin klubda futbola başlayan Semih bir il bu klubda oynadı və daha sonra digər klublar tərəfindən diqqət çəkdi. Semih 2002-ci ildə "Halvacıspor"a transfer olundu. Burada da bəyənilən Semih 1 mövsümdən sonra əvvəllər Mustafa Dənizli kimi adları yetişdirən İzmirin ən böyük klublarından biri olan "Altay" a transfer olundu. Futbola sağ qanad'da başlayan Semih sonra sağ cinah'a keçdi bu komandada isə mərkəz müdafiəçisi kimi çıxış etdi. 2 mövsüm bu komandanın ulduz komandasında çıxış edən Semih, 2006-cı ildə Burhaniyedə keçirilən turnirdə Emre Çolak və Cem Sultan kimi oyunçuların yer aldığı Qalatasaray'a qarşı sərt oyunu ilə Qalatasaray'dan Rəcəb Yazıcı və Ahmet Keskinkılıçın diqqətini çəkmişdi. Daha sonra Qalatasaray akademiyasına keçdi.
Kay Donner
Kay Donner(isv. Kai (Karl) Reinhold Donner; 1 aprel 1888, Helsinki, Finlandiya — 12 fevral 1935, Helsinki, Finlandiya) — Fin etnoqrafı, dilçisi və siyasətçisi. == Həyatı == 1888-ci ildə anadan olmuşdur. Onun maraq dairəsi Ural dillərinin araşdırılmasıdır. «Beiträge zur Frage nach dem Urspnıng der Jenissei-Ostjaken», «Über das Alter der ostjakischen und vogulischen Renntierzucht» kimi bir sıra yazıların müəllifidir. Ural dillərilə yanaşı əski və yeni türk dilləri ilə də olduqca dərindən məşğul olmuşdur. Dilçi-alimin «Zu den ältesten Berührungen zwischen Samojeden und Türken» başlıqlı yazısı olduqca dəyərli bir əsərdir. Bu yazıda Donner samoyedlər və türklər arasında olmuş qədim əlaqələri işıqlandırmış və çuvaş xüsusiyyətləri daşıyan dilin ortaq türk dilindən ayrılmasından öncəki dövrləri haqqında maraqlı fikirlər söyləmişdir. Donner nəinki əski türk yazıları ilə, həmçinin türk dialektlərinin öyrənilməsi ilə də məşğul olmuşdur. Onun 1956-cı ildə nəşr edilmiş «Kaça» sözlüyü alimlər tərəfindən bəyənilmişdir.
Kay Havertz
Kay Sakakibara
Kay Sakakibara (29 iyul 1996, Qold Kost[d]) — Avstraliyalı peşəkar kişi BMX velosipedçisi. Kay Sakakibara Avstraliyanı beynəlxalq yarışlarda təmsil edir. == Həyatı == 29 iyul 1996-cı ildə doğulub. == Karyerası == Kay Sakakibara 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.328 saniyəlik nəticəsi ilə 31-ci yeri tutdu.
Kay Haverts
Kay Havertz (11 iyun 1999, Aaxen, Almaniya Federativ Respublikası) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan Arsenal klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Bayer 04 Leverkuzen === Havertz UEFA Çempionlar Liqasında debütünü Bayer Leverkuzen klubu ilə 21 fevral 2017-ci ildə 1/8 final mərhələsinin ilk görüşündə Atletiko Madrid klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Bayer Leverkuzen evdə Atletiko Madridə 4–2 hesabı ilə məğlub olmuşdur.
Kayl Volker-Peters
Kayl Volker-Peters ( 13.4.1997, London) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan Tottenhem Hotspur klubunda müdafiəçi kimi çıxış edən peşəkar İngiltərəli futbolçudur. == Klub karyerası == === Tottenhem Hotspur === Volker-Peters 1 iyul 2013-cü ildə Tottenhem Hotspur klubu ilə müqavilə imzalamışdır. O, klubu ilə debütünü 2015-ci ilin may ayında Malayziya və Avstraliyada keçirilən mövsümdən əvvəlki hazırlıqda etmişdir. 2015-ci ilin dekabr ayında Kayl Spörs klubu ilə Premyer liqada ayın ən yaxşı U-21 futbolçusu seçilmişdir. Uolli Douns Jr The Sun qəzetinə müsahibəsində Volker-Petersi "dahi 20 yaşlı Tottenhem akademiyasının sağ cinah müdafiəçisi" və "Yeniyetmə 10 nömrə olmasa da, cinah yarımmüdafiəçisi sürətinə malikdir" kimi təsvir etmişdir. 2017-ci ilin fevral ayında Kayl klub ilə 2019-cu ilə qədər yeni müqavilə imzalamışdır. == Milli karyerası == Volker-Peters baş məşqçi Peyl Simpsonun rəhbərliyi altında 2017 FİFA U-20 Dünya Çempionatında iştirak etmişdir. O, final görüşü də daxil olmaqla beş görüşdə iştirak etmişdir. İngiltərə millisi 1966-cı ildən sonra ilk dəfə futbol üzrə Dünya Çempionatının qalibi olmuşdur.
Mazar-e-Kayd
Mazar-e-Kayd (ing. Jinnah Mausoleum; urdu مزار قائد) — Cinnay mavzoleyi və ya Milli mavzoley kimi tanınan Pakistanın qurucusu Məhəmməd Əli Cinnahın , eləcə də bacısı Fatimə Cinnahın və Pakistanın birinci baş naziri Ləyaqət Əli Xanın dəfn olunduğu yer. Mavzoley Kəraçinin ətrafındakı Camşed məhəlləsində yerləşir. Mavzoleyin tikintisi 1960-cı illərdə tamamlanıb və bütün dünyada Kəraçinin simvolu kimi tanınır. Mazar-e-Kaydın ictimaiyyətə rəsmi açılış mərasimi isə 1971-ci il yanvarın 15-də keçirilib. Bu yer Kəraçiyə gələn xarici turistlər arasında ən populyar turizm istiqamətlərindən biridir.Mavzoleyin yeri ən böyük qlobal meqapolislərdən birinin ürəyində nəzərdə tutulmuş əhəmiyyətli dərəcədə sakit və rahat yerlərdən biridir. İşıqlarla bəzədilmiş türbə gecə vaxtı bir neçə mil uzaqdan görünür. 23 mart Pakistan günü, 14 avqust Müstəqillik günü , 11 sentyabr Cinnahın vəfatının ildönümü günü və 25 dekabr Cinnahın doğum günü kimi rəsmi və hərbi mərasimlər burada xüsusi hallarda həyata keçirilir. Xarici ölkələrdən olan yüksək vəzifəli şəxslər və məmurlar da rəsmi səfərləri zamanı məqbərəni ziyarət edirlər. == Memarlığı == Mavzoley binasını məşhur hindistanlı memar Yəhya Merçant layihələndirib.