Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rona
Rona (fr. Rhône, oks. Ròse, Rôno) və yaxud Rodan (lat. Rhodanus, Rodan, it. Rodano) — İsveçrə və Fransada çay. Uzunluğu — 812 km (onlardan 545-i Fransa ərazisindədir), hövzəsi — 98 000 km². Orta su sərfi — 1780 m³ / s. İlk növbədə, Rona cənubi-qərbə doğru yönəlir, Cenevrənin yuxarı hissəsinə axır, cənubdan dönərək, Rona dağlarından keçərək, Aralıq dənizinə çatır. Lyonda ən böyük qolu olan Saone çayı ilə birləşən Rona, cənuba doğru dənizə yönəlir. Axması hələ də sürətli olduğundan nəqliyyat üçün əlverişli deyil.
Rodna dağları
Rodna dağları— Karpat dağlarında bir dağ massivi, Rumıniyanın şimalında Ukrayna ilə sərhəddə yerləşir. Rodna dağlarının ən yüksək nöqtələri Petros (2305 m) və Ineu (2279 m) dağlarıdır. Dağların qərbdən doğru uzunluğu təxminən 50 kilometrdir. Geoloji cəhətdən kütləvi qranit və kristal daşlardan ibarətdir. Dağlarda pirit yataqları, eləcə də mineral bulaqlar yayılmışdır. Dağlar dəniz səviyyəsindən 1500 m yüksəklikdə olan yamaclar çəmənliklər və yuxarıda fıstıq və iynəyarpaqlı meşələrlə örtülmüşdür. Yay aylarında alp çəmənlikləri otlaq kimi istifadə olunur. Dağlıq ərazinin 567 km2 sahəsi milli parkdır və qəhvəyi ayı, canavar, qartal və s. qorunub saxlanır.
Rojda Demirer
Rojda Demirer — Türkiyə kino və teatr aktrisası. Rojda Demirer 12 avqust 1980-ci ildə Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində anadan olmuşdur.
Mikloş Roja
Mikloş Roja (mac. Rózsa Miklós; 18 aprel 1907[…], Budapeşt – 27 iyul 1995[…], Los-Anceles, Kaliforniya) — macar və ABŞ bəstəkarı, bir çox kinofilmlərin musiqisinin müəllifi, "Oskar" (1946, 1948, 1960), "Saturn" (1976, 1980) və "Sezar" (1978) mükafatları laureatı. Macar əsilli bəstəkar Mikloş Roja 18 aprel 1907-ci ildə anadan olmuşdur. 5 yaşından skripkada ifa etmişdir. 1925-ci ildə Macarıstanı tərk etmişdir. Leypsiq Universitetinə daxil olsa da, tezliklə təhsilini Leypsiq konservatoriyasında almağa qərar verir. Roja orada Hermann Qrabnerin tələbəsi olur. 1927-ci ildə konservatoriyanın tələbəsi olarkən ilk böyük uğuru olan "Opus 1, A String Trio" əsərini bəstələyir. Bundan sonra o, Fransada (1931-1935) və Böyük Britaniyada (1935-1940) yaşayıb yaratmışdır. 1940-cı ildə isə ABŞ-yə köçmüş, 1946-cı ildən Amerika vətəndaşı olmuşdur.
Rona-Alplar
Ron-Alp (fr. Rhône-Alpes, IPA: [ron.alp]) — Fransanın cənub-şərqində bölgə. Mərkəzi Lyon şəhəridir.
Rona (departament)
Rona (fr. Rhône) — Fransanın cənubi şərqində yerləşən Overn-Rona-Alp regionun departamentlərindən biri. 2015-ci ildə daxilində yerləşən Lyon şəhəri digər kommunlardan ayrılaraq inzibati mərkəzə çevrilidi. Hal-hazırda departamentin inzibati mərkəzi Lyon şəhəridir. Departamentin sahəsi 2,715 km²-dir. Ərazidən Rona və Sona çayı keçir. Buraya 1 rayon 13 kanton və 228 kommun daxildir. Rona departamentin ərazisinin əhalisi 471,026 nəfərdir. 2011-ci ildəki siyahıyaalınmasına görə isə Lyon şəhərində əhalisin sayı 491,268 nəfər idi. Ayrılmış ərazilər daxil olmaqla 1 yanvar 2012-ci il tarixində əhalinin sayı 1,762,866 nəfər olmuşdur.
Rona Nişliu
Rona Nişliu — Albaniya müğənnisi. Kosovoda anadan olmuşdur. Avroviziya 2012 Mahnı Müsabiqəsində Albaniyanı birinci yarımfinalda, 22 may 2012-də "Suus" adlı mahnı ilə təmsil etmişdir. Suus (2012) Eja Zonja Vdoke Shenja Veriu Flakaresha A ka arsy (Ft.
Yaroslav Rona
Yaroslav Rona (çex. Jaroslav Róna; d. 27 aprel 1957, Praqa) – çex heykəltaraş, rəssam, aktyor, pedaqoq və yazıçı.
Rona Mitra
Rhona Mitra (9 avqust 1976, Paddinqton, Böyük London) — ingilis aktrisa, model və müğənni.
Roja Domaştsına
Roza Domascyna (y.sorb Róža Domašcyna) — sorb və alman dillərində yazan şair, dramaturq, redaktor və tərcüməçidir. Almaniyanın PEN Mərkəzinin və Sakson İncəsənət Akademiyasının üzvüdür. 11 avqust 1951-ci ildə Sernyany sorb kəndində anadan olmuşdur. 1968-1972-ci illər arasında uşaq və gənclər üçün Sorbian "Płomjo" jurnalının və gündəlik "Nowa doba" qəzetinin redaksiya heyətində çalışmışdır. 1970-ci ildən o, şeirlərini Sorbiya mətbuatında dərc etdirir. 1979-cu ildən dağ-mədən mühəndisliyinin iqtisadiyyatını öyrənmiş və 1984-cü ilə qədər Saksen əyalətində yerləşən Knappenrode şəhərində makinaçı və materiallar üzrə iqtisadçı kimi fəaliyyət göstərmişdir. 1985-1989-cu illərdə Leypsiq şəhəri "Yohannes R. Beher" Ədəbiyyat İnstitutunda təhsil almışdır. 1990-cı ildən müstəqil yazıçıdır. Şeirləri bir neçə slavyan və Qərbi Avropa dillərinə tərcümə edilmişdir. Mətnlərində o, sorb ilə alman dili arasındakı əlaqələri qeyd edir.
Rona (dəqiqləşdirmə)
Rona — İsveçrə və Fransada çay. Rona (departament) — Fransanın cənubi şərqində yerləşən Overn-Rona-Alp regionun departamentlərindən biri.
Overn-Rona-Alp
Overn - Rona - Alplar (fr. Auvergne‐Rhône‐Alpes) — Fransanın cənub-şərqində yerləşən region, Overn və Rona - Alplar regionlarını birləşdirərək 2014-cü ildə Fransa bölgələrinin ərazi islahatı nəticəsində yaradıldı. Mərkəzi Lyon şəhəridir. Yeni reyionun yaranma tarixi 1 yanvar 2016-cı il , 2015-ci ilin dekabrında keçirilən regional seçkilərdən sonra hesab olunur. Qanunun mətni, mövcud tarixi bölgələrin adlarını Overn (fr. Auvergne), Rona çayı (fr. Rhône) və Fransa Alplarını (fr. Alpes) bir defis ilə (fransızca yazıda) ayrılmış bölgələrin müvəqqəti adlarını müəyyənləşdirir. Regional paytaxtın daimi adı və yeri Regional Şura tərəfindən 1 İyul 2016-cı il tarixinədək müəyyən edilməli və Fransa Dövlət Şurası tərəfindən 1 oktyabr 2016-cı il tarixədək təsdiqlənməlidir. Rona - Alplar regionunun şurasının sədri Jan-Jak Keren (fr.) gələcək ərazinin birləşməsi, birləşməmiş ərazilər arasında birmənalılığı əks etdirməli olduğu adı olaraq "AURA" adını (aralıq sözlərin əvvəlindən) təklif etdi.
Overn-Rona-Alplar
Overn - Rona - Alplar (fr. Auvergne‐Rhône‐Alpes) — Fransanın cənub-şərqində yerləşən region, Overn və Rona - Alplar regionlarını birləşdirərək 2014-cü ildə Fransa bölgələrinin ərazi islahatı nəticəsində yaradıldı. Mərkəzi Lyon şəhəridir. Yeni reyionun yaranma tarixi 1 yanvar 2016-cı il , 2015-ci ilin dekabrında keçirilən regional seçkilərdən sonra hesab olunur. Qanunun mətni, mövcud tarixi bölgələrin adlarını Overn (fr. Auvergne), Rona çayı (fr. Rhône) və Fransa Alplarını (fr. Alpes) bir defis ilə (fransızca yazıda) ayrılmış bölgələrin müvəqqəti adlarını müəyyənləşdirir. Regional paytaxtın daimi adı və yeri Regional Şura tərəfindən 1 İyul 2016-cı il tarixinədək müəyyən edilməli və Fransa Dövlət Şurası tərəfindən 1 oktyabr 2016-cı il tarixədək təsdiqlənməlidir. Rona - Alplar regionunun şurasının sədri Jan-Jak Keren (fr.) gələcək ərazinin birləşməsi, birləşməmiş ərazilər arasında birmənalılığı əks etdirməli olduğu adı olaraq "AURA" adını (aralıq sözlərin əvvəlindən) təklif etdi.
Overn - Rona - Alplar
Overn - Rona - Alplar (fr. Auvergne‐Rhône‐Alpes) — Fransanın cənub-şərqində yerləşən region, Overn və Rona - Alplar regionlarını birləşdirərək 2014-cü ildə Fransa bölgələrinin ərazi islahatı nəticəsində yaradıldı. Mərkəzi Lyon şəhəridir. Yeni reyionun yaranma tarixi 1 yanvar 2016-cı il , 2015-ci ilin dekabrında keçirilən regional seçkilərdən sonra hesab olunur. Qanunun mətni, mövcud tarixi bölgələrin adlarını Overn (fr. Auvergne), Rona çayı (fr. Rhône) və Fransa Alplarını (fr. Alpes) bir defis ilə (fransızca yazıda) ayrılmış bölgələrin müvəqqəti adlarını müəyyənləşdirir. Regional paytaxtın daimi adı və yeri Regional Şura tərəfindən 1 İyul 2016-cı il tarixinədək müəyyən edilməli və Fransa Dövlət Şurası tərəfindən 1 oktyabr 2016-cı il tarixədək təsdiqlənməlidir. Rona - Alplar regionunun şurasının sədri Jan-Jak Keren (fr.) gələcək ərazinin birləşməsi, birləşməmiş ərazilər arasında birmənalılığı əks etdirməli olduğu adı olaraq "AURA" adını (aralıq sözlərin əvvəlindən) təklif etdi.
Rona üzərində ulduzlu gecə
Rona üzərində ulduzlu gecə (sentyabr 1888, fransızca: Nuit étoilée sur le Rhône), Vinsent van Qoq-un gecə saatlarında Arl şəhərini təsvir etdiyi rəsmlərindən biridir. Əsər Van Qoqun kirayə qaldığı "Place Lamartine"dəki Sarı evdən cəmi bir-iki dəqiqəlik məsafədəki Rona sahilində rəngləndi. Gecə səması və gecə işığının təsiri onun Kafe terasındakı gecə (eyni ayda rənglənmişdir), Sen-Remi-də çəkilən Ulduzlu gecə kimi daha məşhur rəsmlərinin bəzilərini mövzuyla təmin etmişdir. Əsərin eskizi, Van Qoq-un dostu Ejen Boş-a, 2 oktyabr 1888-ci ildə göndərdiyi məktubda yer alır. Hal-hazırda Parisdəki Orse muzeyində olan Rona üzərində ulduzlu gecə ilk dəfə 1889-cu ildə Parisdə "Müstəqil Rəssamlar Cəmiyyəti"nin(Société des Artistes Indépendants) illik sərgisində nümayiş etdirildi. Əsər Vinsentin qardaşı Teo tərəfindən əlavə edilmiş Van Goqun "Süsənlər" ilə birlikdə nümayiş olundu, baxmayaraq ki, Vinsent rəsmlərindən birini Arldakı bağlardan götürməyi təklif etmişdi. Görünüş Ronenin şərq tərəfindəki çay sahilindəki bir küçədən, çayın qərb sahilindəki bir küncdən gəlir: şimaldan enən Rone Arlın tikildiyi qayaları bağlamaq üçün sağa dönür. Sent-Culyen və Sent-Trofim qüllələri solda, sağda isə şəhərətrafı bir məhəllədə Arl və Trinquetailleni bağlayan dəmir körpüdür. Bu, Lamartinin cənub-qərbinə doğru bir nöqtənin olduğunu izah edir. Gecə boya çəkmənin çətinliyi van Qoq-u maraqlandırdı.
Ronja, the Robber's Daughter
Sanzoku no Musume Ronja (山賊の娘ローニャ) — Qoro Miyadzakinin Astrid Lindqrenın eyniadlı əsərinin əsasında çəkilmiş anime-serialı.Premyerası 2014-cü ilin oktyabrın 11-də baş tutub.Polygon Pictures və Studio Ghiblinin birgə layihəsi. Sanzoku no Musume Ronja MyAnimeList.net saytında.
Kakapo
Kakapo (mao. Kākāpō; lat. Strigops habroptilus) və ya bayquş tutuquşu — Yeni Zelandiyanın təbii meşələrində yayılmış taksonomik ranq olan Yeni Zelandiya tutuquşularının böyük növlərindən biri olan tutuquşu növü. Kakapo dünyada uça bilməyən yeganə tutuquşu növüdür. Sayıları həddən artıq azdır. Strigopidae fəsiləsinin yeganə yaşayan növüdür. Gecə həyat tərzi keçirmələri, yumuşaq lələklərə malik olmaları, bayquşlara oxşamalarına görə bəzən bayquş tutuquşu adlandırılırlar. == Təkamül == Aparılan araşdırmalar kakapoların digər quşlardan 82.000-85.000 il əvvəl ayrılmışlar. Kakapoların nə zaman Yeni Zelandiyaya köç etdikləri məlum deyil. Amma onların buraya gəlməzdən əvvəl uça bildikləri məlumdur.
Kakuro
Kakuro — rəqəmlərdən təşkil olunan tapmaca. Kakuro adının mənşəyi oyunu ixtira edən yaponlar tərəfindən kasan kurosu (加算クロス, kəsişən toplamalar) sözündən götürülüb; Bu tapmaca ABŞ-də həmçinin Cross Sums (kəsişən cəmlər) kimi də adlandırılır == Oyunun qaydaları == Oyunun sahəsi qara və ağ rəngli xanalardan ibarətdir. Vertikal və ya horizontal ardıcıl qurulan bir neçə ağ xana qrupu blok adlanır. Hər bir blokda yerləşməli olan rəqəmlərin cəmi yazılır. Şaquli bloklar üçün bu cəm adətən blokdan bilavasitə yuxarıda, horizontal bloklar üçün isə bilavasitə solda yazılır.Bütün ağ xanalara şaquli və üfüqi kəsişmələrdə unikallığı gözləməklə, 1-dən 9-a qədər elə rəqəmlər yazılmalıdır ki, bu rəqəmlərin cəmi tapmacanın şərtindəki cəmə bərabər olsun.
Kakao
Kakao ağacı (lat. Theobroma cacao) — əməköməcikimilər fəsiləsinin teobrom cinsinə aid bitki növü.
Cakomo Kazanova
Cakomo Cirolamo Kazanova (it. Giacomo Girolamo Casanova) şevalye de Senqalt — zadəgan titulunu özünə vermiş, 2 aprel 1725-ci ildə Venesiyada anadan olmuş, 4 iyun 1798-ci ildə Çexiya respublikasındakı Duxsov qəsrində vəfat etmiş, məşhur italyan məcaraçı səyyahı və yazıçısı. Böyük Sovet Ensiklopediyasına görə Çovani Çakomo == Həyatı == Kazanova XVII əsrin 28 noyabr 1742-ci ildə Padua universitetində dünyəvi və kilsə hüququnu öyrənərək doktor titulu alır. Neapol, Roma, Konstantinopol, Paris şəhərlərinə səyahət etdikdən sonra Venesiyaya dönən Kazanova küfürlikdə günahlandırılaraq 1755-ci ildə həbsxanaya atılır. Memuarına əsasən onun həbs edilməsi üçün əsas dəlil onda tapılmış Zoqar kitabı olmuşdur. 1756-cı ildə o, Parisə qaçaraq, orada yerli içtimayi və şəxsi həyat tərzlərini öyrənməyə başlayır. Memuarında yazmış olduğu kimi, yeni imiclə Avropada peyda olan Kazanova Berlinə gələrək Böyük Fridrixin pərəstişini qazanır. 1760-cı ildə XIII Kliment Roma papası elan olunur. Elə bu vaxt Kazanova "Qızıl şpor" ordeninə layiq görülür. 1764–1765-ci illərdə Rusiyaya gələrək Sankt Peterburqda II Yekaterina ilə görüşür.
Cakomo Puççini
Cakomo Puççini (it. Giacomo Antonio Domenico Michele Secondo Maria Puccini, 22 dekabr 1858[…], Lukka, Böyük Toskana hersoqluğu – 29 noyabr 1924[…], Brüssel, Brabant əyaləti[d]) — görkəmli italyan bəstəkarı. == Həyatı == == "Madam Batterflay" əsəri == Cakomo Puççini yeni operası üçün mövzunu "Madam Batterflay"(digər adı "Çio Çio San")və "Manon Lesko" operalarının Metropoliten Operada premyerasında iştirak etmək üçün 1907-ci ildə Nyu-Yorkda gəldiyi zaman tapmışdı. Böyük bəstəkar o zaman Amerika auditoriyası qarşısında çıxış etmişdi. Amerika Puççini, Puççini isə Amerikanı sevirdi. Amerikalı dramaturqun tamaşası ingilis dilində bir söz bilməyən Cakomo Puççininin çox xoşuna gəlmişdi. Bəstəkar Madam Batterflay və Toska kimi faciəli taleyə malik qadınlardan fərqli bir obraz yaratmaq ideyası ilə yaşayırdı. 1910-cu ildə Cakomo Puççini yenidən Nyu Yorka qayıdır. Bu dəfə "La Fanciulla del West" operasının ilk tamaşasında iştirak etmək üçün. Operada əsas partiyaları əfsanəvi Enriko Karuzo və Emmi Destinin ifa etməsi, Arturo Toskanininsə dirijorluq etməsi ona böyük şöhrət gətirmişdi, lakin operada mürəkkəb partiyaların olması onun tamaşaya qoyulmasını çətinləşdirirdi.
Makoto Hasebe
Makoto Hasebe (d. 18 yanvar 1984) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 95 oyun keçirib, 2 qol vurub.
Makoto Kino
Seylor Yupiter (セーラージュピター, Sērā Jupitā) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Makoto Kinodur. (木野 まこと, Kino Makoto) Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Yupiter Usaqi Tsukino tərəfindən tapılmış 3-cü Seylor döyüşçüsüdür. Komandanın ən uzun boylu (168 sm) və ən güclü üzvlərindən biri olduğundan komandanın "vuran qolu"dur. Planeti Yupiterin verdiyi güc sayəsində Makoto elektriki və bəzi bitki növlərini idarə etmək, şimşək çaxdırmaq gücünə sahibdir. Seylor Yupiter ilk dəfə manqanın 5-ci aktında, orijinal animenin 25-ci seriyasında, ikinci animenin ("Sailor Moon Crystal") 5-ci seriyasında görünmüşdür. Bir çox videooyunda yer almışdır. "Seylor Mun" manqasından başqa Seylor Yupiter özündən bəhs edən "Makonun depressiyası" manqasında da yer almışdır. == İzah == Makoto Kino personajı baş tutmayan "Codename: Sailor V" animesində yer alması üçün təklif edilmişdir, lakin onun üçün ilk öncə Mamoru Çino adı təklif olunmuşdur.
Makoto Tanaka
Makoto Tanaka (d. 8 avqust 1975) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 32 oyun keçirib.
Makoto Şinkay
Makoto Şinkay (新海誠, Shinkai Makoto, d. 9 fevral 1973) — yapon animasiya rejissoru, manqaka, seyyu. Əsl adı Makoto Niitsudur. Məktəb illərindən manqa, anime və ranobe istehsal etmək istəyirdi. Ən çox sevdiyi anime - Hayao Miyazakinin "Castle in the Sky"-dır. Bəziləri onu yeni Miyazaki adlandırsalar da, Şinkay onu həddindən artıq qiymətləndirdiklərini söyləyir. Həm də o, Miyazakidən fərqlənən bir üsulda işləmək istədiyini bəyan etmişdir. == Yaradıcılığının xüsusiyyətləri == Başqa animatorlarla fərqi ondadır ki, Şinkay çox vaxtı işin əsas hissəsini öz üzərinə götürməyə çalışır. İlk layihələrini – "Voices of a Distant Star" və "She and Her Cat", tamamilə özünün ev kompüterində yaratmışdı, seyyu rolunu isə həyat yoldaşı Miko Şinohara ifa edirdi. Qatarlar Şinkay üçün bir növ fetiş sayılır və onun yaradıcılığında böyük rol oynayırlar.
Yakopo Komin
Yakopo Komin, daha çox Tintoretto adı ilə tanınır (it. Jacopo Robusti, Jacopo Comin, Tintoretto; 29 sentyabr 1518–31 may 1594) — Venesiya rəssamlıq məktəbinə mənsub olan yüksək İntibah dövrü rəssamı. Gəncliyində həmçinin Yakopo Robusti adı ilə tanınmışdır. Tintoretto 1518-ci ildə Venesiyada ailədə 21 uşağın ən böyüyü kimi anadan olmuşdur. Atası Covanni rəngsaz (it. tintore) olduğuna görə oğlu da özunə Tintoretto təxəllüsünü götürür. Yakopo sanki rəssam doğulmuşdu. Oğlundakı istedadı görən atası onu dərs almaq üçün Tisianın emalatxanasına gətirir. Lakin Tintoretto Tisianın yanında cəmi 10 gün qalır. Tisian onu evlərinə göndərir.
Yakopo Korsi
Yakopo Korsi (it. Jacopo Corsi; 17 iyul 1561, Florensiya – 29 dekabr 1602, Florensiya) son İntibah dövrü və erkən Barokko dövründə fəaliyyət göstərən İtaliyalı bəstəkar, opera janrının banilərindən biri olmuşdur. Onun ən məşhur əsəri Yakopo Peri ilə yazdığı "Dafna" sayılır. Əsərin yalnız 6 hissəsi saxlanılıb, ikisi Korsiyə, dördü Periyə məxsusdur. 1598-ci ildə Korsinin evində "Dafna"nın ilk göstərilişi təşkil olunmuşdur. O vaxtki iradlara baxmayaraq, "Dafna" ilk opera sayılır. Christopher Headington et al., Opera: A History, 1987, pp. 21–22 Donald Jay Grout, A History of Western Music, 1960, p.
Yakopo Peri
Yakopo Peri (it. Jacopo Peri; 20 avqust 1561, Roma — 12 avqust 1633, Florensiya) — İtaliyalı bəstəkar və müğənni, Florensiya kameratasının üzvü. Təxminən 1597-ci ildə yazılan və İlk opera sayılan "Dafna" əsəri və qədim operalardan biri hesab edilən "Evridika"nın müəllifi. Peri musiqi təhsilini Florensiyada almışdır, onun müəllimi Kristofano Malvezzi sayılır. Yerli kilsələrdə müğənni və orqan ifaçısı kimi işləmişdir. Sonradan Mediçilərin sarayında müğənni (tenor) və saray bəstəkarı kimi çalışmağa başladı. Pyeslər və madriqallar üçün yazdığı musiqilər onun bəstələdiyi ilk əsərlərdir. 1590-cı illərdə Peri Florensiyanın əsas musiqi xeyriyyəçisi Yakopo Korsi ilə tanış oldu. Onlar ikisi də eyni fikirdə idilər ki, müasir incəsənət yunan və Roma mədəniyyətinin klassik əsərlərindən geri qalır. Onlar yunan faciəsini özlərinin anladığları kimi bərpa etmək qərarına gəldilər.
Yakopo Rikkati
Yakopo Françesko Rikkati (it. Jacopo Francesco Riccati; 28 may 1676[…], Venesiya – 15 aprel 1754[…], Trevizo, Veneto) – Venesiya riyaziyyatçı və hüquqşünas. Adını daşıyan tənliyin öyrənməsi ilə məşhurdur. Rikkati əvvəlcə Breşiyadakı zadəganlar üçün olan Yezuit məktəbində təhsil almış və 1693-cü ildə Padua Universitetinə hüquq təhsili almaq üçün daxil olmuşdur. 1696-cı ildə hüquq doktoru (LL. D) dərəcəsini almışdır. Sonralar riyazi analizlə məşğul olmuşdur.
Yakopo Robusti
Yakopo Komin, daha çox Tintoretto adı ilə tanınır (it. Jacopo Robusti, Jacopo Comin, Tintoretto; 29 sentyabr 1518–31 may 1594) — Venesiya rəssamlıq məktəbinə mənsub olan yüksək İntibah dövrü rəssamı. Gəncliyində həmçinin Yakopo Robusti adı ilə tanınmışdır. Tintoretto 1518-ci ildə Venesiyada ailədə 21 uşağın ən böyüyü kimi anadan olmuşdur. Atası Covanni rəngsaz (it. tintore) olduğuna görə oğlu da özunə Tintoretto təxəllüsünü götürür. Yakopo sanki rəssam doğulmuşdu. Oğlundakı istedadı görən atası onu dərs almaq üçün Tisianın emalatxanasına gətirir. Lakin Tintoretto Tisianın yanında cəmi 10 gün qalır. Tisian onu evlərinə göndərir.
Cakomo Raspadori
Cakomo Raspadori (18 fevral 2000) — İtaliyalı peşəkar futbolçu. İtaliyanın "Napoli" klubunun və İtaliya milli komandasının hücumçusu. Müqavilə ilə "Sassuolo" klubuna məxsusdur.
Kanoqa-Park
Kanoqa-Park (ing. Canoga Park) — Los-Anceles şəhərinin San Fernando vadisi bölgəsində yerləşən məhəllə.
Acacia karoo
Adi kakao
Kakao — Azərbaycanda qida qəbulundan (əsasən səhər və nahar yeməyindən) sonra, eləcə də soyuq havalarda, müxtəlif məclislərdə, qonaq qəbul edildikdə və başqa şadyanalıqda qəbul edilən içki. == Tərkibi == Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: kakao tozu – 40–50 q, şəkər tozu – 120–150 q, su – 600–900 ml. == Hazırlanma qaydası == Kakao tozu və şəkər qazana tökülüb ciddi qarışdırılır, sonra üzərinə 100–150 ml qaynayan su əlavə edibilib bircininsli kütlə alınana qədər qarışdırılır. Qarışdırmanı dayandırmadan az- az qaynar süd əlavə edilir və qaynayana qədər qızdırlır.
Kakao (içki)
Kakao — Azərbaycanda qida qəbulundan (əsasən səhər və nahar yeməyindən) sonra, eləcə də soyuq havalarda, müxtəlif məclislərdə, qonaq qəbul edildikdə və başqa şadyanalıqda qəbul edilən içki. == Tərkibi == Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: kakao tozu – 40–50 q, şəkər tozu – 120–150 q, su – 600–900 ml. == Hazırlanma qaydası == Kakao tozu və şəkər qazana tökülüb ciddi qarışdırılır, sonra üzərinə 100–150 ml qaynayan su əlavə edibilib bircininsli kütlə alınana qədər qarışdırılır. Qarışdırmanı dayandırmadan az- az qaynar süd əlavə edilir və qaynayana qədər qızdırlır.
Kakao ağacı
Kakao ağacı (lat. Theobroma cacao) — əməköməcikimilər fəsiləsinin teobrom cinsinə aid bitki növü.
Kakao tozu
Kakao – toxumundan şokolad yağı alınan tropik ağacın yerdə qalan jmıxının üyüdülməsindən alınan tozşəkilli un. Şоkоlаd və kаkао tоzu istеhsаl еtmək üçün əsаs хаmmаl kаkао pахlаsıdır. Kаkао pахlаsı kаkао аğаcının mеyvəsindən аlınır. Əsаsən Qərbi Аfrikаdа (bütün kаkао pахlаsının 60-65%), Аmеrikаdа və аz miqdаrdа Аsiyаdа bеcərilir. Şоkоlаd istеhsаlı üçün Аkkаrа, Bаyyа, Kаmеrun,Yаvа, Sеylоn, Trinidаt və s. kаkао sоrtlаrındаn istifаdə еdilir. Kаkао pахlаsı quruluşunа görə kаkаvеllаdаn (qаbıq), rüşеym və nüvədən ibаrətdir. Kаkао pахlаsının ən dəyərli hissəsi tərkibində 54% yаğ оlаn nüvədir. Kаkаоnun аcı dаdı оnun tərkibindəki tеоbrоminin və kоfеinin оlmаsındаn irəli gəlir. Tеоbrоmin 0,3-1,5%, nişаstа 5-9%, zülаl 10,3-12,5%, sеllülоzа rüşеymdə çох аz, nüvədə 2,5%, qаbıq hissədə isə 16,5%-dir.
Kakos suyu
Kokos suyu — kokos palmasının gənc meyvələrindəki maye endosperm. == Tərkib və xüsusiyyətləri == Kokos çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində olan bəzi maddələr haqqında xüsusilə danışmaq lazımdır. Belə ki, kokos "südü"nün tərkibində olan laurin turşusu təbii "antibiotik"dir. Laurin turşusu ana südünün tərkibinə daxildir. Kokos əslində kokos palmasının toxumudur. Tropik ölkələrdə kokos "ilahı" meyvə sayılır və həm qida, həm dərman kimi müxtəlif xəstəliklər və pozulmalar zamanı (ishal, zəhərlənmə, baş ağrısı, yaralar, impotensiya və s.) geniş istifadə olunur. Kokosdan kişi gücünü artıran xüsusi tonuslaşdırıcı kokteyllər hazırlayırlar. Kokos B, E, C vitaminlər, kalsium, dəmir, kalium, sink, mis, fosfor, yod və s. kimi bir çox faydalı minerallar, bir çox nadir orqanik turşularla zəngindir.
Karqo kultu
Karqo kultu (ing. Cargo cult; "cargo" – yük, "cult" – ayin, ibadət"; Mənası "daşınan yükə sitayiş etmə" kimi başa düşülür.) — qeyri-ənənəvi inanclardan biri; Sakit okeanın Melaneziya adalarında mövcud olan din. == Tarixi == Sakit okeanın Melaneziya adalarında İkinci dünya müharibəsi dövründə yaranmışdır.
Südlü kakao
Südlü kakao — Azərbaycanda qida qəbulundan (əsasən səhər və nahar yeməyindən) sonra, eləcə də soyuq havalarda, müxtəlif məclislərdə, qonaq qəbul edildikdə və başqa şadyanalıqda qəbul edilən içki. Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: Kakao tozu və şəkər qazana tökülüb ciddi qarışdırılır, sonra üzərinə 100–150 ml qaynayan su əlavə edibilib bircininsli kütlə alınana qədər qarışdırılır. Qarışdırmanı dayandırmadan az-az qaynar süd əlavə edilir və qaynayana qədər qızdırlır. Kakao içkisini fincanlarda və ya altılıqlı stəkanlarda süfrəyə verirlər. Stəkana çalınmış qaymaq və ya yumurta sarısı əlavə etmək olar. Bu məqsədlə bir ədəd pəhriz yumurtasının sarısı 4–5 ç. q. toz-şəkərlə çalınır və hər stəkana 2–3 çay qaşığı yumurta çalıntısı əlavə edilib qarışdırlmadan süfrəyə verilir. Bu içki Varşavasayağı kakao adlanır.
Xakobo Arbenz Quzman
Polkovnik Xakobo Arbenz Guzman (14 sentyabr 1913 - 27 yanvar 1971) — Qvatemalalı ordu zabiti, 1951-ci ildən 1954-cü ilədək xidmət göstərən demokratik yolla seçilmiş ikinci Qvatemala prezidenti. 1944-cü ildən 1951-ci ilədək Müdafiə naziri olmuşdur. On illik Qvatemala inqilabının önəmli şəxsiyyətlərindən biri olan Arbenz, 1954-cü ildə Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hazırlanan bir çevrilişlə devrilmişdir. Arbenz 1913-cü ildə Qvatemalanın ikinci ən böyük şəhəri olan Kesaltenanqoda doğulmuşdur. Atası 1901-ci ildə Qvatemalaya köçən İsveçrəli əczaçı, anası isə orta sinif nümayəndəsi olan bir ailənin qızı idi. Arbenzin ailəsi nisbətən yaxşı yaşayır və yuxarı sinif sayılırdı, buna görə də onun uşaqlığı yaxşı şəraitdə keçmişdir. Uşaqlıq illərində atası morfin asılılığına görə ailə biznesinə laqeyd yanaşmağa başladı. Bunun nəticəsində iflas etdi və ailəsini kəndə köçmək məcburiyyətində buraxdı. Xakobo iqtisadçı və ya mühəndis olmaq istəyirdi, lakin ailəsi yoxsullaşdığı üçün universitet təhsili ala bilmədi. İlk başda orduya qatılmaq istəməsə də Politexnikdə hərbi kursantlara təqaüd verilirdi.