Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kankan
Kankan (tam adı: Keandrian Qynzel Jones; 22 sentyabr 2000, Dallas) — ABŞ repçisi, prodüseri, mahnı yazarı. == Həyatı == Kankan 2000-ci il sentyabrın 22-də Texasın Dallas şəhərində anadan olub. O, repçi Speaker Knockerz-in mahnılarını dinləyərək böyüyüb. Kankan deyir ki, əvvəlcə repçi kimi karyera qurmaq fikrində deyildi. İfadəsində bildirib ki, rep oxumağa "məzə üçün" başlayıb. O, deyir ki, musiqi yaratmağın nə qədər xoş olduğunu biləndən sonra həyatını tam olaraq buna həsr etməyi seçib.
Kalkan
Kalkan — Türk soyadı. Murad Kalkan — idmançı. Yaşayış məntəqələri Kalkan (Uçalı) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd.
Kinkan
Kinkan (lat. Fortunella; yap. キンカン) – sədokimilər fəsiləsinə aid bitki cinsi. Kinkan çox zaman Kumkvat da adlandırılır. Vətəni cənub-şərqi Çin və Hindçindir. == Etimologiya == Azərbaycan dilindəki kinkan sözü bu meyvənin yapon dilindəki adından gəlir (yap. キンカン; 金柑). Bu ad yapon kinkanı növü ilə bağlıdır və kinkan cinsinə yapon dilində həmçinin "kinkitsu" (yap. キンキツ; 金橘), yəni qızıl portağal deyilir. Bu ad yapon dilinə Çin dillərindən gəlib (çin.
Kənkan
Kənkan — Ermənistan Respublikasının Kotayk mərzində kənd. Kəkan bələdiyyəsini (erm.: e. Հատիս համայնքի, l. Hatis hamayanki) təşkil edir. Ermənistan SSR-idə 9 sentyabr 1930-cu ildə Ellər rayonu təşkil edildikdə Kənkan kəndi də onun tərkibinə qatılmışdır. 1 yanvar, 1948-ci il vəziyyətinə görə Kənkan kəndi Dəvəxaraba və Qızqala kəndləri ilə birlikdə Kənkan kənd sovetliyini (rus. Кянкянский сельсовет) təşkil edirdi. Bu sovetliyin ərazisi qeyd edilən tarixdə 48 km² idi və bu göstərici ilə o bütün rayon ərazisinin (880 km²) 5.45%-ni təşkil edirdi. Kəndin adı Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə rəsmən Hatis (erm. Հատիս) olaraq dəyişdirilmişdir və hazırda bu cür adlanır.
Dankan Ceyms
Dankan Ceyms (7 aprel 1979, Solsberi, Uiltşir[d]) - ingilis müğənni, aktyor və teleaparıcı. O, 2000 - 2005-ci illər "Blue" qrupunun üzvü olmuşdur və 2009-cu ildən yenidən "Blue" qrupu ilə fəaliyyət göstərmişdir.
Dankan Lourens
Dankan de Mur (nid. Duncan de Moor; 11 aprel 1994, Speykenisse[d], Cənubi Hollandiya, Niderland) və ya səhnə adı ilə Dankan Lourens (ing. Duncan Laurence) — Niderland müğənnisi və bəstəkarı. O, "Arcade" mahnısı ilə Niderlandı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə Niderlanda 5-ci Avroviziya qələbəsini qazandırmışdır. == Həyatı və musiqi karyerası == Dankan de Mur 11 aprel 1994-cü ildə Niderlandın Speykenisse şəhərində anadan olmuşdur. Dankan 13 yaşından etibarən musiqi ilə maraqlanmağa başlamışdır. O, öz musiqi karyerasını Tilburq şəhərində yerləşən Rok Akademiyasında bir neçə musiqi qruplarının üzvü olaraq başlamışdır. The Slick and Suited rok qrupunun üzvü kimi Dankan Eurosonic Noorderslag festivalında çıxış etmişdir. O, həmin Rok akademiyasında təhsilini 2017-ci ildə bitirmişdir. === 2014: The Voice of Holland === 2014-cü ilin avqust ayında Dankan Niderlandın The Voice səs yarışmasının beşinci mövsümündə dinləmələrdə iştirak etmişdir.
Kalkan (Uçalı)
Içmanqol (başq. Ҡалҡан, rus. Калканово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Uçalı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 26 km, kənd sovetliyindən (Uçalı): 16 km. ən yaxın dəmiryol stansiyasından (Uçalı stansiyası): 18 km.
Kanikan (Bicar)
Kanikan (fars. كاني كن‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 223 nəfər yaşayır (46 ailə). Əhalisini kürdlər təşkil edir.
Kanuan adası
Kanuan ("can — ah — wan" kimi tələffüz olunur) Qrenadinlərdə Sent Vinsent və Qrenadinə aid bir adadır. Yalnız 5,6 km (3,5 mil) x 2 km (1,25 mil) ölçüdə və 7,6 km² səthə malik kiçik bir adadır. O, Sent Vinsent adasından təxminən 40 km (25 mil) cənubda yerləşir. Əhalisi təxminən 1700 nəfərdir. Adanın Atlantik sahili boyunca sədd rifləri keçir. Adanın ən hündür nöqtəsi Royal dağıdır. Adanın cənub tərəfində iki körfəz, Parlaq və Dostluq körfəzləri yerləşir. == Populyar mədəniyyətdə == Ada (aynalı və 180 dərəcə döndərilmiş olsa da) 2013-cü ildə Grand Theft Auto Online video oyununda uydurulmuş Cayo Perico adasının əsasını təşkil edir.
Tim Dankan
Tim Dankan, (25 aprel 1976[…]) karyerasını başa vurmuş, 19 il NBA komandalarından olan San-Antonio Spörs forması geymiş peşəkar amerikalı basketbolçu. Tim Dankan NBA tarixində ilk 3 mövsümdə liqanın bütün simvolik komandalarına düşən 2–ci basketbolçudur. 1976-cı ildə anadan olan Dankan basketbolla 9-cu sinifdən məşğul olmağa başlayıb. Uşaqlıqda üzgüçülüyə gedən Tim 400 metr məsafəyə sərbəst üsulda öz yaş qrupunda ölkə çempionu olub. Lakin 1989-cu ildə Xyuqo Uraqanı hovuzu yararsız hala gətirdikdən sonra o üzgüçülüklə vidalaşır. Veyk Forestdə psixolgiyadan təhsil alan Dankan soyuq silah kolleksiyası toplayır. Onun kolleksiyasında hətta uzunluğu 92 santimetr olan Samuray qılıncı da var. San-Antonio Spörs komandasının bütün ev oyunlarında xeyriyyə məqsədilə 25 bilet alaraq azarkeşlərə verən Dankan 2000-ci ildə boulinq turniri təşkil edərək, oradan əldə edilən 100000 dolları xarçənglə mübarizə edən xəstəlik fonduna yönəldib. Həmçinin bir neçə şirkətlə reklam müqavilələrindən gələn gəliri də ehtiyacı olan xərçəng xəstələrinin müalicəsinə ünvanlayıb. Bundan əlavə ənənəvi qolf turniri təşkil edərək mənfəəti Kids sorts Netvork təşkilatına keçirir.
Savin-le-Lak (кантон)
Savin-le-Lak (fr. Savines-le-Lac) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0521. Savin-le-Lak kantonuna cəmi 8 kommuna daxildir, onlardan ən əsası Savin-le-Lak kommunasıdır. 2007-ci ildə əhalinin sayı 1 911 nəfər təşkil edirdi.
Bançan
Bançan (/ ˈbɑːnˌtʃɑːn, koreyaca: 반찬) və ya bansang Koreya mətbəxində bişmiş düyü ilə birlikdə təqdim olunan kiçik yan yeməklərə verilən addır. Sadə bançan adətən bişmiş düyü, şorba, acı bibər pastası, soya sosu, cige (şorba) və kimçidən ibarət olur. Masaya qoyulan bançanın sayına görə 3çop(삼첩), 5çop(오첩), 7çop(칠첩), 9çop(구첩), 12çop(십이첩) kimi növləri var, 12çop adətən Koreya kral mətbəxində istifadə olunur. Banchan paylaşılacaq masanın ortasına qoyulur. Masanın mərkəzində, ikinci dərəcəli əsas kurs, məsələn, galbi və ya bulgogi və ortaq bir jjigae . Bişmiş düyü və guk (şorba) qabları ayrıca qoyulur. Banchan kiçik hissələrdə verilir, hər yeməkdə bitməli və kifayət deyilsə yemək zamanı doldurulur. Adətən, yemək nə qədər rəsmi olarsa, daha çox banchan olacaqdır. Jeolla əyaləti, bir yeməkdə bir çox müxtəlif çörək növünə xidmət etməklə məşhurdur . == Tarixi == BBançanın Üç Krallıq dönəmində buddizmin təsiri və bu krallıqların monarxiyaları tərəfindən ət yeməsinə qarşı qoyduqları qadağa hökmünün nəticəsində meydana gəldiyi düşünülür.
Kaftan
Kaftan — uzunətəkli, qollu geyim növü. Qədim türklərin dünya geyim mədəniyyəti tarixinə bəxş etdiyi mühüm töhfələrdən olub və bir sıra xalqlara da onlardan keçmişdir. == Tarixi == Kaftan türk sözü olub qazax dilindəki kapatan sözündən gəlir. Belinə qədər kəmərli və düyməli nümunələr də var. Ərəb mənbələrində “burde”,“şəmlə”,“hamisə”,“nəmirə”,“əba”,sözləri ilə ifadə edilir. Köhnə və Yeni Əhdi-Cədiddə kaftan müxtəlif hallarda xatırlanır. Əhdi-ətiqə görə, Allah Adəm və Həvvaya dəri paltar geydirdi, Əyyub peyğəmbərin övladları vəfat edəndə və malı dağıdıldığında, paltarını cıraraq, ona təsəlli verməyə gələn üç dostu paltarlarını cırıb yeddi gün yeddi gecə danışmadan onunla birlikdə oldular. Üzərində hökmdarın adı və ya şüarı olan, sənətkarlıq tikmələri ilə bəzədilmiş və xüsusilə zolaqlı haşiyələrlə bəzədilmiş kaftanların (tirazın) hökmdar tərəfindən kiməsə əvəzsiz hədiyyə edilməsinə “kaftan/hil taxmaq” deyilir. == Peyğəmbər dövründə istifadəsi == Cümə və bayram namazlarında qırmızı kaftan geyən Hz.Peyğəmbərin kaftanları arasında qalın kənarları olan Nəcran toxuması, dar qollu Şam işi və müxtəlif rənglərdə Yəmən istehsalı olanlardan əlavə, bir qadının şəxsən toxunduğu və hədiyyə etdiyi kaftan da var idi. Hz.
Kamran
Kamran — Azərbaycanlı kişi adı.
Kandon
Kaniyan
Kaniyan (Salmas)
Kanqal
Kanqal — Türkiyə ərazisində yetişdirilən it cinsi. Əsasən qoyun iti və qoruma istiqamətlidir. İt adını Sivasın Kanqal ilçəsindən götürülmüşdür. Dünyada müstəqil it cinsi olaraq tanınmada, Türkiyədə təmiz it cinsi hesab edilir. Üstəlik Türkiyə Kinoloji Federasiyası, o cümlədən Türkiyədə rəsmi Kanqal təşkilatlarının görə Ankara Kangal Dərnəyi itin müstəqil cins olması üçün cəhdlər göstərir. == Tarixi == Orta Asiyadan gələn Kanqlı (Kəngər) türk boyunun adı bağlıdır. Orxan Yılmaz "Kangal Köpeği / Tarihi-Tanıtımı-Yetiştirilmesi-Islahı" adlı kitabında "Kanqlı" türk boyunun Orta Asiyadan köç edərkən yanlarında üç şeyi gətirdiyini bildirir: at, it və qoyun. 2003-ci ilin 11 avqust tarixində kanqalla bağlı keçirilən I Beynəlxalq Kanqal Köpəyi Simpoziumunda bu cinsin Türküstandan Anadoluya gətirilməsi təstiqlənir. Kanqallar XVII əsrdən etibarən Osmanlı sarayında istifadə edilir və samson olarak adlandırıldı. Doğan Kartay həm "Türk Çoban Köpəyi Kanqal" kitabında, həm də I Beynəlxalq Kanqal Köpəyi Simpoziumunda bu itlərin həmcinin Yeniçərilər tərəfindən hərbi məqsədlərlə istifadə edildiyini birdirmişdir.
Kantal
Kantal (fr. Cantal; oks. Cantal ) — Fransanın Mərkəzi Cənub hissəsində departament.Overn rayonunun departamentlərindən biridir. Seriya Nömrəsi-15. İnzibati mərkəzi - Oriyak. Əhali sayı - 154.135 nəfər (şöbələri arasında 96-ci yeri tutur) (2010-cu il məlumatına görə). == Coğrafiyası == Şöbənin sahəsi 5726 km². == Tarixi == Kantal— 1790-ci ildə mart ayında Böyük Fransa İnqilabı zamanı yaradılmış, ilk 83 şöbədən biridir. Adı Lo və Qaronna çaylarından götürülüb. Keçmiş Overn vilayetində yerləşir.
Çanqan
Çanqan (çin. 长安, Cháng'ān, Sabit Sülh) ― Çinin Sian şəhərinin tarixi adı. Şəhər Yanşao mədəniyyəti dövründə salınmışdır. E.ə. IX əsrdən bəri 10-dan çox sülalənin dövründə paytaxt olmuşdur. Şəhərin şimalında, Çin imperatoru Sin Şi Xuandi tərəfindən tikilmiş bir kurqan və böyük bir məqbərə var. Tan sülaləsi dövründə şəhərin ərazisi daha da genişləndi. Bəzi şəhərətrafı ərazilər də şəhər ərazisinə daxil edilmişdir. Suy sülaləsi və Tan paytaxtı olan Çanqan Min sülaləsi dövründə səkkiz dəfə böyüyüb. Bu artımla Çanqan dünyanın ən böyük və ən sıx şəhərlərindən birinə çevrildi.
Bakkan
Bakkan (vyet. Bắc Kạn) — Vyetnamın şimalında şəhər. birinci dərəcəli inzibati vahid, Bakkan vilayətinin inzibati mərkəzi. Şəhərin əsası 1880-ci ildə Kau çayı yaxınlığında qala kimi qoyulmuşdur. Bakkan qərbdə Tyodonq, (şimal və şimal-şərqdə Batthonq, cənub-şərq və cənub-qərbdə Tyomoy mahalları ilə həmsərhəddir. Şəhərin sahəsi 137 km2-dir. İnzibati cəhətdən 6 şəhər məhəlləsinə və 2 icmaya bölünür.
Balkan
Balkanlar və ya Balkan yarımadası (sloven. Balkanski polotok, xorv. Balkanski poluotok, bosn. Balkansko poluostrvo, serb. Балканско полуострво, rum. Peninsula Balcanică, yun. Βαλκανική χερσόνησος, türk. Balkan Yarımadası, lat. Paeninsula Balcanica) — Avropanın cənub şərq hissəsi. Balkanlara Albaniya, Bolqarıstan, Bosniya və Herseqovina, Yunanıstan, Makedoniya Respublikası, Rumıniya, Serbiya, Sloveniya, Türkiyə, Xorvatiya və Monteneqro daxildir.
II Kalman
Kalman Asen — Çar, II İvan Asenin qardaşıoğlu. 1256-cı ildə I Mixaili öldürərək taxta çıxmışdı. Rostislav Mixayloviçin qızı ilə evlənmiş, lakin Rostislavın yürüşünə qarşı dayana bilməyərək paytaxtdan qaçmışdı. Yolda öz əsgərləri tərəfindən öldürülmüşdür. == Mənbələr == John V. A. Fine, Jr., The Late Medieval Balkans, Ann Arbor, 1987.
I Kalman
I Kalman — Çar, II İvan Asenin oğlu. == Hakimiyyəti == 7 yaşında taxta çıxmışdı. Onun dövründə monqolların hücumundan illik vergi ilə ölkə qorunmuşdu. 1246-cı ildə 12 yaşında xəstələnərək vəfat etmişdir.
Kafkaz qəzeti
"Kavkaz" qəzeti (rus. Кавказ) — Rusiya imperiyasının Qafqaz bölgəsində dövri nəşr. == Tarixi == 1846-cı ildə işıq üzü görüb. Canişin knyaz Mixail Vorontsovun təşəbbüsü ilə nəşr olunan özəl nəşr idi. Özünü siyasi və ədəbi qurum elan edən "Kavkaz" qəzeti hökumətin dəstəyindən yararlanırdı, çünki yeni qəzet ucqar bölgələrin ruslaşdırmasına töhfə verirdi. İlk redaktoru 1849-cu ilə qədər Osip Konstantinov idi. 1856-cı ildə "Zakavkazski vestnik" qəzeti ilə birləşmə baş tutdu və sonuncu "Kavkaz" qəzetində rəsmi əlavə kimi nəşr olunmağa başladı. 1857-ci ildən 1863-cü ilə qədər qəzetin baş redaktoru şair Fedot Bobılyov idi. 12 sentyabr 1892-ci ildə "Kavkaz" qəzetində "Makar Çudra" hekayəsinin altında qoyulan imzada ilk dəfə "M. Qorki" təxəllüsü peydə olmuşdur. 1918-ci ildə "Kavkaz qəzeti" fəaliyyətini dayandırıb.
Kampan Qədimov
Kampan Qədimov (əsl adı: Əlibaxış Qədimov; ləqəbi: Məşədi Kampan; 1853–1928) — neft maqnatı, xeyriyyəçi, milyonçu. == Həyatı == Kampan Qədimov Balaxanıda doğulub. Ömrünün böyük hissəsini burada yaşamış, burada da vəfat etmiş və Balaxanı qəbirstanlığında dəfn edilmişdir. Neft milyonçusunun qəbir daşının üstündə ərəb və ingiliscə "Mer Qanpan Kadimof" yazılıb. Kampan Qədimovun evi kənddə hələ də qorunur. 21 otaqdan ibarət bu evdə milyonçu neftxudanın nəticəsi Kampan Qədimov yaşayır. Kampan Qədimov səxavətli, əliaçıq və təvazökar insan olub. Nəticəsi onun xeyriyyəçiliyindən bəhs edir: "Gəlib deyirlərmiş ki, Məşədi Kampan, bir dənə məktəb tikmək lazımdır. O da "nə qədər pul lazımdır" soruşanda əgər 100 min manat istəyirdilərsə, çıxarıb bir milyon verirmiş. Yəni gedin, lap on məktəb tikin.
Kamran (pyes)
Kamran (pyes) — Əbdürrəhimbəy Haqverdiyev pyesi 1931-ci ildə yazmışdır. == Əsərin mövzusu == "Kamran" (1931) pyеsinin mövzusu İran həyatından alınmışdır. Yazıçı, hələ XX əsrin əvvəllərində bir parça çörək üçün nеft Bakısına gələn оn minlərlə İran əməkçilərinin ağır zəhmətlə qəpik-quruş qazanıb, sоnra da gеri dönüb, qazandıqlarını, kоr-kоranə din dəllallarına yеdirtdiklərini görürdü. Dini əldə quldurluq silahına çеvirib Quran adından fitvalar vеrən müctəhidlərin ifşası pyеsdə əsas xətlərdən biridir. Pyеsdəki əhvalatların hamısı Kamran оbrazı ilə əlaqədardır. Kamran оbrazını biz "Оdabaşının hеkayəsi"ndən Fərman adı ilə tanıyırıq. О, varlı tacir Hacı Kamyabın qardaşı baqqal İbrahimin оğludur. Fərman hеkayədə aciz, hər zülmə bоyun əyən, sеvgilisi Gövhərtacdan əli çıxdıqdan sоnra yеganə yоlu Dərvişlikdə görən, nəhayət, vərəmləyib, köhnə mühitdə məhv оlan bir gəncdir. Kamran оndan tamamilə fərqlənir. Həyat, yaşadığı cəmiyyət, gördüyü haqsızlıq оnu istismar dünyasına qarşı bir üsyançıya çеvirir.