Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Savin-le-Lak (кантон)
Savin-le-Lak (fr. Savines-le-Lac) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0521. Savin-le-Lak kantonuna cəmi 8 kommuna daxildir, onlardan ən əsası Savin-le-Lak kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-ci ildə əhalinin sayı 1 911 nəfər təşkil edirdi.
Kanon adası
Kanon adası (ing. Canyon) — ABŞ-nin Alyaska ştatının Cuno dairəsində yerləşən ada. Rayt çayının mənsəbindən 4 km şimal-şərqdə, Cuno şəhərindən 51 km şimal-şərqdə yerləşir. Adanın adı ilk dəfə 1960-cı ildə yayımlanmışdır. Adanın sahəsi 1,3 km², ən yüksək hündürlüyü 21 m-dir. == Tarix == Əvvəllər adada Taku qəbiləsi yaşayırdı. 1930-cu illərdə radio stansiyası fəaliyyət göstərirdi. Adada qızılbalıqların tədqiqi üçün tədqiqat stansiyası var.
Canon
Canon Inc. (yap. キヤノン株式会社) — mərkəzi Yaponiyada yerləşən şirkət. Optik məhsulları, tək linza güzgü fotoaparatı və rəqəmli kameraları, printer ve skaner alətləri ilə tanınır. == Tarixi == Takeshi Mitarai, Goro Toshida, Saburo Uchida və Takeo Maeda Canon Inc. şirkətinin əsasını qoymazdan əvvəl 1937-ci ildə "Precision Optical Instruments Laboratory" (Həssas Optik Alətlər) şirkətini qurmuşdu. 1933-cü ildə Yaponiyada əsası qoyulan Canon şirkəti öz işinə Tokioda Takikavaya (Takekawaya Building) binasındakı birotaqlı optik laboratoriyadan başlamışdır. Laboratoriyanı 1933-cü ildə Qoro Yosida (Goro Yoshida) kürəkəni Saburo Utida (Saburo Uchida) ilə birgə yaratmışdı. 1934-cü ildə onlar ilk məhsulları olan 35 mm-lik fotokameranı yaratmağa nail olmuşlar. Yosida kameranı budda rəhmdillik allahının şərəfinə Kvanon (Kwanon) adlandırmışdır.
Kamon
Kamon (yap. 家紋, "evin işarəsi"), həmçinin mon (yap. 紋 "işarə"), monsö(yap. 紋章 "nəsil təsviri"), mondokoro — Yaponiyada ailənin və yaxud şəxsin identifikasiyasını bildirmək üçün istifadə olunan emblemdir. Yaponiyada "mon" termini ilə ümumi olaraq emblemləri adlandırırlar. Lakin kamon və mondokoro termini ilə konkret olaraq ailənin identifikasiyasını bildirirlər. Belə ki yaponlarda ailə gerbi samurayların inkişaf etdiyi dövrdə hərbi evlərin və yaxud ümumi maraqlara görə yaradılan samuray birliklərinin fərqləndirici işarəsi idi. Kamon samurayların geyimində, silahlarında, zirehində, bayrağında, məişət əşyalarında (məsələn, qablar, qılınc altlıqlarında) və digər əşyalarda təsvir olunurdu. == Tarixi == Yaponiyada olan çoxlu nəsil gerbləri qədim mənşəyə malikdir. Hesab olunur ki, ilk "mon"lar Nara dövrü (710–794) və Heyan (794–1185) dövrlərində zadəganların saray kostyumunun bir hissəsi kimi yaradılmışdır.
Kandon
Kanop
Kanop (yun. Κάνωβος, lat. Canopus) — gəcdən hazırlanmış, qapağı insan ya da heyvan başı formasında olan ritual qab, Qədim Misirdə mumiyalanmaq üçün cəsəddən xaric edilmiş daxili orqanları saxlamaq üçün istifadə olunan küp. Daxili orqanlar çıxarılıb, yuyulub təmizləndikdən sonra Kanob balzamı (buna görə də küp kanop adlandırılmışdır) doldurulmuş qablara yığılaraq saxlanılırdı. Ən qədim kanop Hetenpheresin məzarından tapılmışdır. Hər bir mumiya üçün dörd kanop hazırlanırdı. Əsasən kanop qapaqları Horun dörd oğlunun şərəfinə onların baş fiqurları formasında hazırlanırdı: pavian başlı Hapi, insan başlı Amset, şahin başlı Kebexsenuf, çaqqal başlı Duamutef. Hər bir kanop müvafiq bir orqan üçün nəzərdə tutulmuşdur, beləki, Amset kanopunda qaraciyər, Duamutef kanopunda mədə, Kebexsenuf kanopunda bağırsaqlar və Hapi kanopunda isə ağciyərlər saxlanılırdı.
Kanton
Kanton aşağıdakı mənalarda işlənə bilər: == Coğrafiya == Kanton — bəzi ölkələrdə inzibati-ərazi vahidi: İsveçrə kantonları — 1-ci dərəcəli inzibati bölgü vahidi; Lüksemburq kantonları — 2-ci dərəcəli inzibati bölgü vahidi; Fransa kantonları — 3-cü dərəcəli inzibati bölgü vahidi; Bosniya və Herseqovina kantonları — 1-ci dərəcəli inzibati bölgü vahidi; Boliviya kantonları — 3-cü dərəcəli inzibati bölgü vahidi; Ekvador kantonları — 2-ci dərəcəli inzibati bölgü vahidi; Kosta-Rika kantonları — 2-ci dərəcəli inzibati bölgü vahidi; 1920-1930-cu illərdə RSFSR-in bəzi muxtar respublikalarında və vilayətlərində də kantonlar mövcud olmuşdur. Kanton — Çinin Quançjou şəhərinin Avropa dillərindəki köhnə adı. Kanton — Kiribatidə Feniks arxipelaqında atoll. Kanton — ABŞ-nin Minnesota ştatında şəhər. Kanton — ABŞ-nin Minnesota ştatında taunşip. Kanton — ABŞ-nin Ohayo ştatında şəhər. == Digər == Kanton — veksillologiyada bayrağın yuxarı sol hissəsinə verilən ad.
Kanyon
Kanyon (rus. каньон, ing. canyon, gorge) (ispan. Canon-boru, təngi) — denudasiyaya zəif məruz qalmış dik yamaclı dərin dar dərə, platonu, yaxud dağlıq ərazini kəsir. K. atmosfer sularının zəif səthi axım əmələ gətirdiyi arid ərazilərdə əhəng və ya bazaltdan təşkil olunmuş platolarda inkişaf edir. (mis. Şimali Amerikada Kolorado çayı kanyonu).
Kann
Kann (fr. Cannes) — Fransanın şərqində 70 min əhalisi olan şəhər. Şəhərin əsası liqurlar tərəfindən Napul körfəzinin sahilində salınmışdır. Bu şəhər Lacivərd sahilin ən məşhur kurortlarından hesab olunur. == Tarixi == Bu şəhərin salınma tarixi dəqiq məlum deyil. 1834-cü ildə ingilis kansler Lord Breqxem İtaliya səfəri zamanı dəhşətli vəba səbəbindən səfərini yarımçıq qoyaraq bu şəhərdə məskən salmalı olur. Digər ingilis aristokratlar da bundan sonra burada məskunlaşmağa başlayırar. == Şəhəri məşhur edənlər == Kann şəhəri hər il keçirilən Kann kinofestivalı və "Kann şirləri" beynəlxalq reklam festivalına görə məşhurdur. Kannda həmçinin Avropanın əsas mobil rabitə texnologiyası yarmarkası - 3GSM World Congress keçirilir.
Jeks (kanton)
Jeks (fr. Gex) — Fransada kanton, Rona-Alplar regionunda yerləşir. Departamenti — En. Jeks dairəsinə daxildir. Kodu — 0114. Jeks kantonuna 7 kommun daxildir və bunlardan əsas Jeks kommunası hesab edilir. == Kantonun kommunları == == Əhalisi == 2010-cu ildə əhalinin sayı 27 034 nəfər təşkil edirdi.
Kamares (kanton)
Kamares (fr. Camarès) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Miyo dairəsinə daxildir. Kantonun INSEE kodu — 1204. Kamares kantonuna cəmi 10 kommuna daxildir, onlardan ən əsası Kamares kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 2 222 nəfər təşkil edirdi.
Kampanyak (kanton)
Kampanyak (fr. Campagnac) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Miyo dairəsinə daxildir. Kantonun INSEE kodu — 1205. Kampanyak kantonuna cəmi 5 kommuna daxildir, onlardan ən əsası Kampanyak kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 1 760 nəfər təşkil edirdi.
Kanin Kamen
Kanin Kamen — Kanin yarımadasının şimalında, yaylaya bənzər tirə. İnzibati baxımdan Rusiya, Arxangelsk vilayəti, Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Kanin Kamen Timanski tirəsinin davamını təşkil edir. Tirə kristalik şistdən təşkil olunmuşdur. Onun maksimal hündürlüyü 241 metrdir. Şimal-qərb qutaracağı Kanin Nos, cənub-şərq qutaracağı isə Mikulkin Nos burnunu əmələ gətirir.
Kanin Nos
Kanin Nos — Rusiyanın Nenets Muxtar Dairəsi ərazisində, Ağ dəniz ilə Barens dənizi arasında yerləşən burun. Sahilləri sıldırımlıdır. burada hündürlük 15-20 m arasında dəyişir. Kanin yarımadasının şimal-qərb nöqtəsini təkil edir. Ərazi tundra bitkiləri ilə örtülüdür. Maralçılıq inkişaf etmişdir. == Mereostansiya və mayak == Burunda 1915-ci ildə Hidrometeoloji stansiya quraşdırılmışdır. Eyni adlı mayakda 1915-ci ildə inşa edilmişdir və bu gündə fəaliyyət göstərir. == İqlim == Orta illik temperatur −0,5° C təkil edir. Ən soyuq ay fevral, ən isti ay isə avqustdur.
Kanin yarımadası
Kanin yarımadası — Nenets Muxtar Dairəsi ərazisinə daxil olan. Barens dənizinin Çyoş buxtası ilə Ağ dənizi arasında yerləşir. Doqquz min il əvvəl Kanin yarımadası Kande Nos adası olmuşdur. Vaxtı ilə ada ilə materik arasında olan boğaz qumla dolmuş və ada yarımadaya çerilmişdir. Yarımadanın sahəsi 10,5 min. km², şimaldan cənuba uzunluğu 300 km-dir. Yarımdanın şimal sahəsinin böyük hissəsini Kanin Kamen tirəsi təşkil edir. Tirə çimal-qərbdən cənub-şərqə doğru uzanır. Yarımadanın maksimal hündürlüyü 242 metrdir. Şimal-qərb qutaracağı Kanin Nos, cənub-şərq qutaracağı isə Mikulkin Nos adlanır.
Kanton (İsveçrə)
İsveçrə kantonu (alm. Kantone‎, fr. cantons, it. cantoni, romanş chantuns) — federativ dövlət kimi İsveçrənin ərazi quruluşu. İsveçrə Konfederasiyasının ən böyük dövlət ərazi vahidi. Paytaxt Bern şəhəridir.
Kanton dili
Kanton dili (廣東話) və ya Standart Kantonca — Cənubi Çindəki Quanqdonq regionu (Qərbi Avropa dillərində bu bölgə əvvəldən “Canton”/“Kanton” olaraq bilinirdi) ətrafında danışılan Yue Çin dilinin növüdür. Yuenin ənənəvi prestij ləhcəsidir. Ənənəvi Çin heroqrifləri yazılı dil olaraq qəbul edilmişdir. Kantonca termini dilçilikdə dilçiliyin yalnız bu dialektini müəyyənləşdirsə də, bu termin daha geniş mənada Taishan ləhcəsi kimi qohum, fəqət böyük miqyasda qarşılıqlı surətdə başa düşülə bilinməyən ləhcələrdə daxil olmaqla bütün Yue budağını əhatə etmək üçün müntəzəm olaraq istifadə olunur. Standard Kantonca və onun yaxın qohum olan Yuehai ləhcələri bir yerə yığılsa, Kanton dilində 80 milyon insan danışır.
Karon (çimərlik)
Karon çimərliyi — Pxuket adasında yerləşən ən uzun çimərlikdən biri. Onun uzunluğu təqribi olaraq 6 kilometrdir. Çimərlik adanın qərbində, Pxuket hava limanından 45 km aralıda yerləşir. Patonq çimərliyindən sonra ikinci istirahət məkanıdır. Karon sahilləri iki hissəyə bölünür Kiçik Karon, Böyük Karon. Cənubunda mərcan riflərini görmək olar. Şimalında kafe, restoran və mağazalar mövcuddur.
Kinon qalası
Kinon qalası (tal. Kinon ğələ və ya tal. Kinonə ğələ) — Talış dağlarındakı Yuxarı Nüvədi kəndinin arxasında yerləşən memarlıq abidəsi.
Kolinyi (kanton)
Kolinyi (fr. Coligny) — Fransada kanton, Rona-Alplar regionunda yerləşir. Departamenti — En. Burk-an-Bres dairəsinə daxildir. Kodu — 0111. Kolinyi kantonuna 9 kommun daxildir və bunlardan əsas Kolinyi kommunası hesab edilir. == Kantonun kommunları == == Əhalisi == 1999-cu ildə əhalinin sayı 9531 nəfər təşkil edirdi.
Kollonj (kanton)
Kollonj (fr. Collonges) — Fransada kanton, Rona-Alplar regionunda yerləşir. Departamenti — En. Jeks dairəsinə daxildir. Kodu — 0112. Kollonj kantonuna 10 kommun daxildir və bunlardan əsas Kollonj kommunası hesab edilir. == Kantonun kommunları == == Əhalisi == 1999-cu ildə əhalinin sayı 8431 nəfər təşkil edirdi.
Konk (kanton)
Konk (fr. Campagnac) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Miyo dairəsinə daxildir. Kantonun INSEE kodu — 1208. Konk kantonuna cəmi 6 kommuna daxildir, onlardan ən əsası Konk kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 2 560 nəfər təşkil edirdi.
Kornyu (kanton)
Kornü (fr. Cornus) — Fransada kanton, region — Cənub-Pireneylər, departament — Averon. Miyo dairəsinə daxildir. Kantonun INSEE kodu — 1209. Kornü kantonuna cəmi 9 kommuna daxildir, onlardan ən əsası Kornü kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 1 571 nəfər təşkil edirdi.
Kornü (kanton)
Kornü (fr. Cornus) — Fransada kanton, region — Cənub-Pireneylər, departament — Averon. Miyo dairəsinə daxildir. Kantonun INSEE kodu — 1209. Kornü kantonuna cəmi 9 kommuna daxildir, onlardan ən əsası Kornü kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 1 571 nəfər təşkil edirdi.
Lanyo (kanton)
Lanyö (fr. Lagnieu) — Fransada kanton, Rona-Alplar regionunda yerləşir. Departamenti — En. Belle dairəsinə daxildir. Kodu — 0117. Lanyö kantonuna 13 kommun daxildir və bunlardan əsas Lanyö kommunası hesab edilir. == Kantonun kommunları == == Əhalisi == 1999-cu ildə əhalinin sayı 9531 nəfər təşkil edirdi.
Monbazan (kanton)
Monbazan (fr. Montbazens) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Vilfranş-de-Ruerq dairəsinə daxildir. Kantonun INSEE kodu — 1218. Monbazan kantonuna cəmi 13 kommuna daxildir, onlardan ən əsası Monbazan kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 6 457 nəfər təşkil edirdi.