KANYON

(isp. canon) dərin və dik yamaclı dar dərə, çox hallarda çöküntü süxurları üfqi yatmış və ya lava ilə örtülmüş quru iqlimi olan platolarda əmələ gəlir. K. bir qayda olaraq eroziya mənşəli olub dibindən çay və ya su axır. K. şimali Amerikanın arid iqlimli dağlıq vilayətləri üçün səciyyəvidir. Şimali Amerikada Kolorado çayında Böyük K.-un uzunluğu 380 km, dərinliyi 1800 m-ə çatır.
KANALİZASİYA
KAPİLLYAR SU
OBASTAN VİKİ
Kanyon
Kanyon (rus. каньон, ing. canyon, gorge) (ispan. Canon-boru, təngi) — denudasiyaya zəif məruz qalmış dik yamaclı dərin dar dərə, platonu, yaxud dağlıq ərazini kəsir. K. atmosfer sularının zəif səthi axım əmələ gətirdiyi arid ərazilərdə əhəng və ya bazaltdan təşkil olunmuş platolarda inkişaf edir. (mis. Şimali Amerikada Kolorado çayı kanyonu).
Binhem-Kanyon
Binhem-Kanyon — ABŞ-də mis, qızıl, gümüş və molibden çıxarılan iri kompleks yataq. Yuta ştatında, Solt-Leyk-Siti şəhərindən 30 km cənub-şərqdədir. Dünyada ən iri yataqlardandır. == Tarixi == 1880-ci illərdə kəşf edilib, 1906-cı ildən açıq üsulla, 1940-cı illərdən isə kombinə edilmiş üsullarla istismar olunur. == Geologiyası == Qalıq filiz ehtiyatı təqribən 1350 milyon t-dur; o cümlədən mis 8,5 milyon t (filizdəki miqdarı 0,67%), qızıl 330 t (0,36 q/t-adək), gümüş 3 min t (təqribən 2,8 q/t), molibden 400 min t (0,03%-ədək). Tektonik cəhətdən mütəhərrik Şimali Amerika Kordilyer dağlarının Cənubi Qayalı dağlar meqazonasının şəhər hissəsi ilə əlaqədardır. Yataq mis-porfir tiplidir; Üst Karbonun kvarsit və əhəngdaşılarını yarmış Orta Paleogenin qranitoid ştoklarında lokallaşmışdır. Filiz kütləsi çevrilmiş kasa formasındadır; planda ölçüləri 2,1x1,5 km-dir, qalın divarları təqr. 2,5 km-dək dərinliyə batır. İlkin kvarslı-sulfidli filizlər pirit, bornit, diagenit, xalkopirit, pirrotin, molibdenit, qızıl və palladium<un nadir minerallarından ibarətdir; hər il 150 kq-adək Pd çıxarılır.
Kanyon tipli dərələr
Kanyon tipli dərələr- (rus. каньон ing. Canyon) Müəyyən dərəcədə dar dərə tipinə oxşayırlar. Ancaq kanyon tipli dərələrin yamaclarında müəyyən pillələr və ya terraslar əmələ gəlir. Onların mənşəyi kanyonun yamaclarında yerləşən müxtəlif süxurların eroziya prosesinə qarşı davamlılığı ilə bağlıdır. Bu səbəbdən də kanyon tipli dərələrdə pillələr olur. Hal-hazırda dünyada ən böyük kanyon ABŞ-dadır. Həmin kanyon Kolorado çayı üzərindədir. Onun maksimal dərinliyi 2 km-dən çox, uzunluğu isə təqribən 300 kilometrə bərabərdir. Kanyon tipli dərələr Yer kürəsinin başqa sahələrində də vardır.
Böyük Kanyon
Böyük Kanyon (ing. Grand Canyon) — dünyanın ən dərin kanyonlardan biri. ABŞ-nin Arizona ştatının Kolorado platosunda yerləşən bu kanyon Böyük Kanyon Milli Parkın ərazisinə daxildir. Bu ərazi həm də, hindu tayfaları olan navaho, xavasupay və xyalapayların rezervasiyaları hesab olunur. Böyük kanyonun uzunluğu 446 km, dərinliyi 1600-1800 metrdir. Eni yuxarı hissədə 8 km-dən 25 km arasında dəyişir, aşağı hissədə isə bəzi yerlərdə 120 m-dən çox deyil. 1979-cu ildən Böyük kanyon UNESCO-nun Ümumdünya irsinə aid edilib. == Coğrafiyası == ABŞ-nin qərbində, əsasən Arizona ştatında yerləşən Kolorodo yaylası demək olar ki, üfüqi yatımlı, müxtəlif qalınlıqlı süxur laylarından əmələ gəlmiçdir. Burada ayrı-ayrı ağların hündürlüyü təxminən 3000 m-ə çatır. Platonu, başlanğıcını Kolorado ştatının Şərqi Qayalı dağlarının Lonq-Pik (4345 m) zirvəsindən götürən, Kolorado çayı kəsir.
Böyük Kanyon Milli Parkı
Böyük Kanyon milli parkı (ing. Grand Canyon National Park) — ABŞ-nin Arizona ştatının şimal-qərbində yerləşən milli park. Parkın mərkəzi xüsusiyyəti Kolorado çayının yaratdığı Böyük kanyondur. Kanyon dünyanın möcüzələrindən biri hesab olunur. 1 217 262 hektar ərazini əhatə edən park 2017-ci ildə bütün Amerika milli parkları arasında Böyük Tüstü Dağları Milli Parkından sonra ikinci ən yüksək ziyarətçi sayını əldə etmişdir. Böyük Kanyon 1979-cu ildə UNESCO tərəfindən Ümumdünya İrsi siyahısına daxil edilmişdir. Park 26 fevral 2019-cu ildə 100 illik yubileyini qeyd edib.
Ağ Drin kanyonu
Ağ Drin kanyonu və ya Ağ drin dərəsi (alb. Gryka e Drinit të Bardhë; serb. Кањон Белог Дрима) — Qismən tanınmış Kosovo Respublikasının cənub-qərbində yerləşən kiçik kanyon. Kanyon ərazisindən Ağ Drin çayı axır. Kanyon elə də böyük deyildir. Onun uzunluğu 900 metr, hündürlüyü isə 45 metr təşkil edir. Kanyonun girəcəyində Osmanlı imperiyası dönəmindən qalma Şvan körpüsü yerləşir. Bu isə Balkan yarımadasından dalğıcları əraziyə cəlb edir. Kanyonun hidroloji və geomorfoloji əhəmiyyəti nəzərə alınaraq 1986-cı ildə dövlət tərəfindən təbiət abidəsi kimi qoruma altına alınmışdır. Ağ Drin kanyon Şvan körpüsünün qarşısında Zrze kəndinin yaxınlığında, Cakovis — Prizren yolunun üzərində yerləşir.
Dnestr kanyonu
Dnestr kanyonu — Ukraynanın Dnestr çayında formalaşan kanyon. Kanyon ölkənin 4 vilayətinin sərhəddində yerləşir: İvano-Frankovsk, Ternopol, Çernovtsı və Xmelnitski. Ümumi uzunluğu 250 km-dir. Bu göstərici ilə o nəyin ki, Ukraynanın, eləcə də Avropanın ən uzun kanyonlarından biri hesab olunur. 2008-ci ilin 26 avqustunda ümumukrayna internet sorğusu nəticəsində Dnestr kanyonu Ukraynanın 7 təbiət möcüzəsindən biri hesab olunmuşdur. Kanyon ərazinin özünəməxsus geoloji quruluşu nəticəsində formalaşmışdır. Bundan başqa, tektonik hərəkətlər, eləcə də su və külək eroziyasının da rolu böyükdür. Kanyonda və onun ətraf hissələrində Dördüncü dövrün çökmə süxurları ilə yanaşı paleozoy erasının Silur dövrünə aid süxurlar da geniş yayılıb. Nırkov kəndi yaxınlığında yerləşən 16 metrlik Curin şəlaləsi bölgənin görməli yerlərindən biri hesab olunur. Çayın sağ qolları az və çox qısadır: 6–16 km arasında dəyişir.
Freyzer Kanyonu qızıl hərisliyi
Freyzer Kanyonu qızıl hərisliyi (həmçinin Freyzer qızıl hərisliyi və ya Freyzer çayı qızıl hərisliyi) - 1857-ci ildə baş vermiş qızıl hərisliyi.
Girdimançay kanyonu
Girdimançay kanyonu Cənub-Şərqi Qafqazın əks yamacında, eyni­adlı çayın orta axarında yerləşir və Lahıc və Namazgah kəndləri arasındakı eninə istiqamətlənmiş hissəsinə cavab verir. Uzunluğu olan kanyon Namaz­gah sinkli­nalının şimal qanadı boyu orta təbaşirin şaquli halda yer­lə­şən tuf-qumdaşıları və tuf-konqlomeratlarının arasından keçib gedir. Dibi, demək olar ki, həmişə çayın gur axan suları ilə dolu olan kanyon əvvəllər Lahıc kəndinə soxulmaq istəyənlərin qabağını kəsən təbii sədd kimi xidmət göstərmişdir. O zaman yalnız dərənin dik şimal yamaçından çətin keçilən çı­ğır (onun izlə­rini indi də görmək mümkündür) mövcud olmuşdur ki, o da kan­yonun girişi ilə birlikdə möhkəm qorunarmış. Vəziyyət ancaq keçən əsrin birinci yarısında dəyişmişdir; belə ki, at-araba və avtomobil nəqliyyatına yol salmaq üçün kanyonun sıldırımlı cənub yamacında partlayış üsulu ilə, Azərbaycanda yol tikintisinin özünəməxsus abidəsi sayılan ensiz karniz açılmışdır.
Kanyonlends Milli Parkı
Kanyonlends Milli Parkı (ing. Canyonlands National Park) — ABŞ-nin Yuta ştatında, Moab şəhərinin yaxınlığında yerləşən milli park. Milli parkın ərazisi 1 366,21 km2-dir.
Loytaş kanyonu
Loytaş (alm. Leutaschklamm‎) ― Almaniyanın Bavariya vilayəti və Avstriyanın Tirol torpağının sərhəddi boyunca axan Loytaşer-Açe çayı üzərində kanyon. Ümumi uzunluğu 1 650 metr olan Loytaş şərqi Alp dağlarındakı ən uzun kanyondur. Kanyon olduqca dik divarlara sahibdir və 2006-cı ilə qədər turistlərə açılmamışdır. Kanyonun turizm üçün uyğun hala gətirilməsi üçün Aİ-nın da dəstəklədiyi, 1,4 milyon avro dəyərində Avstriya-Alman layihəsi həyata keçirilmiş və ərazidə 970 metr məsafədə polad keçidlər və körpülər inşa edilmişdir. Loştaş 24 may 2006-cı ildə turizm üçün açılmışdır. Kanyon Koboldpfad ("Kobold yolu") ilə birlikdə Geisterklamm ("Ruh kanyonu") adlandırılan ailəvi istirahət mərkəzinə aiddir. Ərazidə mif, geologiya, flora və faunaya dair məlumatların olduğu 40 lövhə var. Piyada keçidləri mümkün olduğu yerlərdə üfüqi vəziyyətdədir və dırmaşma avadanlığı olmadan keçilə biləcək şəkildə tikilmişdir. Keçidin möhkəm dizaynı ilə kanyonun üstündən keçən piyada keçidində kanyonun divarları arasındakı hündürlük fərqinin 50 metrdən çox olmasından qaynaqlanan hər hansı bir narahatlığn qarşısı alınmışdır.
Matka kanyonu
Matka (mak. "matka" - uşaqlıq) — Makedoniyanın paytaxtı Skopyedən 15 km cənub-qərbdə yerləşən kanyon. Sahəsi 5 000 hektardır. Kanyonda yerəşən Matka gölü ölkənin ən qədim süni su hövzəsidir. 1938-ci ildə Treska çayı üzərində qurulan bənd nəticəsində kanyonda həmdə sünü Matka gölü meydana gəldi.Treska çayı üzərində yaradılmış bu göl ətrafında bir çox orta əsr monastrları və onlarca karst mağaraları mövcuddur. Ərazi ölkənin ən populyar turist bölgələrindən biridir. Suva dağlarını vertikal kəsən Treska çayı axdığı yataqda dik qayalı yamaclar, kiçik dağ vadiləri, dərələr və çoxlu karst mağaraları yaratmışdır. Mağaralar həm quruda, həm də, su altında mövcuddur. Bunlardan ən gözəl və böyükləri Vrelo, Krishtalina və Ubava mağaralarıdır. Mağara Treska çayının sağ sahilində , bənddən 2 km uzaqlıqda yerləşir.
Okatse kanyonu təbiət abidəsi
Okatse kanyonu təbiət abidəsi ( gürc. ოკაცეს კანიონი ) — Gürcüstanın İmereti bölgəsinə daxil olan Xoni bələdiyyəsində, dəniz səviyyəsindən 520 metr yüksəklikdəki Zeda-Qordi kəndi yaxınlığında yerləşən, Okatse çayının eroziyası nəticəsində yaranmış kanyon. Okatse kanyonu təbiət abidəsi 14 kilometr uzunluğundakı Okatse çayının 2 kilometrlik bir hissəsidir. Çay vadisindəki eroziya 3–6 metr, bəzi yerlərdə isə 15–20 metr enində bir kanyon yaratmışdır. Kanyonun dərinliyi 20 ilə 100 metr arasında dəyişir. Kanyonda Kinçxa şəlaləsi təbiət abidəsi də daxil olmaqla bir neçə şəlalə və bir neçə kiçik göl var. Onlardan biri olan Oskapo 60 metr uzunluğundadır. Bəzi yerlərdə kanyon divarları az qala birləşib təbii mağaralar əmələ gətirir. Bunlardan biri Boqa adlanır və bu mağaradan kanyonun dibi görünür. Boqadan aşağıda kanyonun dərinliyi 100 metrə qədər artır.
Qaraçay kanyonu
Qaraçay kanyonu Qudyalçay kanyonundan şərqdə yerləşir və ölçülərinə görə ondan geri qalsa da, faktiki olaraq, şimal-şərqi Azərbay­canın təbiətində insan əli dəyməmiş adacıq kimi qalmaqdadır. Mərmər­ləş­miş əhəngdaşılarından təşkil olunmuş Cərəkə-Cəngizur ön silsiləsini ensiz hissəsində kəsən kanyon uzanaraq həm də dirsəyəbənzər əyilmış formaya malikdir. Kanyonun ən dar hissəsində keçmişdə dağ kəndlərinə və Şimal-Şərqi Qafqaz aşırımlarına aparan keçidi qoruyan orta əsr qalasının xarabalıqları qalmaqdadır.
Qarqarçay kanyonu
Qarqarçay kanyonu — Kanyon cənub-qərbdən şi­mal-şərq istiqamətində Qarabağ yaylasını kəsən, Şuşa şəhəri rayonunda üst yura əhəngdaşıları massivinə dərin nüfuz edən eyniadlı çayın orta axınında yerləşir və uzunluğu 5 km-dən çoxdur.
Qudyalçay kanyonu
Cek kanyonu və ya Qudyalçay kanyonu — Şimal-Şərqi Azərbaycanda, eyniadlı çayın orta axı­nında yerləşir və özlüyündə dik yamaclarının hündürlüyü 1000 m-dən çox olan dərin dərəyə cavab verir. Kanyonun yardığı Qızılqaya massivi Cənub-Şərqi Qafqazın təbiətinin bu guşəsinə təkraredilməz kolorit verən müxtəlif rəngli mərmərləşmiş malm-neokom əhəngdaşılarından təşkil olunmuşdur. İki hissə­dən ibarət olan kanyonun birinci Qrızdəhnə hissəsi ekzotik "Minarə" qa­yasın­dan başlayır və çay axarının əksinə, cənub-şərq istiqamətində sağ qolu Ağçayla qovuşduğu yerədək 8 km-dən artıq məsafəyə uzanır. Bu sahədə kan­yonun dibi ilə Qubadan Xınalığa uzanan yol keçir, yamaclar qalın meşə ilə örtülmüş, orta hissədə isə Yarımyaylaq alp çəmənliklərinə gözəl panoram açan halqaşəkilli geniş Qrızdəhnə çuxuru yerləşir. Kanyonun yuxarı Qrız hissəsi Qızılqaya əhəngdaşı massivinin dik yamac­larının arası ilə uzanan çayın eninə istiqamətlənmiş dar hissəsinə cavab verir və praktiki ola­raq antropogen təsirlərə məruz qalmadığından öz ilkin gözəlliyini və əzəmətini qoruyub saxlaya bilmişdir. Quba-Xınalıq yolu Sumqayıt kanyonu "Azərbaycan Respublikasının Geoloji İrsi" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2013.
Ruqova kanyonu
Ruqova kanyonu (alb. Gryka e Rugovës; serb. Руговска клисура) — qismən tanınmış Kosovo Respublikasının Peç şəhəri yaxınlığında yerləşən çay kanyonu. Kanyon Monteneqro sərhəddinə yaxın ərazidə yerləşir. 25 km uzunluğa və 1000 metr dərinliyə malikdir. Avropanın ən dərin kanyonlarından hesab edilir. Kanyon Peç buzlağının fəaliyyəti sayəsində formalaşmışdır. Daha sonra isə Peçska-Bistrisa çayının erroziya fəaliyyəti sayəsində formalaşır. 1985-ci ildə Ruqova kanyonu geoloji, speleoloji, hidroloji və botanik əhəmiyyəti nəzərə alınaraq qoruma altına alınmışdır. Qısa ancaq güclü çay olan Peçska-Bistrisa çayı Jleb və Koprivnik dağlarının arasında yerləşir.
Saklıkent kanyonu
Saklıkent kanyonu— Antalya-Muğla sərhəddində yerləşən Eşen çayının qolu olan Karaçayın meydana gətirdiyi kanyon. Kanyon Fəthiyə şəhərinin 45 km-də yerləşir. Dördüncü dövrdə, 200 min il əvvəl formalaşmış bu kanyon Tavr dağlarına aid olan Beydağları silsiləsində yerləşir. Saklıkent kanyonu 15 il əvvəl kəşf edilmişdir. Kanyonun uzunluğu 18 km, hündürlüyü 200 m, ən dar yerinin eni 2 metrdir. Kanyonun dar olması və ilin çox zamanı çayın bol sulu olması nəticəsində dərə boyu hərəkət etmək mümkünsüzdür. O üzdən kanyonun dik divarlarında 200 metrlik körpü-yol inşa edilmişdir. Kamyonun ilk 2 km-lik hissəsi asan keçilən, 7 km-lik hissəsi orta çətinlikdə olsa da, sona qədər kanyonu keçmək üçün xüsusi hazırlığa və peşəkarlığa ehtiyac var. Yay mövsümündə bu ərazini 180-200 min arası türist ziyarət edir. Kanyonun yerləşdiyi bölgədə 1996-cı ildən Saklıkent Milli Parkı yaradılmışdır.
Sil kanyonu
Sil kanyonu (qalis. Canón do Sil) — İspaniyanın Qalisiya bölgəsində, Sil çayı boyunca yerləşən kiçik kanyon. Kanyon Sil çayının Minyo çayına tökülən hissəsinin 50 km-lik hissəsini təşkil edir. Kanyonun mənzərəsi Qalisiyada ən gözəl mənzərələrdən biri hesab olunur. Yaxınlığında Noqueyra de Ramuin, Parade de Sil kimi yaşayış məskənləri yerləşir. Kanyon 5961,49 hektar ərazini əhatə edir. Bəzi yerlərdə hündürlüyü 150 metrə çatır. Coğrafi quruluşu sayəsində burada Aralıq dənizinə bənzər iqlim hakimdir. Bu səbəbdən Aralıq dənizi iqlimində yetişən bitkilər də burada bitə bilir. Roma dövründən burada zeytun yetişdirilir və şərab istehsal edilir.
Sumqayıt kanyonu
Sumqayıt kanyonu və ya Sumqayıtçay kanyonu — Sumqayıtçayın aşağı axarlarında, çayın Qaraboğaz düzənliyindən keçən hissəsində yerləşən təbiət abidəsi. Kanyonun başlanğıcı şəhərin məişət tullantıları poliqonunun arxasında yerləşir. Bu kanyon Sumqayıtda turizm üçün potensial məkan hesab olunur. Şamaxı, Abşeron və Sumqayıt şəhər inzibati ərazi vahidlərinin ərazisindən axan Sumqayıtçay Sumqayıt kanyonundan keçərək Xəzər dənizinə tökülür. Çayın axdığı bu ərazidə suxurların olduqca kövrək, əsasən gil və qum materialından təşkil olunması onun dağıdıcı gücünü artırır. Bu da çayın asanlıqla yatağını dərinləşdirməsinə imkan verir. Kanyonda suyun eroziya fəaliyyəti olduqca yüksəkdir. İstər atmosfer yağıntıları, istər günəş radiasiyası, istərsə küləyin fəaliyyəti sayəsində kanyon əsrarəngiz görkəm alır. Bu proses daima davam etdiyindən aşınmanın miqyası davamlı olaraq artır. Kanyonun hündürlüyü və eni axdığı ərazidən asılı olaraq dəyişir.
Təngi kanyonu
Təngi kanyonu da Şimal-Şərqi Azərbaycanda, Qaraçay dərəsindən cənub-şərqdə yerləşir və şaquli qoyulmuş mərmərləşmiş malm-neo­kom əhəngdaşılarından təşkil olunmuş Təngi ön silsiləsini kəsib keçən Vəlvə­lə­çayın yaratdığı təbiət abidəsidir. Eni 50 metrə ancaq çatan kanyonun uzun­lu­ğu 500 metr, meşə ilə örtülmüş dik divarlarının hündürlüyü 1500 metrdən çoxdur. Vəlvələçayın hövzəsində yerləşən çoxsaylı dağ kəndlərini Xəzər­yanı ovalıqla birləşdirən, yeganə keçid kimi xidmət göstərən kanyon bütün zamanlarda strateji əhəmiyyətə malik olmuşdur.
Ulubəy Kanyonu Təbiət Parkı
Ulubey Kanyonu Milli Parkı (türk. Ulubey Kanyonu Tabiat Parkı) ― Türkiyənin Uşak ilinin Ulubəy və Karahallı ilçələrində yerləşən təbiət parkı. Ulubəy kanyonu ABŞ-dakı Böyük Kanyondan sonra dünyadakı ikinci ən uzun kanyondur. Park bir çox heyvan və bitki növü üçün uyğun yaşayış mühiti təmin edir və ekoturizm mərkəzi kimi inkişaf etdirilir. Ulubəy kanyonu 119 hektarlıq ərazini əhatə edir. Kanyon 100–500 metr (330–1,640 ft) genişliyində, 135–170 metr (443–558 ft) dərinliyindədir və ümumi uzunluğu 40–45 kilometr (25–28 mil)-dir. Ulubəy kanyonundan Ulubey və Banaz krikləri (Böyük Menderes çayının qolları) keçir. Kanyonun divarları 10–30 metr (33–98 ft) və 50–55 metr (164–180 ft) yüksəklyindədir. Hər iki divarda ən azı üç teras müşahidə edilir. Bundan əlavə kanyon boyunca bir çox konus şəkilli karstik təpə var.
Zəngiçay (Cülyan) kanyonu
Zəngiçay (Cülyan) kanyonu Girdimançay kanyonunun çıxışında ona qovuşur və özlüyündə Girdimançayın eyniadlı qolunun ensiz (bəzi yerlərdə bir neçə metr) və dərin (400-450m) girintili-çıxıntılı dərəsi ilə təmsil olunur; o, şimaldan cənuba Namazgah sinklinalının qeyd olunan qanadını kəsir və şimalda bənzərsiz gözəlliyi ilə göz oxşayan və ölçüsünün böyüklüyünə görə (sahəsi təxminən 100 kv.km, dərinliyi 1300-) güclü təsir bağışlayan həlqəvi formalı Müdrəsə çuxurunun bütün su axınını özündən keçirir.
Şarın kanyonu
Şarın kanyonu (qaz. Шарын шатқалы) və ya Çarın kanyonu (qaz. Чарынский каньон) — Qazaxıstanın Almatı şəhərindən 200 km cənubda, ölkənin Çin ilə sərhədinin yanında yerləşən, eyni adlı çayın boyunca ucalan 90 km uzun olan kanyon. Onun ərazisi Almatı vilayəti ilə Yenbekşiqazax, Rayımbek və Uyğur rayonlarının ərazisində yerləşir.
Antilop kanyonu
Antilop kanyonu – ABŞ-nin Arizona ştatında yerləşən kanyondur. Navajo Yuxarı Antilop Kanyonu, Amerikanın cənub-qərbində, Arizona ştatının Lechee şəhərinin şərqindəki Navajo torpaqlarında yuva kanyonudur. Buraya Yuxarı Antilop Kanyonu (və ya Çat), Çınqıllı İlan Kanyonu, Bayquş Kanyonu, Dağ Qoyun Kanyonu, Kanyon X və Aşağı Antilop Kanyonu (və ya Tirbuşon) adlandırılan Navajo Qoruğundakı altı ayrı, mənzərəli kanyon bölməsi daxildir. Göy qurşağı Körpüsü Milli Abidəsinə gedən gəzinti yolu ilə yanaşı, Göl Pauell Navajo Qəbilə Parkının əsas cazibəsidir. Antilop Kanyonu ani daşqınlar və digər sualtı proseslər nəticəsində Navajo Qum daşının aşınması nəticəsində əmələ gəlmişdir. Yağış suyu, xüsusilə musson mövsümündə, dar keçidlərə qaçarkən sürət və qum yığaraq, yuva kanyonu hissələrinin üstündəki geniş hövzəyə axır. Vaxt keçdikcə keçidlər aşınıb, dəhlizləri dərinləşdirdi və xarakterik "axan" formalar yaratmaq üçün sərt kənarları hamarladı. Yuxarı Antilop Kanyonu, həmin ərazidəki Navajo xalqı tərəfindən Tsé bighánílíní, "suyun qayaların arasından axdığı yer" adlanır. Turistlərin ən çox ziyarət etdiyi yerdir, çünki onun girişi və bütün uzunluğu yer səviyyəsindədir, dırmaşmağa ehtiyac yoxdur; və kanyonun yuxarı hissəsindəki açılışlardan aşağıya doğru yayılan birbaşa günəş şüaları bütün il boyu daha çox yayıldığı üçün kanyonun içini çox rəngli edir. Antilop Kanyonu turistlər üçün məşhur yerdir və Navajo Nation üçün turizm biznesinin mənbəyidir.
Konqo kanyonu
Konqo kanyonu — Afrikada Konqo çayının sonunda tapılan sualtı kanyondur. Bu, dünyanın ən böyük sualtı kanyonlarından biridir. Kanyon qitənin daxili hissəsində, Konqo mənsəbinin yarısında və 21 metr dərinlikdən başlayır. O, şelfin kənarına çatana qədər şərqdən qərbə bütün kontinental, şelfin 85 kilometrindən keçir. Sonra yamacla aşağıya doğru davam edir və başlanğıc nöqtəsindən 280 kilometr aralıda bitir. Ən dərin nöqtəsində V formalı kanyon və divarlarının hündürlüyü 1100 metrdir. Kanyonun maksimal eni isə demək olar ki, 15 km2-dir. Kontinental yamacın ətəyində Konqonun dərin sualtı çöküntü fanatına daxil olur və daha 220 kilometrə qədər uzanır. Konqo Kanyonunda tapılan cərəyanlar dünyada ölçülən ən güclü cərəyanlardır. Onlar mahiyyətcə yüzlərlə kilometrə yayıla bilən sualtı uçqunlardır və onların gücü, tezliyi Konqo çayındakı daşqın dövrləri ilə sıx şəkildə əlaqələndirilir.
Daşbaşı Kanyonu Təbiət abidəsi
Daşbaşı və ya Tsalka kanyonu (gürc. წალკის კანიონი) — Gürcüstanda kanyon. Kanyon Anaxatır çay dərəsinin bir hissəsini təşkil edir. Kanyona ən yaxın kənd Daşbaşıdır. Tsalka şəhəri kanyonun 3 km-dir. Kvemo-Kartli bölgəsində yerləşən kanyonun dəniz səviyyəsindən hündürlüyü 1110-1448 metr arasında dəyişir. Daşbaşı kanyonundan bölgənin tanınmış Algeti milli parkına qədər olan məsafə 42 km-dir. Daşbaşı kanyonu qədim vulkanik yaylanın eroziyaya uğraması nəticəsində meydana gəlmiş. Kanyonun ümumi uzunluğu 7 km-dir. Kanyon dəniz səviyyəsindən 1448 metr hündürlükdən başlayır və 1110 metr hündürlükdə bitir.

Значение слова в других словарях