Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aynar Karlson
Aynar Karlson (13 oktyabr 1988) — Estoniyalı boksçu. Aynar Karlson Estoniyanı 2015-ci ildə I Avropa Oyunlarında təmsil etdi. Karlson 10 yaşından boks ilə məşğul olmağa başlamışdır. Kikboksinq üzrə dünya gənclər çempionu və 9 dəfə Estoniya boks çempionudur. Boksdan əlavə kikboksinq, sərbəst güləş, cüdo və ciu-citsu ilə məşğul olur. == Karyerası == Aynar Karlson birinci dəfə Avropa Oyunlarına 2015-ci ildə qatıldı. O, Bakıda baş tutan I Avropa Oyunlarında kişilər 81 kq çəki dərəcəsində, 1/32 final mərhələsində Monteneqronun nümayəndəsi Bosko Draskoviç ilə üz-üzə gəldi. Həmin görüşdə Aynar Karlson rəqibinə 1:2 hesabı ilə uduzdu.
Kakusan (Sərdəşt)
Kakusan (fars. كاكوسان‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 21 nəfər yaşayır (4 ailə).
Kapustin Yar
Kapustin Yar (rus. Капустин Яр) — Rusiyanın Həştərxan vilayətinin Znamensk şəhərində yerləşən bir kosmik bazadır. Müəssisə 1946-cı ildə məğlub edilmiş Almaniyadan əldə edilmiş texnologiya, materiallar və elmi dəstək ilə inşa edilmişdir. Rus ordusu üçün sınaq raketlərindən əlavə peyk və meteoroloji raketlər də buraxıldı. Müəssisənin yerləşdiyi Znamensk şəhəri bazaya xidmət etmək üçün qurulmuşdur.
Karlson (personaj)
Karlson (isv. Karlsson) — İsveç yazıçısı Astrid Lindqren tərəfindən yaradılmış ədəbi personaj. Karlson Stokholmda Vasastan ərazisində Astrid Lindqrenin vaxtilə özünün yaşadığı çoxmənzilli evin damındakı kiçik evcikdə yaşayır. Onun ən yaxşı dostu Svantessonlar ailəsinin kiçik uşaqları olan 7 yaşlı və "Balaca" (orijinalda Lillebror - balaca qardaş) ləqəbli Svante idi. Trilogiyada təsvir edilmişdir: "Balaca və damda yaşayan Karlson". (1955) "Damda yaşayan Karlson yenə uçub gəldi". (1962) "Damda yaşayan Karlson yenə nadinclik edir". (1968) Karlson haqqında olan bu trilogiyanı eston əsilli isveç qadən rəssamı İlon Vikland illustrasiya etmişdir. Məhz onun illüstrasiyaları dünyada yetərincə məşhurdur. Rusiyada isə rəssam və multiplikator Anatoli Savçenkonun illüstrasiyaları geniş yayılmışdır.
Çester Karlson
Çester Karlson (ing. Chester Carlson; 8 fevral 1906; Sietl — 19 sentyabr 1968; Nyu York — ABŞ fiziki, kseroqrafiyanın banisi. Çester Karlson 1906-cı il, 8 fevral tarixində Sietldə İsveç mühacirinin ailəsində dünyaya gəlib. Atası və anası xəstə olduğundan Çester artıq on dörd yaşından işləməyə və ailəyə maddi cəhətdən kömək etməyə başlayır. O, çətinliyə baxmayaraq "Riverside Junior College" kollecini bitirərək Kaliforniya Texnologiya İnstitutuna daxil olur. Karlson 1930-cu ildə fizika sahəsində bakalavr dərəcəsinə layiq görülür, 1936-cı ildə "New York Law School" hüquq təhsil müəssisəsinə qəbul olur. O, Nyu-Yorkda "Bell Telephone Laboratories" laboratoriyasında çalışmağa başlayır. Ancaq böyük böhranın başlanması ilə vəziyyət dəyişir, gələcək ixtiraçı işdən çıxarılır. Bir ildən sonra Karlson "PR Mallory Company" (hal-hazırda Duracell) şirkətində çalışmağa başlayır, tezliklə patent bölməsinin rəhbəri olur. 1934-cü ildə Karlson Çester sənədlərin üzünün alınmasının tez və rahat üsulunu işləyib hazırlamağa başlayır.
Kabusun gözüylə
Kabusun gözüylə — Azərbaycan və Fransanın ilk birgə layihəsi olan film. Filmin ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyovdur. == Mükafat və festivallar == 24-cü "Nika" kino mükafatının laureatı. "MDB və Baltik ölkələrinin ən yaxşı xarici filmi" nominasiyası — Moskva, Opera teatrı. == Heyəti == Filmin ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyovdur. Filmdə Mələk Abbaszadə, Şükufə Yusupova, Fatimə İbrahimbəyova, Tofiq Mirzəyev iştirak ediblər. Baş rolun ifaçısı, Marsel şəhərinin "Turski" teatrının bədii rəhbəri Rişar Martendir. == Təqdimatı == 2010-cu ildə, Milli kino günündə "Kabusun gözüylə" filminin Heydər Əliyev Sarayında təqdimatı keçirilmişdir.
Adam Karson
Adam Karson (ing. Adam Carson; Qlazqo – 1935) — hücumçu mövqeyində oynamış Şotlandiya futbolçusu, 1890-cı illər ərzində "Qlazqo Tisl", "Nyuton Hit", "Arvdik" və "Liverpul" klublarında çıxış etmişdir. == Karyerası == 1892–1893-cü illərdə "Nyuton Hit" (indiki "Mançester Yunayted") komandasının heyətində 13 oyunda meydana çıxmış və 3 qol vurmuşdur. 1893-cü ildə "Ardvik" (indiki "Mançester Siti") komandasının heyətində 9 oyunda meydana çıxmış və 3 qol vurmuşdur.
Ben Karson
Bencamin Solomon Karson (18 sentyabr 1951[…], Detroyt, Miçiqan) — Amerikalı siyasətçi, 17-ci United States Secretary of Housing and Urban Development-ə xidmət edən sabiq cərrahdır. Trump Administration-ı altında xidmət edir. Onun kabinet vəzifəsindən əvvəl, 2016-cı ildə ABŞ-nin prezidentliyinə Respublika başçılarına namizəd oldu. == Həyatı == Michigan ştatının Detroit şəhərində doğulub və Yale Universiteti və Miçiqan Tibb Universitetinin məzunu olan Carson tibbi karyerası və siyasi duruşları ilə bağlı çoxsaylı kitabların müəllifidir. 2009-cu ildə bir televiziya draması filminin mövzusu oldu. 1984-cü ildən Merilenddə Johns Hopkins Xəstəxanasında Uşaq Neyrocərrahiyyəsi Direktoru oldu və 2013-cü ildə təqaüdə çıxdı. Hələ ilk neyrocərrahiyəyə başlayan vaxtlarda Karson'un nailiyyətləri başın arxası birləşdirilmiş əkizlərin müvəffəqiyyətlə ayrılmasını həyata keçirir; Bətnindəki bir dölə ilk müvəffəqiyyətli neyrcərrahi prosedurunu qabaqcadan təyin edən; tip-2 vertikal kraniopagus əkizlərinin ilk tamamilə uğurlu ayrılması; beyin kök şişlərini müalicə etmək üçün yeni üsulların hazırlanması; və nöbetlərin idarə olunması üçün hemisferektomiya texnikasınıyaradır. 33 yaşınadək ölkədə uşaq neyrocərrahinin ən gənc başçısı olur. O, 60-dan çox fəxri doktorluq dərəcəsi, onlarla milli qiymətli sitatlar və 100-dən çox neyrocərrahiyə nəşr yazmışdır. 2008-ci ildə ABŞ-də ən yüksək mülki mükafata layiq görüldü.
Kapron lifi
Liflər — əyirilmək və toxunmaq qabiliyyətli saplar şəklində dartıla bilən təbii və sintetik polimerlərdir. Liflər təbii, süni və sintetik liflərə ayrılır. Süni (təbii polimerlərdən alınan) və sintetik (sintetik polimerlərdən alınan) liflər kimyəvi liflər adlanır, çünki hər ikisinin istehsalında kimyəvi üsullardan istifadə olunur. Kapron lifi sintetik liflərə aiddir. == Alınması == Kapron lifi ε-aminkapron turşusunun polikondensləşməsi reaksiyasının məhsuludur. Sənayedə adətən kapron turşusunun özündən deyil, onun molekuldaxili dehidratlaşmasından alına bilən kaprolaktamdan istifadə edilir. == Xassələri == Kapron lifi rütubəti udmur, yaş halda öz möhkəmliyini itirmir, şürümür və güvə onu yemir. O, təbii liflərə nisbətən sürtünməyə qarşı daha davamlıdır. Kapron liflərinin nöqsanlarıda vardır. Turşuların təsirindən onlar amid (peptid) rabitəsi yerindən hidrolizə uğrayır.
Kapron turşusu
Kapron turşusu (heksan turşusu) CH3(CH2)4СООН — birəsaslı doymuş karbon turşusudur. Kapron turşusunun duz və anionları kapronatlar adlanır. == İzomerləri == Kapron turşusu ilə yanaşı, ümumi formulu С5Н11COOH olan 8 struktur izomeri də mövcuddur: 4-metilpentan turşusu СН3-СН(СН3)-СН2-СН2-COOH 3-metilpentan turşusu СН3-СН2-СН(СН3)-СН2-COOH 2 — metilpentan turşusu СН3-СН2-СН2-СН(СН3)-COOH 2-etilbutan turşusu СН3-СН2-СН(СН2-СН3)-COOH 3 — etilbutan turşusu СН3-СН(СН2-СН3)-СН2-COOH 3,3-dimetilbutan turşusu СН3-С(СН3)2-СН2-COOH 2,2 — dimetilbutan turşusu СН3-СН2-С(СН3)2-COOH 2,3 — dimetilbutan turşusu СН3-CH(СН3)-CH(СН3)-COOH və 5 siniflərarası izomerlər: Kapron turşusunun metil efiri СН3-СН2-СН2-СН2-COOH-СН3 Kapron turşusunun etil efiri СН3-СН2-СН2-COOH-СН2-СН3 Kapron turşusunun propil efiri СН3-СН2-COOH-СН2-СН2-СН3 Kapron turşusunun butil efiri СН3-COOH-СН2-СН2-СН2-СН3 Kapron turşusunun pentil efiri COOH-СН2-СН2-СН2-СН2-СН3 == Fiziki xassələri == Kapron turşusu – xoşagəlməz iyli, rəngsiz, yağlı mayedir. Suda pis həll olur (9.68 q/l (20°С), 11.71 q/l (60°С). Metanol, etanol, efirdə yaxşı həll olur. == Kimyəvi xassələri == Kimyəvi xassələrinə görə kapron turşusu doymuş alifatik karbon turşularının tipik nümayəndəsidir. Orta qüvvətli turşudur (pKa 4.88). Ondan duzlar və mürəkkəb efirlər, halogenanhidridlər və anhidridlər alınır. Kapron turşularının duz və efirləri heksanatlar adlanır. Bromla fosforun iştirakı ilə α-vəziyyətdə bromlaşır.
Karson səhrası
Karson səhrası - Nevada ştatı ərazisində yerləşən kiçik səhra. Səhranın sahəsi 5, 568 km² təşkil edir. İl ərzində səhraya cəmi 130 mm yağıntı düşür.
Antonio de Kabeson
Antonio de Kabeson (d. təx. 30.3.1510, Burqos, İspaniya - ö. 26.3.1566, Madrid, İspaniya) — ispan bəstəkarı və orqançısı.
Balaca və Karlson
== Məzmun == Uzaq şəhərlərdən birində, adi bir küçənin ən adi bir evində Balaca adlı bir oğlan yaşayırdı. Ailəsi də adi bir ailə idi – atası, anası, qardaşı və bacısı var idi. Balaca özü də adi bir oğlan idi. Axı yer üzündə o qədər yeddiyaşlı, göygöz oğlan var ki! Onların da qulaqları kirli, şalvarlarının dizi cırıq olur. Ancaq Balaca öz adiliyi ilə razılaşmırdı. O deyirdi: – Mən adi olmaq istəmirəm. Bir gün Balaca evdə tək idi. Pəncərənin qarşısında dayanıb küçəyə baxırdı. Birdən qulağına vızıltı səsi gəldi.
Kristi Karlson Romano
Kristi Karlson Romano (ing. Christy Carlson Romano) - ABŞ aktrisası və ifaçısıdır. == Həyatı == Kristi Karlson Romano 20 mart 1984-cü ildə Konnektikut ştatının Milford şəhərində doğulmuşdur. Şeron Karlson və Entoni Romanonun qızıdır. İki bacısı və bir qardaşı olmaqla, ailədə dörd övladdan biridir. "Orange Ave Elementary School" məktəbini bitirdikdən sonra Nyu Yorkda yerləşən "Professional Children's School" adlı təhsil müəssisəsinə qəbul olur. Kristi burada aktyor peşəsini öyrənərkən ailəsi Corciya ştatında yerləşən Aatlanta şəhərinə köçür. 1996-cı ildə başlayaraq televiziya serialları və filmlərdə rol alır. 2002-ci ildə "Disney Channel" kanalının eyni vaxtda üç proektlə məşğul olan ilk aktrisası olur. Kim Possibl animasiya serialındakı "Kim Possibl" personajını səsləndirərək böyük uğur əldə edir.
Al Kapon
Al Kapon, tam adı Alfons Qabriel "Böyük Al" Kapone (it. Alphonso Gabriel "Great Al" Capone; 17 yanvar 1899[…], Bruklin, Nyu-York ştatı – 25 yanvar 1947[…]) — Amerika Birləşmiş Ştatlarında 1930-cu illərdə fəaliyyət göstərmiş məşhur mafiya rəhbəri. Yeddi il Çikaqo Outfit klanına rəhbərlik etmişdir. Amerika Birləşmiş Ştatları iqtisadiyyatının çətin günlər yaşadığı 1930-cu illərdə güc qazanmağa başlamış, ən əsası içkilərə qoyulan qadağalardan məharətlə istifadə yayınmış, bununla öz maddi imkanını dəfələrlə artırmışdır. Al Kapone 17 yanvar 1899-cu ildə Nyu-Yorkun Bruklin məhəlləsində anadan olub. Onun valideynləri — atası Qabriel Kapone (12 dekabr 1864 – 14 noyabr 1920) və anası Teresina (28 dekabr 1867 – 29 noyabr 1952) İtaliya köçkünləri idi. Onun atası, Qabriel, Neapol ətrafındakı Kastellammare-di-Stabia şəhərində bərbər, anası Teresina isə dərzi idi. Qabriel və Teresinanın doqquz uşaqları var idi: Alfons, Ceyms, Rafael, Salvatore, Con, Albert, Metyu, Roza və Mafalda. Kapone ailəsi 1893-cü ildə Amerika Birləşmiş Ştatlarına, Nyu-Yorkun Bruklin məhəlləsinə köçür və Qabriel Kapone bərbər dükanı açır. Alfonsun 11 yaşı olanda ailə yenidən köçərək Bruklinin başqa bir hissəsində məskunlaşır.
Kabusun gözüylə (film, 2010)
Kabusun gözüylə — Azərbaycan və Fransanın ilk birgə layihəsi olan film. Filmin ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyovdur. == Mükafat və festivallar == 24-cü "Nika" kino mükafatının laureatı. "MDB və Baltik ölkələrinin ən yaxşı xarici filmi" nominasiyası — Moskva, Opera teatrı. == Heyəti == Filmin ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyovdur. Filmdə Mələk Abbaszadə, Şükufə Yusupova, Fatimə İbrahimbəyova, Tofiq Mirzəyev iştirak ediblər. Baş rolun ifaçısı, Marsel şəhərinin "Turski" teatrının bədii rəhbəri Rişar Martendir. == Təqdimatı == 2010-cu ildə, Milli kino günündə "Kabusun gözüylə" filminin Heydər Əliyev Sarayında təqdimatı keçirilmişdir.
Balaca və damda yaşayan Karlson
Balaca və damda yaşayan Karlson (isveç dilində "Lillebror och Karlsson på taket") — isveç uşaq yazıçısı Astrid Lindqrenin "Balaca və Karlson" trilogiyasının birinci kitabıdır. Hekayədə təsvir olunan hadisə 1950-ci illərdə Stokholmun mərkəzi rayonlarının birində - Vazastanda bir evdə baş verir. Bu evdə hekayənin qəhrəmanları - Ostermalm küçəsində yaşayan Svanteson ailəsinin kiçik uşağı yeddi yaşlı Svante, böyük qardaşı, bacısı və ata, anası yaşayır. Hadisələr damda yaşayan Karlson və uşaq ətrafında cərəyan edir. Karlson çox mənzilli evin damında yaşayır. Bu rayonda Astrid Lindqrenin özü də yaşamışdır. == Xarici keçidlər == Астрид Линдгрен.
Balaca və Karlson (cizgi filmi, 1968)
== Məzmun == Uzaq şəhərlərdən birində, adi bir küçənin ən adi bir evində Balaca adlı bir oğlan yaşayırdı. Ailəsi də adi bir ailə idi – atası, anası, qardaşı və bacısı var idi. Balaca özü də adi bir oğlan idi. Axı yer üzündə o qədər yeddiyaşlı, göygöz oğlan var ki! Onların da qulaqları kirli, şalvarlarının dizi cırıq olur. Ancaq Balaca öz adiliyi ilə razılaşmırdı. O deyirdi: – Mən adi olmaq istəmirəm. Bir gün Balaca evdə tək idi. Pəncərənin qarşısında dayanıb küçəyə baxırdı. Birdən qulağına vızıltı səsi gəldi.