Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kartel
Kartel — müəyyən bir sahənin bir sıra müəssisələrini birləşdirən kapitalist inhisar birliyi formasıdır. Kartel inhisarın elə bir formasıdır ki, onun iştirakçıları istehsal vasitələri üzərində xüsusi mülkiyyət hüququnu saxlayır, istehsal ve satışı müstəqil həyata keçirirlər. Lakin onlar müəyyen şərtlər üzrə razılığa gəlirlər. Kartel iştirakçılarının hər biri üçün istehsalın həcmi (kvotası), satış qiyməti və satış bazarı üzrə razılığa gəlir. Kvotanı pozan kartelin kassasına cərimə ödəyir. == Kartelin növləri == Qiymət kartelləri - ümumi və ya ortaq qiymətin müəyyənləşdirilməsi əsasında formalaşır;Satış kartelləri - ümumi satış kanallarının müəyyənləşdirilməsi əsasında formalaşır;Qiymət təyin etmə kartelləri - istehsal və satışı müəyyənləşdirən amillərə məhdudiyyətlər qoyur;Müştəri kartelləri - bazarın və müştərilərin müəyyənləşdirilməsi əsasında formalaşır;Dövlətdaxili kartellər - dövlət daxilindəki bazarları bölmək məqsədi ilə formalaşır ;Dövlətlərarası kartellər - dövlət müəssisələri arasında rəqabəti aradan qaldırmaq məqsədi ilə formalaşır.
Kartof
Kartof (lat. Solanum tuberosum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Əsasən, Cənubi və Mərkəzi Amerikada bitən 200-dək yabanı və mədəni növü məlumdur. Mədəni halda 2 növü – geniş yayılmış Çili kartofu (S. tuberosum) və And kartofu (S. andigenum) var. Çili kartofu 3–6 gövdədən ibarət, hündürlüyü 50–80 sm olan koldur. Yarpağı təklələkvarı bölümlüdür. Kök yumrularının forması girdə, oval, uzunsov, ləti ağ, sarı, çəhrayı, qırmızı və göydür. Üzərində spiral istiqamətində 3–4 tumurcuğu olan gözcüklər yerləşir. Kartofun tərkibində orta hesabla 76,3% su, 23,7% quru maddə, o cümlədən 17,5% nişasta, 0,5% şəkər, 1–2% zülal, 1%-dək mineral duzlar, C, B1, B2, B6, PP, K vitaminləri və karotinoidlər var. Xalq təbabətində kartof şirəsindən vərəmin, tənəffüs orqanlarının, mədə yarasının, onikibarmaq bağırsağın müalicəsində də istifadə edilir.
Kartvel dilləri
Kartvel dilləri (gür.: g.ə. ქართველური ენები, l.ə. kartveluri enebi) — Cənubi Qafqazın qərbində əsasən Gürcüstanda yayılmş dil ailəsi. Əvvəllər elmi ədəbiyyatda səhvən Qafqaz dil ailəsinin tərkibinə daxil edilmişdir, hazırda özlüyündə müstəqil dil ailəsi olduğu linqvistiklər tərəfindən təsdiqlənmişdir. Bu dil ailəsinin tərkibinə gürcü (və ya kart dili), meqrel (laz və meqrel dilləri birlikdə zan və ya kolx dili adlanır), laz (və ya çan) və svan dilləri daxildir. Qrammatik yaxınlıqlarına və leksik fərqliliklərinə görə bu dillərin dördü də qohum hesab olunsa da üç əsas qrupa ayrılırlar: şimali kartvel qrupu-svan dili, zan qrupu-meqrel və laz dilləri və cənubi kartvel qrupu-gürcü dili. Gürcü dili onlarla ləhcəyə və yüzlərlə şivəyə sahibdir. Zan qrupu bəzən bir dil, lazca və meqrelcə isə onun ləhçələri hesab edilirlər. Şimali kartvel qrupunu təşkil edən svan dili özlüyündə dörd ləhcəni ehtiva edir: yuxarıbal, aşağıbal, laşx və lentex ləhcələri hazırkı Gürcüstan Respublikasının şimalında dağlıq bölgədə dar ərazidə İnqura və Tsxenis-Tsxali yüksəklikləri arasında yayılmışdır, bütün ləhcələri bir-birindən xeyli ölçüdə fərqlənir. Yalnız gürcü dilinin yazısı vardır.
Kartof kababı
Kartof kababı — Azərbaycanın milli yeməyi. Ət məhsullarından hazırlanmış kababların yanında qarnir kimi verilir. == Hazırlanması == Kartof kababı bişirilərkən şişə taxılmır, ət məhsullarından hazırlanmış kabablar bişirildikdən sonra manqalda közə basdırılır. == İstifadə == Süfrəyə verilərkən kartofun qabığı bıçaq vasitəsi ilə qaşınaraq təmizlənir.
Kartof pirojnası
Kartof pirojnası — dairəvi formada olan şokoladlı biskvit. Əsas dadı kakaolu olub, eyni həcmli hissəcikdən ibarətdir. == Haqqında == Dairəvi formanı vermək üçün xüsusi kremdən və biskvit ovuntularından istifadə edirlər. Kirpi formasını vermək üçün burun hissəsi daha dik hazırlanır. Üzərindəki iynələr isə badam ovuntularından və ya tumdan istifadə olunur.
Kartof püresi
Kartof püresi (fr. Purée de pommes de terre; ing. Mashed potato) — kartofdan püre. Kartofdan hazırlanan bu yemək bütün dünyada geniş yayılmışdır. == Hazırlanması == === Ümumi məlumat === Kartof püresini hazırlamaq üçün hər zamankı sadə formula: yalnız soyutma kartof, süd və yağın bir yerdə əzilməsindən ibarət olub. Son zamanlar yeni bir inqridient- pendir də əlavə olunur. Bu zaman fərq o dəqiqə hiss olunur – püre daha kremli və ləziz olur. Pendir ən axırda əlavə olunur və püreyə tam əriyib qarışanadək qazda bişirilir. Kartof püresini hazırlayan zaman bəzi məqamlara diqqət etmək gərəkir. === Ərzaqlar === 5 orta ölçülü kartof (nişastalı kartof məsləhət görülür) 60 qrama yaxın kərə yağı 0,5 (yarım) stəkan süd 1 stəkan sürtkəcdən keçirilmiş kaşar pendiri (Provolone və ya Mozarella da olar) Duz İstiot === Hazırlanma qaydası === Kartofları yuyub orta ölçülü qazana yerləşdirin.
Kartof salatı
Kartof salatı — Bu yeməyin əsası kartofdur; onun tərkibində bütün növ inqrediyent var, o cümlədən bekon, soğan, pomidor, yaşıl noxud, yumurta, qarğıdalı və hətta portağallar. Salatların bütün müxtəlif növləri müxtəlif şəkildə süfrəyə verilir. Almaniyanın cənubunda kartof salatları adətən süfrəyə isti və ya hətta qaynar verilir, başqa regionlarda isə otaq hərarətində. Şimalda salatları soyuq yeməyi üstün tuturlar. Salatları müşayiət edən müxtəlif növ souslar var, o cümlədən mayonez, qaymaq, xardal, sirkə və ya vineqret sousu.
Kartof şorbası
Kartof şorbası (alm. Kartoffelsuppe‎) — alman və avstriya mətbəxinə məxsus, əsas inqrediyenti kartof olan ənənəvi şorba. Çox qatı olduğunda şorba kartof ayntopfu adlandırılır. Azərbaycan mətbəxində də kartof şorbası mövcuddur. == Tərkibi == Kartof şorbasının tərkibi ət suyu, kartof, soğan, yağ, un, duz, bəzən isə yumurta sarısı və süd kimi ərzaqlardan istifadə olunur. == Hazırlanması == Kiçik-kiçik doğranmış soğanı yağda azca qovurulduqdan sonra unla qarışdırılır. Doğranmış kartoflar və duz əlavə edilərək bişirilir. Bişən şorbanı blender vasitəsi ilə püre halına gətirilir. Ayrı bir qabda hazırlanan yumurta və süd qarışığı şorbaya əlavə oluna bilər. Bir az daha qaynatdıqdan sonra kartof şorbanız servisə verilir.
Alman kartof salatı
Kartof salatı — Bu yeməyin əsası kartofdur; onun tərkibində bütün növ inqrediyent var, o cümlədən bekon, soğan, pomidor, yaşıl noxud, yumurta, qarğıdalı və hətta portağallar. Salatların bütün müxtəlif növləri müxtəlif şəkildə süfrəyə verilir. Almaniyanın cənubunda kartof salatları adətən süfrəyə isti və ya hətta qaynar verilir, başqa regionlarda isə otaq hərarətində. Şimalda salatları soyuq yeməyi üstün tuturlar. Salatları müşayiət edən müxtəlif növ souslar var, o cümlədən mayonez, qaymaq, xardal, sirkə və ya vineqret sousu.
Kartof yeyənlər (tablo)
Kartof yeyənlər (nid. De Aardappeleters) — Vinsent van Qoqun Brabant dövrünə aid məşhur rəsm əsərlərindən biri. == Tablonun tarixi == Nyüenendə yaşadığı dövrdə Van Qoq təbiətə və kənd həyatına yaxın olmağa çalışır. 1885-ci ilin aprelində qardaşı Teoya yazdığı məktubda o bildirir: "İstisna etmirəm ki, ömrümün sonunacan burada qalacağam. Mahiyyət etibarilə, mənim cəmi bir arzum var- kənddə yaşayıb kənd həyatını təsvir etmək".Elə həmin məktubda Van Qoq "Kartof yeyənlər" adlanan tablo çəkmək istəyini qardaşına bildirir, lakin o hələ əmin deyil ki, nahar yoxsa şam yeməyini təsvir edəcək, işıq gün işığı yoxsa lampa işığı olacaq.Bu tablonu rəssam 1885-ci ilin aprel-may aylarında Nyuenendə çəkmişdir. Lakin etüdlərlə üzərində iş hələ qışda başlanmışdı. "Kartof yeyənlər" tablosunda Van Qoq dostlaşdığı Qrootlar ailəsini təsvir etmişdir. De Qrootlar kəndli idilər. Ailə ata, ana, oğul və iki qızdan ibarət idi və onlar tarlada işləyirdilər. Onlar kasıb olduqlarından əsas yeməkləri kartof idi.
Kartof yeyənlər (rəsm əsəri)

Kartof üzrə Beynəlxalq Mərkəz
Kartof üzrə Beynəlxalq Mərkəz (ing. CIP) — Kənd təsərrüfatı üzrə Bеynəlхalq təşkilat == Yaradılması == Mərkəz 1971-ci ilin 20 yanvarında Perunun Lima şəhərində yaradılmışdır. 1972-ci ildən kənd təsərrüfatında bеynəlхalq tədqiqatların məsləhətləşmə qrupunun çağırışı altında fəaliyyət göstərir. == Əsas məqsədi == Ərzaq məhsulları istеhsalının artırılmasına köməklik göstərmək və kənd təsərrüfatında dayanıqlı еkoloji təhlükəsizliyin yaradılması; adi və şirin kartofun istеhsalı üzrə еlmi proqramların tətbiqi ilə əhalinin rifahının yüksəldilməsi; kartofun gеnеtik matеriallarla və təcrübə mübadiləsi ilə təmin еdilməsi.