Kartof kababı — Azərbaycanın milli yeməyi. Ət məhsullarından hazırlanmış kababların yanında qarnir kimi verilir.
Kartof kababı bişirilərkən şişə taxılmır, ət məhsullarından hazırlanmış kabablar bişirildikdən sonra manqalda közə basdırılır.
Süfrəyə verilərkən kartofun qabığı bıçaq vasitəsilə qaşınaraq təmizlənir.