Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kartuş (heroqlif)
Kartuş — Qədim Misir heroqliflərində seçilməsi üçün firon və ya hökmdarın adını içərisində yazmaq üçün uzunsov, bir qədər oval şəklində kontur yaxud haşiyədir. IV sülalə dövründən başlayaraq, firon Snofru hökmranlığı zamanında tətbiq olunmağa başlanılmışdır. Beş firon titulundan yalnız Şəxsi ad və Taxt-tac adı kartuş haşiyəsində göstərilirdi. Bəzən qəbirə qoyulmaq üçün kartuş formasında üzərində hökmdarın adı yazılmış qızıl amulet ya tumar düzəldilirdi. Bu cür artefaktlar arxeoloqlar üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, qızıl tumarın köməyi ilə dəfn müddətini müəyyən etmək mümkün olur.
Bartaz
Bartaz (Zəngilan) Bartaz (kənd, Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Bartaz (qəsəbə, Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda qəsəbə. Bartaz dəmir yolu stansiyası — Bartaz dəmir yolu stansiyası. Bartaz (dağ) — Zəngilan rayonunun cənub qərbində Mehri (Mehri Guney) silsiləsində, Ermənistanla sərhəddə dağ.
Kaktus
Kaktuskimilər (lat. Cactaceae) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. == Təbii yayılması == Təbiətdə 3 mindən çox kaktus növü var. Əksəriyyəti 500 il yaşayır və iri ölçülərə malik olurlar( hündürlüyə 10 m və eni bir neçə metr) Hazırda təbiətdə olan kaktus növlərinin 2/3 hissəsinə Cənubi Amerikada rast gəlinir. Quraqlıq iqlimin əlverişsiz mühitinə dözmək üçün bunlarda min illər ərzində bir sıra uyğunlaşmalar əmələ gəlmişdir. Onların yarpaqları tikana çevrilmiş və üzəri mum maddəsi ilə örtülmüşdür. Kaktuslar quraqlığadavamlı, həm də işıqsevən bitkilərdir. Gün ərzində onlara 3-4 saat gün işığı düşməlidir. Lakin qızmar günəş kaktusun cavan zoğlarını yandırır, onlar üzərində sarı ləkələr əmələ gəlir. Daha da təhlükəli olan yaz günəşidir.
Kartel
Kartel — müəyyən bir sahənin bir sıra müəssisələrini birləşdirən kapitalist inhisar birliyi formasıdır. Kartel inhisarın elə bir formasıdır ki, onun iştirakçıları istehsal vasitələri üzərində xüsusi mülkiyyət hüququnu saxlayır, istehsal ve satışı müstəqil həyata keçirirlər. Lakin onlar müəyyen şərtlər üzrə razılığa gəlirlər. Kartel iştirakçılarının hər biri üçün istehsalın həcmi (kvotası), satış qiyməti və satış bazarı üzrə razılığa gəlir. Kvotanı pozan kartelin kassasına cərimə ödəyir. == Kartelin növləri == Qiymət kartelləri — ümumi və ya ortaq qiymətin müəyyənləşdirilməsi əsasında formalaşır; Satış kartelləri — ümumi satış kanallarının müəyyənləşdirilməsi əsasında formalaşır; Qiymət təyin etmə kartelləri — istehsal və satışı müəyyənləşdirən amillərə məhdudiyyətlər qoyur; Müştəri kartelləri — bazarın və müştərilərin müəyyənləşdirilməsi əsasında formalaşır; Dövlətdaxili kartellər — dövlət daxilindəki bazarları bölmək məqsədilə formalaşır ; Dövlətlərarası kartellər — dövlət müəssisələri arasında rəqabəti aradan qaldırmaq məqsədilə formalaşır.
Kartli
Kartli (gürcücə: ქართლი) – Gürcüstanın şərq hissəsində yerləşən tarixi bölgəsidir. XV əsrdə Gürcüstan Krallığı parçalanmışdır. Bu parçalanmadan sonra, Kartli bölgəsi paytaxt şəhəri Tbilisi olmaqla ayrıca bir krallıq olmuşdur. Kartli vilayətinin mərkəzi şəhəri Tbilisi hesab olunur.
Kartof
Kartof (lat. Solanum tuberosum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Əsasən, Cənubi və Mərkəzi Amerikada bitən 200-dək yabanı və mədəni növü məlumdur. Mədəni halda 2 növü – geniş yayılmış Çili kartofu (S. tuberosum) və And kartofu (S. andigenum) var. Çili kartofu 3–6 gövdədən ibarət, hündürlüyü 50–80 sm olan koldur. Yarpağı təklələkvarı bölümlüdür. Kök yumrularının forması girdə, oval, uzunsov, ləti ağ, sarı, çəhrayı, qırmızı və göydür. Üzərində spiral istiqamətində 3–4 tumurcuğu olan gözcüklər yerləşir. Kartofun tərkibində orta hesabla 76,3% su, 23,7% quru maddə, o cümlədən 17,5% nişasta, 0,5% şəkər, 1–2% zülal, 1%-dək mineral duzlar, C, B1, B2, B6, PP, K vitaminləri və karotinoidlər var. Xalq təbabətində kartof şirəsindən vərəmin, tənəffüs orqanlarının, mədə yarasının, onikibarmaq bağırsağın müalicəsində də istifadə edilir.
Kartuli
"Kartuli" (qədim adı "lekuri") — gürcü xalq rəqsi. Qoşa ifa olunur. Azərbaycan rəqsi "qaytağı"ya yaxındır. Kartli və Kaxetidə təşəkkül tapmışdır. Musiqi ölçüsü 6/8-dir. İnstrumental ansamblının (tütək, zurna, doli) müşayiəti ilə ifa olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Kartuli // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров.
Kartura
Kartura (it. Cartura) — İtaliyada kommuna, Venesiya əyalətinin Paduya vilayətində yerləşir. Karturanın əhalisi 4075 nəfərdir, əhalinin sıxliğı hər km²-ə 255 nəfər təşkil edir. Ərazisi 16 km²-dir. Poçt indeksi - 35025, Telefon kodu - 049. Kartura kommunasının himayədarı Santa Maria Assunta hesab olunur. Hər il 15 sentyabrda Santa Maria Assuntanın şərəfinə bayram təşkil olunur. == Mənbə == AA.VV., Il Veneto paese per paese, Firenze, Bonechi, 2000, ISBN 88-476-0006-5.
Kürtün
Kürtün Gümüşxanə ilinin bir ilçesidir. Mərkəz ilçe əhalisi 3000-dən. Əhalisi köyleriyle birlikdə 12.500 adamdır. 1991-ci ildə ilçe olmuşdur. Xalqının əhəmiyyətli bir hissəsini Türkmen, Çepniler meydana gətirər.
Maratuz
MARATUZ — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd adı. == Toponimikası == Mənşəcə XIX əsrin əvvəllərində Naxçıvan ərazisində və Dərələyəzdə yaşamış kürd mənşəli (lakin mənbədə qeyd olunur ki, bu tayfa azərbaycanca danışır) Bozlu tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdən (Tart, Məmmədrzaqışlaq, Arınc, Ağkənd, Gidbaz. Gomuşxana, İstisu, Qaralar və) biridir. Toponimin mənşəyi barədə iki fikir ola bilər. 1. Ad türk dillərində məra "örüş yeri" və düz sözlərindən ibarətdir. Türk dillərində mar-"təpə" və atiz "iki arx arasında əkin yeri " sözlərindən ibarətdir.
Qartiz
Qartiz — Qubadlı rayonu ərazisində dağ. Bərgüşad sıra dağlarının cənub-şərq qurtaracağında zirvədir. Hündürlüyü 1277 m. Oronim qart (daş növü) və üz (örtük) komponentlərindən düzəlib, “qart daşı ilə örtülmüş” mənasındadır.
Tartus
Tərtus (ərəb. طرطوس‎) — Suriyada şəhər, eyniadlı mühafəzə, məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 25.480 ailədə 59.157 nəfəri kişilər və 56.612 nəfəri qadınlar olmaqla cəmi 115.769 nəfərdir.
Xartum
Xartum (ərəb. الخرطوم‎, Əl-Xartum) — Sudanın paytaxtı və ən böyük şəhəri. Şəhər Ağ Nil və Mavi Nil çaylarının qovuşmasında yerləşir. Əhalisi 2008-ci ilin hesablamalarına görə 639 598 nəfər, şəhərətrafı ilə birlikdə 5 274 321 nəfərdir. Şəhərin əsası 1821-ci ildə Misir hakimi Məhəmməd Əli Paşanın oğlu İbrahim Paşa tərəfindən qoyulmuşdur. Şəhərin arxitekturasında ərəb, şərq xarakteri üstünlük təşkil edir. Şəhərin mərkəzi hissəsi Mavi Nilin vadisi boyunca yerləşir. Burada, çayın sahilində dövlət başçısının iqamətgahı yerləşən Respublika sarayı ilə yanaşı, müxtəlif nazirliklərin və idarələrin binaları yerləşir. Bir qədər aralıda şəhərin ticarət — maliyyə mərkəzi hesab olunan Xartum Siti yerləşir. Mavi Nil üzərindəki müasir körpü vasitəsilə universitet şəhərciyinə, təbiət tarixi və etnoqrafiya muzeyinə getmək mümkündür.
Artiz
Artız — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsinlə qeyd edilmişdir. Toponim qədim türk dilində "ardıc, ardıc kolu" mə’nasında işlənən artız sözündən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Gehard qoyulmuşdur. == Əhalisi == Kənddə 1873-cü ildə 221 nəfər, 1886-cı ildə 267 nəfər, 1897-ci ildə 426 nəfər, 1904-cü ildə 293 nəfər, 1914-cü ildə 480 nəfər, 1916-cı ildə 466 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına mə'ruz qalaraq depertarsiya olunmuş, kənddə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.
Artur
Artur — Dünyada çox işlədilən ad və soyad. == Ədəbiyyatda == Kral Artur == Bu adı olan tanınmış insanlar == Artur Bleyk — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. Artur Braziliano Maya — Braziliya futbolçusu Artur Cefri — avstraliyalı şərqşünas Artur Con Robin Qorell Milner — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış britaniyalı alim. Artur de Qobino — Fransız yazıçı və diplomat. Artur Dryuri — FİFA prezidenti Artur Henderson — İngiltərənin Xarici İşlər Naziri Artur Keli — İngilis riyaziyyatçısı Artur Klark — İngilis fantastı, yazıçı Artur Konan Doyl — ingilis yazıçı, Artur Kostler — Macarıstanlı jurnalist, araşdırmaçı yazar və tarixçi. Artur Qayton — Amerika fizioloqu Artur Leist — alman yazıçısı. Artur Lenk — İsrailin Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri Artur Lyuis —iqtisadçı. Artur Makdonald — Kanadalı astrofizik. Artur Mas — Kataloniya əyalətinin 129-cu prezidenti. Artur Miller — ABŞ dramaturqu.
Artuş
Artuş (e. ə. II əsr – e.ə. 63) — erməni əsilli İberiya çarı. I Artaksiasın oğlu idi. Hakimiyyət dövrü boyu Romalılarla müharibə etmişdi. Eramızdan əvvəl 65-ci ildə Qney Pompeyə qarşı Armazi qalasını itirdi. 9000 əsgər öldürüldü, 10000 nəfər isə qul edildi. 2 il sonra kral vəfat etdi.
Artız
Artız — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsinlə qeyd edilmişdir. Toponim qədim türk dilində "ardıc, ardıc kolu" mə’nasında işlənən artız sözündən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Gehard qoyulmuşdur. == Əhalisi == Kənddə 1873-cü ildə 221 nəfər, 1886-cı ildə 267 nəfər, 1897-ci ildə 426 nəfər, 1904-cü ildə 293 nəfər, 1914-cü ildə 480 nəfər, 1916-cı ildə 466 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına mə'ruz qalaraq depertarsiya olunmuş, kənddə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.
Kargu
Kargu — Türkiyə istehsalı pilotsuz uçuş aparatı. Hazırlayan və istehsalçı - Türk Müdafiə Şirkəti (Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ). == Ümumi məlumat == Kargu hekikopter tipli kamikaze dronudur. 2017-ci ildən bəri Türk ordusunun arsenalına daxildir. 2019-cu ildən STM, təkmilləşdirilmiş Kargu-2 dronlarının istehsalına başlamışdır. 2020-ci ilin əvvəlində Türkiyə hökuməti bu tip 356 PUA alınması üçün müqavilə imzalamışdır. Kargu-2-nin çəkisi 15 kq ağırlığındadır. Eyni zamanda, Kargu-2 havada 30 dəqiqəyə qədər qalma qabiliyyətinə malikdir. İdarəetmə operator tərəfindən yerdən həyata keçirilir. Bu səbəbdən dron hərəkətdə olan obyektlər də daxil olmaqla istənilən hədəfə tərəf yönəldilə bilər.
Kariz
Kariz — İranın Rəzəvi Xorasan ostanının Taybad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,565 nəfər və 1,988 ailədən ibarət idi.
Karum
Karum (ticarət qəsəbəsi, tacir koloniyası) — Yaxın Şərq tarixinin qədim dövrünə aid termin. Mövcud ticarət yollarından mənfəət əldə etmək və mal mübadiləsində iştirak etmək üçün xarici şəhərdə qəsəbə və ya ticarət rayonu. Karumda yaşayan tacirlər çox vaxt yerli özünüidarəetmə və xüsusi imtiyazlardan istifadə edirdilər. Ən tanınmış karum II minilliyin əvvəllərində Anadoluda assuriyalılar tərəfindən qurulmuş Kaneş karumudur.
Karun
Karun — İranın ən şax-budaqlı və yalnız naviqasiya edilə bilən çayı. İran-İraq müharibəsindən sonra naviqasiya üçün istifadə ola bilmir. Əhvaz şəhərinin içməli suyu bu çaydan təmin olunur.
Elie Kartan
Elie Kartan (fr. Élie Joseph Cartan; 9 aprel 1869[…], Dolomyo, İzer (departament), Fransa – 6 may 1951[…], Paris, Sena[d], Fransa) — fransız riyaziyyatçısı. Bir fransız riyaziyatçısı olan Elie Kartan, 1869-cu ildə Dolomiyada anadan olmuşdur. 1912-ci ildə SorbonUniversitetində professor olmuşdur. 1924–1940-cı illərdə ali həndəsədən dərslər vermişdir. İşlərinin çoxu qruplar nəzəriyyəsinin analizi sahəsindədir. Arasıkəsilməz və sonsuz qrupların daxili ilə əlaqədar nəzəriyyəni və yeni dünyaların varlığı ilə əlaqədar ümumiləşdirmələr və kainat nəzəriyəsini hazırlamışdır. 1922-ci ildə ortaya çıxartdığı,heç əyri olmayan tamamilə paralel bir kainat anlayışı ən məşhur kəşflərdən sayılır.
Houard Karter
Houard Karter (9 may 1874[…] – 2 mart 1939[…], London) — İngilis arxeoloq və Misirşünas. Misirin Luksor şəhərindəki məşhur Krallar vadisində firon Tutanxamon türbəsini kəşf etməsi ilə məşhur olmuşdur. Buna baxmayaraq Misirdən uzaqda ölmüş və cənazəsində yalnız Xanım Evelyn iştirak etmişdir. == Bioqrafiyası == Houard Karter 1874-cü ildə İngiltərənin paytaxtı Londonun Kensington regionunda anadan olub. Atası istedadlı bir sənətçi Samuel Karter, anası Marta Coys (Sands) olmuşdur. Uşaqlığının çox hissəsini Norfolkun Suafhem şəhərində keçirmişdir. Misirdə arxeoloji tədqiqatlar aparan və F. Petrienin "Tell el-Amarna" qazıntılarında (1892) iştirak edən Houard Karter, Misir hökuməti tərəfindən antik abidələrin müdiri olaraq təyin edilmişdir. Thebes qazıntılarında iştirak etmiş (1910) və Misir kraliçası Hatshepsutun türbəsinin kəşf edilməsində mühüm rol oynadıqdan sonra, Thebesdəki Krallar vadisini tədqiq etmək üçün Lord Carnarvon ilə əməkdaşlıq etmiş və uşaq kral olan Tutanxamonun məzarını kəşf etmişdir (1922). Ancaq bu kəşfdən sonra bir sıra xoşagəlməz hallarla üzləşdi. Misir mətbuatı Times jurnalına verdiyi imtiyazlara görə onu sevmirdi.
Hovard Karter
Houard Karter (9 may 1874[…] – 2 mart 1939[…], London) — İngilis arxeoloq və Misirşünas. Misirin Luksor şəhərindəki məşhur Krallar vadisində firon Tutanxamon türbəsini kəşf etməsi ilə məşhur olmuşdur. Buna baxmayaraq Misirdən uzaqda ölmüş və cənazəsində yalnız Xanım Evelyn iştirak etmişdir. == Bioqrafiyası == Houard Karter 1874-cü ildə İngiltərənin paytaxtı Londonun Kensington regionunda anadan olub. Atası istedadlı bir sənətçi Samuel Karter, anası Marta Coys (Sands) olmuşdur. Uşaqlığının çox hissəsini Norfolkun Suafhem şəhərində keçirmişdir. Misirdə arxeoloji tədqiqatlar aparan və F. Petrienin "Tell el-Amarna" qazıntılarında (1892) iştirak edən Houard Karter, Misir hökuməti tərəfindən antik abidələrin müdiri olaraq təyin edilmişdir. Thebes qazıntılarında iştirak etmiş (1910) və Misir kraliçası Hatshepsutun türbəsinin kəşf edilməsində mühüm rol oynadıqdan sonra, Thebesdəki Krallar vadisini tədqiq etmək üçün Lord Carnarvon ilə əməkdaşlıq etmiş və uşaq kral olan Tutanxamonun məzarını kəşf etmişdir (1922). Ancaq bu kəşfdən sonra bir sıra xoşagəlməz hallarla üzləşdi. Misir mətbuatı Times jurnalına verdiyi imtiyazlara görə onu sevmirdi.
Kaltur Semyonov
Kaltur Semyonov (1750 – 1850) — xalq mahnılarının müəllifi. == Həyatı == Kaltur Semyonov barəsində dövrümüzədək məlumatlar gəlib çatmamışdır, amma onun 1808–1811-ci illər vəba epidemiyası zamanı ailəsini itirdiyini, bu hadisəyə poema həsr etməsi barədə məlumatlar vardır. Hətta onun xalq arasında yayılmış bir neçə xalq mahnısı da toplanmış və nəşr edilmişdir.