Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kassa aparatı
Kassa aparatı (it. cassa — yeşik) — Pul, qiymətli kağızları saxlamaq üçün yeşik, sandıq. == Tarix == Tacirlər uzun əsrlər boyu öz gəlirlərini dəqiqliyi ilə təyin edə bilmirdilər. Müəssisə sahibi heç bir halda öz satıcılarını dürüst olmağa məcbur edə bilmirdi. Bu isə satıcılar tərəfindən gəlirin mənimsənilməsinə gətirib çıxarırdı. Amerikanın Ohayo ştatı, Deyton şəhərində kiçik kafeyə sahib olan Ceyms Ritti də eyni bu vəziyyət ilə üzləşir. Bir gün o təəccüblənməyə başlayır: Kafeyə kifayət qədər müştəri gəldiyi halda, biznes gəlir gətirmirdi. Belə aydın olur ki, bunun əsas səbəbi bufet işçilərinin kiçik oğurluqlarıdır. Problemin həlli isə qəfil olaraq peyda oldu. Məyus Ritti Avropaya istirahətə yollanır və gəminin göyərtəsində gəzərkən maşın bölməsinə daxil olur.
Seyf kassa
Seyf, genəlliklə daha iri bir seyf və ya bank kasasında qorunan şəxsi əşyaların saxlandığı depozit qutusu kimi bilinir. Seyf qutuları əsasən bank filiallarında, poçt şöbələrində və ya digər müəssisələrdə mövcuddur. Bu qutular, qiymətli daşlar, qiymətli metallar, valyuta, satıla bilən qiymətli kağızlar, dəbdəbəli mallar, vəsiyyətnamələr, əmlak aktları və ya doğum haqqında şəhadətnamələr kimi əhəmiyyətli əşyaların saxlanması üçün istifadə olunur. Seyf qutuları, hırsızlıq, yanğın, müdaxilə və ya digər təhlükələrdən qorunmaq üçün təyin olunmuşdur.
Hassa
Hassa — Hatay ilində ilçə.
Kaska
Dəbilqə və ya kaska — başı yaranmış təhlükələrdən, əsasən yaralanma və zədələnmələrdən qoruyan baş geyimi. Dəbilqə, əsasən, zərbəyə davamlı materiallardan hazırlanır. Ondan müxtəlif sahələrdə (idmanda, işdə və s.) istifadə edirlər.
Kassia
Kassia— 805/810-865 Bizanslı başrahibə, şair, bəstəkar və ilahi müəllifi. Kassia əsərləri itmədən və zədələnmədən günümüzə qədər gəlib çatmış nadir orta əsr bəstəkarlarından biridir. Əsərləri hələ də müasir bəstəkarlar tərəfindən şərh olunur. Dəqiq sayı bilinməsə də təxminən əlli(50) bəstəsi günümüzə qədər gəlib çatmışdır. Bəzi mənbələrdə əllidən çox kompozisiyası olduğu bildirilir, lakin zaman keçdikcə bunlar itirilir və ya fərqli kompozisiyalara çevrilir. Kassia əsərləri günümüzə qədər qalan dünyanın tanınmış ilk qadın bəstəkarıdır. Doğum:810- cu il Konstantinopol Ölüm:865- ci il Çoban Adası Bütün bu Allah tərzi kompozisiyalarına əlavə olaraq, rituallarla heç bir əlaqəsi olmayan 800-ə yaxın beytə bənzər aforizm və aforizmlər bu günümüzə qədər gəlib çatmışdır. Kassiya orta əsr bizans dövründə özünə ad qoyan iki qadından biridir. Digəri isə Annadır. == Adı == Kassia adı Yunan adıdır, latın adının bir az daha qadın forması == Təhsili == Atası bizans sarayında yüksək rütbəli zabit olduğuna görə, yüksək səviyyəli ailələrin ənənələrinə uyğun olaraq xüsusi təhsil aldı.Fəlsəfə və ilahiyyat təhsili == Dini məlumat == Hər il 7 sentyabrda Pravoslav Kilsəsi tərəfindən dini bayram keçirilir.
Massa
Massa — İtaliyanın Toskana regionunda şəhər.
Kasta
Kasta — İspan Amerikası və Filippində müstəmləkə dövründə İspan elitası tərəfindən yaradılmış və 17–18-ci əsrlərdə rəsmi olaraq mövcud olan iyerarxik irqi təsnifat sistemidir, hələ də fəal şəkildə istifadə olunur.
Assa
Assa Tiflis quberniyasının Tioneti qəzasında çay adı. == Toponimkası == Assa - Tiflis quberniyasının Tioneti qəzasında çay adı. Dağıstanın Qunib dairəsində Assa kənd adı (yenə orada) ilə ehtimal ki, eynidir. Türk dillərində as "çayın ağzı" sözündəndir.
Kasa
Kasa (bürc) — Göyün cənub yarımkürəsində bürc. Kasa (mətbəx) — Yemək yemək üçün istifadə olunan qab.
Fassa vadisi
Fassa vadisi— İtaliyanın şimalında Trento əyalətində Dolomitdə vadi. İnzibati baxımdan vadi Trentonun bələdiyyədir (Italyan dilində: Comunità di valle, alman dilində: Talgemeinschaft), "Region Comun General de Fascia" adlanır. Fassa vadisi Trentoda əhalinin əsas hissəsini təşkil edən Ladin bələdiyyəsinin vətənidir.
Fazil Kassam
Fazil Kassam (5 avqust 1985) — Kanadanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Fazil Kassam Kanadanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub.
Felipe Massa
Felipe Massa (port. Felipe Massa; 25 aprel 1981, San Paulo) — Braziliyalı yarış sürücüsü, Formula-1 pilotu, 2008 mövsümünün vitse çempionu.
Ferrer Bassa
Ferrer Bassa (kat. Ferrer Bassa; d. 1285 — ö. 1348) — katalan qotika rəssamı və miniatüristi. Yaradıcılığı XIV əsrə düşür. İki sənədə görə Bassa Sidjes şəhərində iki kapella üzərində işləyirmiş. On il sonra Araqonlu IV Alfons üçün işləməyə başlamışdır və "Barselonanın adətləri" və "Kataloniya kostyumları" əlyazmaları üçün fransız və Siena təsiri altında miniatür əsərlər hazırlamışdır. Onun fəaliyyəti Araqonlu IV Pedronun hakimiyyəti dövründə artmışdır. 1344-cü ildə Barselona kral kapellasında "İsa və Bakirə" əsərini tamamlamışdır. Günümüzə qədər çatan əsas işi Pedralbes monastırındakı Müqəddəs Mixael kapellasındakı divar rəsmləridir.
Gizela Kossa
Kasia Mos
Katarjina "Kasia" Mos (pol. Katarzyna "Kasia" Moś, d. 3 mart 1987, Ruda Slyoska, Polşa) — Polşa müğənnisi, bəstəkarı və rəqqasəsi. O, 2011-ci ildə Amerikanın məşhur The Pussycat Dolls qrupunun üzvü olmuşdur. 2012-ci ildə Kasia Polşanın Must Be the Music musiqi yarışmasında iştirak edərək, üçüncü yeri qazanmışdır. Müğənni "Flashlight" mahnısı ilə Polşanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Kasia Mos 3 mart 1987-ci ildə Polşanın Ruda Slyoska şəhərində, Aukso orkestrinin dirijoru Marek Mosun ailəsində dünyaya göz açmışdır. Erkən yaşlarından musiqi ilə maraqlanan Kasia Polşanın Bıtom şəhərində yerləşən Frederik Şopen adına musiqi məktəbində təhsil almış və orada violonçel və pianoda ifa etməyi öyrənmişdir. O eyni zamanda Katovitse şəhərində yerləşən Karol Şımanovski adına musiqi akademiyasında caz və müasir musiqi janrında təhsil almışdır. Musiqi karyerasına başlamazdan öncə Kasia 15 yaşında ikən vokal dərsləri almağa başlamışdır.
Kasta sistemi
Hindistan tarixi deyildiyində ağlımıza ilk gələn mövzulardan biri olan kasta sistemi 1975-ci ildə faktiki olaraq aradan qaldırıldı, amma Bollivud filmlərində də sıx-sıx rastlaşdığımız kimi hələ də ölkənin ucqar bölgələrində həyata keçirilir. Kasta sistemi endoqamiya (qohum evliliyi) əsasına görə xarakterizə edilən sosial təbəqələmənin bir formasıdır. "Kasta" termini portuqalca olub "saf soy" anlamındadır və təbəqə ayrılıqlarına dayanır. Kasta sisteminin özünü "Varna" və "Cati"olaraq ikiyə ayıra bilərik. Varna kastanın ən üst 4 təbəqəsini ifadə edir (Brahman, Kşatri, Vayşi, Şudra). Varna insanların toplumun hansı təbəqəsində olduğunu müəyyənləşdirərkən, Cati isə insanların necə həyat tərzi yaşamağa müqəddər olduğunu, hansı peşəylə məşğul olacağını, necə bir hüquqa və ictimai nizama tabe olacaqlarını müəyyənləşdirən ikinci faktordur. Kasta içərisində "yüksəklik və əsalət" baxımından "pilləli" bir zəncir söz mövzusudur. Maraqlı olan bir durum isə bu sistem içərisində "zənginliyə" dayalı bir ayrımın olmamasıdır. Yəni bir insan doğumundan ölümünə qədər eyni kasta içərisində yer alır. == Varna təlimi == Kasta sistemini ayaqda tutan ən önəmli faktor "Varna" təlimidir.
Kaşka (Askın)
Kaşka (başq. Ҡашҡа, rus. Кашкино) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kaşka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 40 km, ən yaxın dəmiryol stansiyasından (Çernuşka stansiyası): 147 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (98 %) üstünlük təşkil edir.
Layoş Kaşşak
Layoş Kaşşak (mac. Kassák Lajos; 21 mart 1887, Erşekuyvar — 22 iyul 1967, Budapeşt) — macar şair, siyasətçi, rəssam, avanqardın nəzəri mütəxəssisi, tərcüməçi, jurnalist, memar və yazıçı. O, macar ədəbiyyatında işçi sinfinə mənsub olan ilk yazıçılardan biridir. Öz üzərində işləməklə sosialist hərəkatı çərçivəsində yazıçı olan Kaşşak 1900-cü illərin əvvəllərində Budapeştin radikal intellektual mədəniyyəti üçün əhəmiyyət kəsb edən jurnallar dərc etdirmişdir. Tam olaraq tək başına hər hansı avanqard cərəyanının nümayəndəsi kimi bilinməsə də, ekspressionizm, futurizm və dadaizmin elementlərini qəbul edirdi. == Həyatı == Layoş Kaşşak Avstriya-Macarıstanın Erşekuyvar şəhərində (indiki Nove Zamki, Slovakiya) anadan olub. Atası əczaçı köməkçisi, anası isə camaşırxana işçisi olub. Valideynləri onun ali təhsil almasını istəsələr də, Kaşşak təhsilini dayandırıb çilingər köməkçisi kimi işləməyə başlayır. Bacısı Erji Uyvari Şandor Barta ilə ailə həyatı qurmuşdur. == Fəaliyyəti == 1904-cü ildə Kaşşak Budapeştə köçmüş və şəhər kənarında fabriklərin birində işləməyə başlamışdır.
Massa Marittima
Massa Marittima — İtaliyanın Toskana regionunda şəhər.
Meri Kassat
Meri Stivinson Kassat (ing. Mary Stevenson Cassatt; 22 may 1844[…] – 14 iyun 1926[…]) — amerikalı rəssam və qrafik idi. Meri Kassat Allegeni şəhəri, Pensilvaniyada (indi Pittsburqun Şimalının bir hissəsi ), işində nailiyyətləri olan bir dəllalın - Robert Kassatın və bankir olan Ketrin Kelso Constonın qızı olaraq dünyaya gəlmişdir. Anası oxunmuş və enerjili bir qadın idi. Onun gələcək rəssamın dünyagörüşünün formalaşmasında böyük rolu olmuşdur. Fransız jurnalist Qustav Jefrua tərəfindən Mari Brakemon və Berta Marizo ilə yanaşı, Meri Kassat da impressionizmin "Üç əzəmətli xanımı"-ndan ( les trois grandes dames) biri hesab edilmişdir. 1879-cu ildə Dieqo Martelli onu Deqasla müqayisə etdi, çünki hər ikisi ən müasir şəkildə hərəkət, işıq və dizaynı təsvir etməyə çalışırdılar. Orta səviyyədən bir ailədə doğulmuşdur: Atası Robert Simpson Kassat dəllal və torpaq möhtəkiri idi. O, 1662-ci ildə Yeni Amsterdama gələn Fransız Hugenat Jak Kossartın nəslindən gəlir. Anası Ketrin Kelso Conston bankir ailəsindən idi.
Quram Kaşia
Quram Kaşia (gürc. გურამ კაშია; 4 iyul 1987[…], Tbilisi) — Gürcüstanın "Slovan Bratislava" klubunun və Gürcüstan milli futbol komandasının futbolçusu. Kaşia karyerasına "Dinamo Tbilisi" klubunda başlayıb. 2006-cı ildən 2010-cu ilədək olan dövrdə Quram klubun heyətində 91 oyun keçirib və 12 qol vurub. O, klubun heyətində iştirak etdiyi sonuncu mövsümdə Gürcüstan çempionatında 33 matçda oynayıb və 8 qol vurub. Kaşia 2010-cu il avqustun sonunda Niderlandın "Vitess" klubuna transfer olunub, o zaman klubun prezidenti milliyətcə gürcü olan Merab Jordaniya idi. O, klubun heyətində debüt oyununa sentyabrın 18-də "NAK Breda" ilə oynanılan görüşdə çıxıb. Bu oyunun əvvəlində klubun əsas heyət oyunçusu olan Frank van der Streyk isinmə hərəkətləri zamanı özünü pis hiss etdiyindən, Quram bu oyunda onun əvəzinə start heyətində çıxmışdır. 2011-ci il martın 29-da Kaşiya "Vitess" ilə olan müqaviləsinin müddətini 2013-cü ilədək artırmışdır. 2011–2012-ci illər mövsümü öncəsi Quram klubun kapitan sarğısını alıb.
Dion Kassi
Lusi Klavdi Kassi Dion Koksean (və ya Kokkeyan), həmçinin sadəcə Dion Kassi və ya Kassi Dion (q.yun. Δίων ὁ Κάσσιος, lat. Lucius Claudius Cassius Dio Cocceianus; ən tezi 155 və ən geci 164, Nikeya[d], Qədim Roma[…] – ən tezi 229 və ən geci 235, Nikeya[d][…]) — yunan əsilli Roma konsulu və tarixçisi. O, Eneyin İtaliyaya gəlişindən tutmuş Roma imperatoru Aleksandr Severin hakimiyyətinə qədərki dövrü əhatə edən 80 kitabda "Roma tarixi"nin müəllifidir. Qədim yunan dilində yazılmış əsərin yarıdan çoxu bütünlüklə və ya əhəmiyyətli çıxarışlarla günümüzə qədər gəlib çatmışdır. == Həyatı == Lusi Klavdi Kassi Dion Koksean II əsrin ortalarında Nikeyada, yunan əsilli ailədə anadan olmuşdur. O, 180-ci ildə Romaya köçmüşdür. Dion Kassi burada senator olmuş və Aleksandr Sever hakimiyyəti altında Afrikanın prokonsulu, Dalmatiya və Yuxarı Pannoniyada imperator legatı kimi xidmət etmişdir. O, 229-cu ildə ikinci dəfə konsul olmuşdur. Dion Kassinin özünün dediyinə görə, yuxuda gördüyü "demon" onu tarixi əsər yazmağa sövq etmişdir.
Kassi Dion
Lusi Klavdi Kassi Dion Koksean (və ya Kokkeyan), həmçinin sadəcə Dion Kassi və ya Kassi Dion (q.yun. Δίων ὁ Κάσσιος, lat. Lucius Claudius Cassius Dio Cocceianus; ən tezi 155 və ən geci 164, Nikeya[d], Qədim Roma[…] – ən tezi 229 və ən geci 235, Nikeya[d][…]) — yunan əsilli Roma konsulu və tarixçisi. O, Eneyin İtaliyaya gəlişindən tutmuş Roma imperatoru Aleksandr Severin hakimiyyətinə qədərki dövrü əhatə edən 80 kitabda "Roma tarixi"nin müəllifidir. Qədim yunan dilində yazılmış əsərin yarıdan çoxu bütünlüklə və ya əhəmiyyətli çıxarışlarla günümüzə qədər gəlib çatmışdır. == Həyatı == Lusi Klavdi Kassi Dion Koksean II əsrin ortalarında Nikeyada, yunan əsilli ailədə anadan olmuşdur. O, 180-ci ildə Romaya köçmüşdür. Dion Kassi burada senator olmuş və Aleksandr Sever hakimiyyəti altında Afrikanın prokonsulu, Dalmatiya və Yuxarı Pannoniyada imperator legatı kimi xidmət etmişdir. O, 229-cu ildə ikinci dəfə konsul olmuşdur. Dion Kassinin özünün dediyinə görə, yuxuda gördüyü "demon" onu tarixi əsər yazmağa sövq etmişdir.
Kasa (bürc)
Kasa (lat, Crater) Göyün cənub yarımkürəsində bürc. Ən parlaq ulduzu 3.6 vizual ulduz ölçülüdür. Azərbaycan ərazisində yazda görünür.
Kasa (dəqiqləşdirmə)
Kasa (bürc) — Göyün cənub yarımkürəsində bürc. Kasa (mətbəx) — Yemək yemək üçün istifadə olunan qab.
«Кара-коюнлу» (ковёр)