Layoş Kaşşak

Layoş Kaşşak (mac. Kassák Lajos; 21 mart 1887, Erşekuyvar — 22 iyul 1967, Budapeşt) — macar şair, siyasətçi, rəssam, avanqardın nəzəri mütəxəssisi, tərcüməçi, jurnalist, memaryazıçı. O, macar ədəbiyyatında işçi sinfinə mənsub olan ilk yazıçılardan biridir. Öz üzərində işləməklə sosialist hərəkatı çərçivəsində yazıçı olan Kaşşak 1900-cü illərin əvvəllərində Budapeştin radikal intellektual mədəniyyəti üçün əhəmiyyət kəsb edən jurnallar dərc etdirmişdir.

Layoş Kaşşak
mac. Kassák Lajos
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (80 yaşında)
Vəfat yeri
Dəfn yeri Farkaşreti Məzarlığı
Həyat yoldaşı Yolan Simon
Fəaliyyəti şair, siyasətçi, rəssam, tərcüməçi, jurnalist, memar, yazıçı, boyakar[d], qrafika ustası[d], esseist
Partiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tam olaraq tək başına hər hansı avanqard cərəyanının nümayəndəsi kimi bilinməsə də, ekspressionizm, futurizmdadaizmin elementlərini qəbul edirdi.

Layoş Kaşşak Avstriya-Macarıstanın Erşekuyvar şəhərində (indiki Nove Zamki, Slovakiya) anadan olub. Atası əczaçı köməkçisi, anası isə camaşırxana işçisi olub. Valideynləri onun ali təhsil almasını istəsələr də, Kaşşak təhsilini dayandırıb çilingər köməkçisi kimi işləməyə başlayır. Bacısı Erji Uyvari Şandor Barta ilə ailə həyatı qurmuşdur.

MA jurnalının Vyanadakı əməkdaşları: Bortnyik Şandor, Uitz Bela, Uyvari Erji, Simon Andor, Kaşşak Layoş, Simon Yolan, Barta Şandor (1922).
Rəssam Nemeş-Lampert Yojefin "Layoş Kaşşakın portreti" adlı əsəri (1917).

1904-cü ildə Kaşşak Budapeştə köçmüş və şəhər kənarında fabriklərin birində işləməyə başlamışdır. Həmkarlar ittifaqı hərəkatına qatılmış və bir neçə tətil təşkil etmişdir. 1905-ci ildə tətillər təşkil etdiyinə görə bir neçə dəfə işdən qovulmuşdu.

1907-ci ildə piyada və pulsuz Parisə yola düşüb; həmin dövrdə şəhər Şərqi Avropadan gələn rəssamları və ziyalıları cəlb edirdi. 1910-cu ildə isə ölkədən çıxarılaraq Macarıstana gətirildi. Bu səfərdən olan xatirələrini daha sonra 1927–1935-ci illərdə dövri olaraq, 1937-ci ildə isə bir kitab kimi dərc olunmuş "Bir insanın həyatı" (mac. Egy ember élete) adlı tərcümeyi-halında qələmə almışdır.

Rəsmi təhsili və yetərli yazı bacarığı olmasa da, Kaşşak böyük həvəslə əsərlərini dərc etməyə başladı. Onun ilk şeiri 1908-ci ildə nəşr olunmuşdur və 1912-ci ildə "Életsiratás" adlı ilk qısa hekayələr toplusu dərc edilmişdir. 1915-ci ildə "Vaqner maskasında epos" (mac. Éposz Wagner maszkjában) adlı ilk şeirlər kolleksiyası nəşr etdirmişdir. Həmin il, Fəaliyyət (mac. A Tett) adlı ilk jurnalının dərcinə başlamış, lakin tezliklə jurnala senzura qoyulmuş və "pasifist" olduğuna görə qadağan edilmişdi. O, öz jurnallarında fəaliyyətini dəstəklədiyi Səkkiz adı ilə tanınan bir qrup rəssamın da daxil olduğu intellektual hərəkatın üzvü idi. Kaşşak Budapeştdə ikən MA jurnalına başlamış, daha sonra jurnal Vyanada dərc olunmuşdur.

1919-cu ildə Macarıstan Sovet Respublikasının dövründə xüsusi Yazıçılar Direktoratına üzv oldu. Respublika lideri Bela Kun ilə kəskin mübahisədən sonra bolşevizmdən uzaqlaşdı və həmişə solçu qaldı. O, heç vaxt sosial məsuliyyətli bir şəxs və bir sənətçi arasında fərq qoymurdu; onun sənəti "sosialist adam" ifadəsinin bir hissəsi idi. Macarıstan Sovet Respublikası dağıldıqdan sonra Vyanaya köçüb. Burada o, ikinci jurnalı olan MA-nın ("Bu gün" və ya "Macar Aktivizmi" (mac. Magyar Aktivizmus)[3]) nəşrini davam etdirib. O, həmçinin, Laslo Moxoy-Nacın Berlindən onun üçün material toplayaraq ona kömək edəcəyi bir layihə olan Buch neuer Künstler adlı bir antologiya dərc etdirmişdi.

Bununla belə, 1922-ci ilin mayında Bela Uitz ve Aladar Komyat, Kaşşakı tənqid edən rəqib jurnal Egységin ilk nömrəsini yayımladı.[4]

1926-cı ildə Kaşşak Macarıstana qayıtdı. O, burada da fəaliyyətini davam etdirir və Munka (İş) (1927–1938) və Dokumentum (Sənəd) (1927) kimi jurnalların dərci və redaktəsi ilə məşğul olur; hər iki jurnal müstəqil solçu avanqard jurnal idi. Onun tərcümeyi-halı — Egy ember élete (Bir insanın həyatı) 1923-cü və 1937-ci illər arasında Macarıstan ədəbi jurnalında — Nyuqatda dövri olaraq bölmələrlə nəşr olunmuşdur. Kitab kimi nəşr olunduqdan sonra, Macarıstan Sovet Respublikası ilə bağlı fəsillərindən ötəri Kaşşak cinayət təqibinə məruz qalmışdı.

O, əsərlərini müntəzəm olaraq solçu qəzetlərdə nəşr etdirirdi. 1945-ci ildən 1947-ci ilədək o, sonralar qadağan olunduqda bağlanmış Kortárs (Müasir) jurnalını redaktə edib. 1947-ci ildə kommunistlər Macarıstan hökumətini ələ keçirdikdən sonra Layoş siyasi vəzifələrə geri döndü. O, Sosial Demokrat Partiyasının İncəsənət Komissiyasının rəhbəri təyin edildi. 1948-ci ildə millət vəkili oldu. Bir il sonra o, Parlamentdə yerini dəyişdirmək məcburiyyətində qalmışdı, sonra isə istefa vermişdi və nəhayət siyasi mühitin dəyişməsilə təqaüdə çıxmışdı.

1953-cü ildə Kaşşak Partiyanın mədəni siyasətini tənqid etdi və partiyadan qovuldu. Buna görə də illərlə ona jurnal dərc etməyə icazə verilmədi. Bu vəziyyət 1956-cı ilədək — dövrün nüfuzlu təşkilatı olan Yazıçılar Birliyində sədr seçilənə qədər davam etdi. 1957-ci ildən Partiyanın mədəni senzurası ilə praktiki olaraq da susdurulan Kaşşaka ölümünə qədər səyahət etmək, sərgi nümayiş etdirmək və dərc etməyə icazə verilmədi. Ancaq hətta susqunluğu ilə o, Macarıstanda və beynəlxalq səviyyədə çox sayda sənətkara təsir edə bilmişdi.

Kaşşak ədəbi Macar avanqardının əsas siması və işçi sinfindən ilk şair/yazıçı/rəssamlardan biri hesab olunur. Tarixi avanqard hərəkatları ilə bağlı fikirləri bölgənin qavrayışına və bədii istehsalına təsir etmişdi. Onun MA ("Bu gün")Tett ("Sənəd") jurnallarının geniş izləyici kütləsi vardı. O, beynəlxalq konstruktiv hərəkatın təsirinə məruz qalmış və bir neçə manifest vermişdir: Képarchitektúra ("Rəsm arxitekturası", 1922), Vissza a kaptafához ("Təməllərə dönüş", 1923), and A konstruktivizmusról ("Konstruktivizm haqqında", 1922).

Bir çox üslub və ya hərəkatla əlaqədə olduğu üçün, sənət tarixçilərinin əksəriyyəti onu "aktivist" adlandırır, bu ifadə bədii istehsalın sosial cəhətdən məşğul olduğu üslubu əks etdirir. Sosial bərabərlik dünyasını yaratmaq üçün müasir quruluş tərəfindən həyata keçirilməli olan funksionallıq və sosial effektivlik onun əsərlərinin əsas xüsusiyyətləridir.

Onun əsərlərinə fiqurlu şeirlər, bilbordlar, dizayn, romanlar və rəsm əsərləri daxildir və ekspressionizm, dadaizm, futurizm, sürrealizmkonstruktivist tendensiyaların təsirini özündə əks etdirir.

Képarchitektúra

[redaktə | mənbəni redaktə et]

Képarchitektúra və ya Rəsm Arxitekturası ilk dəfə 1921-ci ilin sonlarında Kaşşak tərəfindən pamfletdə əks edilmişdir. Manifest MA 7-nin 4-cü nömrəsində ((mart 1922), s. 52–54) təkrar çap edilmişdir.[5]

  • Layoş Kaşşak muzeyi, Budapeşt şəhərinin şimalındakı Obuda qəsəbəsində, Kaşşakın sonuncu yaşayış yerinin yaxınlığında yerləşir və onun həyat və fəaliyyətinə aid təxminən 20.000 ədəd eksponat var.
  • "Hər yaxşı işin atası narazılıq, anası isə çalışqanlıqdır."
  1. 1 2 Hungarian National Namespace. 2019.
  2. Кашшак Лайош // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. "MA - Monoskop". monoskop.org (ingilis). Monoskop. 22 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2018.
  4. Botar, Oliver A. I. "From Avant-Garde to "Proletkult" in Hungarian Emigre Politico-Cultural Journals, 1922-1924". Art and journals on the political front, 1910-1940. 1997: 100–141.
  5. Tóth, Edit. "From Activism to Kinetism: Modernist Spaces in Hungarian Art, 1918-1930. Budapest – Vienna – Berlin". psu.edu. The Pennsylvania State University. 19 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 November 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]