Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kasset bombası
Kasset bombası və ya çoxluqlu bomba, “bomba içindəki bomba” olaraq bilinən bir silah növüdür. Bomba havada açılır və içindəki kiçik bombalar dağılaraq partlayır və bu səbəbdən təsir sahəsi çox genişdir. Dünyada 19 Aprel günü, Beynəlxalq Kasset Bombalarına Qarşı Fəaliyyət Günü olaraq müəyyən fəaliyyətlərlə qeyd edilir.
Kassiya
Kassiya (lat. Cassia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Kareta
Kareta — kiçik və yumşaq nəqliyyat növü. == Ümumi məlumat == Şərəban və Dilicana nisəbətən kareta kiçik və yumşaq nəqliyyat növü idi. Altı nəfərə qədər sərnişin götürə bilən kareta Azərbaycanda ancaq Bakı şəhərində işlədilmişdir.
Kassel
Kassel — Almaniyanın Hessen vilayətindəki universitet şəhəri. Fulda (d) çayı sahillərində.
Kassia
Kassia— 805/810-865 Bizanslı başrahibə, şair, bəstəkar və ilahi müəllifi. Kassia əsərləri itmədən və zədələnmədən günümüzə qədər gəlib çatmış nadir orta əsr bəstəkarlarından biridir. Əsərləri hələ də müasir bəstəkarlar tərəfindən şərh olunur. Dəqiq sayı bilinməsə də təxminən əlli(50) bəstəsi günümüzə qədər gəlib çatmışdır. Bəzi mənbələrdə əllidən çox kompozisiyası olduğu bildirilir, lakin zaman keçdikcə bunlar itirilir və ya fərqli kompozisiyalara çevrilir. Kassia əsərləri günümüzə qədər qalan dünyanın tanınmış ilk qadın bəstəkarıdır. Doğum:810- cu il Konstantinopol Ölüm:865- ci il Çoban Adası Bütün bu Allah tərzi kompozisiyalarına əlavə olaraq, rituallarla heç bir əlaqəsi olmayan 800-ə yaxın beytə bənzər aforizm və aforizmlər bu günümüzə qədər gəlib çatmışdır. Kassiya orta əsr bizans dövründə özünə ad qoyan iki qadından biridir. Digəri isə Annadır. == Adı == Kassia adı Yunan adıdır, latın adının bir az daha qadın forması == Təhsili == Atası bizans sarayında yüksək rütbəli zabit olduğuna görə, yüksək səviyyəli ailələrin ənənələrinə uyğun olaraq xüsusi təhsil aldı.Fəlsəfə və ilahiyyat təhsili == Dini məlumat == Hər il 7 sentyabrda Pravoslav Kilsəsi tərəfindən dini bayram keçirilir.
Kasta
Kasta — İspan Amerikası və Filippində müstəmləkə dövründə İspan elitası tərəfindən yaradılmış və 17–18-ci əsrlərdə rəsmi olaraq mövcud olan iyerarxik irqi təsnifat sistemidir, hələ də fəal şəkildə istifadə olunur.
Antonio Kasseze
Antonio Kasseze (it. Antonio Cassese; 1 yanvar 1937, Atripalda, İtaliya krallığı – 21 oktyabr 2011, Florensiya) — italyan hüquqşünas, beynəlxalq hüquq üzrə mütəxəssis. Keçmiş Yuqoslaviya Beynəlxalq Tribunalının prezidenti (1993-1997), Livan Xüsusi Tribunalının Prezidenti (2009-2011). == Bioqrafiyası == Atripalda anadan olub, Pisa Universitetinin Hüquq fakültəsini bitirib. 1972-1974-cü illərdə bu universitetdə beynəlxalq hüquq professoru olmuşdur. 1975-2008-ci illərdə Florensiya Universitetinin professoru. Erasmus mükafatı laureatı. Antonio Cassese beynəlxalq strukturlarda geniş təcrübəyə malikdir. 1984-1988-ci illərdə Avropa Şurasının İnsan hüquqları üzrə Rəhbər Komitəsinin üzvü və sədri, 1989-1993-cü illərdə Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsinin üzvü və sədri olmuşdur. 1993-1997-ci illərdə keçmiş Yuqoslaviya Beynəlxalq Tribunalının prezidenti vəzifəsində çalışıb.
Borucuqlu kassiya
Borucuqlu kassiya (lat. Cassia fistula) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin kassiya cinsinə aid bitki növü. == Sinonimlər == Bactyrilobium fistula' Willd. Cassia bonplandiana DC. Cassia excelsa Kunth Cassia excelsa Schrad. is a synonym of Senna spectabilis var. excelsa Cassia fistuloides Collad. Cassia rhombifolia Roxb. Cathartocarpus excelsus G. Don Cathartocarpus fistula Pers.
Ensizyarpaq kassiya
Kassada müvəffəqiyyətsizlik
Kassada müvəffəqiyyətsizlik, kassa müvəffəqiyyətsizliyi, kassada iflas, kassa iflası, kassada çöküş, kassa çöküşü, kassada batma, kassa batışı və ya kassada partlama — teatr buraxılışlarında gəlir gətirməyən və ya son dərəcə müvəffəqiyyətsiz hesab edilən filmlər üçün istifadə olunan termindir. Texniki cəhətdən istehsalına, bazara çıxarılmasına və yayılmasına xərclənən vəsaitin gətirdiyi gəlirindən çox olan hər hansısa bir film “müvəffəqiyyətsiz” hesab olunsa da, bu termin ən çox müvəffəqiyyətli olacağı gözlənilən, geniş şəkildə bazara çıxarılan və nəticə etibarı ilə kommersiya baxımından zərər gətirmiş istehsalı baha başa gələn böyük studiya filmləri üçün istifadə olunur. == Səbəbləri == === Mənfi mənada ağızdan-ağıza yayılmış şayiələr === Facebook və Twitter kimi sosial media platformaları ağızdan-ağıza yayılmış şayiələr üçün münbit şərait yaradır. Filmin maraq doğurmamasındakı müvəffəqiyyətsizliyi onun xüsusən açılış həftəsonundakı kassa performansına güclü təsir göstərə bilər. === Qeyri-film şərtləri === Bəzən filmlər filmin buraxılış vaxtı kimi, filmin məzmunu ilə heç bir əlaqəsi olmayan məsələlərə görə aşağı performans göstərə bilərlər. Bu, D.W.Qriffitin “Bir millətin doğulması” əsərinin davamı olan “Tolerantlıq”ın kommersiya müvəffəqiyyətsizliyinin səbəblərindən biri idi. Çəkiliş gecikmələrinə görə film yalnız 1916-cı ilin sonlarında buraxılmışdır. Film müharibə əleyhinə əhval-ruhiyyəni əks etdirirdi, lakin xalqın dünyagörüşü və ictimai rəyi artıq Amerikanın Birinci Dünya Müharibəsində iştirakı istiqamətində çoxdan dəyişmişdi. Filmi müvəffəqiyyətsizliyə məhkum edən xarici təsirlərin başqa bir nümunəsi 2015-ci ildə FİFA haqqında çəkilmiş Ehtiraslar İttifaqı (United Passions) sənədli dramıdır. Film ABŞ-da kinoteatrlarda nümayiş etdirildiyi zaman FİFA rəhbərləri fırıldaqçılıq və korrupsiya ittihamları ilə təhqiqat altında idilər və “futbola” qarşı ümumi laqeyd münasibət ilə bərabər, film ilk həftəsonunda ABŞ prokatında cəmi 918 dollar gəlir əldə etmişdir.
Kütyarpaq kassiya
Nataşa Bassett
Nataşa Bassett (ing. Natasha Bassett; 16 oktyabr 1992, Sidney) — avstraliyalı aktrisa, ssenarist və rejissor. Bassett Avstraliyanın Sidney şəhərində anadan oldu. Məktəbdə oxuyarkən aktrisalıq fəaliyyəti göstərdi. Aktrisalıq karyerasını davam etdirmək üçün on doqquz yaşında Nyu-Yorka köçdü. Yaşasın Sezar!
Sivriyarpaq kassiya
Trogon massena
Trogon massena (lat. Trogon massena) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin troqonkimilər dəstəsinin troqonlar fəsiləsinin troqon cinsinə aid heyvan növü.
Yuliana Kayşeva
Yuliana Kayşeva (8 mart 1994) — Rusiyalı biatlonçu. Yuliana Kayşeva Rusiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Yuliana Kayşeva birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında qadınlar 7.5 km məsafəyə sprint yarışlarında iştirak etdi. Kayşeva 22:58.5 saniyəlik nəticəsi ilə 87 atlet arasında 33-cü yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Joshua Bassett
Joshua Taylor Bassett (22 dekabr 2000, Oşensayd, Kaliforniya) — amerikalı aktyor və müğənnidir. == Həyatı == Bassett Kaliforniyada, valideynləri Taylor və Lauranın ailəsində anadan olub böyüdü. Beş bacısı var və evdə təhsil alıb.
Coşua Bassett
Joshua Taylor Bassett (22 dekabr 2000, Oşensayd, Kaliforniya) — amerikalı aktyor və müğənnidir. == Həyatı == Bassett Kaliforniyada, valideynləri Taylor və Lauranın ailəsində anadan olub böyüdü. Beş bacısı var və evdə təhsil alıb.
Florensiya (Kaketa)
Florensiya (isp. Florencia) — Kaketa departamentinin inzibati mərkəzi, Kolumbiyanın cənub-qərbində yerləşən, şəhər və bələdiyyədir. == Tarixi == Şəhər 25 dekabr 1902-ci ildə Doroteo de Pupiales tərəfindən qurulmuşdur. 1912-ci ildə Florensiyaya bələdiyyə statusu verildi və eyni ildə şəhər şurasına ilk seçkilər keçirildi. 1950-ci il martın 14-də Florensiya, Kaketa departamentinin inzibati mərkəzi seçildi. == Coğrafi mövqeyi == Şəhər departamentin şimali-qərb hissəsində yerləşir, Aça çayının sol sahilində, şərq Kordilyer sıra dağlarının ətəklərində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 561 metr yüksəklikdədir. == Əhalisi == 2012-ci ildə siyahıyaalınma zamanı şəhər əhalisinin sayı 163 323 nəfər idi. Şəhər əhalisinin illər üzrə say artımı: Ağ və metislər irq olaraq şəhər əhalisinin 95,9%-ni, zəncilər 3,3%-ni, hindular isə 0,8%-ni təşkil edir. 5 il ərzində əhalinin arasında savadlılıq səviyyəsi 91,3%-ni təşkil etmişdir.
Kaketa (departament)
Kaketa (isp. Caquetá) — Kolumbiyanın departamentlərindən biri, inzibati mərkəzi - Florensiya şəhəri, departamenti 1982-ci ildə prezident Xulio Sezar Turbay Ayalo tərəfindən yaradılmışdır.
Mahder Assefa
Mahder Assefa (d. 5 oktyabr 1987, Əddis-Əbəbə) — aktrisası.
Meri Kassat
Meri Stivinson Kassat (ing. Mary Stevenson Cassatt; 22 may 1844[…] – 14 iyun 1926[…]) — amerikalı rəssam və qrafik idi. Meri Kassat Allegeni şəhəri, Pensilvaniyada (indi Pittsburqun Şimalının bir hissəsi ), işində nailiyyətləri olan bir dəllalın - Robert Kassatın və bankir olan Ketrin Kelso Constonın qızı olaraq dünyaya gəlmişdir. Anası oxunmuş və enerjili bir qadın idi. Onun gələcək rəssamın dünyagörüşünün formalaşmasında böyük rolu olmuşdur. Fransız jurnalist Qustav Jefrua tərəfindən Mari Brakemon və Berta Marizo ilə yanaşı, Meri Kassat da impressionizmin "Üç əzəmətli xanımı"-ndan ( les trois grandes dames) biri hesab edilmişdir. 1879-cu ildə Dieqo Martelli onu Deqasla müqayisə etdi, çünki hər ikisi ən müasir şəkildə hərəkət, işıq və dizaynı təsvir etməyə çalışırdılar. Orta səviyyədən bir ailədə doğulmuşdur: Atası Robert Simpson Kassat dəllal və torpaq möhtəkiri idi. O, 1662-ci ildə Yeni Amsterdama gələn Fransız Hugenat Jak Kossartın nəslindən gəlir. Anası Ketrin Kelso Conston bankir ailəsindən idi.
Rene Kassen
Rene Samuel Kassen (5 oktyabr 1887[…], Bayonna[d] – 20 fevral 1976[…], XIII arondisman (Paris)) — İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin müəllifi olan və Nobel Sülh mükafatı laureatı olması ilə tanınan fransız hüquqşünas. Fransalı yəhudi tacirinin oğlu, Basklar ölkəsinin Bayonna şəhərində anadan olub,Birinci Dünya müharibəsində əsgər kimi xidmət edib. Qazilər üçün solçu, pasifist təşkilat "Birlik Federasiyasını" qurdu. İkinci Dünya müharibəsi əsnasında Londondakı Azad Fransa hökumətində xidmət etdi və 1944–1959-cu illər arasında Dövlət Şurasının üzvü idi. 1946-cı ildə BMT-nin İnsan Haqları Komissiyasına göndərilən Ümumdünya Bəyannaməsinin ilk tam layihəsindən məsul idi. Bu uğurlu işinin nəticəsində 1968-ci ildə Nobel Sülh mükafatını qazanacaqdı. Elə həmin il BMT Baş Məclisinin İnsan Hüquqları mükafatlarından birinə layiq görülmüşdür. 1924–1938-ci illərdə Millətlər İttifaqında fransız nümayəndəsi olaraq, Kassen, tərksilahlanma və beynəlxalq münaqişələrin həllinə kömək etmək üçün inkişaf edən qurumlarda irəliləməyə çağırdı. İkinci Dünya müharibəsindən sonra Kassen Birləşmiş Millətlər Təşkilatına Ümumdünya İnsan hüquqları Bəyannaməsinin hazırlanmasına köməklik göstərməsi üçün təyin edildi . Kanadalı alim və hüquq professoru Con Piters Hamfri tərəfindən hazırlanmış hüquqlar siyahısından istifadə edən Kassen, sənədin strukturunu yaradan, giriş və prinsipləri özündə cəmləşdirən mətnin ilk tam layihəsini hazırladı.
Vensan Kassel
Vensan Kassel (23 noyabr 1966[…], XV arondisman (Paris)) — Fransız aktyor. Fransa'da yaxşı personajları oynaması ilə tanınan Cassel, Amerikan filmlərində əsasən pis adam olaraq yer alır. Cassel 2013-cü ilə qədər italyan aktrisa Monika Belluççi ilə evli olmuşdur. Bu evlilikdən Deva və Leonie adlı 2 qız övladı var. Vincent Cassel İngliscə, Portuqalca ve İtalyanca danışa bilir. Cassel əsasən Oceanın 12 dostu , Oceanın 13 dostu və Qara qu quşu (film, 2010) filmlərində göstərdiyi aktyorluqla ön plana çıxmışdır. 2008-ci ilin oktyabr ayında Yves Saint Laurent kişi parfümü üçün L'Oréal'ın yeni reklam üzü olaraq anlaşma imzaladı.
Vinsent Kassel
Vensan Kassel (23 noyabr 1966[…], XV arondisman (Paris)) — Fransız aktyor. Fransa'da yaxşı personajları oynaması ilə tanınan Cassel, Amerikan filmlərində əsasən pis adam olaraq yer alır. Cassel 2013-cü ilə qədər italyan aktrisa Monika Belluççi ilə evli olmuşdur. Bu evlilikdən Deva və Leonie adlı 2 qız övladı var. Vincent Cassel İngliscə, Portuqalca ve İtalyanca danışa bilir. Cassel əsasən Oceanın 12 dostu , Oceanın 13 dostu və Qara qu quşu (film, 2010) filmlərində göstərdiyi aktyorluqla ön plana çıxmışdır. 2008-ci ilin oktyabr ayında Yves Saint Laurent kişi parfümü üçün L'Oréal'ın yeni reklam üzü olaraq anlaşma imzaladı.
Deva Kassel
Deva Kassel (fr. Deva Cassel) — Fransa-İtaliya modeli, media şəxsiyyəti və aktrisası. "Cartier" və "Dior" şirkətlərinin səfiridir. == İlk illəri == Deva Kassel Monika Beluççi və Vensan Kasselin qızıdır. Kassel 12 sentyabr 2004-cü ildə Romada doğuldu, lakin Paris və Rio-de-Janeyro şəhərlərində böyüdü. Səlis şəkildə fransız və italyan dillərinində danışa bilən Kasselin Leonie adında balaca bacısı var. Kassel 5 dildə danışa bilir. == Karyera == === Model === Cassel modellik debütünü 2021-ci ildə "Dolce & Gabbana"da etmişdir. Həmçinin 2021-ci ildə anası Monika Belluççi ilə birlikdə "Vogue Italia" jurnalının iyul ayı buraxılışının üz qabığında yer aldı. 2020-ci ildə "Dolce & Gabbana"nın qoxu kampaniyasında, 2022-ci ildə isə gözəllik kampaniyasında yer almışdır.