Rene Kassen

Rene Samuel Kassen (5 oktyabr 1887[1][2][…], Bayonna[d][2]20 fevral 1976[3][4][…], XIII arondisman (Paris)[5]) — İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin müəllifi olan və Nobel Sülh mükafatı laureatı olması ilə tanınan fransız hüquqşünas.

Rene Kassen
Doğum tarixi 5 oktyabr 1887(1887-10-05)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 20 fevral 1976(1976-02-20)[3][4][…] (88 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti hüquqşünas, diplomat, siyasətçi
Mükafatları Nobel mükafatı Nobel Sülh Mükafatı
Üzvlüyü
  • Əxlaqi və Siyasi Elmlər Akademiyası[d],
  • Serbiya Elmlər və İncəsənət Akademiyası[d]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fransalı yəhudi tacirinin oğlu, Basklar ölkəsinin Bayonna şəhərində anadan olub,Birinci Dünya müharibəsində əsgər kimi xidmət edib. Qazilər üçün solçu, pasifist təşkilat "Birlik Federasiyasını" qurdu. İkinci Dünya müharibəsi əsnasında Londondakı Azad Fransa hökumətində xidmət etdi və 1944–1959-cu illər arasında Dövlət Şurasının üzvü idi. 1946-cı ildə BMT-nin İnsan Haqları Komissiyasına göndərilən Ümumdünya Bəyannaməsinin ilk tam layihəsindən məsul idi. Bu uğurlu işinin nəticəsində 1968-ci ildə Nobel Sülh mükafatını qazanacaqdı. Elə həmin il BMT Baş Məclisinin İnsan Hüquqları mükafatlarından birinə layiq görülmüşdür.

1924–1938-ci illərdə Millətlər İttifaqında fransız nümayəndəsi olaraq, Kassen, tərksilahlanma və beynəlxalq münaqişələrin həllinə kömək etmək üçün inkişaf edən qurumlarda irəliləməyə çağırdı. İkinci Dünya müharibəsindən sonra Kassen Birləşmiş Millətlər Təşkilatına Ümumdünya İnsan hüquqları Bəyannaməsinin hazırlanmasına köməklik göstərməsi üçün təyin edildi . Kanadalı alim və hüquq professoru Con Piters Hamfri tərəfindən hazırlanmış hüquqlar siyahısından istifadə edən Kassen, sənədin strukturunu yaradan, giriş və prinsipləri özündə cəmləşdirən mətnin ilk tam layihəsini hazırladı.

BMT-nin İnsan Hüquqları Komissiyasında və Haaqa Arbitraj Məhkəməsində çalışdı.

Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsinin üzvü (1959–1965) və prezidenti (1965–1968) idi. Bu gün məhkəmə binası Strasburqdakı Rene Kassen prospektində yerləşir.

Kassen, eyni zamanda 1918-ci ildən 1940-cı ilədək Fransa Müharibə Veteranları Federasiyasını quran bir çox Qeyri-hökumət təşkilatına (QHT) rəhbərlik etdi və sonra təşkilatın fəxri prezidenti oldu. 1945-ci ildə Şarl de Qoll fransız xalqı üçün çox şey etdiyindən Kassenə, Yəhudi xalqına kömək etmək üçün bir şey etməyi təklif etdi. Kassen, əvvəllər əsasən Osmanlı İmperatorluğunun hakimiyyəti altında yaşayan Səfərad yəhudilərinin fransız modernist tədris proqramına əsasən təhsil almasına həsr olunmuş Fransız-Yəhudi İttifaqının prezidenti oldu. İttifaqın prezidenti olaraq Kassen Amerika Yəhudi Komitəsi və İngilis-Yəhudi Dərnəyi ilə birlikdə Kassenin BMT-nin insan hüquqları platformasında yəhudilərə dəstək yaratmağa həsr olunmuş Yəhudi Təşkilatlarının Məşvərət Şurasını qurmaq üçün çalışdı.[6]

1947-ci ildə, Rene Kassen, ictimai xidmətlər tərəfindən tanınan Fransa İnzibati Elmlər İnstitutunu yaratdı. Fransız inzibati hüquq doktrinasının inkişafına kömək edən bir çox konfrans təşkil edən bu dərnəyin ilk prezidenti idi.

10 noyabr 1950-ci ildə, Corc Dey ilə Kərim Azkoulun yanında BM radiosunda şəkli çəkildi və Herald C. L. Roy, fransızca danışan ölkələrin istifadəsinə dair dəyirmi masada iştirak edir. Bu, bəlkə də daha maraqlı idi, çünki Azkoul və Kassen sionizm siyasəti ilə bağlı perspektivləri baxımından çox fərqli görüşlər sahibi idilər.[7]

Kassen 1976-cı ildə Parisdə vəfat etdi və əvvəlcə Parisdəki Monparnas qəbiristanlığında dəfn olundu. 1987-ci ildə qəbri eqzqumasiya edildi və nəşi Parisdəki Panteon məbədinə köçürüldü.

Fransanın Forbax şəhərindəki Kassenin büstü

2001-ci ildə Kassenin yəhudi mövqeli Beynəlxalq İnsan Hüquqlarını təbliğ edən CCJO RenéCassin cəmiyyəti quruldu. Rene Kassen medalı CCJO tərəfindən insan hüquqlarına böyük qlobal töhfə verənlərə verilir. Fransadakı İsrail İttifaqının başçısı olaraq yəhudilər üçün mülki hüquqların tətbiq olunmsında böyük işləri oldu və aktiv sionist idi. Qüdsdəki bir orta məktəb onun adını daşıyır.

2003-cü ildə Bask Hökuməti,"Şəxsi və ya peşə yolu ilə İnsan Hüquqlarının təşviqi, müdafiəsi və açıqlanmasına güclü bağlılıq nümayiş etdirən insanları və ya kollektivləri ictimaiyyətə tanıtma və mükafatlandırmaq məqsədilə" Rene Kassen mükafatını yaratdı. Mükafat 10 dekabr Beynəlxalq İnsan Hüquqları günündə verilir.[8]

  1. 1 2 nobelprize.org (ing.). Nobel Foundation.
  2. 1 2 3 4 doğum haqqında şəhadətnamə.
  3. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. 1 2 Rene Cassin // Encyclopædia Britannica (ing.).
  5. 1 2 doğum haqqında şəhadətnamə. S. 27.
  6. Winter, Jay. 2012. René cassin and the alliance israélite universelle. Modern Judaism 32 (1): 1–21.
  7. Photo/MB, UN. "Round Table Discussion over U.N. Radio". www.unmultimedia.org. 1950-11-10. 2018-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-02.
  8. "Premio René Cassin". 2014-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-04.
  • Jay Winter, "Rene Cassin and the Alliance Israelite Universelle," Modern Judaism, 32,1 (2012), 1–21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

П:  Fransa portalı