Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kalante
Kalante (pol. Calanthe) – Polşa yazıçısı Andjey Sapkovskinin "Cadugər" romanlar seriyasının personajı, Sintra kraliçası. Pavettanın anası və Sirinin nənəsidir. == Bioqrafiya == Sintra kralı Ryöqnerin həyat yoldaşı və Pavettanın anası olan Kalante gözəl və ağıllı qadındır. O, “Sintranın dişi aslanı” kimi tanınır. Həyat yoldaşını erkən itirən Kalante, qızı Pavettanın on beş yaşı tamam olduqda, iradəsinə zidd olaraq onu, Erlenvaldlı Yoj adlı cəngavərə ərə verməli olur. Sonradan Yoj Nilfqaard imperiyasının taxt varisi olur. Nilfqaardın Sintraya hücumu zamanı, Kalante şəhərin müdafiəsini təşkil edir. Məğlubiyyətin qaçılmaz olduğunu başa düşdükdə isə intihar edir. == Seriallarda == Polşa istehsalı olan “Cadugər” teleserialında Kalante rolunu Yeva Vinyevska oynamışdır.
Kataniya
Kataniya (it. Catania) — İtaliyanın Siciliya muxtar vilayətindəki eyniadlı Kataniya vilayətinin mərkəzidir. Bələdiyyə sərhədləri içindəki əhalisi (30.06.2010 etibarilə) 294.756 nəfər olub əhali baxımından Sicilyanın ikinci böyük bələdiyyəsi, İtaliyanın 10-cu böyük şəhəri və 10-cu sırada olmasına baxmayaraq, bir İtalyan inzibati region mərkəzi olmayan tək böyük əhalisi olan şəhəridir. Metropoliten Katanya bölgəsi üçün əhali 752,895 nəfərdir. İtaliyanın ada şəhərlərindən biri olan Katanyanın Aralıq dənizinə sahilində yerləşir. == Coğrafi mövqe == Katanya şəhəri Siciliya adasının şərqində İyonyen dənizi sahillərində Messina ilə Sırakuza şəhərləri arasında və Etna Dağı vulkanı ətəklərində qurulmuşdur. Şəhərin dərhal ətraflarındakı dəniz sahilləri yanardağ lavalarından və qara bazalt kayalarından heyəti böyük yarları ibarətdir. Lakin şəhərin qurulduğu mövqeyi cənubunda "Simento Çayı" var və bu çay Siciliya adasının ən geniş (2000 hektarı aşan sahədə) mümbit düzənliklərində biri olan və Katanya şəhərinin əhəmiyyətli hissələrinin qurulmuş olduğu Katanya düzənliyində Katanya Körfəzinə yerləşir. Şəhərin limanı və ticarət və sənaye bölgələri bu düzənlikdə çayın ağızına doğru yerləşir. == Tarixi == Katanya şəhərini uzun və çox hadisələrə dolu bir tarixi vardır.
Kamani
Kamani (gürc. კამანი) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 160 m hündürlüktə, Suxumidən 14 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 4, თბ., 2018. — გვ. 504.
Katana
Katana (刀) feodalizm dövründə Yaponiyada samuray tərəfindən istifadə olunan ənənəvi Yapon qılınclarından biridir.Katananın müasir variantları bəzən qeyri- ənənəvi materiallarla və üsullarla hazırlanır. Katana özünəməxsus görkəmi ilə səciyyələnir:əyri olması,nazik olması, vahid iti tiyəli hər iki ələ yerləşən dairəvi və ya düzbucaq formada qorunması olan uzun dəstək ilə. == Tarixi == Yaponiyada qılınc istehsalı xüsusi dövrlərə bölünür: Cakoto(qədim qılınclar,miladdan sona 900-cü ilə qədər) Koto( köhnə qılınc 900-1596) Şinto(yeni qılınclar 1596-1780) Şinşinto(ən yeni qılınclar 1781-1876) Qendayto(müasir qılınclar 1876-1945) Şinsakuto(ən son hazırlanmış qılınclar 1953-hal-hazırda)Kamakura dövründə tati dən fərqli olaraq uzun qılıncları təsvir etmək üçün ilk dəfə olaraq katana (gatana) sözündən istifadə edirdilər.
Aktanış rayonu
Aktanış rayonu (tatar. Актаныш районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın şimal-şərqində yerləşir. Respublikanın Minzələ, Muslin rayonları ilə, Başqırdıstan (İleş, Krasnokamski, Bakalı rayonları, Ağidel şəhər dairəsi) və Udmurtiya (Karakulino rayonu) ilə həmsərhəddir. İnzibati mərkəzi Aktanış kəndidir. == Coğrafiyası == Rayon ərazisindən çoxlu sayda çay axır. Bunlar arasında Avropadakı ən böyüklərindən olan Kama və Ağıdel çayları da varddır. Rayon ümumilikdə mütləq yüksəklikliyi 62-235 m olan düz yamaclı düzənlikdən ibarətdir. Ən ən aşağı nöqtələr Kama, Ağıdel və İk çaylarının yatağı boyunca Nijnekamsk hava limanının ərazisindədir. Ən yüksək yerləri rayonun cənub hissəsində yerləşir.
Biomimetik kataliz
Biomimetik kataliz Katalizin inkişafının müasir istiqamətlərindən biri olan imitasion kataliz yeni tipli katalizatorların- biomimetik katalizatorların sintezi və onların müxtəlif kimyəvi proseslərdə tədqiqi və tətbiqi ilə bağlıdır.Əsas xassələrinə görə biokimyəvi proseslərin modelləşdirilməsindən bəhs edən və kimyəvi kataliz ilə fermentativ kataliz arasında aralıq mövqe tutan kataliz sahəsi imitasion kataliz adlandırılmışdır.İmitasion katalizdə fermentativ kataliz proses və obyektlərinin əsas xüsusiyyətlərini (selektivlik, mülayim şərait, aktiv mərkəzlərin təsir mexanizmi və s) imitasiya edən real modellərin konstruksiyası aparılır. Biomimetik katalizatorun biomimetik xüsusiyyətlərini əldə etmək üçün modelləşdirilən bioloji obyektin yəni fermentin təsir mexanizmi dəqiq məlum olmalıdır.Bunun üçün aktiv mərkəzin quruluşu ferment-substrat kompleksin quruluşu fermentin substrat spesifikliyi müəyyənləşdirilməlidir. Məlumdur ki,fermentin zülal hissəsi substratın katalitik çevrilməsində fəal iştirak edən funksional qruplardan ibarətdir: imidazol qalıqları, alifatik və aromatik hidroksil qrupları karboksil və sulfohidril amin qruplar. Fermentlərin biokimyəvi modellərinin konstruksiyası zamanı 2 əsas tələb yerinə yetirilməlidir:Model fermentativ reaksiya mexanizmini yerinə yetirməlidir. Fermentativ reaksiya sürətinin onun struktur-funksional quruluşu ilə bağlılığı nəzərə alınmalıdır.Fermentin təsir mexanizmində zülalın polipeptid zəncirinin aminturşu qalıqları turşu-əsasi xarakterli katalitik mərkəzlərin böyük rolu vardır. Başqa sözlə, substratın çevrilməsində prostetik qrupla birlikdə zülalın turşu-əsas mərkəzləri də iştirak edir. Buna görə də biomimetik modellər hazırlanarkən adekvat həndəsi aktiv mərkəzlər model və substratda yaradılmalıdır ki, bu da modelin spesifikliyini təmin etməlidir. Tədqiqatçılar tərəfindən bir sıra maye fazada istifadə olunan (müvafiq fermentlər kimi) homogen biomimetik katalizatorlar sintez olunmuşdur. Məsələn Mn(II) porfirinlər və oksidləşdiricilərin iştirakı ilə bir neçə monooksigenaz reaksiyaların tədqiqi aparılmışdır.Yüksək çıxımla monooksigenaz reaksiya məhsullarının alınması üzvi kimyanın mayefazalı oksidləşməsi sahəsində geniş imkanları yaranmasına səbəb oldu.Mn-ın proksimal azot liqandı ilə kompleks birləşməsi dismutaz və oksigenaz reaksiyalarda çox effektiv katalizator kimi istifadə olunur. Göstərilən katalizatorlar maye fazada işləyən homogen katalizatorlardır.Onların aktivliyi istifadə olunan həlledicilərin təbiətində mühitin pH təsirindən çox asılıdır.Alınan reaksiya məhsullarının ayrılması prosesi isə bir sıra çətinliklərlə bağlıdır.
Kastane (Averon)
Kastane (fr. və oks. Castanet) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Barakvil-Sovter kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12059. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 24 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 573 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 315 nəfər arasında (15–64 yaş arasında) 244 nəfər iqtisadi cəhətdən fəal, 71 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi — 77,5%, 1999-cu ildə 63,0%).
Katalin Mençinqer
Katalin Mençinqer (d. 17 yanvar 1989) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Katalin Mençinqer, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu.
Katalin Novak
Katalin Novak (mac. Veresné Novák Katalin Éva; 6 sentyabr 1977, Seqed) — Macarıstan siyasətçisi və dövlət xadimi, 10 mart 2022-ci ildə Macarıstanın prezidenti. Katalin Novak Fides partiyasının, 2018-ci ildən Macarıstan Milli Assambleyasının üzvüdür. Keçmişdə — Ailə və Gənclər Məsələləri üzrə Dövlət Katibi (2014–2020), Ailə İşləri üzrə Nazir (2020–2021) olmuşdur. Fəxri Legion Ordeninin Cəngavəri (2019), Polşa Respublikasına xidmətlərinə görə ordeninin komandiri (2019) kimi fəxri adlara sahibdir. == Bioqrafiya == 6 sentyabr 1977-ci ildə Macarıstan Xalq Respublikasının Seqed şəhərində anadan olmuşdur. 1996–2001-ci illərdə Korvina Universitetinin İqtisadiyyat fakültəsində oxumuş, iqtisadiyyat üzrə bakalavr dərəcəsi almışdır. 2001–2004-cü illərdə Seqed Universitetinin Hüquq fakültəsində və Paris West-Nanterre-la-Defence Universitetində hüquq təhsili alıb. O, həmçinin Parisdə Siyasi Araşdırmalar İnstitutunda təhsilini davam etdirir. 2001–2003-cü illərdə Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində çalışır.
Katalin Sili
Katalin Sili (mac. Szili Katalin 13 may 1956) — 2002-2009-cu illərdə Macarıstan Milli Məclisinin sədri. Macarıstanlı siyasətçi Yana Pannoniya adına Peç Universitetini bitirdikdən sonra ekologiya və siyasətlə məşğul olur. 1994-cü ildən hakimiyyətdə təmsil olunur. 1994-1998-ci illərdə Ətraf Mühitin Mühafizəsi və Su Nazirliyinin siyasi katibi işləyir. 2009-cu ildə Katalin Sili Peç merinə namizəd olmaq üçün parlament sədri vəzifəsindən istefa etdir, ancaq seçkilərdə Zsolta Paveyə uduzur. 14 sentyabr 2009-cu ildə Bela Katona parlamentin yeni sədri seçilir. == Siyasi karyerası == Yanus Pannoniya Universitetindən bir dərəcə aldıqdan sonra, insan ekologiyası və politologiya ixtisası üzrə məzun olur. 1994-cü ildən 2014-cü ilə qədər qanunvericilik sahəsində çalışır. 1994-1998-ci illərdə Ekologiya və Su Nazirliyinin siyasi katibi olur.
Kataniya FK
Kataniya (it. Catania Società Sportiva Dilettantistica)- İtaliya futbol klubu. 1953-1954-cü illərdə klub 1960-1961, 1963-1964, 1964-1965 və 2012-2013-cü illərdə ən yaxşı yer kimi səkkizinci yeri tutaraq, 17 çempionat oynadığı kateqoriyada ilk dəfə İtaliya A Seriyasına yüksəldi. O, Birinci Divizion çempionluğu, İtaliya B Seriyası çempionluğu və altı İtaliya C Seriyası çempionluğu qazanıb.
Kazanın alınması
Rus qoşunlarının Kazan xanlığına qarşı yürüşləri. Kazan xanlığını Osmanlı imperiyası, Krım xanlığı və Noqay ordası dəstəkləyirdi. Kazan qoşunları 1534-cü ildən 1545-ci ilə qədər, hər il Rus dövlətinin şərq və şimal-şərq qıraqlarına yürüşlər edirdi. XVI əsrdə Kazan xanlığında 100 min rus əsiri var idi. Onların çoxusunu Osmanlıya və Aralıq dənizi ölkələrinə satılırdı. Bundan başqa ruslar Volqa və Kama üzərində ticarətlərini genişləndirərək, qaçılmaz olaraq tatarlarla toqquşmalı idilər. Eyni zamanda rus feodallarını xanlığın geniş torpaqları cəlb edirdi, bu ərazilərdə ruslar böyük mülklər əldə etmək fikrində idilər. == Mübarizənin başlanması == 1487-ci ildə Moskva knyazı III İvan Kazanı Moskvadan 1521-ci ilə qədər vassal asılı vəziyyətə saldı. III Vasili, Volqanın sağ qollarında dayaq məntəqələri olan, Vasilsursk istehkamının əsasını qoydu(1523) və Temniklər şəhərciyini möhkəmləndirdi. Kazan yürüşləri VI İvanın vaxtında baş verdi.
Kaçanik icması
Kaçanik (serb. Качаник) — Kosovoda icma, Uroşevats dairəsinə daxildir. Əhatə etdiyi sahə 294 km².İcmanın inzibati mərkəzi Kaçanik şəhəridir. Obiliç icması 30 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 7,0 km²-dır.
Natalie Hermann
Natalie Hermann (d. 27 avqust 1999) — Almaniyanı təmsil edən bədii gimnast. Natalie Hermann, 2016-cı ildə Almaniyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Natalie Hermann 2016-cı ildə Almaniya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Anastasiya Xmelnitska, Daniela Potapova, Yuliya Staviçkaya və Sina Tkaltşeviş ilə birgə təsnifat mərhələsində 32.400 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Natalie McQiffert
Natalie McQiffert (d. 14 mart 1997) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Natalie McQiffert, 2016-cı ildə Birləşmiş Ştatları XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. McQiffert həmdə 2015-ci ildə Pan Amerika Oyunlarında bir qızıl və iki gümüş medal qazanıb. == Karyerası == Natalie McQiffert 2016-cı ildə Birləşmiş Ştatların bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Kiana Eide, Alisa Kano, Monika Roxman və Kristen Şaldibin ilə birgə təsnifat mərhələsində 30.244 xal topladı və 14-cü yeri tutaraq mübarizəni dayandırdı.
Nataniel Hotorn
Nataniel Hotorn (ing. Nathaniel Hawthorne; 27 fevral 1807 – 19 may 1864) — Amerika şair və tərcüməçisi. == Həyat və fəaliyyəti == Nataniel Hotorn 4 iyul 1804-cü ildə Massaçusets ştatının Seylem şəhərində anadan olmuşdur. 1825-ci ildə Boudin kollecini bitirib. Gələcək prezident Franklin Pirs və gələcək şair Henri Lonqfellonun sinif yoldaşı olmuşdur. Ədəbi yaradıcılığa XVIII əsrin 20-ci illərində başlayıb. İlk əsəri "Fenşo" ("Fanshaw") romanı olmuşdur (1828). 1837-ci ildə "İki dəfə hekayə əhvalatı", 1841-ci ildə "Babanın kreslosu" əsərlərini yazmışdır. 1838-ci ildə Sofiya Pibodi ilə ailə həyatı qurmuşdur. Sofiya ilə evləndikdən sonra 1842-ci ildə gömrük idarəsində çalışmış, transsendentalist-utopik cərəyana qoşulmuşdur.
Nataniel Vallix
Nataniel Vallix (ing. Nathaniel Wallich; 28 yanvar 1786, Kopenhagen – 28 aprel 1854, London) — XIX əsrin birinci yarısında Danimarka və İngiltərə cərrahı və botaniki.
Nikolay Katanov
Nikolay Fyodroviç Katanov (18 (30) may 1862, Yeniseysk quberniyası[d] – 9 mart 1922, Kazan, Tatarıstan MSSR, RSFSR, SSRİ) — türkoloq, ilk xakas professoru. == Həyatı == Nikolay Fyodroviç Katanov 1862-ci il mayın 6-da uzaq Sibirdə, keçmiş Yenisey quberniyasının cənubunda, Askiz qəsəbəsinin yaxınlığındakı Turaxov aulunda doğulub. Onun uşaqlıq adı Pora imiş. Rusiya Katanovun ata-babasının yaşadığı Sibir torpaqlarını işğal etdikdə burada yaşayan şaman inanclı insanları da zorla xristianlaşdırmışdı. Ona görə də uşağı evdə Popa çağırsalar da rəsmi sənədlərdə kilsədə qoyulan Nikolay adıyla tanınmışdır. Nikolayın atasını da xakaslar Xızıl deyə çağırsalar da sənədlərdə adı Fyodr kimi yazılıb. Xızıl Katanov xakasların Saqay, anası isə Kaçina tayfasından olub. Bu tayfalar böyük Yenisey çayının qolu Abakanın sağ sahilində, Uzyum çöllərində yaşayırmış. Nikolay aristokrat və ziyalı bir ailədə böyüyüb. Belə ki, atası Xızıl Katanov ulus, tayfa başçısının mirzəsi, əmisi Yefim Semyonovic isə çar hökumətinin Askiz qəsəbəsində açdığı məktəbdə müəllim imiş.
Supramolekulyar kataliz
Supramolekulyar kataliz (ingil. supramolecular catalysis) – katalizatorun özünün və ya keçid vəziyyətinin supramolekulyar ansambl təşkil etdiyi reaksiyada sürət dəyişməsidir. == Təsvir == Yüksək effektli və selektiv katalizatorların yaradılması supramolekulyar kimyanın mühüm məsələlərindən biridir. Supramolekulyar kataliz reaksiyalarında katalizatorun özü, eləcə də onun substratla kompleksi (keçid vəziyyət) – supremolekulyar hissəcik ola bilər. Supramolekulyar kataliz iki əsas mərhələdən ibarətdir: substratın (reaqentin) katolizatorla kompleks əmələ gətirməsi və substratın kompleks daxilində sonradan sərbəst katalizatorun ayrılması ilə gedən məhsullara çevrilməsi. Hər iki mərhələ üçün molekulyar müəyyənlik - başqa sözlə katalizatorun, substratın və məhsulların strukturları arasında supremolekulyar kimyanın metodları ilə əldə edilən həndəsi uyğunluq labüddür. Eləcə də energetik faktor, yəni katalizatorun və substratın reseptor mərkəzləri arasında güclü qarşılıqlı təsirin olması mühüm rol oynayır. Əgər katalizator özü reaksiya məhsuluna çevrilirsə, onda sistem bərpa bacarığına malikdir, başqa sözlə sistem DNT-nın(Dezoksiribonuklein turşusu) sintetik analoqunu təmsil edir. Təbii supramolekulyar katalizə ferment katalizini misal göstərmək olar. Sintetik supramolekulyar katalizatora sadə misal ATF-in(Adenozintrifosfat), ADF(Adenozindifosfat) və fosfata qədər hidrolizini nəzərə çarpan dərəcədə gücləndirən və bununla da ATF-aza fermentinin analoqu olan [24] – N6O2 makrotsiklini göstərmək olar.
Typhlodromus lataniae
Typhlodromus lataniae (lat. Typhlodromus lataniae) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus lataniae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Şibata Katsuie
Şibata Katsuie (柴田 勝家, ən geci 1530 – 6 iyun 1583 və ya 14 iyun 1583, Fukui) – Senqoku dövrünün yapon samurayı və hərbi xadimi. O, Oda Nobunaqanın ən çox güvəndiyi generallardan biri olmuşdur. == Hərbi karyerası == Şibata Oda Nobunaqa ilə kiçik qardaşı Nobuyuki arasında baş vermiş münaqişə zamanı Nobuyukinin tərəfini tutsa da, daha sonra ona xəyanət etmiş və Nobunaqanın tərəfinə keçmişdir. O, Nobunaqanın bir çox hərbi əməliyyatında iştirak etmişdir: 1569-cu ildə İsedə döyüşmüş, 1570–1573-cü illərdə daymyolar Asay Naqamasa və Asakura Yoşikaqenin devrilməsində iştirak etmiş, 1570–1575-ci illərdə Eçizen və Osakada İkko İkki silahlı qruplaşmalarına qarşı mübarizə aparmışdır. Eçizen əyalətinin 1575-ci ildə ələ keçirilməsindən sonra əyalətin idarəçiliyi ona verilmiş və Nobunaqanın təyin etdiyi üç müfəttişin nəzarəti altında əyaləti idarə etməyə başlamışdır.Şibatanın Eçizendə tətbiq etdiyi bir çox siyasət – kəndlilərin samuray zümrəsindən uzaqlaşdırılması, qılınc ovu, torpaq soğrusu, dini inkvizisiya Nobunaqa rejiminin əyalət idarəçiliyinə olan yanaşmasını əks etdirir. Onun tətbiq etdiyi bu siyasətlər Nobunaqanın davamçıları olan Toyotomi Hideyoşi və Tokuqava İeyasu tərəfindən mənimsənilmiş, genişləndirilmiş, sistematikləşdirilmiş və bütün Yaponiyada tətbiq olunmuşdur.İkko sektasının Kaqa və Notoda yerləşən ərazilərinin 1580-ci ildə ələ keçirilməsi onun Nobunaqa üçün gördüyü sonuncu əsas iş olmuşdur. Nobunaqanın 1582-ci ildəki ölümündən sonra Hideyoşinin rəqibi olmuşdur. Hideyoşi 11 iyun 1583-cü ildə Şizuqatake döyüşündə Şibatanı məğlub etmişdir. Şibata döyüşdən 3 gün sonra intihar etmişdir. == Populyar mədəniyyətdə == "Fate/Grand Order" video oyunundakı Şibata Katsuie personajı ona əsaslanır.
I Katranide
I Katranide (erm. Կատրանիդե Ա; 825 – ən tezi 879) — Baqratidlər Krallığının ilk kraliçası və Pakraduni sülaləsinin üzvü. O, ilk Baqratuni kralı—Böyük Aşotun (885-890) arvadı idi. Katranide Ermənistanın Baş Gərni şəhərində yerləşən xaçkarı (879) ilə tanınır.Onun əcdadları haqqında az şey məlumdur. Buna baxmayaraq, onların övladlarının və nəvələrinin adları məlumdur. Onların 4 oğlu və 3 qızı olub.
Nataniel Fillips
Nataniel Fillips (21 mart 1997, Bolton) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu.
Katalin Kariko
Katalin Kariko (17 yanvar 1955, Solnok, Macarıstan Xalq Respublikası) — macar mənşəli amerikalı biokimyaçı. Dryu Vaysman ilə "COVID-19-a qarşı effektiv mRNT peyvəndlərinin hazırlanmasına imkan verən nükleozid bazası modifikasiyaları ilə bağlı kəşflərə" görə 2023-cü il Fiziologiya və tibb üzrə Nobel mükafatının qalibi. == Həyatı == Orta məktəbdə o, bəzi fənlərdə fərqlənir və Moritz Zsigmond İslahat Gimnaziyasını bitirir. Seqed Universitetində fəlsəfə doktoru dərəcəsi aldıqdan sonra Kariko tədqiqatlarını davam etdirdi və Macarıstan Bioloji Tədqiqatlar Mərkəzinin Biokimya İnstitutunda postdoktorluq təqaüdünə başladı. 1985-ci ildə o, əri və iki yaşlı qızı ilə Macarıstandan ABŞ-a getdi.
Edinson Kavani
Edinson Kavani (isp. Edinson Roberto Cavani Gómez) — Uruqvaylı futbolçu. İspaniyanın Valensiya klubunun və Uruqvay Milli futbol komandasının oyunçusu. == Həyatı == Edinson Roberto Kavani Qomez 2 fevral 1987-ci ildə Uruqvayın Salto şəhərində anadan olmuşdur. Qardaşları Kristian Kavani və Azərbaycan Premyer Liqasının bombardiri olmuş Valter Quqlemon da futbolçu olublar. Yaşca qardaşlarından kiçik olan Kavaninin karyerası daha uğurlu alınıb. Uşaqlıqdan həyatında çətinlik çəkən Kavani həmin günləri belə yada salır: "Ailəmin mənə "Cola" ala biləcək qədər pulu yox idi. Gündəlik xərclərə, qida və paltara olan tələbatımızı güclə ödəyirdik".Erkən yaşlarından futbola olan marağı və həvəsi atası tərəfindən diqqətsiz qalmır. Ailə başçısı şəxsi münasibətləri hesabına oğlunu "Danubio"nun uşaq futbol məktəbinə yazdırır. == Klub karyerası == === Danubio === 18 yaşında "Danubio"nun əsas komandasında debüt edir.