Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
III Kvarkvare
III Kvarkvare — 1516-cı ildə Naxçıvana Şah İsmayılın qışladığı düşərgəyə gəlib kömək istəmiş və Şah İsmayıl Div sultan Rumlunun başçılığı ilə Gürcüstana qoşun göndərmişdir. 1535-ci ildə İmereti çarı III Baqrat tərəfindən Murcaxetidə məğlub oldu və torpaqlarının bir hissəsi İmeretiyə birləşdirildi.
II Kvarkvare
II Kvarkvare - Mesxetiyanın onuncu atabəyi idi. Hakimiyyətə gələndə 35 yaşı olan Kvarkvare daha yetkin olduğu üçün dövləti idarə etmə bacarığını da yaxşı göstərirdi. Hərbi gücünü artıran Kvarkvare 1463-cü illərdə özünü müstəqil elan etdi və Baqrationilərdən VI Baqrat tərəfindən müdafiə olunurdu. VI Baqratın VIII Georgiyə məğlub olmasını bəhanə edən Kvarkvare 1465-ci ildə Paravani gölü sahilindəki döyüşdə Georgini ağır məğlubiyyətə uğradaraq qardaşıoğlu II Konstantin Baqrationi ilə birgə həbs etdi. Bundan istifadə edən VI Baqrat özünü kral elan etdi. Özünə yeni rəqib istəməyən Kvarkvare Georgini sərbəst buraxdı. Lakin sonuncu təkcə Kaxetiyada möhkəmlənə bildi. 1483-cü ildə özünü kral elan etmiş II Konstantin Baqrationini Aradetidə məğlub edərək daha da gücləndi. 1498-ci ildə vəfat etdi. Vardzia monastırında basdırıldı.
IV Kvarkvare
IV Kvarkvare - 16-cı mesxet çarı. II Keyxosrovun oğlu idi. Hakimiyyət boyu əsasən xəstə olduğu üçün əsl hakimiyyət qardaşı II Manuçarda və anası Dedis İmedidə idi. Çıldır döyüşündən sonra Osmanlı vassallığını qəbul etmişdi.
I Kvarkvare
I Kvarkvare - Mesxetiyanın IV çarı. Kvarkvare hakimiyyətə gələndə Elxanilər dövləti zəifləyirdi. Buna görə də hakimiyyətə gələn kimi 1334-cü ildə V Georginin vassalı olmuşdu. 1361-ci ildə ölümündən sonra yerinə II Beka keçdi.