Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kətan
Kətan (lat. Linum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin zəyrəkkimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Yağlı kətanın toxumlarında 38-45% yarımquruyan yağ (yod ədədi 165-192) vardır. Bu yağ lak-boyaq sənayesində yüksək qiymətləndirilir. Kətan yağı dəri, sabunbişirmə, kağız, ətriyyat, rezin, elektrotexnika sənayesində və başqa sənaye sahələrində o, cümlədən tibdə də işlədilir. Kətan yağı həm də qida kimi istifadə olunur. Jmıxı və cecəsi heyvandarlıqda qiymətli zülalı yemdir. Jmıxın hər 100 kq-da 115 yem vahidi, 28,5 kq həzm olunan protein vardır. Cecəsinin 100 kq-da isə 103 yem vahidi, 28,9 kq həzm olunan protein vardır. Yetişməmiş toxumdan hazırlanan jmıxı yemləmədən qabaq buxara verilir ki, heyvanlarda zəhərləmə əmələ gətirməsin.
Vətən
Vətən — İnsanın anadan olduğu, dədə-babaların, qohum-əqrəbalarının yaşadığı, soykökü ilə bağlı olduğu ölkə və fərdi inkişaf zamanı bu ölkə ilə əlaqəli olan emosional məfhum. Vətənə bağlılıq insanlarda vətənpərvərlik ilə səciyyələndirilir.
Çətən
Çətən – eyni diametrli qamış və ya ağac çubuğundan hazırlanmış məhsul. Çətən "çətmək" sözündən yaranıb, mənası "bağlamaq" deməkdir. Bəzən onu alaçıqlarda çox istifadə edildiyi üçün "çığ" da adlandırırlar. Çətən adətən eyni ölçülü qamış və ya ağac çubuğundan hazırlanır. Bu çubuqlar yan-yana qoyularaq həm qıraqdan, həm də uzunluğundan asılı olaraq ortadan bir və ya bir neçə dəfə sadə ip vasitəsilə bir-birinə bərkidilirdi. Bu texnikada hazırlanmış məhsul dik vəziyyətdə alaçığın alt hissəsini bərkitmək məqsədilə istifadə edilirdi. Azərbaycanda adətən iki cür çətən mövcud olmuşdur: Saya. Saya çətənlər üzərində heç bir bəzək elementi olmurdu və o sırf məişət məqsədləri üçün hazırlanırdı. Naxışlı. Naxışlı çətənlər döşəmə, alaçıqdakı divar, arakəsmə, bəzən də pərdə kimi məqsədlərə xidmət edirdi.
Kətə
Kətə və ya Əhər şirnisi — Şərqi Anadolu və Cənubi Azərbaycan mətbəxlərinə xas, bir növ xəmir işidir. Edilən bölgəyə görə fərqliliklər göstərməkdədir. Ərzurum da edilən açma Kətə un, yağ, duz, bir az şəkər, yaş maya və su ilə yoğurulduqdan sonra bir saat qədər gözlədilməsi və dinlən/istirahət edən xəmirdən alınan bezələrin oxlov köməyi ilə orta incəlikdə bir kövrək halında açılaraq, üzərinə əridilmiş marqarinin sürtülməsi və rulo halında sarılıb, kiçik parçalara kəsilməsi, daha sonra kəsilən bu parçaların iki dənəsi birləşdirilmək şərtiylə arasına istəyə görə qoz, un qovurması, pendir (istənsə şokolad) qoyulması və çox xəmirlə oynamadan yağlanılmış nimçəyə qoyularaq yüksək nizamlı sobaya verilərək bişirilməsi şəklində edilməkdədir. Kayseri kimi fərqli bölgələrdə içi boş və daha sərt şəkildə edilməkdədir. Posofda isə halvalı (içli Kətə) olaraq növləri vardır.
Adi kətan
Adi kətan (lat. Linum usitatissimum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin zəyrəkkimilər fəsiləsinin kətan cinsinə aid bitki növü. == Təsviri == Mədəni kətan, əkilən və yaxud adi kətan hündürlüyü 30-150 sm olub, öz-özünə tozlanan birillik ot tipli bitkidir. İsti ölkələrdə, məsələn, Hindistanda daha ucaboylu olur. Yalnız yuxarı hissədən budaqlanır. Əsas kökü (mil kökü) olduqca qısadır, ağımtıl rəngdədir, bir neçə iri yan budaqlar (köklər) əmələ gətirir. Ancaq çoxlu sayda xırda kök telləri olur. Gövdəsinin əsas hissəsi dik dayanan və düz, nazik, silindir şəkilli, bəzən sadə, yalnız yuxarı hissədən budaqlanan tutqun yaşıl rəngli zəif mum təbəqəsi ilə örtülüdür. Gövdəsi tüksüz və demək olar ki, tüksüz yəni qısa tükcüklərlə örtülü olur. Yarpaqları çoxsaylı, nisbətən seyrək növbəli və ya spiral şəkilli düzülmüş 2-3 sm uzunluqda 3–4 mm enində olmaqla xətvari və yaxud xətvari-lansetvari, nisbətən iri lansetvari, nəhayəti sivri (iti) oturaq, yüngül göyümtül rəngli, nisbətən zəif mum təbəqəsi ilə örtülü, kənarları hamar, 3 damarlıdır.
Ana Vətən
Vətən — İnsanın anadan olduğu, dədə-babaların, qohum-əqrəbalarının yaşadığı, soykökü ilə bağlı olduğu ölkə və fərdi inkişaf zamanı bu ölkə ilə əlaqəli olan emosional məfhum. Vətənə bağlılıq insanlarda vətənpərvərlik ilə səciyyələndirilir.
Filipp Peten
Filipp Peten (fr. Henri Philippe Benoni Omer Joseph Pétain; 24 aprel 1856[…], Qoşi-a-la-Tur[d], İkinci Fransa İmperiyası – 23 iyul 1951[…], Port-Juanvil[d]) — Fransa hərb və dövlət xadimi, Fransa marşalı (21.11.1918), Birinci Dünya müharibəsi zamanı fransız ordusunun komandanı (15.05.1917-ci ildən). 1940—1944-cü illərdə Fransada Vişi rejimi adlanan kollaborsionist avtoritar hökumətin başçısı olmuşdur. Kollaborsionizm (fr. collaboration) anlayışı Petenə məxsusdur.
Keren (mifologiya)
Keren (yun. Χάρων) — yunan mifologiyasında ölülərin ruhlarını canlılar dünyasından ölülər dünyasına aparan Aidin qayıqçısı.
Kiten burnu
Kiten burnu və ya Qara-Burun (ukr. Китень) — Kerç yarımadasının ucqar şimal nöqtələrindən biri, Krımın Leninski rayonu ərazisində yerləşən burun. Arabat körfəzinə daxil olur. Semyonovka kəndi yaxınlığında yerləşir. Ərazisində Kerç şəhərinin mikrorayonlarından biri yerləşir. Cənubdan sahilləri hamar, şimaldan isə sıldırımlı və girintili-çıxıntılıdır.
Kətəl Kötül
Kətəl Kötül (və ya Kətəl Köhül) — İranın Zəncan ostanında yerləşən mağara. Kətəl Kötül mağarası Khudabəndə bölgəsində yerləşir. Bu mağara 1924-cü ildən əvvəl tapılıb, hicri tarixi ilə 1330-uncu ildə Jamaliy-e Zanjani adlı şəxs tərəfindən qeydə alınmışdır .
Vətən (dəqiqləşdirmə)
Vətən — ana yurd. Vətən (opera) — Qara Qarayev və Cövdət Hacıyevin Böyük Vətən müharibəsinə həsr etdikləri opera. Vətən (kinoteatr) — Vətən (qəzet) — 2002-2007-ci illərdə Rusiyada dərc olunan həftəlik qəzet.
Vətən (kinoteatr)
"Vətən" kinoteatrı — Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərmiş kinoteatr. Kinoteatr Nizami küçəsi 77-də yerləşirdi.
Vətən (opera)
"Vətən" operası — 1945-ci ildə Azərbaycan bəstəkarlar Qara Qarayev və Cövdət Hacıyev Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 25 illiyinə və İkinci Dünya müharibəsinə həsr etdikləri dörd pərdəli opera . Dövlət mükafatına layiq görülüblər. Qara Qarayevin və Cövdət Hacıyevin birlikdə bəstələdiyi "Vətən" operası 1945-ci ildə Azərbaycan Opera və Balet Teatrında tamaşaya qoyulmuşdur. Operaya quruluş verən rejissor İsmayıl Hidayətzadə, rəssamı İzzətxan Səidov idi. Dirijor Maestro Niyazi idi. Müəlliflərə bu operaya görə Stalin mükafatı verildi. Hadisələr alman-faşist işğalçılarının SSRİ torpaqlarından qovulmağa başlandığı dövrdə baş verir. Əsərdə çoxmillətli sovet xalqının apardığı ümumi azadlıq mübarizəsində Azərbaycan xalqının qəhrəman oğullarının yaxından iştirak etməsi təsvir edilir. İkinci Dünya müharibəsində rəşadət göstərən Azərbaycan xalqının qəhrəman oğulları "Vətən" operasında bədii surətlərdə əbədiləşdirilmişdir. Surətlər: Aslan, Mərdan, Dilbər, Baxşı, Aşıq Səlim, alman zabiti və b.
Vətən (qəzet)
Vətən — 2002-2007-ci illərdə Rusiyada dərc olunan həftəlik, müstəqil ictimai-siyasi və kulturoloji məzmunlu mühacirət mətbuatı. Rusiyada Azərbaycan və rus dillərində çıxan həftəlik ictimai-kulturoloji “Vətən” qəzeti 2002-2007-ci illərdə fəliyyət göstərmişdir. Qəzetin təsisçisi və baş redaktoru Namiq Murad (Namik Muradov) olmuşdur. “Vətən” qəzetinin redaksiyası Marı Respublikasının Yoşkar-Ola şəhərində (Ünvan: Mətbuat evi, IV mərtəbə, 404-405-ci otaq) yerləşmişdir. Moskva, Sankt-Peterburq, Nijni-Novqorod, Kazan, Volqoqrad, Ulyanovsk, Kirov, Çeboksarı və Yoşkar-Ola şəhərlərində yayınlanan qəzet, Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri və Azərbaycan mədəniyyəti, iqtisadiyyatı, adət və ənənələri ilə maraqlanan hər kəs üçün nəzərdə tutulmuşdur. Qəzetin tirajı 5000 - 10 000 nüsxə arasında dəyişmişdir. Əvvəlcə həftəlik nəşr olunan qəzet daha sonra aylıq yayına çevrilmişdir. Qəzet Azərbaycanda, Rusiyada və dünyada gedən ictimai-siyasi proseslər barədə xəbərlər dərc etmiş, diaspor həyatını işıqlandırmış, musiqi, idman, mədəniyyət və iqtisadiyyat haqqında məlumatları yaymışdır. Qəzetin redaksiya heyətinin üzvləri Fəxrəddin Məmmədov, İlqar Yusifov, Denis Məhəmmədxanov, rəssamı Valeri Şumkov (Küyçü), Azərbaycan təmsilçilsi Kəmalə Musayeva olmuşdur.
Vətən Hüseynli
Vətən Hüseynli (13 iyul 1992, Bakı) — Azərbaycanı təmsil edən boksçu. Vətən Hüseynli 2012-ci ilin aprelində Trabzon şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirinin gümüş medalına sahib oldu. Bununla da Vətən Hüseynli 2012-ci ilin avqustunda Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Vətən Hüseynli olimpiadanın təsnifat mərhələsində Venesuela nümayəndəsi Karlos Gongora ilə üz-üzə gəldi. İyulun 30-da baş tutan həmin görüşdə Vətən Hüseynli rəqibinə 8:10 hesabı ilə məğlub oldu və olimpiada da mübarizəsini başa vurdu.
Vətən Müharibəsi
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökumətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir. Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi. Türkiyə, bu dəstəyin dərəcəsi mübahisəli olsa da, Azərbaycana hərbi dəstək verdi. Türkiyənin iştirakının, münaqişədə Azərbaycanın mövqeyini artırmaqla və Rusiyanın bölgədəki təsirini kənarlaşdırmaqla təsir dairəsini genişləndirmək cəhdi olduğu düşünülür. Beynəlxalq ekspertlər müharibənin Azərbaycanın hücumu ilə başladığını və əsas məqsədin bölgənin müdafiəsi zəif olan cənub bölgələrini işğaldan azad etmək olduğunu iddia edirlər. Müharibə, pilotsuz təyyarələrin, sensorların, ağır artilleriyanın və raket zərbələrinin istifadəsi, habelə dövlət təbliğatının və onlayn informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan oldu. Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı döyüşləri kəskin şəkildə qınadı və hər iki tərəfi gərginliyi azaltmağa və mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırdı.
Vətən Partiyası
Vətən Partiyası (Türkiyə)
Vətən Yolunda
Vətən yolunda - 1941-ci ilin oktyabr ayında Təbrizə nəşrə başlamış ordu qəzeti. 2-ci dünya müharibəsi illərində Təbrizdə birinci olaraq, Azərbaycan dilində ərəb əlifbası ilə nəşr olunmuş Qızıl Ordu qəzeti idi. İlk nömrəsi 1941-ci il oktyabr ayının 11-də günaşırı olaraq nəşr olunmağa başlamışdır. Qəzetin çap olunmasının birinci mərhələsi 1942-ci il aprelin 13-ə qədər davam etmiş və bu müddətdə 89 nömrəsi çıxarılmışdır. "Vətən yolunda" qəzetinin nəşr olunduğu birinci mərhələ ilə eyni zamanda İranın başqa şəhərlərində Qızıl Ordu qəzetləri nəşr olunurdu. Məsələn, Urmiyada Azərbaycan dilində "Qızıl əsgər" (redaktor Zülfəli İbrahimov), Rəştdə fars dilində "Sərbaz-e sorx" (redaktor Xasay Vəzirov) qəzetləri çap olunurdu. İkiillik fasilədən sonra 1944-cü il aprel ayının 10-dan qəzetin ikinci mərhələsinin nəşri başlanmışdır. Bu mərhələ 1946-cı ilin mayın 1-ə qədər davam etmiş və həmin müddət ərzində (1941-1946) qəzetin 406 nömrəsi nəşr olunmuşdur. Qəzetin səhifələrində Məhəmməd Biriya, Mir Mehdi Etimad, Əli Fitrət, Aşıq Hüseyn Cavan, Balaş Azəroğlu, Əli Tudə, Yəhya Şeyda, Məhəmmədbağır Niknam, Məhəmmədəli Fəxrəddini (Məhzun), Hökumə Billuri, Əli Nişani, Həbib Sahir, Qulu xan Borçalı, Tağı Milani, Məhəmmədəli Hilal Naseri, Mədinə Gülgün və bir çox başqalarının şerləri, Məhəmmədlu Əbbasi, Ə.Sefvət, Abdulla Fərivər, Səməd Səbahi, Mirrəhim Vilayi, Məhəmmədəli Fərzanə (Qövsi) və bir çox başqalarının məqalələri çap olunurdu. Öz ədəbi dilini öyrənən İran azərbaycanlıları üçün "Vətən yolunda" qəzetinin xüsusən böyük əhəmiyyəti vardır.
Vətən dili
Vətən dili, I hissə (1882, tərtibçi: Aleksey Osipoviç Çernyayevski) Vətən dili, II hissə (1888, tərtibçilər: Aleksey Osipoviç Çernyayevski, Səfərəli bəy Vəlibəyov) Azərbaycanda ilk əsaslı dərs vəsaitinin, dərsliyin yaranması tarixi 1876-cı ildən fəaliyyət göstərən Qori seminariyası ilə bağlıdır. Qori seminariyası ziyalıların yeni nəslinin yetişməsi, onların şəxsində Azərbaycanda yeni nəfəsli mədəniyyətin yayılması və öyrənilməsi, yeni elmi üsulların tətbiq olunması, yeni ictimai fikrin formalaşması, bir qədər sonra isə Azərbaycan intibahını həyata keçirəcək bütöv bir nəslin meydana gəlməsində müstəsna rol oynamışdır. Bir çox demokrat düşüncəli, tərəqqipərvər pedaqoqların dərs dedikləri bu seminariyada azərbaycanlı, gürcü, rus və digər xalqların övladları Avropa dilləri və ədəbiyyatını, rus dilini, ədəbiyyatını və pedaqogikasını, təbiət, coğrafiya, hesab və başqa fənləri öyrənmişlər. Seminariyada Qərb, xüsusilə, rus dili və ədəbiyyatının tədrisinə geniş yer verilmiş, dünya klassiklərinin əsərləri tədris edilmiş, nəzdində Qərbi Avropa və rus klassiklərinin əsərlərindən ibarət zəngin kitabxana fəaliyyət göstərirdi. Azərbaycan dilində tədris kitabının yaranması tarixi də həmin dövrlə bağlıdır. Məlumdur ki, 1852-ci ildə Mirzə Şəfi Vazeh Tiflisdə dərs dediyi zaman Mirzə Kazım bəyin Moskvadaki tələbələrindən olan İvan Qriqoryev ilə birlikdə Azərbaycan poeziyasının ilk müntəxəbatı "Kitabi-türki" adlı bir dərslik tərtib etmişdir. Lakin XIX əsrin 60–70-ci illərində həmin dərs vəsaiti mənən bir qədər köhnəldiyinə və təkrar çap olunmadığına görə uzunömürlüyü ilə seçilməmişdir. Beləliklə, həm azərbaycanlı məktəbliləri dərs öyrənmək, həm də azərbaycanlı müəllimləri Ana dilində dərs demək üçün sərəncamlarında dərsliyin olmaması problemi ilə üzləşirdilər. 1881 ilin yanvar ayının 26-da Qafqaz canişini nin təsdiq etdiyi təlimata əsasən Cənubi Qafqaz da yaşayan xalqların nümayəndələri dərslərini ilk tədris ilində öz Ana dillərində almalı idilər . Lakin, deyildiyi kimi, Azərbaycan dilində dərsliyin olmaması canişinin təlimatının yerinə yetirilməməsi təhlükəsini yaradırdı.
Vətən oğlu
Vətən oğlu (film, 1941)
Vətən yaxşıdır
“Xudayar təsnifi” və ya əvvəlki adı ilə "Vətən yaxşıdır" — xanəndə Əlibaba Məmmədovun qəzəlxan Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə bəstələdiyi təsnif. Təsnif ilk dəfə 1960-cı ildə Əlibaba Məmmədovun ifasında səsləndirilib. Məlumata görə Əliağa Vahid bir gün Terek çayında gəmi ilə səfər edirmiş. Birdən vətən üçün darıxır və beləliklə bu təsnifin sözləri yaranır. Təxminən 50 il əvvəl Əlibaba Məmmədov bu şeirə təsnif bəstələyir. "Terek" sözünü "Xəzər" ilə əvəz edir. Təsnif Şur ladında yazılmış və sovet dövründə "Şur təsnifi" kimi təqdim olunmuşdur. Əlibaba Məmmədov təsnif haqqında bunları deyib: Daha sonra təsnif Eyyub Yaqubovun, Güllü Muradovanın, Babək Niftəliyevin, Rəvanə Əmiraslanlının, Ehtiram Hüseynovun, Almaxanım Əhmədlinin ifalarında səsləndirilib. Təsnif Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin ifasında məşhurlaşmışdır. Xudayar Yusifzadə döyüşlərdən iki gün öncə "Vətən yaxşıdır" təsnifini oxuyarkən döyüş yoldaşları ilə özünü videoya almışdır.
İşlədici kətan
İşlədici kətan (lat. Linum catharticum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin zəyrəkkimilər fəsiləsinin kətan cinsinə aid bitki növü. Cathartolinum catharticum (L.) Small Cathartolinum pratense Rchb. [Illegitimate] Nezera cathartica (L.) Nieuwl.
Hakkı Yeten
Hakkı Yeten (3 dekabr 1910, Vodina - 16 aprel 1989, İstanbul ) - türk futbolçu, məşqçi, idman meneceri və Beşiktaş Gimnastika Klubunun 18-ci prezidenti, mərkəzdə çalışmışdır. Baba Hakkı kimi də tanınan Yeten 1926-1931-ci illər arasında Karagümrükdə oynayıb. 1931-1948-ci illəri keçirdiyi Beşiktaş tarixinin önəmli adlarından biri oldu. Futbolçu karyerasını bitirdikdən sonra Beşiktaşda məşqçi və klub prezidenti vəzifələrində də çalışıb. Süleyman Seba ilə birlikdə Beşiktaş Gimnastika Klubunun iki fəxri prezidentindən biridir. Onun adı Beşiktaşın İnfrastruktur obyektlərində yaşatılır. Bundan əlavə, 2016-cı ildə istifadəyə verilən Vodafone Park qapalı tribuna Baba Hakkı Tribune adını aldı. == İlk illər == 1 yaşında olanda ailəsi İstanbulun Beşiktaş səmtinə köçdü. Atası mayor Mahmud Nedim bəy 1914-cü ildə Birinci Dünya Müharibəsində şəhid olanda o da hərbçi olmağa qərar verdi. 5 bacısı ilə həyat mübarizəsi aparan Hakkı Yeten hərbi məktəbə yazılıb.
İhsan Ketin
İhsan Ketin (türk. İhsan Ketin; 10 aprel 1914, Kayseri – 16 dekabr 1995, İstanbul) — Türkiyə alimi, geoloq, professor. Türkiyədə “Geologiyanın atası” kimi tanınan geologiya professoru İhsan Kətin 1948-ci ildə Şimali Anadolu fay xəttinin quruluşunu kəşf etməsi ilə tanınır. 1914-cü ildə Kayseridə doğulan İhsan Ketin orta və liseyi internat-təqaüdlə Kayseridə oxuyub. Daha sonra Atatürkün inkişaf üçün başlatdığı xaricə təqaüd üçün müraciət edən Ketin təqaüdü qazanaraq 1932-ci ildə Almaniyaya gedib. Ketin iki illik dil təhsilindən sonra 1934-cü ildə Berlin Universitetində geologiya üzrə təhsil almağa başlayır. Berlindəki siyasi qarışıqlıq və müəllimləri arasında yaranan fikir ayrılıqları səbəbindən Berlin Universitetini Bonn Universitetinə dəyişir. Məşhur geoloq Hans Kloosla işləməyə davam edən Ketin 1938-ci ildə doktorluq dissertasiyasını tamamlayaraq Türkiyəyə qayıdır. İstanbul Universiteti Elmlər Fakültəsinin Geologiya İnstitutunda dosent kimi işə başlayan Ketin o zaman 24 yaşında idi və ölkədə doktorluq dərəcəsi alan ilk geoloq oldu. Ərzincan zəlzələsi və sonrakı il 33.000 insanın ölümü nəticəsində zəlzələlər üzərində işləməyə başlayan Kətin ölkənin müxtəlif bölgələrində baş verən irili-xırdalı çoxsaylı zəlzələlərin tədqiqi ilə məşğul oldu.
İlk vətən
İlk vətən və ya urheymat (alm. ur‎, "mənşə" + Heimat, "vətən") — protodilin ilkin vətənini təsvir edən tarixi linqvistika termini. Sözügedən dil ailəsinin yaşından asılı olaraq protodilin “vətəni” əgər yayılması tarixi köçlər nəticəsində baş veribsə, demək olar ki, qəti formada, çox qədim tarixi dövrlərdə meydana gəlibsə, daha az dəqiqliklə müəyyən edilə bilər. Proto-Hind-Avropalıların (PIE) vətəni haqqında ən çox qəbul edilən nəzəriyyə bu dilin Qara dəniz-Xəzər çöllərində eramızdan əvvəl 4000-ci illərdə yayılmağa başladığını iddia edən “çöl fərziyyəsi”dir. Azlıqda qalan bəzi tədqiqatçılar isə əsas vətənin Anadoluda eramızdan əvvəl 8000-ci ildə mövcud olduğunu iddia edən Anadolu fərziyyəsini dəstəkləyirlər. Diqqətəlayiq bir ehtimal olsa da, üçüncü iddia, onların əsas vətənini Qafqazın cənubunda yerləşdirən erməni hipotezinin böyük ehtimalla həqiqətə uyğun olmadığı hesab olunur. Neolit ​​kreolizasiyası fərziyyəsi, Paleolit ​​Davamlılıq Nəzəriyyəsi və Yerli Aryanlar nəzəriyyəsi də daxil olmaqla, proto-hind-Avropa xalqının əsas vətəni üçün bir neçə başqa nəzəriyyə də təklif edilmişdir. Türk dillərinin mənşəyi və yarandığı vaxtın müəyyənləşdirilməsi mübahisəli məsələlərdən olsa da, onların əsas vətəni üçün Transxəzər çöllərindən Şimal-Şərqi Asiyada mövcud olan Mancuriyaya qədər müxtəlif regionları əhatə edən bir çox nəzəriyyələr mövcuddur. Ən qədim Çin qeydlərinə qədər yazılı mənbələrin olmaması və ilk türk xalqlarının köçəri təbiəti türk dilinin ilkin vətəninin yerini və tarixini təyin etməyi çətinləşdirir. Prototürk əsas vətənini tapmaq cəhdləri ümumiyyətlə Qərbi və Mərkəzi Sibirdə və onun cənub regionlarında inkişaf etmiş erkən arxeoloji üfüqlərlə əlaqələndirilir.