Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bist
Bist — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bist Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Gilan çayı (Arazın qolu) ilə ona soldan birləşən Nəsiravaz çayı arasında, Zəngəzur silsiləsinin yamacındadır. Oykonimin fars. best sözündən olub, "dərə, vadi" mənasında, təsərrüfatla əlaqədar yaranmışdır, "karvansara sahibi" mənasında işlənməsi haqqında mülahizələr var. Lakin toponimiyada Bist adının fars. "iyirmi" mənalı soz kimi kəndin yaranması ilə bağlılığı haqqındakı fikir daha ağlabatandır. Bu fikrə görə, kəndin əsası 20 ailə tərəfindən qoyulduğu üçün ona Bist (iyirmi ailə) adı verilmışdır. Eyniadlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən şimal-qərbdə, Ordubad-Nürgüt avtomobil yolunun kənarında, Zəngəzur silsiləsinin ətəyindədir.
Kilt
Kilt — Şotlandiyanın ənənəvi kişi geyimidir. Kiltlər ənənəvi olaraq tartan naxışları ilə bəzənir. Şotlandiyada toy və ya xüsusi günlərdə geyilən bu ətəklər əslində milli qürurun və ailə / klan əlaqələrinin əhəmiyyətli bir simvoludur. Şotland kişilərinin geydiyi kilt 500 illik keçmişində olduqca çox dəyişikliyə məruz qalsa da, hal-hazırda da şotlandların ənənəvi simvollarının başında gəlməkdədir. Kilt geyinmə adəti təxmini 1500-cü illərə söykənir, şotlandlar əvvəllər bu geyimi ov üçün istifadə edirdilər. İngiltərənin müstəmləkəsi olan Şotlandiyada 1747-ci ildə o dövrdə hökm sürən İngiltərə kralı II Qeorqun (George) əmri ilə kilt geyilməsi qadağan edildi. Ancaq şotlandlar və bütün xalq Kralı etiraz edərək kilt geyməyə və ənənələrini qorumağa davam etdilər. Kilt geyiminə qoyulmuş qadağa 1782-ci ildə ləğv edildi, ancaq kilt Şotlandiya sosializminin əhəmiyyətli bir simvolu vəziyyətinə gəldi. Şotland kişilər zamanımızda da xüsusi günlərdə və mərasimlərdə kilt geyinməyə davam edirlər. Azens.az saytının məlumatına görə, kilt tərcümədə “vücuda dolanan geyim” deməkdir.
Kisə
Kisə (qab) — çox sayda dağıla bilən əşyaların , ərzağın və tikini materiallarının saxlanılması və daşınmsı üçün əski çağlardan məişətidə istifadə edilən xüsusi qab. Kisə (ölçü vahidi) — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. Kisə (hamam əşyası) — yuyunarkən bədəndən çirki (kiri) çıxarmaq üçün cod parçadan tikilən və ələ keçirilərək istifadə edilən torbacıq.
Kişi
Kişi — erkək insandır. "Kişi" sözü yetkinlik yaşına çatmış insanlar barəsində işlənilir, bu sözun tayı az yaşlı uşaqlara və ya yeniyetmələrə oğlan deyilir. Leonardo da Vinçinin "Vitruvius İnsanı" bir kişinin nisbətini göstərməktədir == Kişilik yaşı == Kişilik erkək insanın bir baliğ mərhələyə qədəm qoymasıdır. Müxtəlif sünnət əsaslı icmalar bu mərhələyə keçmək üçün xüsusi mərasimlər qururlar. Modern icmalarda qanun bu mərhələni təyin edir. Bu baliğ mərhələsinə yetən oğlan bundan sonra kişi adlanır və qanun baxımından öz işlərinin məsulu və cavab vericisidir.
Xişt
Xeşt – İranın Fars ostanının Kazirun şəhristanının Xişt bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,332 nəfər və 2,257 ailədən ibarət idi.
Kiş
Kiş - bu mənalarda gələ bilər: Kiş (Şumer) — Mesopotamiyada Babildən 18 km şimal-şərqdə qədim şəhər. Kiş (İran) — İranın Hörmüzgan ostanında şəhər, ostanın inzibati mərkəzi Kiş (Şəki) — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd Kiş (Xocavənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd.
Alməmməd kişi
Şair Alməmməd (1800–1868) — Aşıq Ələsgər və Çoban Məhəmmədin atası. == Həyatı == Alməmməd Aşıq Ələsgərin atasıdır. O, Göyçə mahalının Ağkilsə kəndində yaşamış, yoxsul həyat keçirmiş, kəndin sayılan adamlarından biri olmuşdur. Dülgərliklə məşğul olmuş, 4 oğul, 2 qız atası olduğu üçün həmişə zəhmətə qatlaşmış, Kəlbəcər ərazisindəki meşələrdən gətirdiyi ağaclardan şana, kürək, dırmıq düzəldərək satar, ailəsini dolandırarmış. Alməmməd aşıqlıq eləməsə də, ustad aşıqların şerlərini əzbərdən söyləyər, özü də həvəsi gələndə şeirlər qoşarmış. Onun şeirləri tez-tez aşıq məclislərində eşidilərmiş. Bu nəslin şeir yazanları çox olsa da, onların yaradıcılığına aid nümunələr bəzən qarışıq düşmüşdür. == Yaradıcılığı == == Şəcərəsi == Heydər Əbdüləzim Təhməz Talıbxan Allahverdi Alməmməd == Ailəsi == Alməmmədin Ələsgər, Salah, Xəlil, Məhəmməd adlı dörd oğlu, Fatma və Qızxanım adlı iki qızı varmış. == İstinadlar == == Mənbə == "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil.
Bist körpüsü
Bist körpüsü I — Ordubad rayonunun Bist kəndinin qərb tərəfindən axan Ələhi çayı üzərində tarixi memarlıq abidəsi. Daş və kərpiclə tikilmişdir. İki tağlıdır. Qərb tağı böyük, şərq tağı kiçikdir. Uzunluğu təqribən 21, hündürlüyü 10, eni 3,8 m-dir. Körpünün yanları dəmirlərlə əhatə olunmuşdur. Körpünün salınmasında məqsəd kəndə gediş-gəlişi təmin etmək, həmçinin, Böyük İpək yolunun qolları ilə hərəkət edən ticarət karvanlarına xidmət etmək olmuşdur. Kənd sakinlərinin verdiyi məlumata görə əvvəllər körpünün yanları iri sal daşlarla möhkəmləndirilibmişdir. Körpünün I Şah Abbas dövründə inşa olunması haqqında fikirlər vardır. Körpü XVII əsrə aid edilir.
Con Kits
Con Kits (31 oktyabr 1795[…], , London, Birləşmiş Krallıq – 23 fevral 1821[…], Roma) — romantizmin nümayəndəsi, ingilis şair. Şeirləri 25 yaşında vərəmdən vəfat etməzdən 4 il öncə çap olunmağa başlayan və romantik şairlərin ikinci nəslinin ən simalarından biri hesab olunan Kitsin adı Corc Bayron və Persi Biş Şelli kimi şairlərlə yanaşı çəkilir.Yaşadığı müddət ərzində şeirləri əksər tənqidçilər tərəfindən müsbət qarşılanmasa da, ölümündən sonra şöhrəti artmış və 19-cu əsrin sonuna qədər ən sevilən ingilis şairlərindən birinə çevrilmişdir. O, eyni zamanda, bir çox şair və yazıçıya güclü təsir göstərmişdir. Xorxe Luis Borxes ilk dəfə Con Kitsin yaradıcığı ilə tanışlığın həyatı boyu yaşadığı ən möhtəşəm təcrübə olduğunu qeyd etmişdi.Kitsin şeirləri, xüsusilə də odaları "hissiyyatla ağır yüklənmiş" üslubu ilə xarakterizə olunur. Bu, romantik şairlərin yaradıcılığına xas idi; belə ki, onlar təbii təsvirləri bədii şəkildə vurğulayaraq duyğuları ön plana çıxarmağı qarşılarına məqsəd qoyurdular. Bu gün onun şeirləri və məktubları ingilis ədəbiyyatının ən məşhur və ən çox araşdırılan ədəbi nümunələrindən sayılır. Şairin ən çox bəyənilən şeirlərinə Bülbülə oda, Yuxu və poeziya və məşhur soneti Çapmenin Homerinə ilk baxış haqda daxildir. == Bioqrafiyası == === Erkən həyatı === Con Kits 31 oktyabr 1795-ci ildə Murgeytdə (London), Tomas Kits və həyat yoldaşı Frensis Cenniqsin ailəsində anadan olub. Onun dəqiq doğum yerinin hara olması ilə bağlı çox az sübut mövcuddur. Kitsin və ailəsinin onun ad gününü 29 oktyabr qeyd etməsinə baxmayaraq, baptizm qeydləri bu tarixin 31 oktyabr olduğunu göstərir.
Ferens List
Ferens List (mac. Liszt Ferenc, 22 oktyabr 1811[…] – 31 iyul 1886[…], Bayroyt, Bavariya Krallığı, Almaniya imperiyası[…]) — Macarıstan bəstəkarı, virtuoz pianoçusu, dirijoru, həssas pedaqoqu, fəal musiqi-ictimai xadimi. XIX əsrin ən məşhur pianoçularından biri olan Ferens List, həm də simfonik şeir tərzinin banisidir. == Həyatı == Ferens List 22 oktyabr 1811-ci ildə Macarıstanın Doborjan qəsəbəsində (1921-ci ildən Avstriya, Raydinq) anadan olmuşdur. Atası Adam List piano, violoençel, violin kimi bir çox musiqi alətində ifa etməyi bacarırdı. Listin musiqi ilə tanışlığı da məhz atasının təşəbbüsü illə olmuşdur. Atası ona pianoda ifa etməyi öyrətmiş və hələ 7 yaşı olan List kiçik bəstələr yazmağa başlamışdı. Sonralar macar əsilzadələr tərəfindən 6 il müddətində təqaüdlə təmin edilərək təhsilini davam etdirmək üçün Vyanaya yola düşmüşdür. Burada Antonio Salieri və Ludoviq van Bethovenin tələbəsi olan Karlo Çernidən təhsil almışdır. 12 yaşında Ferens List artıq krallar, əsilzadələr tərəfindən rəğbət bəslənən bir musiqiçi idi, lakin 15 yaşında ikən atasının vəfat etməsi ilə onun musiqiyə olan həvəsi azalmış, ədəbiyyat və dinlə maraqlanmağa başlamışdı.
Fişt zirvəsi
Fişt (adıq Фыщт — "ağ baş") — Baş Qafqaz silsiləsinin qərb hissəsindəki dağ zirvəsidir. Mütləq hündürlüyü - 2867.7 metrdir. == Təsviri == Fişt, Oşten və Pşexa-Su zirvələri ilə birlikdə Fişt-Oşten massivini formalaşdırır. Massivin zirvələri Qafqazda ilk alp tipli zirvələrdir (qərbdən şərqə doğru hərəkət edir), yəni subalp və alp dağ çəmənliklərinin geniş kəmərinə malik olaraq meşənin yuxarı sərhədindən xeyli yuxarı qalxırlar. Bundan əlavə, Fişt Qafqazın ən qərb zirvəsidir, yamaclarında buzlaqlar (Böyük və Kiçik Fişt buzlaqları) və əhəmiyyətli qaya fayları var. Struktur olaraq, Fişt, əhəng daşı qatlarından ibarət blok yüksəlişidir. Qalın əhəng daşı təbəqələri çoxsaylı və müxtəlif karst formalarının (kraterlər, mağaralar) inkişafına kömək edir. Dağın kənarındakı məşhur mağaralardan biri də, Uçan Quş mağarasıdır. 1994-cü ildən bəri Rusiyanın ən dərin mağaralarından biri olan Fiştdə Ağ Ulduz mağara sistemi araşdırılır. Böyük Fişt buzlağında 1B kateqoriyalı klassik dırmanış marşrutu var.
Frans List
Ferens List (mac. Liszt Ferenc, 22 oktyabr 1811[…] – 31 iyul 1886[…], Bayroyt, Bavariya Krallığı, Almaniya imperiyası[…]) — Macarıstan bəstəkarı, virtuoz pianoçusu, dirijoru, həssas pedaqoqu, fəal musiqi-ictimai xadimi. XIX əsrin ən məşhur pianoçularından biri olan Ferens List, həm də simfonik şeir tərzinin banisidir. == Həyatı == Ferens List 22 oktyabr 1811-ci ildə Macarıstanın Doborjan qəsəbəsində (1921-ci ildən Avstriya, Raydinq) anadan olmuşdur. Atası Adam List piano, violoençel, violin kimi bir çox musiqi alətində ifa etməyi bacarırdı. Listin musiqi ilə tanışlığı da məhz atasının təşəbbüsü illə olmuşdur. Atası ona pianoda ifa etməyi öyrətmiş və hələ 7 yaşı olan List kiçik bəstələr yazmağa başlamışdı. Sonralar macar əsilzadələr tərəfindən 6 il müddətində təqaüdlə təmin edilərək təhsilini davam etdirmək üçün Vyanaya yola düşmüşdür. Burada Antonio Salieri və Ludoviq van Bethovenin tələbəsi olan Karlo Çernidən təhsil almışdır. 12 yaşında Ferens List artıq krallar, əsilzadələr tərəfindən rəğbət bəslənən bir musiqiçi idi, lakin 15 yaşında ikən atasının vəfat etməsi ilə onun musiqiyə olan həvəsi azalmış, ədəbiyyat və dinlə maraqlanmağa başlamışdı.
Fridrix List
Fridrix List(alm. Daniel Friedrich List‎, 6 avqust 1789[…] – 30 noyabr 1846[…]) — alman iqtisadçısı və siyasətçisi. == Həyatı == == Fəaliyyəti == Fridrix List (1789–1846-cı illər) XIX əsrin birinci yarısında alman burjuaziyasının görkəmli ideoloqu idi. XIX əsrin 40-cı illərində Almaniyada yaranmış alman siyasi iqtisad tarixi məktəbinin əsasında məhz onun baxışları dururdu. List kiçik Reytlingen şəhərində, varlı dabbaq ailəsində anadan olmuşdur. O, gənc yaşlarında Vürtemberq krallığının mərkəzi hökumətində işləməyə başlayır. 1817-ci ildə List Tübingen Universitetinin professoru olur. 1819-cu ildə Listin təşəbbüsü ilə Frankfurtda daxili gömrükxanaların ləğv edilməsini və vahid ümumalman proteksiya sisteminin qurulmasını qarşısına başlıca məqsəd qoyan "Alman sənayeçilərinin və kommersantlarının baş assosiasiyası"nın əsası qoyulur. Almaniyada feodal qaydalarının və feodal bürokratiyasının tənqidi üçün hökumət tərəfindən həbs olunmaq təhlükəsi ilə izlənilən List ABŞ-yə mühacirət edir. Orada o, varlanıb 1832-ci ildə Amerika konsulu kimi Almaniyaya qayıtmışdı.
Kazumi Kişi
Kazumi Kişi (d. 25 noyabr 1975) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 9 oyun keçirib, 2 qol vurub.
Kisa hədisi
Ali-Əba və ya Kisa hədisi (ərəb. حديث الكساء‎) — Məhəmməd peyğəmbərin üstündə əbası olduğu halda əbanın altına Fatiməni, Əlini, Həsəni və Hüseyni alması və Əhzab surəsinin 33-cü ayəsini oxuması barəsindədir. == Sünni mənbələrində == Müsəlman, Sünnilərin ən mötəbər hesab etdikləri Səhihi-Müslim kitabında Peyğəmbərin zövcəsi Ayişədən nəql olunur: "Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi. Sonra Hüseyn gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Fatimə gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Əli gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Sonra peyğəmbər "Ey əhli-beyt!
Kiso Yoşinaka
Minamoto no Yoşinaka (源 義仲, 1154, Musaşi əyaləti[d], Tokaydo[d] – 21 fevral 1184 və ya 4 mart 1184, Omi əyaləti[d], Tosando[d]) və ya Kiso Yoşinaka (木曾 義仲) – Heyan dövründə yaşamış Yaponiya generalı. Minamoto klanının üzvü olsa da, Qenpey müharibəsi zamanı Minamoto no Yoritomonun rəqibi olmuşdur. == Həyatı == Yoşinakanın atası Minamoto no Yoşihira tərəfindən öldürüldüyü üçün o, südanasının əri olan Nakahara Kaneto tərəfindən Şinano əyalətinin Kiso bölgəsində böyüdülmüşdür. 1180-ci ildə Minamoto no Yoritomo və digər klan üzvləri ilə birlikdə Tayra ailəsinə qarşı Qenpey müharibəsini başlatmışdır.Yoşinaka 1183-cü ildə paytaxtı ələ keçirmiş və müharibəni üçtərəfli konfliktə çevirmişdir. Belə ki, Tayra klanı qərbdə, Yoritomo isə şərqdə olarkən Kiotonu öz əlində saxlamaq istəmişdir. Ordusunun itaətsizliyi, eləcə də, saraya, xüsusilə də, keçmiş imperator Qo-Şirakavaya qarşı hərəkətlərinə görə Yoritomo qardaşları Minamoto no Yoşitsune və Noriyorini Kiotoya göndərməyə məcbur olmuşdur. Baş verən döyüş nəticəsində Yoşinakanın qüvvələri məğlub olmuşdur. Yoşinaka məşuqəsi Tomoe Qozenlə qaça bilsə də, Omi əyalətinin yaxınlığında öldürülmüşdür. == Populyar mədəniyyətdə == Yoşinakanın, eləcə də, məşuqəsi Tomoe Qozenin hərbi macəraları Yaponiyada bir çox hekayə kitabının və no tamaşasının mövzusu olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).
Kiss (albom)
Kiss — L'Arc~en~Ciel qrupunun albomudur.
Kisə (qab)
Kisə — çox sayda dağıla bilən, səpələnən əşyaların, ərzağın və tikini materiallarının saxlanılması və daşınmsı üçün əski çağlardan bu günümüzə qədər məişətimizdə istifadə edilən xüsusi qab. == Ümumi məlumat == Xalqımızın məişətində əski çağlardan bir çox məmulatları kisəyə qablaşdırmışlar. Kisə sözü bu gün də məişətimizdə yaşamaqdadır. Əsasən ərzaqlar - un, düyü, şəkər, arpa, buğda, eləcədə bir çox tikinti materialları - qum, gips və sairə kisələrə qablaşdırılır.
Kişi fahişəliyi
Kişi fahişəliyi — ödəmə qarşılığında cinsi xidmətlər göstərən kişilərin praktikasıdır. Bu seks işinin bir növüdür. Müştərilər istənilən cinsdən olsalar da, əksəriyyəti kişilərdir. Qadın fahişələrlə müqayisədə, kişi fahişələr tədqiqatçılar tərəfindən çox az öyrənilmişdir.Kişi fahişələr üçün istifadə olunan terminlər ümumiyyətlə qadınlar üçün istifadə edilənlərdən fərqlənir. Bəzi şərtlər müştəri və ya iş metoduna görə dəyişir. Bu fahişəliyin qanunsuz yada qadağan olunduğu yerlərdə də, kişi fahişələrin öz işlərini xidmət haqqı qarşılığında, çılpaq modelliklə və ya rəqs, bədən masajı və ya digər seksual xidmətlər göstərirlər. Beləliklə, bir kişi eskort, gigolo (qadın müştəriləri nəzərdə tutan), kirayə oğlanı, hustler (ictimai yerlərdə xahiş edənlər üçün daha çox yayılmışdır), model və ya masajçı kimi adlandırıla bilər . Özünü gey və ya biseksual hesab etməyən, lakin kişi ilə pul qarşılığında cinsi əlaqəyə girən bir insana bəzən ödəniş qarşılığında qey və ya ticarət deyilir.
Kişi sözü
Kişi sözü (film, 1987)
Kişi sünnəti
Sünnət (ərəb. ختان‎ — Xətənə) — kişi cinsiyyət orqanının başını örtən və qoruyan üst dərinin (prepus) bir qisminin və ya hamısının kəsilib atılması. Sünnətin tarixi qədim zamanlara gedib çıxır. Misir fironlarından II Ramzesin oğlunu sünnət etdirdiyi haqda məlumatlar mövcuddur. Din tarixinə nəzər saldıqda belə bütün peyğəmbərlərin sünnət olunmağı tövsiyə etdikləri görünür. Hətta Hz. İsanın 8 günlük körpə olarkən sünnət edildiyi bildirilir. Buna baxmayaraq xaçpərəst dünyası müsəlman və yəhudilər qədər bu mərasimə meyilli deyillər.
Kişo Yano
Kişo Yano (d. 5 aprel 1984) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 19 oyun keçirib, 2 qol vurub.
Le-Kost
Le-Kost (fr. Les Costes, oks. Las Còstas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05043. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 147 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını heyvandarlıq (mal-qara və qoyun) təşkil edir. 2007-ci ildə 84 yaşda (15-64 yaş arasında) 58 nəfər iqtisadi cəhətdən, 26 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69.0%, 1999-cu ildə 75.0%).
Peyton List
Peyton Roi List (ing. Peyton List, 8 avqust 1986, Boston) — ABŞ aktrisası və modeli. == Həyatı == 8 avqust 1986-cı ildə ABŞ-də, Baltimorda anadan olmuşdur. Aktrisa və modeldir.2001 və 2005-ci illərdə operada oynayıb.
Typhlodromus kiso
Typhlodromus kiso (lat. Typhlodromus kiso) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus kiso Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.