is. 1. Cinscə qadının əksi. Arvad üzlü kişidən, kişi üzlü arvaddan əlhəzər. (
Ata. sözü ).
[Rüstəm bəy:] Mən gözümün ağıqarası olan bir qızımı, bax bu kişiyə ərə verirəm. Ü.Hacıbəyov.
Bu gün kişilərdən daha çox arvad var idi. T.Ş.Simurq.
2. Ər. Onun kişisi çoxdan ölüb.
– [Cahan:] Bəli, kişim dəllallıq edərdi. Ü.Hacıbəyov.
…Kişisi cavan yaşında öldüyündən Durnanın həyatı pozulmuşdu. Ə.Sadıq.
3. Adam, şəxs, kəs. Hər kişi öz işini bilsin. Hər kişi öz sözünü dedi.
– Hər kişinin öz münasib tayı var; İşim nədir deyəm xandan, a mirzə. Aşıq Pəri.
Kişi dövlətinə pasiban gərək; İşarə anlayan, söz qanan gərək! Q.Zakir.
4. məc. Mərd, namuslu, sözündə sabit adam. Bu, kişiyə yaraşan hərəkət deyil.
– Özün kişi deyən kimsə sədaqət sənətin işlər. M.P.Vaqif.
[Məşədi İbad] …Mən deyirəm ki, axı Rüstəm bəy kişidir, belə iş eləməz. Ü.Hacıbəyov.
□ Kişi kimi – mərdliklə, namusla, mərdcəsinə, möhkəm. Özünü kişi kimi aparmaq. Kişi kimi söz vermək.
5. Hörmət əlaməti olaraq yaşlı kişilərin adlarına əlavə olunur.
Alı kişi neçə illər idi ki, Həsən xana ilxı otarırdı. “Koroğlu”.
Həsən kişi yeganə qızının haqqında dönə-dönə təriflər eşitmişdi. M.İbrahimov.
Xalıqverdi kişi qocalmışdı. Ə.Vəliyev.
□ Beş kişinin biri – hörmətli, nüfuzlu kişi haqqında.