Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kəvər
Yaşayış məntəqələri Kəvər (şəhər) — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə gölü sahilindən bir neçə km aralıda yerləşən şəhər. Kəvər rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə gölü sahilində rayon. Kəvar — İranın Fars ostanının şəhərlərindən və Kəvar şəhristanının mərkəzi Gavar (Təbriz) Bitkilər Kəvər (bitki) — kəvərkimilər fəsiləsinə aid bitki cinsi. Tikanlı kəvər — kəvərkimilər fəsiləsindən bitki növü. Digər Kabar — Xəzər tayfalarının tərkibinə daxil olan tayfa.
Kəvər (bitki)
Kəvər (lat. Capparis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kəvərkimilər fəsiləsinə aid bitki cinsi.
Kəvər (şəhər)
Kəvər və ya Gavar (erm. Գավառ) — Qərbi Azərbaycan Göyçə gölü sahilindən bir neçə km aralıda yerləşən şəhər. Göyçə mahalının mərkəzidir. 1938-ci ildən respublika tabeli şəhərdir. 1959-cu ildən inqlabçı Kamonun adını daşıyır.(əsl adı S. A. Ter-Petrosyan) == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı == Həmçinin bax == Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası == İstinadlar == == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov.
Kəvər rayonu
Kəvər rayonu, Yeni Bəyazid rayonu, Kamo rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) (İrəvan xanlığınınGöyçə mahalının indi Ermənistanın Kamo rayonu ərazisində rayon. Mərkəzi Kəvər şəhəridir. == Tarixi == 1930-cu il, sentyabrın 9-da yaradılıb. 1959-cu il aprelin 13-nə qədər Yeni Bəyazid rayonu, həmin tarixdən etibarən isə Kamo rayonu adlandırılıb. Rayon mərkəzi respublika tabeli Kəvər (dəyişdirilmiş adı Kamo) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 98 km-dir. Göyçə yaylasının böyük bir hissəsi Kəvər rayonu ərazisinə düşür. Kəvər rayonunun kəndləri – Ağzıbir, Əyrivəng, Ağqala, Başkənd, Qul Əli, Küzəcik, Dəliqardaş, Kərimkənd, Hacı Muxan, Kosa Məmməd, Noradüz Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları: == Toponimi == Erməni tədqiqatçıları bu toponimin ermənicə qavar — "mahal", "dairə", "nahiyə" sözündən ibarət olduğunu yazmaqda səhv edirlər. Ona görə ki əvvəla, inzibati ərazi bölgüsü vahidini bildirən söz ("ölkə", "əyalət", "mahal", o cümlədən ermənicə "qavar") heç vaxt ayrılıqda yaşayış məntəqə adına çevrilə bilməz; ikincisi, bu məntəqənin XX əsrə qədər əhalisi erkən orta əsrlərdə burada məskunlaşmış xəzərlərin Kəbər tayfasının adının fonetik formasıdır. == Əhalisi == 1948–1951-i illərdə rayonun azərbaycanlı əhalisinin əksəriyyəti Azərbaycana köçürülmüşdür.
Kəvər soğanı
Üzüm soğanı (lat. Allium ampeloprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Kəvər şəhəri
Kəvər və ya Gavar (erm. Գավառ) — Qərbi Azərbaycan Göyçə gölü sahilindən bir neçə km aralıda yerləşən şəhər. Göyçə mahalının mərkəzidir. 1938-ci ildən respublika tabeli şəhərdir. 1959-cu ildən inqlabçı Kamonun adını daşıyır.(əsl adı S. A. Ter-Petrosyan) == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı == Həmçinin bax == Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası == İstinadlar == == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov.
Tikanlı kəvər
Tikanlı kəvər (lat. Capparis spinosa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kəvərkimilər fəsiləsinin kəvər cinsinə aid bitki növü. Yarımkol bitki olub, 2 m-ə qədər uzunluqda budaqları var. Yarpağı girdə-yumurtavarı, yaxud ellipsvarı olub, saplaqlıdır. Çiçəkləri iri, rəngli ağ olub, tək-tək halda yarpaqların qultuğunda yerləşir. Meyvəsi giləmeyvəyə bənzəyən qutucuqdan ibarətdir. Toxumları kürəvarıdır, tünd-qonur rənglidir, təqribən qaraya çalır. Bitki may-iyul aylarında çiçəkləyir, meyvələri avqustda yetişir. Azərbaycanda kəvər Samur-Dəvəçi ovalıqlarında, Abşeronda, Kür-Araz çayları ovalıqlarında, Lənkəran və Naxçıvanın dağ ətəyi sahələrində yayılmışdır. Xüsusən, qeyd edilən rayonların ovalıqlarında, aşağı dağ qurşağında, yarımsəhralıq yerlərdə ehtiyatı daha çoxdur.
Əyrivəng (Kəvər)
Əyrivəng - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Rayon mərkəzindən 12 km şimal-qərbdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeydə alınmışdır. == Tarixi == Toponim qədim türk dilində «ayrılmış» mənasında işlənən «ayrı» sözündən və qala mənasında işlənən vəng sözünün birləşməsindən əmələ gəlmiş relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Ayrivan, Ayrivank formasında işlədilir. Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə adı dəyişdirilib Hayravan qoyulmuşdur. == Mədəniyyəti == Kənddə IX-X əsrlərə məxsus alban abidəsi qala vardır və kəndin adı həmin qala adından götürülmüşdür. == Əhalisi == Kənddə 1831-ci ildə 65 nəfər, 1873 - cü ildə 326 nəfər, 1886-cı ildə 451 nəfər, 1897-ci ildə 545 nəfər, 1904 - cü ildə 708 nəfər, 1914 - cü ildə 896 nəfər, 1916-cı ildə 735 nəfər, 1918-ci ilin yanvarında 706 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında azərbaycanlılar vəhşicəsinə kənddə qırğınlarla qovulmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir.
Klüver-Büsi sindromu
Klüver-Büsi sindromu – beynin iki gicgah payının ön bölgələrinin daxilində yerləşən badamabənzər cisimlərin dağılması nəticəsində müşahidə olunan bir sıra davranış dəyişiklikləri ilə xarakterizə olunan xəstəlik. Xəstəliyin müşahidə olunduğu heyvanlarda yüksək dərəcəli qorxusuzluq, hər şeyə qarşı maraq, unutqanlıq, hər şeyi ağzına aparma, hətta bərk cisimləri yeməyə çalışma, tez-tez körpə heyvanlarla, hətta fərqli cinsiyyət və növə aid heyvanlarla belə cütləşməyə çalışacaq səviyyədə cinsi impulslar meydana çıxır. Bənzər xəstəlik nadir hallarda insanlarda rast gəlinsə də, simptomlar heyvandakılara oxşar olur. == Səbəblər == Bu xəstəliyin öyrənilməsində meymunların qan qrupları önəmli rol oynayıb. Xəstəlik ilk dəfə insanlarda 1955-ci ildə gicgah lobektomiyası zamanı qeydə alınmışdır. Lakin herpes səbəbli ensefalit və meninqoensefalit zamanı da insanda müşahidə oluna bilər. Həmçinin bir sıra situasiyalar Klüver-Byüsi sindromuna səbəb ola bilər. Məsələn, Pik xəstəliyi, Altshaymer xəstəliyi, işemiya, anoksiya, proqressiv subkortikal qlioz, Rett sindromu, porfiriya və dəm qazı zəhərlənməsi və s. kimi hallar sindorum səbəbkarlarından hesab olunur. == Simptonlar == Sindromun simptomlarını aşağıdakılardır: Xatirələri yada salmaq bacarığının itməsi.
Biləvər
Biləvər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 420 nəfərdir.[mənbə göstərin] == Tarixi == Bilavar/Bilavər Lerik rayonunun Osyedərə inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin ətəyindədir. Oykonim Talış dilindəki bil (bataqlıq, gölməçə) və var (yer) sözlərindən düzəlib, "bataqlıq yer" mənasındadır.
Güləver
Aşağı Güləver — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd. == Tarixi == == Mədəniyyəti == Yuxarı Güləverdə ilk məktəb 1930-cu ildə yaradılıb. Hazırda Yuxarı Güləverdə bir baza məktəbi, Aşağı Güləverdə bir orta məktəb var. == Coğrafiyası və iqlimi == Güləver kəndi Gədi çayının sol sahilində, rayon mərkəzindən 17 km qərbdə, dəniz səviyyəsindən 810 m hündürlükdə yerləşir. Bulqarların Qıpçaq tirəsi Kollarla, Alban tayfası Kellərlə, Qıpçaq-Qarapapaqlar içindəki Kul tayfası ilə bağlılığını düşünmək mümkündür. Kənd iki yerə bölünür: Yuxarı Güləver (Cipor) və Aşağı Güləver (Gədi-Qeta). == Əhalisi == 1870-ci ildə Yuxarı Güləverdə 7 ailədə 47 nəfər, Aşağı Güləverdə 7 ailədə 47 nəfər, 1918-ci ildə Yuxarı Güləverdə 155 nəfər, Aşağı Güləverdə 218 nəfər, 1926-cı ildə Yuxarı Güləverdə 39 ailədə 231 nəfər, Aşağı Güləverdə 28 ailədə 153 nəfər, 2002-ci ildə Yuxarı Güləverdə 117 ailədə 522 nəfər, Aşağı Güləverdə 173 ailədə 698 nəfər, 2006-cı ildə Yuxarı Güləverdə 117 ailədə 500 nəfər, Aşağı Güləverdə 150 ailədə 781 nəfər.
Güləvər
Güləvər (lat. Centaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Krevet
Krevet (lat. Palaemon) — Əsl krevetlər infradəstəsinə (Palaemonidae) aid krevet cinsi.
Kəcəvər
Kəcəvər (lat. Acorus) — bitkilər aləminin kəcəvərçiçəklilər dəstəsinin kəcəvərkimilər fəsiləsinə aid bitki cinsi.
Kəlvəz
Kəlvəz — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Kəlvəz kəndi Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kələxan kəndi mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Əhalisi 271 nəfərdir. Lerik rayonun tərkibində olmasına baxmayaraq Kəlvəz kəndinin əhalisi əsasən türk Avşar türklərdir. Tarixən deportasiyaya uğrayan yerli xalq 1953-cü ildən sonra təkrar Muğandan (Biləsuvar) doğma torpağa qayıtmışdır. Bura Cənubi Azərbaycandan və Qarabağdan köçmələr də var. Burada 6 tayfa yaşayır. Burada Kazımxanlı, Nadirli (Nədirli), Yegənli, Şıxməmmədli, Bayramlı və Nəcəfalılı kimi tayfalardan yaşayır. Danışıq ləhcəsi Ərdəbil ləhcəsi ilə eynidir. == Toponimiyası == Kəndin adı XVI əsrə aid "Şeyx Səfi təzkirəsi"ndə Kəlvəz kimi qeydə alınmışdır.
Laləvər
Laləvər (lat. Roemeria) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinə aid bitki cinsi.
Lelvər
Ləlvar — Ermənistan Respublikasında kənd, Ləlvar bələdiyyəsini (erm.: e. Դեբեդավան համայնք, l. Debedavan hamayank) təşkil edir. == Toponim == Toponim ləl və "möhkəmləndirilmiş kənd, qala, bənd" mənasında işlənən var sözündən əmələ gəlmişdir. Ləlvər-XIX əsrə aid ədəbiyyatda həm də Ləlpər kimidir. 1978-ci ildə kənd ermənicə Debetavan adlandırılmışdır. Buraya Ağalıq da deyirdilər. XX əsrin 30-cu illərində Lambəli ilə birləşmişdir. Ləlvər dağının adındandır. Əsli Ləlpar.
Plener
Plener (fr. plein air – açıq hava) — boyakarlıqda günəş işığı və atmosferin təsiri ilə əmələ gələn rəng dəyişikliklərinin tabloda verilməsini ifadə edən termin. Plener boyakarlığı naturanı bilavasitə öyrənmək və onun real simasını daha tam əks etdirmək məqsədilə rəssamların emalatxanadan kənarda, açıq havada işləmələri ilə əlaqədar meydana gəlmişdir. Renessans dövrü rəssamları gümüşü-boz rəng çalarlarından istifadə edərək tablolarında işıq-hava mühitini ustalıqla vermişlər. Ancaq plener prinsiplərinin geniş yayılması XIX əsrin 1-ci yarısına təsadüf edir. Plener prinsipləri XIX əsrin ortalarında Barbizon məktəbinə mənsub rəssamların, eləcə də K. Koronun, əsrin 2-ci yarısında isə impressionizm nümayəndələri K. Mone, K. Pissarro, O. Renuar və başqalarının yaradıcılığında əksini tapmışdır. Rusiyada İlya Repin, Surikov, Levitan, Azərbaycanda isə Səttar Bəhlulzadə və başqaları bir sıra əsərlərini plenerdə yaratmışlar. == Şəkillər == == Ədəbiyyat == ASE, VII cild, Bakı, 1983. səh. 559.
Sliver
Yonqar — 1993-cü ildə istehsal olunmuş ABŞ filmi.
Vələver
Vələver — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. == Toponimikası == Zəngəzur silsiləsinin ətəyindədir. Oykonim vələ (təpəlik) və ver (yuxarı) komponentlərindən düzəlib. Təpəlik yer yüksəklik mənasındadır. == Əhalisi == Əhalisi 555 nəfərdir.
Şüləver
Şüləver — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Əhalisi == Şüləver - Borçalı qəzasının mərkəzi olmuşdur. 1925-ci ildə adı dəyişdirilərək Şaumyan qoyulmuşdur.
Kemer
Kəmər — Türkiyə Respublikası Antalya əyalətində rayon. Aralıq dənizi sahilində, Antalya əyalət mərkəzindən 40 km uzaqlıqda yerləşir. 1980-cı ildən etibarən sürətlə inkişaf edən Kəmər bölgəsi 1991-ci ildə rayon adı aldı və ölkə turizminin mühüm mərkəzlərindən birinə çevrildi. Rayonun şimalında Konyaaltı rayonu, qərbində və cənub-qərbində Kumluca rayonu, cənubunda, cənub-şərqində və şərqində isə Aralıq dənizi yerləşir == Adlandırılması == XX əsrin 10-cu illərində Köhnə kənd (Eski köy) xalqı, kəndi sellərdən qorumaq məqsədi ilə dağın ətəklərində 23 km uzunluğunda bənd hörmüşlər. Sonralar bu divara görə kəndi Kəmər adlandırmışlar == Tarixi == Kəmər rayonunun tarixi E.ə. 690-cı ilə dayanır. Tarixi Likiya şəhərləri olan Faselis, Olimpos, İdyros Kəmər rayonu ərazisində yerləşir. E.ə. 690-cı ildə Rodos kralı I Oleios tərəfindən Faselis şəhərinin əsası qoyuldu. Şəhərin qalıqları bu gündə qalmaqdadır.
Kövər
Kövər — Azərbaycan Respublikasının Yevlax rayonunun Malbinəsi inzibati ərazi vahidində kənd. == Tarixi == Yuxarı Qarabağ kanalının sahilində, Qarabağ düzündədir. Oykonim "mal-qara üçün ayrılmış örüş yeri" mənasındadır. Kövər variantında da qeydə alınmışdır.
Kədər
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Kəmər
Kəmər (geyim)
Kəvar
Kəvar — İranın Fars ostanının şəhərlərindən və Kəvar şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 22,158 nəfər və 4,753 ailədən ibarət idi.