Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karpat
Karpat dağları — Mərkəzi Avropada dağ sistemi. Slovakiya, Macarıstan, Polşa, Ukrayna, Rumıniya, Serbiya və bir qədər də Avstriya ərazisində yerləşir. Karpat dağlarının yaşı 1,2 milyard ilə yaxındır. O, qədim dağlara aid olunur. == Geologiyası == Karpat dağları Alp dağlarının şərqə davamı hesab edilir. Bu dağlar Dunayın sol sahilində yerləşən Kiçik Karpatlarla başlayaraq, Şərqi Serbiya dağlarına qədər, oraq formasında, təxminən 1300 km məsafədə uzanır. Şərqi Avropa platforması ilə Pannon qurusunun arasında yerləşməsi Karpat dağları zonasında tektonik hərəkətlərin Alp dağlarına nisbətən bir qədər başqa formada baş verməsi ilə nəticələnmişdir. Karpat dağlarında qırışıq əmələgəlmə hadisəsi Alp dağlarına nisbətən bir qədər tez, yəni hələ mezozoy erasının ikinci yarısından başlamışdır. Bu sahədə qüvvətli qırışıqlı tektonik hərəkətlər paleogenin əvvəllərində başa çatmışdır. Neogen və dördüncü dövrdə orogenik hərəkətlər və qalxma amplitudu Karpat dağlarında Alplara nisbətən zəif getmişdir.
Klapan
Klapan – maşın və boru kəmərlərində qaz, buxar və ya maye axınını tənzimləmək məqsədi ilə axın kəsiyinin sahəsini dəyişən hissə, yaxud yığım). Maşınlarda (nasos, kompressor, daxili yanma mühərriki və s. == Texnikada == Klapan boru armaturlarında, kranlarda və diskli qapayıcılarda tətbiq tapır. Onlardan fərqli olaraq şiberlərdə klapanın tənzimləyici elementi işçi mühitin hərktinin oxuna paralel olaraq hərkət edir. İşləmə prinsipinə görə bölünürlr: Bağlayıcı klapan Tənzimlətici klapan Əksəlaqə klapanı Qoruyucu klapan Azaldıcı klapan İmpuls-qoruyucu klapan Birbaşa təsir klapanı Bilavasitə təsir klapanı Hidroklapan == Tibbdə == Ürək klapanı Trikuspidal klapan Aorta klapanı Mitral klapanı İloesekal klapanı == Musiqi alətlərində == Musiqi alətlərində tətbiq olunan klapanalar: müxtəlif tenor və basa malik blokfleytalar, rauşpfayfa və s. - əl barmaqları ilə bağlanması çətilik yaradan, bir-birindən uzaq yerləşən çalğı deşiklərinin bağlanmasında istifadə olunur. Digr çalğı alətlərində - fleyta, klarnet, saksofon, qaboy və s.-lərdə səslənmə diapazonunu genişləndirmək və applikasiyanı rasionallaşdırmaq (barmaqların işlməsini asanlaşdırmaq) üçün tətbiq olunur. == Mənbə == Клапан, в технике // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). — СПб., 1890—1907.
Klapa
Klapa (xorv. Klapsko pjevanje) — Xorvatiyanın Dalmaçiya vilayətində ənənəvi a kapella oxuma forması. 2012-ci ildə klapa YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb. == Haqqında == "Klapa" sözü "dostlar dəstəsi" kimi tərcümə olunur və onun kökləri sahilboyu kilsə oxumasına gedib çıxır. Ənənəvi klapa oxuması kilsə mərasimləri və sadə insanların gündəlik həyatı ilə bağlı olaraq, xorun köməyilə insanların daxili tələbatlarından yaranan ünsiyyətini səciyyələndirir. Adətən, bayram şəraitində kişilərdən ibarət heyət çıxış edir. Klapa mahnılarında bayram, sevgi, şərab, vətən və dəniz kimi mövzular daha əsasdır. Bu istiqamətin əsas elementləri harmoniya və ahəngdarlıqdır. Ritm isə çox nadir hallarda vacib hesab olunur. Vəziyyətdən asılı olaraq, mahnı şən və şövqlü, yaxud da kədərli və sirli ola bilər.
Kəlat
Kəlat — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Kəlat şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,529 nəfər və 1,661 ailədən ibarət idi.
Henrix Kleyst
Bernd Heynrix Vilhelm von Kleist(d. 18 oktyabr,1777 -ö. 21 noyabr,1811) — alman şair. Dram, hekayə və novella yazarı. Pyeslərində dram və tragediya üstünlük təşkil edir. Əsərlərində Romantizm cərəyanının izləri görünür. == Həyatı == Şair olmaqla yanaşı, hekayə və novella yazarı olan Heynrix von Kleist 18 oktyabr 1777-ci ildə Frankfurt(Oder)da doğuldu və 21 noyabr 1811-ci ildə Berlindəki "Kleyner Vannsee" gölünün sahilində sevgilisi ilə birlikdə intihar edərək həyatına son qoydu. Az müddətli təhsil həyatından sonra 1792-ci ildə Prussiya ordusuna daxil oldu və 1799-cu ildə leytenant rütbəsi ilə ordudan ayrıldı. Sonradan Viadrina universitetində hüquq və fəlsəfə təhsili aldı.1800-cü ildə Berlindəki Maliyyə Nazirliyində işləməyə başladı. Bir il sonra Parisə ziyarət etdi, ardından İsveçrədə yaşamağa başladı.
Kamal Karpat
Kamal Karpat (15 fevral 1923, Babadağ – 20 fevral 2019, Madison) — tarixçi. == Həyatı == Türkiyəli tarixçi professor Kamal Karpat ABŞ-dən dəvət aldıqdan sonra bu ölkəyə yollanaraq, Birləşmiş Ştatların Viskonsin Universitetində "Osmanlı tarixi" kafedrasını qurub. K. Karpatın bəzi əsərləri "kitabxanlarda zəruri olan ən yüksək səviyyəli kitablar" arasında göstərilir. Alimin 20 ölkədə 130-dan çox məqaləsi dərc olunub. == Əsərləri == Osmanlı’dan Günümüze Kimlik ve İdeoloji Arxivləşdirilib 2011-08-29 at the Wayback Machine İslamın Siyasallaşması Osmanlı Geçmişi və Bugünün Türkiye'si Osmanlı Nüfusu (1830–1914) Demografik ve Sosyal Özellikleri Osmanlı'dan Günümüze Elitler ve Din Arxivləşdirilib 2011-09-01 at the Wayback Machine Osmanlı'da Değişim Modernleşme ve Uluslaşma Ottoman Borderlands: Issues, Personalities, and Political Changes (Robert Zens ile beraber) Ortadoğu'da Osmanlı Mirası ve Ulusçuluk Ottoman Population 1830–1914. Demographic and Social Characteristics. Türkiye'de Siyasal Sistemin Evrimi 1876–1980 Osmanlı Modernleşmesi Toplum, Kurumsal Değişim ve Nüfus Osmanlı ve Dünya Osmanlı Devleti ve Dünya Tarihindeki Yeri.
Karpat zəlzələsi
Qori zəlzələsi — 1920-ci il fevralın 20-də Gürcüstanda baş vermiş zəlzələ. Bəzən bu zəlzələyə Karpat zəlzələsi də deyilir. Bir gündə iki güclü təkan, birincisi saat 00.00-da 5-6 ball gücündə, ikincisi isə saat 11.45 dəqiqədə dağıdıcı gücdə olmuşdur. Ən güclü təkanlar hiss edilmiş, 1 000 km^2 sahədə olan tikililərin 2/3 hissəsi uçmuş yaxud zədələnmiş, 150-yə qədər adam həlak olmuş və ağır yaralanmışdır. Qori zəlzələsi nəticəsində şəhərdə güclü dağıntılar baş vermişdir. Qoridə və ətrafdakı 30-a qədər kənddə xeyli evlər, kilsələr uçmuş, əyilmiş, şaquli oxu ətrafında dönmüşdür. Çox kəndlərdə zəlzələdən qabaq müəyyən müddət gurultu səsi eşidilmiş və bu müddət adamların evlərdən qaçmasına kifayət etmişdir. Dağlarda uçqunlar olmuş, bulaqlarda suyun miqdarı dəyişmiş, su bulanmış və başqa hallar müşahidə olunmuşdur. Əsası 1888-ci ildə qoyulmuş, Qori seminariyasının ruhani seminariyanın binası 1920-ci ildə Qoridə baş verən dəhşətli zəlzələ nəticəsində dağılıb. == Azərbaycanın köməyi == 1920-ci il fevralın 20-də Gürcüstanda zəlzələ baş vermiş, Qori şəhərində və ətraf kəndlərdə ciddi dağıntılar olmuş, minlərlə adam evsiz-eşiksiz qalmışdı.
Kleman Lanqle
Kleman Lanqle (fr. Clément Lenglet; 17 iyun 1995, Madrid) — Fransa milli komandasının və İspaniyanın Barselona klubunun müdafiəçisi. == Həyatı == 17 iyun 1995-ci ildə Fransada anadan olub.
Kleopas Dlamini
Kleopas Sifo Dlamini (ing. Cleopas Sipho Dlamini; svati Cleopas Sipho Dlamini) – 16 iyul 2021-ci il tarixindən etibarən Esvatininin Baş naziri olaraq vəzifə yerinə yetirən svati iş adamı. O, 2020-ci ilin dekabrında Ambroz Mandvulo Dlamininin ölümündən sonra vəzifəsini icra edən Temba N. Masukunu əvəz etdi. Baş nazir təyin edilməzdən öncə, Esvatini Krallığının İctimai Pensiya Fondunun baş icraçı direktoru idi. O, eyni zamanda Esvatini Senatında senator olub. == Baş nazir fəaliyyəti == 16 iyul 2021-ci ildə Esvatinidə monarxiyaya qarşı böyük siyasi iğtişaşların ardından, Mbabanenin təxminən 20 kilometr cənubundakı Ludzidzini Kral Sarayında keçirilən sibayada Kral III Msvati Kleopas Dlaminini növbəti Baş nazir təyin etdiyini bildirdi. Yeni Baş nazir 19 iyul 2021-ci ildə and içdi və eyni zamanda Esvatini Parlamentinin üzvü kimi də and içdi. 20 iyul 2021-ci il səhər saatlarında ilk kabinet iclasına sədrlik etdi.
Klet
Klet (təq. 25, Roma – 90-cı illər, Roma, Roma imperiyası) — əsasən Klet adıyla da tanınır, 76-88-ci illər aralığında Papalıq etmişdir. 3-cü Roma Papası olan Klet, papalıq vəzifəsinə Papa Lindən sonra gəlmişdir. Adının mənası Cleteus, Yunancadan "Kimsə" mənasındadır. Sonrakı zamanlarda Klet adını almış və beləcə Papalıq adı bu olmuşdur. == Papalıq dövrü == Papa olması tam dəqiq olmamaqla yanaşı, 76–88-ci illər aralığında davam edən 12 illik fəaliyyəti təxmin edilməkdədir. Papa Klet dövründə, Roma 25 hissəyə bölünmüşdü. Bəzi sənədlərə əsasən, Kletin bu bölgələrdə əhəmiyyətli rütbəsi və söz sahibliyi vardı. Bununla yanaşı, siyasətdə də geri qalmadığı yazılmaqdadır. 88-ci ildə, səbəbi bəlli olmayan bir xəstəliyə tutulması nəticəsində ölmüşdür.
Kəlat (Sulduz)
Kəlat (fars. قلات‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 171 nəfər yaşayır (30 ailə).
Kəlat şəhristanı
Kəlat şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Kəlat şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 39,560 nəfər və 9,489 ailədən ibarət idi.
Evald fon Kleyst
Paul Lüdviq Evald fon Kleyst (alm. Paul Ludwig Ewald von Kleist‎; 8 avqust 1881[…], Braunfels[d], Reyn əyaləti[d], Prussiya – 13 noyabr 1954, Vladimir mərkəzi həbsxanası[d]) — alman hərb xadimi, general-feldmarşal. Sovet əsirliyində ölən yeganə alman feldmarşalıdır.
Heynrix von Kleist
Bernd Heynrix Vilhelm von Kleist(d. 18 oktyabr,1777 -ö. 21 noyabr,1811) — alman şair. Dram, hekayə və novella yazarı. Pyeslərində dram və tragediya üstünlük təşkil edir. Əsərlərində Romantizm cərəyanının izləri görünür. == Həyatı == Şair olmaqla yanaşı, hekayə və novella yazarı olan Heynrix von Kleist 18 oktyabr 1777-ci ildə Frankfurt(Oder)da doğuldu və 21 noyabr 1811-ci ildə Berlindəki "Kleyner Vannsee" gölünün sahilində sevgilisi ilə birlikdə intihar edərək həyatına son qoydu. Az müddətli təhsil həyatından sonra 1792-ci ildə Prussiya ordusuna daxil oldu və 1799-cu ildə leytenant rütbəsi ilə ordudan ayrıldı. Sonradan Viadrina universitetində hüquq və fəlsəfə təhsili aldı.1800-cü ildə Berlindəki Maliyyə Nazirliyində işləməyə başladı. Bir il sonra Parisə ziyarət etdi, ardından İsveçrədə yaşamağa başladı.
Karpat biosfer qoruğu
Karpat biosfer qoruğu (ukr. Карпатський біосферний заповідник) — Ukraynanın Zakarpatya vilayətində qorunan təbiət ərazisi. 1968-ci ildə yaradılmışdır. 1992-ci ildən UNESKO-nun Biosfer qoruqlarının ümumdünya şəbəkəsinə aid olunmuşdur. Ərazinin ümumi sahəsi 57880 hektardır. Qorunan ərazinin sahəsi isə — 31995 hektardır. Karpat biosfer qoruğu daxilində altı ayrıca massiv var. Massivlərdən başqa ərazidə dövlət əhəmiyyətli iki botanika yasaqlığı var: "Qara dağ" və "Yulevski dağı". Qoruq hündürlüyü dəniz səviyyəsindən 180 metrdən 2061 metrə qədər olan əraziləri əhatə edir. Ərazinin belə struktru qoruğun müxtəlif landşaft və biocoğrafiyaya malik olmasına səbəb olmuşdur.
Moldova Karpat dağları
Moldova Karpat dağları — Şərqi Karpat dağlarının bir hissəsi. Rumıniya ərazisindədir. Paralel silsilələrdən ibarətdir. Hündürlüyü 1956 metrə qədər (Çukaş dağı) yüksəlir.. Çökmə və ox zonalarında kristallik süxurlardan təşkil olunmuşdur. Palıd fıstıq və iynəyarpaqlı meşələrlə, zirvələrə yaxın hissələr dağ çəmənləri ilə örtülmüşdür. Neft, qonur kömür, daşduz yataqları var.
Sen-Kleman (Alye)
Sen-Kleman (fr. Saint-Clément) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03224. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 355 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 211 nəfər (15-64 yaş arasında) arasında 140 nəfər iqtisadi fəal, 71 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,4%, 1999-cu ildə 61.7%). Aktiv olan 140 nəfərdən 121 nəfər (63 kişi və 58 qadın), 19 nəfər işsiz (9 kişi və 10 qadın) idi. Aktiv olmayan 10 nəfər arasında şagird və ya tələbə, 35 nəfər təqaüdçü, 26 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Leqat (Qədim Roma)
Leqat (lat. legatus, legare nümayəndə, təyin etmək mənasını verir) — Qədim Romada digər hökumdarlara və xalqlara göndərilən dövlət nümayəndəsi, elçi və ya səfir.
Kepa Arrisabalaqa
Kepa Arrisabalaqa (3 oktyabr 1994) — İngiltərə Premyer Liqasında çıxış edən Çelsinin qapıçısı.
Sen-Kleman-syur-Dyurans
Sen-Kleman-sür-Dürans (fr. Saint-Clément-sur-Durance, oks. Sant Clamenç sus Durença) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Qiyestr kantonuna daxildir. INSEE kodu — 05134. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 276nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 184 yaşda olan (15-64 yaş arasında) 135 nəfər iqtisadi cəhətdən fəal, 49 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.4%, 1999-cu ildə 75.0%). İşləyən 135 nəfərdən (67 kişi və 61 qadın), 7 nəfər işsiz (3 kişi və 4 qadın) idi.
Sen-Kleman-sür-Dürans
Sen-Kleman-sür-Dürans (fr. Saint-Clément-sur-Durance, oks. Sant Clamenç sus Durença) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Qiyestr kantonuna daxildir. INSEE kodu — 05134. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 276nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 184 yaşda olan (15-64 yaş arasında) 135 nəfər iqtisadi cəhətdən fəal, 49 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.4%, 1999-cu ildə 75.0%). İşləyən 135 nəfərdən (67 kişi və 61 qadın), 7 nəfər işsiz (3 kişi və 4 qadın) idi.
Abu Klea döyüşü (1885)
Abu Klea döyüşü — 17 yanvar 1885-ci ildə general-mayor Herbert Stevartın başçılığı ilə 1 400 nəfərlik ingilis qoşunu ilə 13 000 nəfərlik Sudan qoşunu arasında Sudanın Xartum şəhərində baş vermişdir. İngilis qoşunlarının qalibiyyəti ilə başa çatmışdır.
The Girl Who Leapt Through Time
The Girl Who Leapt Through Time (時をかける少女, Toki o Kakeru Shōjo), Zamanda sıçrayan qız və ya Toki o Kakeru Shōjo — Madhouse studiyası tərəfindən istehsal olunmuş, rejissoru Mamoru Hosoda, ssenaristi Satoko Okudera olmuş 2006-cı il elmi fantastika anime filmi. Kadokawa Herald Pictures tərəfindən yayımlanmış anime filmi Yasutaka Tsutsuinin eyniadlı romanından bəhrələnmişdir. Romanda olduğu kimi anime filmi zamanda səyahət etmək gücü əldə etmiş qızdan bəhs edir, lakin romandan fərqli hekayəyə sahibdir. Anime filminin baş qəhrəmanı Makoto Konnonu Riisa Naka səsləndirmişdir. Makoto Konno xalası Kazuko Yoşiyamadan zamanda səyahət etdiyini öyrənir, bundan istifadə edərək problemlərini həll etməyə başlayır. "The Girl Who Leapt Through Time" 15 iyun 2006-cı ildə ekranlara buraxılmışdır və müsbət rəylər almışdır. Anime filminin ingilis versiyasını Kadokawa Pictures U.S. istehsal etmiş, dublajı Ocean Productions həyata keçirmişdir. İngilis versiyası 2008-ci ildə Bandai Entertainment tərəfindən, 2016-cı ildə Funimation tərəfindən yayımlanmışdır. Reanimedia animeni Rusiya üçün lisenziyalaşdırmışdır. Animedən Yaponiyada əldə olunmuş gəlir 260 milyon yendir.